Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Vaqif BƏHMƏNLI


Ra­fiq BA­BA­YEV
SA­BA­HA BİR GÜN QAL­MIŞ
hekaya


Ra­fiq BA­BA­YEV
SA­BA­HA BİR GÜN QAL­MIŞ
hekaya


Balayar SADİQ


Sabir YUSİFOĞLU


HIC­RAN
GÜN + LƏR…
(prit­ça)


Vla­di­mir YA­VO­RİVS­Kİ
(Ukrayna)
DAVADAN SONRAKI GECƏ
("… Almalar düşür"… povestindən novella)


NAXÇIVAN ŞAİRLƏRİ


Ra­hid S.U­LU­SEL
ESSELƏR


NARINGÜL


Qəndab BABAYEVA


İslam SADIQ
TƏCNİSLƏR


Məmməd ASLAN
TƏSƏLLI TAPIRIQ
DÜNƏNIMIZI BUGÜNÜMUZƏ BAĞLAYIB
SABAHIMIZA ÜNVANLAYAN QƏLƏMDAŞLARIMIZLA


Əli ASLANOĞLU
RƏDIF QAFIYƏLI QƏZƏLLƏR


Rəşid FAXRALI
FAXRALININ BEŞ "DAĞLAR"I


Aydın XAN (Əbilov)
CƏNNƏTI YERDƏ - ƏDƏBIYYATDA AXTARANLAR...
(ESSEVARI ARAŞDIRMA)


ÇİÇƏK


Səyyarə MƏMMƏDLI


Ülkər ATƏŞ
"Xatun" mükafatı laureatı


GÜLƏMAİL


Fərqanə MEHDİYEVA


Fərqanə MEHDİYEVA
DÜNYA ÖZ-ÖZÜMLƏ BİR GÖRÜŞ YERİ


Bəhram BASQALLI


Şövkət ZƏRİN ( Horovlu )


Zirəddin QAFARLI


Gülbala MEHDİ


İsa İSMAYILZADƏ



 

GÜLƏMAİL


 
PAYIZ

Yenə payız gəlir,
başlanır
təbiətdə yarpaq tökümü.
Ağaclar tökür öz yükünü
Nə olaydı,
məndə tökəydim
dərd yükümü,
yükünü…


DÜNYA BAŞIMA FIRLANIR

Gözlərini bürüyüb nəm,
Dərya başıma fırlanır.
Mən Məcnun gəzən Leyliyəm,
Səhra başıma fırlanır.

Ümüdlərim - söz zərimdə,
Arzularım - gözlərimdə,
Diləklərim - sözlərimdə,
Misra başıma fırlanır.

Güləmail, demişəm ki,
"O qədər qəm yemişəm ki!.."
Dünyaya neyləmişəm ki,
Dünya başıma fırlanır.

XIRMANI YELƏ VERMİŞƏM

                 Qardaş Türk elindən olan gözəl şairimiz
                 Yabuz Bülent Bakilerin "HARMAN" şeir kitabını
                 oxuyarkən yaranan şeir

Ümid Allaha qalmayıb,
İmanı yelə vermişəm.
Gümanım daha qalmayıb
Gümanı yelə vermişəm.

Hanı o təb, hanı o nur?
İlhamıma sükut cumur,
Üzərinə bulud cumur,
Dumanı yelə vermişəm.

Söyləyirlər görən təki
Güləmail qocalıb ki!..
Daha məndən nə qalıb ki?
Xırmanı yelə vermişəm.
Xırmanı yelə vermişəm.

ALLAHIM

Dünyanın dərdini
boynuma biçdin
Sarıyan olmur
yaralarımı.
Sirli düyünləri
aça bilmirəm
Açarı səndədir
Özün aç Allahım.

DƏRDİMDİ

Dərdimdi: məni çıraq tək yandıran
ancaq külü qalmışdır
bu dərdlə məndə
Od gizlətmək olar
bu kül bədəndə.