Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Vaqif BƏHMƏNLI


Ra­fiq BA­BA­YEV
SA­BA­HA BİR GÜN QAL­MIŞ
hekaya


Ra­fiq BA­BA­YEV
SA­BA­HA BİR GÜN QAL­MIŞ
hekaya


Balayar SADİQ


Sabir YUSİFOĞLU


HIC­RAN
GÜN + LƏR…
(prit­ça)


Vla­di­mir YA­VO­RİVS­Kİ
(Ukrayna)
DAVADAN SONRAKI GECƏ
("… Almalar düşür"… povestindən novella)


NAXÇIVAN ŞAİRLƏRİ


Ra­hid S.U­LU­SEL
ESSELƏR


NARINGÜL


Qəndab BABAYEVA


İslam SADIQ
TƏCNİSLƏR


Məmməd ASLAN
TƏSƏLLI TAPIRIQ
DÜNƏNIMIZI BUGÜNÜMUZƏ BAĞLAYIB
SABAHIMIZA ÜNVANLAYAN QƏLƏMDAŞLARIMIZLA


Əli ASLANOĞLU
RƏDIF QAFIYƏLI QƏZƏLLƏR


Rəşid FAXRALI
FAXRALININ BEŞ "DAĞLAR"I


Aydın XAN (Əbilov)
CƏNNƏTI YERDƏ - ƏDƏBIYYATDA AXTARANLAR...
(ESSEVARI ARAŞDIRMA)


ÇİÇƏK


Səyyarə MƏMMƏDLI


Ülkər ATƏŞ
"Xatun" mükafatı laureatı


GÜLƏMAİL


Fərqanə MEHDİYEVA


Fərqanə MEHDİYEVA
DÜNYA ÖZ-ÖZÜMLƏ BİR GÖRÜŞ YERİ


Bəhram BASQALLI


Şövkət ZƏRİN ( Horovlu )


Zirəddin QAFARLI


Gülbala MEHDİ


İsa İSMAYILZADƏ



 

Rəşid FAXRALI
FAXRALININ BEŞ "DAĞLAR"I


 
--1--

Baş qoyub ağlayır hərə dərdinə,
Dünyanın azarı, dərdi nə, dağlar?
Özün demirdinmi zaman dəyişib,
Can qurban dünyanın mərdinə, dağlar!

Necə qurğu idi, necə taxt idi?
Necə zaman idi, necə vaxt idi?
Necə yazı idi, necə baxt idi?-
Aman ver dil açıb dərd dinə, dağlar!

Ağlasam gözümdə göz yaşımıydı,
Dərdimi dağlayan sirdaşımıydı.
Gözümün nuruydu, qardaşımıydı,-
Canı dərd dağladı, dərdi nə dağlar?!..

--2--

Qışın qarı deyil sənin saçında,
Həsrət gözlərimin ağıdı, dağlar!
Ağrımdı-acımdı ağrı-acın da,
Yediyim hər tikə ağıdı, dağlar!

Sözündən asılıb sözü dönüklər,
Ocağı dönüklər, közü dönüklər…
Gedənin dönməyib…
Üzüdönüklər
Sinənin sağalmaz dağıdı, dağlar!

Haqqa körpü salan imanam, dinəm,
Çətin, ağrıların önündə sinəm.
Çağırsan gələrəm, səngərdi sinəm,
Yaş ötür, ərənlik çağıdı, dağlar!

Dünyanın yoları qardı, sazaqdı,
Qəhərə nə var ki, qəhər oyaqdı.
Tanrı qarğışıdı…
Qisməti, baxtı
Rəşidə əzəldən yağıdı, dağlar!

--3--

Əyilib üzündən-gözündən öpüm,
A mənim dərdimin yaşıdı dağlar.
Üzümdə alışan göz yaşı deyil,
Vurnuxan qadanın yaşıdı, dağlar.

Qoruya bilmədik etibarını,
Çəməndə gülünü, dağda qarını.
Elin dövlətini, elin varını
Hərə bir tərəfə daşıdı, dağlar.

Kim deyir mehrindən doyub gedirik,
Səni yaman günə qoyub gedirik…
Yurdun gözlərini oyub gedirik,
Vallah, ölüm bundan yaxşıdı, dağlar!



--4--

Tufarqanlı Abbasın əziz ruhuna

Yenə qaş-qabağın ürək göynədir,
Lələ Ərzurumda azdımı, dağlar?
Neçə Kərəmləri kamına çəkdin,
Yoxsa qurbanların azdımı, dağlar?

Hərə bir Kərəmdi öz qəmi ustə,
Can alan, can sökən sitəmi üstə.
Yenə ağladırsan "Dilqəmi" üstə,
Cığırlar çiynində sazdımı, dağlar?

Meylini salıbdı hara həsrətin,
Çəkilir saçından dara həsrətin.
Yollara baxırsan…
Qara həsrətin
Yaşılı örpəkli yazdımı, dağlar?

Dilin dinc durmadı, toy yasa döndü,
Ağ kəfən bir bəyaz libasa döndü...
Rəşid Tufarqanlı Abbasa döndü,
Adını sinənə yazdımı, dağlar?

--5--

Azaydım yolumu qara dumanda,
Bağrıma basaydım yenə dağları.
Yüz ildi, min ildi şah oğlu şahdı,
Görmədim taxtından enə dağları!

Canıma susamış selindən öpəm,
Ləçəyi titrəyən gülündən öpəm,
Üzünə üz sürtəm, əlindən öpəm,
Qoymayam dərdindən dinə dağları.

Sözün istisindən alışır sinəm,
Üzüm tuturmu ki, danışam, dinəm.
Bu yaşda can verən ahıla dönəm,
Ömrümü dağlaya sinə dağları.

Aylarım il ola yerli-yerində,
Dərdinə qalaydı dərdi-sərin də...
Bir qoşma yazaydım günün birində,
Möhürbəndi ola Mina dağları!..

Titrəyə, uçuna əlimdə qələm,
Olmayıb həyanım, olmayıb lələm...
İstədim ərməğan gətirib gələm,
Qardaş, Faxralıdan sənə dağları!..