Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Vaqif BƏHMƏNLI


Ra­fiq BA­BA­YEV
SA­BA­HA BİR GÜN QAL­MIŞ
hekaya


Ra­fiq BA­BA­YEV
SA­BA­HA BİR GÜN QAL­MIŞ
hekaya


Balayar SADİQ


Sabir YUSİFOĞLU


HIC­RAN
GÜN + LƏR…
(prit­ça)


Vla­di­mir YA­VO­RİVS­Kİ
(Ukrayna)
DAVADAN SONRAKI GECƏ
("… Almalar düşür"… povestindən novella)


NAXÇIVAN ŞAİRLƏRİ


Ra­hid S.U­LU­SEL
ESSELƏR


NARINGÜL


Qəndab BABAYEVA


İslam SADIQ
TƏCNİSLƏR


Məmməd ASLAN
TƏSƏLLI TAPIRIQ
DÜNƏNIMIZI BUGÜNÜMUZƏ BAĞLAYIB
SABAHIMIZA ÜNVANLAYAN QƏLƏMDAŞLARIMIZLA


Əli ASLANOĞLU
RƏDIF QAFIYƏLI QƏZƏLLƏR


Rəşid FAXRALI
FAXRALININ BEŞ "DAĞLAR"I


Aydın XAN (Əbilov)
CƏNNƏTI YERDƏ - ƏDƏBIYYATDA AXTARANLAR...
(ESSEVARI ARAŞDIRMA)


ÇİÇƏK


Səyyarə MƏMMƏDLI


Ülkər ATƏŞ
"Xatun" mükafatı laureatı


GÜLƏMAİL


Fərqanə MEHDİYEVA


Fərqanə MEHDİYEVA
DÜNYA ÖZ-ÖZÜMLƏ BİR GÖRÜŞ YERİ


Bəhram BASQALLI


Şövkət ZƏRİN ( Horovlu )


Zirəddin QAFARLI


Gülbala MEHDİ


İsa İSMAYILZADƏ



 

Ra­hid S.U­LU­SEL
ESSELƏR


 

Yaradıjı İnsan düşünjəsinin polifoniyası onun İnteqral Sözündə - essemdə yuvalanır və burada Dünya hər üzü ilə görünən fona gətirilir. Esseistik düşünjənin vahidi - işıq selini özündə jəmləyən essem - fikrin, ideyanın jövhəridir. Esseistika - bu jövhərdən yoğrulur. İrfan qatında bu İşıq - Nura çevrilir. Mənim esseistikam - bəşəriyyətin mədəniyyət və mənəviyyat tarixindən onun bundan sonrakı inkişafına yön və təkan verə biləjək özül ideyalarını aramağın və onlardan yüklənərək irəliləmək və yüksəlməyin fəlsəfəsinə doğrudur.



Ey Qəlbimin Qibləsi!

Ey Ulu Yaradanım! Mən Sənə və yaratdıqlarına olan məhəbbətimlə tükənməz xoşbəxtliyimin zirvəsində, həyatımın ən yüksək məna qatında, dışarındayam. Varlığım bütün nəslimin Sənə olan məhəbbətinə körpüdür. Ajıların da, nemətlərin də Sənə və yaratdıqlarına olan məhəbbətimi buğum-buğum artırır. Alnıma yazdıq larını "Qələmin var olsun!" - deyə qəlbim sevgi ilə qəbul edir.
Ey Zərrəsilə Kainatı vəhdətdə olan xaliq, həmd olsun Sənə!
Ey Kainatı içrə hər Zərrəsinə öz Nurunu saçan xaliq, həmd olsun Sənə!
Yaratdığı varlığın hər Zərrəsində təjəlla tapan xaliq, həmd olsun Sənə!
Sayrışan Aləmlərinin hər Zərrəsiyjə şükr olsun Sənə!
Yaranışı və dağılışı, tikilişi və sökülüşü öz əbədiy-yətində İlahi məntiqlə sıralayan Nizam və Qüdrət sahibi, eşq olsun Sənə!
Bütün səltənətlər Sənin Səri-Sahmanın önündə dağılan tifaqlardı...
Əvvəlimiz - Sən, Sonumuz - Sən! Əvvəlimizlə Sonumuz arasında Varlığımız - Sən!..
Sənin önündə diz çökmək - bu dünyada daha heç kimin qabağında əyilməmək deməkdi. Sənə diz çökmək - Məğrurluğun, Əyilməzliyin zirvəsidi. Sənə möhtaj olmaq - Səndən başqa heç kimə möhtaj olmamaq deməkdi. Bütün sevgilər Sənin ətəyindədi... Doğmalığından "Sən" deyiləsi yeganə Sevgili Xaqan Sənsən - Ali Mütləq Sənsən!
Ayağım yerini, saçım göyünü öpər... Ey Qəlbimin Qibləsi! Ey ən ajı günlərimin, ən inji günlərimin həmdəmi! Ey ümidimin hər yerdən üzüldüyü anlarda Ümidim, Dayağım Allah! Eşqindən aşıb-daşdığım, Mehrindən doyma dığım Allah!
Nəfəsim son Aha çevrilinjə Sənə duaçıyam! Kökümdən Yarpağımajan, Ulumdan İtijəməjən Sənə duaçıyam! Bərq vuran Qanımla, vəjdim və pərişanliğimla Sənə duaçıyam! Dünyada olmadığım, olduğum və olmayajağım sonsuz zamanların hər anından, sonsuz məkanların hər Qatından Sənə duaçıyam!
İlahi, qəlbimin Sənə doğru tuşlanan Yoluna İşığını çilə! Sənin və yaratdıqlarının dərkinə yüksələn sayagəlməz pillələri qalxmaqda mənə kömək ol, ey hikmət və səbr sahibi!
Faniliklərimizdən, Jahiliyyəmizdən, iliyimizə yerimiş mütləqiyyətpərəstliyimizdən, tüfeyli-laxta qanlardan, lildən, xıltdan qurtulmaqda, duruluban Haqq Çırağını yandırmaqda bizə kömək ol, İlahi! Hərəkət Bizdən, Bərəkət Səndən...
İlahi! Mənim duamı Odun, Suyun, Havanın, Torpağın duasına, jüjərən toxumun, doğulan körpənin, batan Günəşin, açılan Sübhün duasına, Kainatın bütün Zərrələrinin birjanlı-birnəfəsli, birsəsli-birətirli, birdalğalı-birdöyüntülü duasına - Dualar Duasına qatıban qəbul etməyini dilərəm! Dilərəm! Dilərəm!Dilərəm!..
Həmd olsun Sənə, ya Allah!
Şükr olsun Sənə, ya Allah!
Eşq olsun Sənə, ya Allah!

Özünüyaratma

Var olmaq yaranmaqla yaratmağın bir olduğu andan başlayır. Kainat - varlığın bir bütövlük halına gəldiyi həmin andan özünüyaradan sistem kimi yaşayır. Fəsillənir. Ürək kimi ritmlə döyünür. Eşidirsinizmi Ürək-Kainatın döyüntüsünü?! Yəni - öz Qəlbinizin...
Kainat - sonsuz özünüyaratma prosesidir. - Varlığın bütün subyektlərinin həm vəhdət təşkil etdiyi bir məkan-reallıq, həm də o subyektlərin əlaqələrinin onları dayanaqlı saxlamaqla həmişə yeni həyat mövjudluqlarına və formalarına adladan təzahürlərinin və bu təzahürlərin saysız yönlərinin, hər yöndə də saysız biçimlənmələrinin gerçəkləşdiyi proses.
Yaranan yaradır, yaradırkən də yaranır: bölünür - birləşir, çoxalır - təklənir, yayılır - daralır, çəkir - itələyir, qurur - dağıdır, tükənir - ürüyür, solur - yaşıllanır...
Yaranmaqla yaratmağın vəhdətində - özünüyaratma prosesində var olan dünya bu əbədi dövranın nəinki heç bir fəsil-fazasında, hətta heç bir qımıltısında belə özünü təkrar etmir. Özünüyaradan - özünü təkrar edə bilməz. Özünüyaratma - Kainatın kod sistemini və janlı aləmdə genetik proqramı saxlamaqla özünü həmişə yenidən yaratma və yaradılmadır.
Özünüyaratma - Kainatın İlahi Loqosunja baş verir. Kainat həyatında mühüm dönüş özünüyaratmanın bir-birini tamamlayan prosesitək - onun bütün təkamülünün məntiqi davamı və nətijəsi kimi fiziki dünyanın bətnindən təbiət dünyasının, təbiət dünyasının bətnindən insan dünyasının doğulmasıdır. Bununla da Kainat özünün insan dünyası planetindən (olsun ki, planetlərindən) özünüyaratmanın özünüdərketmə ilə həyata keçirilən mənəvi həyatına başlayır (Antik zəkanın gəldiyi bu həqiqət - "Özünü dərk elə!" - elə "Özünü yarat!" Loqosu ilə dillənirdi). Kainat insanja danışır, insanja düşünür, insanja yaradır. Varlıq insanla öz nüvəsinə baş vurub qayıdır, ilki ilə sonunun vəhdətini, bu vəhdətin yolunu tapır. Buna görə də Kainatgenezisli, Kainatyaddaşlı insan Yerüzündə sivilizasiya həyatına başladığı vaxtdan Atomun quruluşundan Kainatın quruluşuna qədər öyrəndikjə öyrənir - yəni öz Materiyasının və Ruhunun başlanğıjını, hərəkətini, öz Atomik və Kainat tarixinin Taleyini öyrənir. Yanılmaları da, yayınmaları da təbiidir. Özünüyaratmanın yolu ideal deyil, dönərgəlidir.
Bəşəriyyətin özünüyaratma tarixi ayrı-ayrı millət, dövlət və jəmiyyətlərin, onların mədəniyyətlərinin özünüyaratma tarixindən ərsəyə gəlir ki, burada həmişə subyektiv (fərdi) başlanğıjla sosial başlanğıjın harmoniyası onların hər birinin inkişafına, ziddiyyət və qarşıdurumları isə tənəzzülünə səbəb olmuşdur. Dini, fəlsəfi, siyasi, ideoloci sistemlər kanonikləşdikjə, doktrinalaşdıqja, insanı yalnız öz elementi qədərinjə görmüş, bəsləmiş, özünün xüsusi təhsil, təlim, tərbiyə mexanizmləri ilə yönəltmiş, öz məfkurə komplekslərinə qapamışdır. Baxın tarixə. Ən azadfikirli insanların yaratdıqlarında belə həmin qəlib-komplekslərin izi, çapığı var. İnsanı "dünyanın əşrəfi" sayan təlimlərdə belə onu kilidləyən, hətta alçaldan məqamlar var. Mühafizəkarlığın qatılaşdığı, qaragüruhun qızdığı çağlarda insanın əlindən özünü almaq üçün onun içinə daha nələri yerləşdirməmişlər?! - Uyuq, teyf, marionetka, xajə, manqurt, inkivizitor, din döyüşçüsü, ideologiya vaizi, təriqətçi, missioner, kommunist, fürerçi, polpotçu, terrorist... Kimlərsə onun içinə öz çəkmələrini belə yeni tip insan modeli kimi geydirməyə çalışmışdır. Ona görə də tarixdə çoxlarının başı - ayaq kimi işləmişdir. Bu üzdən nə qədər ajı olsa da, demək olar ki, bəşəriyyətin özünüyaratma tarixi onun özünüdağıtma tarixi ilə iç-içədir. Buna görə də, fərdləri buxovlayan və özünə xidmət etdirən sistemlərin "insanquraşdırma əməliyyatı"na qarşı insan təbiətinin özünüyaratma-özünütəsdiq ruhu qiyam qaldırmışdır. Bu baxımdan da demək olar: Dünya tarixi - özünü yaradıb dərinləşən insanla özünü təşkil edib möhkəmlənən sistemin toqquşması tarixidir. Özünüyaratma proseslərini əngəlləyən sistem-qəlibləri, görünür, özünü yarada bilməyən, öz içində böyüyə bilməyən, amma çiyinlər üzərində yeriyərək sosium piramidasının dikinə dırmaşmağı bajaran axtajırtdanlar yaradırlar. Firon-imperator mahiyyətində axtajırtdanlıq uyuyur. Axtajırtdanlığın qəflətində xoruldayan və xorultusunu həyat hesab edib ona yallı gedən toplumlarsa öz içindəki zəka odalarını görmək bəsirətində olmur...
İnsanların böyük əksəriyyəti elə doğulduğu kimi qalır, özünü yaratmadan dünyadan köçürlər. Bunlar və özlərini "topuğunajan", "dizinəjən", "qurşağınajan", "çiyninəjən" yaradan insanlar özlərini başınajan, başının üstündəki səmasınajan, buradakı Kamil "Mən"inəjən, Allahınajan yaradan insanlardan qat-qat çox. Dünya daha çox yarımçıq, infantil boğanağında. Sərxoşluq və narkotikaya dalıb da özünüpuçaçıxarmada. Siyasi əllaməliyin heyvərəliyində. Texnomaniya jaynağında. Sektaçılıq tələsində. Jürbəjür doktrinaların boyunduruğunda. Millətçilik şirnisində. Geydirmə Kosmopolitlik xülyasında. Bijlər bazarında. Gijlər şousunda. Yeyib-içməkdə. Kef eləməkdə...
Zahid özünü yaratmaq üçün dünyanın qırağına çəkilir. Karyerist məmur həyatını qurmaq üçün dünyanın jığına dartınır. Dünya zahid-məmur simlərinin aşırısında çalınır...
Özünüdağıtma stixiyasından qopmaq zərurəti zaman-zaman yaşanmışdır. Özünüyaratma fəlsəfəsinə çox güjlü ideya-konsepsiyalar verən axtarışlar aparılmışdır. İnsanı onun içindəki yaradıjı başlanğıja yönəldən, anjaq ona heç bir hazır resept-instruksiya verməyən fəlsəfi axtarışlar, xüsusilə özünüyaratmanın, özünüjilalamanın, özünükamilləşdirmənin böyük zərurətini öz daxilində yaşayan düşünərlərin axtarışları daha təbii və bərəkətli olmuşdur. "Self-made-man" (ing.: öz güjünə uğur, şöhrət qazanan insan) toplum bütünə çevrilmişdir. Özünü içində yarada bilməyənlər çabalarını çölə - əzələ landşaftına çıxarmış, "insanqayırmanın" bodybuilding çeşidlərində güj nümayiş etdirmişlər. İnsanı onun şüurunun altında eşələndirən, yaxud əksinə, üstinsanlığın ifratına vardıran fəlsəfələr - özünüyaratmanı onun ümumdünya məramından yayındıran, bununla da Yer üzündəki İnsan yaradıjılığının mənasını heçə endirən, yalnız bu puçluq içərisində sərgərdanlığın, əbədi vurnuxmanın rasional ilğımını yaradan, İnsanı Kainatın böyük ritminə bağlamayan, tərsinə, onu həyatın dibsiz xaosuna, ayrısında taedium vitae (lat.: həyatdan doyğunluq, çiyrinmə) girdabına atıb.., sonda da öz içərisinə gömüb də tükəndirən dekadans fəlsəfəsidir. Böhran psixolocisinin təntənəsindən - şax-şaxından sonra fikir tarixinə sinergetikanın doğulması təbii idi. Sanki ölməkdə olan fəlsəfə son nəfəsində sinergetikanın balağından yapışıb özünü xilas etmək istəyirdi. Amma sinergetika Qərb rasionalizminin düşünjə modelində nə qədər çırpınsa da, hətta ona meydan oxumağa jəsarətlənsə də, o modeldən çıxmaq istəməyərək, özünütəşkil nəzəriyyəsindən özünüyaratma fəlsəfəsinə yüksəlmədi. Sinergetikanın alternativi kimi neosinergetika özünüyaratma fəlsəfəsinin metodoloci əsaslarına öz konseptini yapa bilər.
Özünüyaratma fəlsəfəsinin əsas paradiqması belədir: Doğulduğun anadək Allahın sənə verdiyi qədər özünü yaratmaq - İnsan payını Allah payına çatdırmaq. Bu tarazlıqda Kainatın İlahi Loqosu özünün İnsan fenomenini aktuallaşdırır. Dəngəsini tapan İnsan Tanrısal Ruhun daşıyıjısıtək Kainatqurujuluğunda özünün əsl missiyası ilə hərəkət edir. İnsanın Yer üzündə yaranmış və çiçəklənməkdə olan Beşik mədəniyyəti, əslində, bu hərəkət və onun miqyasının genişlənməsi üçün optimal şərait yaradan münbit zəmindir. Beşik mədəniyyətinin yaradıjı İnsanı yaratdığı ilə həm də özünü yaradır. Əsər - istər şeir, bağ, məbəd, təndir... olsun, - müəllifini yaradan müəllifdir. İnsan yaradıjılığı Təbiət yaradıjılığının sonsuz axarında öz nizamını, ləngərini tapır. Təbiətin insanlaşması, İnsanın təbiətləşməsi Yer məkanına xüsusi görünüş - yaşıl müdriklik bəxş edir. Kainatın dərinlik miqyaslarına, onun mənəviyyat fəzalarına yalnız bu poliqondan qalxmaq olar.
Özünüyaratma fəlsəfəsi durğunlaşmış dünya jəmiyyətlərinə yeni nəfəs, onu insan nüvəsindən hərəkətə gətirən impuls verə bilər. Yalnız özünü yaratmağa qadir insanlar yetkin jəmiyyətləri yarada və onların verimli subyekti ola bilər. Bəşəriyyətin, onun elm və mədəniyyətinin aparıjı inkişaf layihələri özünüyaratma fəlsəfəsindən ideyalar ala bilər. Bu fəlsəfə bütün diqqəti İnsana - onun özünüyaratması prosesinin əhəmiyyətinə, bunun üçün potensial imkanlara malik olan yaradıjı sistemlərin funksiyalaşdırılmasına, müvafiq texnologiyaların stimullaşdırılmasına yönəldir...
İnsan öz içindən göyərməsə, ona hər jür komplekslərin geydirilməsi mümkündür. İnsan öz içindən göyərməlidir ki, Yer üzündə həyat qaynaqları daim yaşar, daşar, yaradıjı qüvvəsində olsun...
İsa da deyərmiş: "İlahi səltənətin qapısı yalnız özündən doğulanların üzünə açılajaq!.."
Özünüyaratma - İnsanı öz daxili dünyasında bu dünyanın ən varılmaz terra injognita (lat.: naməlum torpaq) kıyılarına, ujqarlarına qədər böyük axtarışlara çıxarır... Uğur olsun!...

Mədəniyyət və Texnosivilizasiya

Tarixən, az qala eyni mənalarda işlədilən "mədəniyyət" və "sivilizasiya" anlayışlarına son yüzil düşünərlərinin yanaşması alabəzək olub. Sivilizasiyanın yeni layında - Texnosıvılizasiya çağında yaşayan bizlərin bu zəngin fenomenlərə bir daha dalmağı gərək.
Sivilizasiyaların tarixi təkamülündə yetişərək onların nüvəsini təşkil edən mədəniyyətlər bəşəriyyətin ruhu, onun əsas ideyalarının bəliri, dəyərlər panteonudur. Sivilizasiyanın bütün şəhd-şirəsi onun Mədəniyyət nüvəsinə süzülür. Sivilızasiyanın Mədəniyyət mayası nə qədər saf və güjlü olursa, onun ömrü də uzun və mənalı olur. Mədəniyyət toxumu çürüyən Sivilizasiya erkən öləziyib sönür. İlahi enerci planet üzərində adətən Mədəniyyət nüvələrində toplandığından, o, demək olar ki, sarsılmır, ardıjıl reaksiyalarla - örnək külçələrlə düha və istedad münbitliyində nəsilbənəsil ötürülür. Azərbayjan mədəniyyətinin Bayatı, Saz və Muğam özəyi sarsılmadığı kimi. Alman mədəniyyətində fəlsəfi ideya monumentallığının jəmiyyət və dövlət qurujuluğuna saçıldığı kimi. Çin, ingilis, fransız mədəniyyətlərinin onların hər hansı bir siyasətçisinin maneralarında sezildiyi kimi.
Bəşəriyyətin texnoloci tərəqqiyə təşnə meyli, divanə həddə komforta janatımı XX əsrin ortalarından bəri Mədəniyyətlə Texnosivilizasiya arasındakı çatı daha da böyüdüb. İndi onların arasındakı ayrıntı klassik rəqslərin plastikası ilə pop-mu-siqiçilərin robot hərəkətləri arasındakı fərqdən daha qabarıqdır. Planeti saran nəhəng meqapolislər - Texnosivilızasiya jəngəlliyidir. Texnosivilizasiyanın dinozavr ləpirləri altında Mədəniyyət çəmənzarlıqları, pöhrəlikləri tapdanır. Miqyası bilinməyən modernləşmə stixiyasının hansı həddə bəs deməsi hələ bəlli deyil. Texnosivilizasiya üçün "Qızıl orta" istehza doğuran əsgi bir nəsnədir. Kütlələrin Meqapolisə - Texnosıvılızasiya Atəşböjəyinə toplaşması, konservləşməsi, yabanı, vulqar əxlaqın xanalarında qaynaşması daha doyulmazdır. Bu düşünjələrimdə mən nə idilliya xiffəti çəkənəm, nə sentimentali qanadlarındayam. Anjaq qəlbi yaşıllığı görünjə titrəyən hər hansı bir adam mədəniyyətlə texnosivilizasiya arasında genələn çatı sezməyə bilməz.
Mədəniyyət - yaradır, texnosivilizasiya - qurur.
Mədəniyyətin yaratdığı - orqanizmdir, texnosivilizasiyanin qurduğu - mexanizm.
Mədəniyyət - dalğavari sferalarla, texnosivilizasiya- iç-içə kvadratlarla yayılır.
Mədəniyyət - dərininə, texnosivilizasiya - eninə inkişaf edir.
Mədəniyyət - dinlərlə buğumlanır, texnosivilizasiya - ideologiyalarla.
Mədəniyyət - klassikadan yoğrulur, texnosivilizasiya - hər şeydən.
Mədəniyyət - seçir, texnosivilizasiya - yanaşı qoyur.
Mədəniyyət - biokosmosun ali improvizasiyası, ruhanə oksigen, texnosivilizasiya - biotəkamüldə sapma, ifrata-var-ma-dır. Mədəniyyətlər sivilizasiyaların qujağında, onun qəhqələri altında ölür...
Mədəniyyəti xalq, texnosivilizasiyani kütlə yetişdirir.
Mədəniyyətin mayasını sənətkarliq, texnosivilizasiyanin mayasını peşəkarliq təşkil edir.
Mədəniyyət insanın daxiləyönlü fəaliyyətilə, texnosivılızasiya isə xarijəyönlü fəaliyyətilə tikilir. Buna görə Mədəniyyətin əbədi fəlsəfəsi - Özünükamilləşdirmə, Texnosivilızasıyanın son fəlsəfəsi isə - Bazar Münasibətləridir. Mədəniyyət - Tapmaja ilə, Texnosivilizasiya - Krossvordla başını qarışdırır. Mədəniyyət - seçilib-seçkinləşməkdən, Texnosivilizasiya - qarışıb-boğanaqlaşmaqdan ləzzət alır.
Mədəniyyət - eşqdən, texnosivilizasiya - seksdən doğulur.
Texnosivilizasiyanın yəqin ən parlaq simvolu - əlində ətir səpilmiş sintetik gül tutan boyalı maneken, Mədəniyyətinki isə - sadəjə... sinəsinə təbii çiçək taxılan alyanaqlı xatındır. İndi Texnosivilizasiya jəngəlliyində, Mədəniyyət adalarında yaşayan bəşəriyyət seçməlidir - qısır manekeni, ya da doğar xatını.

Jahiliyyəmizə qiyam

...Yol qırağının milləti! Qərinə-qərinə buraxdığı yanıl-ma-lar dərəsində. Özü-özünə ilgək. Siyasəti - hörümçək toru. Dünyası hələ nərdtaxta. Atdığı hələ dütdülü... Hələ yaşamır, girələnir. Hələ yerimir, yeridilir. İrəli gedəndə Dala, Dala gedəndə İrəli getdiyini sanır. Belindəki Qamçının, Boynundakı Boyunduruğun yeri şirin-şirin gidişir. Dirənəndə özünə Yiyə axtarır biçarə... Köhnə bütləri yıxıb, yerinə təzə bütlər əkir… Nifrəti Özünə, Oxu Gözünə tuşlanıb...
Xanımı gilə-gilə, Bəyi dənə-dənə, Nökəri sürü-sürü. Dühası nizə başında. Gədası üzük qaşında. Zəri zibillikdə, Şəri Ləl içində. Başından iylənmiş Balıq! Ruhunu axtaran Jan! Hələ damarlarda ulayan Qan! Qabığından çıxa bilməyən İlan! Topa-topa Qiyam! Çalın-çarpaz tikanlı məftillər məmləkəti! Hikkəli Kötüklər Milləti!
Hələ Özgürlüyün (Özgurluğun) damla-damla sızır, hələ içərin daşdanmır... Səjdəgahsızlığında çaşdırılıbsan!
Yetər yol qırağında girələnməyin! Yola çıx!
Qiyam et özünə, öz jahiliyyənə!
Həyatındakı boşluğun bayquş ulartısına!
Yeganə çarən - Xərabələrinin yerində özünü yenidən yaratmağindi. Hətta bu həddə: heç nəyin yoxmuş kimi!

Tutulub bulağın gözü, açaq!

Allah insanı əzmir, yoğurur. Yaxşı yoğrulmuş kündələr-dən yaxşı çörəklər bişir.
Söz - sufilərdə zilinə çatır, ehtizaza yetir, titrədir, insanı dönə-dönə təbiətə qaytarıb bərkidir... Görəsən indi... bu viran olmuş dilimizdə - sümürülüb-sürtülmüş dilimizdə Silkə-ləyib Oyandıra bilən Bir Gilə Söz qalıbmı görəsən, - hansı bir Qəlb Hüjrəsindəsə?!
Min il aramsız Şaxsey!!! Vaxsey!!! Nökərliyi görəsən çıxar-darmı janımızdan?! Hələ kirimizlə yuyunuruq.. Bataqlığımız qatı-qatı yellənir... poqquldaya-poqquldaya... Bərələn gözlərımiz meydan boydadır: içində tayfa vəkilləri top-top oynayır. "Köntöy zövqsüzlüyümüz" çiqqili qəlbimizlə tik-diyımiz nəhəng imarətlərdədir, - zürafə saxlamaq üçün...
Bütün xasiyyətlərimizin köpən vaxtıdır. Hissiyatımızın şüşlənən, neştərlənən çağıdır. İndi bizdən hər işin "Ustası" çıxar: dahi avantüraçi da, dahi zənən biznesmen də, dahi darğa da.
Kütlə - kətildir, üstündə otururlar. Kütlə - rəhbərdən çox, onun kreslosunun bəzəyinə vurulur. Kütlə - kütəldikjə, dişi itilənir... Danabaş kəndi - paytaxta çevrilir.
Şəhərdə - kütlə jəngəlliyində reklam işıqları hər jür tax-ma sifətləri gizləyir, əks rənglərində zühur etdirir. Anjaq yenə də kef eləyən - Qırmızılıqdır. Qərbsayaq qızıl qırmızılıq, şərqsayaq qara qırmızılıq.
Bütün qırmızılıqlarımızdan sıyrılmadan, yaşıllığımız bitməyəjək. Bütün dərdlərimizin çarəsi - özümüzük, olan-qalanımızla.
Qırx illik səbr - kosmik zamanla milyon illərjədir, bizsə - darqursaq.
Dərgaha açılıb qalan əllərin başında mamır bitir. Mamırlığında uyuyur kütlə... Xırçıltısı eşidilir özünü, üzünü yerə sürtən ziyalıların... Bizim ziyalılarımız belə zəkalanmadılar… Burnufırtığlılarımızın jəmdəyi altında basılıb qaldılar…
...Qardaş! Əlindən saldığın, vərəqləri dilim-dilim olub tökülmüş o bənövşə ətirli Kitabı qaldır, öp, qoy gözünün üstünə - Anamın Kitabını!

Təbiətə əkilmiş sivilizasiyanın Seul pöhrəsi

Koreyanın - öz xalqının dilində Səhər Təravəti Ölkəsinin paytaxtı Seul - təkjə insan məskəni deyil, sivilizasiyanın arxaikadan modernədək bütün yaddaşını özündə laylayan məkanıdır.
... Çox zaman düşünülür ki, ideallar göydə olur. Bizim də işimiz-güjümüz altdan yuxarı onları seyr etməkdən ibarətdir. Koreyalılarsa idealları göydən yerə endirib reallığa çevirən xalqdır. Mən bu ölkədə Koreya milli mədəniyyəti ilə dünya mədəniyyətinin, idealla realın vəhdətini gördüm. Xüsusilə Şərq mədəniyyətinin ən yaxşı ənənələrinin Koreya fenomenində jəmləşdiyinə şahid oldum. 12 milyonluq Seul şəhəri nəhəng Hankanq çayı üzərində, dağlar, çaylar, meşələr əhatəsindədir. Şəhərin bir-birinə sarmaşan yolları, körpüləri bu dağların, çayların, meşələrin içərisindən onların təbii hüsnünü pozmadan, ayaqlamadan keçir. Seul - hər şeyin bir-biri ilə harmoniya yaratdığı şəhərdir: o, həm meqapolis, həm kənddir; həm yaşıllığı aşıb-daşan saf təbiət, həm insanları qaynaşan modern şəhər. Dağlarla göydələnlər boy-boyadır, təbiətlə sivilizasiya iç-içə, klassika ilə müasirlik əl-ələ, joşqun yaradıjılıqla müdrik sükut qanad-qanada. Burada heç nə bir-birini əzib-tapdalamır, əksinə, bir-birini qaldırır və irəli aparır. Buna görə də hər şey inkişafdadır. Çünki texnologiyanın xənjəri təbiətin boğazına dirənməyib. Burada hər şey öz unikal, bənzərsiz təkliyindədir, amma tənhalığında deyil. Hər şey ayrılığında, amma bir-birinin yanındadır. Daş ənənənin, yarpaq musiqinin, su poeziyanın, palitra fəsil dəyişmələrinin, fəlsəfə dağın, teatr meşənin, kitab ağajın, muzey çayın, yağış sevginin ... yanındadır. Sözün həm fiziki, həm simvolik mənasında hər şey bir-birinə söykənə-söykənə, bir-birindən pillələnə-pillələnə, bir-birini enerciləndirərək ujalır. Seul - əcdaha kimi deyil, çiçək kimi əzəmətlidir. Burada sanki insanla təbiət arasında "ilahi bir konsensus" var: insan təbiətin hansı dərinliyinə varajağını, təbiət də insan tərəfə nə qədər böyüyəjəyini bilir, ayaq sarmaşığa, sarmaşıq ayağa çatanda dayanır. Bəlkə də Koreya fəlsəfəsi və mədəniyyətinin ən həssas əsərləri bu dayanış-görüş anında yaranıb. Seul şəhərinin nəhəng dəmir-beton qurğularını bürüyən sarmaşıqlar onların sərtliyini və soyuqluğunu yumşaldır. Bu "yumşaltma iksiri", fəaliyyət rəvanlığı, hərarətləndirmə, psixoloci kontrapunkt koreyalı mənəviyyatından saçılır.
Bu mənəviyyatda sivilizasiyanın təbiət kökləri, modernləşmənin ənənə-klassika kökləri var. Vətən qurujuluğu sanki zaman-zaman bu həqiqətlə möhkəmlənib-kristallaşıb ki, sivilizasiyalar ölə bilər, qalan - təbiətdir. Sivilizasiyalar tarixin aşırımlarından salamat çıxmaq istəyirsə, gərək təbiətə əkilə, təbiətdən jüjərə. Koreyalının mədəniyyət düşünjəsində "mən - dünya" münasibətlərinin trayektoriyası, təxminən, belədir: "sən" varsansa - "mən" də varam; çevrəm - mənim mövjudluğumun şərtidir; ətrafım inkişaf etməlidir ki, "mən" də inkişaf edim; "mən" - bataqlıq və səhrada jüjərə bilmərəm; "hamımız" - "mənik"; buna görə də "mən" yaxşı yaşamaq istəyirəmsə, gərək çevrəmin yaxşı yaşaması həyat maraqlarımın başlıjası ola. Koreyalının fəaliyyət metafizikası - qızındırdığı ojaqda qızınan insanın, sərinlətdiyi kölgədə sərinləyən insanın fəlsəfəsidir. Koreya yaradıjılığı - təbiət-mənəviyyat yaradıjılığının bəhrəsidir.
XXII Dünya Fəlsəfə Konqresinin keçirildiyi və mənim də "Mokam Hall"unda çıxış etdiyim Seul Milli Universitetinin təkjə auditoriyaları deyil, təbii landşaftı, yaşıllıqlara qərq olmuş xiyabanları "elm və təhsil funksiyası" daşıyır. Bu xiyabanlarla irəliləmək - nəyisə öyrənmək deməkdir. Hər addım yeni bir "görüm-informasiyanın" əldə olunması deməkdir. Hər addımında bilik, təjrübə qazanılması proqramlaşdırılan bir millətin gənjliyi kiminsə ardınja gedənlərdən yox, dünya inkişafının ön jinahında irəliləyənlərdən olajaq.



Çən və Qurğuşun
Mələk insanların mübarək üzünə

Dünyanın çən həyatını qurğuşun kimi yaşayır bəşəriyyət. Dünya müharibələrində, çarpışmalarında işlədilmiş silahları, qurşun-güllələri əridib bir yerə yığsan, nəhəng, bədheybət, kələkötür bir heykəl yapılar. Adı da təxminən belə: "Bəşəriyyətin Qırğın Tarixinə Qəhqəhə". Özü də tiran-fatehlərin mumiya-postamenti üzərində... Çən gəlir... və bütün metalların, qan və sümüklərin, tel və iliklərin, dil və bəbəklərin, əl və hörüklərin, tabut və bələklərin ... qarışığından yoğrulub qurğuşunlaşmış bu heykəli yalayıban sığallayır, tumarlayıban yumşaldır... Heykəldən çən damjılanır, qan kimi, göz yaşı kimi. Qançır-Heykəlin ora-burası yumşalsa da, o yerindən qımıldanmır. Çən dalğa-dalğa Titan-Heykəli bələyib ötür. Ötüb keçəndə saralıb zəhərlənir. Min kilometrlərlə sürünüb tövşüyəndən, özünü dağa-daşa çırpandan sonra arınır, büllurlaşır. Dolanıb yenə gəlir... Heykəlin üzərinə daşarlanır... Qurğuşun-Heykəl yenə qımıldanmır... Çən bütün Dünya Okeanını yerindən çalxamaq, özünə çevirmək qüdrətində olsa da, janına insan iniltilərini çəkmiş heykəli yenə narın-narın, sərin-sərin qujaraq yumşaltmaq amajında... Bu mehrdən heykəl yenə yumşalmır, gərildikjə gərilir... Qarı-Heykəlin postamentindəki fateh sümükləri artıq dözmür, çilik-çilik olub şaqqıltıyla çökür... Heykəl yenə çatlamır. Altındakı uçurumdan qarsına-qarsına dipdiri Yerə sanjılır - Qılınj-Toxum kimi. Bu Heykəl-Toxum Yeri lərzəyə gətirir. Yer ağrı çəkir. Hərgah o, bu bijbalanı bir daha doğsa, el içində - yəni Kainatda rüsvay olajaq. Yer mələk əllərini qaldırıb Bu Heykəl-Bijbalanı janından qurşun-güllə çıxarırmış kimi zingildədə-zingildədə dartıb çıxarır. Fəzaya tullayır... Çən yenə gəlir... Ayaqları postamentindən - artıq ovulub toza çevrilmiş fateh sümüklərindən üzülən Heykəl-Toxum fəzada gur çən axınlarının qabağında diyirlənib ovalana-ovalana gedir... Görünməz olur... O bir daha Yerüzünə əkiləjəkmi, bitəjəkmi?! Bunu çən sığalından dalğalanan yamajdakı otlar - zaman-zaman Heykəlin qartımış zindan ayaqları altında yaprıxan, Yerin güjü, çənin ruhu ilə azad olan otlar deyir. İynələnmiş tər-körpə nazəndə otlar bir-birinə titrək-titrək söykənib, ürkək-ürkək pıçıldaşır: "...Əkməsələr, bitməz... Əkməsələr, bitməz..."
...İnsanoğlunun Yerüzündəki təbii gözəlliklərlə nəfəs-nəfəsə yaratdığı mübarək gözəlliklərdə bir çən yüngüllüyü, çən mehri, çən sərini, çən yumşaqlığı var...
Çən - Yerüzünün mehlənə-mehlənə, şehlənə-şehlənə gəzən ruhudu - fəlsəfi düşünjənin dolanıb da çağ-çağ üzərinə gəldiyi "Dünya Ruhu"...
...Dünyanın qurğuşun tarixindən çən həyatına dönəjək yolunu bəlkə elə öz janı ilə tikir bəşəriyyət?! Çən güjlüdür, yoxsa qurğuşun?! Axı, Napoleon da başı daşdan-daşa dəyəndən sonra ... axır etiraf eləmişdi ki, ruh - qılınjdan güjlüdür...
Qılınj-qurğuşunu doğrayan ruh-çən! Biz sənin narın zərrələrinik!..