Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Elxan Zal QARAXANLI
XAQANNAMƏ


TƏNQIDÇI ILƏ YAZIÇI ÜZ-ÜZƏ


Makvala QONAŞVILI
(Gürcüstan)


Qulu AĞSƏS
QAPISI AÇIQ MƏCID...
esse


Vüsal NURU


TƏYYAR SALAMOĞLU
ÖLMƏZ SƏNƏTKARIN "ÖLƏN DÜNYA"SI


Adil MIRSEYID
CLASSICAL MUSIC FOR MEDITHATION
poem


ADIL MIRSEYIDLƏ
BIR FINCAN QARA QƏHVƏ


Mubariz CƏFƏRLİ
Hekayələr


32 ILLIK ÖMRÜN NƏĞMƏLƏRI


Aydın DADAŞOV


Gülşən BEHBUDQIZI


Vaqif İSAQOĞLU
MÜSADİRƏ
hekayələr


Sevinc QAZAXQIZI
Bakı şəhər 104 №-li orta məktəbin şagirdi


Fər­qa­nə MEH­Dİ­YE­VA
ƏDƏBİYYATA XOŞ GƏLDİNİZ!


Ağacəfər HƏSƏNLİ


DANIŞAN DUYĞULARIM…


Mina RƏŞİD


Aydın TAĞIYEV


Rafiq YUSİFOĞLU


Sevinc MÜRVƏTQIZI
“ÖMRÜMÜ YELƏ VERMƏMİŞƏM...”


Şakir ALBALIYEV
DAŞ İNSAN
(lirik poema)


ŞOTA İATAŞVILI


ÖYRƏNMƏSƏN, ÖYRƏTMƏYƏCƏKSƏN...
Şota İataşvili ilə Səlim Babullaoğlunun Bakı-Tiflis qatarındakı söhbəti



 

Makvala QONAŞVILI
(Gürcüstan)


 
Mənim Gürcüstanımda...

Müsibətdir, müsibət,
üstündə adın olmaq.
Eh, ondan da ağırdır,
şair və qadın olmaq.
Sanki ayağı yalın
tikanlıqda gəzirsən.
Hər jür dedi-qoduya,
tənələrə dözürsən.
Nağıl qəhrəmanı tək
dəmir çarıq geyirsən.
Günəşi bayraq kimi
havada yelləyirsən.
Həm yolda, jığırdasan,
həm də ki, dağ başında.
Öz falına baxırsan,
körpənin göz yaşında.
Öz içini yesən də,
üzügülər anasan.
Gərək pərvanə kimi
alışasan, yanasan.
Kimdir inada baxan,
sözün yeriməyəjək.
Külək də susmayajaq,
qar da əriməyəjək.
Quru təsəllini də
sənə çox görəjəklər.
Bədxahlar şeytan olub
yuxuna girəjəklər.
Müsibətdir, müsibət
üstündə adın olmaq.
Eh, ondan da ağırdır,
şair və qadın olmaq.

QOJALIRAM, DEYƏSƏN…

Qojalıram, deyəsən,
yuxalmışam yamanja.
Ürəyim səhər-axşam -
inildəyən kamança.
Yaşlandıqja gör nejə
anama oxşayıram.
Sanki özümü deyil
anamı oxşayıram.
Şair javan olar də,
Ötdü şair yaşım da.
Bir kimsə könül açmaz
diz də çökməz qarşımda.
Qojalıram, deyəsən,
göz yaşımı içirəm.
Yeni kitabım üçün
köhnə şəkil seçirəm.
Anam kənddən gələndə
bir az uşaqlaşıram.
Hövllənib bugündən
qaçıb uzaqlaşıram.
Anamı iş-güj əyib,
hanı köhnə dilləri?
Tumar çəksə saçıma
yumşalarmı əlləri?
Otururuq diz-dizə
gah öjəşir, gah söyür.
"Belə ölüm-zulumla
yaşamaq olmaz!" - deyir.
Bir-bir yada salırıq
qohum-əqrabaları.
Atamdan söz düşəndə,
susub lal olur qarı.
Onu torpaq apardı,
aparajaq bizi də.
Kamına çəkəjəkdir
əyrini də, düzü də.
Yaşın bu vədəsində,
nə özünü öyəsən?!
Mən də öz anam kimi,
Qojalıram, deyəsən.

SƏNİN OVSUNUNDA

Bir azja xışıltı var
aprelin nəfəsində.
Mənsə çabalayıram
ailə qəfəsində.
Amma sənin yanında
indi başqa zamandır.
Külək özgə küləkdir,
duman ayrı dumandır.
Süzülərəm dumandan
günlərin bir günündə.
Dayanaram yel tutan
qapınızın önündə.
Yağış damjısı kimi
pənjərəni döyərəm.
Belə dəlilik üçün
sənə "Sağ ol!" deyərəm.
Bir ildən artıq olar,
heç şeir də yazmadım.
Kim nə deyir, qoy desin
mən yolumu azmadım.
Ürəyim hey çırpınır
eşit də gup-gupunu.
Sənlik birjə şey qalıb
tez ol, dur aç qapını.

KÖRPÜ

Boş-boşuna dua etsən, nə xeyri,
hay-küy salmaq hünər deyil, iş deyil.
Yenə niyə başlayıram bu şeiri,
dərdi saysaq, o bir deyil, beş deyil.
Babaların ruhu gəlir yuxuma,
üzlərinə nejə çıxım, İlahi!
Mənim şikəst, qan çilənmiş ruhuma,
neyləyəjək quru ahım, İlahi!
Ağ əlləri dost qanında yuyulan,
haqqı gəzməz, ədaləti aramaz.
Qır-qızılın sarısına bayılan,
düşmənini bağışlayan yaramaz!
Haçanajan, havaxtajan dözməli,
əllərimdə vaxt süzülür bez kimi.
Daha sizdən əlimizi üzməli,
puç oldunuz verdiyiniz söz kimi.
Fikir verin ağ yalana, qeybətə!
ağlamağı bajarırmış gürjülər:
Görün kimlər qiymət verir millətə,
boşboğazlar, çərənçilər, gərçilər.
Qojalsaq da, körpələrlə körpəyik,
borjumuz var, borjumuzdan qaçmayaq.
Nəsillərin arasında körpüyük
sınsaq, uçsaq…
yox, sınmayaq, uçmayaq.

SÖZ

Ah, titrəyir bədənim,
içimi didir kədər.
Gəldik "OL" kəlməsindən
sonunju sözə qədər.
Hansı zamana düşdük,
hamı sözündən qaçır.
Həqiqətən qaçanlar
həm də özündən qaçır.
Bu dönük zəmanəni
zərif şeirə çevirdim.
Mən ki "Tanrı" sözünü
Tanrı qədər sevirdim.
Pıçıldayır Tanrımız:
- Həqiqətə varınız!
Söz mənim hökmüm olub,
sizin xilaskarınız.
Qalan hər şey yalanmış,
sus, özünü yığışdır.
Söz-güllə, söz gül-çiçək,
söz-bulud, söz-yağışdır.
Sözlər boşa çıxanda,
böyük-kiçik bilinməz.
Söz də ilk sevgi kimi,
ikiləşməz, bölünməz.
Söz xırda toxum idi,
bitdi, artdı, ujaldı.
Uşaq kimi böyüdü,
ana kimi qojaldı.
Söz-istək, söz-ehtiras,
şipşirin üzüm kimi.
Qəlbini heç kəs, gülüm
açmadı bizim kimi.
Biz sözə söykənmişik,
hərəmim bir xoş sözük.
Hayıf, yanan da bizik,
hayıf, yaman da bizik.

HEYKƏLİN GİLEYİ

Parkda
durmuşam
bir qıraqda
gözüm qalıb
qonşum qovaqda.
Bəxtəvərin
kökü işləyib dərinə
yaşayır öz yerinə.
Bir də görürsən
budaqları xışıldayır.
Yəqin bir şey bilir yarpaqlar
Biri-birinə nəsə pıçıldayır.
Hərdən o
Günəşə sarı dartınır.
payızda darıxıb
yarpaqlarını dağıdır
yola-üzə.
Bəlkə məktubunun biri də
gəlib çıxıb sizə?
Mənsə dəjəl quşlara da
yelləyə bilmirəm əlimi
ölmüşəm
götürən yoxdur ölümü.
Vejinə deyil yiyəmin
daş baxtım,
boş vaxtım.
Ey insanlar
Boğun əbədi
diri qalmaq
azarınızı,
bağlayın bu bazarınızı.
az qatın başınızı.
az bəzəyin başdaşınızı
Allah deyilsiniz
daş adam olmaz
ruhunuzu versəniz də
heykəllər almaz.
Parkda
qalmışam bir
qıraqda
burda nə işim var?
Nə bu günüm
Nə sabahım…
Təkjə keçmişim var.
***
                                    Mziya Xetaquriyə

Malın yox, pulun yox, ev-eşiyin yox,
küləklər şığıyıb qarşını kəsir.
Avara qalmısan kral Lir kimi,
sən ki, bir həsirsən, bir Məmmədnəsir.
Dözürsən hamının iniltisinə
lütə, yalavaja yazığın gəlir.
Kölgədə Günəşə əli çatmayan
körpə qarağaja yazığın gəlir.
Özünə bu qədər zülm eləyən kəs,
sənin tək divanə, sərsəri yoxdur.
Düşün özünü də, ay başıdaşlı,
sənin öz qarşında günahın çoxdur.
Hanı arzuların yaşıl adası,
gedən gəmilərin bəyaz yelkəni?
Düzəltmək jətindir bu dağılmışı,
dikəltmək ağırdır bizim ölkəni.
Çoxu asıb-kəsir sıjqa kölgəni,
üzünə yanportu, köndələn baxır.
Yaman ümidlisən təzə illərə
illər də sivişib aradan çıxır.
Sənə kim bağışlar şehli çəməni,
nə addım atarsan, yan-böyür qınar.
Yellər divan tutur sütül çinara,
xalx da elə bilir rəqs edir çinar.

GÖRÜŞ

Soruşursan kefimi,
ağızucu, atüstü.
Səndən baş açmaq olmur
nə soyuqsan, nə isti.
Əlimdən nə gəlir ki?
Qayğı çəkən anayam.
Həvəsim yox kimsəni
yamanlayam, qınayam.
Istəyirəm yenə də
inandırım özümü.
Sevgilimə nə desəm
yerə salmaz sözümü.
Heç insafın yox sənin
ürəyimi qırırsan.
Nə çəkilib gedirsən,
nə irəli durursan.
Yenə sədaqətliyəm
yorğun həqiqətimə.
Qəti şəkkin olmasın
odlu məhəbbətimə.
Ocağından savayı
nə gərəkdir qadına?
Yenə də and içirəm
Gürcüstanın adına.
Çox bərkə-boşa düşdüm,
ayrılmadım yolumdan.
Mənim də Allahım var
hərdən tutdu qolumdan.
Uyma qəpik-quruşa,
var hər kəsin ruzusu.
Mən adi bir anayam,
bitməz ana arzusu.

ÜMİD
                 "Elə yaz ki, bizə ümid versin."
                 (Yuxarı Avçala islah-əmək koloniyasından
                 yazılmış məktubdan)

Burda zaman sürünür
Günəş bizdən uzaqdır.
Sizin üçün əsən yel
buralarda sazaqdır.
Qayıdaram, əzizim
"Srok" keçib yarını.
Yetirərəm yerinə
bütün arzularını.
Köhnə peşəni atmaq
bir az çətin olajaq.
İşi yoluna qoyan
məhəbbətin olajaq.
Daz qırxılan başıma
öz əlim sığal çəkir.
Gözlərimi görəsən
gözlərim çox yol çəkir.
Sənə bir gün vermədim,
özümə də qəniməm.
Amma bil ki, çöldə də,
türmədə də səninəm.


GÜNƏŞİN GÖZ YAŞLARI

                         Lali Totadzeyə

Bəlkə qadın deyilsən
bir qadın duasısan.
Bəlkə soyuq günəşin
kövrək bir şüasısan,
şip-şirin yuxu kimi
yuxulardan qaçmısan.
Meyvə ağacı kimi,
qollarını açmısan.
Hanı avqust istisi,
hanı sənin bağbanın?
Səndən xəbəri yoxmu
ağatlı bir oğlanın.
Gül tək dəstə tutmusan
ətirli tellərini.
sənə "yazıq" desələr
kəsərsən əllərini.
Az qalıb, lap az qalıb
qapıdan girəjəksən.
Balınjında bir qujaq
bənövşə görəjəksən.

DUR, GET!

Yanıma gəlirsən
ölçülüb-biçilmiş addımlarla
ütülü sözlərlə.
Yalvarıram
nə haqda deyirsən danışaq,
Anjaq yığışdır ehtiraslı həmlələrini,
üyüdüb tökmə bu kitab cümlələrini.
nəyə lazımdır bu dilavərlik.
Elə bilirsən sabah
dözəjəksən mənim şıltaqlığıma
azad ruhuma?
Gejdir, dur get!
haram qatma yuxuma.


UŞAQ EVİNİN SAKİNİNƏ
(bajılığıma qafiyəli məktub)

Yaralı məktubunda
barmağının izləri.
Jalayırsan uj-uja
hərarətli sözləri.
Səni heyran edirmiş
təbiətin naxışı.
Bir jüt gün şüasıdır
Hər uşağın baxışı.
Gizlijə böyüyürsən
zərif bənövşə kimi.
Əl dəysə çiliklənib,
sınarsan şüşə kimi.
Körpəsini Tanrı tək
qoruyurlar analar.
Atalar qoymasınlar
balaları sınalar.
Saplaq kimi qolların
uzanıbdır göylərə.
Hərdən də ibadətin
çevrilir gileylərə.
gəl, bajılıq olaq biz,
dərdimiz də bir olsun.
Bundan belə həyatım
bir az başqa jür olsun.
Yandır üzərlik kimi
neçə-neçə misramı.
Bajılığım, ürəklən
görən kimi imzamı.
Bir gün atanla anan
yerini biləjəklər.
Əvvəl yuxuna,
sonra
yanına gələjəklər.


İNTİHAR

Nejə gözləyirsə toxum Günəşi
səni gözləyirəm, səni… bir ildir.
Həsrətin jəhənnəm odu, atəşi,
məni nə öldürür, nə də dirildir.
Qıymadın sevginə bir bəyaz donu
əlaj da tapmadın bu intizara.
Ah ürək, ovuda bilmirəm onu
məni sürükləyir hey intihara.


                                              Əcdər OL çevirib