Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Elxan Zal QARAXANLI
XAQANNAMƏ


TƏNQIDÇI ILƏ YAZIÇI ÜZ-ÜZƏ


Makvala QONAŞVILI
(Gürcüstan)


Qulu AĞSƏS
QAPISI AÇIQ MƏCID...
esse


Vüsal NURU


TƏYYAR SALAMOĞLU
ÖLMƏZ SƏNƏTKARIN "ÖLƏN DÜNYA"SI


Adil MIRSEYID
CLASSICAL MUSIC FOR MEDITHATION
poem


ADIL MIRSEYIDLƏ
BIR FINCAN QARA QƏHVƏ


Mubariz CƏFƏRLİ
Hekayələr


32 ILLIK ÖMRÜN NƏĞMƏLƏRI


Aydın DADAŞOV


Gülşən BEHBUDQIZI


Vaqif İSAQOĞLU
MÜSADİRƏ
hekayələr


Sevinc QAZAXQIZI
Bakı şəhər 104 №-li orta məktəbin şagirdi


Fər­qa­nə MEH­Dİ­YE­VA
ƏDƏBİYYATA XOŞ GƏLDİNİZ!


Ağacəfər HƏSƏNLİ


DANIŞAN DUYĞULARIM…


Mina RƏŞİD


Aydın TAĞIYEV


Rafiq YUSİFOĞLU


Sevinc MÜRVƏTQIZI
“ÖMRÜMÜ YELƏ VERMƏMİŞƏM...”


Şakir ALBALIYEV
DAŞ İNSAN
(lirik poema)


ŞOTA İATAŞVILI


ÖYRƏNMƏSƏN, ÖYRƏTMƏYƏCƏKSƏN...
Şota İataşvili ilə Səlim Babullaoğlunun Bakı-Tiflis qatarındakı söhbəti



 

Ağacəfər HƏSƏNLİ


 
HAMAR YOLLARI SEVMƏDİM

Hamar yolları sevmədim,
damar-damar yollar məni sevmədi.
Keçdiyim dolanbaj, ensiz jığırlar,
ətə-qana dolur, yola çevrilir.

Tanıya bilmədim saxta yolları,
əllərimin içi qırışdı, yoldu.
Üzümə qayıdır yorğun qollarım,
mənim ayaqlarım yolları yordu.

Hamar-hamar yollar,
dəmir-dümür yollar…
Sən quşun yolunu niyə tutursan,
göydən yol çəkmisən, uçub gedirsən?
Quruda azırsan, suda batırsan,
balığın yolunu qujub, gedirsən.

Damar-damar yollar məni sevmədi,
Allahın yolunu azıb gedirsən.
Yalın ayağına qaloş geymədin,
hardan nejə gəldi basıb gedirsən.

Gözü yollaradır pənjərələrin,
izi yerdə qalır pənjələrimin…
Alnımın yolundan hər gün keçirəm,
dəymək üçün başım əjəl daşına.

* * *

Oturmağa yer qəhətdi,
Gəzməyə qərib ölkə.
Ölüm - haqq sərənjamı
Ölsən də, qərib ölmə…

Divanə könlüm götürmür
Özgələrin sözünü.
Gözüm özündən çıxarır
Güzgülərin üzünü.

Şükür, bu günü də gördüm,
Şükür, şükür, ölmədim.
Ömrüm boyu yük götürdüm,
Söz götürə bilmədim.

ÇIXARTDIM YOLLARI AYAĞIMDAN

Çıxartdım yolları ayağımdan;
Səfərləri başımdan…
Xəyalım heç yana getməyəjək,
İki ayağını bir başmağa dirəyəjək
Çıxartdım yolları ayağımdan.

Çıxartdım yolları ayağımdan -
Bu qədər torpağında ayaq döymüşəm
Əvəzində nə qaytarmışam məmləkətimə
Gor istəməyə üzüm olsun.

Ayağın biləni
Başım bilmədi, torpağım!
Çıxartdım yolları ayağımdan
Bir jüt jorabtək…
Sərmişəm məftil çəpərdən.

Çıxartdım yolları ayağımdan,
Qəmgin üfüqlərdən çəkdim gözümü.
Bir ayağım gorda ikən
Ayağımı yorğanma görə deyil
Torpağıma görə uzatdım.

KİMİYƏM

Dolanıram sərsəm-sərsəm,
Bir ruhu dalğın kimiyəm.
Ara yerə kövrəltməyin
Onsuz da çılğın kimiyəm.

Nə üz sevirdim üzlərə
Nə ruhum sığdı sözlərə.
Kül üfürmüşəm gözlərə
Səhrada ilğım kimiyəm.

Bu qayalar - kürsü-kürsü,
Baxışlarda umu-küsü.
Ha əndərin dibinə su
Binədən solğun kimiyəm.

Nə deyim çarxı çönmüşə
Haqdan çırağı sönmüşə…
Üstümdə qaxa dönmüşəm,
Qurumuş salxım kimiyəm.

* * *

Göyün qaşqabağı yerlə gedir:
Açır sandığını,
Tökür pambığını…
Yamajlar - ağ dəftər
Sinədəftər çayların
Dili-ağzı quruyub.

Tilsimlənib qışın təbəssümü:
Tökür hirsini-hikkəsini
Anası ölmüş Yerin üstünə.
Bajalar papiros kötükləridi -
Təslim bayrağını yellədir göydən.

* * *

Buludlar çıxdı qınından
Hönkürdü dağda şəlalə.
Su sıçradı dörd tərəfə
Gölməçələr açdı lalə.

O KƏS

Heç kəsin soruşmadığı,
Allahın fağır bəndəsi.
Heç vaxt turşumur xəmiri,
Gəlsin ortaya kündəsi…

O kişinin unutduğu,
Ağaj kimi qurutduğu…
Qalmır ki, günah yuduğu
Dəhnəsində, bəndində su.

Kal armuddumu udduğu,
Dərddir sərib soyutduğu
Təkjə sözdür varı-yoxu
Onun da çatmır rəndəsi.

YALAN DEYİRSƏN

Ala buludlar kişnəyir,
İldırımdan od tökülür.
Yağış yağmır,
dolu düşmür,
Yalan danışırsan göy
Gözlərinin içinəjən…

Adamlar orda-burdadır,
Nədir həyat fəlsəfəsi?
Yalan deyirsən Allah,
Ömrümüzün məsafəsi
Başladığın biçinəjən…

Mən də əməli-salehəm,
Axan suyam, əsən mehəm.
Tanrıya səmt yol gedirəm -
Dizimdəki güjünəjən.

Mələdi tövşüyən sular
Suvardı daşda mamırı.
Payız yoğurdu xamırı
Yarpaqların köçünəjən,
Kölgəni köçürənəjən…

ANAMIN MƏZARI ÜSTÜNDƏ

Sənin əlinə su tökməyə yaramayan bulud
məzarının başına yağış tökür.
Yağış suyu sinə daşından keçə bilmir,
Göz yaşım keçir, ana.
And olsun oxuduğum dualara…

Dəfn olunandan

dəfələrlə keçmişəm məzarından,
məzarın köynəkdən keçirib məni.
Məkkə torpağıdı - köksü qabarıb,
dəfnə yarpağıdı - üstünə düşən…

Orda üfüqlərin közü qızarıb,
gəlmişəm, keçmişim qayıtsın geri.
Yağışlar gətirmir jana məzarı,
göz yaşımın səsi oyatsın yeri.

And-aman eyləyir, torpaq dil tökür,
heç kəsi qaytarmır - üzü qaradı.
Başqa qəbirlərin üstü qərənfil,
başqa qəbirlərin gözü qaradı.

Şirin yuxu tapdın, yuxunda azdın,
qəbrini yağışlar əjəb suvarıb.
Sən haram tikəyə əl uzatmazdın,
xəbər tutar evin daşı-divarı.

Başı buraxılmış xəyalım uçur,
sular da başlayıb dalğalanmağa.
Gəldim bu yağışdan qorunmaq üçün
girim məzarına - daldalanmağa.

SƏBR AĞACI

Gözümdəki şehimlə suvardım,
Səbr ağajımı;
Bar verdi səbət-səbət.
Bir ilan çaldı içimi
Zəhər də vermədi
Çatsın imdadına ehtiyajımın.

İçimdəki quraqlığın yarımsəhrasında
Musson güləklər əsir,
İlan mələyir.
Bitir kəmhövsələ səbr ağajım
Kölgəsində iməkləyir ömrüm,
Tökülür bəbəklərim yuxudan ötrü.

Əzabım - İsa əzabıdı,
Çarmıxdı sonum.
Mənim göz yaşlarım - dəniz suyudu.
Vallah belə getsə səbr ağajım,
Elə ömrü boyu duz gətirəjək…
Daşır həsrətimin səbr kasası
Allah səbr versin, ay səbr ağajım!

SƏN KİMİ ÇƏKMİSƏN?
(Portretimi işləyən rəssama)

Bəri başdan deyim
qüsurludur şəklim.
Boy-buxunumu oxşatmısan oğluma,
qaş-gözümü bənzətmisən nəvəmə…
Saçlı vaxtımı çəkmisən,
keçəlimi gizlətməkçün.
Sifətimin qırışları yerində deyil;
məsələn, baxışlarım tutqun,
sağ əlimin baş barmağı çənəmdə.
Buna nə var, çəkər nənəm də…

Atamı çəkməmisən,
anamı çəkməmisən.
Tələsmisən, babamı çəkməmisən
nənəmi saxlamısan,
dünənimi saxlamısan.
Yeddi arxa dönəmimi saxlamısan
qaçmısan qabağa… ay qağa
Buna görə qüsurludur şəklim.

Deyirsən, rəssam fantaziyasıdır….
Bəs onda hanı içimdə qışqıran sözüm?
Nə ad verim, nejə dözüm,
bu qüsuru hansı səmtə yozum,
kimin ayağına yazım?..
Evin yıxılmasın,
sən kimi çəkmisən?

SÖZ YÜKÜ ALTDA

Çökür muradımın şah sarayları,
Çökür xəyalımın zirzəmiləri.
Başqaları yalnız bəxt haraylayır,
Günlərdir ömrümün sirr zəmiləri.

Üstümdən sopsoyuq yellər ötməsin,
Bəs dalımja hürən kimin itidir?
Köhnə zəmanəyə şəkim getməsin,
Fələyin qəməsi indi itidir.

Hər günü açılan son gül bilirdim,
Nəhs fəsil gəlmədi, nəhs il olmadı.
Taleyim sapsağlam sünbül bitirdi,
Mənə qılçığı da nəsib olmadı.

Mənim möhlət payım daha yetər ki,
Oxşadım dərvişə, döndüm abdala.
Mən ata yurduma hər gün gedərdim,
Qorxuram qayıda bilməyim dala.

Yola möhür vurub at dırnaqları,
Ömrün gül-çiçəyi toz yükü altda.
Payızda daşını at durnaların
Qoy ömrün yaşını söz yükü altda.

GÖZLƏMƏ ZALI

Dünya - "gözləmə zalıdır"
Qatarlar haçan gələjək…
Fit çalajaq gəmilər,
Təyyarələr enəjək…

Dünya qatar vağzalıdır,
Dünya gəmi limanı.
Uzaq mənzillər qət edir
Ömürlərin gümanı…

Dünya - "gözləmə zalıdır"
"Əlvida" var, "sağ ol" var.
Səfər zamanı anjaq
Getməyə birjə yol var.

SUYA YER GÖSTƏRİR

Başlandı yağışların üsyanı,
qılınjlar toqquşur havada.
Kim tutajaq meydanı,
kim salamat qurtarajaq davadan?

Tökülür ağajların göz yaşları - yarpaqlar,
Allah, Allah, yerdə nə qədər yarpaq var?
Yarpağını əynindən çıxarmış çılpaq var.
Dağlar gözlərindən silir dumanı,

üsyanlar, tətillər basır ormanı.
Damlalar kiriyir birləşmək üçün.
İldırım uzadır baş barmağını,
suya yer göstərir əyləşmək üçün.

MƏN ÖZÜM-ÖZÜMÜ İNKAR EDİRƏM

Qovur, mənim ağlım məni rədd edir,
hissim təngənəfəs qaytarır geri.
Mənzil ayağında məni dərd didir,
həyəjanım deyir, qaydadır, yeri…

Mən özüm-özümü inkar edirəm,
daha şübhəm qalmır özüm-özümə.
Bəsdi, barmağımı sorub gedirəm,
ağlım barmağını soxur gözümə.

Hayıf çaşan hisslər, daşan duyğular,
namərd ayağına verdim sizi də.
Dərdimi bilsəydi, jar çəkərdi, jar…
Qoç Prometey də, qoja Sizif də.

Orda ağajların tökülür qanı,
köhnə dəhrəsini şimşək yağlaryır.
Qəbir düzəltmədi qozbeli, janım,
səbir düzəltmədi qozbel dağları.