Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Elxan Zal QARAXANLI
XAQANNAMƏ


TƏNQIDÇI ILƏ YAZIÇI ÜZ-ÜZƏ


Makvala QONAŞVILI
(Gürcüstan)


Qulu AĞSƏS
QAPISI AÇIQ MƏCID...
esse


Vüsal NURU


TƏYYAR SALAMOĞLU
ÖLMƏZ SƏNƏTKARIN "ÖLƏN DÜNYA"SI


Adil MIRSEYID
CLASSICAL MUSIC FOR MEDITHATION
poem


ADIL MIRSEYIDLƏ
BIR FINCAN QARA QƏHVƏ


Mubariz CƏFƏRLİ
Hekayələr


32 ILLIK ÖMRÜN NƏĞMƏLƏRI


Aydın DADAŞOV


Gülşən BEHBUDQIZI


Vaqif İSAQOĞLU
MÜSADİRƏ
hekayələr


Sevinc QAZAXQIZI
Bakı şəhər 104 №-li orta məktəbin şagirdi


Fər­qa­nə MEH­Dİ­YE­VA
ƏDƏBİYYATA XOŞ GƏLDİNİZ!


Ağacəfər HƏSƏNLİ


DANIŞAN DUYĞULARIM…


Mina RƏŞİD


Aydın TAĞIYEV


Rafiq YUSİFOĞLU


Sevinc MÜRVƏTQIZI
“ÖMRÜMÜ YELƏ VERMƏMİŞƏM...”


Şakir ALBALIYEV
DAŞ İNSAN
(lirik poema)


ŞOTA İATAŞVILI


ÖYRƏNMƏSƏN, ÖYRƏTMƏYƏCƏKSƏN...
Şota İataşvili ilə Səlim Babullaoğlunun Bakı-Tiflis qatarındakı söhbəti


İSMAYIL ŞIXLI — 90
 

TƏYYAR SALAMOĞLU
ÖLMƏZ SƏNƏTKARIN "ÖLƏN DÜNYA"SI


 

Mən İsmayıl Şıxlının şəxsiyyətində, yaradıcılığında, ümumən fəaliyyətində mükəmməl bir hissin təsiri altında, əbədi dünyanın təzahürünü görürəm.

                                                                                                                      Nizami Cəfərov

"Ölən dünyam" (1995) romanının "Müəl-lifdən" adlı giriş sözündə İ.Şıxlı yazırdı: "Mən "Dəli Kür" romanını yazdıqdan sonra Azərbaycanda 20-ci illərdə baş verən inqilab tariximizdən yazmaq qərarına gəldim, müəy-yən materiallar topladım, hətta əsərin adını da oxuculara çatdırdım. "Qanlı təpə" adlanacaq bu əsər 20-ci illərin mürəkkəb və ziddiyyətli həyatını əhatə etməli idi".
Lakin İ.Şıxlı həmin romanı yazmır. Ona görə ki, siyasi qadağalar şəraitində həqiqəti axıra qədər deyə biləcəyinə əmin ola bilmir. Bu şəraitdə yazacağı romanın tariximizin həmin dövründən bəhs edən məlum əsərlərdən bir o qədər də fərqlənməyəcəyini duyur. Yazmaq xatirinə yazmaq isə onu təmin etmir.
İyirminci əsrin 80-90-cı illərində ictimai-siyasi proseslərin sürətlə dəyişməsi, milli özünüdərkin cəmiyyət həyatına nüfuzu, milli müstəqilliyin əldə edilməsi onu düşündürən kon­kret ta­ri­xi mər­hə­lə və onun pro­blem­lə­ri ilə bağ­lı öz sözünü de­mək üçün ya­zı­çı­nın qar­şı­sın­da ye­ni üfüqlər açır. O, ye­ni ro­ma­nı­nı yaz­maq qə­ra­rı­na gə­lir və ya­zır. Müəl­li­fin ro­ma­na yaz­dığı gi­riş sözündə oxuy­u­ruq: "… Mən ye­ni ro­man üzə­rin­də iş­lə­məyi qə­ra­ra al­dım. Əsə­rin ru­hu və məz­mu­nu ta­mam ye­ni ol­du, əsə­rin adı da dəy­iş­di. Mən ro­ma­nı­mı "Ölən dünyam" ad­lan­dır­dım".
"Ölən dünyam" mürəkkəb süjet və kompozisiya strukturuna malikdir. Məlumdur ki, dünya ədəbiyyatında müxtəlif dövrlərə, zaman kəsiyinə aid hadisələri paralel süjet xətti və mürəkkəb kompozisiya sistemi ilə bir ideya, müəllif mövqeyi ətrafında birləşdirən roman ənənəsi mövcuddur. Q.Q.Markesin, M.Bul-qakovun, Ç.Aytmatovun yaradıcılığında əyaniləşən bu struktura Azərbaycan ədəbiy-yatında da rast gəlirik. Y.Səmədoğlunun "Qətl günü", Elçinin "Ölüm hökmü" romanlarında bu ənənə uğurla davam etdirilib.
İ.Şıxlı da "Ölən dünyam" romanında vermək istədiyi tarixi materialın bədii ifadəsi üçün müxtəlif zaman kəsiyində cərəyan edən hadisələri əks etdirən paralel süjetlərin bir mürəkkəb kompozisiya sistemində yerləşdirilməsi üsulundan məha­rət­lə ya­rar­la­nıb.
Fi­k­ri­mizcə, İ.Şıx­lı­nın ro­man­da ənə­nə­vi struk­tur­dan im­ti­na­sı "dəb", "ye­ni­lik" duyğ­u­sun­dan yox, da­ha çox ini­kas olun­ma­lı ma­te­ri­a­lın tə­bi­ə­tin­də­ki mürək­kəb­lik­lə bağ­lı sə­nət­kar ax­ta­rı­ş­la­rın­dan güc alıb. Baş­qa söz­lə, "Ölən dünyam"da­kı pro­ble­ma­ti­ka­nın mürək­kəb­liyi özü mürək­kəb struk­tur doğ­u­rub.
Ro­man­da bə­dii tə­s­vi­rin mər­kə­zin­də 20-ci il­lə­rin ha­di­sə­lə­ri du­rur. Ro­man qə­h­rə­man­la­rı ilə ilk ta­nı­ş­lıq­lar ai­lə-mə­i­şət ha­di­sə­lə­ri çər­çi­və­sin­də baş ve­rir. La­kin ro­ma­nın mə­i­şət süje­ti də ki­fay­ət qə­dər dra­ma­tik­dir.
İl­kin plan­da önə çə­ki­lən və əs­lin­də axı­ra qə­dər iz­lə­ni­lən mə­nə­vi-əx­la­qi kon­tek­s­tin açıl­ma­sın­da bu süjet xət­ti apa­rıcı rol oy­nay­ır. Al­qa­zax­lı­lar nəs­lin­dən olan Hə­sə­nağa ov za­ma­nı bil­mə­dən Çı­raq­lı­lar nəs­lin­dən olan do­stu, qar­da­şı­nın qay­nı, ya­xın­lar­da toyu olac­aq Ələd­di­ni öldürür. Ha­di­sə hər iki tə­rə­fin çox cid­di na­ra­hat­lığ­ı­na sə­bəb olur. Hər iki tə­rə­fi na­ra­hat edən həm də odur ki, bu iki nə­sil ara­sın­da vax­tı ilə düşmən­çi­lik olub. Çı­raq­lı­lar gənc Ələd­di­nin ölümünə nə qə­dər yan­sa­lar da, on­la­rı da­ha çox na­ra­hat edən bu­dur ki, gö­rə­sən, bu­ra­da qi­sas his­si, xəy­a­nət var, yox­sa yox? Al­qa­zax­lı­la­rı isə qor­xu­dan bu­dur ki, Çı­raq­lı­lar işin əs­li­ni öy­rən­mə­sə­lər, düşmən­çi­lik ye­ni­dən qı­zı­şa bi­lər.
İn­san­la­rın qəl­bi­ni di­dən, on­la­rı gə­rg­in psi­xo­lo­ji an­lar ya­şa­mağa məc­bur edən bu ha­di­sə ya­zı­çı­nın qə­lə­min­də ob­raz­la­rın da­xi­li alə­mi­nə nüfuz et­məy­in aça­rı­na çe­v­ri­lir.
Al­qa­zax­lı­la­rın ağ­bir­çəyi Güllü ar­vad, Çı­raq­lı­lar nəs­li­nin ağ­saq­qa­lı Ömər ko­xa ya­zı­çı­nın ro­ma­nın­da ya­rat­dığı möh­tə­şəm ob­raz­lar­dır. Güllü ar­vad da, Ömər ko­xa da dünya­nın hər üzünü görmüş, böyük həy­at təcrübə­si top­la­mış müdrik in­san­lar­dır. On­lar həy­a­tın mə­na­sı­nı na­mus­la ya­şa­maq­da görürlər.
Ro­man­da Güllü ar­va­dın da, Ömər ko­xa­nın da həy­a­tı üç mər­hə­lə­də iz­lə­nir: I. Çar hökümə­ti dövründə; II. So­vet hökümə­ti­nin ilk il­lə­rin­də; III. Sin­fi müba­ri­zə­nin kə­s­kin­ləş­diyi və gə­rg­in­ləş­diyi il­lər­də - 20-ci il­lə­rin so­nu və 30-cu il­lər­də. Əsas süjet xət­ti qə­h­rə­man­la­rın həy­a­tı­nın son il­lə­ri­ni əha­tə edən ikinci və üçüncü mər­hə­lə ilə bağ­lı­dır. On­la­rın so­vet hökümə­ti­nə qə­dər­ki həy­at yol­la­rı­nı bütövlükdə bə­dii tə­s­vi­rin oby­ek­ti­nə çe­vir­mək müəl­lif məq­sə­di­nə da­xil dey­il. Ob­raz­la­rın həy­a­tı­nın əv­vəl­ki mər­hə­lə­si Güllü ar­vad və Ömər ko­xa­nın ke­ç­mi­ş­lə bağ­lı xa­ti­rə­lə­rin­də - re­t­ro­spek­siya yo­lu ilə oxuc­u­la­ra çat­dı­rı­lır, həm də bütövlükdə yox, fraq­ment­lər şək­lin­də.
Əs­lin­də müəl­li­fin məq­sə­di ay­rı-ay­rı fərd­lə­rin həy­at yo­lu­nu iz­lə­mək dey­il. Nə Güllü ar­vad, nə də Ömər ko­xa fər­di xa­rak­te­rin ümu­mi­ləş­di­ril­miş ob­ra­zı ki­mi ya­ra­dıl­may­ıb. Bax­may­a­raq ki, Güllü ar­va­dın da, Ömər ko­xa­nın da xa­rak­te­ri çox ay­dın və par­laq ci­zg­i­lər­lə cı­zıl­mış, özünə­məx­sus fər­di key­fiyy­ət­lə­ri olan ob­raz­lar ki­mi oxucu yad­da­şın­da si­lin­məz iz­lər bu­ra­xır­lar. Bu­nun­la be­lə, Güllü ar­va­dın və Ömər ko­xa­nın si­ma­sın­da cəm­ləş­di­ri­lən key­fiyy­ət­lər da­ha çox so­vet­ləş­mə­dən əv­vəl­ki dövrün mə­nə­vi-əx­la­qi mühi­ti­ni səc­iyy­ə­lən­dir­mək mis­siy­a­sı da­şıy­ır. Müəl­li­fi xa­rak­ter­lə­rin fər­di ta­leyi dey­il, dəy­i­şən, bir-bi­ri­ni əvəz edən za­man­la­rın səc­iyy­ə­si ma­raq­lan­dı­rır.
Bu mə­na­da Güllü ar­vad da, Ömər ko­xa da mil­li-ta­ri­xi var­lığ­ın sim­vol­la­rı ol­maq­la, bu ta­ri­xi ger­çək­liyə məx­sus ən əla­mət­dar key­fiyy­ət­lə­rin da­şıy­ıc­ı­sı ki­mi bə­dii tə­s­vi­rin mər­kə­zi­nə çə­ki­lir­lər.
Əks cin­sdən ol­ma­la­rı­na bax­may­a­raq, hər bi­ri­si bir nəs­lin baş­çı­sı ki­mi təq­dim olun­sa­lar da, ge­niş plan­da bu ob­raz­lar bir-bi­ri­nin da­va­mı­dır. Həy­at yol­la­rı­nın ro­ma­na gə­ti­ri­lən ilk mər­hə­lə­sin­də on­la­rın hər iki­si mil­li xa­rak­te­rin bir-bi­ri­ni ta­mam­lay­an bə­dii təc­əssümü ki­mi ma­raq doğ­u­rur­sa, so­nra­kı mər­hə­lə­lər­də ob­raz­la­rın sim­vo­lik - me­ta­fo­rik yükü dəy­i­şir. Ömər ko­xa uzun il­lər ömür sürdüyü bu dünya­dan na­ra­hat ge­dir. Həm də ona gö­rə yox ki, bir az da ya­şa­maq is­təy­ir. Yox. Ömər ko­xa əc­ə­li­nin gəl­diy­i­ni bi­lir, onun gəl­mə­sin­dən na­ra­zı da dey­il. Çünki uzun bir ömür sürüb. O, bütün ya­xın­la­rı ilə görüşüb ha­lal­la­şır və ya­tağ­ı­na uza­nıb ca­nı­nı tap­şı­rır: "…Ömər ko­xa oğ­lu Şa­mi­lin gözü qa­bağ­ın­da elə bil yu­xuya get­di. Şa­mil yo­rğ­an-dö­şək­də ya­tan bu pi­lə saq­qal­lı, bəy­az si­fət­li ki­şi­nin ata­sı­mı, yox­sa müqəd­dəs bir məx­luq­mu ol­duğ­u­nu xey­li müddət ay­ırd edə bil­mə­di".
Bu, tə­bii bir ölümdür. Öz evin­də, qo­hum-əq­rə­ba­sı­nın, oğ­ul-uşağ­ı­nın əha­tə­sin­də "dö­v­ra­nı­nı çox­dan sürən" qoca ölümü haqq işi ki­mi qə­bul edə­rək dünya­sı­nı dəy­i­şir. Mən­ti­qə gö­rə, di­ni və mil­li ina­ma gö­rə, o, bu dünya­dan ra­hat get­mə­li idi. Bəs, Ömər ko­xa niyə bu dünya­dan na­ra­hat ge­dir? Oğ­lu­na və­siyy­ət­lə­ri onun bu na­ra­hat­lığ­ı­nı doğ­u­ran sə­bəb­lə­ri ay­dın­laş­dı­rır: "Sə­nə iki və­siyy­ə­tim var. Bi­ri odur ki, mən ölən­dən so­nra ça­lış, araya qan düşmə­sin. On­suz da dünya qa­na çal­xa­la­nır. Be­lə get­sə, de-y­ə­sən, adam­la­rı bir-bi­ri­nin üstünə qal­dı­rıb üz-göz edəc­ək­lər, araya qı­rğ­ın sa­lac­aq­lar. Di­van-də­rəyə lo­tu-po­tu­lar yığ­ı­lıb, ba­la, eh­tiy­at­lı olun. Bir-bi­ri­niz­dən göz-qu­laq olun…".
Ömər ko­xa­nın söz­lə­ri dünya­nın dəy­iş­mə­si­nə işa­rə­dir. Böyük həy­at təcrübə­si və iti düşüncə­si, ağ­saq­qal fəh­mi ilə o, baş ve­rən­lə­ri və ve­rəc­ək­lə­ri düzgün qiy­mət­lən­di­rir. Ömər ko­xa­nın ya­şa­dığı həy­at na­mus, ki­şi­lik qa­nu­nu ilə ida­rə olu­nur. Bu mühit­də sözübütöv, ig­id, tə­miz, na­mus­lu in­san­la­ra xüsu­si dəy­ər ve­ri­lir. Be­lə in­san­la­ra böyük eh­ti­ram gö­s­tə­ri­lir. Ömər ko­xa­nın ya­şa­dığı mühit­də ağ­saq­qal, böyük sözünə nə­hay­ət­siz eh­ti­ram var. Böyüyün, ki­çiy­in, qa­dı­nın, ki­şi­nin, oğ­u­lun, qı­zın, ata­nın mil­li əx­laq qa­nun­la­rı ilə tən­zim­lə­nən da­v­ra­nış tərz­lə­ri var. Kim­sə bi­lə­rək­dən bu qa­nun­la­rı po­za bil­məz. Po­zar­sa, cə­za­sı­nı alar, həm də bu cə­za eti­raz­la qar­şı­lan­maz. Bu cə­miyy­ət­də şəx­siyy­ə­tə- ye­ri­ni, hə­rə­kə­ti­ni,otu­ru­şu­nu, du­ru­şu­nu bi­lən in­sa­na böyüklüyündən və ki­çik­liy­in­dən ası­lı ol­may­a­raq də­rin eh­ti­ram var, na­mus­suz­luq və xəy­a­nə­tə isə gü­zəşt yox­dur. Güllü ar­va­dın çox-çox il­lər qa­baq Ömər ko­xa ilə bağ­lı xa­tır­la­dığı bir əh­va­lat o za­ma­nın səc­iyy­ə­si­ni ba­şa düşmək üçün çox ma­raq­lı­dır. Güllü ar­vad xa­tır­lay­ır ki, hə­lə ba­laca qız ol­duğu vaxt­lar­da Ömər ko­xa­nın gə­lin­lə­ri­nin bi­ri alt pal­ta­rı­nı itir­miş­di: "Bu bi­a­bır­çı­lıq idi. Qı­zın, ya gə­li­nin alt tu­ma­nı­nı itir­mə­si, na­mu­su­nu itir­mə­si de­mək idi. Na­mu­su­nu iti­rə­nin ey­bi­ni isə yal­nız qa­ra tor­paq ört­mə­li idi". Bu ha­di­sə bütün tay­fa­nı lər­zəyə gə­ti­rir. Tay­fa­nın ağ­saq­qa­lı dər­din ağ­ır­lığ­ın­dan iki gün di­li­nə çö­rək vur­mur, ala­çığ­ın çı­rağı yan­dı­rıl­mır. Kim­sə­nin nə­fə­si­ni çək­məyə, ona söz de­məyə iq­ti­da­rı ol­mur. Yal­nız tə­sadüfən pal­ta­rın ca­mış tə­rə­fin­dən yey­il­mə­si bi­li­nən­də "ki­şi­nin (Ömər ko­xa­nın - T.S.) qan sağ­ıl­mış göz­lə­ri elə bil işıq­lan­dı, dey­ə­sən, si­fə­ti də açıl­dı. Do­daq­la­rın­da gülüşə bən­zər bir şey se­zil­di".
Ömər ko­xa özünə məx­sus beş ca­mı­şın üçünü bir-bir doğ­rat­dı­rıb on­la­rın mə­də­sin­də it­miş pal­ta­rı ax­ta­rır. İt­miş pal­tar isə ücüncü ca­mı­şın mə­də­sin­dən çı­xır. Ağ­saq­qal də­rin­dən nə­fəs alır, ra­hat­la­nır. "Elə o gecə gə­li­ni ata­sı evi­nə yo­la sal­dı­lar. El yay­laq­dan ara­na dö­nən­dən bir az so­nra isə onun mey­i­di­ni Gə­mi­qa-ya­nın alt tə­rə­fin­dən, çi­lə­kə­nin ya­nın­dan tap­dı­lar".
Ömər ko­xa nə üçün bu qə­dər na­ra­hat olur? Gə­li­ni elə əv­vəl­dən qov­maq, ya­xud öldürmək ol­maz­dı­mı? Yox! Na­mus qa­nu­nu tə­ləb edir ki, cə­za­la­na­nın gü­na­hı sübut olun­ma­lı­dır. Di­g­ər tə­rəf­dən əg­ər pal­tar oğ­ur­la­nıb­sa, de­mə­li, ki­min­sə tay­faya sa­taş­maq niyy­ə­ti olub. Bu isə qan düşmən­çi­liyi de­mək idi, ne­çə-ne­çə ada­mın ölümü de­mək idi. Ömər ko­xa isə hə­qi­qə­ti bi­lə­nə qə­dər, gü­nah­ka­rı ta­pa­na qə­dər qan tök­mək is­tə­mir. Mərd­lik qa­nu­nu bu­nu tə­ləb edir.
Ahıl vax­tın­da - çox il­lər ke­çən­dən so­nra Ömər ko­xa ye­ni­dən böyük çə­tin­lik qar­şı­sın­da qa­lıb. Ələd­di­nin - öldürülən nə­və­si­nin bir tə­sadüf, qə­za işi­nin, yox­sa xəy­a­nə­tin qur­ba­nı ol­duğ­u­nu müəyy­ən­ləş­di­rə bil­mir. Ömər ko­xa­nı ən çox qor­xu­dan odur ki, nə­və­si na­mərd güllə­si­nin qur­ba­nı olar. La­kin Al­qa­zax­lı­lar nəs­li­nə də­rin­dən bə­ləd­liyi, "on­la­rın düşmən­lə düş-mən", "do­st­la dost" ol­duq­la­rı­na əmin ol­ma­sı Ömər ko­xa­nı Hə­sən ağ­a­nın na­mərd­lik et­mə­diyi qə­na­ə­ti­nə gə­ti­rir. Ömər ko­xa Hə­sən ağ­a­nı bağ­ı­ş­lay­ır. Mərd­lik, ki­şi­lik qa­nu­nu da bu­nu tə­ləb edir. Ölüm qə­s­dən dey­il­sə, bi­lə­rək­dən edil­məy­ib­sə, bağ­ı­ş­la­na bi­lər.
Al­qa­zax­lı­lar nəs­li­nin də bu ölüm ha­di­sə­si­nə müna­si­bə­ti ol­duqca ib­rə­ta­miz­dir. Güllü ar­va­dın gö­s­tə­ri­şi ilə mey­it yuy­u­lub kə­fə­nə tu­tu­lur, cə­na­zə ta­bu­ta qoy­u­lur. Hər şey ha­zır olan­dan so­nra bütün Al­qa­zax­lı­lar nəs­li cə­na­zə­ni çiy­ni­nə ala­raq Çı­raq­lı­la­rın evi­nə üz tu­tur. Həm də si­lah­sız ge­dir­lər. Ca­van­lar si­lah götürmək is­təy­ir­sə də Güllü ar­vad qoy­mur: "Əli ya­lın ge­dəc­əy­ik, - de­di - düşmən üstünə ha get­mi­rik, qı­ran­da da qı­rac­aq­lar". Mə­i­şət süje­ti­nin bu dra­ma­tik mə­qa­mı oxuc­u­nu çox cid­di gə­rg­in­lik al­tın­da sax­lay­ır. Çı­raq­lı­lar bu ha­di­səyə necə müna­si­bət gö­s­tə­rəc­ək­lər? - su­a­lı oxuc­u­nu bir an da ra­hat bu­rax­mır. Cə­na­zə­ni qar­şı­lay­an Çı­raq­lı­la­rın ke­çir­diyi gə­rg­in­lik oxuc­uya si­ray­ət edir. Ya­zı­çı bu mə­qa­mı tə­s­vir­dən əla­və, həm də çox us­ta­lıq­la həll edir: "Ömər ko­xa­nın do­dağı səy­ri­di. Dümağ pi­lə ki­mi saq­qa­lı ti­t­rə­di. İn­di hər şey onun bircə işa­rə­sin­dən ası­lı idi. Ömər Ko­xa ge­ri qa­n­rı­lıb boğ­uq səs­lə dil­lən­di:
- A ba­la, yer ha­zır­lay­ın!"
Ro­man müəl­li­fi­nin təq­dir et­diyi hə­qi­qət bu­dur ki, ağ­saq­qa­lın bir an­da qə­bul et­diyi düzgün qə­rar iki nəs­lin həy­a­tı­nı xi­las edir. Bütün ağ­rı­la­rı­na, da­xi­li tə­latüm və ya­nğ­ı­sı­na rəğ­mən, Ömər ko­xa ona uza­nan əli kə­s­məyi ki­şi­lik qa­nu­nun­dan kə­nar he­sab edir. (Çünki əl sa­hi­bi­nin na­mərd­lik et­mə­diy­i­nə əmin­dir). Oxuc­u­nu düşündürən və həm də hey­rət­lən­di­rən ağ­saq­qal sözünə olan eh­ti­ram və ina­mın də­rəc­ə­si­dir. Bütün Çı­raq­lı­lar nəs­li, nə olur-ol­sun, Ömər ko­xa­nın bir sözünü iki et­mir­lər və et­məyi ağ­ıl­la­rı­na da gə­tir­mir­lər. Al­qa­zax­lı­lar Güllü ar­va­dın sözünü qa­nun say­dıq­la­rı ki­mi.
İ.Şıx­lı ro­man­da ağ­saq­qal sözünü, gö­s­tə­ri­şi­ni cə­miyy­ə­ti ida­rə edən qa­nun sə­viyy­ə­sin­də təq­dim və təq­dir edir. Həm də bu təq­di­met­mə müəl­lif fan­ta­ziy­a­sı­nın məh­su­lu dey­il, so­vet­ləş­mə­dən qa­baq­kı mil­li həy­a­tın ger­çək­liyi idi.
Ömər ko­xa­nın ölümqa­bağı ke­çir­diyi na­ra­hat­lıq his­si on­dan doğ­ur ki, o min il­lər ər­zin­də for­ma­laş­mış, da­ş­la­şıb qa­nun şək­li­nə düşmüş mil­li adət-ənə­nə­lə­rin, mil­li ya­şam tər­zi­nin ba­şı üstündə böyük təhlükə day­an­dığ­ı­nı görür, za­ma­nın sürət­lə dəy­iş­məyə doğ­ru get­diy­i­ni və bu dəy­iş­mə­nin heç də xey­ir­li ol­may­ac­ağ­ı­nı ba­şa düşür. Bu­na gö­rə də oğ­lu Şa­mi­lə son də­rəcə eh­tiy­at­lı ol­mağı və­siyy­ət edir.
Əs­lin­də Ömər ko­xa­nın oğ­lu Şa­mi­lə eh­tiy­at­lı ol­mağı tap­şır­ma­sı yal­nız dəy­i­şən za­ma­na müna­si­bə­tin nə­tic­ə­si dey­il, yal­nız dünya­nın "qa­na çal­xa­lan­ma­sı", "di­van-də­rəyə lo­tu-po­tu­la­rın yığ­ıl­ma­sı" ilə bağ­lı sər­vaxt­lığ­ı­nın ifa­də­si dey­il, bu həm də za­ma­nın "uşaq­la­rı"na - elə oğ­lu Şa­mi­lə də axı­ra qə­dər bel bağ­laya bil­mə­mə­si ilə bağ­lı­dır. Müəl­lif mil­li əx­laq, ya­şam tər­zi­nə, baş­qa söz­lə, pa­t­ri­ar­xal həy­at tər­zi­nin qa­nun və qay­da­la­rı­na ba­xış­da ya­ş­lı və gənc nəs­lin müna­si­bət­lə­rin­də­ki fər­qi riy­a­zi də­qiq­lik­lə əks et­di­rir. Ey­ni ha­di­səyə - Ələd­di­nin öldürül-mə­si­nə həm Çı­raq­lı­la­rın, həm də Al­qa­zax­lı­la­rın ya­ş­lı və ca­van nəs­li­nin müna­si­bə­tin­də­ki fər­q­lər bu­nu ay­dın gö­s­tə­rir. Baş ve­rən ha­di­sə za­ma­nı ya­ş­lı nəs­lin - Ömər ko­xa­nın, Güllü ar­va­dın gö­s­tər­diyi təm­kin, müdrik­lik, və­ziyy­ət­dən çıx­maq üçün tökdüklə­ri təd­bir­lə­rin sə­mə­rə­li­liyi diq­qət­dən yay­ın­mır. La­kin bir cə­hət də diq­qə­ti çə­kir ki, Ömər ko­xa­nın, Güllü ar­va­dın "buy­ur­duq­la­rı" sözsüz ye­ri­nə ye­ti­ril­sə də, gənc nəs­lin psi­xo­lo­g­iy­a­sın­da bu "buy­ruq­la­ra" bir eti­raz je­s­ti də var. Cə­na­zə­ni apa­rar­kən Al­qa­zax­lı­la­rın ca­van­la­rı­nın si­lah götürmək is­tə­mə­lə­ri (yal­nız nəs­lin ağ­bir­çəy­i­nin qə­ti gö­s­tə­ri­şi ilə si­lah­sız ge­dir­lər), Şa­mi­lin ata­sı Ömər ko­xaya da­xi­li bir hid­dət, qə­zəb, hət­ta eti­raz not­la­rı ilə kök­lən­miş "məs­lə­hə­tin nə­di, ata, uşağ­ın qa­nı bat­sın?" - söz­lə­ri ya­ş­lı və gənc nəs­lin dünya-­­örüşü ara­sın­da­kı fər­qin də­rin­ləş­məyə doğ­ru get­diy­i­ni gö­s­tə­rir. Bu fərq nə­dən doğ­ur? Ömər ko­xa ilə oğ­lu Şa­mil, Güllü ar­vad­la oğ­lu Hə­sən ağa ey­ni günlər­də ya­şa­sa­lar da əs­lin­də on­lar fər­q­li za­man­la­rın in­san­la­rı­dır. Ömər ko­xa və Güllü ar­va­dın ömrünün böyük his­sə­si pa­t­ri­ar­xal qa­nun­la­rın iş­lək ol­duğu za­man­da ke­çib. On­la­rın qoc­a­lıq günlə­ri mil­li həy­at tər­zi və əx­laq qa­nun­la­rı­nın iş­lək­lik­dən düşməyə doğ­ru get­diyi za­ma­na düşüb. Hə­sən ağa və Şa­mil isə pa­t­ri­ar­xal­lığ­ın po­zul­mağa ba­ş­la­dığı za­man­lar­da dünyaya gə­lib, onun sürət­lə po­zul­mağa doğ­ru get­diyi za­man­da ya­şay­ır­lar.
Hə­sən ağ­a­nın və Şa­mi­lin xa­rak­te­rin­də­ki sa­f­lıq, cə­sa­rət, ig­id­lik, ölümdən qorx­ma­maq, ağ­saq­qal, ağ­bir­çək sözünə eh­ti­ram və s. ki­mi təq­dir olu­na­sı key­fiyy­ət­lər ya­şa­dıq­la­rı mühit­dən çox, al­dıq­la­rı tər­biy­ə­dən, gen yad­da­şın­dan gə­lir. Biz Hə­sən ağ­a­nın Ələd­di­nin mey­i­di ya­nın­da "ba­şı­nı əl­lə­ri ara­sı­na alıb, için-için, ko­run-ko­run ağ­la­ma­sı"nda nə­hay­ət­siz könül sa­f­lığı, mə­nə­vi ləy­a­qət görürük.


Şa­mi­lin oğ­lu­nun ölümü ilə bağ­lı ya­şa­dığı dəh­şət­li əza­ba rəğ­mən, özünü ələ ala bil­mək bac­a­rığ­ı­nı təq­dir edi­rik. La­kin Ömər ko­xa, Güllü ar­vad­la müqay­i­sə­də, "ata­lar"la müqay­i­sə­də "oğ­ul­lar"ın mə­nə­vi dünya­sın­da­kı ha­ça­laş­ma­nı da görürük. Diq­qə­ti­mi­zi cəlb edir ki, Ömər ko­xa­nın ha­di­səyə ya­naş­ma­sı (Ələd­di­nin ölümünə) bütövlükdə pa­t­ri­ar­xal qa­nun­lar çər­çi­və­sin­də­dir. La­kin Şa­mi­lin müna­si­bə­ti bu çər­çi­və­dən kə­na­ra çı­xır. Ömər ko­xa Hə­sən ağ­a­nın xəy­a­nət et­mə­diy­i­nə əmin ola­raq onu bağ­ı­ş­la­mağa öz için­də güc ta­pır. Mil­li əx­laq qa­nun­la­rı­na söy­kə­nən tə­bi­ə­ti ona bu im­ka­nı ve­rir. Şa­mi­lin xa­rak­te­rin­də isə "du­a­lizm" var. Şa­mil də, Hə­sən ağa da iki­ləş­miş xa­rak­ter­lər­dir. Şa­mi­lin və Hə­sən ağ­a­nın xa­rak­te­rin­də­ki iki­ləş­mə ya­şa­dıq­la­rı za­ma­nın "ha­va"sın­dan güc alır. Ələd­di­nin ölümündə xəy­a­nət mo­ti­vi­nin olub-ol­ma­dığ­ı­nı önə çə­kən ata­sın­dan - Ömər ko­xa­dan fər­q­li ola­raq Şa­mil ha­di­səyə za­ma­nın priz­ma­sın­dan ba­xır. Ata ilə oğ­ul ara­sın­da di­a­lo­qa diq­qət ye­ti­rək:
- Ağ­lın nə kə­sir, bu iş­də bir na­mərd­lik ol­maz ki?
- Nə bi­lim, olan­da da olar, on­lar­dan nə de­sən çı­xar.
Diq­qət ye­ti­ril­sə, gör­mək çə­tin dey­il ki, Ömər ko­xa ölüm fak­tı­nı yox, onun mo­ti­vi­ni önə çə­kir. Şa­mi­li isə ölüm fak­tı, oğ­lu­nun öldürülmə­si ma­raq­lan­dı­rır. Onun üçün ölümün mo­ti­vi o qə­dər də ma­raq­lı dey­il. Onun su­a­la ver­diyi ca­vab­da Al­qa­zax­lı­la­ra və əs­lin­də in­sa­na (mərd­lik qa­nu­nu ilə ya­şay­an in­sa­na be­lə, çünki biz Ömər ko­xa­nın düşüncə­lə­rin­dən Al­qa­zax­lı­la­rın "do­sta dost, düşmə­nə düşmən" ol­duq­la­rı­nı bi­li­rik) inam­sız­lığı aş­kar görünür. Ata ilə oğ­ul ara­sın­da yu­xa­rı­da­kı di­a­lo­qun da­va­mı Şa­mi­lin pa­t­ri­ar­xal qay­da­la­ra, mil­li ya­şam qa­nun­la­rı­na axı­ra qə­dər sa­diq qa­la bil­mə­diy­i­ni or­taya qoy­ur. Əks təq­dir­də o, də­lil­lər gə­ti­rib Hə­sən ağ­a­nın na­mərd­liy­i­ni sübut et­mə­li idi:
"- Axı, nə­dən ötə­ri, Ələd­din on­la­ra nə pis­lik elə­miş­di?
Şa­mil çiy­ni­ni çək­di. İs­tə­di pa­pağ­ı­nı çı­xar­dıb fi­kir­dən ağ­rıy­an ba­şı­nı ov­xa­la­sın. Ata­sı­nın ya­nın­da otur­duğ­u­nu ba­şa düşən­də əli­ni çək­di".
Ata­sı­nın ira­də­si­nə rəğ­mən, Şa­mi­lin var­lığ­ı­na ha­kim kə­si­lən, içi­nə do­lan in­ti­qam eh­ti­ra­sı (mo­ti­vi, nə olur-ol­sun) ye­ni nəs­lin si­ma­sın­da pa­t­ri­ar­xal qay­da­la­rın öz gücünü itir­məyə doğ­ru get­mə­si­nin və Ömər ko­xa­la­rın gücsüzləş­mə­si­nin gö­s­tə­ric­i­si­dir:
"Otaq­da ye­ni­dən tüstü lay­lan­dı. Ki­şi gözünün al­tın­dan bu lay­lar ar­xa­sın­dan si­fə­ti güc­lə görü­nən oğ­lu­na bax­dı. Onun do­daq­la­rı kip bağ­lan­mış­dı. Hə­mi­şə sığ­al­lı olan dən düşmüş bığı cod­laş­mış­dı. Əli xənc­ə­rin də­s­təy­in­də idi. Özünün də xə­bə­ri ol­ma­dan tiy­ə­ni tez-tez qı­nın­dan çı­xa­rır­dı. Ömər ko­xa ba­şa düşdü ki, oğ­lu bir hi­mə bənd­dir, əg­ər ona bir ba­laca işa­rə et­sə, bütün Çı­raq­lı­la­rı ay­ağa qal­dı­rar və qan su ye­ri­nə axar".
Ömər ko­xa­nın ölümü mil­li ya­şam tər­zi və əx­laq qa­nun­la­rı­nın güc­dən düşmə­si­nin sim­vo­lu ki­mi düşünülə bi­lər. Ömər ko­xa­nın sağ­lığ­ın­da hər şey­in sa­kit gə­lib-ke­çəc­əy­i­ni bi­lən Hə­sən ağ­a­nın ar­xay­ın­lığı pa­t­ri­ar­xal qa­nun­la­rın iş­lək­liy­i­ni (tam gücü ilə ol­ma­sa da), Ömər ko­xa­nın ölümündən so­nra var­lığ­ı­nı çu­lğ­a­lay­an na­ra­hat­lıq his­si isə pa­t­ri­ar­xal qa­nun­la­rın sürət­lə güc­dən düşdüyünü işa­rə­ləy­ir.
Hət­ta Şa­mil və Çı­raq­lı­la­rın onun­la ba­rış­ma­la­rı­na rəğ­mən, ürək­lə­rin­də gəz­dir­dik­lə­ri kin­dən do­layı "içə­ri­dən qo­v­ru­lub yan­ma­la­rı" ilə Ke­çəl Xon­du­lu­nun "nə vax­ta qə­dər be­lə sək­sə­kə­li do­la­nac­aq­san? Əlin­dən xa­ta çı­xıb, get üç-dörd ay yat, so­nra gəl, ra­hat do­lan" söz­lə­ri ara­sın­da tə­rə­f­lə­rin möv­qeyi ba­xı­mın­dan ya­xın­lıq ay­dın görünür. Bu Ömər ko­xa­lar­dan so­nra­kı nəs­lin za­ma­nın ha­va­sı­na kök­lən­mə­si­dir və ya­xud za­ma­nın ha­va­sı­nın bu nə­sil­lə­rə tə­si­ri­nin güc­lən­mə­si­dir; bu tə­si­rin sürət­lə art­ma­sı­na işa­rə­dir. Za­ma­nın mərd­lik, ki­şi­lik qa­nu­nu­na yer qoy­may­an ov­qa­tı Şa­mi­lin için­də­ki pa­t­ri­ar­xal­lığı zə­i­f­lə­dir, on­da "ye­ni dünya" qa­nun­la­rı ilə ya­şa­maq ov­qa­tı ya­ra­dır. Şa­mil­lə­rin için­də­ki pa­t­ri­ar­xal­lıq duyğ­u­su zə­i­f­lə­dikcə, hə­sən ağa­lar bu mühit­də ya­şa­maq im­ka­nı­nı iti­rib və de­mə­li, müqa­vi­mət duyğ­u­su­nu iti­rib, "kə­nar dünya"la­ra üz tut­duqca, şə­mid­din­lə­rin ölümü ço­xal­dıqca ke­çəl xon­du­lu­la­rın gücü və hökmü ar­tır. Ke­çəl xon­du­lu­lar hər vəchlə və hər yer­də ki­şi­lik, mərd­lik to­xum­la­rı­nın cücər­mə­si­nə ma­ne olur, on­la­rı məhv et­məyə gi­ri­şir­lər.
Ro­ma­nın so­nra­kı süje­ti Güllü ar­va­dın ta­le yo­lu ilə da­vam et­di­ri­lir. Əs­lin­də Güllü ar­va­dın Ömər ko­xa­nın ölümündən so­nra­kı həy­a­tı mil­li xa­rak­te­rin so­vet­ləş­mə dövründə­ki fac­i­ə­si­ni ümu­mi­ləş­di­rir. Məhz bu həy­at yo­lu kon­tek­s­tin­də müəl­lif so­vet­ləş­mə dövrünün ən acı hə­qi­qət­lə­ri­ni oxuc­uya çat­dı­rır. İ.Şıx­lı­nın ən böyük uğ­ur­la­rın­dan bi­ri ya­şa­nı­lan və ya­şan­maq­da olan həy­a­tı qar­şı­laş­dır­ma­sı, müqay­i­sə müstə­vi­si­nə gə­tir­mə­si­dir. Oxucu Ömər ko­xa­nın və Güllü ar­va­dın, həm­çi­nin Çı­raq­lı­la­rın və Al­qa­zax­lı­la­rın in­qi­la­ba­qə­dər­ki həy­at tər­zi ilə in­qi­lab­dan so­nra­kı həy­at tər­zi­nin ən səc­iyy­ə­vi mə­qam­la­rı ilə ta­nış olur. Ya­zı­çı süje­tə müda­xi­lə et­mir, ha­di­sə­lə­rə ten­den­siy­a­lı müna­si­bət gö­s­tər­mir. Sa­dəcə epik təh­kiy­ə­ni da­vam et­di­rir, iki nəs­lin xoş­bəxt, tə­bii bir həy­at ya­şa­maq im­ka­nı­nı iti­rib fac­i­ə­li bir ta­le ya­şa­ma­sı­nı, bu ya­şan­tı­nın ürək göy­nə­dən təf­si­lat və de­tal­la­rı­nı tə­s­vir edir. Bu təh­kiyə və tə­s­vir­lər so­vet­ləş­mə dövründə itir­dik­lə­ri­miz, da­ha çox isə mə­nə­vi it­ki­lə­ri­miz­lə bağ­lı çə­kil­məz, dözülməz ağ­rı­la­rın tə­s­vi­ri­nə yol açır, so­nra­lar üzləş­diy­i­miz mil­li fac­i­ə­lə­ri­mi­zin kökünü gör­məyə is­ti­qa­mət ve­rir. Müəl­li­fin "ölən dünyam" ifa­də­si­ni nə üçün sər­löv­həyə çı­xar­ma­sı­nın sə­bəb­lə­ri­ni açıq­lay­ır.
Sin­fi müba­ri­zə­nin kə­s­kin­ləş­diyi və gə­rg­in­ləş­diyi il­lə­rin - 20-ci il­lə­rin so­nu-30-cu il­lə­rin tə­s­vi­ri­ni ve­rən his­sə­lər­də ic­ti­mai pro­ble­ma­ti­ka önə çə­ki­lir. Müəl­lif sin­fi müba­ri­zə pro­se­si­ni mil­li var­lığı böyük fac­i­ə­lə­rə düçar edən so­si­al bə­la ki­mi təq­dim edir. İn­qi­lab uğ­run­da müba­ri­zə­nin xalq, mil­lət mə­na­fey­i­nə ol­ma­dığ­ı­nı, ic­ti­mai zə­ru­rət­dən doğ­ma­dığ­ı­nı, rus müstəm­lə­kə siy­a­sə­ti­nin baş­qa bir üzü ki­mi və tə­ləm-tə­lə­sik ic­ra edil­diy­i­ni, in­san­la­ra ol­ma­zın bə­la gə­tir­di-y­i­ni bütün dəh­şət­lə­ri ilə bir­lik­də açıb gö­s­tə­rir.
Ro­man­da təcrübə­siz, dünya­g­örüşü məh­dud və şu­ra təb­liğ­a­tı ilə böyüy­ən gənc müəl­lim Mürsəl "in­qi­lab ya­rat­maq la­zım­dır" dey­ib, öz fik­ri­ni "zo­ra­kı­lıq ol­ma­sa, uşaq dünyaya gəl­məz" dey­i­mi ilə əsas­lan­dı­ran­da dünya­g­örmüş qoca müəl­lim ona çox mən­tiq­li ca­vab ve­rir: "Ya­rım­çıq doğ­u­lan uşaq da çox ya­şa­maz: ya ana­dan olan ki­mi ölər, ya da ağ­ıl­dan na­qis olar. Tə­bi­ə­tin də, cə­miyy­ə­tin də öz əbə­di və əzə­li dəy­iş­məz qa­nun­la­rı var. Yaz qı­şı, yay ya­zı, pay­ız da yayı əvəz et­diyi ki­mi cə­miyy­ət də em­b­ri­o­lo­ji mər­hə­lə­lər­dən ke­ç­mə­li­dir".
Kənd­də "Uçi­tel" lə­qə­bi ilə ta­nı­nan qoc­a­man müəl­li­min de­dik­lə­ri ey­ni za­man­da müəl­lif möv­qey­i­nin ifa­də­si­dir. Ro­man­da in­qi­lab cə­miyy­ə­tin "əbə­di və əzə­li dəy­iş­məz qa­nun­la­rı"na zidd olan zo­ra­kı ic­ti­mai ha­di­sə ki­mi rədd edi­lir.
Müəl­li­fin ya­rat­dığı mil­li-ta­ri­xi var­lıq­dan güc alan heç bir qə­h­rə­man - (Ömər ko­xa, Güllü ar­vad, Ça­pıq Əm­rah, Hə­sən ağa, Şə­mid­din, Ha­lay bəy və b.) in­qi­la­bı qə­bul et­mir. Onun xal­qın ta­ley­in­də oy­naya bi­ləc­əyi ro­la vax­tı ilə ara­la­rın­da möh­kəm do­st­luq olan Ha­lay bəy­lə Ka­bı Kə­sə­mən­li­nin müna­si­bə­ti ma­raq­lı­dır. Ka­bı Kə­sə­mən­li in­qi­lab tə­rəf­da­rı­dır. İn­qi­lab uğ­run­da, "ye­ni dünya" qur­maq uğ­run­da əl­də si­lah gecə-gündüz day­an­ma­dan ça­lı­şır, ölüm-di­rim sa­va­şı­na gi­rir. Ha­lay bəy isə müəl­lim­dir, ba­şı­nı aşağı sa­lıb uşaq­la­ra böyük hə­vəs­lə riy­a­ziyy­a­tı öy­rə­dir. Ha­lay bəy cə­miyy­ə­tin ma­a­rif­çi­lik yo­lu ilə in­ki­şa­fı­nın tə­rəf­da­rı­dır. Qo­ri müəl­lim­lər se­mi­na­riy­a­sın­da oxuy­ar­kən Ka­bı Kə­sə­mən­li Ha­lay bəyi də in­qi­lab yo­lu­na çək­mək is­tə­miş­dir. La­kin Ha­lay bəy yo­lun­dan dön­mə­miş­dir. Çe­ka­nın müəyy­ən­ləş­dir­diyi "troy­ka"nın nümay­ən­də­si Fə­tul­lay­ev "üçlü"yün qə­ra­rı­na sa­lıb Ha­lay bəyi güllə­lət­mək is­təy­ir. Ka­bı Kə­sə­mən­li gü­nah­sız ol­duğu üçün onu müda­fiə edir. La­kin Fə­tul­lay­ev Ha­lay bəyə ölüm cə­za­sı kə­sir və qə­rar ye­ri­nə ye­ti­ri­lir. Bu yol­la Fə­tul­lay­ev F.Kö­çər­li­ni də məhv et­məyə na­il olub. Kən­din aşı-ğ­ı­nı qa­çaq­la­rın məc­li­sin­də çal­dığı üçün, ka­sıb bir kənd­li­ni qa­la­da ya­tan Ha­lay bəyə çö­rək apar­dığı üçün "troy­ka"nın qə­ra­rı­na sa­lıb güllə­lət­mək is­təy­ir. Fə­tul­lay­e­vin əlin­də "troy­ka"nın iki ay­rı üzvü tə­rə­fin­dən im­za­lan­mış "sə­nəd" var. O, ki­mi məhv et­mək is­təy­ir­sə, "sə­nəd"ə üçüncü im­za­nı atıb atac­ağı ad­dı­mı qa­nu­ni­ləş­di­rir. Fə­tul­lay­e­vin hə­rə­kət­lə­ri onun­la ey­ni cəb­hə­də ça­lı­şan­la­rı da dəh­şə­tə gə­ti­rir. Ro­man­da oxuy­u­ruq: "Kə­sə­mən­li bir xey­li fi­kir­li-fi­kir­li, göz­lə­ri yol çə­kir­miş ki­mi lal-din­məz otur­du… Onu fi­kir götürmüşdü. Çe­ka­nın mər­kəz­dən gön­dər­diyi Fə­tul­lay­ev hər yer­də, hər ada­mın si­ma­sın­da müzür ünsür görürdü. Kim əli­nə ke­çir­di­sə, ən ağ­ır cə­za ver­məyə ça­lı­şır­dı. Qə­za­da qa­çaq­la­rın sayı get­dikcə ço­xa­lır­dı".
Müəl­lif ta­ri­xi dövrün hə­qi­qət­lə­ri­ni re­a­list qə­ləm­lə açır. Həm də bu za­man siy­a­si re­ji­min öz müstəm­lə­kə­çi­lik siy­a­sə­ti­ni pər­də­lə­mək üçün or­ta­lığa at­dığı "sin­fi müba­ri­zə"nin heç bir ic­ti­mai əsa­sı ol­ma­dığ­ı­nı da sübut edir. "Sin­fi düşmə­nə kö­mək edən müzür ünsürlər qı­rıl­ma­lı­dı, vəs­sa­lam" qə­na­ə­ti Fə­tul­lay­e­vin düşüncə­si­nə müstəm­lə­kə­çi döv­lə­tin qə­rar və tə­li­mat­la­rın­dan gə­lir. Siy­a­si re­ji­min səc­iyy­ə­si bir­ba­şa onun üzə­ri­nə köçürüldüyü üçün (me­ta­fo­rik ob­raz ola­raq) Fə­tul­lay­ev in­san­la­ra fər­di müna­si­bət gö­s­tər­mək iq­ti­da­rın­da dey­il. Qə­za fir­qə özəy­i­nin sə­d­ri Ab­dal ki­şi, İn­qi­la­bi Şu­ra sə­d­ri Ka­bı Kə­sə­mən­li isə in­qi­lab müca­hid­lə­ri ol­sa­lar da xa­rak­ter­lə­ri­nin mil­li var­lığa bağ­lı­lığı on­la­rın in­san­la­ra to­tal müna­si­bə­ti­ni mümkünsüz edir. Fə­tul­lay­e­vin (oxu: in­qi­la­bın, so­vet hökümə­ti­nin) "müzür ünsür", "sin­fi düşmən" elan et­diyi hər bir in­sa­nın fər­di ta­ley­i­nə, əməl və xa­rak­te­ri­nə yax­şı bə­ləd olan Ab­dal ki­şi­lər­də, Ka­bı day­ı­lar­da, in­qi­la­ba olan əv­vəl­ki rəğ­bət və inam­la­rı­na rəğ­mən, bir tə­rəddüd, tə­əssüf, inam­sız­lıq psi­xo­lo­g­iy­a­sı ya­ra­nır. Fi­ru­din bəy Kö­çər­li­nin ölümü ya­dı­na düşən­də Ab­dal ki­şi "od­suz-oc­aq­sız ya­nır", "be­lə bir ki­şi­ni qo­ruya bil­mə­diyi üçün özünü dan­la­maq­dan yo­rul­mur­du".
Hə­lə­lik, nə qə­dər ki, qə­ti qə­ra­ra gəl­məy­ib­lər (o mə­na­da ki, re­ji­min an­ti­mil­li xa­rak­te­ri­ni tam dərk edə bil­məy­ib­lər) Ab­dal ki­şi­lər, Ka­bı Kə­sə­mən­li­lər, şu­ra sə­d­ri Mu­s­ta­fa­lar "troy­ka"nın "güllə­lən­mə" siy­a­hı­sı­na sa­lın­mış Aşıq Qar­net­lə­ri, Ço­ban Kə­rə­mə­li­lə­ri, bac­ı­sı­na sa­taş­dığ­ı­na gö­rə şu­ra sə­d­ri Qə­zən­fə­ri "düz qa­şı­nın or­ta­sın­dan vu­ran" kənd uşağ­ı­nı ölümün cə­ng­in­dən qur­tar­maq­la, tu­tul­maq qor­xu­sun­dan si­lah götürüb dağ­la­ra çə­kil­miş gü­nah­sız in­san­la­rı üzə çı­xar­maq­la tə­səl­li ta­pır­lar.
So­vet hö­ku­mə­ti­nin sin­fi müba­ri­zə adı al­tın­da həy­a­ta ke­çir­dik­lə­ri heç bir in­san­lıq ölçüsünə sığ­ış­mır, hö­ku­mə­tin müstəs­na sə­la­hiyy­ət ver­diyi fə­tul­lay­ev­lər, ke­çəl xon­du­lu­lar bütün müqəd­dəs inam­la­ra tüpürür, in­san­la­rı ge­dər-gəl­mə­zə gön­də­rə­rək, on­la­rın il­lər boyu düzəlt­dik­lə­ri ev-eşiyə, var-döv­lə­tə sa­hib çıx­maq eh­ti­ra­sı ilə alı­şıb ya­nır­lar. Ro­man­da Ab­dal ki­şi, Ka­bı Kə­sə­mən­li ki­mi in­san­la­rın in­qi­lab uğ­run­da müba­ri­zə­si də ta­ri­xi ger­çək­liyə uyğ­un ve­ril­miş­dir. Fə­tul­lay­e­vin Ha­lay bəyi güllə­lə­mə­si­ni eşi­dən Ka­bı Kə­sə­mən­li­nin ta­pan­ça­sın­da­kı bütün güllə­lə­ri onun bə­də­ni­nə bo­şalt­ma­sı, təkcə in­ti­qam his­si­ni ifa­də et­mir. Onun ən­da­zə­dən çı­xan hə­rə­kə­ti Ka­bı Kə­sə­mən­li­nin için­də­ki tə­rəddüdə son qoy­ur, onun ye­ni hö­ku­mə­tə olan ina­mı­nı he­çə en­di­rir. Ka­bı Kə­sə­mən­li il­lər­dən bə­ri uğ­run­da müba­ri­zə apar­dığı işə ar­xa çe­vi­rir. Ona gö­rə ki, o Ha­lay bəy, Fi­ri­dun bəy ki­mi in­san­la­rı bir an­da məhv et­məyə ha­zır olan bu qu­ru­lu­şa ina­mı­nı iti­rir. Xal­qın için­dən çı­xıb in­qi­la­ba qo­şu­lan Ka­bı Kə­sə­mən­li ye­ni­dən xal­qın içi­nə qay­ı­dır. Bu hə­qi­qi mil­li xa­rak­te­rin heç vaxt və heç bir vəchlə öz tə­bi­ə­tin­dən çı­xa bil­məy­əc­əy­i­nə olan ya­zı­çı ina­mı­nı ifa­də edir. Ro­ma­nın bu kon­tek­s­ti Ab­dal ki­şi­nin də, Mu­s­ta­fa­nın da Ka­bı Kə­sə­mən­li­nin yo­lu ilə ge­dəc­əy­i­nə ina­mı əks et­di­rir. Xal­qın için­dən çı­xıb ona ar­xa çe­vi­rən, ye­diyi qa­ba tüpürən Ke­çəl Xon­du­lu­nun son aqi­bə­ti­nin şə­rəf­siz ölüm ol­ma­sı da ol­duqca mə­na­lı de­tal ki­mi oxuc­u­nu düşündürür.
Ro­ma­nın tə­s­diq pa­fo­su ilə in­kar pa­fo­su süjet kə­siş­mə­lə­ri və bir-bi­ri­ni ta­mam­la­ma­sı, xa­rak­ter­lə­rin və ha­di­sə­lə­rin as­so­si­a­tiv müqay­i­sə­si fo­nun­da müəl­lif möv­qey­i­ni qa­bar­dır.
Bircə də­fə gördüyü və bütün qəl­bi ilə bağ­lan­dığı ni­şan­lı­sı Ələd­di­nin fac­i­ə­li ölümündən so­nra ya­şa­maq is­tə­məy­ən və ya­şaya bil­məy­ən Qa­ra­te­lin qa­ra ya­zı­lan ta­ley­in­də, çox­dan ar­zu­la­dığı oğ­ul hə­s­rə­ti­nə son ve­rib, ar­zu­su­na ça­tan, tə­zə ana­dan olan oğ­lu­nu böyütmək se­vinci ilə ya­şay­an Şə­mid­di­nin "müzür ünsür" ki­mi güllə­lə­nib də­rə aşağı yu­var­lan­dı­rıl­ma­sı epi­zod­la­rın­da in­sa­nın içi­ni mə­həb­bət­lə dol­du­ran his­slər­lə ni­frət his­slə­ri ey­ni vaxt­da üz-üzə gə­lir. Qə­zavü-qə­də­rin, tə­sadüfi açı­lan güllə­nin Qa­ra­te­lin qəl­bin­də aç­dığı ya­ra­nın ağ­rı­sı, göy­nər­ti­si ba­şa düşülən­dir. Ma­hiyy­ətcə siy­a­si si­fa­ri­şin nə­tic­ə­si olan Şə­mid­di­nin ölümü isə - ye­nicə doğ­u­lan oğ­lu­na gö­rə son­suz bir se­vinc ya­şay­an in­sa­nın öldürülmə­si isə in­san­lığa xəy­a­nə­tin ən dəh­şət­li fak­tı ki­mi bağ­ı­ş­lan­maz­dır. Şə­mid­di­nin ölümü fac­i­ə­vi məz­mun da­şıy­ır. Qar­da­şı Hə­sən ağa ki­mi o da qa­çıb dağ­la­ra çə­ki­lə bi­lər­di. Öv­lad se­vg­i­si ona bu ad­dı­mı at­mağa im­kan ver­mir. Əs­lin­də Şə­mid­din bi­lə­rək­dən özünü ölümün ağ­u­şu­na atır. Ya­zı­çı Şə­mid­di­nin için­də­ki bu böyük in­san se­vg­i­si­ni fə­tul­lay­evlə­rin, ke­çəl xon­du­lu­la­rın və on­la­rın şəx­sin­də siy­a­si si­s­te­min an­ti­hu­ma­nist tə­bi­ə­ti­nə qar­şı qoy­ur.
Ro­ma­nın Al­qa­zax­lı­lar və Çı­raq­lı­la­rın sürgü­nə gön­də­ril­mə­si­ni tə­s­vir edən epi­zod­la­rı­nı da həy­əc­an­sız oxu­maq mümkün dey­il (Ümu­miy-y­ət­lə, ro­ma­nı həy­əc­an­sız oxu­maq mümkün dey­il). Bu epi­zod­lar yal­nız in­sa­na an­ti­hu­ma-nist müna­si­bə­tin bə­dii ifa­də­si ki­mi yox, həm də in­san­lıq ləy­a­qə­ti­nin uc­a­lığ­ı­na ina­mın ifa­də­si ki­mi oxucu yad­da­şın­da si­lin­məz iz­lər bu­ra­xır.
Yük va­qon­la­rı­na dol­du­ru­lub sürgü­nə gön­də­ri­lən in­san­la­rın in­san­lıq ləy­a­qə­ti ilə on­la­ra gö­s­tə­ri­lən qey­ri-in­sa­ni müna­si­bə­tin ya­rat­dığı tə­zad so­vet siy­a­si re­ji­mi haq­qın­da ən sərt hə­qi­qət­lə­ri əks et­di­rir. Ağ­la sığ­may­ac­aq də­rəc­ə­də dözülməz şə­ra­it­də Güllü ar­va­dın nümay­iş et­dir­diyi təm­kin, dözüm, mə­ta­nət, bu şə­ra­it­də be­lə şə­rəf və ləy­a­qət haq­qın­da düşüncə­lə­ri, əmə­li hə­rə­kət­lə­rin­də bu­nun tə­s­di­qi mil­li-ta­ri­xi var­lıq­dan gə­lən xa­rak­te­rin gücünü gö­s­tə­rir. Ən dözülməz şə­ra­it­də - gecə-gündüz yol ge­dən yük qa­ta­rın­da Güllü ar­va­dın bir an da gözünü qırp­ma­dan ət­ra­fın­da­kı in­san­la­rın təhlükə­siz­liyi üçün ke­çir­diyi na­ra­hat-lıq his­slə­ri mil­li və bə­şə­ri dəy­ər ki­mi in­san­lığ­ın qüdrə­ti­nə, bütün olub ke­çən­lə­rə rəğ­mən, ina­mı­mı­zı sar­sıt­mır, bu ina­mı bir da­ha qüvvət­lən­di­rir.
So­si­a­liz­min ide­o­loq­la­rı aşağı və yu­xa­rı tə­bə­qə ara­sın­da­kı an­ta­qo­nist zid­diyy­ət­lər ol­duğ­u­nu və sin­fi müba­ri­zə­nin qne­si­o­lo­ji əsa­sı­nı da bu zid­diyy­ət­lə­rin təş­kil et­diy­i­ni dö­nə-dö­nə tə­k­rar et­miş və de­mək la­zım­dır ki, ic­ti­mai şüur­da bu­nun kök sal­ma­sı­na na­il ola bil­mi­ş­lər.


İ.Şıx­lı mil­li bir­liyə na­il ol­maq üçün bu yan­lış ten­den­siy­a­nın ic­ti­mai şüur­dan çı­xa­rıl­ma­sı­nı zə­ru­ri he­sab edir və məhz bu­na gö­rə də ro­man­da mil­li bir­lik ide­a­lı­nın bə­dii təc­əssümünə xüsu­si diq­qət ye­ti­rir. Ro­ma­nın ço­ban Kə­rə­mə­li-Ha­lay bəy xət­tin­də biz bu­nun ay­dın ifa­də­si­ni görürük. Ac­lıq il­lə­rin­də heç bir tə­mən­na güdmə­dən, in­san­lıq borcu ki­mi Ha­lay bəy ço­ban Kə­rə­mə­li­nin ai­lə­si­nə, qo­hum-əq­rə­ba­sı­na əl tu­tur, on­la­rın ac­lığ­ın aman­sız gir­da­bın­da boğ­ul­ma­sı­na im­kan ver­mir. Ne­çə il­lər ke­çən­dən so­nra Ha­lay bəy hö­ku­mət­dən qa­çaq düşən­də isə ço­ban Kə­rə­mə­li öz həy­a­tı­nı böyük təhlükə qar­şı­sın­da qoy­a­raq (Fə­tul­lay­ev onu məhz bu hə­rə­kə­ti­nə gö­rə "troy­ka"nın qə­ra­rı­na sa­lıb güllə­lət­mək is­təy­ir) dağ­da-daş­da gününü ke­çi­rən Ha­lay bəyə çö­rək apa­rır. "Ka­bı dayı, o elə yax­şı adam­dı ki, onun yo­lun­da adam ölümə də ge­dər. O mə­nə elə yax­şı­lıq eləy­ib ki, özüm də, ba­la­la­rım da ona ömrümüz boyu borc­luy­uq" - ço­ban Kə­rə­mə­li­nin di­lin­dən çı­xan bu söz­lər yal­nız mil­li-ta­ri­xi ger­çək­lik­də sin­fi ay­rı-seç­ki­liy­in iş­lək ol­ma­dığ­ı­nın gö­s­tə­ric­i­si dey­il, həm də in­san­lıq qa­nun­la­rı­nın hə­lə də ya­şa­rı ol­duğ­u­nu, in­san­lar ara­sın­da­kı müna­si­bət-lə­rin (sin­fi mən­su­biyy­ə­tin­dən ası­lı ol­may­a­raq) qar­şı­lıq­lı hör­mə­tə əsas­lan­dığ­ı­nı sübut edir. So­vet hö­ku­mə­ti­nin sin­fi müba­ri­zə siy­a­sə­ti məhz o mə­na­da qor­xu­lu idi ki, in­san­lar ara­sın­da ni­faq, düşmən­çi­lik to­xu­mu sə­pir, on­la­rı bir-bi­ri­nə qar­şı qoy­ur­du.
Ro­man qə­h­rə­man­la­rı so­vet hö­ku­mə­ti­nin sin­fi ay­rı-seç­ki­lik siy­a­sə­ti­nin ma­hiyy­ə­ti­ni düz ba­şa düşürlər. Ço­ban Kə­rə­mə­li bu­nu tam ay­dın­lığı ilə dərk et­mə­sə də, için­də­ki mil­li ləy­a­qət onu təh­təlş­üur da ol­sa bu siy­a­sə­tə qar­şı kök­ləy­ir. Müsa­vat hö­ku­mə­ti­nin ke­ç­miş za­bi­ti, so­vet hö­ku­mə­tin­dən qa­çaq düşmüş Ça­pıq Əm­rah isə so­vet­ləş­mə­nin müstəm­lə­kə­çi, an­ti­mil­li, an­ti in­sa­ni məq­səd­lə­ri­ni çox ay­dın ba­şa düşür. Fə­tul­lay­e­vin də­s­tə­si tə­rə­fin­dən tu­tu­lan­da isə o öz ira­də­si ilə əks tə­rə­fin ca­nı­na qor­xu sa­lır, oxuc­u­nun göz­lə­ri qar­şı­sın­da bütün var­lığı mə­nə­vi ləy­a­qət­dən və dəy­a­nət­dən yoğ­rul­muş in­sa­nın ay­dın si­ma­sı can­la­nır. Ça­pıq Əm­ra­hın düşmən qar­şı­sın­da gö­s­tər­diyi ləy­a­qət onu mil­li əzə­mi ob­ra­za çe­vi­rir:
Fə­tul­lay­ev gö­zal­tı onu süzdü və hir­slə ay­ağa qalx­dı:
- Gənc­ə­də döyüşdünüz. İn­san qı­rğ­ı­nın­dan baş­qa nə qa­zan­dı­nız?
Ça­pıq Əm­rah da ay­ağa dur­du və Fə­tul­lay­ev­lə döş-dö­şə day­an­dı:
- Mərd­lik! Cə­sa­rət. Bəs, siz nə qa­zan­dı­nız? Ca­ma­a­tı qor­xaq­lığa, xəy­a­nə­tə öy­rət­di­niz. Ha­mı­nı qır­dı­nız, tökdünüz, elə­di­niz gözüqı­pıq… İn­di bu­raya nəyə gəl­mi­si­niz? Rus əsg­ər­lə­ri­ni nəyə gə­tir­mi­si­niz?
Fə­tul­lay­ev ca­vab ve­rən­də ki, "bi­zim ya­rat­dığ­ı­mız cə­miyy­ət ka­mil in­san cə­miyy­ə­ti olac­aq", Ça­pıq Əm­rah dey­ir: - "Cə­miyy­ət də in­san ki­mi­dir. Ax­ta­lan­mış adam­dan ki­şi çıx­ma­dığı ki­mi, ax­ta­lan­mış cə­miyy­ət­dən də ka­mil cə­miyy­ət ola bil­məz".
Ça­pıq Əm­ra­hın söz­lə­ri so­vet re­ji­mi­nin an­ti­hu­manst, fa­şist tə­bi­ə­ti­ni aç­maq­la bə­ra­bər mil­li-mə­nə­vi əx­la­qa, ge­ne­fon­da en­di­ri­lən zər­bə­lə­rin çə­kil­mə­si mümkün ol­may­an ağ­rı­la­rı­nı da ifa­də edir. Bu hə­min o ağ­rı­lar­dır ki, İ.Şıx­lı - bu mütə­fək­kir sə­nət­kar onu həy­a­tı boyu öz ürə-yin­də gəz­dir­mə­li ol­muş­du.
Ça­pıq Əm­ra­hın xa­ti­rə­lə­ri va­si­tə­si­lə so­vet işğ­a­lı­na qar­şı mil­li müqa­vi­mət hə­rə­ka­tı­nın əsas ta­ri­xi mə­qam­la­rı da ro­man­da özünə yer al­mış­dır. Müəl­lif Gəncə ha­di­sə­lə­ri­nin, XI Qı­zıl Or­du­nun Gənc­ə­ni ələ ke­çir­mə­si­nin müfəs­səl tə­s­vi­ri­ni ver­miş­dir. O, apa­rı­lan müba­ri­zə­lər­də mil­li hö­ku­mə­tin məğ­lu­biyy­ə­ti­ni Azər­bayc­an xal­qı­nın ta­ri­xi ta­ley­i­nin qa­ra sə­hi­fə­si ki­mi əks et­di­rə bi­lir.
Qə­h­rə­man­la­rın tra­g­ik ta­ley­in­də­ki li­rik ya­şan­tı­lar ro­ma­nın oxu­naq­lılığ­ı­nı ar­tır­maq­la bə­ra­bər, mil­li ka­lo­ri­ti qat-qat güc­lən­di­rir. Əsər­də Kür şər­ti-me­ta­fo­rik ob­raz sə­viyy­ə­si­nə qə­dər yüksə­lir. Ro­man qə­h­rə­man­la­rın­da Kürə əsa­ti­ri bir inam var­dır. Ölümə ge­dən də, xoş­bəxt­lik ax­ta­ran da üzünü Kürə tu­tur: "Bu kən­din qay­da­sı idi: ilin-ay­ın axır çər­şən­bə­sin­də köh­nə ili yo­la sa­lan­da, ba­ha­rın gəl­diy­i­ni xə­bər ve­rən No­v­ru­zun ilk günündə dan ye­ri qı­za­rar-qı­zar­maz axar suya - Kürə tökülüşər­di­lər. Su bum­buz olub ada­mı qı­lınc ki­mi kəs­sə də çi­mi­şər, ağ­ır­lıq­la­rı­nı - uğ­ur­luq­la­rı­nı yuy­ar, tə­zə ilə tər­tə­miz gə­lər­di­lər". Ma­raq­lı­dır ki, in­san­la­rın içi həy­at eş­qi ilə do­lan­da da, ölüm var­lığ­ı­na ha­kim kə­si­lən­də də Kürə üz tu­tur, onun suy­un­da tə­miz­lə­nib ru­ha­ni pak­lığa (məhz ru­ha­ni, ci­s­ma­ni yox) qo­vu­şur, alın­la­rı­na qə­za ölüm ya­zıb­sa, ölümə tə­rəf, xoş­bəxt­lik ya­zıb­sa, xoş­bəxt­liyə tə­rəf ge­dir­lər.
Ro­man qə­h­rə­man­la­rı­nın için­də elə, obaya, ya­şa­dığı evə, yurd ye­ri­nə, onun otu­na, ağ­ac­ı­na, hər qa­rış tor­pağ­ı­na qar­şı­sı­a­lın­maz bir mə­həb­bət var. Ölümlə üz-üzə qa­lan, sürğünə gön­də­ri­lən bu in­san­lar ölümdən çox, yurd it­ki­si­nin, doğ­ma oc­aq, tor­paq ay­rı­lığ­ı­nın ac­ı­sı­nı duy­ur, ya­şay­ır­lar. Ahıl çağ­ın­da sürğün həy­a­tı ya­şa­mağa məc­bur olan Güllü ar­va­dın yurd hə­s­rə­ti­nin bir mə­qa­mı­nı müəl­lif aşağ­ı­da­kı ki­mi tə­s­vir edir: "Əli­ni be­li­nə qoy­ub Kürün sa­hi­li­nə enən ya­şıl­lıq­la­ra, əy­ri-üyrü cığ­ır­la­ra, suya enən qız-gə­li­nə ta­ma­şa et­di. Kör­pə­lik­dən gə­zib do­laş­dığı bu yer­lə­rin ət­ri­ni elə bil si­nə­si­nə dol­du­rub sax­la­mağa ça­lış­dı. Su yo­lun­da, ya­r-ğ­an­la­rın al­tın­da qız­lar­la dey­ib güldüyü günlə­ri xa­tır­la­dı… Gözündə gi­lə­lə­nən ya­şı si­nə­si­nə axıt­dı".

***

"Ölən dünyam" hə­qi­qi ro­man tə­fəkkürünün məh­su­lu­dur. Bu­ra­da hər epi­zod, hər tə­s­vir, təf­si­lat və de­tal, ob­raz in­san xəy­a­lı­nı çə­kib uzaq­la­ra apa­rır, onun düşüncə­si­nin alt və üst qat­la­rı­nı oy­a­dır. Ömər ko­xa­nın əv­vəl­lər "ma­ral bu-ğ­a­sı­nın hey­kir­ti­si", "düyə­lə­rin mə­ləş­mə­si eşi­di­lən me­şə­lər"dən in­di "çaq­qal - tülkü vaq­qıl­tı­sın­dan qu­laq tu­tul­ma­sı" ilə bağ­lı na­ra­hat­lığ­ın­da, Ala­nın (itin) in­san­la­ra sə­da­qə­tin­də, ca­na­var­la­ra qo­şu­lub uzun müddət me­şə­də ya­şa­sa da öz əs­li­ni qo­ru­ma­sın­da, uzun il­lə­rin yurd həs­rə­tin­dən so­nra Hə­sən ağ­a­nın obaya dönüb yurd­la­rın­da sa­la­mat qal­mış və vax­ti­lə öz əl­lə­ri ilə ək­diyi qoca pa­lı­dın al­tın­da ca­nı­nı tap­şır­ma­sın­da İ.Şıx­lı­nın "ölən dünya"sı­nın bi­zim üçün tam açıl­ma­sı çə­tin olan çox hə­qi­qət­lər giz­lə­nir.

***

Mil­li ide­o­lo­g­iy­a­nın for­ma­laş­ma­sın­da mə­də­niyy­ə­tin və tə­bii ki, bə­dii ədə­biyy­a­tın ro­lu da­nıl­mız­dır. "Ölən dünyam"da "mil­li siy­a­sət üçün ar­se­na­la" çe­v­ri­lə bi­ləc­ək, ide­o­lo­g­iy­a­mı­zı mil­li-ta­ri­xi dəy­ər­lər is­ti­qa­mə­tin­də for­ma­laş­dır­mağa sti­mul ve­rən çox mət­ləb­lər var. Əsə­rin müa­sir­liy­i­ni və de­mə­li, ya­şa­rı­lığ­ı­nı şərt­lən­di­rən key­fiyy­ət­lər­dən bi­ri də bu­dur.