Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Elxan Zal QARAXANLI
XAQANNAMƏ


TƏNQIDÇI ILƏ YAZIÇI ÜZ-ÜZƏ


Makvala QONAŞVILI
(Gürcüstan)


Qulu AĞSƏS
QAPISI AÇIQ MƏCID...
esse


Vüsal NURU


TƏYYAR SALAMOĞLU
ÖLMƏZ SƏNƏTKARIN "ÖLƏN DÜNYA"SI


Adil MIRSEYID
CLASSICAL MUSIC FOR MEDITHATION
poem


ADIL MIRSEYIDLƏ
BIR FINCAN QARA QƏHVƏ


Mubariz CƏFƏRLİ
Hekayələr


32 ILLIK ÖMRÜN NƏĞMƏLƏRI


Aydın DADAŞOV


Gülşən BEHBUDQIZI


Vaqif İSAQOĞLU
MÜSADİRƏ
hekayələr


Sevinc QAZAXQIZI
Bakı şəhər 104 №-li orta məktəbin şagirdi


Fər­qa­nə MEH­Dİ­YE­VA
ƏDƏBİYYATA XOŞ GƏLDİNİZ!


Ağacəfər HƏSƏNLİ


DANIŞAN DUYĞULARIM…


Mina RƏŞİD


Aydın TAĞIYEV


Rafiq YUSİFOĞLU


Sevinc MÜRVƏTQIZI
“ÖMRÜMÜ YELƏ VERMƏMİŞƏM...”


Şakir ALBALIYEV
DAŞ İNSAN
(lirik poema)


ŞOTA İATAŞVILI


ÖYRƏNMƏSƏN, ÖYRƏTMƏYƏCƏKSƏN...
Şota İataşvili ilə Səlim Babullaoğlunun Bakı-Tiflis qatarındakı söhbəti



 

Fər­qa­nə MEH­Dİ­YE­VA
ƏDƏBİYYATA XOŞ GƏLDİNİZ!


 

Mar­tın 3-də Ya­zı­çı­lar Bir­li­yin­də (AYB) bir­li­yə ye­ni qə­bul olu­nan­la­rın üzv­lük və­si­qə­si­nin təq­dim olun­ma­sı mə­ra­si­mi ke­çi­ril­di. Mə­ra­si­mi gi­riş sö­zi ilə açan AYB-nin gənc­lər­lə iş üz­rə ka­ti­bi Rə­şad Mə­cid gənc­lə­rin bir­li­yə üzv qə­bul ol­ma­sın­dan do­ğan məm­nun­lu­ğu­nu ifa­də et­di: "25 nə­fər is­te­dad­lı gən­cin bir­li­yə üzv qə­bul olun­ma­sı­na çox se­vi­ni­rəm. Bu gənc­lə­rin ək­sə­riy­yə­ti ar­tıq al­tı ay­dır ki, fəa­liy­yət gös­tə­rən Gənc Ədib­lər Mək­tə­bi­nin üz­vü­dür. On­la­rın ək­sə­riy­yə­ti­nin ya­ra­dı­cı­lı­ğı ilə ta­nı­şam. İna­nı­ram ki, 50-60 il­dən son­ra­kı Azər­bay­can ədə­biy­ya­tı­nın əsa­sı­nı in­di­ki gənc­lə­rin əsər­lə­ri təş­kil edə­cək və xal­qı­mız on­lar­la qü­rur du­ya­caq. Yə­qin ki, bu­gün­kü ta­rix gənc­lə­rin yad­da­şın­da uzun müd­dət qa­la­caq".
Təd­bir­də çı­xış edən bir­li­yin səd­ri, xalq ya­zı­çı­sı Anar AYB-yə üzv qə­bul olun­ma­ğın şə­rəf­li ol­du­ğun­dan da­nı­şa­raq gənc­lə­rə hə­mi­şə qız­ğın ya­ra­dı­cı­lıq eh­ti­ra­sı ar­zu­la­dı : "Ə­də­biy­yat­da ya­zan­lar və ya­zı­çı­lar var. Ya­zan­lar­dan fərq­li ola­raq ya­zı­çı­lar yaz­ma­dan ya­şa­ya bil­mir­lər. Yaz­maq ya­zı­çı­la­rın hə­yat tər­zi­dir. Mən üzv­lü­yə qə­bul olu­nan gənc­lə­rə əsl ya­zı­çı ol­ma­ğı, hər za­man yaz­maq eh­ti­ra­sı ilə ya­şa­ma­ğı ar­zu­la­yı­ram".
AYB-nin ka­ti­bi, xalq ya­zı­çı­sı Çin­giz Ab­dul­la­yev üzv­lü­yə qə­bul olu­nan gənc­lə­rin bəx­ti­nin gə­tir­di­yi­ni yu­mor­la vur­ğu­la­dı: " Be­lə tən­tə­nə ilə bir­li­yin üzv­lük və­si­qə­si­ni al­maq özü də bir ta­rix­dir. Val­lah, heç mən üzv­lü­yə be­lə təm­tə­raq­la keç­mə­mi­şəm".
"Pre­zi­dent tə­qaü­dü­nə na­mi­zəd təq­dim et­mək üçün gənc si­ya­hı­sı ax­ta­ran­da 35 ya­şa­dək olan gənc ta­pa bil­mə­miş­dik. Ya­şı qır­xa­can olan on nə­fə­rin adı­nın da­xil ol­du­ğu si­ya­hı­nı da bir­tə­hər tər­tib et­miş­dik. On­da ar­tıq hiss olu­nur­du ki, Ya­zı­çı­lar Bir­li­yi­nin tər­ki­bi gənc­ləş­mə­li­dir. Çox se­vin­di­ri­ci­dir ki, in­di bu qə­dər gənc bir­li­yin üz­vü olur. Bil­di­yi­mə gö­rə on­la­rın içə­ri­sin­də hət­ta mək­təb şa­gird­lə­ri də var. Mən bu­nun üçün xü­su­si­lə bir­li­yin gənc­lər­lə iş üz­rə ka­ti­bi Rə­şad Mə­ci­də tə­şək­kür edi­rəm. Ona gö­rə ki, son za­man­lar ye­ni ədə­bi nəs­lin doğ­ru is­ti­qa­mət­lən­mə­sin­də onun rəh­bər­lik et­di­yi Gənc Ədib­lər Mək­tə­bi­nin də ro­lu bö­yük­dür. Rə­şad Mə­cid bu gənc­lə­rə çox qay­ğı ilə, hu­ma­nist­cə­si­nə ya­na­şa­raq gə­lə­cək­də ya­ra­na­caq bö­yük ədə­biy­ya­tı­mı­zın təəs­süb­keş­li­yi­ni edir. O, öz işi­nin öh­də­sin­dən çox uğur­la gə­lə­rək Ya­zı­çı­lar Bir­li­yi­nin gənc­ləş­mə­si­nə şə­rait ya­rat­dı". Bu fi­kir­lər­sə AYB-nin ka­ti­bi Arif Əm­ra­hoğ­lu­ya məx­sus­dur.
AYB-nin ka­ti­bi xalq şai­ri Fik­rət Qo­ca, bir­li­yin sədr müa­vi­ni Na­zim İb­ra­hi­mov, ya­zı­çı -dra­ma­turq El­çin Hü­seyn­bəy­li gənc­lə­rə uğur­lar ar­zu­la­ya­raq on­la­rın gə­lə­cək­də bö­yük ya­zı­çı və şa­ir nəs­li ki­mi ye­ti­şə­cə­yi­nə inam­la­rı­nı ifa­də et­di.
Son­da AYB-nin səd­ri Anar təd­bir­də iş­ti­rak edən Qis­mət Rüs­tə­mov, El­xan Qa­ra­qan, Se­vinc Mür­vət­qı­zı, Əli Əlioğ­lu, Fey­ziy­yə Ha­cı­ye­va, Xa­lid Mah­mud, Ay­sel Əli­za­də, Ül­viy­yə Hey­də­ro­va, El­nu­ra Ca­vad­za­də, Or­xan Mux­tar­lı, Or­xan Ömər, Zər­düşt Şə­fi­za­də, Sey­fəd­din Hü­seyn­li, Na­hid Ha­cı­yev, Ay­xan Ki­çik­bəy, Mir­bəh­ram Əzim­bəy­li, Xa­ti­rə Va­qif və baş­qa­la­rı­na bir­li­yin və­si­qə­si­ni təq­dim et­di.