Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Elxan Zal QARAXANLI
XAQANNAMƏ


TƏNQIDÇI ILƏ YAZIÇI ÜZ-ÜZƏ


Makvala QONAŞVILI
(Gürcüstan)


Qulu AĞSƏS
QAPISI AÇIQ MƏCID...
esse


Vüsal NURU


TƏYYAR SALAMOĞLU
ÖLMƏZ SƏNƏTKARIN "ÖLƏN DÜNYA"SI


Adil MIRSEYID
CLASSICAL MUSIC FOR MEDITHATION
poem


ADIL MIRSEYIDLƏ
BIR FINCAN QARA QƏHVƏ


Mubariz CƏFƏRLİ
Hekayələr


32 ILLIK ÖMRÜN NƏĞMƏLƏRI


Aydın DADAŞOV


Gülşən BEHBUDQIZI


Vaqif İSAQOĞLU
MÜSADİRƏ
hekayələr


Sevinc QAZAXQIZI
Bakı şəhər 104 №-li orta məktəbin şagirdi


Fər­qa­nə MEH­Dİ­YE­VA
ƏDƏBİYYATA XOŞ GƏLDİNİZ!


Ağacəfər HƏSƏNLİ


DANIŞAN DUYĞULARIM…


Mina RƏŞİD


Aydın TAĞIYEV


Rafiq YUSİFOĞLU


Sevinc MÜRVƏTQIZI
“ÖMRÜMÜ YELƏ VERMƏMİŞƏM...”


Şakir ALBALIYEV
DAŞ İNSAN
(lirik poema)


ŞOTA İATAŞVILI


ÖYRƏNMƏSƏN, ÖYRƏTMƏYƏCƏKSƏN...
Şota İataşvili ilə Səlim Babullaoğlunun Bakı-Tiflis qatarındakı söhbəti



 

Aydın DADAŞOV


 

MƏ­NİM SƏN AD­LI OĞ­LUM YOX­DUR! -de­yib qo­ca bəs­tə­kar öv­la­dı­nın ona şa­pa­laq vur­ma­sı­nı ba­ğış­la­ma­yıb hə­mi­şə­lik evin­dən get­di və bir də ora­ya qa­yıt­ma­dı. Ər­sə­yə çat­mış oğ­lu­nun ge­cə ya­rı­dan ke­çə­nə qə­dər ça­naq an­te­ni va­si­tə­si­lə xa­ri­ci ka­nal­lar­da ge­dən əcaib ve­ri­liş­lə­rə, in­ter­net­də­ki por­noq­ra­fik sayt­la­ra bax­ma­sı mil­li adət-ənə­nə­lə­rə üs­tün­lük ve­rən ata­ya dö­zül­məz gö­rün­dü­yün­dən o, bu şa­pa­laq­dan son­ra da­ha evin­də qa­la bil­məz­di. Yük­sək və­zi­fə­li xa­nı­mın­dan, uzun il­lər ər­zin­də əl­də et­dik­lə­ri şə­hə­rin mər­kə­zin­də­ki eli­tar bi­na­nın beş otaq­lı mən­zi­lin­dən, də­ni­zin lap sa­hi­lin­də­ki dəb­də­bə­li ba­ğın­dan, ba­ha­lı av­to­ma­şı­nın­dan, qa­ra­jın­dan və ən əsa­sı bü­tün əsər­lə­ri­ni ha­si­lə gə­tir­di­yi bə­yaz ro­ya­lın­dan da əl çə­kib, ata-ba­ba mə­həl­lə­sin­də ki­ra­yə­lə­di­yi bir otaq­lı evə köh­nə bir qa­ra pia­no da gə­ti­rib saat­lar­la çal­ma­ğa baş­la­dı. Şə­hə­rin uc­qa­rın­da­kı bu mən­zi­lin ha­mam­xa­na­sı, ayaq­yo­lu­su hə­yət­də ol­sa da, ona bö­yük hör­mət­lə ya­na­şan qon­şu­lar pia­no­nun sə­si­ni eşi­dən ki­mi him-cim­lə da­nı­şıb sa­kit­lik ya­ra­dır­dı­lar. Zəng­lə­ri ilə ona ma­ne ol­ma­sın­lar - de­yə bəs­tə­kar te­le­fo­nu­nu da mən­zil­dən çı­xa­rıb ha­mı­nın is­ti­fa­də­si üçün hə­yə­tin qar-ya­ğış tut­ma­yan uzaq kün­cü­nə qoy­muş­du.
Aşa­ğı­da­kı zir­zə­mi­də ki­ra­yə­ni­şin ya­şa­yan uzaq aran kən­din­dən olan arıq, uzun qız bü­tün gü­nü qo­num-qon­şu­nun pal­tar­la­rıı­nı yu­yar, hə­yət-ba­ca­nı, ha­mam­xa­na­nı, ayaq­yo­lu­nu gün­də bir ne­çə də­fə sil-sü­pür edib tər­tə­miz sax­la­yar­dı. Xü­su­si diq­qət gös­tər­di­yi bəs­tə­ka­rın isə pal­tar­la­rı­nı yu­maq­dan əla­və, onun ver­di­yi cü­zi pu­la əməl­li-baş­lı ba­zar­lıq da edib xö­rə­yi­ni ha­zır­la­yar və hət­ta ara­bir araq­dan, ça­xır­dan alıb qo­ca­nı sər­xoş edə də bi­lir­di. Sər­xoş olan qo­ca qı­zın keç­mi­şi ilə bağ­lı sual­lar ve­rə­rək onun uşaq­lıq yad­da­şı­na həkk olun­muş, ha­mı­nın ƏY­RİP­LAN de­di­yi, uc­suz-bu­caq­sız pam­bıq sa­hə­lə­ri­nin üzə­ri­nə zə­hər­li dər­man sə­pən təy­ya­rə­nin sü­rü­cü­sü ol­muş ata­sı ba­rə­də söh­bət­lə­ri­ni ma­raq­la din­lə­yir­di. Cə­mi­si bir­cə də­fə min­di­yi təy­ya­rə­nin be­yin çat­la­dan kə­sif qo­xu­su­na döz­mə­yə­rək qu­sub-ba­tı­ran qız­cı­ğa­zın o gün­dən ƏY­RİP­LAN gö­zü­nə gö­rü­nən ki­mi qo­xu­dan bağ­rı­nın çat­la­ma­ma­sı üçün baş gö­tü­rüb nə­fə­si kə­si­lə­nə qə­dər qaç­dı­ğı­nı xa­tır­la­ma­sı bəs­tə­ka­rı üs­yan­kar bir mu­si­qi ya­rat­ma­ğa sövq et­miş­di. Təy­ya­rə­ni pam­bıq tar­la­la­rı­nın ara­sın­da kö­ku kə­si­lə bil­mə­yən hün­dür bö­yürt­gən kol­la­rı­na çır­pıb qa­nad­la­rın­da sal­xım-sal­xım qa­ra, qır­mı­zı gi­lə­mey­və­lər gə­ti­rən ata­nın qı­zı­nı se­vin­di­rə bil­mə­mə­si bu mu­si­qi­nin hə­zin leyt­mo­ti­vi­ni ya­ra­dır­dı. Bu hə­zin mu­si­qi bö­yürt­gən­lə­rin də zə­hər­li­li­yi­nə əmin olan qız­cı­ğa­zın da­xi­li mo­no­lo­qu­nu ifa­də edir­di. Qa­ra pia­no­nun sə­si­ni eşi­dən ki­mi özü­nün uşaq­lıq yad­da­şı­na həkk olun­muş la­lə­li dü­zən­də ka­man­dan çı­xan ox ki­mi qaç­ma­sı­nı, qon­şu­nun oğ­lu­nun isə ona çat­ma­ğa cəhd et­mə­si­ni xa­tır­la­ma­sı qı­za əzab ve­rir­di. Ət­raf tar­la­la­rın üzə­rin­də uçan təy­ya­rə­dən sə­pi­lən toz-du­ma­nı ci­yər­lə­rin­də gəz­di­rən oğ­la­nın ye­rə yı­xı­lıb nə­fə­si kə­si­lə-kə­si­lə ça­ba­la­ma­sı­nı gör­mə­mək üçün qaç­ma­ğa da­vam edən qı­zı ya­rış­lar­da­kı gös­tə­ri­ci­lə­ri­nə gö­rə İd­man İns­ti­tu­tun­da oxu­sa da, elə bir sa­va­dı yox idi. Ay­lar­la ev­dən çıx­ma­yan bəs­tə­kar, yal­nız dər­sə sey­rək get­di­yin­dən da­im kə­si­ri olan qı­zın qiy­mət­lə­ri­ni yaz­dır­maq üçün ev­dən çı­xar və keç­miş şöh­rə­ti­nin im­kan­la­rın­dan is­ti­fa­də edər­di. Be­lə­cə hə­ya­tı məc­ra­ya dü­şür­dü ki, qı­zın İd­man İns­ti­tu­tu­nu bi­ti­rib aran­da­kı kən­di­nə və de­yik­li­si olan qon­şu oğ­la­nın ya­nı­na qa­yıt­ma­sı ilə qa­ra pia­no bir­də­fə­lik sus­du. Tez­lik­lə yay keç­di və ya­ğış­lı bir pa­yız gü­nün­də hə­yət­də­ki qon­şu­lar səs-sə­sə ve­rib bəs­tə­ka­rı te­le­fo­na ça­ğır­dı­lar. Əsə-əsə hə­yə­tə dü­şən qo­ca, qı­zın "GƏL MƏ­Nİ Xİ­LAS ET!" ça­ğı­rı­şı­nı eşi­dib də­li bir nə­rə çək­di.
Yol bo­yu bir ti­kə ye­mək ye­mə­dən, bir qur­tum su iç­mə­dən, qı­zın ça­ğı­rı­şı qu­laq­la­rın­da səs­lə­nə-səs­lə­nə qo­ca kən­də çat­dı. Qon­şu uşaq­la­rın mü­şai­yə­ti ilə ha­sar­sız, çə­pər­siz hə­yə­tin müx­tə­lif tə­rəf­lə­ri­nə sə­pə­lən­miş tə­ya­rə his­sə­lə­ri­nin; tor­pa­ğa bat­mış tək qa­na­dın, pas­lı mo­to­run, pər­lə­rin və sol­ğun, ağ la­lə­li xaş-xaş kol­la­rı ara­sın­dan ke­çib çiy kər­pic­dən ti­kil­miş köh­nə evə üz tut­du. Kər­pic­lər təd­ri­cən ovu­lub tö­kül­dü­yün­dən bu bir otaq­lı, ar­tır­ma­lı evin qəd­di əyil­miş­di. Tax­ta dö­şə­mə­si çü­rü­mək­də olan ota­ğın bir kün­cün­də diz­lə­ri çi­yin­lə­rin­dən yu­xa­rı otu­ru­şu ilə nə­həng çə­yirt­gə­yə bən­zə­yən oğ­la­nın qı­zın xa­ti­rə­lə­ri­nin qəh­rə­ma­nı ol­du­ğu­nu hə­mən an­la­dı. Qı­zın qol­la­rı onun boy­nu­na sa­rı­lıb, şiş­man qar­nı bə­də­ni­ni uzaq­da sax­la­sa da, san­ki onun bət­nin­də­ki uşa­ğın ürək dö­yün­tü­lə­ri­ni hiss et­di. Və elə bu za­man oğ­la­nın əlin­də­ki əy­ri bı­çaq on­la­rın ba­şı üzə­rin­də fır­lan­dı. Özün­də güc ta­pıb bı­ca­ğı ha­va­da tut­maq­la qo­ca­nın əli qa­na bo­yan­dı. Nə­fə­si kə­si­lə-kə­si­lə töv­şü­yən oğ­lan bir­tə­hər özü­nü ba­yaq­dan otur­du­ğu kün­cə çat­dı­rıb ye­ni­dən nə­həng çə­yirt­kə gör­kə­mi al­dı. Qı­zın uzaq­la­şan hıç­qır­tı­la­rı al­tın­da ev­dən çı­xan­da qor­xu­dan pə­rən-pə­rən düş­müş qon­şu uşaq­la­rı­nın təy­ya­rə par­ça­la­rı­nın və xaş-xaş kol­la­rı­nın ara­sın­da giz­lən­di­yi­ni sez­di. Köh­nə av­to­bu­sun ar­xa cər­gə­sin­də otur­muş qo­ca ba­yaq­kı əy­ri bı­çaq­la köy­nə­yin­dən bir par­ça kə­sib qa­nı qu­ru­muş əli­ni sa­rı­dıq­dan son­ra ma­gist­ral yo­lun ət­ra­fın­da­kı pam­bıq tar­la­la­rı­nı seyr et­mə­yə baş­la­dı. Qəf­lə­tən av­to­bus ye­rin­də mıx­la­nıb da­ya­nan­da irə­li­də iki əli­ni yu­xa­rı qal­dır­mış qı­zı gö­rüb hey­rət­lən­di.
Qa­ra pia­no­nun hə­zin mu­si­qi­si al­tın­da kör­pə­si­nə süd ve­rən qız ana­lı­ğın mü­qəd­dəs an­la­rı­nı ya­şa­yır­dı ki, fa­si­lə­siz zəng­dən son­ra qa­pı­nın açıl­ma­sı ilə kan­dar­da­kı tən­gə­nə­fəs oğ­lan qar­şı­sın­da­kı qo­ca bəs­tə­ka­ra bir şa­pa­laq iliş­dir­di və içə­ri ke­çə­rək bir­tə­hər özü­nü di­va­rın di­bi­nə çat­dı­rıb çə­yirt­gə gör­kə­mi al­dı. Əli­ni şa­pa­laq də­yən si­fə­ti­nə tut­muş qo­ca­nın do­daq­la­rın­dan bir cüm­lə qop­du: "XOŞ GƏL­Mİ­SƏN OĞ­LUM!"

av­qust-sent­yabr 2005