Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Elxan Zal QARAXANLI
XAQANNAMƏ


TƏNQIDÇI ILƏ YAZIÇI ÜZ-ÜZƏ


Makvala QONAŞVILI
(Gürcüstan)


Qulu AĞSƏS
QAPISI AÇIQ MƏCID...
esse


Vüsal NURU


TƏYYAR SALAMOĞLU
ÖLMƏZ SƏNƏTKARIN "ÖLƏN DÜNYA"SI


Adil MIRSEYID
CLASSICAL MUSIC FOR MEDITHATION
poem


ADIL MIRSEYIDLƏ
BIR FINCAN QARA QƏHVƏ


Mubariz CƏFƏRLİ
Hekayələr


32 ILLIK ÖMRÜN NƏĞMƏLƏRI


Aydın DADAŞOV


Gülşən BEHBUDQIZI


Vaqif İSAQOĞLU
MÜSADİRƏ
hekayələr


Sevinc QAZAXQIZI
Bakı şəhər 104 №-li orta məktəbin şagirdi


Fər­qa­nə MEH­Dİ­YE­VA
ƏDƏBİYYATA XOŞ GƏLDİNİZ!


Ağacəfər HƏSƏNLİ


DANIŞAN DUYĞULARIM…


Mina RƏŞİD


Aydın TAĞIYEV


Rafiq YUSİFOĞLU


Sevinc MÜRVƏTQIZI
“ÖMRÜMÜ YELƏ VERMƏMİŞƏM...”


Şakir ALBALIYEV
DAŞ İNSAN
(lirik poema)


ŞOTA İATAŞVILI


ÖYRƏNMƏSƏN, ÖYRƏTMƏYƏCƏKSƏN...
Şota İataşvili ilə Səlim Babullaoğlunun Bakı-Tiflis qatarındakı söhbəti


Sevil GÜLTƏN
 

DANIŞAN DUYĞULARIM…


 

***

Hər­dən su­su­ram ba­lıq ki­mi, hər­dən isə quş ki­mi qa­nad­la­nı­ram. Sə­bəb­ka­rı Sən­sən!

***

Quş ha­ra­da qa­nad açar? - Ha­va­da. Sən mə­nim üçün ha­va­san. Son­suz mə­kan­san. Uç­maq üçün ən gö­zəl bir yer…

***

Bu gecə göz­lə­rim­dən so­ruş­dum: - "Nə üçün yu­mul­mur­san?" Göz­lə­rim ca­vab ver­di: görmürsən­mi sev­diy­i­min xəy­a­lı ya­nım­da­dır?"

***

Hər sə­hər yu­xu­dan du­rub gü­zgüyə ba­xı­ram. Gü­zgü­dən bir qa­dın boy­la­nır mə­nə tə­rəf -sev­diy­i­nin xəy­a­lı­na qo­vuş­muş bir qa­dın. Onun üzündə həm xoş­bəxt­lik ifa­də­si var, həm də küskünlük.

***

Kim mə­nim qə­dər ağ­la­say­dı, çox­dan kor olar­dı. Mən isə heç kor ol­ma­ram, göz­lə­ri­min Sə­ni gör­mək hə­s­rə­ti o qə­dər böyükdür ki…

***

Bircə də­fə göz­lə­ri­nə doy­unca ba­xa bi­ləy­dim… Bircə də­fə göz­lə­rim se­vi­nəy­di… On­da göz­lə­ri­min nu­ru bütün dünyaya bəs edər­di.

***

Hər gecə xəy­a­lın qo­nağ­ım olur. Hər gecə. Xəy­a­lın gec­ə­ni mə­nim­lə ke­çi­rir. Xəy­a­lın do­dağ­ım­dan öpür, saç­la­rı­mı sığ­al­lay­ır. Gözümün ya­şı­nı öpüşü ilə qu­ru­dur. Sə­hər­lər ay­ı­lan­da xəy­a­lı­nın əl­lə­ri dəy­ən yer­lə­ri bir da­ha nə­zər­dən ke­çi­ri­rəm. Əl­lə­ri­nin izi­ni ax­ta­rı­ram. Gö­rə bil­məy­ən­də al­dan­dığ­ı­mı ba­şa düşüb ağ­lay­ı­ram. Göz ya­ş­la­rı­mı heç kəs sil­mir.

***

Ürəy­im bom­boş­dur; ümid­lə­rim tərk edib ürəy­i­mi.

***

Bax, elə bu an Sən ürəy­im­dən çı­xıb get­din. Bir an ürəy­im döyünmə­di. Döyü­nə bil­mə­di.

***

Hər gün sə­ni bir az iti­ri­rəm. Mə­nə de­diy­in hər acı söz ürəy­im­də cücə­rən ne­çə şi­rin sözümü dəfn edir.

***

Sə­ni unut­maq is­tə­dim. Sə­ni necə unut­maq üçün yol­lar ara­maq üçün xəy­a­la get­dim… Bir də gördüm ki, Sən ya­dım­da­san, mən isə özümü unut­mu­şam.

***

Göz­lər ürəy­in tərcümə­çi­si­dir, do­daq­lar isə di­lin.

***

Bə­zən su­s­muş do­daq­lar da­ha çox da­nı­şır. Bircə ba­xı­şın de­diy­i­ni min söz­lə de­mək ol­mur.

***

Yer­lə göyün ara­sın­da sı­xı­la-sı­xı­la qal­mı­şam. Ya gəl mə­ni göy­lə­rə qal­dır, ya da ki, bir­də­fə­lik ye­rə çırp!

***

Al­la­hım! Dey­ir­lər ki, Sən nə ve­rir­sən­sə ge­ri alır­san. Elə isə al mə­nə ver­diy­in dərd­lə­ri!

***

Ey Al­lah! Su­a­lı­ma ca­vab ver! Bil­mək is­təy­i­rəm ki, mən ömrümün ba­ha­rı­nı ya­şay­ı­ram, yox­sa qı­şı­nı? Mə­nim ömrümün yayı ar­xa­da qa­lıb, yox­sa qı­şı?

***

Nə vaxt­dır ki, ru­hu­mu ax­ta­rı­ram. Ta­pa bil­mi­rəm. Ru­hun­dan so­ruş. Bəl­kə o bi­lər ru­hu­mun ye­ri­ni.

***

Se­vgi do­lu ürəy­i­mə hə­s­rət sa­rı­nıb. Hə­s­rət-ürəy­i­min ni­şan üzüyü. Qa­şı ay­rı­lıq­dan. Ürəy­i­min ni­şan üzüyü sı­xır ürəy­i­mi. Se­vg­i­min gücü çat­mır onu qır­mağa.

***

Sə­ni ürəy­im­dən çı­xar­maq üçün gə­rək ürəy­i­mi köksümdən çı­xa­ram. Gəl, ürəy­i­mi köksümdən qo­par! Gəl, özünü ürəy­im­dən qo­par! Bac­a­rar­san­mı? Sən se­vg­im­dən zə­if­sən, gücün çat­maz ona.

***

Ən şi­rin vüsal se­vən xəy­al­la­rın vüsal­dır. Nə qə­dər qo­vuş­sa­lar da vüsa­la ye­tiş­mir­lər. Ən şi­rin vüsal - xəy­al­la­rın vüsa­lı. So­nu ol­may­an vüsal!

***

İn­san ci­s­mən qo­vu­şan­da bircə an­lıq da ol­sa vüsal­dan doy­ur… Xəy­a­lən qo­vu­şan­da doy­maq ol­mur. Ci­s­mən qo­vuş­maq is­tə­mi­rəm Sə­nə.

***

Ölən­də və­siyy­ət edəc­əm ki, mə­nə iki baş­da­şı qoy­sun­lar. Bi­ri­nə özümün şək­li­mi vur­sun­lar… O bi­ri­nə isə Sə­nin xəy­a­lı­nın şək­li­ni… Mə­nim ci­s­mim­də həm də Sə­nin xəy­a­lın var olub axı…

***

Sə­hə­rəc­ən oy­aq qal­dım. Öz göz­lə­rim­lə gördüm ki, gecə öz ye­ri­ni sə­hə­rə necə ver­di. Gec­ə­nin göz ya­şı­nı, sə­hə­rin se­vinc­i­ni gördüm. Ümi­dim art­dı.

***

Sə­ni sev­dim… həy­a­tı sev­dim… Sə­ni ta­nı­dım… həy­a­tı ta­nı­dım… Sən­dən küsdüm… Həy­at­dan küsdüm. Sən həy­a­tın özüsən­miş…

***

Dünya­da ən güclü şey se­vg­i­dir. Ən zə­if olan da se­vg­i­dir. Ən zə­rif olan da.

***

Hər­dən mə­nə elə gə­lir ki, heç vaxt gülmə­mi­şəm. San­ki kə­də­rim mə­nim­lə bi­rgə doğ­u­lub.

***

O gün uzaq­dan gördüm Sə­ni. Bax­dım… Bax­dım… Doy­unca ba­xa bil­mə­dim… Göz­lə­rim dol­du… Heç ya­nı gö­rə bil­mə­dim. Get­dim… Yol­la­ra yağ­ış sə­pə­lən­di…

***

Bir vaxt­lar ən xoş­bəxt idim… Hər gün Sə­ni görürdüm, sə­si­ni eşi­dir­dim… So­nra xoş­bəxt­liy­im bir az azal­dı… Yal­nız sə­si­ni eşit­dim… İn­di isə xoş­bəxt­liy­i­min də­rəc­ə­si sı­fı­ra ça­tıb… Nə Sə­ni görü­rəm, nə də sə­si­ni eşi­di­rəm.

***

Əg­ər bil­səy­dim ki, bu an, bu sa­at Sən də mə­ni düşünürsən… Se­vinc­im­dən ürəy­im part­lay­ar­dı… Kaş ürəy­im part­lay­ay­dı…

***

Gü­nəş gec­ə­nin qa­ran­lığ­ı­nı öpdü… Quc­aq­laş­dı­lar… On­la­rın sə­hər ad­lı öv­lad­la­rı dünyaya gəl­di. Öp mə­ni… Qoy ömrümün sə­hər ad­lı öv­la­dı dünyaya gəl­sin…

***

Hər­dən Gü­nəş­dən də hə­ra­rət­li olu­ram… Gü­nə­şə nə var ki.. Hə­ra­rə­ti­ni bütün dünyaya pay­lay­ıb bir az soy­uy­ur… Mə­nim odum isə içim­də qa­lır…

***

Ey in­san! Bütün dünya­nı gə­zib gö­zəl­lik ax­tar­ma! Bircə se­vg­i­ni ax­tar! Onu tap­san, hər şey göz­lə­ri­nə gö­zəl görü­nəc­ək…

***

Sən mily­on­lar­la­san! Ha­ra ba­xı­ram­sa Sə­ni görü­rəm. Gec­ə­lər Aya ba­xan­da Sə­ni görü­rəm. Gündüzlər Gü­nə­şə ba­xıb Sə­ni görü­rəm. Sən ul­duz­la­rın sayı qə­dər­sən! Gördüyüm ağ­ac­la­rın, güllə­rin, yar­paq­la­rın sayı qə­dər­sən. Mily­on­lar­la­san Sən! Əf­sus! Mily­on­lar­la olan Sən­dən heç bi­ri mə­nim qi­s­mə­tim dey­il… dey­il…!

***

Həy­a­tın ən şi­rin ne­mə­ti ya­şay­ır mə­nim qəl­bim­də. Bun­dan da böyük sə­a­dət var­mı?

***

Al­la­ha min­nət­da­ram - ata­mı, ana­mı ya­ra­dıb. Atam­la ana­ma min­nət­da­ram - dünyaya gəl­diy­i­mə gö­rə. Am­ma ta­ley­i­mə da­ha çox min­nət­da­ram - mə­ni Sə­nin­lə ras­tlaş­dır­dığı üçün! Sə­nə isə ən çox, ən çox min­nət­da­ram - qəl­bim­də əbə­di oc­aq qa­la­dığ­ın üçün!

***

Duyğ­u­lar, yağ­ış ki­mi yağ­ın üstümə! İs­la­dın mə­ni! Ağ­la­dın mə­ni! Də­li ki­mi güldürün, dər­viş ki­mi çöl­lə­rə sa­lın mə­ni! Mən şa­i­rəm - duyğ­u­la­rın qu­luy­am! İnc­i­mə­rəm siz­dən, yağ­ış ki­mi yağ­ın üstümə!

***

Yal­nız ilk də­fə Sə­ni gö­rən­də hiss et­dim ki, qa­dı­nam. Duyğ­u­la­rım ilk də­fə Sə­ni görüb oy­an­dı.

***

Ölümdən qorx­mu­ram. Doğ­ul­duğ­u­muz an­dan ölümə doğ­ru yol ge­di­rik. Qorx­mu­ram ölümdən. Bircə on­dan qor­xu­ram ki, mən ölən­də xəy­al­la­rım­da­kı Sən də öləc­ək­sən.

***

Ürəy­im­də­ki se­vg­im göz ya­ş­la­rım­da boğ­u­lur. Sən onu xi­las edər­sən­mi?

***

Heç nə, heç kəs mə­ni özünə ta­be edə bil­məz. Mən yal­nız eş­qin qu­lu ola bi­lə­rəm!

***

Nə pi­s­dir ağ rə­ng - hər rə­ngə boy­a­maq olur. Bəl­kə də qa­ra rə­ng yax­şı­dır - heç bir rə­ngə boy­an­mır.

***

Xəy­al­la­rım­da­kı Sə­ni gör­sən, Sən də vu­ru­lar­san özünə. Xəy­al­la­rım­da ya­rat­dığ­ım Sən bir az Sə­nə ox­şay­ır.

***

Ta­n­rım mə­ni quş ya­rat­dı. Ürəy­i­mi nəğ­mə ilə dol­dur­du, am­ma o nəğ­mə­lə­ri açıq sə­ma­da oxu­mağı mə­nə qi­s­mət et­mə­di. Ta­n­rım mə­ni quş ya­rat­dı, ta­ley­im isə mə­ni ba­lıq ki­mi ya­şa­mağa məh­kum et­di. Hər də­fə nəğ­mə­mi oxu­maq is­təy­ən­də ağ­zı­ma su do­lur.

***

Qa­ra­nı ağ­dan, ağı qa­ra­dan ay­ır­mağa nə var ki… Ağı boz­dan, bo­zu ağ­dan ay­ır­maq­dır ən ağ­ır iş!

***

İla­hi, gö­rə­sən bu­lud­lar niyə ağ­lay­ır?!

***

Ağ­ar­mış hər sa­çım sən­siz ha­ray çə­kib qoc­al­mış ar­zum­dur. Dərd­dən ağ­lay­an se­vinc­im­dir.

***

Mən elə sən­dəy­əm. Ru­hu­nun için­də. Özünü ax­tar­san mə­ni ta­par­san.

***

Ömrümün qı­şı gə­lir. Mən isə hə­lə də ya­zı göz­ləy­i­rəm.

***

Mən se­vgi ad­lı bir zir­və­dəy­əm. O zir­vəyə mə­ni hə­s­rə­tim qal­dı­rıb. Ən böyük hə­s­rə­tə dö­zə bi­lən­lər se­vgi zir­və­si­nə qal­xa bi­lər­lər.

***

Mə­nim se­vg­im o qə­dər böyükdür ki, Sə­nin bütöv ömrünə bəs edər.

***

Üzüyü daş-qa­ş­la bə­zə­mək o üzüyü ört-ba­s­dır et­mək­dir. Qa­dı­nın da bə­zəyi onu giz­lə­dir.

***

Bə­zən­miş bütün qa­dın­lar bir-bi­ri­nə bən­zəy­ir. Bə­zən­mə­miş qa­dın­la­rın isə hə­rə­si­nin öz gö­zəl­liyi var.

***

Ey mə­nim ci­s­mi­mi yı­xan var­lıq! Sən mə­ni yıx­ma­dın. Mən ay­ağa dur­maq­la sə­nə qa­lib gəl­dim. Sən mə­ni yıx­maq­la özünü məğ­lub et­din. İn­san təkcə ci­s­ma­ni var­lıq dey­il. Həm də ru­ha­ni olan­dır. Sən ci­s­mən mən­dən qüvvə­li ol­san da ru­hən mən­dən güclü dey­il­sən. Güclü ol­say­dın, mə­ni ci­s­mən yıx­maz­dın.

***

Yı­xıl­ma­maq üçün mən hər şey­dən tut­ma­ram. Yı­xı­la­ram, am­ma al­çaq ətəy­in­dən ya­pış­ma­ram. On­dan­sa yı­xıl­sam yax­şı­dır.