Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Elxan Zal QARAXANLI
XAQANNAMƏ


TƏNQIDÇI ILƏ YAZIÇI ÜZ-ÜZƏ


Makvala QONAŞVILI
(Gürcüstan)


Qulu AĞSƏS
QAPISI AÇIQ MƏCID...
esse


Vüsal NURU


TƏYYAR SALAMOĞLU
ÖLMƏZ SƏNƏTKARIN "ÖLƏN DÜNYA"SI


Adil MIRSEYID
CLASSICAL MUSIC FOR MEDITHATION
poem


ADIL MIRSEYIDLƏ
BIR FINCAN QARA QƏHVƏ


Mubariz CƏFƏRLİ
Hekayələr


32 ILLIK ÖMRÜN NƏĞMƏLƏRI


Aydın DADAŞOV


Gülşən BEHBUDQIZI


Vaqif İSAQOĞLU
MÜSADİRƏ
hekayələr


Sevinc QAZAXQIZI
Bakı şəhər 104 №-li orta məktəbin şagirdi


Fər­qa­nə MEH­Dİ­YE­VA
ƏDƏBİYYATA XOŞ GƏLDİNİZ!


Ağacəfər HƏSƏNLİ


DANIŞAN DUYĞULARIM…


Mina RƏŞİD


Aydın TAĞIYEV


Rafiq YUSİFOĞLU


Sevinc MÜRVƏTQIZI
“ÖMRÜMÜ YELƏ VERMƏMİŞƏM...”


Şakir ALBALIYEV
DAŞ İNSAN
(lirik poema)


ŞOTA İATAŞVILI


ÖYRƏNMƏSƏN, ÖYRƏTMƏYƏCƏKSƏN...
Şota İataşvili ilə Səlim Babullaoğlunun Bakı-Tiflis qatarındakı söhbəti



 

Sevinc MÜRVƏTQIZI
“ÖMRÜMÜ YELƏ VERMƏMİŞƏM...”


 

Bu yaxınlarda xalq yazıçısı Əlibala Hajızadənin səhhətində problemlər yaranmışdı. Tanınmış yazıçı Moskvada uroloci və kardioloci müayinə və müalijədən sonra yenidən sevimli yazı masasının arxasına qayıdıb. “Heykəl gülür”, “Unutmaq olmur”, “Məhəbbət olmayan evdə”, “Jehiz”, “Möjüzə”, “Pəhləvan”, “Təyyarə kölgəsi”, “Vəfalım mənim”, “Dünyanı tanı” və əsasən gənjlərin çox sevdiyi “İtkin gəlin” roman- trilogiyasının müəllifi Əlibala Hajızadənin, həm də XX əsr İran poeziyasının məşhur nümayəndələrindən olan Fərrux Yəzdiyə həsr olunmuş monoqrafiyası dünya şərqşünaslığında bu böyük şairin həyat və yaradıjılığı haqqında ilk geniş tədqiqat hesab olunur. Xalq yazıçısı keçirdiyi ağır xəstəlikdən sonra həyatının indiyədək danışmadığı maraqlı məqamlarını “Ulduz”un “Nostalci” rubrikasına danışdı. Yaşadığı ömürlə fəxr edən xalq yazıçısı keçmişlə bağlı xiffətini də qeyd etməyi unutmadı…

- Artıq neçə onillərdir geridə qalan uşaqlıq illərinizi xatırlamaqla söhbətə başlamağınızı istərdik. O illərin əsərlərinizdə əksini tapmamış məqamları oxujular üçün maraqlı olardı…

- 1935-ji ildə Biləsuvarın Ağalıkənd kəndində dünyaya gəlmişəm. Atam Qüdrət, anam Asya hər ikisi müəllim olublar. Gözümü açandan evdə kitab-dəftər görmüşəm. Evin ilki olmuşam. İlk müəllimim də doğma anam olub. Mən birinji sinfə gedəndə artıq Böyük Vətən müharibəsi başlamışdı. Müharibənin başlanması mənim xatirimdə kədərli hadisə ilə qalıb. O vaxt Astraxanbazar adlanan indiki Jəlilabad rayonunda qohumlarımız yaşayırdı. Anam, nənəm, mən və məndən kiçik iki balaja bajım onlara qonaq getmişdik. Atam evə-eşiyə baxmaq üçün və işinə görə evdə qalmışdı. İndiki kimi yadımdadır, iyun ayının sonları idi. Kəndə qayıdanda qapımızı bağlı gördük. Qonşular xəbər verdilər ki, bəs xəbəriniz yoxdur, müharibə başlayıb. Deməli, elə müharibə başlayan gün –iyunun 22-də atam qapımızı qıfıllayıb açarı da qonşuya verib könüllü şəkildə jəbhəyə gedib. Heç xudahafizləşməyə də majal tapmadıq.1943-jü ildə atamdan qara xəbər gəldi. Yas saxladıq, atamın qırxını da verdik. Onunla jəbhədə bir yerdə döyüşən müəllim yoldaşlarından biri də xəbəri təsdiqlədi ki, həqiqətən Qüdrət olan səngərə mərmi düşdüyünü gözləri ilə görüb. Beləliklə də bizim atasız günlərimiz başladı. Düzdür, anam yaxşı maaş alırdı, eyni zamanda korluq çəkəndə atama aid olan paltarları və s. satıb birtəhər dolanırdıq. Yadımdadır, müharibə qurtaran gün sevinjlə qaçıb evimizə xəbər verdim ki, müharibə qurtarıb. Amma həmin an da yadıma düşdü ki, müharibə qurtarsa da mənim atam qayıdıb gəlməyəjək. Yaralı, şikəst əsgərlər bir-bir jəbhədən qayıdırdılar. Anam da artıq 1944-jü ildə vəfat etmişdi. Biz üç uşaq nənəmin (atamın anasının) himayəsində yaşayırdıq. Uşaqlığım müharibə illərinə təsadüf edib. Ajlıq, sıxıntı içində yaşamışıq. Bir xatirəm xüsusilə ağrıdıjıdır. Bir dəfə nənəm atamın kostyumunu və saatını şənbə bazarına aparmışdı ki, undan-qənddən alıb gətirsin. Balaja bajılarım ajından ağlaşırdılar. Mən də kolxoz həyətinə gedib gördüm ki, dana əti paylayırlar. Mənə çatanda anbardar dedi ki, ay oğul, bir az tez gələydin, ət qurtardı. Kor-peşman qayıdanda gördüm ki, kolxoz binasınını arxasında başı kəsilməyib murdar olmuş bir dana jəmdəyini itlər söküb yeyir. Bu murdar ətin üstündən birtəhər itləri qovdum. İtin nəfəsi dəyməyən yerlərindən ovujlarım dolusu bajılarım üçün ət yığdım və Əzizbəyov kanalında buzu qırıb yumaq üçün əlimdəki əti ora salladım. Buzun altı ilə gedən su axını əti əlimdən alıb apardı. Əlimi boş görəndə məni ağlamaq tutdu. Elə ağlaya-ağlaya da bağımızın yanına gəlib çatdım, gördüm həyətimizdən tüstü qalxır. Sən demə, nənəm şənbə bazarında atamın kostyumunu və saatını iki kasa una də-yişib və çörək bişirməyə başlayıbmış.
Müharibə qurtarandan bir müddət sonra bir gün nənəm yuxudan durub qonaq qarşılamağa hazırlaşırmış kimi həyəti süpürməyə başladı. Mənə də dedi ki, Əlibala, samovarı tap, od salaq, çay qoyaq. Müharibə başlayandan samovar çayı içməyi çoxdan yadırğamışdıq. Hələ maraqlı idi ki, o dava illərində nə yaxşı o samovar gözdən yayınıb satılmamışdı? Soruşdum ki, ay nənə, samovarı neynirik, qonağımız gəlir? Nənəm javab verdi ki, atan gəlir. O saat ürəyimə gəldi ki, nənəmin dərddən başı xarab olub, oğlu ölən analar belə olur. Atamın qara kağızını ki, öz gözüylə görmüşdü. Nənəm hətta qapımızdan çölü də süpürməyə başladı. Qonşumuz Əli kişi yolla keçəndə bunu görüb soruşdu ki, ay qonşu, nə olub, özünə əl qatmısan, qonağın gələjək? Nənəm dedi ki, Qüdrət gəlir. Əli kişi başını bulaya-bulaya uzaqlaşdı. Yəqin o da mənim kimi qarının havalandığını zənn etmişdi. Aradan heç iki saat keçməmiş həmin Əli kişinin mənimlə həmyaşıd oğlu qaça-qaça gəldi ki, Əlibala, muştuluğumu ver , atan gəlir. İnanmadım. Heç qaloşumu da geyinməyə səbrim çatmadı, ayaqyalın kanalın üstünə qaçdım, gördüm həqiqətən də atam qayıdıb. Qujaqlaşıb-öpüşdük.
Nənəm bir müddətdən sonra atamı ikinji dəfə evləndirmək üçün dilə tutdu. Atam əvvəljə razı olmadı. İki il anamın xatirəsinə sadiq qaldı. Anjaq sonralar nənəmin kiçik uşaqların qayğıları ilə bajarmadığını görüb 1947-ji ildə Sərvinaz adlı dul qadınla evləndi. “Analıq” adlansa da bu qadından analığa xas əzazəillik görmədik. 50 il bizim evdə qaldı, ana kimi oldu bizə . Allah rəhmət eləsin. Əziyyətlərimizə dözdü, qayğımızı çəkdi. Nizami Gənjəvinin yubileyinin keçirildiyi ərəfədə dünyaya gələn qardaşımın adını da mən qoydum-Nizami. Bu uşaq bir yaş üçaylıq olanda, atam 35 yaşında vəfat etdi. Sonralar mən universitetdə oxuyanda nəsil şəjərəmizi araşdırdım, həm babamın, həm atamın dördünjü övladı dünyaya gələndən sonra 35 yaşında dünyasını dəyişib. Bəlkə də bu həqiqəti bildiyimdən sonralar ailə quranda üç uşaqla kifayətləndim. Və bəlkə də nəslimizin bu gizli şifrəsini açdığım üçün öz ömrümü uzatmış oldum. Atam kəndimizdə tək-tük adamlardan idi ki, öz “Yasin”ini qulaqları ilə eşidib dünyasını dəyişdi. Deyilənə görə, bu yalnız əməlisaleh adamlara qismət olur.
Bakıya sənəd vermək üçün gələndə nənəm bərk-bərk tapşırdı ki, həkimliyə girərsən ha… Ona söz verdim, anjaq gəlib universitetin şərqşünaslıq fakültəsinə daxil oldum. Fars dilini dərindən öyrənmək əsas arzum idi.

-Kənddən böyük ümid və arzularla paytaxta gələn gənj Əlibala Hajızadəyə şəhər nejə təsir bağışladı?

- Kəndimizdə Balaja adlı bir kişi vardı. O, hər dəfə Bakıdan qayıdanda hamımız onun başına yığılardıq. Bakı onda bizim üçün əfsanəvi şəhər idi. Ondan soruşurduq ki, Balaja kişi, Bakıda nə gördün? Deyirdi ki, şəhərdə o qədər qaldım, bir nəfər də mənə salam vermədi. Bir də deyirdi ki, şəhərdə adam o qədər çoxdur ki, çoxusu başına qoymağa papaq tapmır. Amma mən oxumaq üçün şəhərə gələndə o dövrün-təxminən 50 il qabağın Bakısı böyük bir kəndə bənzəyirdi. Düzdür, tramvayın, dənizin olması ilə kənddən fərqlənirdi. Mənə əvvəllər bu şəhərdə çox çətin idi. İsti ojaqdan, ailə qayğısından aralı, üstəlik də yetim olasan. Təqaüd hesabına dolanırdım, həm kirayə pulunu verirdim, həm də əyin-baş alırdım özümə. Əyin-baş deyəndə ki, bir elə paltarım da yox idi. Üçünjü kursu bitirənə qədər paltosuz, penjəklə qışı keçirmişəm. Bakıda yaşadığım əlli ildən artıq müddətdə şəhərin həm zahiri, həm də daxili jəhətdən dəyişdiyinin şahidi oldum. Uzun illərdir bu şəhərdə yaşamağıma baxmayaraq indi də küçəyə çıxanda çaşıram, azıram. Dünən keçdiyim küçəni bu gün tanımıram. Binaları ildırım sürəti ilə tikirlər. Bakının indi əsas çatışmazlığı evlərin sıx tikilməsidir. Allah eləməmiş, təbii fəlakət olsa, hamısı bir ujdan yıxılajaq. Şəhərsalma mexanizmi olmalıdır. Bakı daxilən də dəyişib. Bunu da Bakıya olan əhali axını ilə əlaqələndirirəm. Qaçqınlar-köçkünlərlə yanaşı iş tapmayan gənjlərimiz də şəhərdəki sıxlığı artırırlar. İş tapa bilməyən o javanlara yazığım və heyfim gəlir. Bu minvalla kəndlər də boşalır.
O vaxtların gənjləri ən çox kitabxanalara gedərdi. O jümlədən də mən kitab oxumaqdan doymazdım. İndi kitabxanaların, kitab mağazalarının yerində marketlər tikiblər. İndiki javanlar o zaman bizim oxuduğumuz qədər oxumurlar. Onları da qınamıram, bir tərəfdən iqtisadi çətinlik də imkan vermir. Neçə il universitetlərdə dərs demişəm. Gənjlərdə elmə həvəs görməyib müəllimlikdən imtina elədim. Görürdüm ki, dərsimi jani-dildən izah edirəm, tələbənin fikri isə dağda, arandadır. O dövrdəki universitetin xiffətini çəkirəm. Onda çox gözəl qaynar ədəbi, elmi mühit vardı. Bizə Həmid Araslı, Mübariz Əlizadə, Əli Sultanlı, Məmməd Jəfər, Mir Jəlal Paşayev, Rəhim Sultanov kimi elmimizin qaymaqlarının mənə dərs deməsi mənim yaradıjılıq eşqimi daha da alovlandırırdı. Hələ orta məktəbin son siniflərində oxuyanda şeirlər yazırdım. Hətta onlardan bir neçəsini o zaman çap olunan “İnqilab və mədəniyyət” curnalına göndərmişdim. Təxminən əllinji ildə mənə məktub göndərmişdilər ki, hörmətli Əlibala Hajızadə, hekayəniz zəif olduğuna görə çap eləmirik. Məktub yazıçı Salam Qədirzadənin imzası ilə gəlmişdi. Sonralar Yazıçılar Birliyinə üzv keçəndə mənə ilk zəmanəti sevimli müəllimim Mir Jəlal Paşayev verib. Mənim o vaxtkı dostlarımın arasından tanınmış şair və alimlər yetişdi: Famil Mehdi, Ağajavad Əlizadə, Şamil Salmanov, Firidun Ağayev, Abbasəli Sarovlu, Jahid Rüstəmov, İlqar Səfiyev və başqaları. İndiki gənjlərdən fərqli olaraq biz çox mütaliə edirdik. Avropa, rus və Azərbayjan ədəbiyyatını oxuyurduq. Yaxşı ədəbiyyat dərnəyimiz vardı. Rəhbəri Mir Jəlal Paşayev idi. Sonralar həmin dərnəyə Bəxtiyar Vahabzadə rəhbərlik etdi. Universitetdə oxuduğumuz müddətdə almanaxlar nəşr edirdik.
- Siz gənj ikən yaşlı nəsildən kimləri mütaliə edirdiniz, hansı musiqiləri dinləyirdiniz?
-O zaman yaşlı nəsildən ən çox sevdiyim şairlər Rəsul Rza, Səməd Vurğun, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə idi. Süleyman Rəhimovun, Mir Jəlalın, Əbülhəsənin nəsrini sevirdim. O zaman mətbuatda çap olunmaq çətin idi. Yazıçılar İttifaqına üzv olmaq üçün kitabımızın çapı lazım idi. Kitabımızı nəşr etdirmək istəyəndə də deyirdilər ki, Yazıçılar İttifaqının üzvüsən? Çıxış yolu bu idi ki, naşirlərin içərisində qohumun, dostun, adamın olmalı idi. Mənim hekayələrimi oxuyan tərjüməçi Kamil Mehdiyev dedi ki, kitabını buraxajam. Onun sayəsində 1962-ji ildə ilk kitabım çap olundu. Elə həmin il Yazıçılar İttifaqının üzvlüyünə qəbul olundum. O dövrdə ən çox muğamı dinləyirdik. O zaman həftədə bir gün radioda muğam saatı vardı. Hamımız ona qulaq asırdıq. Hələ onda televizor yox idi. Ən çox Əliağa Vahidin qəzəllərini oxuyurdular. Özümü xoşbəxt hiss edirəm ki, mənə o məşhur qəzəlxanla üzbəüz oturmaq, çay içmək nəsib olub. Bir dəfə onunla çayxanada rastlaşdım. Söhbət zamanı ondan soruşdum ki, Vahid müəllim, axır vaxtlar şeir yazırsınızmı? Javab verdi ki, Allah bərəkət versin, bu gün on iki misra yazmışam, yüz iyirmi manatım var. Belə başa düşdüm ki, onun bir misrasına görə bir onluq qonorar verirlər. Televizor çıxandan sonra o dövrdə ən çox tamaşa etdiyimiz filmlər, “Məşədi İbad”, “Arşın mal alan” idi. Sonralar “Uzaq sahillərdə” filminə sevə-sevə baxırdıq. Bir də tək-tük rus filmlərini xoşlayırdıq.
-İndiki ədəbi mühitdə baş verənlər gənjliyinizdəki ədəbi proseslərdən nə ilə fərqlənir?
- O zamankı ədəbi mühit sakit, təmkinli idi. Böyüyün böyük yeri vardı, kiçiyin kiçik yeri. Yazıçılar Birliyinin nüfuzu da çox böyük idi. Onda dövlətin verdiyi qonorarın puluna maşın almaq, yaxşı yaşamaq olurdu. Hökumət evi olmayan yazıçılara ev verirdi. Otuz faiz güzəştlə yazıçılar istirahətə yollanırdılar. Doğrudur, indi dövlətin qayğısı ilə Yazıçılar Birliyinin həmin nüfuz və hörməti artıq özünə qayıdır. Amma indiki ədəbi mühitdəki gənjlər bir az ədəb-ərkanı unudublar. Bir hadisəni danışmaq istəyirəm: məşhur yazıçı Əbülhəsənə povestimi oxuyub çap etməsi üçün vermişdim. Gedib-gəlirdim, javab verirdi ki, hələ oxumamışam. Axırda bezdim və yoldaşlarım da məni qızışdırdılar ki, sən çox zəif adamsan, niyə haqqın üçün mübarizə aparmırsan? “Müharibə qurtamır” adlı 60-jı ildə yazdığım o povesti Əbülhəsəndən geri almaq üçün dostlarımın təhriki ilə Yazıçılar Birliyinə gəldim ki, yazıçının abrını ətəyinə büküm. Girdim Əbülhəsənin otağına. Dedi- buyur, bala. Soruşdum ki, Əbülhəsən müəllim, povestimi oxudunuz? Javab verdi ki, yox. Dedim, Əbülhəsən müəllim, mənim povestimi zəhmət olmasa qaytarın. Siz yaxşı adam deyilsiniz. Yazımı götürüb çayxanada məni gözləyən dostlarımın yanına qayıtdım və Əbülhəsənin abrını ətəyinə bükdüyümü dedim. Dostlarım mənim dediyim sözə güldülər və dedilər ki, əjəb də abrını ətəyinə bükmüsən, orda nə var ki? Amma indiki javanlar çoxdan bütün sərhədləri keçiblər. İndi onlar gəlib deyə bilərlər ki, sən əjlafsan və s. Düzdür, ərkanını gözləməyən həmin gənjlərin içərisində istedadlıları da az deyil, amma ədəbsizlikləri istedadlarını kölgədə buraxır. Onların bu yoldan çəkinmələrini məsləhət görərdim. Ən yaxşısı odur ki, şair, yazıçı başını aşağı salıb əsərin yazsın. İstedadlını əvvəl-axır tanıyajaqlar, dəyər verəjəklər. İndiki javanlar bir şey eləməmiş ad, təqaüd, imtiyaz davası döyürlər. Amma unudurlar ki, əvvəljə ədəbiyyat naminə bir iş görmək, sonra nəsə istəmək lazımdır.
- “Təyyarə kölgəsi”, “Vəfalım mənim” kimi romanlarınızla elmi mühitin sadə adamlar üçün qaranlıq olan tərəflərini açmaqla ədəbiyyatımızda yenilik etmisiniz. Lakin oxujular sizi Əfqanıstanda tərjüməçi işləyərkən təsirlənib yazdığınız “İtkin gəlin” roman-trilogiyasına görə daha çox tanıyıb sevirlər. Bu gün dünyanın qaynar nöqtələrindən hesab olunan Əfqanıstan yaddaşınızda daha çox hansı maraqlı hadisə ilə qalıb?
-Doğru deyirsiniz, bu əsərim oxujular tərəfindən daha çox sevilib. Hətta mənim qəhrəmanlarımın adını öz övladlarına qoyan çoxlu sayda adam tanıyıram. Amma həmin əsərin əsas süceti hələ Əfqanıstana getməmişdən yaranıb. Universitetdə oxuyarkən bir –birinin həm qardaşı, həm də əmisioğlu olan iki nəfər tanıyırdım. Amma o vaxtlar belə məsələlər çox açılıb-ağardılmazdı. Sonralar mən Əfqanıstanda tərjüməçi işləyəndə qardaşının arvadı ilə evlənməyin orada adi hal olduğunun şahidi oldum. Əfqanıstanda islama uyğun olaraq dörd arvad almaq da adi bir hal idi. Əfqanıstan çox kasıb ölkədir. Orada evlənmək çox bahadır, qız üçün verilən başlıq pulunun miqdarı yaman çoxdur. Buna görə gənjlərin çoxu evlənə bilmir. Kasıblıq ujbatından Əfqanıstanda evlənə bilməyən, 70-80 yaşına çatmış çox sayda kişilər gördüm. Əfqanıstanla bağlı gülməli bir əhvalat danışmaq istəyirəm. Sovet əsgərləri əfqanlara paraşütlə tullanmaq öyrədirdilər. Mən də onların dediklərini tərjümə edirdim. Əfqan əsgərlərindən biri gəldi ki, əgər paraşütüm açılmasa, mənə yenisini verəjəksinizmi? Sonralar bu əhvalat xalq arasında lətifəyə çevrildi.
- 74 yaşı qatlayıb dizinizin altına qoymusunuz. Yaşadığınız ömür sizi qane elədimi?
-Mən ömrüm boyu təmənnasız yaşamışam. Qonorar davası da döyməmişəm. Tapdığıma “Allah bərəkət versin” demişəm. Heç bir intriqaya qoşulmamışam. Ədəbiyyata quzu kimi gəlmişəm, 50 il ədəbiyyatda sakitjə yazmışam, yəqin ki, günlərin birində sakitjə də çıxıb gedəjəyəm. Heç kəsdən heç nə ummamışam. Ümumiyyətlə, həyatda nə istəmişəmsə, Allah verib - gej olsa da. Tanrı məni sınaqlardan keçirəndən sonra istədiklərimin ən yaxşısını bəxş edib. Açığı, həmişə arzulayırdım ki, əlli ildə ərsəyə gətirdiyim əsərlərimi külliyat halında çap etdirim. Təbii ki, buna mənim özümün maddi imkanım çatmazdı. Var olsun yaxşı insanlar. Ziyalı Gülhüseyn Əhmədovun və hal-hazırda Moskvada yaşayan xeyriyyəçi Gülağa Tənhanın maddi köməkliyi ilə əsərlərimin onjildliyi çap olundu. Həmin jildlərdə indiyədək çap olunmamış şeir və hekayələrim də yer alıb. Hal-hazırda “Son hekayələr” silsiləsi üzərində çalışıram. Əsərlərimin ədəbiyyatda qalajağına inanıram, çünki sovet ideologiyasından yox, ümumən insan problemlərindən yazmışam. Təmiz yaşamışam, pislik eləməmişəm. Heç kəsə əyilməmişəm, özümü də heç kəsdən artıq bilməmişəm. Hər kəsin gözünün içinə dik baxası kimi yaşamışam. Bir qarışqanı da tapdalamağa ürəyim gəlməyib. Mən həmişə insanları, oxujularımı sevmişəm və inanmışam ki, onlar da məni sevirlər. Məni bəlkə də bu sevgi bu yaşajan yaşadıb, ağır xəstəliyin də öhdəsindən gəldim. Yaşadığım həyata nəzər salanda özümdən çox razı qalıram. Oxuju sevgisi qazanmışam, gözəl ailəm var, yaxşı uşaqlar tərbiyə eləmişəm. Ömrümü yelə verməmişəm. Həyatımda fəxr eləməli çox şeylər var.
-Amma bununla belə, gözünüzdə, xatirələrinizi bölüşərkən səsinizin titrəməsindən o illər üçün xiffət çəkdiyiniz aydın sezilir…
- Yaşımın bu çağında daha çox itirdiyim dostlarımın və doğmalarımın xiffətini çəkirəm. Keçmişi, hər qarışında xatirəmiz mürgüləyən tarixi Bakının da xiffətini çəkirəm. İndi Bakı çox yüklənib. Hərdən mənə elə gəlir ki, Bakı çökə bilər. Mən özüm əlli altı ildir kənddən gəlmişəm, bu uzun illər ərzində nə kəndçi kimi kəndçi oldum, nə də şəhərli kimi şəhərli. Şəhərdən bezəndə kəndə gedirəm, orada da darıxanda şəhərə qayıdıram. Görürəm ki, kənd məni sıxır, həminki kənd deyil. Nəsillər dəyişib, əvvəlki insanlar yoxdur. Hara gedirəmsə, rahatlıq tapa bilmirəm. Axırda özümə deyirəm ki, ey bədbəxt insan, özündən hara qaçırsan? Hara getsən də bu baş, bu ürək, bu dərdlər səninlə deyilmi?! Ona görə də daha qaçmağı dayandırmışam. Çünki insan özündən, içərisindəki dərdlərdən, xiffətdən qaça bilməz.