Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Elxan Zal QARAXANLI
XAQANNAMƏ


TƏNQIDÇI ILƏ YAZIÇI ÜZ-ÜZƏ


Makvala QONAŞVILI
(Gürcüstan)


Qulu AĞSƏS
QAPISI AÇIQ MƏCID...
esse


Vüsal NURU


TƏYYAR SALAMOĞLU
ÖLMƏZ SƏNƏTKARIN "ÖLƏN DÜNYA"SI


Adil MIRSEYID
CLASSICAL MUSIC FOR MEDITHATION
poem


ADIL MIRSEYIDLƏ
BIR FINCAN QARA QƏHVƏ


Mubariz CƏFƏRLİ
Hekayələr


32 ILLIK ÖMRÜN NƏĞMƏLƏRI


Aydın DADAŞOV


Gülşən BEHBUDQIZI


Vaqif İSAQOĞLU
MÜSADİRƏ
hekayələr


Sevinc QAZAXQIZI
Bakı şəhər 104 №-li orta məktəbin şagirdi


Fər­qa­nə MEH­Dİ­YE­VA
ƏDƏBİYYATA XOŞ GƏLDİNİZ!


Ağacəfər HƏSƏNLİ


DANIŞAN DUYĞULARIM…


Mina RƏŞİD


Aydın TAĞIYEV


Rafiq YUSİFOĞLU


Sevinc MÜRVƏTQIZI
“ÖMRÜMÜ YELƏ VERMƏMİŞƏM...”


Şakir ALBALIYEV
DAŞ İNSAN
(lirik poema)


ŞOTA İATAŞVILI


ÖYRƏNMƏSƏN, ÖYRƏTMƏYƏCƏKSƏN...
Şota İataşvili ilə Səlim Babullaoğlunun Bakı-Tiflis qatarındakı söhbəti



 

Elxan Zal QARAXANLI
XAQANNAMƏ


 

Elxan Zal Qaraxanlının "Xaqannamə" poeması bu günlərdə 50 yaşı qutlanajaq dəyərli ziyalımız, türk milli düşünjəsinin daşıyıjısı, bu məfkurənin vətənimizdə oturuşmasında böyük əməyi olan, professor Nizami Jəfərova həsr olunub.
"Xaqannamə"ni mən bir müddət əvvəl Elxanın "Türk əsrinin türküləri" kitabından oxumuşdum, əsərin ruhu, qayəsi və ideyası xoşuma gəlmişdi. İndi düşünürəm ki, bu poema Nizami qardaşımızın 50 illiyinə gözəl bir ərməğan ola bilər. Ona görə də həmin poemanı oxujularımıza təqdim edirəm.

Elçin Hüseynbəyli



                                                                  Nizami Cəfərova

Edam

bir gün mən də uduzdum,sarıyıb apardılar,
bütün əzalarımı birbəbir qopardılar,
qanımı tasa töküb itlərə içirdilər,
başımı uyuqsayaq, payaya keçirdilər,
sonra elan etdilər, "yaxın gəl ay camaat,
ağzında nə helik var bu murdar sifətə at,
gəl ey milləti- islam, gəl ey sahibi-qeyrət,
xalqı yoldan çıxarmaq istəyirdi bu mürtəd"
edam yerinə doğru yeridi qara kütlə,
həvəslə tüpürdülər çoxdan ölmüş sifətə.
cəlladın işgəncəsi məni öldürəmmədi,
polad qılınc tiyəsi məni öldürəmmədi,
mən düşmən nifrətini kütlə gözündə gördüm,
sevdiyim insanların nifrətində ölürdüm.
qan axıdıb savaşdım, xalqa azadlıq deyə,
indi mənim üzümə tüpürür bu xalq, niyə.

2.Dərbəndə gedirəm, yurda

alplar, ərənlər, başbuğlar,
göy altında yeriyənlər,
Dərbəndə gedirəm, Dərbəndə.
Dədəm Qorqud yatır burda.
bir az qopuz çalacağam,
bir az kımız içəcəyəm,
qırx qazini məzarından
qaldıracam birəm-birəm.
ora Dərbənd, dəmir qapqa,
yağı yenməz, kafir keçməz,
orda Xəzərin yelləri
oğuz ağzında oxuyur.
arabama nal asmışam,
təbil çalın, qılınc verin,
tuğlar durub, yol çağırır,
cəng həvəsi buynuzludur,
beyrək ərlər, erkək ərlər,
hanı elat çal-çağırı?
anıların xonçasını
Burla xatunlar bəzəyir,
tuğlar durub, yol çağırır,
Dərbəndə gedirəm, yurda.
səsin gəlsin atam Qazan,
salam olsun, Dədəm Qorqud.

3. Daşkənd hambalı

mən Teymurun ordusunda
yüzbaşıydım bir zaman,
bir urus prinsesinin oynaşıydım, yataqda,
bir qıpçağın sərrast oxu ömrü qırdı yarıda,
yovşanların arasında sümüklərim çürüdü.
yüşbaşılar öləridi, yüzbaşılar xan deyil,
məzarımız göy altıdı, bizə məzar yapılmaz,
sümüyümü tümən-tümən tapdadı at nalları,
qızqaytaran əzalarım bozqırlarda çürüdü.
illər keçdi, çiçək oldum, məni qızlar dərdilər,
cəngavərlik duyğularım döndü qız qoxusuna.
mən bir urus prinsesinin oynaşıydım yataqda,
indi Daşkənd vağzalında çamadan daşıyıram.

4. Xivədə

bu gün Xivədəyəm, azanlar susub,
küləklər oynaşır minarələrdə,
hərraca qoyulub xan torpaqları,
dünənki dehqanlar dükan açırlar.
ömrünü bitirib alplıq zamanı,
küçələr yatışır müticəsinə,
tanrı qəzəbinə gəlib adamlar,
atlar çevriliblər avtomobillərə,
bu gün Xivədəyəm, azanlar susub,
havadan istidi özbək qızları,
qıyıq baxışlardan şərab süzülür,
yüngül yerişləri məni öldürür,
qızları qaçırmaq dəb deyil indi,
bədənlər gizlənmir çadralar altda,
indi sevişməyə qadağa yoxdu,
təki göz tutuşsun, könül yapışsın.
bu gün Xivədəyəm, yalnız, qoşunsuz,
nal izi gəzirəm sokaklarında,
divarlar doğmaca, hava doğmaca,
Xivə bir baxışla fəth etdi məni.

5. Çingizxanın ölümü

ulu xan,əbədi yumdu gözünü,
o, ayrı dünyanın fəthinə getdi.
toran ölkələrin darvazasında
onu tanrısallar gözləmədəydi.
yığıldı noyonlar, tümenbaşılar,
Xubilay, Uqedey, başqa təkinlər,
bircə Cuci yoxdu, sevimli oğlu,
onlar toran eldə görüşəcəklər.
qərar belə oldu-günəşmisal xan,
tanrılar elinə tək gedə bilməz,
yüz məzar qazılsın, yüz qul gömülsün,
min kəhər kəsilsin xan şərəfinə.
o göyün oğludu, göydəngələndir,
göydəngələnlərə məzar yapılmaz,
onun bədənində tanrı qutu var,
məzarı hamıya sirr qalmalıdır.
nəşini gizlədilər, üstünü düzlədilər,
ulu xan öz elinə, göyə getdi-dedilər.
tanrıqut səcdəsinə qadağa qoyub Yasa,
türk eli qutsuz qalar, onu yadlar taparsa.

6. Saltuq Buğra

merac zamanı həzrəti peyğəmbər,
çevrəsində bir zat gördü
cənabi-haqqın,
ya Cəbrayıl dedi-allahın rəsulu,
bu hansı peyğəmbərdir, söylərmisən?
Allahın müjdəçisi, belə dedi rəsullallaha:
- "o peyğəmbər deyil,
Saltuq Buğra xandır,Qaraxanlılardan,
düz üç yüz otuz üç ildən sonra
o sənin dinini yayacaq türklər arasında,
sən onun ruhuna dualar oxu,
o, dərgahda qırx ərənin mürşididir ".

7.Temuçin oturmada

ulu tanrım, göy Tanrım,
mən Temuçin bahadır,
on yeddi il başabaş
oturmada oturdum,
Orxundan ayrı düşdüm,
Keruluni görmədim,
çöldəki qurd nəğməsi
qulağıma gəlmədi.
üstümdən axdı sular,
içimdə durğun hünər,
mən sükutun zikrində
cəngin tamını buldum.
xan anam, Alan Qoa
mənə güc verdi dua,
and olsun doğan günə,
and olsun ildırıma,
anamın yatağına
işıq şəklində girib
qurd kimi çıxan tanrı,
məni ağ keçə üstdə
bir gün qaldıracaqdır.
və mən Çingiz olacam,
uduzma bilməz ordum
son dəniz sularında
əllərini yuyacaq.
mən Temuçin bahadır,
anam türk, atam günəş,
daim zühur edəcəm
monqol yuxularında.

8. Bəybars

və Bəybars söylədi təbəəsinə-
mənim sultan hökmüm belə istəyir,
qoy türkü tanısın Misir torpağı,
qoy ərəb çöllünün sanını bilsin,
müqəddəs qısrağın südüdür kımız,
tanrı seçkinidir kımız içənlər,
törəmiz belədi, gələn qonağa
bir cam kımız verir bizim qadınlar,
harda türk var isə, orda kımız var.
bunu, cənabi həqq belə buyurub.
mənim hökmüm budur: Misir elində
qoy kımız verilsin gələn qonağa,
hər cümə günündə, el arasında,
carçılar kımıza tərif desinlər.
dinlə əhli - İslam, eşit ey Misir,
harada türk varsa, orda kımız var.

9. Artıqxan

şirin yovşan iyindən havalandı Artıqxan,
gürcülərin ovsunu dağıldı bircə anda,
onun qıyıq gözləri qıpçaq çölünü gördü,
qaragölün üstündə dümağ qazlar uçurdu,
çəməndə oynaşırdı arqamaq ilxıları,
otların qoxusunda şərab şiddəti vardı,
şikarına şığıyan şahinlərin qıyyası
buludların üzünə odlu şırım çəkirdi,
dumru qıpçaq qızları atları sağırdılar,
qımqıma havasından kımız köpüklənirdi.
bir qazanma eşqinə şölən qurmuşdu elat,
ozanlar oxuyurdu, qobuzlar çalınırdı,
Artıqxan havalıydı şirin yovşan iyindən,
o qıpçaq ordusuna atlan əmrini verdi.
ər sınırsız bozqırda küləyə eş doğulur,
ən oturaq yapı da içində köçəridir.

10. Çağrı bəy

hey kayılar, bayandurlar,
ulu Səlcuq oğulları,
mən Çağrı bəy çağırıram
sizi müqəddəs axına,
Bizans gözəl bir qadındır,
paçasını aralayıb,
duyğuları dada gətir,
ərənsənsə onu götür,
sizi çəmənlər gözləyir,
sizi şəhərlər gözləyir,
qartımış çöl can istəyir,
Urum təzə qan istəyir
tuğ titrəyir oymaq - oymaq,
gedənə kımız var, qalana quymaq.
gedək, gumbur - gumbur gedək,
sinəmizdə tambur gedək.
Konya çağırır bizi, Trabzon, Bursa çağırır,
tanrı ərənlərini uğur gözləyir, uğur.

11. Atillanın toyu

zurnalar çaldırır Atilla xaqan,
hər yanda toy qurub yenilməz ordu,
dünyanı fəth edən şanlı tanrıqut
qeysər bacısına əsir olubdur.
tonqallar başına fırlanır qoşun,
yemək löyün - löyün, kımız sel kimi,
atlardan yüyürək hun türküləri
bozqır sükutunu deşir ox kimi.
hər yandan qonaqlar axışıb gəlir,
türinqlər, saksonlar, vandal və qotlar.
papa nunsiləri, rum patrisiləri,
Bizans əyanları və daha kimlər
ağır sandıqlarda sovqat gətirir,
kimi at gətirir, kimi al altın,
kimisi firuzə, kimisi yaqut,
kəniz gətirirlər, qul gətirirlər,
xərac gətirirlər, pul gətirirlər.
axı toy eyləyir Atilla xaqan,
yemək löyün - löyün, kımız sel kimi,
hamı kef eyləyir, hamı şadlanır,
şərabdan keflənən Rum keşişləri
türkülər oxuyur hun ləhcəsində.
yalnız ata qamın sifəti gülmür,
o bilir, bu xanın son gecəsidir,
indi hun sayağı kımız içənlər
yarın hun qanına susayacaqlar.


12. Çocuq səlibi

müqəddəs Dionis abbatlığında,
bir çocuq peydp oldu, Adı Etyen,
"mən bəyanla gəlmişəm"-
dedi həmyaşıdlarına,
tanrımız İsa Məsih məni sizə göndərdi.
ey xaç dünyasının suçsuz çocuqları,
Qüdsə xaç aparan böyüklər
yaramaz günahkarlardı,
onlar türk qılıncını yenmək gücündə deyil,
tanrı suçlulara qələbə verməz,
yığılın ey çocuqlar, gəlin suçsuz bəndələr,
tanrının tabutunun xilasçısı sizsiniz,
yığılın qoşun - qoşun, gedin Yerusəlimə,
Ağdənizin suları sizə yol verəcəklər,
yığılın ey çocuqlar, tanrımız deyir bunu,
yalnız suçsuz bəndələr yenər türk qılıncını".
və çocuq dəstələri Ağdənizə axdılar,
məmlüklər ölkəsinə xaç sancmağa getdilər.
fəqət dəniz, nədənsə onlara yol vermədi,
ya tanrı buyruğunu eşitməmişdi sular,
ya tanrı unutmuşdu suçsuz bəndələrini.
(çünki, xristian elində, yalnız Roma papası
suçluları tanıyır).
günahsız çocuqları gəmiyə yüklədilər,
türk sizi görən kimi təslim olar - dedilər,
körpə xaç ərlərini Misirə gətirdilər,
kölə bazarlarında savaşı bitirdilər,
və Məsih xilas oldu alca çocuq qanıyla,
Roma papası isə göyləri bağışladı.

13. Amon - Ra zamanı

kahin Amenxotep firona belə dedi -
by sfinks baxışlı, Qor hünərli hökmdar,
tanrıların hökmüylə, min illərdir səltənət,
Misir torpaqlarında bərqərar olub durur,
vaxt kimi axıb gedir Nilin mavi suları,
tanrımisal fironlar bir - birini dəyişir,
Apis öküzündən də güclü təlatümlərə,
həmişə sinə gərib bizim kahin elmimiz,
fəqət, göyün altında heç nə əbədi deyil,
vaxt gələcək, allahlar bizdən üz döndərəcək,
özgə tanrılarına tapınacaq qara xalq,
ölməz kahin zümrəmiz gizlində yaşayacaq,
və biz gözləyəcəyik Amon - Ra zamanını,
fironların vaxtını gizlin gözləcəyik.
ey sfinks baxışlı, Qor hünərli hökmdar,
qanıqda allahların qanı axan yer oğlu,
sən daşdan bir bina qur, anamız Mut eşqinə,
bu məbədlər pirinə piramut deyəcəklər.
nə Misri fəth edəcək vəhşi - yaban ordular,
nə alçaq uruqların qurduğu səltənətlər,
bu nəhəng yapıların sirrini bilməyəcək,
bəşər heyrət edəcək firon böyüklüyünə,
Amon - Ra gününəcən duracaq piramutlar,
ölməz kahin elmimiz orada yaşayacaq.

14.Kaşqarlı Mahmud

Mahmud düşünürdü: "mən xan ola bilərdim,
əmrimə müntəzir ordum olardı,
altunum, kənizim gəlməzdi saya,
Doğudan Batıya hökm eləyərdim.
fəqət belə oldu, o uca tanrı,
mənə söz sultanı taleyi verdi,
gəzdim oymaq - oymaq, dolaşdım el - el,
mirvari sözləri bir - bir döşürdüm,
dünyaya dağılmış öz türk soyumu,
bir yerə toplayıb, kitaba yığdım.
Tanrı hökmdarlıq bəxş edib bizə,
yenilməz ərənlik sevdası verib,
mən sonsuz çöllərin cəng meydanında,
tanrısal sözləri yaşadacağam.
bu ordular yox olacaq,
səltənətlər dağılacaq,
nə qədərki, bu dünya var,
türkün adı var olacaq,
nə qədər ki, türk dili var,
mən Mahmud da var olacam".

15.Kürşad

biz qırx atlı idik,
biz damarlarında Göy Qurdun Qanı axan
qırx atlı idik,
üstümüzə Çin ordusu yeriyirdi,
Çin ordusu sarança tək hesabsızdı,
biz qırx atlı,
saya gəlməz tümenləri yenmək üçün vuruşduq.
həpimiz öldük, fəqət yenilmədik,
Göy Qurdun oğulları ölər, yenilməz.