Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Elxan Zal QARAXANLI
XAQANNAMƏ


TƏNQIDÇI ILƏ YAZIÇI ÜZ-ÜZƏ


Makvala QONAŞVILI
(Gürcüstan)


Qulu AĞSƏS
QAPISI AÇIQ MƏCID...
esse


Vüsal NURU


TƏYYAR SALAMOĞLU
ÖLMƏZ SƏNƏTKARIN "ÖLƏN DÜNYA"SI


Adil MIRSEYID
CLASSICAL MUSIC FOR MEDITHATION
poem


ADIL MIRSEYIDLƏ
BIR FINCAN QARA QƏHVƏ


Mubariz CƏFƏRLİ
Hekayələr


32 ILLIK ÖMRÜN NƏĞMƏLƏRI


Aydın DADAŞOV


Gülşən BEHBUDQIZI


Vaqif İSAQOĞLU
MÜSADİRƏ
hekayələr


Sevinc QAZAXQIZI
Bakı şəhər 104 №-li orta məktəbin şagirdi


Fər­qa­nə MEH­Dİ­YE­VA
ƏDƏBİYYATA XOŞ GƏLDİNİZ!


Ağacəfər HƏSƏNLİ


DANIŞAN DUYĞULARIM…


Mina RƏŞİD


Aydın TAĞIYEV


Rafiq YUSİFOĞLU


Sevinc MÜRVƏTQIZI
“ÖMRÜMÜ YELƏ VERMƏMİŞƏM...”


Şakir ALBALIYEV
DAŞ İNSAN
(lirik poema)


ŞOTA İATAŞVILI


ÖYRƏNMƏSƏN, ÖYRƏTMƏYƏCƏKSƏN...
Şota İataşvili ilə Səlim Babullaoğlunun Bakı-Tiflis qatarındakı söhbəti



 

Qulu AĞSƏS
QAPISI AÇIQ MƏCID...
esse


 

O, mə­ni Ağ­səs ça­ğı­rır, mən ona bu ya­zı­da Mə­cid de­yə­cəm. MƏ­Cİ­DİN QA­PI­SI AÇIQ­DI: "Nə­ri­ma­nov" met­ros­tan­si­ya­sı­nın yay­lı qa­pı­la­rı "525-ci qə­zet­"in baş re­dak­to­ru­nun ka­bi­ne­ti­nə açı­lır.
A­zər­bay­can Ya­zı­çı­lar Bir­li­yi­nə apa­ran yol­lar həm də gənc­lər üz­rə ka­ti­bin ota­ğın­dan ke­çir.
İn­şal­lah, se­vim­li Ağ­ca­bə­di ca­maa­tı növ­bə­ti de­pu­tat seç­ki­lə­rin­də ra­yo­nun ala­qa­pı­sın­dan bir­ba­şa onun Mil­li Məc­lis­də­ki ota­ğı­na ad­la­ya­caq.
Rə­şad Mə­ci­din bir­cə qə­lə­mi­nin qa­pı­sın­da növ­bə­di: yaz­ma­dı­ğı şe­ir və he­ka­yə­lə­rin növ­bə­si. "10 sent­yabr"dan son­ra on­dan 364 he­ka­yə göz­lə­yi­rəm, çün­ki adi təq­vim­də 365 gün var, ədə­bi təq­vim­dən da­nış­saq, Mə­cid gə­rək qə­lə­mi ye­rə qoy­ma­ya...
... Qa­ra­bağ­da, Ağ­dam­da tək-tük dörd­mər­tə­bə­li daş ev­lə­rin bi­ri­nin ikin­ci mər­tə­bə­sin­də bö­yü­yən ba­la­ca uşaq bal­kon­dan ba­xan­da hə­yət­də ağa­cı gö­rür­dü, ağac­dan bir az yu­xa­rı­da da­ğı gö­rür­dü, dağ­dan bir az yu­xa­rı­da gö­yü gö­rür­dü, göy­dən bir az yu­xa­rı­da Al­la­hı gö­rür­dü, ge­cə ya­ta­ğı­na gi­rən­də yu­xu gö­rür­dü, yu­xu­da da hə­min bal­ko­nuy­du, hə­min ağa­cıy­dı, hə­min da­ğıy­dı, hə­min gö­yüy­dü, hə­min Al­la­hıy­dı, hə­min yu­xuy­du gör­dü­yü... uşaq bal­kon­dan ağa­ca, ağac­dan da­ğa, dağ­dan gö­yə, göy­dən... yo­xa çıx­dı. Daş­la­dı­ğı dar­va­za­la­rın qu­la­ğı bat­dı, da­laş­dı­ğı tay-tuş­la­rı əs­gər get­di­lər, sev­di­yi qız­la­ra ni­şan tax­dı­lar, uşaq uzə çıx­ma­dı. Uni­ver­si­te­tin jur­na­lis­ti­ka fa­kül­tə­sin­də, "Elm və hə­yat­"ın kor­rek­tor ota­ğın­da həm də ona ox­şa­yan bir oğ­lan pey­da ol­du. Yet­di­yi­nə yet­di, üzü­nə açıl­ma­yan qa­pı­la­rı daş­la­dı, şe­ir yaz­ma­ğa baş­la­dı, nə baş­la­dı. Bal­kon ya­dı­na düş­dü - yaz­dı, ağac ya­dı­na düş­dü - yaz­dı, göy ya­dı­na düş­dü - yaz­dı, həm də ox­şa­dı­ğı uşaq ya­dı­na düş­dü - yaz­dı, bir­cə Al­la­hı xa­tır­la­ya bil­mə­di. Oğ­lan bö­yü­dük­cə, oxu­duq­ca, yaz­dıq­ca Al­la­hı unut­ma­ğa baş­la­mış­dı. Al­lah bir də onun ya­dı­na bal­kon­dan gör­dü­yü dağ­da­kı ağa­cı düş­mən­lər kə­sən­də düş­dü. Qa­yı­dıb tə­zə­dən hə­min uşaq ol­du, hə­min uşa­ğa ox­şa­dı, hə­min uşa­ğı ox­şa­dı. Bax­dı ki, uşa­ğın sa­çı ti­kan ki­mi­di. Buy­ğur şei­ri boş­la­dı, pub­li­sis­ti­ka­ya baş­la­dı, nə baş­la­dı. Azad­lıq­dan yaz­dı, müs­tə­qil­lik­dən yaz­dı, ağac­dan yaz­dı, dağ­dan yaz­dı, son­ra is­tə­di yaz­dıq­la­rı­na baş çək­sin, gör­dü: azad­lıq var, müs­tə­qil­lik var, Qa­ra­bağ yox­du, Ağ­dam yox­du, Qa­ra­bağ­da, Ağ­dam­da tək-tük dörd­mər­tə­bə­li daş ev yox­du, bal­kon yox­du, ağac yox­du, göy yox­du, qorx­du, bir­dən Al­lah da ol­maz, qəd­di­ni di­kəl­dib qəd­di­nə bax­dı, cəd­di­ni ça­ğı­rıb cəd­di­nə bax­dı, gör­dü, yox: Al­lah var! var! var!
Təq­vi­mə bax­dı: sent­yab­rın onuy­du...