Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Elxan Zal QARAXANLI
XAQANNAMƏ


TƏNQIDÇI ILƏ YAZIÇI ÜZ-ÜZƏ


Makvala QONAŞVILI
(Gürcüstan)


Qulu AĞSƏS
QAPISI AÇIQ MƏCID...
esse


Vüsal NURU


TƏYYAR SALAMOĞLU
ÖLMƏZ SƏNƏTKARIN "ÖLƏN DÜNYA"SI


Adil MIRSEYID
CLASSICAL MUSIC FOR MEDITHATION
poem


ADIL MIRSEYIDLƏ
BIR FINCAN QARA QƏHVƏ


Mubariz CƏFƏRLİ
Hekayələr


32 ILLIK ÖMRÜN NƏĞMƏLƏRI


Aydın DADAŞOV


Gülşən BEHBUDQIZI


Vaqif İSAQOĞLU
MÜSADİRƏ
hekayələr


Sevinc QAZAXQIZI
Bakı şəhər 104 №-li orta məktəbin şagirdi


Fər­qa­nə MEH­Dİ­YE­VA
ƏDƏBİYYATA XOŞ GƏLDİNİZ!


Ağacəfər HƏSƏNLİ


DANIŞAN DUYĞULARIM…


Mina RƏŞİD


Aydın TAĞIYEV


Rafiq YUSİFOĞLU


Sevinc MÜRVƏTQIZI
“ÖMRÜMÜ YELƏ VERMƏMİŞƏM...”


Şakir ALBALIYEV
DAŞ İNSAN
(lirik poema)


ŞOTA İATAŞVILI


ÖYRƏNMƏSƏN, ÖYRƏTMƏYƏCƏKSƏN...
Şota İataşvili ilə Səlim Babullaoğlunun Bakı-Tiflis qatarındakı söhbəti



 

Gülşən BEHBUDQIZI


 
SƏN ÖZÜN BİR YARPAQ OL Kİ…

Həyatım qəmə bürünüb,
İmtahana çəkmə məni.
Taleyimdə xoş gün yoxdur,
Qəm - qüssəyə bükmə məni.

İşıqsan, gözüm qamaşır
Ulduz ol, bulud olma sən.
Xəyallara bürünmə ki,
Kimlərəsə baş əyəsən.

Aşiqinə hörmət elə,
Sevginin rəngi solmasın.
Sən özün bir yarpaq ol ki,
Həyat ağajın solmasın.

TALE DƏ KÜT BİR İYNƏDİ

Həyatın ajısın daddım,
Ağzımın dadı da getdi.
Bir sevgi böyütdüm, qəfil,
Onun da imdadı getdi.

Üzdüm ürəyi boş yerə,
Gözümün içi göynədi.
Gördüm ki, bu həyat bir sap,
Tale də küt bir iynədi.

DÖZMÜR AĞRI-AJIYA

Fikrimə duman çökübdür,
Sözlərim pərən-pərəndir.
Dözmürəm ağrı-ajıya,
Dözmürəm, görən nədəndir?

Nadanla yaşamaq olmur,
Nadanın nəfəsi soyuq.
İnjiyib, küsürəm haqdan,
Fələklər tez düşür duyuq.

Görəsən, nə yazım indi,
Bənövşə olmağım gəlir.
Asanja ölmək olmur ta,
Gül kimi solmağım gəlir.

TALEYİM ALNIMDA QARA YAZIDI

Tanrım, bu həyatda nə dadmışam ki
Saxlaya bilmirəm göz yaşımı da.
Taleyim alnımda qara yazıdı,
Düzü, unutmuşam öz yaşımı da.

Xoş günə həsrətəm, hərə mən yazıq,
Ruhum bir ağajdır, yarpağa həsrət.
İçim də dəniz tək çalxanır hər gün,
Gözümü açdığım torpağa həsrət.

Bir gözüm ağlayır, bir gözüm gülür,
Bəxtimin çırağı sönübdü daha.
Ömrüm bir çay kimi süzülüb gedir,
Yəqin Tanrı məndən dönübdür daha.

Ana yox, ata yox, məsləhət verə,
Allah, bu ağrıya dözüm… Dözmürəm.
Daha ürəyim də əzaba dözmür,
Daha bu dözümə özüm dözmürəm.

Bu dərddən ürəyim yara bağlayıb,
Bu dərdli ürəyi kimə açım mən?
Həsrət də özümü sıxır anbaan,
Bu ajı möhnətdən hara qaçım mən?

QAYIT GERİ

Məni yalqız qoyub getdin,
Xəyallarda qayıt geri.
Ürəyimi al-qan etdin,
Qayıt geri, qayıt geri.

Janıma köz basdın niyə,
Gəl çıx bu sevgiyə yiyə.
Qoyma həsrət məni yerə,
Qayıt geri, qayıt geri.

Nələr gəldi gör başıma,
Ajımadın göz yaşıma.
Yazajaqlar başdaşıma,
"Qayıt geri, qayıt geri".

Günlər keçir aram-aram,
Sağalmayır mənim yaram.
Ölənəjən unutmaram,
Qayıt geri, qayıt geri.

ALLAHIM

İçimdə kaman çalır dərd,
Mənim injə ürəyim var.
Bülbülün səsindən qorxub,
Qarğalar səsin unudar.

Həyatım zillət içində,
Sevgi axtarıram sözdə.
Gözümü dikirəm yola
İşıq da qalmayıb gözdə.

Ürək yanğılıdır nejə,
Ömür də mənasız ötür.
Allahım, məni söz bilib,
Əzabın içindən götür!