Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Elxan Zal QARAXANLI
XAQANNAMƏ


TƏNQIDÇI ILƏ YAZIÇI ÜZ-ÜZƏ


Makvala QONAŞVILI
(Gürcüstan)


Qulu AĞSƏS
QAPISI AÇIQ MƏCID...
esse


Vüsal NURU


TƏYYAR SALAMOĞLU
ÖLMƏZ SƏNƏTKARIN "ÖLƏN DÜNYA"SI


Adil MIRSEYID
CLASSICAL MUSIC FOR MEDITHATION
poem


ADIL MIRSEYIDLƏ
BIR FINCAN QARA QƏHVƏ


Mubariz CƏFƏRLİ
Hekayələr


32 ILLIK ÖMRÜN NƏĞMƏLƏRI


Aydın DADAŞOV


Gülşən BEHBUDQIZI


Vaqif İSAQOĞLU
MÜSADİRƏ
hekayələr


Sevinc QAZAXQIZI
Bakı şəhər 104 №-li orta məktəbin şagirdi


Fər­qa­nə MEH­Dİ­YE­VA
ƏDƏBİYYATA XOŞ GƏLDİNİZ!


Ağacəfər HƏSƏNLİ


DANIŞAN DUYĞULARIM…


Mina RƏŞİD


Aydın TAĞIYEV


Rafiq YUSİFOĞLU


Sevinc MÜRVƏTQIZI
“ÖMRÜMÜ YELƏ VERMƏMİŞƏM...”


Şakir ALBALIYEV
DAŞ İNSAN
(lirik poema)


ŞOTA İATAŞVILI


ÖYRƏNMƏSƏN, ÖYRƏTMƏYƏCƏKSƏN...
Şota İataşvili ilə Səlim Babullaoğlunun Bakı-Tiflis qatarındakı söhbəti



 

Şakir ALBALIYEV
DAŞ İNSAN
(lirik poema)


 
Bəşər övladı
öz soyuna
Adəm adı
qoymadı.
Daş kimi,
dəmir kimi
möhkəmlik
dilədi:
- Daşdəmir qoydu,
Qəmbər qoydu.

Canını daş kimi
bərk görmək istərkən
ürəyini daş elədi.
Başdaşına dönməmişkən -
ölməmişkən
bütöv-diri varlığıyla
sağlığında
daş oldu,
daşlara yoldaş oldu.
Vətəndaş olmadı,
Vətənə daş oldu -
qara daş,
yarı canlı,
yarı daş.
"Bənidaş şəhəri" -
Daş insanın vətəni
adlandı məskəni.
Nağıllara düşdü bu ad:
"Bənidaş şəhrinin sirri" -
İnsan öldü diri-diri.
Cismiylə - bədəniylə,
yurduyla - məskəniylə
daş oldu insan oğlu.
Ürəklərdən bir ah qopdu:
"Ahın dağlara-daşlara"...
Daş insanın
dilində alqışı,
tənəsi, qarğışı
dağlara üz tutdu,
sirrini dağa bağladı:
"Yanasan, a dağlar", -
deyib ağladı.
Özünün
daş sifətinə,
daş mənliyinə
qarğadı.
Daşa dönüb
büt oldu,
abidə görkəmində
tuncdan, mərmərdən
yonulmuş büst oldu -
heykəlləşdi,
Çıxıb mağara komasından,
daşınan-divarınan
əlləşdi.
Əzrayılnan
hölləşdi-güləşdi.
Ölümün gücün
yenmək üçün
fəndlər-fellər
fikirləşdi.
Dağların-qayaların
simasında
özünü tapdı:
"Saldaş",
"Qavaldaş",
"Papaqdaş",
"Çətəndaş",
"Çürükdaş"
adlandı.
Daş halına
gizlin-gizlin yandığından
daş bağrına
çınqı düşdü,
odlandı:
- Axı niyə daş oldum,
daşlara yoldaş oldum.
"Papaqdaş" -
üzü nurlu,
papaqlı babamın
dünyanın
atgetməz yollarında
üzü üzlər gördüyü,
heyrətə düşüb donduğu
ilahi heykəlidir.
"Saldaş" -
bütöv daş,
insan canlı vücuduyla,
heysiyyəti, duyğusuyla
sala dönüb - heykəlləşib.
"Qavaldaş" -
insan harayının
öz sirli nidasında -
musiqi sədasında
tərcümanıdır.
"Çətəndaş" -
kiminsə bir çətən külfəti,
bir bölük ailəsi -
vətənin övladları
dönüb daş olub,
bir vaxtlar
vətənə vətəndaş olub,
indi də
onların görkəmində
vətən daş olub:
"Bənidaş şəhəri".
Bəs "Çürük daş" nə deyir?
Necə yozaq bu sirri?
Mənliyi-vicdanı
çürük olan nadanın
görk üçün
nifrət heykəlidirmi?
Yox, yox, bəlkə
bu dünyanın
onulmaz dərdlərindən
xiffət çəkib əriyən,
için-için çürüyən
bir kəmtale yazığın
bədbəxt heykəlidirmi?
Niyə daş oldu insan?
Dünyanın qəribə möcüzəsi
daş elədi insanı.
Təbiətin gözəlliyi -
cilvəsi,
gözəllərin canalıcı işvəsi
Heyrətdən - sevincdən
daş elədi insanı.
Yox, yox, təkcə bu olmadı,
təkcə şadlıq, toy olmadı...
İnsanlıqdan
iraq olan
murdarlığı,
idbarlığı
görəndə
düşdü dəhşətə
Çəkilib qınına
daş oldu insan...
Dilinə gətirəmmədi
Nə ülvi gözəlliyi,
Nə də dünyalara sığmayan
kədəri, nifrəti,
lənəti.
Heyrətdən,
hiddətdən
dondu,
daşa döndü
bəşər oğlu.
"Qoy daşa dönüm",
daş üzümdən -
bərk, sirimsimiş,
lal-kirimiş
sifətimdən
oxusunlar nifrətimi,
sevincimi, hiddətimi!
Bax beləcə
türk övladı
öz oğluna
Adəm adı əvəzinə
Qəmbər adı qoydu.
Qənbər - çay daşı,
çaylaq daşı!..
Bir çaylaq daşıyam -
sellər-sular kürüyüb
gətirib məni
dağlardan-daşlardan,
nə bilim, haralardan...
Dünyanın ha üzündən,
bəlkə Haramı düzündən,
Bilir bircə Yaradan!..

Öz dərdimə özüm yandım,
Bir Lələ bayatısı çəkdim:
"...Yemərəm hər aşdan mən"...
Hər aşı -
hər acını, şirini
nuş eləmək
bu dünyanın gərdişini
bilən üçün
deyil asan.
Aqil insan
yeyəmmədi hər aşı,
udammadı hər sözü,
qəhər boğdu,
dili ağzında yandı,
dili ağzında dondu,
daşa döndü.
"Nə atam var, nə anam,
Yaranmışam daşdan mən".
Yanıb-yaxıldı insan,
Özünə dedi böhtan:
- Nə ata əkib məni,
Nə ana doğub məni.
Yer ayrıldı, yerdən çıxdım
dombalan kimi,
insan oğlu yalan dedi
olmayan kimi.

Göy yarıldı
göydən düşdüm
göy daşı kimi -
göy muncuğu kimi,
dolu sucuğu kimi.
Daşdan doğulmadan
daş oldu insan,
inandı nadan...
"Dinmək gümüşdü,
susmaq qızıl", - dedi,
dinmədi.
Dərdini
bəyan etmədi,
odunu
büryan etmədi;
qızıl susmağında -
daş lallığında
qaldı kar daş kimi.
"Daşların da dili var" -
daş-qaşları
muncuq düzümündə
yığdı sinəsinə,
taxdı gərdənbəndinə -
insan övladı.

Mirvari muncuğu,
Sən kimi suçuydun?
Göz yaşından
yoğrulub-yapıldın,
kimin boynuna taxıldın,
günahına yaxıldın.
Hər kəsin halını
öz rənginlə -
dilinlə
bəyan etdin.
Mənfur ürəklinin
bumbuz köksündə
daş bağırlı mirvari
dözmədi -
fikir çəkdi,
yanağına xiffət çökdü.
Pis ruhdan, pis nəfəsdən
ağ rəngi soldu-saraldı,
rəng verib - rəng aldı.
Arif insan oxudu
Mirvarinin solğun bənizindən
dərdini!..
- Daşların da dili var!
Kim nə ürəkdədirsə,
daşlar-qaşlar,
muncuqlar
O ürəyin sirrini
ya saralıb-solmaqla,
ya da pardaqlanmaqla -
gül kimi açılmaqla
anladıb gözlər,
bəyan etdi bizlərə...

Pirlərə, ocaqlara
daş donunda
tapındı,
başına dolandı,
öpdü - ziyarət etdi.
Göydən yerə enən
Məkkənin qara daşı
Göydən seyr etdi
yerdəki bəlaları.
Dözəmməyib yerə yağdı,
bəşərin başına çaxdı.
"Allahın üstünə tökülsün",
"Allahın üstünə qarlasın"
deyimi
aldı öz yerini:
Allahın timsalında
göydən yerə töküldü
insanları birliyə -
haqqa qaytarmaq üçün!
Məkkənin zəvvarları
qara daşı
dərdini deməyə
ümid yeri bildilər.
Məkkənin qara daşı,
bəs niyə qaralmısan?!
Tanrının gözləriylə
göydən hər şeyi gördün,
odlandın -
yandın, qaraldın!
Səndən imdad istəyən
bəşər ibrət götürsün,
özünə gəlsin -
yolun düzünə gəlsin.
Zülm, əndişə üzündən
heyrətə düşmüş
rəngi-halını görsün,
lal məlalını görsün.
Haqqa tapınsın,
haqqa qayıtsın:
"Yoldan çıxdın, yola gəl", -
deyib
tutsun özünə eyib.
Azmış yoldan çəkilsin,
Ədalət dünyasına
insanın ürəyindən
əzəmətli bir saray
tikilsin!..