Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Elxan Zal QARAXANLI
XAQANNAMƏ


TƏNQIDÇI ILƏ YAZIÇI ÜZ-ÜZƏ


Makvala QONAŞVILI
(Gürcüstan)


Qulu AĞSƏS
QAPISI AÇIQ MƏCID...
esse


Vüsal NURU


TƏYYAR SALAMOĞLU
ÖLMƏZ SƏNƏTKARIN "ÖLƏN DÜNYA"SI


Adil MIRSEYID
CLASSICAL MUSIC FOR MEDITHATION
poem


ADIL MIRSEYIDLƏ
BIR FINCAN QARA QƏHVƏ


Mubariz CƏFƏRLİ
Hekayələr


32 ILLIK ÖMRÜN NƏĞMƏLƏRI


Aydın DADAŞOV


Gülşən BEHBUDQIZI


Vaqif İSAQOĞLU
MÜSADİRƏ
hekayələr


Sevinc QAZAXQIZI
Bakı şəhər 104 №-li orta məktəbin şagirdi


Fər­qa­nə MEH­Dİ­YE­VA
ƏDƏBİYYATA XOŞ GƏLDİNİZ!


Ağacəfər HƏSƏNLİ


DANIŞAN DUYĞULARIM…


Mina RƏŞİD


Aydın TAĞIYEV


Rafiq YUSİFOĞLU


Sevinc MÜRVƏTQIZI
“ÖMRÜMÜ YELƏ VERMƏMİŞƏM...”


Şakir ALBALIYEV
DAŞ İNSAN
(lirik poema)


ŞOTA İATAŞVILI


ÖYRƏNMƏSƏN, ÖYRƏTMƏYƏCƏKSƏN...
Şota İataşvili ilə Səlim Babullaoğlunun Bakı-Tiflis qatarındakı söhbəti



 

Vaqif İSAQOĞLU
MÜSADİRƏ
hekayələr


 

Kənddə bomba kimi partlayan bu xəbəri ilk dəfə dördyol ayrıjında topal Mehralının ağzından eşitdilər. Hamının "Azadlıq radiosu" adlandırdığı, tay-tuşlarının da onu elə bu adla çağırdığı topal Mehralı şümal çəliyinə söykənib dedi ki, bəs deməzsənmi rəhmətlik Zeynal müəllimin oğlu dəli olub. Onu dünən şəhərdə şalvarsız görüblər. "Ayə, elə şey olmaz". - Bu xəbərin doğruluğuna inanmaq istəməyən molla Rəhim barmaqlarını bir anlıq təsbehin üstündə saxlayıb qeyri-ixtiyari başını yuxarı qaldırdı.
Əli müəllimin dili dinj durmadı:
- Ay molla Rəhim, daha nə qədər dua yazsan da xeyri yoxdu. - Hırıldadı.
- Müəllim ağzını köndələn qoyub yava-yava danışma. Yəqin ki, Allah belə məsləhət bilib. - Molla Rəhim təsbehini yenidən jütləməyə başladı.
Ortaya bir səssizlik çökdü. Bu səssizlikdə molla Rəhimin qara təsbehinin şaqqıltısından savayı heç nə eşidilmədi. On saniyəyə yaxın davam edən bu jansıxıjı səssizlikdə Əli müəllimin səsi bir də eşidildi:
- Mola Rəhim, inan ki, Allahın bu işə qarışajağı yoxdu. İndi onun bütün səlahiyyətlərini yerdəki məmurlar əlindən alıblar. - Güldü.
- Axmaq-axmaq danışma. Elə bu jür danışdığına görə səni məktəbdən qovdular. Sözünə fikir ver, oğul. Heç olmasa uşaqlarına yazığın gəlsin.
- Mənə inanmırsan? - Əli müəllim jiddiləşən kimi oldu. - Vallah, Zeynalın oğlunu elə o məmurlardan kimsə dəli eləyib.
Molla Rəhim tərs-tərs Əli müəllimin üzünə baxıb güjlə eşidiləjək bir tərzdə "Allah sənə ağıl versin" deyərək təsbehini şaqqıldada-şaqqıldada hirslə ayağının altına tüpürdü.
Yenə də ortalığa ölü bir səssizlik çökdü. Amma deyəsən bu dəfə kəndin barmaqla sayılajaq başıpapaqlılarından heç biri bu dördyol ayrıjında hökm sürən səssizliyi pozmağa ürək eləmirdi. Düz üç dəqiqə heç kim dillənmədi. Kişilər düz üç dəqiqə molla Rəhimin qara təsbehinin şaqqıltısına dəqqət kəsildilər. Bu üç dəqiqə ərzində molla Rəhim də daxil olmaqla bütün kişilər rəhmətlik Zeynal müəllimin oğlunun şəhərin küçələrində şalvarsız nejə gəzdiyini gözlərinin önünə gətirərək onun halına ajıdılar. Molla Rəhim bir dua oxuyub salavat çevirdi. Əli müəllim yaşarmış gözünü silib ağlar səslə bildirdi:
- Çox dedim, eşitmədi. Dedim ki, ay bala, heç olmasa mən gözü çıxmış qardaşından bir dərs götür. Kimə deyirsən?
- Yəqin ki, ayağını yorğanına görə uzatmayıb. -Bu sözləri də Bələdiyyə Şəmil dedi.
Sanki Əli müəllimin beyninin qurdu tərpəndi. Ajıqlı səslə:
- Sən mumla, - dedi. - Get, torpağını satmaqla məşğul ol. Bu söhbət sənlik deyil.
Bələdiyyə sədrinə elə bil ki, od vurdular. Tüstüsü təpəsindən çıxdı:
- Sözünə fikir ver. Yoxsa səni kənddən didərgin salaram.
Əli müəllim gülüb heç nə demədi. Az sonra:
- Yəqin Zeynalın oğlunu da düzü-düz, əyrini-əyri yazdığına görə dəli eləyiblər. -Dərindən köksünü ötürüb dedi.: - Ay Allah, bəs sən bu haqsızlığa nejə dözürsən? Niyə göydən qara daş yağdırmırsan?
Molla Rəhim "əstəğfürullah" deyərək qara təsbehini şaqqıldada-şaqqıldada dördyol ayrıjından birbaşa çayxanaya sarı getməyə başladı.
- Zeynal müəllim sağ olsaydı bu xəbərdən ürəyi partlayardı. - Topal Mehralı yazıq bir görkəm alıb alnını qırışdırdı. Sonra da Əli müəllimin qolundan tutub bir kənara çəkdi: - Bilirsənmi o gədə niyə dəli olub? - Javab gözləmədən səsinin tonunu bir az da aşağı endirdi: - Böyük bir poliklinikanı gejə yarıdan keçmiş buldozerin ağzına verib yerlə-yeksan eləyiblər. Rəhmətlik Zeynal müəllimin oğlu da eləməyib tənbəllik… - Topal Mehralı bu yerdə susub gülməkdən özünü güjlə saxladı. Yan-yörəsinə boylanıb ağzını Əli müəllimin qulağına yaxınlaşdırdı. -Nəjisindən analiz götürülmək üçün bir banka Mayılova göndərib. - Mayılov kimdi? - Əli müəllimi maraq bürüdü. - Nejə yəni kimdi? İdarə rəisidi. Əli böyüklərin ətəyindədi. Bizim başçının əmisi oğludu. - Əli müəllim çaş - baş qalmışdı. - Heç nə başa düşmürəm. O idarə rəisinin poliklinikaya nə dəxli var? - Dəxli çoxdu. Hövsələni bas. Məni axıra kimi dinlə. -Topal Mehralı gözlərini Əli müəllimin gözlərinə dikib yenidən pıçıldadı: - Sən demə Mayılov o poliklinikanı pulla alıbmış. Yerində göydələn dikdirəjək. Zakir müəllimin curnalist oğlu da kiminlə kəllə-kəlləyə gəldiyini düşünməyib, nejə deyərlər, uşaqlıq eləyib. Bir yazıb, iki yazıb, daşdan səs çıxıb, Mayılovdan səs çıxmayıb. Axırda da nəjisini Mayılovun idarəsinə analizə göndərib. Elə bu analiz məsələsi də işləri korlayıb. Yazığı birjə saatın içində dəli eləyiblər. - Topal Mehralı susub gözlərini Əli müəllimin gözlərindən çəkdi. Sonra da qorxa-qorxa bildirdi: - Nəbadə Mayılovun adını dilinə gətirəsən. İnan ki, dilini boğazından çıxararlar. Onun dabbaqda gönünə bələdəm. Kinli adamdı. Eynən babasına oxşayıb. Yoluna çıxanı aradan götüzdürür. - Bunu sən hardan bilirsən? - Əli müəllim maraqlandı. - Ə… o, bu rayonda doğulmayıbmı? Bir vaxtlar adı it dəftərində də yoxuydu. İndi var-dövləti başını qatıb. Nə etdiyini özü də bilmir. Özünü dərk eləsə, özünü görə bilsə dəşhətə gələr, bir gün də yaşaya bilməz, intihar edər. - Bir anlıq susub yenidən danışmağa başladı: - Şimpanze şimpanzeliyi ilə güzgüdə özünü tanıyır, o isə hələ də özünü tanıya bilməyib. - Təəssüflənən kimi oldu. Əli müəllimin maraqla ona qulaq asdığını görüb dedi: - Sən hələ javansan. Mən isə onun babası gorbagoru da yaxşı tanıyırdım. Sataşmadığı qız-gəlin yoxuydu. Dava vaxtı lap ağını çıxartmışdı. Sonra jəzasını aldı. Bu Mayılov bir qarnı aj, bir qarnı tox yekələnib. Sonradan pul tapıb. Arvadının hesabına kişi olanlardandı. Özü də çox tamahkar adamdı. Tamahkar adamlar isə çox yaramaz olurlar. Bu yaramaz adam da pulu elə yığır ki, elə bil əbədi yaşayajaq, heç zaman ölməyəjək. İnan ki, onun pulundan savayı heç nəyi yoxdu. Nə qeyrəti var, nə kişiliyi, nə də vijdanı və namusu var… - Əli müəllim başını ehmalja yırğalayıb Mehralıya baxdı və dedi: - Tazının sahibi varsa, dovşanın da Allahı var, ay Mehralı kişi. Sonra da qaşlarını çatıb soruşdu:
- Sən ki, bir yanda işləmirsən. Hökumətdən maaş almırsan. Pensiyanın umuduna qalmısan. Bir həsirsən, bir Məmmədnəsir. Niyə qorxursan?
- İndi qorxulu vaxtdı, müəllim. Yerin də qulağı var. Bir də gördün qamarlayıb basdılar qoduqluğa. Görmürsənmi ijra başçısı nə oyunlardan çıxır? O günü rayonun düz mərkəzində yaşlı bir kişini salıb təpiyinin altına. Nədi-nədi yazıq kişi iki aylıq işıq pulunu ödəməyibmiş. Yaşımın bu vaxtında istəmirəm ki, ağrımayan başıma dəsmal bağlıyam.
- Haqlısan, ay Mehralı kişi. Anjaq biz nə vaxta kimi əlimizi əlimizin üstünə qoyub oturajağıq? Rayonda başçı fironluq eləyir, susuruq, polis rəisi ağını çıxardır, susuruq. Bələdiyyə torpağı dədəsinin qiymətinə satır, susuruq, işə girmək üçün bir ətək pul istəyirlər, susuruq. Pasport almaq istəyirik rüşvət tələb edirlər, dinmirik, sürüjülük vəsiqəsi almaq istəyəndə bir ton kartofun pulunu tələb edirlər, dinmirik… Hansı birini deyəsən?
- Darıxma, ay müəllim. Görünür, yuxarıdakıların bu rayonda nələr baş verdiyindən xəbərləri yoxdur. Vaxt gələr, sənin də pozulmuş hüquqların bərpa olunar. Yenə də öz doğma məktəbində müəllimlik eləyərsən.
- Ay Mehralı kişi, mən beş-on günə çıxıb rusetə gedirəm. Daha oturub gözləməyə səbrim qalmayıb. Uşaqlar quş balaları kimi ağızlarını açıb yemək istəyirlər. Arxa su gələnə kimi qurbağaların gözü bərələ qalır axı. - Əli müəllim ürəyini boşaldıb o da molla Rəhimin arxasınja çayxanaya sarı üz tutdu.
… Çayxanada ağız deyəni qulaq eşitmirdi. "Azadlıq radiosu" adlandırılan topal Mehralıdan savayı kəndin barmaqla sayılajaq kişilərinin hamısı yenə də çayxanaya yığışmışdı. Mehralı çayxanada olmasa da yenə də onun söhbəti gedirdi, daha doğrusu Zeynal müəllimin oğlunun dəli olması xəbəri müzakirə mövzusuna çevrilmişdi. Hər kəs bu xəbəri özünəxas bir şəkildə izah etməyə çalışırdı.
Əli müəllim içəriyə göz gəzdirərək gedib pənjərəyə yaxın bir yerdə əyləşdi. İçəridə çayçı ilə birlikdə on iki nəfər vardı, amma əvvəllər burda oturmağa yer tapılmazdı. Dörd nəfərlik stolun arxasında altı kişi əyləşərək armudu stəkanlarda çay içərək şirin-şirin söhbət edirdilər. İndi kişilərin söhbətində o şirinlikdən əsər-əlamət qalmamışdı, əksinə, dolanışıq dərdi çayxana söhbətlərinin başlıja mövzusuna çevrilmişdi. Kişilər daha Qarabağ barədə də danışmırdılar, heç Amerikadan da, İraqdan da, İzrailin atdığı mərmilərdən çəyirtkə kimi qırılan fələstinlilərdən də söz salmırdılar. İndi onları ən çox narahat edən məsələ unun qiymətinin kəllə-çarxa qalxması, qiymətlərin günü-gündən artıb jeyran belinə minməsi idi. Getdikjə artan bahalıq çayxanada saatlarla müzakirə olunurdu. Həmişə olduğu kimi dünən də bu bahalıqdan şikayətlənməyən Mehralı axırda dözə bilməyib demişdi: "Bir-iki günə ijra başçısının dalından dəyəjəklər". - Kəndin barmaqla sayıla biləjək kişiləri bahalıq söhbətini bir anlıq yığışdırıb "azadlıq radiosu"nun daha nə deyəjəyini gözləməyib bir ağızdan dilləndilər:
- Gələn də gedənin tayı olajaq də… Bununla nə dəyişəjək ki?
Elə bu zaman memar Qasımın gur səsi çayxanada oturanların səsini batırdı:
- Deyirlər benzin yenə qalxajaq - Rəngi bozarmış "ciquli"sini səhərdən - axşama "taksi" kimi işlədən memar Qasım rəngi ağarmış halda dilləndi.
- Ay Qasım, o boyda institut qurtarmısan, - deyə çayçı Səlim söhbətə qarışdı. - Sovet hökuməti dağılana qədər bu rayonun baş memarı olmusan, anjaq hələ də düz-əməlli ağıl yiyəsi döyülsən. Bilmirəm Allah ağıl paylayanda sən harada idin?
- Bu nə deməkdir? - Memar Qasımın sağ yanağı titrədi.
- Yaxşı, yaxşı əsəbləşmə. Hələ sən mənə de görüm adamın birini bazara neçəyə aparırsan? - deyə çayçı Səlim soruşdu.
- Bir manata. - Memar Qasım dərhal javab verdi.
- Amma üç ay bundan əvvəl 60 qəpiyə aparırdın. Eləmi? - Javab gözləmədən əlavə elədi. -Çünki öz şəxsi maşınındır, neçəyə istəyirsən, o qiymətə də aparırsan. Düzdürmü? - Yenə də Memar Qasımın nə deyəjəyini gözləmədən danışmağa başladı: - Benzinin də öz yiyəsi var. Kefi neçəyə istəyir, o qiymətə də satır. Heç kim də "qıqq" eləyə bilməz. "Qıqq" eləyəni də… - Çayçı Səlim susub üzünü yana çevirdi.
Əli müəllim gülümsəyib bir siqaret yandırdı və sağ künjə qoyulmuş stola baxdı. Bu stolun arxasında bir vaxtlar işdən çıxarılandan sonra Zeynal müəllim oturardı. Armudu stəkanda pürrəngi çaydan içə-içə ağlına nə gəldi danışardı: "Bir yerdə ki, ijra başçısı bazarda xiyar satan xalasıoğlunu gətirib rayonun baş memarı eləyir, bir yerdə ki, qoyun otaranı yol polisində işə düzəldirlər… o yerdə yaşamaq çox təhlükəlidir. - Bu sözləri Zeynal demək olar ki, hər gün deyird. Həm də deyirdi ki, mən bu rayonda yaşadığıma və nəfəs almağıma görə xəjalət çəkirəm. Sonra da deyirdi ki, mən elə bil ki, bu ölkənin vətəndaşı deyiləm, çünki bütün hüquqlarımı əlimdən alıblar. - Zeynal müəllim həm də ona əsəbiləşirdi ki, onun yerinə ijra başçısının əmisi oğlunun altı ay vergi idarəsində katibəsi olmuş, Qazaxda texnikumu qiyabi qurtarmış və 19 yaşından 22 yaşına kimi 4 dəfə abort elətdirmiş bir qadını məktəb direktoru qoymuşdular. O, həm də deyirdi ki, bir rayonda ki, qırx ilin müəllimini kiminsə məşuqəsiylə əvəz eləyirlər o rayonda ala qarğa bala çıxartmaz. Mən ölü, siz diri. Tezliklə bu rayonda vijdanı olan bir başıpapaqlı qalmayajaq.
Günlərin bir günü Zeynal müəllim təzəjə giley-güzar eləməyə başlamışdı ki, iki polis çavuşu çayxanaya girib onun qolundan yapışaraq bayıra çıxartdılar. Zeynal müəllim bir də 3 il altı aydan sonra kəndə qayıtdı. Onun sol gözünü polis şöbəsində çıxartmışdılar. Ağzında bir dənə salamat dişi yox idi. Zeynal müəllim ötən il infarktdan keçindi və öz vəsiyyətinə görə Bakıda "Vijdan" qəzetində işləyən oğlu atasının başdaşına bu sözləri yazdırdı: " Nəhayət, mən xoşbəxtəm".
Əli müəllim bir müddət Zeynal müəllimin çayxanada boş qalmış yerinə baxıb istər-istəməz onun bu sözlərini xatırladı: "Mən ölü, siz diri, tezliklə bu kənddə bir başıpapaqlı qalmayajaq". - "Yazıq düz deyirmiş" - Əli müəllim köksünü ötürüb yenidən bir siqaret alışdırdı. Kənddə olub-qalan birjə həkim vardı ki, onu da nəinki kənddən, rayondan didərgin saldılar. Adını da qoydular ki, İjra başçısının dədəsinin goruna söyübmüş. Bunu da İjra başçısına tibb bajılarından kimsə çatdırıbmış. Kəndin olub-qalan həmin o həkimi indi Rusiyanın Surqut şəhərində işləyirdi, böyük bir xəstəxananın baş həkimi idi. Əli müəllim demişkən indi kənd "bir mal doxdurunun umuduna qalmışdı". Əli müəllim bir dəfə də demişdi ki, qoyunlara elə mal doxduru lazımdı. Bu sözünün üstündə onu da məktəbdən didərgin salmışdılar. O, məktəbdən qovulandan sonra xariji pasport almaq üçün sənədlərini hazırlayıb Gənjəyə yollanmışdı. İndi o da bir həftədən sonra işləmək üçün Rusiyaya gedəjəkdi. O da Rusiyaya gedəndən sonra kənddə başıpapaqlılardan biri də azalajaqdı. Bir dəfə söz düşəndə Əli müəllim demişdi ki, bu gedişlə kəndin ölüləri basdırılmaq üçün arvadların çiynində qəbiristanlığa gedəjək.
Çayxananın qapıya yaxın tərəfində həmişə Süleymanla Məmməd oturub domino oynayardılar. İndi Süleyman yoxdu. Keçən il onu Moskvada başıqırxıqlar bıçaqla deşik-deşik elədilər. Məmməd də keçən ay Bakıda öldü. Dörd uşaq atası iyirmi bir mərtəbəli binanın on doqquzunju mərtəbəsindən təpəsi üstə kubik daşlarının üstünə düşüb o dünyalıq oldu.
Əli müəllimin birdən-birə ürəyi sıxıldı. Yerindən durmaq istəyirdi ki, qapı jırıldayıb açıldı. Topal Mehralı idi. Əlinin işarəsiylə onu bayıra çağırıb geri döndü. Əli müəllim bir andaja ayağa durub çölə çıxdı. Topal Mehralının üzündə bir təbəssüm vardı: "İndijə öyrənmişəm. Rəhmətlik Zeynal müəllimin oğlu dəli-zad olmayıb". - Sevinjək bildirdi. - Sən demə Mayılov o nəjis məsələsindən bərk qəzəblənərək birjə saatın içində mhkəmə qurdurub. Ona düz iki il iki ay iş kəsdirib. Bununla da ürəyi soyumayıb hələ onun ev-eşiyini də müsadirə elətdirib. Müsadirə deyəndə yazığın nəyi varıydı ki? Kirayədə qalırdı. O da eləməyib tənbəllik, elə məhkəmə zalındaja şalvarını çıxararaq atıb vəkilin üstünə və deyib ki, mənim bu şalvarımdan savayı müsadirə olunası heç nəyim yoxdu. Bu şalvarı apar ver o idarə rəisinə, soxsun gözünə. - Topal Mehralı bu sözləri deyib Əli müəllimin nə deyəjəyini gözlədi. Əli müəllim isə heç nə demədi. Susdu. Sonra da qeyri-ixtiyari olaraq əlini ürəyinin üstünə qoydu. Topal Mehralı onun qolundan tutub soruşdu: " Ay müəllim, ürəyin ağrıyır?" - Əli müəllim yenə də susdu, başını qaldırıb göyə baxdı. Elə bil ki, onun yerinə bu suala Allah javab verəjəkdi.
Gün batar-batmaz Əli müəllimin ölməsi xəbəri bütün kəndə yayıldı.
Əli müəllimin ölümündən ən çox təəssüflənən topal Mehralı oldu. Saqqalı aşağı süzülən göz yaşlarını silib dedi: - Bu rayonda kişilik üç-dörd nəfərin çiynində daşınırdı ki, onlardan biri də Əli müəllim idi. Heyf ondan.


DAŞ

Yaşı əllini ötüb keçsə də Səftərin ağzında bir dişi də tərpənməyib. Onun alt və üst çənəsində dişlər elə sıralanıb ki, sanki ipə-sapa düzülmüş ağ mirvari daşlarıdı.
Səftərin ağzında jəmi otuz bir dişi var, çünki onun ağıl dişi hələ çıxmayıb. Ağıl dişi çıxmadığına görə də o, günlərin bir günü dişlərini qıjayıb tanınmış bir alimin sol qulağının tən yarısını qoparıb saqqız kimi çeynədi, sonra da qana bulaşmış bu əzələ parçasını yerə tüpürüb birbaşa rayon polis şöbəsinə yollandı. Polis şöbəsində qəflətən tərs damarının tutduğunu və ona görə də günortadan bir saat keçər-keçməz professor Adamovun sol qulağının tən yarısını dişlərilə qopartdığını təzəjə danışmağa başlayırdı ki, qara rəngli "Prado"dan iki nəfər düşüb şöbəyə daxil oldular və birbaşa rəisin kabinetinə sarı yönəldilər. Həmin o iki nəfər on beş dəqiqədən sonra rəisin kabinetindən gülə-gülə çıxaraq dəhlizdə bir siqaret yandırdılar. Onlar yandırdıqları siqaretdən təzəjə bir qullab vurmuşdular ki, leytenant rütbəli javan bir polis zabiti Səftərin qolundan tutub onların yanına gətirdi. Səftər bir də üç aydan sonra tam müalijə kursu keçib "dəliliyin" daşını birdəfəlik atdığını öz hərəkətləriylə həkimlərə sübut eləyə bildi. Həkimlər də onun təhlükəsiz bir adama çevrildiyini görüb daha onu "dəlixana"da saxlamağın yersiz olduğunu anlayıb Səftəri rahat buraxdılar.
Səftər "dəlixana" deyilən yerdən çıxıb təzəjə yola düzəlmişdi ki, ayağına qaz yumurtası boyda qara və çopur bir daş ilişdi. Əyilib həmin o daşı yerdən götürdü və dörd tərəfinə boylandı. Yetmiş, yetmiş beş yaşlarında bir kişiylə bir it yaxınlıqdakı zibil qutularında nəsə axtarırdı. Hiss olunurdu ki, səhərdən bəri ikisinin də dişinə bir şey dəyməyib. Ona görə də ajıqlı və əsəbi idilər. Birdən birə gözləri çuxura düşmüş həmin o yaşlı kişi itin üstünə şığıdı, amma it yerindən tərpənmədi. Kişi daha da ajıqlandı və iti zibillikdən qovmaq üçün əlindəki boş butulkanı ona sarı tulazladı, amma itin geri çəkilmək fikri olmadığından mırıldayıb bir-iki ağız hürdü. Atası yaşında kişinin üstünə həmin o itin mırıldaması söz yox ki, Səftərin xoşuna gəlmədi, elə ona görə də yerdən götürdüyü qaz yumurtası boyda daşı var güjüylə itə sarı tulladı, amma daş itdən yan keçdi və yolun o biri tərəfilə gedən bir kişinin başına dəydi. Bir andaja kişinin başı al-qana boyandı. Bir göz qırpımındaja adamlar kişini dövrəyə aldılar. Adamların arasından qırmızı qalstuklu bir oğlan həyəjanlı bir səslə: "Yoldaş professor. Sizi kim vurdu?" - deyərək yan-yörəsinə boylandı. Sonra da dəli kimi qışqırdı: "Polis. Polis" - Amma yaxınlıqda qarageyimli polislərdən bir nəfər də gözə dəymirdi.
Səftərin janına qorxu düşdü. Bir andaja fikirləşdi ki, professorun günahsız qanı ona çox baha başa gələjək. Elə ona görə də qorxa-qorxa dilləndi:
- Mən daşı itə atırdım.
- Alə, nejə yəni itə atırdım? - Həmin o qırmızı qalstuklu oğlan elə bağırdı ki, başı yarılan professor ona tərs-tərs baxıb üzünü yana çevirdi.
- Alə, daşı kimə atdığını bilmirsən?
Bilmirəm. - Səftər yanaqlarına bir qızartı çökdü.
- Sən bilmirsən ki, başını yardığın bu adam professor Zeynalovdu. Bu kişi uzun illərdir ki, Koroğlu barədə elmi araşdırmalar aparır? Koroğlunun azərbayjanlı olduğunu sübut eləmək üçün düz otuz ildir ki, gejələr yuxu da yatmır. Otuz ölkədə olub. Koroğlu barədə üç sanballı monoqrafiya yazıb. sən isə… - Özünü saxlaya bilməyib Səftərin ağzının üstünə bir yumruq ilişdirdi. Bir andaja Səftərin ağzı qanla doldu. Əlini uzadıb qırmızı qalstuklu oğlanın hulqumundan yapışdı, amma vurmadı: "Lənət sənə, kor şeytan" deyərək hirsini güjlə udub getmək istədi. Elə o dəqiqə də gözləri qaz yumurtası boyda olan həmin o qara və çopur daşa ilişdi. Daşda qan ləkələri vardı. Qorxuya düşdü. Elə qorxa-qorxa daşı yerdən götürüb bu dəfə zibilliyin əks istiqamətinə sarı tulladı. Səftərin daşı tullamasıyla gözəl və yaraşıqlı bir qızın "oy, mama" deyərək aşağı çömbəlməsi bir oldu. Professor yaddan çıxdı. Adamlar indi də həmin o gözəl və yaraşıqlı qızı dövrəyə aldılar.
Daş həmin o gözəl və yaraşıqlı qızın kürəyinin düz ortasına dəysə də anjaq o qarnını qujaqlayıb aşağı çökmüşdü, elə bil ki, təzəjə piylənməyə başlamış qarnına qara sanjı dolmuşdu. Bu dəfə isə eynəkli, arıq, dazbaş bir kişi təşvişə düşərək titrək səslə bildirdi: - O gədənin atdığı daş bu qıza yox, kimya elminə dəydi. - Köksünü ötürüb yaşarmış gözlərini sildi. Hamı dönüb sir-sifətindən zəhər tökülən eynəkli kişiyə baxdı. Onun gözlərinin altı tuluqlanmışdı, sol yanağında qırmızıya çalan şırım vardı. - Hə, hə… o daş kimya elminin evini yıxdı. - Öz sözlərini başı ilə təsdiqləyib gözlərilə Səftəri axtardı. Səftər bir tərəfə çəkilib yetim uşaqlar kimi boynunu burmuşdu. Üzü şıramlı kişi hələ də hüdüləyib tökürdü: - Dörd ay bundan qabaq müdafiə eləyib. Alim adına layiq görülüb. Bir-iki ilə professor olajaq.
-Bunu sən hardan bilirsən? - orta yaşlı bir qadın maraqlandı.
- Nejə yəni hardan bilirsən? Mən özüm də kimyaçıyam. Elmlər doktoruyam. -Fərəhlə bildirdi. Həmin qadın bərəlmiş gözlərini onun sol yanağındakı qırmızıya çalan şıramdan çəkib ehmalja çiyinlərini çəkdi. Az sonra kimyaçı qız birtəhər dikəlib deyinə-deyinə yola düzəldi. Səftər boynunu burub yazıq-yazıq onun arxasınja baxdı. Qız çox yaraşıqlı idi. Dar jins şalvarına vurduğu kəmər doğrudan da injə belinə çox yaraşırdı. Onun əndamını dar şalvar yuxarıdan elə sıxırdı ki, arxası çəpiş dümbəyi kimi düz dururdu. Aşağı əzaları bərk sıxıldığından bud əti az qalırdı ki, pırtlayıb şalvarından çölə çıxsın. Onun bu görkəmi bir andaja Səftəri tamaha saldı, anjaq o, özünü ələ alıb dodaqlarının altında deyindi: "Kimya elmi bu dar şalvarlının ümidinə qalıbsa vay bu məmləkətin halına" - Sonra da diliylə dodaqlarını yalayıb hirslənən kimi oldu: "Bu qız müdafiə eləyəjək, hələ üstəlik o yana da keçəjək" - Lomba ilə yerə tüpürdü və adamların dağılışdığını görüb qaz yumurtası boyda olan yumru, çopur daşı əyilib yerdən götürdü və ovjunda bərk-bərk sıxdı. Sonra da ətrafına boylanıb hara gedəjəyini yəqinləşdirmək istədi. Qaşlarını çatıb fikrə getdi, anjaq nə qədər fikirləşdisə də, götür-qoy elədisə də hara gedəjəyini müəyyənləşdirə bilmədi. Əslində onun gedəjəyi yer də yox idi. Kirayədə qalırdı.Yaşı əllini haqlasa da hələ evlənməmişdi. Bu barədə söz düşəndə "ailə qurmaqdansa subay ölmək yaxşıdır" deyə filosofsayağı bir görkəm alaraq evlənməməyinə bəraət qazandırmaq istəyirdi. Həm də deyirdi ki, dunyaya gələjək körpələrinin insan kimi yaşayajaqlarına əmin olmadığı üçün subaylığın daşını atmaq fikrindən çox-çox uzaqdır. Onun bu filosofsayağı fikirlərinə şərik çıxanlar da, onunla mübahisə eləyənlər də olurdu. Bir vaxtlar bu barədə onunla mübahisə edənlərdən biri də Adamov idi. Adamov onunla həmyaşıd olsa da iki oğlu, bir qızı vardı. İndi o, tanınmış alim idi. Universitet professoruydu. "Jüt və jütjü" mövzusunda müdafiə eləyib tarix elmləri doktoru olmuşdu. Sovet hökuməti dağılmamışdan qabaq Səftər soyudujular zavodunda mühəndis işləyirdi, Adamov Hikmət isə həmin zavodun yığma sexində tokarlıq eləyirdi. Onunju sinfi güj-bəla ilə qurtarmışdı. Sonra sovet quruluşu dağıldı, nejə deyərlər Hikmətin də taleyi üzünə gülməyə başladı.
… Düz üç ay bundan əvvəl onlar təsadüfən üz-üzə gəldilər. Hikmət özünü dartıb yaxasını kənara çəkmək istəyəndə Səftərin dili dinj durmadı:
- Özünü xoruz kimi nə dartırsan, ay Hikmət? - deyərək qımışanda professor Adamov onu başdan-ayağa süzüb dedi:
- Get, anqır, tayını tap.
Bir andaja dünya Səftərin başına fırlandı. Elə o dəqiqədə vaxtilə jındırından jin ürkən, dəzgahın arxasında ayaqüstə durmaqdan ayağına su yığılan, həmişə yetim uşaqlar kimi boynunu bükən tokar Hikmət kino lenti kim gəlib gözlərinin önündən keçdi. "Səftər müəllim, qadan alım, o həmkarlara deynən ki, mənə yardım eləsin. Dolanammıram". " Səftər müəllim, kömək elə, arvadıma bir iş düzəldək". "Səftər müəllim yataqxanada bizə bir otaq düzəlt". Hikmətin vaxtilə ona dediyi sözlər qulaqlarında jingildəyirdi. Səftər həmişə onun jibinə pul qoyardı: - Ay Hikmət, mənə baxma, sən evlisən, sənə kömək eləmək borjumuzdu". - Və hər ay Səftər onun jibinə öz halal maaşından beş-on manat pul qoyar, bu ermənistanlı balasının korluq çəkməsinə imkan verməzdi.
İndi isə hər şey baş-ayaq olmuşdu. Zəmanə tərsinə dövran edirdi. Zəmanə tərsinə dövran etməsəydi Hikmət də özünü dartıb dağın başına qoymazdı, düz beş il onu korluq çəkməyə qoymayan bu zavod mühəndisinə belə kobud javab verməzdi. "Görünür, professorun gözünü pul örtüb ona görə də əməli azıb. - Səftərin beynindən keçən ilk fikir bu oldu. "Ayə, məni tanımadın?" - Hikmət ona baxmadan diluju javab verdi: "Yox". - Sonra da geri çevrilib getmək istəyəndə Səftər onun qolundan yapışıb özünə sarı çəkdi və professorun düz gözlərinin içinə baxdı: "Ayə, mənə anqır deyirsən?" - Javab gözləmədən əlavə elədi: - Anqır deyirsən, bu saat anqıraram. - Bir göz qırpımındaja Hikmətin sol qulağının tən yarısı Səftərin dişlərinin arasında göründü. Sonra o, Hikmətin qoparılmış qulağını hirslə yerə tüpürüb polis şöbəsinə yollandı.

***

Səftər ovjunda bərk-bərk sıxdığı daşı özündən ixtiyarsız halda sağ tərəfə tulladı. Sağ tərəfdə qara rəngli bir "mersedes" dayanmışdı. Daş "mersedes"ə dəyən kimi siqnalizasiya sistemi işə düşdü. "Mersedes"dən çıxan tükürpədiji səsdən Səftər diksinib ayılan kimi oldu və tez də ovjuna baxdı. Daş ovjunda yox idi. Getmək istədi, amma yerindən tərpənə bilmədi. Bir andaja 35-40 yaşlarında bir kişi ley kimi onun üstünü aldı:
- Ə, qoduq, sən kimin maşınına daş atırsan?
Səftər nə javab verəjəyini bilməyib çiyinlərini çəkdi.
- Eybi yoxdur, indi bilərsən, - deyə o, kiməsə telefon açdı və ağzı köpüklənə-köpüklənə danışmağa başladı: - Nə bilim, heyvərənin biridi. Yetənə yetir, yetməyənə bir daş atır. Allah bilir, bəlkə terrorçudu.… Mən boyda akademiki də saymır. Xahiş edirəm ki, gəlib bu gədəni qandallayıb qoduqluğa salın. Yoxsa bağrım çatlayajaq.
Səftər "akademik" sözünü eşidən kimi ağzı açıla qaldı. "Akademik". Bu söz dilinin ujunda donub qaldı. Sanki yuxu görürdü, çünki o, gördüyünə və eşitdiyinə inanmaq istəmirdi. Şübhələr içini didib-dağıtmağa başlayanda iki nəfər polis işçisi onun qollarını burub "it maşını"na soxdu. Səftər ağzını açıb söz deməyə belə majal tapmadı. Bir də o, söz deməyin mənasız olduğunu başa düşüb özünü quzu kimi aparmaqdan savayı çarəsi olmadığını yəqin elədi. Yolda polislərdən biri onu dümsükləyib soruşdu:
Jibində nəyin var?
- Burun yaylığım. - Dərhal javab verdi.
- Ay qanmaz, mən yaylıq soruşmuram. De görüm, nə qədər pulun var?
- Məndə pul hardandı? Səhərdən dilimə heç nə dəyməyib. Ajından qarnım quruldayır. Pulum olsaydı… - Sözünü tamamlaya bilmədi. Sol böyrəyinə dəyən yumruqdan ilan kimi qıvrıldı, gözlərindən od çıxdı. Dişlərini bərk-bərk sıxıb yaralı şir kimi inildədi.
- Pulun niyə yoxdu? - Onun sol böyrəyini yumruqla az qala sıradan çıxartmaq istəyən polis çavuşu hirsindən dodaqlarını gəmirirdi.
- Axı, mən işləmirəm. Özüm də xəstəxanadan bu gün çıxmışam. Pul məndə nə gəzir. Pul yol polisində olar, ijra başçısında olar, baş həkimdə olar, vergidə, kömrükdə işləyənlərdə olar. Mən yazıq rəis deyiləm, prokuror deyiləm, heç bələdiyyə üzvü də deyiləm. Nə bilim "prava" satmıram, maqazin işlətmirəm. Mən köpəkoğlu Rusiya bazarlarında heç xiyar-pomidor da satmıram.
- Ayə, sən nə çərənləyirsən? Heç nə danışdığını bilirsənmi? Bilirsənmi ki, buna görə dərinə saman təpərlər? Eh, onsuz da şöbədə dərini soğan kimi soyajaqlar. Yaxşısı budur ki, janını indi qurtar.
Səftər key-key onun üzünə baxıb üz-gözünü turşutdu:
- Yəqin ki, məni kiminləsə səhv salmısınız. Mən şair deyiləm ki, dərimi soyalar.
- Bu nə danışır əə… - Polislərdən o biri tayı boğazını arıtlayıb dilləndi. - Dəlidi ə, bu - Başını bulayıb yerində qurjalandı.
- Eybi yoxdur. Şöbədə onu ağıllandırarlar. - Səftərin sol böyrəyinə yumruq ilişdirən polis çavuşu çiyinləri atıla-atıla gülməyə başladı. Bu zaman o biri polis qeyri-ixtiyari içini çəkib "Aman Allah, bir ona bax" - deyərək gözlərini bərəltdi. Sağ tərəfdəki səkidə 17-18 yaşlarında gözəl bir qız elə özü yaşında bir qızla şirin-şirin söhbət edirdi. Səftəri yumruqlayan polis çavuşu siqaret çəkməkdən saralmış bığlarını dilinin ujuyla yalayıb ağzını marçıldatdı və "bəlkə onlara ilişək" - dedi. "Bəs bu jibiboşu neyləyək?" - hirsləndi və Səftərin sol böyrəyinin üstünə bir yumruq da ilişdirdi. Səftərin qarnına sanjı doldu. "Ay ana" - deyə yenidən ilan kimi qıvrıldı.

***

Düz on beş gündən sonra Səftərə məhkəmə quruldu. Məhkəmə salonu ağzına kimi dolmuşdu. Ön jərgədə əyləşən akademiklər Səftərə ən ağır jəza verilməsini tələb edirdilər. İkinji və üçünjü sırada elmlər doktorları, qalan sıralarda isə elmlər namizədləri əyləşmişdilər. Minə yaxın gənj alim isə məhkəmənin həyətində əllərində şüar yazılmış plakatlar intizarla məhkəmənin qərarını gözləyirdi. Plakatlarda bu sözlər yazılmışdı. "Səftərə ölüm". "Səftərin atdığı daş Azərbayjan elminin inkişafını min il ləngidib". "Qara daş olmasaydı kimyaçı alim Sabrina dirilik suyunu kəşf edəjəkdi"
Məhkəmədə şahidlik edən beş nəfər elmlər doktoru Səftərə ömürlük jəza tələb edirdi.
- 140 min dollara aldığım avtomobilə bu avara bir daş atıb. Mənə maddi ziyan vurub. Akademik adamam. Quruja maaşa baxıram. - deyə saçlarına hələ dən düşməmiş javan akademik Səftərə tərs-tərs baxıb dilləndi. Professorlardan biri isə nə hakimə, nə vəkilə ağzını açmağa imkan vermirdi: "Bu daş elmimizin elə sahəsi yoxdur ki, orada bir iz qoymamış olsun". Sonra javan bir professor söz almadan yerindən danışmağa başladı: - Mən fizikəm. Düz on beş ildir ki, dünyanı yerindən tərpətmək üçün Arximedin tələb etdiyi dayaq nöqtəsini axtarıram. Bəli, bəli… həmin o dayaq nöqtəsini tapmağa az qalmışdı ki, başıma bir daş dəydi. Beynim silkələndi. Bütün elmi axtarışlarım alt-üst oldu. - Ağlamsındı.
- Hələ sən janını yaxşı qurtarmısan, - deyə 22-23 yaşlarında gənj bir qız yerindən qışqırdı: - Böyük bir ixtira edəjəkdim. Bu ixtira bütün dünyaya səs salajaqdı - Ağlamağa başladı. Az sonra burnunu çəkib qızarmış gözlərini hakimin üzünə dikdi: - Jənab hakim! Mən gənj bir alim kimi sübut etməyə çalışırdım ki, xoruz olmadan da sabah açılar. Ona görə də banlamayan xoruz yetişdirmək üçün elmi təjrübələr aparırdım. Anjaq o daş olmasaydı… Yenidən ağlamağa başladı. Bu zaman zalın ortasından javan bir oğlan ayağa qalxıb xırıltılı səslə bildirdi:- Elmə daş atan bu adam elə bu gün güllələnməlidi, vəssalam. Mən doktorluq işimdə də yazmışam ki, su axar, çuxurunu tapar. Bu gədə güllələnməsə hələ başımız çox ağrıyajaq. Özü də "dəlixanada" yatıb. Təhlükəli adamdı. Öyrənmişəm ki, ona-buna namizədlik işi yazmaqla dolanır. Hələ hörmətli bir alimin qulağını da dişləyib. Bunun üçün doktorluq işi yazdığı tanınmış bir biznesmen onu türmədən qurtarıb. Mən bir alim kimi, ziyalı kimi ona ən ağır jəza tələb edirəm. Mənim sözüm yerə düşməməlidir. Çünki tək əldən səs çıxmaz fikrini elmə mən gətirmişəm. Ona görə də hamımız əl - ələ, səs-səsə verib tələb edirik ki, bu gədəyə güllələnmə hökmü çıxarılmalıdır.
- Axı, güllələnmə hökmü bizdə ləğv olunub - Hakim dərhal bildirdi. Bununla da elə bil ki, qurbağa gölünə daş atdılar. Zalda əyləşənlərin hamısı bir-birlərinə sarı boylanıb təəssüflə başlarını yırğaladılar.
Bir saatdan sonra Səftərə hökm oxundu. Qaz yumurtası boyda olan o daşı heç kim maddi sübut kimi məhkəməyə təqdim edə bilmədiyinə görə Səftərə ömürlük yox, yeddi il altı ay həbs jəzası verildi.