Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Elxan Zal QARAXANLI
XAQANNAMƏ


TƏNQIDÇI ILƏ YAZIÇI ÜZ-ÜZƏ


Makvala QONAŞVILI
(Gürcüstan)


Qulu AĞSƏS
QAPISI AÇIQ MƏCID...
esse


Vüsal NURU


TƏYYAR SALAMOĞLU
ÖLMƏZ SƏNƏTKARIN "ÖLƏN DÜNYA"SI


Adil MIRSEYID
CLASSICAL MUSIC FOR MEDITHATION
poem


ADIL MIRSEYIDLƏ
BIR FINCAN QARA QƏHVƏ


Mubariz CƏFƏRLİ
Hekayələr


32 ILLIK ÖMRÜN NƏĞMƏLƏRI


Aydın DADAŞOV


Gülşən BEHBUDQIZI


Vaqif İSAQOĞLU
MÜSADİRƏ
hekayələr


Sevinc QAZAXQIZI
Bakı şəhər 104 №-li orta məktəbin şagirdi


Fər­qa­nə MEH­Dİ­YE­VA
ƏDƏBİYYATA XOŞ GƏLDİNİZ!


Ağacəfər HƏSƏNLİ


DANIŞAN DUYĞULARIM…


Mina RƏŞİD


Aydın TAĞIYEV


Rafiq YUSİFOĞLU


Sevinc MÜRVƏTQIZI
“ÖMRÜMÜ YELƏ VERMƏMİŞƏM...”


Şakir ALBALIYEV
DAŞ İNSAN
(lirik poema)


ŞOTA İATAŞVILI


ÖYRƏNMƏSƏN, ÖYRƏTMƏYƏCƏKSƏN...
Şota İataşvili ilə Səlim Babullaoğlunun Bakı-Tiflis qatarındakı söhbəti



 

Rafiq YUSİFOĞLU


 
TANRIM İLƏ ÜZ-ÜZƏ

***

Allahım,
çaya axma desən,
axarmı?
Şimşəyə çaxma desən,
çaxarmı?
Gözlərə baxma desən,
baxarmı?
Həvva nənəmizin
bir günahından ötrü
Adəm babamıza
bu zülmləri vermisən,
- Kişi də
arvad sözünə baxarmı?

***

Səni unutduğumuz üçün
Köksümüzdə həmişə
dağ olur, Allahım!
Bəlkə də elə ona görə
övladlarımız üzümüzə
ağ olur, Allahım?!

***

Allahım!
Sənin ürəyin,
sənin səbrin böyük…
Bizim ruhumuza
od ələmisən.
Qəlbimizi
elə yaratmısan ki,
ləzzət çəkməyə aludəyik, -
Bəs onu bizə
niyə qadağan eləmisən?
Açılan gül gözəl idisə,
sənin əmrinlə
niyə solurdu ki?!
Ləzzətin
nə demək olduğunu bilməyəni
elə daş, torpaq yaratsaydın,
nə olurdu ki?!

***

Bu qədər
haqsızlıq olar?! -
Bəbəklərimdə
şimşəklər çaxır.
Ancaq özümə təskinlik verirəm:
Allah təkcə mənim
Allahım deyil,
mənə kələk gələnlərin də
Allahıdı axı?!

***

Mən bu ölümlə
əvvəl-axır
barışmalıyam. -
Ancaq…
Yaratdığını
niyə öldürürsən? -
Ulu Tanrıdan
soruşmalıyam…

HƏVVA NƏNƏ

Həvva nənə!
Nəfsini saxlayıb,
buğda yeməsəydin,
indi Cənnətdə yaşayırdıq
hamımız.
Gözümüzdə qalmazdı
bu qədər
arzu-kamımız.
Buğda nədir ki,
indi sənin nəvə-nəticən
torpaq, daş yeyir.
Bir az artıq qazansın deyə
uf demədən
baş yeyir…
Elələri də var ki,
bir tikə buğda çörəyindən ötrü
dili qısa olub.
Haqqa, ədalətə
qahmar çıxmaq
onun üçün yasaq olub.
Bir buğdadan ötrü
bir nəsli cənnətdən
qovdurdun,
Həvva nənəmiz!
Belə getsə,
başımıza gələcək hava,
nənəmiz!
Nə qədər
Allaha yalvarsaq da,
nə qədər
getsək də minnətə,
yolumuz bir də düşəcəkmi
Cənnətə?
Həvva nənə!
Buğdanı yeyəndən sonra
sevişmək yamanca gəldi
xoşuna.
Bu nə oyun idi açdın
Adəm babamızın
başına?!
Bəlkə də sən haqlısan, -
Şükür eləməliyik
Allahın verdiyi paya.
Bəlkə də
buğda yeyib
yaratmaq eşqinə
düşməsəydin,
biz də gəlməzdik
dünyaya…
Həvva nənə!
Səni sevgi sevincindən
daşındıra bilmədi
nə mələklər,
nə içindən çaylar axan
Cənnət bağı.
Bir də ki,
oğul-uşaqsız,
nəvə-nəticəsiz
nə Cənnət axı?!

DİKTOFONA DEYİLƏN ŞEİR

Ayağımın altında
bəmbəyaz qar xırtıldayır,
Şaxta üzümdən,
yanaqlarımdan öpür…
Allahım elə bil
göylərdən başıma
noğul səpir…
Başımın üstündə
quşlar bəxtiyarlıqla ötür,
Ayaqlarım dovşanların
ləpirini örtür. -
Ovçulardan gizlədikcə
onların izini,
bəxtəvərlər bəxtəvəri
sanıram özümü…
Dinləyirəm həmişə
ürəyimin sözünü, -
O ürəyə görə
çox sağ ol, Allahım!
Sağ ol ki,
qəlbimdəki arzu güllərini
dərmisən.
Çox sağ ol ki,
bu ürəyi
mənə vermisən…
Gözəlliyə gedən yolu
biganələr üçün
bağlamısan.
Çox sağ ol ki,
quşların dimdiyindən
mənə həmərsin,
quşarmudu,
əzgil payı
saxlamısan…

***

Zirvəyə dırmanıb
yorulmuşam,
indi nəfəs dərirəm.
Yazda çiçəklərini
öpüb qoxladığım
həmərsinlərin
indi meyvəsini dərirəm…
Əlimə sancılsa da,
bu yerlərin tikanı,
ürəyimə necə doğmadı,
Allahım,
gözəlliklər məkanı….

***

Həmərsinlər budaqda
qırmızı işıq kimi yanır. -
Qarlı düzlərlə getdikcə
elə bil məni çağırır:
hara gedirsən,
dayan! - deyir.
Aç gözünü xabi-qəflətdən,
oyan! - deyir.
Allahın nuruna
boyan! - deyir.
Kollar ətəyimdən yapışıb,
getmə, dayan! - deyir.
Tanrının hikmətləri
olmadımı sənə əyan? - deyir…
…Bu dünyadan nə ürək,
nə də göz doyan deyil…