Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Elxan Zal QARAXANLI
XAQANNAMƏ


TƏNQIDÇI ILƏ YAZIÇI ÜZ-ÜZƏ


Makvala QONAŞVILI
(Gürcüstan)


Qulu AĞSƏS
QAPISI AÇIQ MƏCID...
esse


Vüsal NURU


TƏYYAR SALAMOĞLU
ÖLMƏZ SƏNƏTKARIN "ÖLƏN DÜNYA"SI


Adil MIRSEYID
CLASSICAL MUSIC FOR MEDITHATION
poem


ADIL MIRSEYIDLƏ
BIR FINCAN QARA QƏHVƏ


Mubariz CƏFƏRLİ
Hekayələr


32 ILLIK ÖMRÜN NƏĞMƏLƏRI


Aydın DADAŞOV


Gülşən BEHBUDQIZI


Vaqif İSAQOĞLU
MÜSADİRƏ
hekayələr


Sevinc QAZAXQIZI
Bakı şəhər 104 №-li orta məktəbin şagirdi


Fər­qa­nə MEH­Dİ­YE­VA
ƏDƏBİYYATA XOŞ GƏLDİNİZ!


Ağacəfər HƏSƏNLİ


DANIŞAN DUYĞULARIM…


Mina RƏŞİD


Aydın TAĞIYEV


Rafiq YUSİFOĞLU


Sevinc MÜRVƏTQIZI
“ÖMRÜMÜ YELƏ VERMƏMİŞƏM...”


Şakir ALBALIYEV
DAŞ İNSAN
(lirik poema)


ŞOTA İATAŞVILI


ÖYRƏNMƏSƏN, ÖYRƏTMƏYƏCƏKSƏN...
Şota İataşvili ilə Səlim Babullaoğlunun Bakı-Tiflis qatarındakı söhbəti


POEZİYA
 

Vüsal NURU


 
Cib şəhəri

Bu şəhərdə adamlar
Bir-birinin cibində.
Yatır dostlar, qohumlar
Ciblərinin dibində

Ciblər gəlir üz-üzə,
Ciblər adam daşıyır.
Bu şəhərdə adamlar,
Ciblərində yaşayır.

Əl çıxarıb cibindən,
Salam alan kim idi?
Kimə salam vərəsən
Salam xəzəl kimidi.

Bu şəhərin adı var-
Bu şəhər cib şəhəri.
Qaranlığı cib salar,
Ciblər açar səhəri.

***

Pəncərə-pəncərə böyüyən şəhərin
Küçələri addım-addım kiçilən adamlarla dolu.
Qartopu baxışları atır bir-birinə,
rastlaşan gözlər.
Qızışır
yaxın dodaqlarla
qulaqlar arasındakı söz tenisi.
Çalınır
Çoxunun içindəki dərdinin "do" notu.
Ölmüş ümüdlərini daşıyan adamların
Çiynindən asılıb yellənir qolları.
Qısalır
Bir daşın altında bitəçək bu insan yolları.
Uzanır
Bu yolları gedən adamların yaşamaq həvəsi.
Və yayın istisi.
Bəlkə də
şəhəri akvariumda görən
Dükan vitrinlərindəki manikenlərin
Yazığı gəlir bizə...

Aclığın fəlsəfəsi

Pələng kimi baxar qarnı tox pişik,
Bilməz pələngliyi haçanacandı?
Hasarı şiş qaya bilən pişiyin
Pələngliyi elə acanacandı.

Kiminsə yolları bitir əlində,
Başlayır kiminsə yolu saçından.
Toxların yadına düşməz tanrısı,
Aclar ümüd yeyib, ölər açından

Başın nə günahı, qarın başdısa?!
Asılan qarnından asılsın gərək.
Bir qarnın üstündə fırlanır dünya,
Acların tanrısı tapılsın gərək.


Görmədiyimiz görüntülər

Biz hələ görmürük pis olan nədir,
Nədi yaxşı olan bu yer üzündə?
Bir qırıq güzgüyə dönə bilmirik,
Bizləri göstərir hər şey özündə.

Bizik bir iylənmiş insan meyiti,
Bir ev xarabası, bir ocaq külü.
Bizik bir uşaqdan gələn süd iyi,
Bir evin kölgəsi bir dibçək gülü.

Dərənin dibində dərə görünməz
Adamlar günahda günah axtarır.
Özünü itirən bu yer üzündə,
Baxıb göy üzünə allah axtarır.

***
Başımı qaldırıb
Üzümü göylərin üzünə söykədim.
Uçan baxışımla
Gözümü göylərə göndərdim, İlahi.
İlahi, mən səni yoxluqda axtardım,
özümü itirdim .
Qayıtdı baxışım...
Mən səni gözümün yaddaşında tapdım.

***
Bulvarda portretə dönür bu gün:
Sahildə adamlar üzür,
Gəzir dənizdə balıqlar.
Sahildə uçur
özünü qağayılara bənzədən yarpaqlar.
Qağayılar
dənizə tökülür.
Ağaclar sahildə lövbər salıb.
Bitib dənizdə gəmilər.
Dənizdə
günəş var bu gün,
Sahildə
günəşi batmış bir adam.