Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Elxan Zal QARAXANLI
XAQANNAMƏ


TƏNQIDÇI ILƏ YAZIÇI ÜZ-ÜZƏ


Makvala QONAŞVILI
(Gürcüstan)


Qulu AĞSƏS
QAPISI AÇIQ MƏCID...
esse


Vüsal NURU


TƏYYAR SALAMOĞLU
ÖLMƏZ SƏNƏTKARIN "ÖLƏN DÜNYA"SI


Adil MIRSEYID
CLASSICAL MUSIC FOR MEDITHATION
poem


ADIL MIRSEYIDLƏ
BIR FINCAN QARA QƏHVƏ


Mubariz CƏFƏRLİ
Hekayələr


32 ILLIK ÖMRÜN NƏĞMƏLƏRI


Aydın DADAŞOV


Gülşən BEHBUDQIZI


Vaqif İSAQOĞLU
MÜSADİRƏ
hekayələr


Sevinc QAZAXQIZI
Bakı şəhər 104 №-li orta məktəbin şagirdi


Fər­qa­nə MEH­Dİ­YE­VA
ƏDƏBİYYATA XOŞ GƏLDİNİZ!


Ağacəfər HƏSƏNLİ


DANIŞAN DUYĞULARIM…


Mina RƏŞİD


Aydın TAĞIYEV


Rafiq YUSİFOĞLU


Sevinc MÜRVƏTQIZI
“ÖMRÜMÜ YELƏ VERMƏMİŞƏM...”


Şakir ALBALIYEV
DAŞ İNSAN
(lirik poema)


ŞOTA İATAŞVILI


ÖYRƏNMƏSƏN, ÖYRƏTMƏYƏCƏKSƏN...
Şota İataşvili ilə Səlim Babullaoğlunun Bakı-Tiflis qatarındakı söhbəti



 

Mina RƏŞİD


 
GÖYDƏ UÇAN LƏLƏYƏM

Nə getməyə bir yerim var,
Nə qayıdıb durmağa.
Adamlar hazır dayanıb-
Könlümü sındırmağa.

Heç ürəkdən sevinmədim,
Qoymadılar gülməyə.
Dünya əcəb gözəl yermiş-
Dərdin alıb ölməyə.

Sındırdılar qanadımı,
Göydə uçan lələyəm.
Hər şey mənə yasaq oldu-
Ta əzəldən beləyəm.

***

Əlimi uzatsam çatar,
Uzaq qohumdan yaxın qonşum,
Amma heyf qəlbimin səsi
heç vaxt sənə çatmaz
…məndən xəbərsiz adam,
sən rahat mənzildə dibçək gülütək
bəslənirkən
mən səhra çiçəyi kimi yağışda islandım,
küləklər döydü qəlbimi, öldüm-dirildim…
bir Allah möcüzəsi saxladı məni.
Çəkdiyim əzablar
ağı qaradan seçməyi öyrətdi mənə
…səni də çox erkən tanıdım
dibçək güllərinin qoxusu olmur axı,
amma çöl çiçəklərinin ətri
uzaqdan vurur adamı
mən bunun fərqindəyəm, dərdim mənim,
bəs sən nəyin peşindəsən?…

***

                                 Nigar Vaqifqızına

Sən bir nəğməsən qəlbimin içində
Çiçəksən - könlüm açılır
Amma səni bataqlıq kolları sevmir, dostum,
Heç məni də
Çünki onlar sevə bilmir, incimə…

SƏBR ETDİM

Kobud üzlərdən, acı sözlərdən, bir sözlə,
dörd bir yandan baş qaldıran
hər gün cücərməkdə olan
qaratikan kollarının arasında sıxıldıqca
"Ya səbr" deyirəm, əsəblərim dincəlir,
ürəyim yumşalır bir az
və yazığım gəlir uşaq kimi ərköyün,
amma heç vaxt böyüməyən adamlara,
həmişə, hər an hər kəsdən sədəqə kimi
"sığal", "sağ ol" gözləyən biçarələrə.
Bu gün yenə onlardan biri zəhərlədi məni
Nə var ki, bir səhər
əmrinə müntəzir dayanmamışam.
Neylədi susdum
Hirsindən, hikkəsindən sanki divara dırmaşdı
Səbr etdim …
Gün keçdi
Səhəri özü pozdu aramızdakı sükutu
Dünən qalxdığı divardan sürüşə-sürüşə...

BUNDAN SONRA

Mən necə pessimist adam oldum,
daha qara fikirlərə əlvida!
Bundan sonra yaxşı şeyləri düşünəcəm
Məsələn, sənin mənə ürəyini açdığın o anları,
telefonda səsinin necə titrəməyini,
bir də gözdən itənəcən
arxamca boylandığın vaxtları
-ayağımın yerdən üzüldüyü o günləri,
həm də elə bu günümü düşünəcəm
səninlə birgə yaşadığım
unudulmaz günlərimi…

İNDİKİ QƏHRƏMANLIQ

…Bazarlar od tutub yandıqca
kasıbların canına üşütmə düşər,
şadlıq sarayları pullu müştəriləri ilə
kef çatladarkən
xəstəxanalarda dəhşətli soyğunçuluqdan
xəstələr dərdini unudar
əhali gecə-gündüz çörəkpulu
dərdi ilə çarpışanlar və kefi fıştırıq çalanlar kimi
iki qrupa bölünər bu məmləkətdə
…indi qəhrəmanlıq sən düşünən anlamdan
çoxdan çvxıb
-bu nə döyüşlərdə şücaət göstərmək,
nə də qalib olmaqdı
qəhrəmanlıq elə bu "bahalı" həyatda
yaşamaq, baş saxlamaqdı
Mübariz müəllim demiş,
Çalışın salamat qalın...

GÖZƏL OLA BİLMİRSƏN

Üzünə-gözünə,
cisminə min bəzək vuran qadın,
gözəl olmursan nədəndi
hələ könülləri əməliyyat etmirlər,
heyf ki, özünsən bu gözəlliyin dərmanı
ürəyini qoru bir az, dinclik ver qaranlıqlara,
dilinə yazığın gəlsin, usanmadınmı
boşuna deyinnməkdən,
yoxsa bu da bir sənətdi…
bu yaşda hər şeyə əl atırsan
gözəlləşmək üçün
min bir rəngə çalırsan
gücün var axı dəyişməyə
qəlbinə yazığın gəlsin
ona da bir əl gəzdirsənə
hər kəsi incidirsən
özünə zülüm edirsən ,
neyləyirsən gözəl ola bilmirsən, deyə…

MƏN FAĞIR ADAM DEYİLƏM

Baxma sakit duruşuma,
Mən fağır adam deyiləm.
Hər sözə bənd olmasam da -
Hər sözü udan deyiləm.

Ürəyim incə olsa da,
Hərdən üzü sərt adamam.
Mən gözəl adam deyiləm-
Amma bir az mərd adamam.

Üzüm-gözüm pis öyrənər,
Məni belə əzizləmə.
Mən sənin malın deyiləm-
Məndən hər şeyi gözləmə.

BU ADAM DÜZƏLƏN DEYİL

Qəlbinin qaranlığından,
Gözləri gizlənən deyil.
Hərdən üzdən dəyişsə də,
Bu adam düzələn deyil.

Gecə-gündüz hey çalışar,
Kimi necə qəmgin etsin…
Hər adama bir ox atıb-
Qəlbini sındırıb getsin.

Sən də gəl üzmə qəlbini,
Adam boşluqla döyüşməz.
Bədxislətdi, darürəkdi-
Dəyişməz, atam, dəyişməz.

NADAN

Günəşin üzünə güldüyü,
Qəlbin isindiyi,
Balaca, zərif çiçəklərə qoşulub
Gülümsədiyin anda birdən
Qara bir bulud alar göy üzünü
Aləm zülmətə dönər.
Bu vaxt sən xırdaca böcək kimi
Bir işıq yolu axtararsan qaçmağa
Amma tapa bilməzsən
…Bir nadan gəlib gününü
göy əskiyə bükər beləcə…

ATASIZ…ANASIZ…

Ev-eşiyə sığmır bu uşaq
Azadlığa can atır
Səsi ərşə qalxır onu sıxanda,
balaca kişi yumruqları düyünlənir.
Bir-iki doğmadan özgə
Heç kim sevmir onu, güya dəcəldi deyə…
…atası olsaydı havaya çıxardı,
qanadları açılardı,
uşaq həyatını yaşayardı o da.
Əslində heç vaxt atası olmayıb onun
Bu gün də qoca anasının əlinə baxan,
İçki düşkünü, maymaq atası…

…Atasız uşaq sıxılmış yay kimidi,
üzü sərt, gözləri yalqız baxar.
…Anasız uşaq
yarımcan yaşayar ömrü boyunca
indi daha çox anladım bunu
"Yad qızı" olandan sonra…

BAXMAQLA GÖRMƏK AYRIDI

Gecələr qalsın bir yana,
Gündüz də gecə kimidi.
Qaranlıq çöküb üzlərə,
Zülmətin bayram günüdü.

Yalnız könül aynasında,
Nə var işığa bürünür.
Göz-gözü görməyən yerdə-
Ən xırda izlər görünür.

Baxmaqla görmək ayrıdı,
Cümlə-aləm sirr içində.
Yaradan işıq kimidi-
Könlüm də bir nur içində…

***

…Kişi bir kibrit parçasıdı
qadın ocaq yeri-
elə bir himə bənddi
tutuşub yanmağa.
Kişinin başı buludlardadı,
Gözləri həmişə uzaqlarda..