Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Elxan Zal QARAXANLI
XAQANNAMƏ


TƏNQIDÇI ILƏ YAZIÇI ÜZ-ÜZƏ


Makvala QONAŞVILI
(Gürcüstan)


Qulu AĞSƏS
QAPISI AÇIQ MƏCID...
esse


Vüsal NURU


TƏYYAR SALAMOĞLU
ÖLMƏZ SƏNƏTKARIN "ÖLƏN DÜNYA"SI


Adil MIRSEYID
CLASSICAL MUSIC FOR MEDITHATION
poem


ADIL MIRSEYIDLƏ
BIR FINCAN QARA QƏHVƏ


Mubariz CƏFƏRLİ
Hekayələr


32 ILLIK ÖMRÜN NƏĞMƏLƏRI


Aydın DADAŞOV


Gülşən BEHBUDQIZI


Vaqif İSAQOĞLU
MÜSADİRƏ
hekayələr


Sevinc QAZAXQIZI
Bakı şəhər 104 №-li orta məktəbin şagirdi


Fər­qa­nə MEH­Dİ­YE­VA
ƏDƏBİYYATA XOŞ GƏLDİNİZ!


Ağacəfər HƏSƏNLİ


DANIŞAN DUYĞULARIM…


Mina RƏŞİD


Aydın TAĞIYEV


Rafiq YUSİFOĞLU


Sevinc MÜRVƏTQIZI
“ÖMRÜMÜ YELƏ VERMƏMİŞƏM...”


Şakir ALBALIYEV
DAŞ İNSAN
(lirik poema)


ŞOTA İATAŞVILI


ÖYRƏNMƏSƏN, ÖYRƏTMƏYƏCƏKSƏN...
Şota İataşvili ilə Səlim Babullaoğlunun Bakı-Tiflis qatarındakı söhbəti



 

ŞOTA İATAŞVILI


 
Çağdaş gürcü ədəbiyyatının məşhur nümayəndələrindəndir; şair, yazıçı, tərcüməçi və art-tənqidçidi; 1966-cı ildə Tiflisdə anadan olub; yeddi şer kitabının , roman və iki hekayə toplusunun, habelə iki tərcümə kitabının -"Amerika şairləri" və "Suzan Zontaqın esseistikası" toplularının müəllifidir; əsərləri rus, ingilis, alman, fransız, portuqal, alban dillərinə çevrilib və nəşr edilib; Moskva, 38-ci Rotterdam Beynəlxalq Poeziya festivallarında iştirak edib; "Saba" mükafatı laureatıdı; "Mravalsakoni Qvekana" ("Çoxsimalı ölkə") dərgisinin baş redaktorudu.

Əgər otuz iki yaşındaykən

Əgər otuz iki yaşındaykən,
Məhz bu dəqiqə, elə indi öyrənsəydim ki, hamımız öləriyik,
Əvvəldən də tanıdığım hər şey-
Əşyalar, evlər, küçələr və şəhərlərin obrazı:
qol saatları,
boşqablar,
afişalar,
əcdadlarımın fotoportreti,
uşaq manejləri,
ayaqqabılar
və şütüyən maşınlar necə də dəyişərdi.

Əgər bu gün, otuz iki yaşındaykən,
seyrəlməkdə olan saçla, xəstə böyrəklərlə
mən ilk dəfədi ki,
"Ölüm" sözünü eşitsəydim; .
-Anam, bacım, arvad, uşaq,
küçədəki adamlar,
dostlar, tanışlar, əməkdaşlar-
onlar mənim nəzərlərimdə
necə də dəyişərdilər-
mən onların danışığını, baxışlarını, tövrlərini
qəlbimdən necə silə bilərdim,
necə qopardardım!

Dözərdimmi?
Dözməzdimmi?

Əgər bu gün, otuz iki yaşındaykən,
məhz bu dəqiqə
kimsə mənə ilk dəfə desəydi ki,
gec, ya tez,
biz hamımız öləcəyik,
onda mənim qəlbimdə
gözlərimdə,
barmaqlarımın ucunda
nə baş verərdi…
Mən bu vəfalı yazı masamla ayrılığa
necə tab eləyərdim ?
Ya da hansı ləzzətlə sümürərdim siqareti,
və ya hamamda isti su şırnağı altında
necə dayanardım,
qızımın balaca əllərini necə öpərdim,
yaxud maaşa qədərki günləri sayardım,
cibimdəki xırda-xuruşu hesablayardım,
necə rəqs edərdim,
necə öpüşərdim,
necə,
bilsəydim əgər,bilsəydim, bilə bilsəydim,
təpədəki günəşə zillənməkçün
Başımı geriyə necə atardım…