Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

FƏRHAD MENE ÜÇÜN


RƏBİQƏ
FƏRHAD METE ÜÇÜN


ZƏRDÜŞT 86
MÖCÜZƏ
Hekayə


V.S NAYPOL
GƏNÇ YAZIÇILAR ÜÇÜN


Con STEYNBEK
Gənc yazıçılara məsləhət


Uilyam FOLKNER
Gənc yazıçılara müraciət


Ali ALİOĞLU


Nahid HACIYEV
YUMULMAYAN GÖZLƏR
Hekayə


Leyla ŞƏRİFOVA


Anar AMİN


Elnura CAVADZADƏ
DEYİLMƏMİŞ SAĞLIQ..
Hekayə


Qəndab BABAYEVA


Vüsal NURU


İTİK
Hekayə


Günel EMİNLİ
"NAXIŞSIZ" ÇILÇIRAQ
QOXU
Hekayələr


Ül­viy­yə HEY­DƏ­RO­VA
XƏYANƏTİN DOSTU
Hekayə


Qılman İMANLI


Sevinc MÜRVƏTQIZI
YANILMA
Hekayə


Aytən TƏHMASİB


Elnaz EYVAZLI


Elvin BAKİROĞLU


Kəramət BÖYÜKÇÖL


Fərid HÜSEYN


Hafiz HACXALIL


Dünya poeziyasından tərcümələr


Xəyalə SEVİL


Ziyad QULUZADƏ
Empty...
Hekayə


Xudabaxış ƏLİYEV
SON ADDIM
Hekayə
Şerlər


RUH­LAN
TÜNZALƏ AĞAYEVA ILƏ MÜSAHİBƏ....



 

Ali ALİOĞLU


 

DA VİNÇİ ÖLƏNDƏN SONRA

Hər axşam pişiklərin
ağlaşmasına qulaq asdım.
Gecə düşmədi…

Hər günün sonunda
Başı çapılmış qoca kişilər keçdi
Gözlərimin önündən…

Eehheeeeeeeeeyyyyy…

Bu qızmar yayda,
İylənmiş ət qoxusu var havada…

Dostum, çək bu mənzərəni…


MƏNİM TEOREMİM

Buna çoxdan alışmışdım. Hər dəfə evə dönəndə burnuma çörək qoxusu gəlirdi və mən sevinirdim ki, evimizdə yenə də çörək bişirirlər, amma bircə dəfə də evimizdə bişirilən çörəyin dadına baxmamışdım. Yalnız qoxunu xatırlayıram. Bu, bəlkə də daha çox yuxuya bənzəyir. Qoxunu duysam da mənə o çörəkdən verilmədiyinə görə heç vaxt narahat olmurdum və bu barədə heç kəsə bircə kəlmə də demirdim.
Uşaqlıqdan həndəsədən heç xoşum gəlmirdi və daxilimdə həndəsi fiqurlara qarşı xoşagəlməz bir hiss vardı… Üçbucağa və dairəyə isə xüsusi nifrət bəsləyirdim.
Heç nəyi isbat eləmədim…
Bir gün 77 yaşlı qoca qadın infarktdan dünyasını dəyişdi. Daha sonra 34 yaşlı bir kişi… Sonra isə 15 yaşlı qız uşağı… Ölənlərin yaş fərqi təqribən iki-iki azalmağa başladı. Ölü doğulan bir körpədən sonra isə uzun müddət heç kəs ölmədi. Hamı qocalmağa başladı. Qocaldılar, qocaldılar və günlərin birində Amerikada qaradərili Obamanın hakimiyyətə gəldiyini eşidib bütün qocalar dəhşətə gəldi.
Çörəyi həmin qocalar təndirdə bişirirdilər. Qoxusu mənə 80 yaşında dünyasını dəyişmiş nənəmi xatırladırdı. O, həmişə deyirdi: Keçən günümüz keçib, gələn günümüz işıqlı olsun.
Həndəsə dərslərində Nazim Hikmətin "İnsan mənzərələri"ni oxuyurdum. O, mənə daha çox düz xətti xatırladırdı. Kitabda isə bu cür teorem, ümumiyyətlə, yox idi.
Ona görə də heç nəyi isbat edə bilmədim.
Beləcə günlərin birində həndəsə dərsləri də bitdi, evimizdən gələn çörək qoxusu da…. İnsanlar yenidən qocalmadan ölməyə başladılar. Atam da öldü…