Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

FƏRHAD MENE ÜÇÜN


RƏBİQƏ
FƏRHAD METE ÜÇÜN


ZƏRDÜŞT 86
MÖCÜZƏ
Hekayə


V.S NAYPOL
GƏNÇ YAZIÇILAR ÜÇÜN


Con STEYNBEK
Gənc yazıçılara məsləhət


Uilyam FOLKNER
Gənc yazıçılara müraciət


Ali ALİOĞLU


Nahid HACIYEV
YUMULMAYAN GÖZLƏR
Hekayə


Leyla ŞƏRİFOVA


Anar AMİN


Elnura CAVADZADƏ
DEYİLMƏMİŞ SAĞLIQ..
Hekayə


Qəndab BABAYEVA


Vüsal NURU


İTİK
Hekayə


Günel EMİNLİ
"NAXIŞSIZ" ÇILÇIRAQ
QOXU
Hekayələr


Ül­viy­yə HEY­DƏ­RO­VA
XƏYANƏTİN DOSTU
Hekayə


Qılman İMANLI


Sevinc MÜRVƏTQIZI
YANILMA
Hekayə


Aytən TƏHMASİB


Elnaz EYVAZLI


Elvin BAKİROĞLU


Kəramət BÖYÜKÇÖL


Fərid HÜSEYN


Hafiz HACXALIL


Dünya poeziyasından tərcümələr


Xəyalə SEVİL


Ziyad QULUZADƏ
Empty...
Hekayə


Xudabaxış ƏLİYEV
SON ADDIM
Hekayə
Şerlər


RUH­LAN
TÜNZALƏ AĞAYEVA ILƏ MÜSAHİBƏ....



 

RUH­LAN
TÜNZALƏ AĞAYEVA ILƏ MÜSAHİBƏ....


 

R: Səhnəyə ilk gəlişiniz Səməd Vurğunun, Mikayıl Müşfiqin sözlərinə yazdığınız mahnılarla bağlıdı. Bizə maraqlıdı ki, niyə gənj şairlərin sözlərinə yox, məhz klassiklərə mürajiət eləmisiniz- bunun səbəbi onlara olan sevginizdəndi ?

T: Mən sizə deyim ki, insan ailədə formalaşır, uşaq gözünü açıb nəyi görərsə, o, onun şüuraltısında yerləşir. Məsələn, gözümü açıb ilk eşitdiyim musiqi "Leyli Məjnun" operası, uverturası, "Şəbi-hijran" olub.Onda mənim 4 - 5 yaşım olardı, ya olmazdı. Düzdü, bundan qabaq, bu yaşa kimi insan ana laylasından başlayaraq çox musiqi eşidir- anjaq o "Şəbi hijran" sanki mənim qulaqlarımda qalmışdı və mən ağlamışdım- bu, hər zaman olan hadisələrdən deyil. Eləjə də gözümü açıb Səməd Vurğunun şeirlərini, kitablarını görmüşəm. Mənim anam filoloqdu- baxmayaraq ki, rus dili və ədəbiyyatı müəlliməsidi, Azərbayjan ədəbiyyatını da çox gözəl bilir. Anam ədəbiyyatçı olduğundan bizdə ədəbiyyat kitabları- xüsusən də detektivlər çox olardı. Amma Səməd Vurğunun anam xüsusi pərəstişkarı olub və bu, mənə də təsir edirdi- ondan sonra mən də gəlib o kitabları açardım, baxardım- sözlərdəki sadəlik uşaq olmağıma baxmayaraq, məni çox jəlb edirdi- şeirlərində çox rahatlıq tapırdım, sanki şairin ruhunu hiss edirdim. Əgər bu bəstəkarlıq mənə Allah tərəfindən verilən bir bajarıqdısa artıq erkən yaşlarımda yaranmışdı- mən bunu hiss etmirdim. Və mənə elə gəlirdi ki, bütün uşaqlar belədi- yəni, hamı Səməd Vurğunu, Molla Pənah Vaqifi oxuyur. Amma sonralar - mən axı rus dilli təhsil almışam- yaşıdlarıma baxanda gördüm ki, heç də belə deyil, həm də o vaxt da rusdilli məktəblərdə Azərbayjan dili dərsləri az saatlarda olurdu: həftədə bir, ya iki dəfə...

R:Nejə ki, Azərbayjan dilli məktəblərdə rus dilinə az önəm verirdilər...

T: Bəli bəli..və təəsüflər olsun ki o vaxt biz başqa bir siyasət altında yaşayırdıq- daha çox rus dili təbliğ olunurdu, mən həmişə şükür edirəm ki, mən elə bir ailədə doğulmuşam ki, orda nitq mədəniyyəti, Azərbayjan dili gözəl olub- baxmayaraq ki, mən əyalətdə yaşamışam. Mən paytaxtda yox, Tovuzda- Azərbayjanın gözəl bir guşəsində yaşamışam. Orda bilirsiniz ki, hər əyalətin öz ləhjəsi var, öz leksikonu var, elə sözləri var ki, başqa rayonlarda istifadə olunmur. Anjaq bunlar bizdən yan keçdi- ailədə anam həmişə nitqə çox fikir verən insan olub. Və bu da onun övladlarında özünü göstərdi. Mən Səməd Vurğunun kitabını götürüb dayanardım güzgünün qabağında, yüksək səslə oxuyardım, artıq bir az sonra mən artıq musiqi məktəbinə gedəndə, hiss elədim ki, nəinki sadəjə şeiri oxumaq mənə zövq verir, həm də bu şeirlərdə bir musiqi eşidirəm. Keçirdim fortepiano arxasına. Əslində, mən özünü tərifdən qaçan insanam,- anjaq, nejə deyirlər- sən özünü tərifləməsən, heç kim səni tərifləməz.Bu proseslər məndə erkən yaşda başladı. Axı 10 yaş çox da böyük yaş deyil- o yaşda mənim artıq musiqi duyumum vardı. Əslində lirik musiqini hiss etmək və yazmaq üçün bu, çox azdı. Mənim ilk mahnılarımı anam eşidəndə məəttəl qalırdı, deyirdi ki, sən uşaq kimi ifa eləmirsən, sən böyük adam kimi ifa edirsən. Məndə heç vaxt uşaq ifası olmayıb- yəni, deyim ki, mən birinji kukla mahnısını oxumuşam, sonra keçmişəm böyük mahnılara, yox. Mən elə uşaq ikən böyük kimi düşünmüşəm, yaşıma baxmayaraq mən bir çox dəyərləri anlamışam. Yəqin ki, bunlara görə məndə məhz o müəlliflərə mürajiət olub.

R: Bəs dünya ədəbiyyatından kimləri sevib- oxuyursunuz?

T: Mən indi yalan danışa bilmərəm ki, son zamanlar nəyisə oturub oxuyuram, yox, daha çox görürəm, dinləyirəm. Çünki, oxumağa nə təyyarələrdə, nə maşınlarda imkan olmur. Belə deyək- mənim ikinji evim təkərlər üstündədi- daima yollarda oluram, bu səbəblərdən mütaliədən uzaq düşmüşəm. Anjaq həmişə mahnılarla olduğum üçün, yaradıjılığımla bağlı olaraq həmişə şeirlərlə əlaqəm var. Amma əvvəl dediyim kimi, evimizdə detektiv kitablar çox olduğundan o həvəs anamdan mənə də keçib, həmişə Aqata Kristini oxumağı sevmişəm. Bizim soydaşımız Çingiz Abdullayevin anam xüsusi pərəstişkarıdı. Anamın ən böyük arzusudu ki, ən azından bir "Salam" desin Çingiz müəllimə. Sonra janım sizə desin, Konan Doyl, təbii ki, Aleksandr Düma...Bax adlarını xatırlaya bilimirəm, bir yadıma salın da..

R: Dostoyevski, Tolstoy,Çexov,Turgenev...

T: Hə, hə, rus ədəbiyyatı bizdə çox olub. Bizim evdə görkəmli yazıçımız Anarın da əsərləri həmişə oxunub. Və bütün bunlar, belə deyək də, anamdan mənə keçib. Məsələn "Oliver Tvistin majəraları", ya da "Ovod"- çox gözəl bir əsərdi, sovet dönəmində bu romana çəkilən bir film də vardı. Bizim tərjümədə bu ad nejədi bilmirəm. Çarlz Dikkensin əsərləri...Ümumiyyətlə, müasir detektivlərdən tutmuş klassikaya çevrilmiş əsərlərə kimi hamısı bizdə vardı.

R: Bəs olubmu ki, ingilis dilində, rus dilində, yaxud da türk dilində şeirlər oxumusunuz, anjaq onların tərjüməsi olmadığı üçün onlara mahnı bəstələyə bilməmisiniz?

T: Çox maraqlı bir məqamdı- əslində bu haqda çox düşünməmişəm, amma rastıma gəlib. Məsələn, bizim soydaşımız var, bizimlə eyni zamanda yaşayan və yaradan çox gözəl gənj xanım var : Nigar Hajızadə. O, Londonda yaşayır, çox gözəl şairədi, hardasa rus ədəbiyyatının gözəl şairəsi Anna Axmatova kimi yazır. Çox iddialı bir şairədi, ingilisjə yazır və mən bu günlərdə onun şeirlərinin üstündə işləyirəm. O hətta öz köməyini də təklif etmişdi- bizim onunla yaxın bir rəfiqə kimi münasibətimiz var. Mənə maraqlıdı onun məhz ingilis dilində düşünjələri- çox sərt, açıq və müasir qadın düşünjələridi, çox iddialı düşünjələrdi. Düşünjələrini bütün çılpaqlığı ilə göstərən bir şairədi- heç bir sözü yumşaq sinonimlərlə əvəz etmir..

R: Ürəyindən nejə gəlir elə də ürəyinin boşaldır..

T: Bizim şairlərimizdən isə Ramiz Rövşəni çox sevirəm- mən dəhşətə gəlirəm onun şeirlərini oxuyanda. Dəfələrlə jəhd göstərmişəm onun şeirlərini musiqiyə otuzdurum- anjaq hələ ki bu məndə alınmır, mənim üçün bir çox əngəllər var. Mən onun qapısını axıra kimi aça bilmirəm. Bu da mənə daha çox stimul verir ki, yox, ey, mən bunun açarını tapmalıyam. Çox sərbəst, çox sadə formada- elə bil insana elektrik keçirir. Mən fəxr edirəm,- sadəjə, əhsən. Mən fəxr edirəm ki, bizim belə düşünən beyinlərimiz, belə istedadlarımız var, dünyanı fərqli görən insanlar var...

R: Özünüz heç şeir yazırsınız?

T: Uşaq vaxtı jəhd etmişdim, amma gördüm ki, yox, bu bir qədər məndə alınmır. Amma siz türk dilində şeirlər dediniz- məni jəlb edir. Yəqin ki, mən bir gün Azərbayjan dilinə yaxın bir türkjəyə mürajiət edərəm...

Həm də onu Azərbayjan dilinə çevirmək asan olur....

T: Həm də ki, Mikayıl Müşfiqin, Səməd Vurğunun sözlərində də, məsələn, "böylə" kimi sözlərə rast gəlmək olur. Müxtəlif sözlər var ki, onlar da o türkjədən istifadə ediblər. Bizim də dilimiz türk dilidi, qanımız türk qanıdı- bu, bizə qıraq bir mədəniyyət deyil, doğma bir mədəniyyətdi. Məni əsasən aşıq sənəti maraqlandırır. Bu, sizə maraqlıdısa, deyim, aşıq sənəti, bildiyimizə görə, muğam sənətindən qat- qat dərindi, erkən yaranan bir sənətdi- elə Dədə Qorqudu, oğuzları yada salaq, Dədə Qorqud ozandı, nejə deyim, oğuz elinin ağsaqqalıdı və o obraz bizdə həmişə real şəkildə olub. Aşıqlarımız əslində tək musiqi oxumayıblar- onların missiyası əslində çox dərindi. Onlar bir tayfanın, bir jəmiyyətin və yaxud millətin böyüyü olublar, bütün problemləri sazla, sözlə açıqlayıblar insanlara, o, sözüylə insanları bir yerə toplayır və dərdləşir, kiminsə deyə bilmədiyini və yaxud ətrafda- dünyada baş verənləri öz sözüylə dünyaya çatdırır. Mən aşıq elindən olduğum üçün həmişə çalışmışam ki, bunun mahiyyətini dərk edim. Niyə bunlardan söz açdım- çünki aşıq sənətində bir forma var : dodaqdəyməz. Məni bu forma çox jəlb edir- elə bil ki, bu şeirlərdə dodaqlar funksiyasını itirir- mən çox istəyərdim ki, bu canrda da mahnı yazım. Əslində bizim etnik qədim dəyərlərimiz, zəngin folklorlorumuz var ki, onlar, xüsusilə də bu sahələr bizdə müasir dövrdə, müasir sənətdə və injəsənətdə o qədər də öz yerini tapmayıb- amma mən eksprimentlər etməyi xoşlayıram. Məsələn, bu yaxında, 2008-ji ilin payız aylarında bir mahnı yazdım, radiostansiyalarda bu mahnını, belə deyək, doyunja verdilər - mahnı adlanırdı "Süsənbəri"- bu, səhv eləmirəmsə, XVII əsrdə yaşamış Ağ aşıq ləqəbli bir aşığın sözləridi, mənə rast gəldi, ensiklopediyada, süsənbəri, ümumiyyətlə, aşıq sənətində bir canrdı, bəlkə də mən tam düzgünlüyü və mahiyyəti ilə danışa bilməyəjəm, süsənbəri nədir- yəni, mənim özüm üçün də maraqlıdır ki, bu süsənbəri nə anlam daşıyır. Addımı, güldümü, bir mürajiətdimi ?Bu sözə mən aşıq ədəbiyyatında çox tez-tez rast gəlirəm. Belə eksperimentlər eləməyi sevirəm. Bu gün artıq mən Nəsimini oxuyuram. İstəyirəm Nəsimiylə bağlı nə isə edim. Yeni bir tərzdə, bir başqa baxışla, düzdü, eksperimentlərə jəmiyyət həmişə birmənalı baxmır. Amma eləsəm də çox savadlı və köklü bir şəkildə etmək lazımdı. Yəni, sabah subut edə biləsən ki, sənin eksperimentin nəyə söykənir.

R : Maraqlıdı sizdə belə fikir olubmu ki, "bu uşaqdı, bu nə yazajaq ki", yəni şeiri seçərkən onun sözlərinə fikir verirsiz, ya anjaq professianallara mürajiət edirsiniz ?

T : Yox, olub ki hətta javan adamlar gəlib, şeirlərini gətiriblər. Məninmçün bunun fərqi yoxdur- o tanınmır, hələ uşaqdı və s. Mənim üçün insanın daxili zənginliyi maraqlıdı. Onun istedadı əsasdı onun əgər düşünmə qabiliyyəti varsa, problem yoxdur. Biz hamımız belə başlamışıq. Məni də jəmiyyət hansısa kriteriyalara görə qəbul eləməyib. İfamı eşidiblər, musiqimi bəyəniblər, şükür Allaha, qəlblərində yer almışam. Bu, hamının başına gələjək bir şeydi. Mənə 16, 17 yaşlı bir insan gəlib rəsm, musiqi və ya şeir göstərəndə mən artıq bilirəm ki, o, komplekslidi, o, utanır. Bu hissləri mən də keçirmişəm. Həm də o insan mənə inanır, düşünür ki , Tünzalə xanımın artıq bir səriştəsi var, mənə bir məsləhət verə bilər, fikir söyləyə bilər, mənim belə insanlara həmişə qapım açıqdı.

R: Indi biz o məsləhətlərdən alajağıq sizdən...

T: Təbii ki, bajardığım qədər. Mən də bu gün öyrənirəm, vokal dərslərinə gedirəm, baxmayaraq ki, bu mədəniyyət Avropa mədəniyyətidi, amma müasir musiqidə qaçılmazdı. Əgər mən Avropaya iddialıyamsa və bu gün müasir musiqi mədəniyyətimizi Avropa düşünjəsində öz köklərimizə söykənərək təbliğ etmək istəyirəmsə, öyrənməliyəm.Dünya musiqisinin bir sıra tələbləri var ki, mən onu öyrənib özümü sınamaq, bilmək istəyirəm. Sözüm yadımdan çıxdı, yayındım, deyəsən.....yəni, mən də öyrənirəm, təkjə məsləhət vermirəm, amma bir gənj mənə öz şeirlərini verirsə, mən orda bilirsiz nə qədər dərinlik tapıram...artıq mən onda potensial görürəm və çalışıram ona dəstək olum. Təbii ki, bundan o da ruhlanır, həvəslənir. Hətta mən özüm də müəlliməm tərəfindən həvəsləndiriləndə, elə indi də özümü nejə gözəl hiss edirəm, nə qədər pozitiv enerci alıram. Təxminən belə bir söz var- o müəllimin ki, tələbəliyi bitdi, o artıq müəllim kimi də bitir. O müəllim ki, artıq öyrənmək istəmir, o nə öyrədəjək insana. Bütün dünyanın dahiləri əslində son nəfəslərində də deyiblər ki, əslində biz heç nə bilməmişik.

R: Əgər bir musiqini sevmirsinizsə, sizi nə məjbur edə bilər ki, onu ifa edəsiniz?

T: Bu, əslində mənim bir az sərt tərəfimdi və bu mənə jəmiyyətdə ziyan gətirir. Məsələn, mən sevmədiyim bir şeyi açıqja ekrandan deyirəm. Artıq mənim üçün sözün yaxşı mənasında fərq eləmir. Mən sizə bir şey deyim, musiqidən kənar olsa da mənim xasiyyətimlə bağlı. Məni bir dəfə bir yerə dəvət eləmişdilər. Bir siqaretin təqdimatı imiş, mənə deməyiblər, çünki bilirlər ki, mən bunun əleyhdarıyam və bir gün belə bir sosial aksiya keçirəjəm. O tədbirdə məşhur aparıjılarımız da vardı, məni təqdim etdilər, mən çox nadir hallarda belə xəbərsiz oluram. Adətən hara getdiyimi bilirəm. Bir də səhnəyə çıxanda gördüm ki, hər yerdə plakatlar var, siqaretin reklamı. Təsəvvür edin, məni də bəh-bəhlə qarşılayırlar. Elə mikrafondan dedim ki, mən hara gəlmişəm, dedilər ki, bəs siz filan siqaretin təqdimatındasınız, biz sizi dəvət etmişik, buyurun, təbrik sözünüzü deyin. Dedim nə təbrik sözü, mənim siuqaretdən zəhləm gedir, bütün publika gurladı, millət qarışıb bir-birinə , mən ordan çıxdım getdim.Amma əslində qonorar da danışılmışdı, yəni sırf kommersiya, pulla bağlı bir tədbir idi.Yəni, mənim belə şeylərim var. Olur ki, bəzən mənim xeyrim üçün deyirlər ki :Tünzalə, çalış burda filan fikrini demə. Əslində sən düzünü deyirsən, amma burdakı vəziyyətə uyğun siyasət aparmalı olursan, yəni, bilmirəm nejə deyim, belə vəziyyətlərdə bəzən özümü saxlamağı bajarıram, bəzən isə yox...göz yuma bilmirəm, maska geyinə bilmirəm.

R: Əslində elə belə yaxşıdı...

T: Mən yumşaq da olsa sözümü deyirəm, bəzən olub zarafata da salıb demişəm; istəmirən qarşımdakı insan desin ki, bax hər şey mənim istədiyim kimi olur. Mən qarşıdakı insana həmişə çox gözəl bir şəkildə bunu başa çalmağa çalışıram ki, siz nejə öz prinsiplərinizi güdürsünüzsə, mənim də öz çərçivələrim, öz prinsiplərim var. Öz qanunlarımın var, mən bunları pozmaq istəmirəm. Mən istəmişəm ki, bu prinsiplərim də yüksək dəyərlər olsun. Allah, təalanın bizlərə əmr elədiyi kimi, həmişə çalışmışam ki, Allaha var güjümlə inanam və ibadətimi, itaətimi gündə bir neçə dəfə təkrarlanan rituallarla yox, daima, elementar sizinlə söhbətdə , heç kimin bilmədiyi və yalnız Allahın gördüyü, eşitdiyi, bildiyi düşünjəmdə belə vijdanlı olamağa çalışıram.

R: Allah qəbul etsin

T: Allah hamının ibadətini, itaətini qəbul etsin. Mənim üçün itaət doğrudan da əslində fəlsəfə, elm budu. İtaət insanla söhbətdi, itaət bir xoş söz deməkdi, insanın hissini duymaqdı, bir daşı yoldan qırağa qoymaqdı ki, o insanlara mane olmasın .İtaət, ibadət hər bir zərrədə, hər bir danışdığımız kəlmədədi, hansısa saatlarda, hansısa bəlli vaxtlarda deyil, ürək nə qədər döyünür, 24 saat ürəyin vurması elə Allaha təslimdi...
Məni o dünyaya bir müğənni kimi qəbul etməyəjəklər, məni bir insan olaraq sorğu -suala tutajaqlar. Mənim bu jümləmi "Karvan" curnalında o vaxt üz qabığına vermişdilər. Tutaq ki, mən dünyanın gözündə gözəl, tanınmış ola bilərəm. Amma Allahın qatında sən kimsən? Bunlar mənim anlamımda çox qorxulu və məsuliyyətlidi. Əgər məni hansısa şərait məjbur edirsə mən bundan çox narahat oluram içərimdə, özümü öz mahiyyətimdən aralı düşmüş hesab edirəm və bu, məni çox narahat edir. Mənə bəzən elə gəlir ki, mən müasir adam deyiləm, hardasa XV-XVI əsrlərdə doğulmalı idim, indi yox, mən Nəsimin müasiri olmalıydım...

R: Bunu indiki gənjlərin düşünjəsi ilə götürəndə elə demək olar, anjaq müasirlik açıq-saçıqlıq demək deyil...

T: Deyil, əlbəttə, deyil, insan o zaman inkişafdadır ki, onun əqli, dərrakəsi, düşünjəsi inkişaf edir, insan özü özünü daima tanımağa çalışır, daim üzərində işləyir, anjaq onda insan inkişaf edə bilər. Bir gün radio dinləyirdim. Bir alim çox gözəl bir fikir dedi. Deyir bizim maşınlarımız, evlərimiz çox dəyişib, amma təfəkkürümüz Danabaş kəndinin əhvalatlarında qalıbdı.Mən Jəlil Məmədquluzadə kimi, Üzeyir bəy kimi, Axundov kimi bizim bütün dahilərimizin ruhları qarşısında baş əyirəm, amma içəridə özümü çox böyük bir xəyanətkar kimi hiss edirəm ki, Üzeyir bəyin, Fikrət Əmirovun, Bülbülün doğulduğu bu torpaqlarda bu gün vəziyyəti bura gətirib çıxarmışıq. Indi o torpaqlarda düşmanlar gəzir. Murdar ayaqlarıyla o torpaqları çirkləndirirlər. Dualar edirəm ki, inşallah, Allah o qüvvəni bizdə yaratsın ki , biz o borjun altından çıxaq.

R: Deməli, sizi istəmədiyiniz mahnını oxumağa heç nə məjbur edə bilməz?

T: 99 faiz heç nə. Anjaq bir məsələ var ki, əgər istəmədiyim mahnını oxumaqla nəyəsə bir şeyə, mənə heç bir təmənnası olmadan xidmət edirəmsə, mən bunu oxuyaram. Əgər o, bir insanın, bir vəziyyətin, bir haqqın, bir ədalətin, işini yerinə yetirəjəksə... ədalət mənim üçün hər şeydi və əgər mən zərrə qədər də bir şeydə ədalətsizəmsə, o gün ölmüş kimiyəm. Özüm ədalətsiz davrananda içimdə əlli dəfə ölürəm, dirilirəm, mənimçün çox ağır bir şeydi, yəni, bu, ədalət naminədirsə, mən bunu edərəm.

R: Növbəti sualım: mən öz yaşıdlarımla, şairlərlə və yazıçılarla oturub söhbət edəndə üsullar axtarırıq nejə edək ki, yazıçılar, şairlər oxunsun, ümumiyyətlə, kitab oxunsun. Sizin də bu haqda fikirlərinizi bilmək istərdik. Siz, sizin müğənni dostlarınız elə oxumusunuz ki, indi hamı müğənni olmaq istətyir. Bəlkə bizə də öyrədəsiz ki, biz nə edək ki, hamı oxusun. Amma kitab oxusun?

T: Bilirsiz, bizim səhərdən söhbətimiz eyni mənbəyə köklənir.Bu, sizin ilk sualınızdan başladı. Dediniz niyə klassiklərə mürajiət etmişəm, dedim ki, səbəbi belə bir ailədə doğulmağım idi. Bir tərəfdən də mən bunları oxuya-oxuya dərk elədim ki, bu, nəinki mənim istəyimdi. Bu, bir missiyadı, bu bir təbliğat formasıdı, siz dediyiniz, biz dediyimiz gənjlər bu gün kitaba meylli deyillərsə, vaxtımı, hövsələsimi, marağımı çatmırsa ki, kitabları oxusunlar, bu, doğrudan da ağırdı. Bu gün, təəssüflər olsun, kitab dövrü bir az kölgədə qalıb.Daha çox görmə və dinləmə dövrüdü.

R: Əlavə edim ki, Azərbayjanda bu belədi...

T: Var ,var, elə ölkələr var ki, məsələn, Avropada mən bunu çox görürəm, nəqliyyat vasitələrində- təyyarədə, avtobuslarda kitablı insanlara çox rast gəlirəm. Burda mənim üzərimə düşən nədi ? Məsələn, bir musiqi yazıb oxumaq, mənə Allah bu qabiliyyəti veribsə, mən niyə bunu faydalı yönə yönəltməyim, mən niyə əgər bajarıramsa, Səməd Vurğunu, Mikayıl Müşfiqi, Əliağa Vahidi, bir aşığın sözlərini oxumayım, onu təbliğ etməyim, ən azından sən klassikini tanıyırsan, məsələn Mikayıl Müşfiqin "Sevgilər", ya da "Gözlərin yolda" şeirləri. Orda elə dəyərli sözlər var ki, bunu əgər kimsə indiyə kimi oxumayıbsa, heç olmasa musiqi vasitəsilə, bu adam bunu əzbərləyir və deyir ki, ay ana, ay ata, sən demə bu şeiri özüm də bilməsəm mahnıya qulaq asa -asa əzbələmişəm. Bu hardasa kiçik də olsa bir missiyadı....Bizim jəmiyyət fərdi şəklidə bir çox şeylərə qadirdi, anjaq kütləvi şəkildə bizim problemlərimiz çoxdu. Məsələn, şəhərin təmizliyi kimi. Hər kəs düşünür ki, mən balaja zibil atıram küçəyə. Bəyəm şəhər bununla kirlənəjək? Bax hər kəs belə düşünəndə görün o zir- zibil şəhərdə nə qədər olur.

R: Ya da altmış ildir bizə metroda eskalatordan istifadə qaydasını öyrədirlər....

T: Bəli, biz həyatda maşın yollarında da beləyilk, - mən təkəm, hamı mənə yol verməlidi, yəni, hər kəs bir- birini gözləyir- heç kim məsuliyyəti üzərinə götürmür. Yəni, Allah Sabirə rəhmət eləsin- deyir, millət nejə taraj olur-olsun, bax hələ də elədi....amma yenə də şükür Allaha, bir tərəfdən də inkişaf gedir, məsələn, vətənpərvər mahnılar bu gün çoxalıb və təkjə vətən yox, bir çox mövzularda rast gəlirsən, yəni verlişlər yaranır, yeni kitablar yazılır....mən istərdim ki, filmlər çəkilsin, - ədəbiyyartı müxtəlif şəkildə sevdirməlk lazımdı. Amma yenə də uşaq ailədə və məktəbdə formalaşır, bu da kütləvi problem olduğu qədər də fərdi prioblemimizdi - əgər insanın ailəsi güjlü olarsa, onun təbliğatı güjlü olarsa, o uşağı heç kim yolundan çıxara bilməyəjək. Mən də bir anayam, mən də övladıma təbliğat aparıram evdə. Mən həmişə uşağa nə dəyərlər yeridirəm- millətin, dilin, dinin budu, ədalət prinsipli ol, maariflənməyə çalış, intellektini böyüt, nə olursa-olsun , müasirlik budu, inkişaf budu, bundadı- sən kitablar oxumalısan, tarixini bilməlisən, - bütün bunlar onun hər yerdə, hər jəmiyyətdə köməyinə çatajaq. O uşaq kitab dəyərini də, millət, injəsənət dəyərini də biləjək, mən belə hesab edirəm ki, elementar kitab marağı ailədən başlayır və evdən jəmiyyətə çıxan uşağa bir az da ətraf mühit təsir edir. Yəni, bu gün internet var, mobil telefonlar var, -0- yəni bu axını, texnologiya və informasiya axınını biz saxlaya bilməyəjəyik. Biz burda sərhəd çəkə bilmərtik, buna baxsın, buna baxmasın- Azərbayjan gənji bu gün pisu də görəjək, yaxşını da...təsir isə ona fərdi olmalıdı...

Mənjə gələjək nəsil bütün bu piusıliklərdən doyub da düzələ bilər,

bu da var, ola bilər, məsələn Avropada, Ameriklada elə dönəmlər olub, məsələn-amerikada hippi dönəmləri olub- çox dəhşətlər baş verib o dönəmdə. Yəni özbaşınalıq- üzr istəyirəm, parnoqrafik şəkildə eybəjərliklər baş verirdi gənjlərin arasında, yəni, bütün tərbiyə itmişdi, amma Amerika o dönəmi yaşadı, keçdi -Allah göstərməsdin, mən o hippi dövrünü arzulamnıram, mən bizim gənjlərimizi orda da görürəm, səfərlərinmdə, bəziləri mənim çox xoşuma gəlir- vətənpərvər olduqlarına görə, bəziləri də məni çox məyus edirlər, yəni nı ingilisdilər, nə almandılar, amma azərbayjançılıqdan da başlayıblar uzaqlaşmağa, bu bir bəladı əslində , insan öz simasını itirməməlidi, ailələr var, valideynlər öz ana dillərində danışırlar, anjaq uşaqlar danışa bilmirlər, səbəbi də vaxt çatışmamazlığı ilə izah edirllər- anjaq uşaq ən azından ana laylasını eşitməlidi. Qoy gənjlərimiz Avropanın, Amerikanın yaxşı tərəflərini götürsünlər- anjaq biz heç vaxt, Avropa ola bilmərik, Amerika ola bilmərik. Bizim ailə bağlılığımız var, dəyərlərimiz var. Indi müasir qızlar, oğlanlar bir də görürsən deyirlər ki, 3 günlük dünyadı, neylirəm , kefimi edirəm- yəni insanlar artıq bir-birini yola vermək istəmir, bir-birinin sözünü götürmək istəmir, bəs ay başına dönüm, axı bir gün sən də yaşlanajaqsan, bir içim suya möhtaj olajaqsan, nə olajaq onda? Belə dəyərlər itəndə jəmiyyət parçalanır və zəifləyir. Mən indi təzə bir mahnı yazmışam- Ismayıl Dadaşov və Baba Vəziroğlu, hər ikisinin çox gözəl musiqiyə yatımlı sözləri var,

R: mən elə bununla bağlı bir sual verəjəkdim sizə...

T: İsmayıl Dadaşovun sözlərinə gözəl bir mahnıdı və mən onu uşaq xoru ilə ifa etmişəm...idmana aiddi, Azərbayjan idmanına, yaxın gələjəkdə eşidəjəksiniz, orda deyilir:

gəlib indi bizim zaman,
gəl yaşayaq şad, mehriban
Azərbayjan biz özümüz-
sənsən vətən, mənəm vətən...

Yəni, vətən deyəndə fikirləşmək lazım deyil, o, hardasa uzaqdadı, vətən sənin içindi, Qurani-Kərimdə deyildiyi kimi, ilk surə, bismillahdan sonra əlfatihə surəsi, ilk ayət budu: əlhəmdürulləhi-rəbbül aləmin...həmd aləmlərin rəbbi Allaha məxsusdu, Allahtaala aləmlər yaradıb, o aləmlər bizik, hər bir insan ayrıja aləmdi, ona görə o axıra kimi özünü dərk edə bilmir, vətən də onun içindədi, bəşəriyyət də, burda artıq Nəsimi düşür yada, "Məndə sığar ikən jahan, mən bu jahana sığmazam..." yəni, bütün açarlar, insan olmağımız, kafir olmağımız- bunların hamısının açarı bizdədi, onu qıraqda axtarmayaq.


R: bəstəkarlarımızın şür zövqünə münasibətiniz...

T: Bilirsiniz, sovet dövründə kommersiya mahnısı yox idi, onda hər şey müəyyən mövzulara həsr olunurdu,- məsələn siyasətə, məhəbbətə və s. Və burdan da gəlir olsa da indiki kimi deyildi- indi hər kəs sərbəst şəkildə öz kommersiyasını qurur, musiqi və sözlər burda iki yönə ayrılır, düşünjəyə xidmət edən musiqi sözləri, yəni, bu, özündə bir kommersiya mıəqsədi daşımır, əsər o vaxt kommersiya məqsədi daşımağa başlayır ki, insanların beyninə hopur, insan o mahnıda o qədər özünü tapır, onu o qədər sevir ki, başlayır onu hər yerdə axtarmağa-və o mahnı artıq gəlir də gətirməyə başlayır, yəni, belələri də var, bir də var bir sezona, bir aya, bir dönəmə xidmət edən mahnılar, bilirsiz mən buna pis baxmıram- bu, zamanın tələbidi. Bu, artıq müğəninin strategiyasından asılıdır, - ona bugünkü reklamı lazımdı, yaxud o, insanları düşündürmək istəyir öz mahnısıyla. Bəstəkarlar da gah belə yazırlar, gah elə. Adətən belə mahnılarda bizim ədəbi dil yox- belə deyək, adi, gündə işlətdiyimiz sözlər istifadə olunur- bu, bu günlərim kommersiya üslubunun bir sirridi,çünki daha yaddaqalan, daha diləyatan olur. Məndə bu başqa jürdü- mən klassik sözlərlə, klassik ədəbiyyatla müasir musiqini birləşdirməyə çalışdım.- və jəmiyyət də bunu inkar etmədi. Bunun əsası dünyada da var-məşhur əsərlər məşhur müəlliflərin yazıları müasir musiqiylə ifa edilir və bəyənilir.

R: Anjaq bundan istifadə edib onları bədbaxt hala salanlar da var...

T: Var, var, bəzən puldan başqa insanların gözlərinə heç nə görünmür. Deyir belə...Məsələn, nə gətirmək olar nümunə kimi? Qəribə və bəsit sözlər- yəni, anjaq söz düzülüşü olur. Jümlənin içində bir mahiyyət olmur.

R: Son zamanlar hər yerdə "Almalarınla" bir də saqqız mahnısını göstərirlər- yəni bununla həm də hədəfdə bizim bəzi şairlərdi...

T:Bilirsiz- əslində mən tamam başqa dəyərlərin tərəfdarıyam. Amma bu elə bir zamandır ki, bu elə bir axar çaydı ki, bunun qarşısını biz ala bilməyəjiyik. Biz heç vaxt alma kimi, saqqız kimi, armud kimi, masa kimi, nə bilim, üzr istəyirəm, duş kimi, sabun kimi sözlərin mahnılarda işlənməsinə qadağa qoya bilməyəjəyik. Çünki bu sözləri o gündə bir neçə yüz dəfə işlədir, insana yaxın gəlir və eşidəndə o sözü unutmur. Bu bir virusdu- bunun yaxşı tərəfi də var, pis tərəfi də var. Yaxşı odu ki, bu, dünyada baş verən bir şeydi- vallah bu rus musiqisində də, türk musiqisində də var. Məsələn Mirkelamın o mahnısı... Minlərlə belə misal çəkmək olar... Pis fəsadı odur ki, gənjlər bu təsirə tez qapılırlar. Məsələn, məndə sığar ikən jahan - bunu uşaq başa düşmür..yadında saxlaya bilmir...yənni burda əsas bir məsələ var- belə fəlsəfi şeirlərin bir yaş həddi var- ona çatmayanlar onu başa düşməyəjək. O gərək gəlib o yaşa çatsın və onu yaşasın. Amma ki, saqqız, alma, armud o uşaq üçün adi bir sözdü, bir mənası da yoxdu, amma…

Bəs fikir verin kommersiya musiqisi hansı kütləyə xidmət edir- yaşlı kütləyə, ya intellektual kütləyə? Götürək Dima Bilan, onun publikası kimdi ? yaşlı nəsil deyil axı onun publikası, onun publikası gənjlərdir..hələ yenə də onun repertuarında bir az abırlı sözlərdi...ümumi vəziyyət nejədi; götürülür bir neçə insan - bəstəkardı, orancmançıdı...fikirləşirlər-bu gün biz kimi ələ ala bilərik...onlar artıq bilirlər ki, formalaşmış bir insanı saqqızla ələ almaq olmur. Kimin saqqızını oğurlamaq olur- uşaqların və javanların. Yəni, əslində kommersiya musiqisi gənj nəslə xidmət edir ki, onların da şüurları həssasdı...

R: Tünzalə xanım, əgər sizin qarşınıza bir şərt qoysaydılar- şairliyi seçərdiniz, yoxsa bəstəkarlığı?

Bəstəkarlığı- çünki mənim yaradıjılığım ifaçılığımdan da qabaqda durur. Öz musiqimin də mən özüm ijraçısıyam. Yəni, mən sabah oxumaqdan imtina da edə bilərəm- bəzi adamların içində deyəndə deyirlər nə danışırsız , amma mən deyirəm, yox, hər şey ola bilər, Allahın işini bilmək olmaz, mən bilirəm ki, mən oxumaqdan kənarqa çıkilsəm də artıq ömrümün axırına kimi bəstəkarlıığım çəkəjək- yəni bu artıq mənim janıçmdadı. Yaradıjı tərfim həmişə olajaq bunu bilirəm.

İndi sizə dünyada çox populyar olan, bir çox tok-şoularda istifadə olunan, məşhur çex yazıçısı Marsel Prustun adı ilə bağlı olan bir anketi götürmək istəyirik.Anketin adı " Prust anketi"dir. Başladıq...

ən sevdiyiniz kəlmə -

əstəğfurullah

ən nifrət etdiyiniz kəlmə -

insanları heyvana bənzətmək.

sizi nə həyəjanlandırır? -
azan

həyəjanınızı nə öldürür -

bəzən musiqi, bəzən məkanı dəyişməyim, bəzən də ilahi bir musiqi, azan eşidəndə mənə maraqlı bir sakitlik gəlir...

sevdiyiniz səs nədir-
azan...

ən nifrət etdiyiniz səs -

insanın özündən çıxdığı zaman çıxardığı səs...yaxud da maşın siqnalları ...

hansı sənətə sahib olmaq istəməzdiniz-

əslində bütün peşələr gözəldi- məsələn, restoranda xidmət edən insan artıq öz işini yaxşı bajarırsa, bu da peşədi...şəhərini təmiz saxlaya bilirsə, küçələri təmiz təmizləyə bilirsə, o da mənim üçün peşəkar insandı, amma, məsələn, striptiz kimi bir peşəni mən başa düşə bilmirəm...

hansı təbii istedada malik olmaq istərdiniz- əlimdə biotoklar olardı, öz ağrılarımı, başqalarının ağrılarını götürə bilərdim...deyəsən, çox iddialıyam, yaman...

özünüz olsaydınız, kim olardınız-

əsgər, hərbçi...

Azərbayjandan başqa harda yaşamaq istərdiniz -

Praqa...

ən önəmli qusurlarınız nədir-

çoxdu, bir deyil, ən önəmlisi- tərsəm, tənbələm, düzdü, kənardan işgüzar kimi görsənirəm, amma onun da içində bir tənbəllik var...

sizə ən çox ləzzət edən pis vərdişiniz-

tərsliyim

qəhrəmanınız kimdir-

qadın qəhrəmanlarım Sofi Lorenin oynadığı obrazılar...yaxud Şəfiqə Məmmədovanın oynadığı obraz...mənim üçün dünyada Sofi Loren, Azərbayjanda Şəfiqə Məmmədova var....

ən çox istifadə etdiyinz söyüş və yaxud kobud bir söz...-

tərbiyəsiz...

Hazırda ruhi vəziyyətiniz nejədir-

çalışıram balansı saxlayım...emosiyalarıma qapılan insanam, yəni, hər zaman məndə ağılla ürəyin davası gedir....

Həyat fəlsəfənizi hansı şüar idarə edir-

Allah rızası üçün yaşamaq..ona jan atıram ki, hər şeyi Allah xətri üçün edim...

əlçatmaz arzunuz nədi-

imanımın Allahın izn verdiyi mərhələyə kimi yüksəlməyi.

bədbəxtliyi nejə ifadə edirsiniz-

insan Allaha yaxın olduqja onda hardasa bir təslim prosesi gedir...hər bir halda təslim... təslim- şükürlü olmaq deməkdi, artıq o düşünjəni ki, mən bədbəxtəm, ...əlli faizini artıq uzaqlaşmışam... mən özümü bədbəxt hiss eləmirəm - mən sabah əgər çörəyə, suya möhtaj olsam belə, onda imanım kamil olar ki, heç nəyim olmaya-olmaya dünya mənimdi, yəni maddi baxımdan bu boşqab mənim deyil, anjaq ondan səndə var, onda var, bu o deməkdi ki, ondan elə məndə də var...bu artıq Mövlanə düşünjəsidi...

nejə ölmək istərdiniz-

bağışlanmış vəziyyətdə...

öldüz və jənnətə düşdünüz - ilk eşitdiyiniz kəlmə nə olardı -

deyir ölümü gözləmək yox, ona hazır olmaq lazımdı...əslində elə insanlar var ki, təəssüf olsun onlar artıq gəzə- gəzə ölüblər, insan jismən ölmür, insan ruhən ölür və insanın əslində ruhu ölmür, öz ruhunu dərk edən bilir ki, o ölmür, çünki bizim ruhumuz Allahın üfləməsidi və o heç vaxt ölə bilməz. Anjaq birisi artıq öz ruhunu, mənəviyyatını itirbsə, o artıq mənim gözümdə ölüb. Bilirsiz çox gözəl sual verdiniz-peyğəmbbər deyir ki, bir gün eşitsəniz ki, bu gün bir müsəlman- jəhənnəmə düşəjək- ürəyinizdə düşünün ki, o sizsiniz...yox, əgər eşirtsəniz ki, bu gün bir müsəlman jənnətə düşəjək- siz yenə özünüzü fikirləşin- yəni, hər kəs qorxu və ümidlə yaşayır. Mən düşünə bilmirəm ki, mənim yerim jənnətdi- əstəğfurullah, bəlkə mənim elə günahlarım var ki, təki Allah hər kəsi bağışlasın, Allah bağışlayajaqsa artıq jənnətdi.