Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

FƏRHAD MENE ÜÇÜN


RƏBİQƏ
FƏRHAD METE ÜÇÜN


ZƏRDÜŞT 86
MÖCÜZƏ
Hekayə


V.S NAYPOL
GƏNÇ YAZIÇILAR ÜÇÜN


Con STEYNBEK
Gənc yazıçılara məsləhət


Uilyam FOLKNER
Gənc yazıçılara müraciət


Ali ALİOĞLU


Nahid HACIYEV
YUMULMAYAN GÖZLƏR
Hekayə


Leyla ŞƏRİFOVA


Anar AMİN


Elnura CAVADZADƏ
DEYİLMƏMİŞ SAĞLIQ..
Hekayə


Qəndab BABAYEVA


Vüsal NURU


İTİK
Hekayə


Günel EMİNLİ
"NAXIŞSIZ" ÇILÇIRAQ
QOXU
Hekayələr


Ül­viy­yə HEY­DƏ­RO­VA
XƏYANƏTİN DOSTU
Hekayə


Qılman İMANLI


Sevinc MÜRVƏTQIZI
YANILMA
Hekayə


Aytən TƏHMASİB


Elnaz EYVAZLI


Elvin BAKİROĞLU


Kəramət BÖYÜKÇÖL


Fərid HÜSEYN


Hafiz HACXALIL


Dünya poeziyasından tərcümələr


Xəyalə SEVİL


Ziyad QULUZADƏ
Empty...
Hekayə


Xudabaxış ƏLİYEV
SON ADDIM
Hekayə
Şerlər


RUH­LAN
TÜNZALƏ AĞAYEVA ILƏ MÜSAHİBƏ....



 

Elvin BAKİROĞLU


 
DƏNİZƏ DAŞ ATMAYIN

Dənizə daş atmayın
Dalğalar yaralanar,
Su sudan ayrı düşər,
Su sudan aralanar.
Ay Allah, bu adamlar
Niyə dənizi üzür?
Dənizə daş atırlar,
Dəniz injiyir, küsür!
Dənizə daş atmayın,
Üzündə qalar izi,
Gedin üzün dənizdə,
Üzməyin bu dənizi.
Dənizə daş atmayın,
Dibinə təlaş düşər,
Orda balıqlar üzür,
Başlarına daş düşər.
Daş atmaq seçimini
Qoymaram öhdənizə,
Düşmən bu tərəfdədi,
Daş atmayın dənizə.
Yenə zalım uşağı
Gör dənizə neyniyir?
Dənizə daş atmayın,
Dəniz sizə neyniyir?

AĞLAR, QARALAR

Dərk edə bilmirəm, anlamıram mən,
Bu qara nəsli, bu ağ nəsli.
Baxıram qaralar ağlara düşmən,
Ağlar qaralara qənim kəsilib.
Bəşərin tarixi futbol meydanı,
Qaralar ağ jinah, ağlar sol jinah.
Gəl indi haqlını axtarıb tanı,
Gəl indi başa düş kimdədi günah.
İnsanlıq ən böyük zirvədi axı,
Qoruya bilmədik bu ağ saflığı.
Ağların ağlıqdı şikəst olmağı,
Qaranın qaralıq tək axsaqlığı.
Həyat dedikləri injə tükdəyik,
Yapışıb qalmışıq yerin üzündə.
Biz eyni çəkidə, eyni yükdəyik,
Haqq tərəzisində, Tanrı gözündə.
Qayalar bəyənmir indi qayanı,
Dağlar yanındakı dağları görmür.
Beləjə ağların gözü qaranı,
Gözü qaraların ağları görmür.
Qalxıb göy üzünə qoy uzaq olsun,
Bu ayrıseçkilik yerdə qalmasın.
Təki qaraların üzü ağ olsun,
Ağların ürəyi qara olmasın.
Dərk edə bilmirəm, anlamıram mən,
Bu qara nəsli, bu ağ nəsli.
Baxıram qaralar ağlara düşmən,
Ağlar qaralara qənim kəsilib.


İKİ ÜRƏKLİ ADAM

Adam var ürəklə yaşaya bilmir,
Almayıb heç nəyi vejə gəzirsən.
Jamaat bir ürək daşıya bilmir,
Sən iki ürəklə nejə gəzirsən?
Iki ürəyin var göz qabağında,
Yəqin ki, ilhamın çoxdu, yazırsan.
Görən tək qalanda öz otağında,
Hansı ürəyinə qulaq asırsan?
Hər iki ürəyin çəkginən nazın,
Sevgisiz olmasın təki sinədə.
Bəxtəvər başına sevdiyin qızın,
Adını yazmısan ikisinə də.
Hansı ürəyinə dərd aşıladın?
Hansı ürəyinə sevinj götürdün?
Sən dərdi, sevinji jüt qarşıladın,
Ürəkdən ürəyə alıb ötürdün.
Vaxt olub saxlayıb səni kölgədə,
Qəlbini sındıra bilənlər olub.
Səndə şir ürəyi olub bəlkə də,
Sonradan ikiyə bölənlər olub...

AVTOBUS DAYANAJAĞI

Nə durmusan, a bala?
Dalınja baxma, gejdi.
Yenə daldın xəyala,
Avtobus gəldi, keçdi.
Yağış yağır, çox dursan,
Üşüyərsən, küləkdi.
Xəyalında uçursan,
Avtobus nə gərəkdi?
Əl yuyursan, bir bajın
Tez gətirir məhrəba.
Süfrə başında anan
Yemək çəkir boşqaba.
Üzündə təbəssümün,
Sevinjin işarəti.
Gözündə qış mövsümü
Və əriyir həsrəti…
O biri çay dəmləyir,
Evə sığmır sevinji.
Üzünə gülüb deyir:
Bildim gələjəyini
Mən hamıdan birinji.
Bir ana, iki bajı
Bölə bilmirlər səni.
Neyləsinlər çoxdandı
Görə bilmirlər səni.
Həyatın baş daşında,
Xoşbəxtlik bir içim su.
Bir süfrənin başında,
Bir ailə tablosu.
Bu xəyaldı, bu kabus,
Birdən gözdən itdi ki.
Dayan, dayan, avtobus,
Paho..yenə getdi ki…


NƏNƏMƏ

Arvadı sındırıb kasıblıq dərdi,
Üç aydı almayır aylığını da.
Əvvəl yaylığında pul gizlədərdi,
Indi tapa bilmir yaylığını da.
Heç dolu görmədim damağını da,
Qalan bir dişi də laxlayır onun.
Birinji, ikinji ayağını da,
Üçünjü ayağı saxlayır onun.
Kişi də arvadı gətirib jana,
Bir dənə sözünə baxmır nə vaxtdı.
Nə təhər vurdusa köhnə divana,
Əlindən üçünjü ayağı çıxdı.
Sobanın yanında gəzib qızındı,
Jəhd edib yeriyir, gözəldi indi.
Nənəmin üçünjü ayağı sındı,
Babam təzəsini düzəldir indi..


AİLƏ SEVİNCİ

Bir vaxt istəyərdik olsun evimiz,
Xəyalı ümidlə ovuda bildik
Ailə sevinji oynadıq ki, biz
Bəlkə sevgimizə ev uda bildik.
Ümidə sarılıb axı daima,
Loto oynamaqla keçdi vaxtımız.
Ailə sevinji oynadıq amma,
Sevgi fajiəsi oldu baxtımız.
O evi udmadıq onda nə yaxşı,
Udub ayrılsaydıq, dəli olardım.
İçində yoxdusa ürək yoldaşı,
Kimsəsiz bir evdə nejə qalardım?
Bəlkə da udsaydıq, yanımda indi
Dünyanın ən gözəl qızı olardı.
Bəxtimin ən bəxtsiz anında indi
Bəxtimiz çevrilib qızıl olardı.
O evdə bəlkə də tutulub yerin,
Bilirəm lap mənim yerim də dolub.
Bizdən çox istəyib kimsə bir-birin,
Əsil sevənlərin qisməti olub.
Talehi nə oldu görən o evin?
Xəyalım dolaşıb uzağı gəzir.
Biz uduzduğumuz o evdə yəqin,
Kiminsə balaja uşağı gəzir.
Sən yoxsan mən indi kefi neynirəm?
Olsaydın, sevinji hiss eləyərdim.
Yanımda qalsaydın, evi neynirəm,
Quruja bir daxma bəs eləyərdi...


MƏNİM ÜRƏYİM - SƏNİN EVİN

Məni görməsəydin ölə bilərdin,
Onunçün görərdin bəzən qaraltı.
Bir vaxt külək əssə, elə bilərdin
Mənəm qapınızda gəzən qaraltı.
Indi tufan qopar çatanda sizə,
Yorular ürəyim qaçıb, tələsib.
Sən elə bilərsən küləkdi əsən,
Sən hardan biləsən ürəyim əsib?
Bilərmi ürəyim əsib qəflətən,
Nəfəsim kəsilib deyə gəlmişəm.
Hansı bəhanəylə gəlim sizə mən,
Anan da bilməsin niyə gəlmişəm?
Gözüm qapınıza dəysə bir axşam,
Gözlərin gözümü qınayajaqmı?
Əlim qapınızı döysə bir axşam,
Qapınız əlimi tanıyajaqmı?
Qorxuram ümidsiz javab alaram,
Özündən çıxasan üzümə durub.
Birtəhər ananı başa salaram,
Səni başa salmaq gözümə durub.
Qapını döysəm də məğlubam hələ,
Qapından keçməklə tapmaram uğur.
Evindən içəri girsəm də belə,
Hələ ürəyinin qapısı durur.
Qapını açmasan, barı zəng elə,
Açıb ürəyini məni sevindir.
Mənim öz evimdi ürəyin elə,
Mənim ürəyim də senin evindir.

ULDUZUM

Elə bil göylərdə min bir arzu var,
Arzular dağılıb göyün üzünə.
Deyirlər hərənin bir ulduzu var,
Yer üzü yığılıb göyün üzünə.
Gündüzlər baxsam da görünməz onda,
Gejə də baxıram göyə, görmürəm.
Hər kəsin ulduzu varsa, bəs onda,
Mən öz ulduzumu niyə görmürəm?
Bəlkə də ulduzum yerdədir mənim,
Asılıb sevdiyim nazlı quzumdan.
Elə ki, ayrılıq tərpədir məni,
Mən də ayrılıram öz ulduzumdan.
Mən ha arzulayım, mən ha diləyim,
Çatmaz birjə dəfə əlim yanına.
Ulduzum, bilmirəm nejə eləyim,
Ulduza çevrilim, gəlim yanına.

DOMİNO DAŞLARI

Oyun daşı kimiyik,
Bizi həsrət ayırıb.
Biz bir qoşa kimiyik,
Arada xətt ayırıb.

Gəl birləsək bir dəfə,
Bu xəttə yağı olaq.
Sən də keç bu tərəfə,
Ikinin ağı olaq.

Yandı bağrım, gəl daha,
Gəl qovuşaq, evlənək.
Sonra çıxaq sabaha,
Üçün ağına dönək.

Gəl bu dərdi uçuraq,
Sevinj göz yaşlarıyla.
Yuva quraq, ev quraq,
Domino daşlarıyla…

QIŞ GƏLİB…

Qış gəlib, mənim balam,
Gəl çölə çıxaq, gəzək.
Yollardan, küçələrdən,
Qar dərək, yağış üzək.
Nə tez əllərindəki
Yupyumru bir nar oldu?
Neyniyirsən, ay dəjəl,
Üzüm, gözüm qar oldu.
Ağ mələyim, ağ pərim,
Qar kimi ləkəsizim.
Görüm bəxtin ağ olsun,
Bu qar kimi, əzizim.
Ilahi, nə gözəldi,
Qar üstündə ağa bax.
Səni qardan seçmirəm,
Ağappaqsan, ağappaq.
Qartopu düzəldirəm,
Nə yaxşı sən də varsan.
Qaradamı oluram,
Mənə qarqız olarsan?