Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

FƏRHAD MENE ÜÇÜN


RƏBİQƏ
FƏRHAD METE ÜÇÜN


ZƏRDÜŞT 86
MÖCÜZƏ
Hekayə


V.S NAYPOL
GƏNÇ YAZIÇILAR ÜÇÜN


Con STEYNBEK
Gənc yazıçılara məsləhət


Uilyam FOLKNER
Gənc yazıçılara müraciət


Ali ALİOĞLU


Nahid HACIYEV
YUMULMAYAN GÖZLƏR
Hekayə


Leyla ŞƏRİFOVA


Anar AMİN


Elnura CAVADZADƏ
DEYİLMƏMİŞ SAĞLIQ..
Hekayə


Qəndab BABAYEVA


Vüsal NURU


İTİK
Hekayə


Günel EMİNLİ
"NAXIŞSIZ" ÇILÇIRAQ
QOXU
Hekayələr


Ül­viy­yə HEY­DƏ­RO­VA
XƏYANƏTİN DOSTU
Hekayə


Qılman İMANLI


Sevinc MÜRVƏTQIZI
YANILMA
Hekayə


Aytən TƏHMASİB


Elnaz EYVAZLI


Elvin BAKİROĞLU


Kəramət BÖYÜKÇÖL


Fərid HÜSEYN


Hafiz HACXALIL


Dünya poeziyasından tərcümələr


Xəyalə SEVİL


Ziyad QULUZADƏ
Empty...
Hekayə


Xudabaxış ƏLİYEV
SON ADDIM
Hekayə
Şerlər


RUH­LAN
TÜNZALƏ AĞAYEVA ILƏ MÜSAHİBƏ....



 

Fərid HÜSEYN


 
HƏR ŞEY ÖZ YERİNDƏDİ

Sən gedənnən nə dəyişib ki?
Yenə günəş şərqdə çimir, qərbdə boğulur.
yenə fəhlə dostum tez-tez
əllərini yaralayır.
Sən gedənnən nə dəyişib ki,
yenə yayda bənizim qara,
qışda qismən ağ olur,
yenə dostlar tost deyir,
şüşələr boşalır.
əvvəllər də beləydi...
Sən gedənnən nə dəyişib ki?!
Bir az işıq pulumuz çox olur,
lentdəki səsinə qulağ asıram,
sən oynayan toylara baxıram.
Daha telefon borjumuz da olmur.
Sən gedənnən süfrəm də bollaşıb,
Dostlar da pullaşıb.
Tez-tez səni unutmaqla məşgul oluram.
Yeyə-yeyə, içə-içə
Qızlar da azalır gözümdə
sənə bənzərlərini seçə-seçə.
Sən gedəndən siyasətlə məşğulam -
İnsanların yerlərini dəyişirəm ürəyimdə,
məhkəmədə hakiməm,
tez-tez özümə jəza kəsirəm.
sən gedəndən nə dəyişib ki,
hər şey öz yerindədi
mən də ölümdə.

Kitablar aldatdı bizi, Nazim baba

                  "Sonu yaxşılıqla bitən kitablar göndərin mana"
                                                          Nazim Hikmət

Yox, Nazim baba, olmadı,
gənjəm, fəqət inanmıram, Nazim baba
sonu yaxşılıqla bitən kitablara,
sonu nikbinliklə bitən nağılara,
Ömrün çoxu zülümsə,
İnsanın sonu ölümsə,
Yaxşılıqla bitə bilməz heç nə,
Kitablar aldatdı bizi, Nazim baba.
Qızların ağ atlı oğlanları gəlmədi,
ömrümüzü yandırdıq simurq quşu gəlmədi.
Insanlar haqqında iki yüzdən çox elm oldu,
Amma insanları tanıya bilmədik,
Çox ağların altından qara çıxdı, çox...
Səndən sonra da yoxdu
sonu yaxşılıqla bitən kitablar.
güllələnən partizan xilas olmadı,
həkim gülərək çıxmadı əməliyyatdan
Qanadları qırılan təyyarə sağ-salamat enmədi yerə"
Hər birinin öz ölümü oldu, Nazim baba.
Sonu yaxşılıqla bitən kitablar nağıllardı,
nağıllarsa uydurmadı.
Sənə çatmadı sonu yaxşılıqla bitən kitablar,
Bizə də.
İnşallah, bizdən sonrakılara çatar!

ÖLÜMƏ ÇAĞIRMADILAR

Çox gülmədim deyəsiz,
gülüb özündən getdi.
Mən öləndə deyərsiz,
ölüb özündən getdi.

Bu dərd yolun fikirli,
mən öz-özümə getdim.
Ölümə çağırmadılar,
salıb üzümə getdim.

HƏRDƏN

Bir az küsmək,
bir az barışmaq qatdın,
sağ ol, dəyişdin sevginin dadın.
Xoşbəxt yaşamaq çətindi,
hərdən kədər də lazımdı,
Sağ ol, düzgün nizamlayırsan məhəbbətin balansını.
Hərdən ümidlər də qırılmalıdı.
İtirmədiyin yerdə axtararkən arxayın olursan tapmayajağına.
Hərdən tapmamaq lazımdı.
İzli yollar əvvəlki ünvanlara aparajaq bizi.
Bir az tərsinə yaşamaq lazımdır,
gəldiyimiz yolları bir də qayıtmamalıyıq.
Divarlar küçələrə üz çevirir, həm bizə,
həm də divarın əks tərəfindəkilərə, sən mənə.
Amma həmişə yox, hərdən.
Qalalar ölkələri,
divarlar həyətləri,
ayrılıq sevgini qoruyur ,
Amma həmişə yox, hərdən.

MƏNDƏN QƏHRƏMAN OLMAZ

Bəlkə də insanlar ağlamırlar,
insanlar ağlayanda axtarırlar
özlərini, itirdiklərini
göz yaşının küçələrində.
Dostlar tost deyəndə Allahı çağırırdılar.
"Allah janımızı sağ eləsin"
Arağın haramı ilə Allahın halallarının təzadını gördüm süfrəmdə,
arzuların saxtalığını anladım.
Sən içəndə daha çox yadıma düşürsən,
Sevəndə və sərxoş olanda ağlımız başımızda olmur.
İçib sonra qusan dostuma xəstəliyinin adını deyə bilməyəndə
Anladım ki, yumruğum
qəzəbimin ifadəsi deyil.
Məndən qəhrəman olmaz.
Avtomobil yollarından,
qatar relslərindən,
havadakı təyyarələrdən
umajağım yox,
Heç biri məni məndən apara bilməz,
Nə də səndən.
İlk sevdiyim,
ilk şeirim,
ümumən, həyatımdakı ilklər daim maraqlı,
sonları düşünmək də istəmirəm,
məndən qəhrəman olmaz.
Ayağım ağrısını unutmur,
ürəyim səni,
Hərdən evlənmək haqqında düşünürəm,
Evlənmək ev olmaqdı,
Evlənmək həyatı birləşdirir deyirlər,
əslində evlənmək ömrü parçalayır,
qadına uşağa, evə və s...
sevgininin vahidliyi belə yoxmuş... Eh...
Tüpürjəyini udanlar jəsarətsiz adamlardı,
tüpürmək iyrənməkdən qurtulmaqdı
Həyatda iyrəndiklərimə tüpürə bilmədim bəzən
məndən qəhrəman olmaz.

BƏLKƏ

Allah bizi yıxa-yıxa,
Bəlkə də döyüb öldürür.
Allah bəzi qojaların
qəddini əyib öldürür.

Xoş halına ölənlərin,
Vay halına qalanların
Allah bəzən sevənlərin
Xətrinə dəyib öldürür.

SADƏ

Uşaqkən beşiyini bəzəmişdilər,
daha sonra yüyrüyünü,
sonra da oyunjaq evini,
evlənərkən gəlin maşınını,
ölərkən tabutunu,
sonra məzar daşını,
İndiysə danışırlar ki,
Rəhmətlik sadə gəldi,
sadə getdi.

UNUTMAMIŞAM

Unutmamışam,
heç nəyi unutmamışam.
Küçəniz şeirlərini satan şairin adını daşıyır,
Qapınızın nömrəsi -
Gənjə maşınlarının nömrəsidi.
Divarınız əhəngliydi
Eyvanınızı rahat görmək olur küçədən.
Hasarınız alçaqdı.
Yadında varsa, müəllimə olmaq istəyirdin
mən də polis.
indi sən anasan
mənsə, eh...
məndən gözəlini axtarırdın
məndən eybəjərinə qismətsən.
arzularımız yuxu kimi
Tərsinə oldu.
Tərsinə...
İndi eşitdiyimə görə uşaq arzulayırsan.
Ana olmaq istəyirsən…
Mənsə beşik düzəldib satıram.
bir gün nə vaxtsa gələjəksən yanıma...

GƏL QAÇIB GEDƏK DÜNYADAN

Gözümə işığın düşür.
Yarın-yaraşığın düşür.
Gəl qaçıb gedək dünyadan,
Pasportun var, yaşın düşür,

Qapıya elçi gələndə.
Təriflərlə öyüləndə.
Yaxşı oğlan deyiləndə.
Yada ev və maşın düşür.

Davam edir dava-dalaş.
Bu nə taleh, bu nə savaş.
Tələsmə sən, yavaş-yavaş
Hər gün ölüm aşın bişir.