Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

FƏRHAD MENE ÜÇÜN


RƏBİQƏ
FƏRHAD METE ÜÇÜN


ZƏRDÜŞT 86
MÖCÜZƏ
Hekayə


V.S NAYPOL
GƏNÇ YAZIÇILAR ÜÇÜN


Con STEYNBEK
Gənc yazıçılara məsləhət


Uilyam FOLKNER
Gənc yazıçılara müraciət


Ali ALİOĞLU


Nahid HACIYEV
YUMULMAYAN GÖZLƏR
Hekayə


Leyla ŞƏRİFOVA


Anar AMİN


Elnura CAVADZADƏ
DEYİLMƏMİŞ SAĞLIQ..
Hekayə


Qəndab BABAYEVA


Vüsal NURU


İTİK
Hekayə


Günel EMİNLİ
"NAXIŞSIZ" ÇILÇIRAQ
QOXU
Hekayələr


Ül­viy­yə HEY­DƏ­RO­VA
XƏYANƏTİN DOSTU
Hekayə


Qılman İMANLI


Sevinc MÜRVƏTQIZI
YANILMA
Hekayə


Aytən TƏHMASİB


Elnaz EYVAZLI


Elvin BAKİROĞLU


Kəramət BÖYÜKÇÖL


Fərid HÜSEYN


Hafiz HACXALIL


Dünya poeziyasından tərcümələr


Xəyalə SEVİL


Ziyad QULUZADƏ
Empty...
Hekayə


Xudabaxış ƏLİYEV
SON ADDIM
Hekayə
Şerlər


RUH­LAN
TÜNZALƏ AĞAYEVA ILƏ MÜSAHİBƏ....



 

Kəramət BÖYÜKÇÖL


 
DUSTAQLAR HAQQINDA NƏĞMƏ …

Gejələr səhəri
səhərlər gejəni gözlər
dustaqlar…
Nəfəsləri ilə əridib gejəni
səhər eylər
dustaqlar…
Hər şeyi vaxtla ölçər
dustaqlar…
Burnunun uju göynər
hər gün öpdüyü
uşağından ötrü,
sözünə baxmadığı
anasından ötrü…
Keçmişi gözünə dolar
dən-dən,
Rəqs eliyər sözlər dilinin altda,
Bajı -qardaş olar divarlarla,
Hər gejə çarpayısı ilə qujaqlaşar
dustaqlar…
Hər gejə yuxusuna tanımadığı
bir qadın salar,
gejəni səhərə su kimi axar
Dustaqlar…
yalquzaq olar
Dustaqlar…
Azadlığa çıxanda sanki,
yenidən həbs olunar
Dustaqlar…

MÜHARİBƏ HAQQINDA ŞEİR…

Müharibə…
Qonşumuzun qırx beş yaşlı qızının
gözü yol çəkir.
Hər kəsə başıyla salam verir
sağ qolunu itirən oğlan,
Müharibə…
Uşaqlar evdə aj…
Ayağını itirmiş ata
görən gözü ilə "peşman olmamışam"
- deyir arvadına.
Müharibə…
Qızlar seminariyasının həyəti
bomboş görünür,
bəlkə də ən nifrət etdiyi oğlanın belə
yolunu gözləyir o qız.
Müharibə…
Üst-üstə qalıb
dükanda siqaretlər,
siqaret tüstüsü üçün darıxmış şəhər.
Müharibə…

Qadın ətri verir şəhər.

ASAN İŞ…

Bir dəfə televizora baxanda
üstünə Şuşa yazılmış,
və yıxılmış dirəyi görüb
balaja qardaşım
mənə dedi:
- Qaqa, o dirəyi qaldırmağa
nə var?

DUSTAQ...

Gözü ilə bitən anam,
gözündə itən anam
qollarında böyütdü məni
indi qar yağır başına
həbsxana qapısında

ŞUŞA

Əl jaldıq
düşdü
silah
ah-ah
pah-pah
of-of
uf-uf
ay-ay
oy-oy
uy-uy
vay-vay
bıy-bıy
boy-boy
maaaa
mama
məəəə
məmə
baaaa
baba
bəəəə
bəbə
nəəəə
nənə
qan
qan-qan
qanı-qan
qana-qan
jana-jan
jan-jan
Azərbaycan


YÜZ QRAM...

Sərxoşlar hər şeyi yüz qramla ölçər.
Yüz qram şeir yazmaq...
Yüz qram qız sevmək...
Yüz qram yaşamaq...
və sairə...
Hə, bir də hər gün
Yüz qram ölmək...

ƏSƏB...

Birini həddindən çox sevmək
əsəbdi...
Elə tez unutmaq da
Çox yeməyin də,
çox danışmağın da,
susub heç danışmamağın da
əsəbdi...
Şeir yazmaq da əsəbdi...
Yaza bilməmək
daha dəhşətli...
əsəbdi...
Çıxmaz yadımdan
heç vaxt...
Əsəbi şairlər...

BƏS NƏDİ?

Bir telefon səsinin
səni yuxudan oyatmağı
məni sevməyin deyilmi?
Hər dəfə televizora baxanda
"Ahh, susun, susun,
tərəzi bürjüdü,
qoyun qulaq asım"
- deməyin
məni sevməyin deyilmi?
"Tərəzilər külək kimi əsən olur"
eşidəndə
tez durub qapıları açmağın
məni sevməyin deyilmi?
Sonra da əllərini yağışla yuyub,
küləklə qurutmağın,
siqaret tüstüləri üçün darıxmağın,
Orxan Pamukun romanlarını oxumağın,
Müşfiqi adın kimi əzbərləməyin
məni sevməyin deyilmi?
Dağlarda sıxılıb,
Çöllərə qaçmağın,
Saçlarını küləklə yumağın,
Şeirlə yatıb,
Şeirlə durmağın
məni sevməyin deyilmi?
Gejələr günəşi verib yuxuya
ulduzları saymağın,
ayla pıçıldaşmağın
məni yuxuda görəsən deyə
işığı söndürüb
qaranlığı otağına doldurmağın
məni sevməyin deyilmi?
Susayanda adımı pıçıldamağın,
üşüyəndə qollarını qujaqlamağın
məni sevməyin deyilsə,
Bəs nədi?

AĞAC ADAM...

Sən ağlayan yerdə
indi bir ağaj bitib...
Gülüm!
Hər gün dayanıram
xatirən önündə...
Söhbət edirəm səninlə...
- Nejəsən?
- Pis
- Niyə?
Sonsuzam...
Ahh, ahh
Söyüd ağajı,
mən indi bildim
sən "O" san...
Başını aşağı dikmisən,
utanırsan, nədi?
Hərdən saçaqlarının
Pırtlaşmağı
bəlkə elə məni düşünməyinnəndi?
Tük kimidi yarpaqların,
Barmaq kimidi budaqların,
Gözdən düşmüş,
göz kimisən,
Ay yaşıl söyüd!
Sənə baxan gözlər çıxsın
sənə söykənən qollar qırılsın,
günəş ölsün...
səni bura əkən ölsün.
Ay yaşıl söyüd!
Dərdləri içində boy atan söyüd!
Tozlanıb saçın,
On səkkiz ölçülü
barmağına bax...
Barmağında brilliyant
qaşına bax...
Brilliyant qaşa yapışıb
həyatın,
ay yaşıl söyüd!
Mən yüz faiz bilirəm
sən "O" san...
Qoy onda sözümü deyim!
Sən kökündən yox,
brilliyant qaşlı
barmağından quruyajaqsan...