Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

FƏRHAD MENE ÜÇÜN


RƏBİQƏ
FƏRHAD METE ÜÇÜN


ZƏRDÜŞT 86
MÖCÜZƏ
Hekayə


V.S NAYPOL
GƏNÇ YAZIÇILAR ÜÇÜN


Con STEYNBEK
Gənc yazıçılara məsləhət


Uilyam FOLKNER
Gənc yazıçılara müraciət


Ali ALİOĞLU


Nahid HACIYEV
YUMULMAYAN GÖZLƏR
Hekayə


Leyla ŞƏRİFOVA


Anar AMİN


Elnura CAVADZADƏ
DEYİLMƏMİŞ SAĞLIQ..
Hekayə


Qəndab BABAYEVA


Vüsal NURU


İTİK
Hekayə


Günel EMİNLİ
"NAXIŞSIZ" ÇILÇIRAQ
QOXU
Hekayələr


Ül­viy­yə HEY­DƏ­RO­VA
XƏYANƏTİN DOSTU
Hekayə


Qılman İMANLI


Sevinc MÜRVƏTQIZI
YANILMA
Hekayə


Aytən TƏHMASİB


Elnaz EYVAZLI


Elvin BAKİROĞLU


Kəramət BÖYÜKÇÖL


Fərid HÜSEYN


Hafiz HACXALIL


Dünya poeziyasından tərcümələr


Xəyalə SEVİL


Ziyad QULUZADƏ
Empty...
Hekayə


Xudabaxış ƏLİYEV
SON ADDIM
Hekayə
Şerlər


RUH­LAN
TÜNZALƏ AĞAYEVA ILƏ MÜSAHİBƏ....



 

Con STEYNBEK
Gənc yazıçılara məsləhət


 

Əziz yazıçı
Uzun illər ötsə də, Stanfordda yaradıcılığa həsr olunmuş mühazirələri dinlədiyim günləri yaxşı xatırlayıram. Gümrahlıq və həyat eşqi ilə dolu bir gənc kimi o vaxt mən yaxşı, hətta çox yaxşı hekayə yazmağın sehrli düsturunu bir göz qırpımında canıma çəkməyə hazır olsam da, xəyallarımdan çox tez ayılmalı oldum. Bizə dedilər ki, yaxşı hekayə yazmağın yeganə yolu - yaxşı hekayə yazmaqdır. Yalnız yazıldıqdan sonra hekayəni tənqid etmək, necəliyi barədə fikir yürütmək olardı. Hekayə ən çətin janrdır, - müəllimlər deyirdilər - bütün dünyada yaxşı hekayələrin sayının çox az olması da buna sübutdur.
Bizə təklif edilən əsas qayda çox bəsit və qanqaraldan idi. Yalnız yazıçıdan oxucuya nə isə ötürə bilən hekayəni təsirli adlandırmaq olardı. Əsərin mükəmməlik dərəcəsini ölçmək üçün əsas meyar da həmin sirayət etmə qabiliyyəti hesab olunurdu. Vəssalam, hekayə yazmağın başqa qaydası yox idi. Təsirli olmaq şərtilə hekayə hər hansı mövzuya həsr oluna, istənilən vasitə və texnikanın köməyi ilə yazıla bilərdi. Yeganə qaydanın ikinci dərəcəli şərti kimi yazıçıdan demək istədikləri haqqında məlumatlı olmaq, başqa sözlə, nə danışdığını bilmək tələb olunurdu. Məşq üçün bizə bütöv bir hekayənin məzmununu bir cümləyə sığdırmaq tapşırılırdı, çünki yalnız bundan sonra, biz toxunmaq istədiyimiz mövzunu tam dərk edə və yazdığımız əsəri üç, altı, ya da iyirmi min sözə qədər genişləndirə bilərdik.
Bu da möcüzəli düstur, sehrli komponent... Və başqa heç nə demədən bizi tənha və kimsəsiz yaradıcılıq yoluna təhrik etdilər. Dəhşətli dərəcədə zəif hekayələr yazmağa başladıq. Kamil bir yazıçı kimi kəşf ediləcəyimi gözləsəm də, zəhmətimə verilən qiymət tezliklə ümidlərimi puç etdi. Ədalətsiz tənqid edildiyimi güman edirdim, lakin uzun illər sonra redaktorlardan aldığım rəylər də məni yox, müəllimimi haqlı çıxardı. Kollecdə yazdığım hekayələrə verilən aşağı qiymətlər sonradan aldığım saysız-hesabsız rədd cavablarında da öz təsdiqini tapdı.
Haqsızlıq idi. Yaxşı hekayələri oxuya, hətta onların necə yazıldığını başa düşə bilirdim. Bəs özüm niyə yaza bilmirdim? Bəlkə də ona görə ki, hekayələr heç vaxt bir-birinin eyni olmur. Uzun illər ərzində çox hekayə yazmışam, lakin hələ də yazıb bəxtini sınamaqdan başqa üsul tanımıram.
Hələ heç kim hekayə yazmağın sehrini (əgər varsa-əminəm ki, var) bir nəfərdən o birinə ötürülə bilən resept halına sala bilməyib. Görünür, yaradıcılığın sirri yazıçının vacib hesab elədiklərini dərhal oxucuya çatdırmaq ehtiyacında gizlidir. Əgər yazıçı belə ehtiyac hiss edirsə, həmişə olmasa da, onu təmin etməyin yolunu da tapır. Hekayəni gözəlləşdirən məziyyətləri və ya korlayan səhvləri müəyyən etməyi bacarmalısınız. Çünki pis hekayə əslində kifayət qədər təsirli olmayan hekayədir.
Yazıldıqdan sonra hekayə haqqında rəy söyləmək o qədər də çətin deyil, lakin hələ də yeni hekayəyə başlayanda vahiməyə qapılıram. Hətta bir az da irəli gedib deyərdim ki, sakitliyini qoruyub saxlaya bilən xoşbəxt yazıçı öz peşəsinin bənzərsiz və valehedici əzəmətindən xəbərsizdir.
Mənə verilən axırıncı məsləhətlərdən birini xatırlayıram. Amerikada varlıların və dəlilərin çoxaldığı iyirminci illər idi, mənsə bu aləmə baş vurub bəxtimi sınamağa, yazıçı olmağa hazırlaşırdım.
Dedilər: "Çox vaxt aparacaq, üstəlik pulun yoxdur. Bəlkə Avropaya gedəsən?"
"Niyə?" - mən soruşdum.
"Çünki Avropada kasıblıq talesizlikdir, Amerikada isə kasıb olmaq eyibdir. Maraqlıdır, kasıbçılığın xəcalətinə dözə biləcəksən, ya yox?"
Çox keçmədən iqtisadi böhran başladı, artıq hamı kasıb idi, pulsuzluq da artıq eyib sayılmırdı. Odur ki, heç vaxt bilməyəcəyəm, dözə bilərdim, yoxsa yox. Lakin, heç şübhəsiz, müəllimim birinci xəbərdarlığında yanılmırdı. Çox, lap çox çəkdi. Hələ də davam edir, üstəlik zərrə qədər də asanlaşmayıb. Demişdi ki, asan olmayacaq.


Tərcümə edəni Ülkər