Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

FƏRHAD MENE ÜÇÜN


RƏBİQƏ
FƏRHAD METE ÜÇÜN


ZƏRDÜŞT 86
MÖCÜZƏ
Hekayə


V.S NAYPOL
GƏNÇ YAZIÇILAR ÜÇÜN


Con STEYNBEK
Gənc yazıçılara məsləhət


Uilyam FOLKNER
Gənc yazıçılara müraciət


Ali ALİOĞLU


Nahid HACIYEV
YUMULMAYAN GÖZLƏR
Hekayə


Leyla ŞƏRİFOVA


Anar AMİN


Elnura CAVADZADƏ
DEYİLMƏMİŞ SAĞLIQ..
Hekayə


Qəndab BABAYEVA


Vüsal NURU


İTİK
Hekayə


Günel EMİNLİ
"NAXIŞSIZ" ÇILÇIRAQ
QOXU
Hekayələr


Ül­viy­yə HEY­DƏ­RO­VA
XƏYANƏTİN DOSTU
Hekayə


Qılman İMANLI


Sevinc MÜRVƏTQIZI
YANILMA
Hekayə


Aytən TƏHMASİB


Elnaz EYVAZLI


Elvin BAKİROĞLU


Kəramət BÖYÜKÇÖL


Fərid HÜSEYN


Hafiz HACXALIL


Dünya poeziyasından tərcümələr


Xəyalə SEVİL


Ziyad QULUZADƏ
Empty...
Hekayə


Xudabaxış ƏLİYEV
SON ADDIM
Hekayə
Şerlər


RUH­LAN
TÜNZALƏ AĞAYEVA ILƏ MÜSAHİBƏ....



 

Anar AMİN


 
GİRMİŞƏM AĞZIMA GƏL ÇIXART MƏNİ

Çörək bişirməyə çör-çöp axtarma,
Təndirə insan at, kül çıxart məni.
Ağla, göz yaşınla təndiri söndür,
Sonra qəh-qəh çəkib, gül, çıxart məni.

Başım başmağımın içində sirdi,
Qız, ayaq barmağın gözümə girdi,
Varlığım gözünün içində tirdi,
Gözünün içinə gir, çıxart məni.

Məni həyatından sildin çıxartdın,
Öyrəndin, yerimi bildin çıxartdın,
Hayana girdimsə, gəldin çıxartdın,
Girmişəm ağzıma, gəl, çıxart məni.

ÇIXMISAN BAŞIMA, AZIB QALMIŞAN

Çıxmısan başıma, azıb qalmısan,
Duman da çəkilmir heç başım üstən.
O yana-bu yana qaçıb susasan,
Gözümün suyunu iç başım üstən.

Ta özün özünü sınadın varsa,
Göylərə qalxmağa inadın varsa,
Adın da mələkdi, qanadın varsa,
Uçmaq istəyirsən, uç başım üstən.

Dünənim qalıbdı bu günün altda,
Başıma gün vurur bu günün altda,
Xanım, dayanıram körpünün altda,
Keçmək istəyirsən, keç başım üstən.

ŞƏKLİN BİZIM ÜÇÜN UŞAQ DOĞAJAQ

Öfkəylə qalxanı zərər oturdub
Hirsin boğmayanı hirsi boğubdur.
Hirsini içində boğmayan qadın,
Bətninə bir körpə sığmayan qadın,
Ajıq eyləmisən çıxıb getmisən
Barış taleyinlə, doğmayan qadın.

Tutmaq istəyirdim, əlimdən qaçdı,
Eh, sənin nazını tuta bilmədim
Nazını şəklində tutajam sənin.
Mən heç vaxt xəyanət etmədim sənə,
Bağışla, xəyanət edəjəm sənə
Bu gejə şəklinlə yatajam sənin.

Lap elə həmişə olduğu kimi
Səhər açılajaq, dan söküləjək
Yenə qaranlığı işıq boğajaq.
Neyləyim, sən özün doğa bilmədin
Ümidim sənə yox, şəklinə qalıb,
Şəklin bizim üçün uşaq doğajaq.

ÜMİD SƏNƏ QALDI, SƏN KİMƏ QALDIN ?

Ayağım hardadı başım ordadı
Mənim ki, qalmağa başqa yerim yox
Qalmışam ayaqla baş arasında.
Qəsdin öldürməkdi, gəl öldür məni
Nə vaxtdı yolunu gözləyirəm mən,
Durmuşam göz ilə qaş arasında.

Möhkəm tut, əjəlim sənin əlində
Sənin baş barmağın elə başındı
Özünü öldürüb mənə sarı gəl.
Sərim ürəyimi ayağın altda
Ayağın toza yox, qana bulaşsın
Janım qurban olsun sənə sarı, gəl.

Həsrətini möhkəm çəkdim, qırıldı
Günahım xılxıma bıçaq qoymamış
Xanım, bir səvab iş gör, məni kəsdir.
Ümid sənə qaldı sən kimə qaldın ?
Özümü özünə qurbanlıq eylə,
Yüz qurban yerinə bir məni kəsdir.

ÇIXART ÜRƏYİMİ, CANSÜRTƏN EYLƏ

Duş mənim gözlərim, neynirsən duşu
Elə kövrəlmişəm bir Allah bilir
Yaşaran gözümdə hazırdı suyun.
Soyunub yuyunmaq istəyən xanım,
Burdayam o yana-bu yana getmə,
Gəl, mənim gözümün yaşında yuyun.

Sən təhlükəsizlik kəmərin bağla
Fərqi yox, hansı yol , ehtiyatlı ol
Ömrünü astaja sür, içindəsən.
Ayrılıq tozuna bulaşan xanım,
Ay özü özüylə dalaşan xanım,
Təpədən dırnağa kir içindəsən.

Jansürtən çıxartmaz janının kirin
Başımdan düşürəm, başa düşürəm
Nejə istəyirsən istə sən, eylə
Bu kirdən janını qurtarmaq üçün,
Tərtəmiz bir ömür yaşamaq üçün
Çıxart ürəyimi jansürtən eylə.

MƏN VARLI DOĞULDUM, KASIB BÖYÜDÜM

Boyum tez ujalsın, tez çıxsın deyə
Özümü misramdan asıb , böyüdüm.
Tapdanan haqqımı görməmək üçün
Əlimlə gözümü basıb , böyüdüm.

Əlimdən aldılar qalan ümidi,
Gözümə yaş kimi dolan ümidi,
Dünənə, bu günə olan ümidi
Lap srağagündən kəsib, böyüdüm.

Bilmədiyim dəydi yüz bildiyimə,
Başım bəla çəkdi söz bildiyimə,
Şükür yaradanın öz bildiyinə,
Mən varlı doğuldum, kasıb böyüdüm.

İÇİMİZDƏN BAŞQA HƏR ŞEYƏ GİRİRİK

                                        Əli Əlioğluna

İlahi, bilirəm nəsə bir şey var,
Edilən hörmətin, xətirin altda.
Görəsən insanlar nəyin gizlədir,
Üstünə vurduğu ətirin altda.

İçimizdən başqa hər şeyə giririk,
Ta yerdən çıxırıq göyə giririk,
Su ki aydınlıqdı niyə giririk
Hər yağış yağanda çətirin altda.

Ölüm gəlsə, ayıq-sayıq deyiləm,
Şeir dəniz, heyf qayıq deyiləm,
Gözəl bir jümləyə layiq deyiləm,
Məni basdırarsız sətirin altda.

BAŞDAŞIN BAŞIMDI, QƏBRİN OLAJAM

Son görüş. Tüklərim biz-biz olubdu
Yaxınlaşma mənə, biz batar sənə
Unut bu sevgini unud, ajam mən
Qız, səni yadımdan çıxartmayajam
Gözümün yaşından çay dəmləyəjəm
Səni içə-içə unudajam mən.

Gözümdə göz yaşım özümdən böyük
O qədər "sən" deyib ağlayajağam
Göz yaşım pənjəmi deşəjək mənim.
Gözaltım olanda gözümün altdan
Gözümün üstünə minən bu sevgi
Haçansa gözümdən düşəjək mənim.

Tozsoran dünyada hamıya bəlli
Mən də bir qəm soran kəşf edəjəyəm
Səbr edə-edə səbr olajam.
İçimdə o qədər adamlar ölüb
Görünür, səni də öldürəjəyəm
Başdaşın başımdı, qəbrin olajam.