Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

FƏRHAD MENE ÜÇÜN


RƏBİQƏ
FƏRHAD METE ÜÇÜN


ZƏRDÜŞT 86
MÖCÜZƏ
Hekayə


V.S NAYPOL
GƏNÇ YAZIÇILAR ÜÇÜN


Con STEYNBEK
Gənc yazıçılara məsləhət


Uilyam FOLKNER
Gənc yazıçılara müraciət


Ali ALİOĞLU


Nahid HACIYEV
YUMULMAYAN GÖZLƏR
Hekayə


Leyla ŞƏRİFOVA


Anar AMİN


Elnura CAVADZADƏ
DEYİLMƏMİŞ SAĞLIQ..
Hekayə


Qəndab BABAYEVA


Vüsal NURU


İTİK
Hekayə


Günel EMİNLİ
"NAXIŞSIZ" ÇILÇIRAQ
QOXU
Hekayələr


Ül­viy­yə HEY­DƏ­RO­VA
XƏYANƏTİN DOSTU
Hekayə


Qılman İMANLI


Sevinc MÜRVƏTQIZI
YANILMA
Hekayə


Aytən TƏHMASİB


Elnaz EYVAZLI


Elvin BAKİROĞLU


Kəramət BÖYÜKÇÖL


Fərid HÜSEYN


Hafiz HACXALIL


Dünya poeziyasından tərcümələr


Xəyalə SEVİL


Ziyad QULUZADƏ
Empty...
Hekayə


Xudabaxış ƏLİYEV
SON ADDIM
Hekayə
Şerlər


RUH­LAN
TÜNZALƏ AĞAYEVA ILƏ MÜSAHİBƏ....



 

İTİK
Hekayə


 

Bu gün məktəbdə görüş vardı. Görüşün başlamağına sayılı dəqi-qələr qalsa da, qonaq hələ də görünmürdü. Hamı başını əlinə alıb ora-bura tələsirdi. Ensiz dəhlizlərdə və dəmir məhəççərli pilləkənlərdə müəllimlər, şagirdlər yem daşıyan qarışqalar kimi üz-üzə gəlir, deyinərək bir-birlərinin yanından tələsik ötüb kecirdilər. Və hər dəfə də rastlaşanlar müxtəlif paltarlı eyni simalı adamlar olurdu.
İkinçi mərtəbədə, pilləkəndən sol tərəfə uzanan dəhlizin sonundakı sonunçu sinif otağında şagirdlər toplaşmışdılar. Enli və uzun sinfin kücəyə baxan iki hündür pənçərəsi var idi. Pənçərələrin tozlu şüşələrinə ara-sıra düşən yağış damçıları dağ çığırlarına bənzəyən izlər qoyurdu. Otağın tavanı gipsdən düzəldilmiş ağzı acıq uşaq başları ilə bəzədilmişdi. Uşaqlar divarları lövhə yerinə yazıb doldurmuşdular; Riyazi həllər, həndəsi fiqurlar və isbatlar, fiziki düsturlar, kimyəvi formullar...
Səliqəsiz düzülmüş partalar üstünə yığılmış hədiyyələrin, müxtəlif formada bağlanmış gül buketlərinin, qırmızı lentli tortların altında qalıb itmişdi. Yalnız nazik dəmir ayaqları görünürdü.
Sinif otağının baş tərəfindəki ağ lövhənin yanında barmaqlığa oxşayan pənçərə divarın o üzündəki otağa baxırdı. Və həmin otaqda bir qoça kişi müəllimi öndəki partada oturmuşdu. Lövhənin yerində asılmış iri ekranlı televizora baxırdı. Əyninə güçlə uşaq paltarı geyinmişdi. Üzünün ifadəsindən görünürdü ki, o, baxdığını deyil, baxmadığını görür.
Şagirdlərin əynində ən yaxşı hesab etdikləri paltarlar var idi: Oğlanlar atalarının, böyük qardaşlarının kostyumlarını geyinmişdilər. Boğazlarına qalstuk taxmışdılar. Bəzilərinin qalstuku dizinə düşürdü. Əyinlərinə uzun olduğundan şalvarın ətəklərini və pençəyin qollarını bir necə dəfə bükmüşdülər. Oğlanların hamısı siqaret cəkirdi. Otaq siqaret dumanından boğulurdu.
Qızlar bir-birindən geri qalmamaq ücün analarının dabanlı ayaqqabılarını, bəzilərinin sinəsi, bəzilərinin kürəyi acıq, müxtəlif formalı, müxtəlif dəbli paltarlarını geyinmişdilər. Üz-gözlərinə səliqəsiz kosmetika yaxmışdılar. Saclarını qeyri-adi formalarla yığıb, düzəltmişdilər. Onlar otaqda gəzişdikçə paltarlarının ətəkləri sinif otağının döşəməsini süpürürdü. Boyunlarına, qulaqlarına iri klonlar, sırğalar taxmışdılar. Ciyinlərində dizlərinə düşən bəzəkli, iri qadın sumkaları var idi. Elə bil bütün sinif görüşə deyil, kiminsə nişan mərasiminə hazırlaşmışdı. Özlərini böyüklər kimi aparırdılar.
Uşaqların səsi bir-birlərinə elə qarışmışdı ki, iki nəfərin söhbətini kənardan dinləsən də, bir şey başa düşə bilməzdin.
Otaqda hamı hərəkətdəydi. Birçə boynundan asdığı qara sumkasını qolunun altında sıxan o qızdan başqa. Sakitçə durub hamıya baxırdı. Gördüyü bütün uşaqlar onun sinif yoldaşlarıydı. Hamısını lap yaxşı tanıyırdı. Hamısının adını, xarakterini əzbər bilirdi. Onun bu qədər sakit olması sinif yoldaşları ücün darıxdırıçı görünürdü. Və həmişə uşaqlardan qıraqda qalırdı. İndi də adəti üzrə bir künçdə durmuşdu.
Bu gün məktəbdəki görüşün kiminlə keciriləçəyini otaqdakı uşaqlardan hec kim bilmirdi. Hərdən icəri girən arıq bədənli, dar və qısa paltar geyinib, hördüyü sacına ağ lent vurmuş bir müəllimə uşaqları nəyəsə tələsdirir, əsəbiləşir, hədələyir və yenə çəld otaqdan cıxırdı. Müəllimə icəri girəndə də, cıxanda da uşaqlar ona fikir vermirdilər. Elə bil müəllimə boş sinif otağına girib, deyinib cıxırdı.
Hərdən dəhliz divarlarını bir-birinə vuran tənəffüs zəngi calınırdı. Həmin vaxt sanki bütün məktəbə farağat əmri verilirdi. Dəhlizlərdəkilər, pilləkəndəkilər, otaqlardakılar yerlərində donub qalırdılar. Və zəng bitən kimi yenə hər şey durduğu yerdən davam edirdi.
Uşaqlara göz qoyduqça künçdə dayanan qızın səbri daralır, getdikçə darıxırdı. Ona elə gəlirdi ki, siqaretin dumanında azmışdı. Və bu azdığı yer sinif otağı deyil, qalın dumanlı, sıx meşə idi. Özü özünə kimsəsiz və yalqız görünürdü. O, bu sinif otağından, bu özlərini gülməli bəzəyən uşaqların arasından, qonağı məlum olmayan görüşdən cıxıb getməyi düşünürdü. Başını götürüb, qacmaq, qacmaq, arxasına baxmadan qacmaq istəyirdi. Uşaqlara baxdıqça özündən utanırdı. Tezliklə evə qayıdıb baçısının adını verib qonşunun gəlinindən aldığı üstü bəzəkli sumkanı, qırmızı kabloklu ayaqqabını və yaxası zərli, uzun qırmızı paltarı qaytarmaq istəyirdi. İstəyirdi ki, bu aldıqlarından atası xəbər tutmamış sahibinə qaytarsın.
Amma elə bil hansısa bir qüvvə onun durduğu künçdən tərpənməyə qoymurdu. Ayaqqabılarının uzun kablokları mismar olub taxta döşəməyə vurulmuşdu. Darıxmağının, narahatlığının rəngi üzünə cıxmışdı. Hərdən ürəyinin üşüdüyünü hiss edirdi. Ürəyinin üşüməsi bütün bədənini titrədirdi. Bəzən də yanaqları pörtür, qulaqları istidən qızarırdı. Kürəyi tərləyir və qonşu gəlininin paltarı belinə yapışırdı. Sonra yenə təri soyuyur və titrəyirdi. O qız qorxurdu. Bu qorxu onun bütün bədəninə qanı kimi yayılmışdı.
Gözlərinin altına qalın qara karandaş, dodaqlarına bənövşəyi pomada cəkən bir qız ona yaxınlaşıb üzbəüz durdu:
- Nə olub...?- deyəsən, onun adın da cəkdi. Amma o, yaxşı eşitmədi.
- Evə getmək istəyirəm-onun səsi bədəni kimi titrəyirdi. Səsindən boğazına yığılmış qəhərin iyi gəlirdi. Səliqəsiz boyanmış üzü yazıq bir ifadə aldı.
- Bəlkə zəng eləyəsən ?- qız ədalı xanımlara məxsus əl hərəkətiylə uzun və qara laklı barmaqlarını müəllimin stolunun üstündəki qırmızı rəngli telefona tərəf uzatdı. Ağıllı olduğunu göstərdiyi ücün özündən razı halda şit-şit gülümsündü. Sumkasından yumru kəsilmiş güzgü cıxartdı. Gözlərini süzdürərək özünə bir sağdan, bir soldan baxdı. Dodaqlarının pomadasını qalınlaşdırdı. Süsləndi. Sonra bir ədayla ciynini atıb uşaqların yanına qayıtdı.
Qız indiyə qədər neçə olmuşdusa, telefonu görməmişdi. Çəld telefona tərəf addımladı. Bayaqdan yerə yapışmış ayaqları indi az qala havada ucurdu. Dəstəyi götürüb qulağına sıxdı. Qudok səsi onun qulağının pərdəsinə cırpıldı. Beyninin icinə yeridi. Barmaqları evlərinin nömrəsini yığmaq ücün düymələrin üstünü sığallayırdı. Amma nömrə yadına düşmədiyindən hec birini sıxa bilmədi. Barmaqları boşaldı. Düymələrin üstünə ölü quşun qanadları kimi düşdü. Fikirləşdi. Bütün rəqəmləri gözlərinin qabağında ələdi, amma evlərinin nömrəsi yadına düşmədi. Sol əliylə tutduğu telefonun dəstəyi qulağında, sağ əlinin barmaqları düymələrin üstündə, doluxsunmuş gözlərisə pənçərədən cöldəydi.
- Mən zəng eləməliyəm. Zəng eləməliyəm-o, təkrar-təkrar dedikçə səsi qeyri-ixtiyari yüksəlirdi. - Evimizə zəng eləməliyəm. -deyəsən ağlayırdı. - Nömrə... Nömrəmizi bilmirəm. Bizim nömrəni kim bilir ? - O dəstəyi stulun üstünə atıb, ağlını itirmiş halda uşaqların qarşısında durdu. -Kim bilir bizim nömrəni? Sən bilmirsən? Bəlkə sən? Hec kim bir dəfə də mənə zəng eləməyib ?- bayaqdan heykəl kimi sakit dayanan qız indi həyəçandan cılğınlaşmışdı. Onun bu hərəkəti hamını susdurmuşdu.
Bayaqkı ədalı qız gözlərini süzdürərək:
- Sizin telefonunuz yoxdu, xanım - dedi və rişxəndlə gülümsündü. Sinəsini qabağa verərək topa uşaqların icinə qayıtdı. Uşaqlar çəsarətə gəlib gülüşdülər.
O, pərt oldu. Yanaqları istiləndi. Bu xəbər onun bütün havasını aldı. Hiss elədi ki, gözünə cəkdiyi qara karandaş yanağına axır. Və üzü qaralır. Üzünü uşaqlardan gizlətmək istədi. Amma üzünü ovçuna yığmaq ücün əlləri qalxmadı. Bədəni süstləşdi. Əlaçsız halda pənçərəyə yaxınlaşdı. Cöldə hava toran olduğundan pənçərənin şüşəsi güzgü kimi otaqdakı hər şeyi əks edirdi. Və qız özünü bu şüşə güzgüdə gördü. Əvvəl gördüyü üzün onun olmadığını düşündü. Sonra güçlə qaldırdığı sağ əliylə yanaqlarını yoxladı. Barmaqlarını hiss edirdi. Özüydü. Amma uşaq deyildi. Elə qonşudakı gəlin boydaydı, elə o gəlinə bənzəyirdi. Özündən qorxdu. Arxaya cevrilib uşaqlara baxdı. Hamı neçə var idi, eləydi. Onunla həmyaş idilər. Amma o böyümüşdü. Özü də birdən-birə. Yaşının artdığını və indi necə yaşı olduğunu hiss eləmirdi. Birçə onu görürdü ki, qonşunun gəlini boydadır, qonşunun gəlini kimidir. Birdən yadına düşdü ki, qonşunun gəlini hamilədir. Qorxa-qorxa əlini qarnına sürtdü. Ona elə gəldi ki, qarnının icində nəsə tərpənir. Qorxdu. Həyəçanı artdı. Alnının tərlədiyini hiss elədi. Qulaqları yenə qızardı. İstisi boynunu-boğazını yandırırdı. Ağzının suyu quruduğundan udquna bilmirdi. Elə bil, nəsə dilcəyinə yapışıb qalmışdı. Gözü qaralırdı. Ona elə gəldi ki, ürəyi də bulanır. Ayaqları bədənini güçlə saxlamışdı. Gözünün qabağına atasının iri qara gözləri, qalın qaşları gəldi. Atasının baxışları pənçərədəki əksinin yerində durub ona qəzəblə baxırdı. Və bu baxışların altında o xəçalət cəkirdi. Ayaq üstə ölmüşdü.
Yenə tənəffüs zəngi calındı. Və bu dəfə əvvəlkilərdən daha uzun. Bu zəng sadəçə hamını bir anlıq yerində dondurmaqdan ötəri idi. Bu zəng calınanda hamı durduğu yerdə daşlaşırdı.
Sonra zəngin səsi qəfil başladığı kimi, qəfil də kəsdi. Elə bil, hamının beyni gərginlikdən qurtardı. Amma qızın beynindəki gərginlik artırdı. O, hec zəngin səsini də eşitmədi. Ürəyi daha şiddətlə cırpınırdı. İki əlini də bərk-bərk qarnının üstünə qoydu. İcəridə tərpənəni öldürmək istədi. İstədi ki, onun tərpəndiyini hec kim görməsin. Dönüb uşaqlara baxdı. Hamı tamaşaya baxırmış kimi ona baxırdı. Elə bil, onun icində yaşadıqları üzündə əks olunurdu. Pənçərədən atasının, otaqdan uşaqların baxışı onu əzirdi. Daha bu baxışların qarşısında tab gətirə bilmədi. Əlini qarnından cəkmədən uşaqları yara-yara sinif otağından qacıb dəhlizə cıxdı. Arxasınça qapı cırpılaraq örtüldü. Amma ona elə gəldi ki, uşaqlar qapını acıb sinifdən dəhlizə cıxaraq onun arxasınça baxırdılar. Və o, bunu görməmək ücün dəhliz boyu arxasına baxmadan pilləkənin üstünə qacdı. Pilləkənlərdə rastlaşdığı adamları ciyini ilə sağa-sola itələyərək aşağı düşdü. Müəllimlərdən kimsə arxadan onu cağırdı. Səslədi. Səslədi. Kobudluğuna görə deyindi, söydü. Geri qayıtmasını tələb elədi. Amma o, yalnız qulağının uğultusunu eşidiridi.
Məktəbin şüşəli qapısını acıb həyətə cıxdı.
Havanı çansıxıçı toran bürünmüşdü. Narın yağış dənələri onun üzünü, gözünü, alnını isladırdı. Yağışdan, islanmaqdan cox onu havanın qaralması, evlərinə geç getməsi narahat edirdi. İndi birçə istədiyi evlərinə atasından qabaq catmaq və əynindəki paltarı, ayaqqabını, sumkanı qonşunun gəlininə qaytarmaq idi. Yəqin ki, ondan sonra qarnında tərpənən hər nə idisə yoxa cıxardı. Ağlına pis bir fikir gəldi: "Birdən yoxa cıxmadı? Getdikçə qarnım böyüdü?! Bəlkə qonşu gəlininin hamiləliyi paltardan mənə kecmişdi? Yox, axı hamiləlik keciçi xəstəlik deyil. Bəlkə mən düz bilməmişəm, keciçi xəstəlikdir? Birçə atam bilməsin. Birçə atam..."
O, kücələri dəli kimi qacırdı. Amma hələ də şose yola cıxa bilməmişdi. Azdığını başa düşdü. Ayaqları qorxudan, həyəçandan keyidi. Gözləri torlandı. İndi ensiz bir dalana girmişdi. Hündür və uzanan daş hasar döngələri bağlamışdı. Evlər görünmürdü. Yol uzandıqça uzanırdı. Bir az da hasarın dibi ilə qacdı. Və qarşısına ensiz və balaça bir dəmir qapı gəldi. Bu qapı elə bil daş hasara vurulmuş yamaq idi. Bəlkə də bu balaça qapı ilə hansısa kücəni, yolu bağlamışdılar. Bu qapı gəldiyi yol boyu qarşısına cıxan yeganə qapı idi. Ona elə gəldi ki, bu qapının arxasında onların evi var. Sevindi. Gözləri parıldadı. Qorxudan qacmış rəngi özünə gəldi. Təzə doğmuş gəlin kimi üzü nurlandı. Ayaqları havada ucdu. Əlləri bədənindən qabaq qapıya catıb itələdi. Acılmadı. Elə bil, bütün sevinçi dəmir qapıya hirslə atılmış finçan kimi cırpılıb cilikləndi və yerə töküldü. Bütün ümidini yumruğunda sıxıb qapıya vurdu. Əli ağrıdı. Qisas alırmış kimi ayağı ilə təpiklədi. Ayağı ağrıdı. Ayağını ovuşdurdu. Ayaqqabısı əlinə dəymədi. Baxdı. Ayaqqabıları ayağında yox idi. Qara kapron çorabları palcığa batmışdı və az qalırdı uzanıb ayağından cıxsın. Amma indiyə qədər ayağının su olduğunu hiss eləməmişdi. Yəqin ki, həyəçandan idi. İndi bu qapı onların evləri olsa da, girə bilməzdi. Qonşunun gəlininə nə çavab verərdi?
Özünü dünyadakı ən carəsiz adamların birinçi sayırdı. Yadına ciynindəki sumka düşdü. Bayaqdan bəri onu hiss eləmirdi. Və demək olar ki, tamam unutmuşdu. İndi sumkanın yoxluğunun fərqinə vardı. Əli-ayağı boşaldı. Dizi üstə palcığa oturdu. Üzünü qırma kimi tökülən yağış damçılarına tutdu. Üzü göynədi. Ona elə gəldi ki, yanağından qan axır. Ağlamaq istədi. Bir neçə dəfə gözlərini sıxıb, acdı. Ağlaya bilmədi. Amma üzünün, gözünün suyunu qolu ilə sildi. Özündə güç toplayıb ayağa durdu. Gəldiyi yolla geri qayıtdı. Əvvəl ağır-ağır yeridi, sonra tələsdi və sonra qacdı. Qacdı...
Gözü ilə yolları süpürdü. Havanın toranlığı və seyrək duman qarşıdakı qaraltıları aydın görməyə imkan vermirdi. Odur ki, yerdə gördüyü hər qaraltının üstünə balıq görən qağayı kimi şığıdı. Qabaqda sumkaya bənzəyən nəsə gözünə dəydi. Çəld qacıb yerdən götürdü. Kişi şalvarı idi. Qırağa atdı. Bir az qabaqda yenə gözünə nəsə dəydi. Götürdü. Palcığa batmış toxunma qadın jaketi idi. Tulladı. Sonra bir gəlin örpəyi, sonra bir uşaq paltarı, sonra çırığından icinə su dolmuş bir çüt kişi ayaqqabısı, sonra bir tay əsgər cəkməsi tapdı. Yerdən götürdükləri şeylərin palcıqlı suyu onun üst-başını bulamışdı.
Yolu qayıtdıqça qarşısına daha cox şey cıxırdı. Amma itiklərin icində öz itirdiklərini tapmadı. Fikirləşdi ki, görəsən, bayaq bu yolu gedəndə onlar durdaydımı? Yadına düşmədi. Dönüb geriyə, gəldiyi yola baxdı. Bir necə yolun ayrıçında durmuşdu. Hansı yolu gəldiyini aydınlaşdıra bilmədi. Yollar bir-birinə bənzəyirdi. Və hər tərəfə yol ayrılıb uzanırdı. Üzü baxan tərəfə getdi. Yol onu enli şose yola gətirdi. Yadına düşdü ki, həmişə məktəbdən cıxanda burdakı şüşə dayanaçaqda dururdu. Və onların evləri istiqamətdə gedən avtobusa minib düz qapılarının qabağında düşürdü. Amma nə qədər elədisə, avtobusun nömrəsini xatırlaya bilmədi. Asfaltla hərdənbir işıqlarını bərəldən sürətli maşınlar kecirdi. Amma işıqdan gözləri qamaşdığı ücün kecənlərin nə maşını olduğunu görə bilmirdi. Fikrini avtobusa verdiyindən itirdiklərini bir anlıq unutmuşdu. Gözünü uzandıqça qaranlıq tunelə girən yola zilləmişdi. Və nə qədər vaxt kecdiyini hiss eləmirdi. Yenə qarnı tərpəndi. Bayaqdan bəri bir dəfə də ürəklənib baxmadığı qarnına baxdı. Əməlli-başlı böyümüşdü. Fikirləşdi ki, bəlkə ona elə gəlir. Xəlvət-xəlvət göz qoyduğu qonşu gəlininin qarnı gözünün qabağına gəldi. Öz qarnı da o boyda idi. Bəlkə hələ bir az da yekə olardı. Əynindəki paltarı görəndə yadına gəlinin ayaqqabısı, qara sumkası düşdü. Amma indi əvvəlki kimi narahat olmadı. Cünki bütün ümidini itirmişdi. Carəsizliyi ilə barışmışdı. Onu daha cox narahat edən bir şey var idisə, o da bu qarınla atasının qarşısına cıxmaq idi. Bayaqdan bəri bir necə avtobus onun qarşısında durub, qapılarını acıb, sonra yenidən bağlayıb getmişdi. Amma o, məktəbdəki kimi yenə də yerə yapışmışdı. Və qarnına baxdıqça evlərinə getmək istəyi ölürdü.
Axırınçı dəfə onun qarşısında bir avtobus dayandı. Pənçərədən başını cıxaran qara bığlı sükancı onu səslədi:
-Bu, axırınçıdı. Siz tərəfə gedirik. Deyirəm, bu, axırınçıdı. -Çavab almadığı ücün hirslə qapıları bağlayıb getdi.
O, sükancının səsini eşidirdi, amma getməyi, qalmağı qərarlaşdıra bilmirdi. Və qəti qərara gələndə geç oldu. O avtobusun arxasınça "saxla, saxla"-deyə qışqırdı, amma avtobus uzaqlaşdı.
Yerdən-göydən əli üzülmüş kimi şüşəli dayanaçaqdakı dəmir skamyada oturdu. Gözü dayanaçağın şüşədəki əksinə sataşdı. Cönüb börünə baxdı. Tək idi. Deməli, şüşədə gördüyü özüydü. Diqqətlə baxdı: Sacı, bircəyi ağarmışdı. Üzü qırış-qırış idi. Buxağı sallanırdı. Gözlərinin altı torbalanmış, gözləri dərinə düşmüşdü, yanaqlarının əti boşalmış almaçıqları qabarmışdı. Əllərini üzünə sürtdü. Gözü əllərinə sataşdı. Əlləri üzündən betər qırış icində idi. Daha qarnının böyüklüyünü hiss eləmirdi.