Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

FƏRHAD MENE ÜÇÜN


RƏBİQƏ
FƏRHAD METE ÜÇÜN


ZƏRDÜŞT 86
MÖCÜZƏ
Hekayə


V.S NAYPOL
GƏNÇ YAZIÇILAR ÜÇÜN


Con STEYNBEK
Gənc yazıçılara məsləhət


Uilyam FOLKNER
Gənc yazıçılara müraciət


Ali ALİOĞLU


Nahid HACIYEV
YUMULMAYAN GÖZLƏR
Hekayə


Leyla ŞƏRİFOVA


Anar AMİN


Elnura CAVADZADƏ
DEYİLMƏMİŞ SAĞLIQ..
Hekayə


Qəndab BABAYEVA


Vüsal NURU


İTİK
Hekayə


Günel EMİNLİ
"NAXIŞSIZ" ÇILÇIRAQ
QOXU
Hekayələr


Ül­viy­yə HEY­DƏ­RO­VA
XƏYANƏTİN DOSTU
Hekayə


Qılman İMANLI


Sevinc MÜRVƏTQIZI
YANILMA
Hekayə


Aytən TƏHMASİB


Elnaz EYVAZLI


Elvin BAKİROĞLU


Kəramət BÖYÜKÇÖL


Fərid HÜSEYN


Hafiz HACXALIL


Dünya poeziyasından tərcümələr


Xəyalə SEVİL


Ziyad QULUZADƏ
Empty...
Hekayə


Xudabaxış ƏLİYEV
SON ADDIM
Hekayə
Şerlər


RUH­LAN
TÜNZALƏ AĞAYEVA ILƏ MÜSAHİBƏ....



 

Nahid HACIYEV
YUMULMAYAN GÖZLƏR
Hekayə


 

Qu­la­ğın­da an­la­ma­dı­ğı cüm­lə­lər rəqs edir, göz­lə­ri gah ye­rə zil­lə­nir, gah da so­yuq daş­la­rın üzə­rin­də üşü­yür­dü. Ba­xış­la­rın­da özü­nə agah ol­ma­yan yor­ğun­luq, san­ki nə­yə­sə təs­lim olun­muş ki­mi ifa­də var idi. Bu­nun ne­cə ol­du­ğu­nu hiss et­mə­di - qar­nı­nın üzə­rin­də dü­yün­lən­miş əl­lə­ri bir-bi­rin­dən ay­rıl­dı, üzü qı­zar­dı. Qa­lın pal­ta­rı­nın al­tın­da tu­mar­lan­mış tük­lə­ri biz-biz ol­du, bə­də­nin­də xə­fif bir gi­zil­ti hiss et­di. Hey­rət­lən­mə səh­nə­si­ni mə­ha­rət­lə oy­na­ma­ğa ça­lış­dı. Üzü­nü qı­zar­da­caq ifa­də­lər gəz­di, bü­tün cəh­di ilə hə­ya­ca­nı­nı tə­sir­li bir şə­kil­də gös­tərm­yə ça­lış­dı... is­tə­sə, ye­rin­dən tər­pə­nə bi­lə­cə­yi­ni an­la­dı, an­caq özü­nü elə gös­tər­di ki, gu­ya kim­sə onu ya­rım me­tir ye­rə bas­dı­rıb. Əta­fın­da­kı on­lar­ca adam bir an­da yo­xa çıx­mış­dı, an­caq bi­lir­di ki, hər kəs öz ye­rin­də­di. Göz­lə­ri mon­taj olun­muş film ki­mi la­zım­sız səh­nə­lə­ri kə­sib çı­xar­ma­ğa baş­la­dı. Ye­rə bas­dı­rıl­mış ayaq­la­rı­nı ne­cə ol­du­sa unut­ma­dı­ğı il­lər­də, kü­çə­lər­də gəz­di­yi­ni hiss et­di.
Be­lə­cə bi­rin­ci səh­nə­nin ma­hir ifa­çı­sı öz işi­ni ye­ri­nə ye­tir­di. Da­ha doğ­ru­su, qon­şu­su­nun onun çiy­ni­nə "ge­di­rik" de­yib to­xun­du­ğu an ona elə gəl­di ki, re­jis­sor bi­rin­ci səh­nə­yə "stop" de­di. Gəl­dik­lə­ri ma­şı­na mi­nib daş-kə­sək­li yol­la eniş aşa­ğı enən­də özü­nü hə­lə də ba­yaq dur­du­ğu yer­də gör­dü.
- Bu baş­qa­sı ola bil­məz, mən onu gö­rən ki­mi ta­nı­dım - O, dos­tu­nu gör­cək dil­lən­di - ... İl­lər ke­çib, am­ma heç də­yiş­mə­yib...
Dos­tu­nun "Ə­min­sən odu?" sö­zü­nü eşi­dən ki­mi - O, mə­nə ba­xır­dı, bu ba­xış­la­rı lap uzaq­dan da ta­nı­ya­ram. Onu gör­dü­yü­mə se­vin­mək­dən çox onun­çün ne­cə da­rıx­dı­ğı­mı hiss et­dim. Əli­min əs­di­yi­ni, dö­yün­tü­sü­nün az­lı­ğın­dan hə­ki­mə şi­ka­yət et­di­yim ürə­yi­min hə­yə­can­lı "dub-dub" sə­si­ni eşit­dim... Yox, bu baş­qa­sı ola bil­məz­di. Onu gör­dü­yü­mə se­vin­mək­dən çox, in­ti­za­rın, ay­rı­lı­ğın ne­cə can ağ­rı­dan bir şey ol­du­ğu­nu hiss et­dim. Ça­rə­siz­li­yi­mə, güc­süz­lü­yü­mə, özü­mə ya­zı­ğım gəl­di. O, isə bun­la­rı hiss edir­miş ki­mi, sa­kit­cə mə­nə ba­xır­dı... uşaq­lıq­da bax­dı­ğı ki­mi ba­xır­dı... O, mə­nim keç­mi­şim idi, üzü sol­ğun və...
Mər­mər göz­lə­ri­nin için­də bir an­lıq uşaq­lı­ğı­mı­zı gör­düm. Elə bil heç vaxt yat­ma­yan göz­lə­rin­də uşaq­lı­ğı­mı­zı giz­lət­miş­di. Bu­nu hiss et­mək his­si­ni de­mək üçün nə­sə hiss edə bil­mi­rəm. Hə­yət­də pal­çıq­la, tor­paq­la oy­na­dı­ğı­mız uşaq­lıq... Bi­lir­sən, mən bun­ca il­lər­dən son­ra onu ne­cə sev­di­yi­mi hiss et­dim. Ömür bo­yu içim­də qa­lan kəm­li­yin sə­bə­bi­ni gör­düm.
Hə­yat yol­da­şı­mın üzü­nə bax­dıq­ca hiss et­di­yim sev­gi­siz­li­yin sə­bə­bi­ni al­nal­dım. Nə­dən ömür bo­yu ona ar­vad de­di­yi­mi, nə­dən onun ar­vad­lı­ğı­nın sa­də­cə uşaq doğ­maq, ev yı­ğış­dır­maq, pal-pal­tar yu­maq ol­du­ğu­na inan­dı­ğı­mı an­la­dım.
Bun­ca il­dən son­ra dü­nən, onu gör­dü­yüm gün ba­şa dü­şə­cək­dim ki, o, mə­nim tor­pa­ğı sev­di­yim qə­dər mə­ni se­vir­miş. Sev­mə­di­yi tor­pa­ğı. Mən isə bu sev­gi­ni, bu fə­da­kar­lı­ğı gör­mə­yə­cək qə­dər uşaq idim. O isə uşaq ol­ma­sı ilə ya­na­şı mə­nə ya­xın ol­maq üçün hər şe­yi nə­zə­rə al­caq qə­dər bö­yük imiş - Dos­tu çə­nə­si­ni bü­zə­rək, aram­sız eti­raf­la­rın için­də uşaq­lıq il­lə­ri­ni xa­tır­la­dı - Ya­vaş-ya­vaş uza­nan bo­yu, ya­vaş-ya­vaş ye­kə­lən si­nə­si, bə­də­ni. Bə­də­ni ilə ya­na­şı en­lə­nən üzü, qa­şı, gül­lü pal­tar­la­rı­nı, gül­lü co­rab­la­rı­nın be­lə bö­yü­mə­si, cid­di­ləş­mə­si... Mən bü­tün bun­la­rın o za­man­kı mə­na­sı­nı dü­nən an­la­dım.
O­nu 8 ya­şın­da öy­rən­di­yi sev­gi his­si­ni, mən hə­lə çox gec öy­rə­nə­cək­dim. On­la­rın bi­zim məh­lə­dən kö­çüb get­di­yi gün hiss edə­cək­dim və et­dim. Hə­min gün mə­nə zil­lə­nən göz­lə­ri bir da­ha unut­ma­dım. Bə­də­nim­də­ki gi­zil­ti, hə­yə­can hə­min gü­nün xa­ti­rə­si ola­raq qal­dı içim­də. O ba­xış­la­rı ilk də­fə or­da gör­müş­düm, so­yuq və lal...
- Bəl­kə ora ge­də­sən - Dos­tu eh­ti­yat­la onu sö­zü­nü kəs­di.
- Yox, hə­lə tez­di.
­Ax­şam dos­tu­na "tez­di" de­di­yi ye­rə get­mək üçün ar­tıq "gec" ol­du­ğu­nu an­la­dı. An­caq ye­nə də get­di.
Ge­cə idi, yo­xuş yu­xa­rı qal­xa­raq aya­ğı­nı əzən daş­la­ra fi­kir ver­mir­di. Tə­lə­sir­di, an­caq bi­lir­di ki, o ba­xış­lar heç bir ye­rə tər­pə­nə bil­mə­yə­cək. Da­şa həkk olun­muş üzü sı­ğal­la­dı, qə­ri­bə bir is­ti­lik hiss et­di- heç vaxt sı­ğal­la­ma­dı­ğı, is­di­li­yi­ni və yu­mu­şaq­lı­ğı­nı hiss et­mə­di­yi üzü. San­ki qız, yad ki­şi­nin ona sı­ğal çək­mə­sin­dən utan­dı, ya­naq­la­rı pört­dü. Si­nə­sin­dən aşa­ğı bə­də­ni­nin gör­mə­di ki, qu­caq­la­sın, am­ma ye­nə də baş­da­şı­nı qu­caq­la­dı. Bil­mə­di ki, qı­zın öl­dü­yü­nə ağ­la­sın, yox­sa onu ne­cə sev­di­yin heç vaxt ona de­yə bil­mə­yə­cə­yi­nə. An­caq ağ­la­dı...