Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

FƏRHAD MENE ÜÇÜN


RƏBİQƏ
FƏRHAD METE ÜÇÜN


ZƏRDÜŞT 86
MÖCÜZƏ
Hekayə


V.S NAYPOL
GƏNÇ YAZIÇILAR ÜÇÜN


Con STEYNBEK
Gənc yazıçılara məsləhət


Uilyam FOLKNER
Gənc yazıçılara müraciət


Ali ALİOĞLU


Nahid HACIYEV
YUMULMAYAN GÖZLƏR
Hekayə


Leyla ŞƏRİFOVA


Anar AMİN


Elnura CAVADZADƏ
DEYİLMƏMİŞ SAĞLIQ..
Hekayə


Qəndab BABAYEVA


Vüsal NURU


İTİK
Hekayə


Günel EMİNLİ
"NAXIŞSIZ" ÇILÇIRAQ
QOXU
Hekayələr


Ül­viy­yə HEY­DƏ­RO­VA
XƏYANƏTİN DOSTU
Hekayə


Qılman İMANLI


Sevinc MÜRVƏTQIZI
YANILMA
Hekayə


Aytən TƏHMASİB


Elnaz EYVAZLI


Elvin BAKİROĞLU


Kəramət BÖYÜKÇÖL


Fərid HÜSEYN


Hafiz HACXALIL


Dünya poeziyasından tərcümələr


Xəyalə SEVİL


Ziyad QULUZADƏ
Empty...
Hekayə


Xudabaxış ƏLİYEV
SON ADDIM
Hekayə
Şerlər


RUH­LAN
TÜNZALƏ AĞAYEVA ILƏ MÜSAHİBƏ....



 

Xudabaxış ƏLİYEV
SON ADDIM
Hekayə
Şerlər


 

Саат 02:00.

O, tər­lə­miş hal­da yu­xu­dan oyan­dı. Ye­nə yu­xu­sun­da ka­bus gör­müş­dü. Ar­tıq bir ne­çə həf­tə idi ki, əzab çə­kir­di. Öz için­də nə­yə­sə qə­rar ve­rir. Yor­ğun ad­dım­lar­la əl-üzü­nü yu­ma­dan çö­lə çı­xır. Onun vil­la­sı­nın ya­xın­lı­ğın­da hün­dür bir uçu­rum var idi. Hə­min uçu­ru­ma ya­xın­la­şır və bu fi­kir­lər bey­nin­dən ke­çir: "On­suz da mən bur­dan özü­mü at­sam, sa­ba­ha cə­sə­di­mi güc­lə ta­par­lar. On­suz da kim pes­si­mist bir oğ­la­nın hə­ya­tıy­la ma­raq­la­nar­ki?!"
Tul­lan­maq is­tə­yir­di, am­ma ürəyi gəl­mir­di. Ar­tıq bez­di bu cə­sa­rət­siz­lik­dən. Bir­dən kol­luq­dan ki­min­sə ayaq sə­si gəl­di. Tul­lan­ma­dı, ayaq sax­la­dı və dü­şün­dü. "On­suz da itir­mə­li heç nə­yim yox­dur.­Ba­xım o kim­dir."
Çün­ki o be­lə heç vaxt fik­ri­ni cəm­li­yə bil­məz­di. Be­lə ki ya­xın­la­şır kol­lu­ğa. Kol­lu­ğun ar­xa­sın­da­kı qı­zı gö­rür və so­ru­şur. "Siz bu vax­tı bur­da ney­nir­siz? Si­zə kö­mək edə bi­lə­rəm?"
Qız heç bir sua­la ca­vab ver­mir­di. Oğ­lan­sa bez­di və ye­ni­dən uçu­ru­ma qa­yı­dıb kə­na­rın­da əy­ləş­di.
Qız aya­ğa qalx­dı və yor­ğun ad­dım­lar­la oğ­la­nın ya­nın­da əy­ləş­di. Bir ne­çə də­qi­qə sa­kit­lik çök­dü. Son­ra qiz bo­ğuq səs­lə de­yir: "Mən ya­xın­lıq­da ya­şa­yı­ram. Bur­da ol­ma­ğı­mın sə­bə­bi isə özü­mü at­maq is­tə­yim­dir."
Qız bu sö­zü­nü bi­ti­rən ki­mi oğ­lan de­yir: "Mən də bu­na gö­rə bur­da­yam"
Qız yük­sək səs­lə əla­və edir: "De­mə­li, bir ölə­cə­yik"
Oğ­lan ca­vab ve­rir: "On­da ni­yə özü­nü öl­dür­mək is­tə­di­yi­ni mə­nə da­nış."
Qız­sa bu tək­li­fə eti­raz et­mə­di­yi­ni bil­dir­di. La­kin baş­qa heç nə de­mir­di.
Bir ne­çə sa­ni­yə keç­di. Oğ­lan ba­şa düş­dü ki, gə­rək özü əv­vəl­cə da­nış­sın.
Və elə hə­min an oğ­lan baş­la­dı:
Mən evin tək uşa­ğı ol­mu­şam və ər­kö­yün bö­yü­mü­şəm. Hər za­man hər is­tə­di­yim olub. Va­li­deyn­lə­rim­sə hər za­man ya­nım­da olub.
Mə­nim atam var­lı ban­kir idi. Çox sərt və təm­kin­li in­san idi. Heç bir şey­dən qorx­maz­dı. Onun düş­mən­lə­ri də çox idi. Onu çox təh­did edir­di­lər.
Bir gün bo­yük bir ban­da baş­çı­sı atam­nan pul is­tə­yir. La­kin atam ver­mek is­tə­mir və elə te­le­fon­da­ca ban­da baş­çı­sı­nı sö­yür. Ban­da baş­çı­sı on­dan qi­sas ala­ca­ğı­na söz ve­rir.
A­tam­sa bun­dan çox təd­bir­li idi. O, iki bi­let alır və bir­ba­şa anam­la İs­rai­lə uçur. Mə­ni­sə heç ki­min ağ­lı­na gəl­mə­yən bir kənd köh­nə dax­ma­da qal­ma­ğa məc­bur edir. Mən bir ne­çə al­tı ay bu dax­ma­da qal­dım. La­kin ar­tıq dö­zə bil­mir­dim. Va­li­deyn­lə­ri­mi gör­mək is­tə­yir­dim, çox da­rıx­mış­dım. Kənd­dən çı­xıb şə­hər­də­ki evi­mi­zə get­mə­yə qə­rar ver­dim. Yol­da ge­dər­kən in­san­lar mə­nə çox pis ba­xır­dı­lar. La­kin mən on­la­rı an­la­mır­dım. Mən evə çat­dım, qa­pı­dan içə­ri gi­rən ki­mi ürə­yim­də ana-ata is­tə­yi da­ha çox art­dı. Mən bü­tün evi ax­tar­dım, an­caq nə atam var idi, nə də anam. Otu­rub göz­lə­dim. İki sa­at son­ra qa­pı­ya açar da­xil ol­du. Mən va­li­deyn­lə­ri­mi göz­lə­yir­dim. An­caq bu sa­diq qul­luq­çu­muz Zəh­ra idi. Mən onu gö­rən­də ilk sö­züm "Va­li­deyn­lə­rim har­da­dır?" ol­du.
­O, ba­şı­nı aşa­ğı sa­lıb təm­kin­lə ca­vab ver­di: On­lar təy­ya­rə qə­za­sın­da ölüb­lər. On­dan son­ra mən qa­ran­lıq xa­tı­la­yı­ram, de­yə­sən, hü­şu­mu itir­miş­dim. Mən ayı­lam­da dörd hə­kim mə­ni döv­rə­yə al­mış­dı. Mən on­la­rı itə­lə­yib qa­pı­ya doğ­ru qaç­dım və ev­dən çıx­dım.
Mən in­di an­la­dım in­san­lar mə­nə ni­yə kü­çə­də be­lə pis ba­xır­dı­lar. On­lar elə bi­lir­di­lər ki, mən mi­ra­sa sa­hib ol­maq üçün va­li­deyn­lə­ri­mi öl­dürt­mü­şəm.
Mən ar­tıq heç kim­dən qorx­mur­dum. Mən atam ki­mi ol­maq is­tə­yir­dim. La­kin yol­la ata­mın mə­nə qo­yub get­di­yi vil­la­ya ge­dər­kən özü­mü güc­lə sax­lı­yır­dım. Heç nə ve­ci­mə də de­yil­di. Heç kim mə­ni an­la­mır.
Mən o gün­nən son­ra ra­hat ya­ta be­lə bil­mi­rəm. Hər gün yu­xum­da va­li­deyn­lə­ri­min ölü­mü­nü cür­bə­cür fa­ciə­lər­lə gö­rü­rəm. Mən atam­sız, anam­sız ya­şa­ya bil­mi­rəm. Heç ya­şa­maq da is­tə­mi­rəm.
Bez­mi­şəm...
O, öz göz yaş­la­rı­nı sax­la­ya bil­mir­di. Üzü­nü çe­vi­rib hön­kür-hön­kür ağ­la­dı. Qız­sa onun ya­ra­sı­nı ye­ni­lə­mə­mək üçün özü­nü sax­la­yır.
Söh­bət ta­mam­la­nan ki­mi qız baş­la­dı:
- Mən hər gün sev­gi­lim­lə bu­ra­lar­da gə­zər­dim.
O əli ilə ya­xın­lıq­da­kı çə­mə­ni gös­tər­di.
­Ah, o gün­lər...
On­la­rı ge­ri qay­tar­maq üçün hər şe­yi­mi ve­rər­dim.
Mə­nim sev­gi­li­min adı Tu­ral idi. Mən onu sa­də bir oğ­lan ki­mi ta­nı­yır­dım. Doğ­ru­dan da eləy­di. La­kin həbs­xa­na­dan çıx­mış dost­la­rı­na qo­şul­ma­ya­na ki­mi. O, həbs­xa­na­dan çı­xan dost­la­rı­na qo­şu­lan ki­mi hər şey pis­li­yə doğ­ru də­yi­şir­di. Ar­tıq o, gö­rüş­lə­rə ge­ci­kir­di. Elə olur­du ki, heç gəl­mir­di. Hər gün bir bə­ha­nə uy­du­rur­du.
Bir gün gö­züm onun da­mar­la­rı­na sa­taş­dı. Bu­nu nə ol­du­ğu­nu so­ru­şan­da o mə­nə bu­nu al­ler­gi­ya­ya qar­şı ol­du­ğu­nu de­di. Bi­zim ara­mız­da sirr yox idi, mən ona ina­nır­dım. Biz sa­ğol­laş­dıq və sa­bah bur­da ye­ni­dən gö­rü­şə­cə­yi­mi­zə qə­rar ver­dik.
Sə­hər açıl­dı. Mən op­ti­mist əh­val­da ye­rim­dən dur­dum. Pal­tar­la­rı­mı ge­yib əl-üzü­mü yu­yan­dan son­ra çö­lə çıx­dım. Hər za­man­kı gö­rüş ye­ri­mi­zə gəl­dim. Saat­lar­la göz­lə­dim, o gəl­mə­di. Yo­rul­dum və evə gəl­dim. Bir ne­çə gün müx­tə­lif saat­lar­da bu­ra gəl­dim. La­kin heç kim gəl­mə­di. Bir ne­çə gün­dən son­ra mə­nə Tu­ra­lın dost­la­rın­dan bi­ri mə­nə mək­tub gə­tir­di. Həm də o de­di ki, bu mək­tu­bu Tu­ral son nə­fə­sin­də sə­nə gön­də­rib. O, de­di ki, əgər mən ge­ri dön­mə­səm, bu mək­tu­bu sə­nə ve­rim.
Mən ye­rim­də tər­pən­mə­dən qal­mış­dım. Bu öm­rü­mün ən bö­yük it­ki­si idi. Mən ona çox öy­rəş­miş­dim.
Mək­tub­da ya­zıl­mış­dı:
"Sa­lam. Əgər sən in­di bu mək­tu­bu oxu­yur­san­sa, bil ki, mə­ni sər­həd­dən nar­ko­tik ke­çi­rər­kən öl­dü­rüb­lər. Sən de­miş­din bi­zim ara­mız­da heç bir sirr ol­ma­ma­lı­dır. Ya­dın­da­dır, sə­nə de­miş­dim da­ma­rım­da­kı iz­lər al­ler­gi­ya­ya qar­şı iy­nə­nin iz­lə­ri­dir. Ya­lan de­miş­dim...
Mən bil­mi­rəm sən mə­ni ba­ğış­la­yır­san, yox­sa yox. Am­ma ƏL­Vİ­DA..."
Mən bu mək­tu­bu on-on beş də­fə, bəl­kə də çox oxu­dum. Am­ma hər də­fə də ağ­la­dım. Mən hər şe­yə gö­rə özü­mü gü­nah­lan­dır­maq­dan da bez­mi­şəm.
Hər şey­dən bez­di­yim ki­mi...
Qı­zın in­cə də­ri­si­nə so­yuq göz yaş­la­rı düş­dü və saş­ki onun də­ri­si­ni yan­dır­dı...
Qı­zın bu söz­lə­rin­dən son­ra hər iki­si ayaq üs­tə dur­du və uçu­rum­dan aşa­ğı bax­dı. Tul­lan­maq is­tə­yir­di­lər, hər iki­si ha­zır idi.
Bir­dən on­la­rın hər iki­si əlin­dən tut­du­ğu dərd­li bir in­sa­na vu­rul­du­lar. On­la­rın hər iki­si dərd­li idi və hər iki­si­nin yo­lu­na san­ki di­var çə­kil­miş­di, yol­la­rın­da­kı bu di­var­la­rı bir­gə aş­ma­ğa qə­rar ver­di­lər. Bü­tün ge­cə­ni ye­ni hə­yat haq­qın­da dü­şün­dü­lər. Gü­nəş çıx­dı və bu gü­nəş möh­kəm və qar­şı­lıq­lı bir sev­gi­nin tə­mə­li­ni qoydu...


MÜHARİBƏ

Müharibədən yaxşı heç nə qalmır
Dərdlər, yetimlər bir də xəstəliklər
Göy üzünü sülh buludları almır
Yanır meşələr, itir gözəlliklər

Axı kim inanardı ki, bir zaman
Hərbi təyyarələr qalxacaq göyə
Məhv olacaq neçə min insan
Sadəcə, bir parça torpağa görə

Qorumağa hazırıq ölkəmizi
Bu torpağa görə ölməyə belə
Sanki vətənə bağladıq qəlbimizi
Çoxdan yatmış torpağı gətirdik dilə

Mərmi və toplar göy üzünü alar
Vətənin uğrunda qəddar bir döyüş
Döyüşlərdən yalnız səhralar qalar
Qoy onda bu olsun qəzəbli görüş

On üç il yaşadım, yəqin az gördüm
Gördüyüm ən az sülh danışıqları
Gördüm şəhidlər çıraqtək tez söndüm
İnsanlar unutdu barışıqları

HƏBSXANA

Niyə burda olduğumu bilmirəm
Bəlkə də günahkar saxta şahidlər
Hətta gələcəyimi də görmürəm
Yenə də boşa çıxır bütün cəhdlər

Küncdə sıxılmış bəmbərk çarpayım
Sənin ürəyini xatırladır
Barmaqlıqda davam edən həyatım
Məni çox aldadır , çox ağladır

Əlimdəki buz kimi soyuq qandallar
Sənin isti əllərini əvəz edir
Yorur məni ətrafımdakı axmaqlar
Artıq dözə bilmirəm, zaman gec keçir

MƏN

İçimdə sular qaynar,
Mənisə heç kim anlamır
Tək ayaqlar məni saxlar,
Sanki Kabus heç yaşamır

Lal dalğalar gedib gəlir
Mənsə yenə də susuram
Yavaş-yavaş dolur sətir
Fikirlər bitmir yazıram

Mən çox şeyi anlamıram
Bəlkə səbəbkar yaşımdı
Tənhalıqdan ağlamıram,
Çaylar mənim göz yaşımdı

Başqalarına oxşamaq istədim
Lakin özüm kəşf oldum
Həyatımı hisslərimlə bəzədim
Tez açdım və tez soldum

Həyatım yuxutək qısa
Sanki üçgünlük kəpənək,
Çata bilməyəcəm yaza -
Yaşamaq vaxtım bitəcək