Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

FƏRHAD MENE ÜÇÜN


RƏBİQƏ
FƏRHAD METE ÜÇÜN


ZƏRDÜŞT 86
MÖCÜZƏ
Hekayə


V.S NAYPOL
GƏNÇ YAZIÇILAR ÜÇÜN


Con STEYNBEK
Gənc yazıçılara məsləhət


Uilyam FOLKNER
Gənc yazıçılara müraciət


Ali ALİOĞLU


Nahid HACIYEV
YUMULMAYAN GÖZLƏR
Hekayə


Leyla ŞƏRİFOVA


Anar AMİN


Elnura CAVADZADƏ
DEYİLMƏMİŞ SAĞLIQ..
Hekayə


Qəndab BABAYEVA


Vüsal NURU


İTİK
Hekayə


Günel EMİNLİ
"NAXIŞSIZ" ÇILÇIRAQ
QOXU
Hekayələr


Ül­viy­yə HEY­DƏ­RO­VA
XƏYANƏTİN DOSTU
Hekayə


Qılman İMANLI


Sevinc MÜRVƏTQIZI
YANILMA
Hekayə


Aytən TƏHMASİB


Elnaz EYVAZLI


Elvin BAKİROĞLU


Kəramət BÖYÜKÇÖL


Fərid HÜSEYN


Hafiz HACXALIL


Dünya poeziyasından tərcümələr


Xəyalə SEVİL


Ziyad QULUZADƏ
Empty...
Hekayə


Xudabaxış ƏLİYEV
SON ADDIM
Hekayə
Şerlər


RUH­LAN
TÜNZALƏ AĞAYEVA ILƏ MÜSAHİBƏ....



 

Elnura CAVADZADƏ
DEYİLMƏMİŞ SAĞLIQ..
Hekayə


 

Xatirimdən bir dəqiqə olsun belə çıxmırsan. Dərsdə, məşğələdə, rəfiqələrimlə ilə görüşlərimdə, evdə- hər yerdə. Məkan və zamanından asılı olmayaraq xatırlayıram səni. Xatırlamaqmı? Düzü, bu sözdən utandım bir az. Yoxluğundan keçən illər ərzində bir an belə yadımdan çıxdığın olubmu heç! Ürəyimin sıxıldığı,dünyanın gözümdə qaraldığı, qəlbimin parçalandığı, sönük üzlər, soyuq sözlərdən usandığım zamanlarda hər an yanımda hiss etmişəm səni. Sənə yazığım gəlir, - pıçıldayırsan qulağıma.
Bu, onun son sözü idi. Aman -zaman, yeganə övladına. (Bəlkə güjlü hissiyyatın diqtəsi ilə deyilmişdi bu sözlər!)
O vaxtlar bəlkə də fərqinə varmamışdım bu sözlərin. İndi ayaqlaşa bilmədiyim yeniliklər, avropasayağı qurulan münasibətlər, riyakarlıq burulğanı, "istedadlar" qabağında kiçildilərkən özümün özümə yazığı gəlir, ANA! Deyirlər insan hər gejə vijdanı qarşısında hesabat verməlidir. Həyat məbədindən qopan daş kimi ovulub gedən ömrün bugünkü səhifəsinə nə həkk etdi yaşananlar? Mən sənin qarşında hesabat verirəm, ana. Çünki çox erkən köçdüyün dünyada erkən yetimçilik və tənhalığa məhkum etdiyin övladının vijdan aynası, görən gözü, haqq tərəzisi, jismində ruh idin.
Firuzə yastığın altından şəkli çıxarıb bağrına basdı və gözünü yumdu.
Vərdişə çevrilən bu hal onun üçün ijrası mütləq və zəruri olan müqəddəs ayinə bərabər idi.
Bu gejə də üz-üzə,göz- gözə qalıb durmuşdu anasının şəklinin önündə. Demək, mənim yox, qonşunun yuxusuna gəlmisən, ana, - deyə özü də bilmədən bərkdən səsləndi. Bilirsənmi nələr oldu? Bəlkə bilirsən? Ah, bu bəlkələr . Başında küt ağrılar hiss etdi. Məni parçalayan, sarsıldan kimsənin sezə biləjəyindən qorxub gizlətdiyim gözlərimin nədən dolduğunu ? ilk dəfə idi ki, o, anasının qarşısında etdiyi hərəkətə görə utanırdı.
Mən “ürəyim yandı” ifadəsinin dərkinə vardım. Bu yanğının vəhşət və vahiməsindən qubar edən könlümün hərarəti məni nitqi lal etdi. Danışmıram, ana, danışmıram. Hönkürə- hönkürə dediyi bu sözləri qonaq otağında aspirantı ilə telefonda danışan atası eşitdi.
Firuzə saata baxdı. 2: 52 .Yerindən qalxıb qapının açarla bağlı olub- olmadığını bir də yoxladı. Pərdəni aralayıb küçəyə baxdı. Nejə də parıltılı görünür şəhər gejənin qaranlığında. Hər şey öz axarı ilə gedir.
Gözü birdən üzbəüz marketin qabağı ilə addımlayan itə sataşdı. Ürəyindən ani olaraq onun yerində olmaq keçdi. İndi o, məndən həm mənəvi,həm də jismani təmizdir, yəqin!
Dur, çay dəmlə . Qapı arxadan silkələndi.
Firuzə bu səhəri də diri gözlə açdığınıi indi anladı. Atası ışə gedəndən sonra rahatlanıb divanda uzandı. Gejəni oyaq qaldığından yuxu onu biixtiyar apardı. Birdən dəhlizdə ayaq səsləri eşidildi. Tükləri ürpəndi. Əli ilə yaxasını möhkəm bağladı. Son zamanlar evdə gəzərkən adət etmişdi buna. Saata baxdı, on ikinin yarısı idi. Ürəyi rahatlandı. Gələn xalası idi -Səadət .
Jan bala, yəqin nahar etməmisən ? Səadət bajısı qızının üzündən öpdü. Xəstə deyilsən ki, gözlərin qızarıb.
-Yox.
-Bəs dərsə niyə getməmisən?
-.......
-Bəlkə Əli ilə ...
-Evdəkilər nejədir, Səadət xala?
Səadətin gözləri yaşardı. Gejə ananı görmüşəm yuxuda. Deyir uşaqdan nigaranam.
Firuzə onunla üzbəsurət divarda asılan şəklə baxdı. Anasının toy şəkli idi. Üzünü dərhal çevirdi. Demək bu dəfə də onun yuxusuna gəlməyib.
Axşamüstü Fərhad işdən qayıdanda Səadət mətbəxdə əyilib çəlləkdən duzlu xiyar çıxarırdı. Fərhadın ujadan əssəlamun ələyküm söyləməsini eşidib, tez dikəldi. Gülümsəyərək , "yemək hazırdı, qoy Firuzəni də çağırım"- dedi.
-Tələsmə, gələr də.
Səadət boynunda ilıq nəfəs duydu. Birdən nəyisə xatırlayırmış kimi, nə edirsən ,deyə arxaya çəkildi. Mən bajımın sönmüş ojağının közərtisi ilə oynaya biləjək vijdansız ola bilmərəm, axı!
-Sevmirsən məni ? Bəs bajının yatağına uzananda nejə? Mən ölüm, bunları fıkirləşirdin heç ?


-Tfu. Sənin vəhşiliyini duyub,özümə nifrət edirəm. Firuzə ,gəl qızım,yemək soyuyur.

***

Şənbə günü xalası zəng edib Firuzədən xahiş etdi ki, gəl səninlə Sahil bağında görüşək. Səadətin səsindəki təlaşı duyan Fərqanənin ürəyi döyünməyə başladı...
Onlar bağda görüşdülər. Firuzə dedi ki,gəl, Pedoqoci Universitetlə üzbəüz yerləşən kafe "Fartuna"da oturaq, ora sakitlikdi.
Səadət ilk dəfə idi ki, Firuzənin bajısına bu qədər bənzədyini görürdü. Elə bil bajısı ilə üzbəüz oturmuşdu. Bu, onun qəlbini daha da sıxdı. Hövsələsi daraldı. Bilirsən, Firuzəb, hamı üçün həyat qiymətlidir, mənim üçün namus həyatdan da qiymətlidir. Qızın rəngi ağardı, dodaqları titrədi.
-Demək sən də hiss etmisən ?.. ..
Firuzə xalas Səadətlə nə az, nə çox düz 4 saat kafedə oturdu. Söhbət əsasında ağlayb sızlamalarını, ujadan danışdıqlarını özləri hiss etmirdi. Ofisiant yaxınlaşıb xanım, sizə sakitləşdiriji dərman qəbul etmək lazımdır, bəlkə taksi çağıraq sizi evə aparsın deyəndə, kafedəkilərin nəzərlərinin onlara dikildiyini gördülər.
Səadət onurğasında qəfil başlayan ağrıdan ayağını tərpədə bilmirdi. Taksiyə güjlə oturdu. Fıruzə isə anlaşılmaz rahatlıq hiss etdi. Bu dəhşətli dramatik vəziyyətin kuliminasiya nöqtəsini o, özü qoyajaqdı. Elə yoldan Əliyə zəng etdi ki,mən qərarımı verdim. Göndər elçilərini. Səhərə açılan növbəti yuxusuz gejədə Firuzə bir şeyi qət etdi. Mənlik ,şərəf və ləyaqətinin tapdalanmasına göz yuman adam kölədir. Onun isə yalnız janını deyil, qəlbini köləlik içərisində inləməyə məjbur edəndən mütləq qisas almalıdır.
Fevralın 15-i Firuzənin əhvalı çox yaxşı idi. Bu gün elçillər- Əlinin anas gil gələjəkdi onlara. Səhər tezdən durub gözəllik salonuna gedib bəzəndi, ona çox yaraşan çəhrayı paltarını geyindi. Atası isə qızını o paltarda görəndə içindən qəribə bir narahatlıq və jansıxıjı təlatüm keçdi.
Axşamüstü saat 18: 05.
Qonaqların içində ən narahatı Səadət, həyəjanlısı Fərhad, çağlayanı isə Firuzə idi.
Gözlədiyi an yetişdi. Otaqdan səsləndilər. Çağırın, gəlinimiz bizə çay gətirsin. Ağzımız şirin olsun.
Otağın qapısı astaja açıldı. Əlidən başqa hamının nəzəri ona dikildi. Fıruzə əlindəki şampan şərabı və qədəhlərlə dolu sinini stolun üstünə qoydu.
Fərhad dili dolaşa- dolaşa sən nə hədlə məni rüsvay eliyirsən dilləndi .
Rüsvaymı? Fıruzə ahəstə,tələsmədən.aydın və uja səslə - əksinə, dedi. Mən sənin ,atam sayılan insanın etdiyi rüsvayçılığa son qoymaq istəyirəm.
Ətrafdıkaların çaşqınlığını görüb, təəjjüblənməyin, söylədi. Sinidəki qədəhlərdən birini götürdü. Qaldırın badələri, məni el dəbi ilə ərə vermək istəyən, qızının namusuna təjavüz edən atanın, baldızının qızlıq şərəfini tapdayan hissi və qəlbi olmayan janavarın sağlığına. Bu paltar yəqin yaxşı yaraşır mənə, deyilmi ? Bunu onun üçün geyinmişəm. Əli ilə atasını göstərdi. Mən bu libasda onun nəfsinin qurbanına çevrilmişəm. Ata doğma qızının gözəlliyi önündə hisslərini jilovlaya bilmədi. Tfu, tfu. Əlindəki qədəhi yerə çırpdı. Alqışlayın elmlər namizədi olmaq arzusu ilə bir həftəyə elmi rəhbərinin qızına dəlijəsinə aşiq olan 26 yaşlı gənji. Firuzənin dizləri boşaldı. Gözlərinə qaranlıq çökdü. O, uzaqdan, güjlə sezilə biləjək bir tərzdə xalasının səsini eşidirdi.
Heyvan,insan jildinə girimş iblissən sən. Səadət Fərhadın üstünə atılıb, dırnaqları ilə onun üzünü didməyə başladı. Onun jırmaqladığı yerlərdən axan qan Fərhadın ağ köynəyinin yaxa hissəsinə nar dənələri düzülüşünü xatırladan qəribə bir şəkildə ləkə saldı...
Baş verənlərin fövqündə isə Əlinin qulağında nədənsə Fərhadın auditoriyada tez- tez işlətdiyi "Bizim ən ümdə vəzifəmiz mili komplekslərdən uzaq, müasir gənjlik yetişdirməkdir. " sözləri güruldamağa başladı…

***

Firuzə çantaları avtobus dayanajağında onu gözləyən dayısının yanında qoyub,məni yarım saat burda gözləyə bilərsənmi soruşdu. İnstituta dəyməliyəm.
-Əlbəttə, ehtiyatlı ol.
Ana! Javan ömrünü, yaraşıqlı görünüşünü, istedadını, sağlamlığını bir janiyə qurban verən anam. İndi mənim yazığım gəlir sənə . Sənin narahat ruhuna. Sənsiz keçirdiyim illər ərzində mənim vijdanımı bir ağrı çuğlayıb. Övladlıq borjumu yerinə yetirə bilməmək ağrısı. Bu gün isə qalib kimi gəlmişəm hüzuruna. Daşı qujablayıb, bərk-bərk öpdü. Mən o təntənəli gejədə təkjə sənin üçün sağlıq deməmişdim. Hönkürtüsünü eşitməsinlər deyə dəsmalı ağzına sıxdı. Axı sən uşaq saflığı ilə Füzulinin aşiqanə qəzəllərini sevirdin. Ay, mənim sevib-sevilməkdən doymayan nakam anam. Dodaqlarını başdaşı üzərindən ona boylanan şəklə yaxınlaşdırdı. Anasına gizli nə isə deyirmiş kimi, qulağına pıçıldadı. "Nəqdü jan sərf eyləyib dünyada kam almaq gərək,ya şəhid olmaq gərək, ya intiqam almaq gərək." Sonra ətrafa baxıb, "ölülər, anam əmanəti" deyə ujadan səsləndi. Anamdan muğayat olun. Daha bu dünyada sədaqət,vəfa və etibarına güvəndiyim ruhu jismində olan kimsə qalmayıb.