Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

FƏRHAD MENE ÜÇÜN


RƏBİQƏ
FƏRHAD METE ÜÇÜN


ZƏRDÜŞT 86
MÖCÜZƏ
Hekayə


V.S NAYPOL
GƏNÇ YAZIÇILAR ÜÇÜN


Con STEYNBEK
Gənc yazıçılara məsləhət


Uilyam FOLKNER
Gənc yazıçılara müraciət


Ali ALİOĞLU


Nahid HACIYEV
YUMULMAYAN GÖZLƏR
Hekayə


Leyla ŞƏRİFOVA


Anar AMİN


Elnura CAVADZADƏ
DEYİLMƏMİŞ SAĞLIQ..
Hekayə


Qəndab BABAYEVA


Vüsal NURU


İTİK
Hekayə


Günel EMİNLİ
"NAXIŞSIZ" ÇILÇIRAQ
QOXU
Hekayələr


Ül­viy­yə HEY­DƏ­RO­VA
XƏYANƏTİN DOSTU
Hekayə


Qılman İMANLI


Sevinc MÜRVƏTQIZI
YANILMA
Hekayə


Aytən TƏHMASİB


Elnaz EYVAZLI


Elvin BAKİROĞLU


Kəramət BÖYÜKÇÖL


Fərid HÜSEYN


Hafiz HACXALIL


Dünya poeziyasından tərcümələr


Xəyalə SEVİL


Ziyad QULUZADƏ
Empty...
Hekayə


Xudabaxış ƏLİYEV
SON ADDIM
Hekayə
Şerlər


RUH­LAN
TÜNZALƏ AĞAYEVA ILƏ MÜSAHİBƏ....



 

Aytən TƏHMASİB


 
YENƏ GECİKƏCƏYƏM

Ruhum görüşünə gələcək.
Ömür qatarının son dayanacağında
görüşəcəyəm səninlə.

Gözəl görünmək istəyilə
gecikəcəyəm yenə.
(Qızlar xoşlanır
əvəzedilməz olmaqdan.)

Zaman keçmək bilməyəcək
sənə çatana kimi.
Ürəyim önləyib zamanını,
məndən tez çatacaq sənə.
Fikrimi küləklər, ruhumu mələklər
uçuracaq sənə.
Mən yenə gecikəcəyəm.

OĞULLAR BAŞ QALDIRACAQ

Yağışın yağmasını izləyirəm
dağların qoynunda
gözəl bir kəndin
torpağa sancılmış
uçuq bir daxmasından.

İzləyirəm
yağış damcılarının
mirvaritək sapa düzülməsini,
Yerin Göyə həsrətini.
Doya-doya qoxlayıb,
ciyərimə çəkirəm
torpağın ətrini.
Qulaq verib, dinləyirəm
torpaqdakı ulularımın
dağılıb, səpələnmiş söhbətlərini.

Qıratın ayaq səsləri gəlir torpaqdan.
"Misri" havalanır saz üstündə.
Dağlardan qalxan duman
tüstülənir
Qaraca çobanın tonqalıtək.

Elləri birliyə səsləyəcək
tonqalların alovu.
Oğullar baş qaldıracaq
yağışdan sonra.

VƏTƏN YOLLARI

Hər mənzilə bir yol uzanıb gedir,
Hər yolun sonunda bir mənzil durur.
Torpağa kök salır hər kənd, hər şəhər,
Yolların üstünə qonub, oturur.

Əvvəl cığır açır, yol salırıq biz,
Sonra mənzil tikib, məskən deyirik.
Sevib, oxşayırıq adını hər an,
"Anamız" deyirik, "Vətən" deyirik.

Sərhəd dirəkləri yer dəyişmədə,
Qırılır,kəsilir vətən yolları.
Döyüşə qalxırıq vətən yolunda,
Şəhidə döndərir dərd oğulları.

Müqəddəsdi bizə andımız kimi,
Allahın yazdığı qədərdi vətən.
Əzəli, əbədi köçə durubdur,
Keçmişdən yaddaşa səfərdi vətən.

ANIM NƏĞMƏSİ

Anım nəğməsi səslənəcək bir azdan.
3 dost 5 düşmən içərisində.
Səslənəcək sinəmdə çırpınan ürəyimin
ölçüsüz, dağınıq ritmlərində.
Dinləyəcək Yer,Göy
(daş-ağac,canlı-cansız kainat)

İtirdim bu gün.
Sevgisizliyə qapılıb bir anlıq,
Itirdim cansız görünüb də yeriyən
ölüyəbənzər ürək, könül dostlarımı.
Fikrimi qaraltı
Nuru çəkilmiş dünyanın çırağı
Büsbütün sevgisizləşdi dünya
gözlərimin önündə
Varlığımda,ruhumda.
Büsbütün sevgisizləşdi təbiət;
Sevgisizləşdi ağaclar,otlar, çiçəklər,
payız,yaz yağışları,qışın qarı...

Sevgisizləşdi şahid və şəhid dəniz
Dünya dinlədi məni,
Dünya dinlədi anım nəğməsini.
Köhnə pianomun səssiz klavişlərində.

GET MƏNDƏN

Qərarın getməkdirsə,
dönməzsən geriyə.
-Dayan, - deyib, saxlamaq olmaz gedəni.

Gedirsənsə get məndən,
vaxt itirmədən.
Sellər dağdan daş qoparan kimi
yollar bir can aparar məndən,
qopub ayrılarsan ürəyimdən.
Görünür, bir parçası olmusan ürəyimin.

Gedənə ağlamazlar.
Göz yaşı söndürməz
qovrulan ürəyin atəşini.

Alovlandırar içində,
nifrət tonqalını.
Nifrət qisasa alovlandırıb,
bürüyər ürəyini.

Getməyi var qonaq kimi gələnin,-
yolda olar bir ayağı.
Sən əlindən çəkərsən, yollar ayağından.
Sürükləyib aparar şeytanın ardınca.
Gedənlər gəlməz, gələnlər qalmaz.

***

Yenə keçdim
damında şeytanlar dolaşan
evimin qapısından.
Birləşib,
toy-büsat qurdular mənə
gözümün qabağında.

SON DƏFƏ

Dərdlərimi çiynimə alıb,
gedəcəyəm bu dünyadan.
Baş daşı istəmirəm qara mərmərdən.
Nəzərə alınacaqsa,
kəfənə bükülüb,
torpağa qoyulmaq belə istəmirəm,
dərd üstələməsin deyə.
Öz dərdi özünə bəsdir torpağın.

Zirvə tapın
dərdlərimlə yanaşı qoyulası,
o yüksəklikdə zirvə varsa əgər.

Gözlərim gözəldi, deyirlər,
kədərli baxışlarımla.
Bəxt güzgümün
qarşısına gətirin məni.
Son dəfə özünə baxıb,
gözəllikdən doysun gözlərim.

Küləklər uçurtsun saçımı
sığalına həsrət qalan
əllərinə sarı
sevdiyimin.

Ürəyimi dalğalara bağışlayın.
Ürəyimi duyan
tək dostumdur dəniz.

Səsim
İskəndərin sirri kimi ensin
sirrsaxlamaz quyulara
və yayılsın ellərə,
"Azərbaycan!" deyərək.
Ruhum çıxıb azadlığa,
uçsun yurdumun göylərində.