Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

FƏRHAD MENE ÜÇÜN


RƏBİQƏ
FƏRHAD METE ÜÇÜN


ZƏRDÜŞT 86
MÖCÜZƏ
Hekayə


V.S NAYPOL
GƏNÇ YAZIÇILAR ÜÇÜN


Con STEYNBEK
Gənc yazıçılara məsləhət


Uilyam FOLKNER
Gənc yazıçılara müraciət


Ali ALİOĞLU


Nahid HACIYEV
YUMULMAYAN GÖZLƏR
Hekayə


Leyla ŞƏRİFOVA


Anar AMİN


Elnura CAVADZADƏ
DEYİLMƏMİŞ SAĞLIQ..
Hekayə


Qəndab BABAYEVA


Vüsal NURU


İTİK
Hekayə


Günel EMİNLİ
"NAXIŞSIZ" ÇILÇIRAQ
QOXU
Hekayələr


Ül­viy­yə HEY­DƏ­RO­VA
XƏYANƏTİN DOSTU
Hekayə


Qılman İMANLI


Sevinc MÜRVƏTQIZI
YANILMA
Hekayə


Aytən TƏHMASİB


Elnaz EYVAZLI


Elvin BAKİROĞLU


Kəramət BÖYÜKÇÖL


Fərid HÜSEYN


Hafiz HACXALIL


Dünya poeziyasından tərcümələr


Xəyalə SEVİL


Ziyad QULUZADƏ
Empty...
Hekayə


Xudabaxış ƏLİYEV
SON ADDIM
Hekayə
Şerlər


RUH­LAN
TÜNZALƏ AĞAYEVA ILƏ MÜSAHİBƏ....



 

Ziyad QULUZADƏ
Empty...
Hekayə


 

Mənim dostum yoxdur,
mənə inanan da, qohumum da yoxdur,
mənə kömək edən də yoxdur
ancaq mən hər şeyə rəğmən mübarizə aparacaq və
kral olduğumu isbat edəcəyəm"

Mark Tven
"Şahzadə və Dilənçi"

"Samittto Murizza Akirre - Xalq artisti, Qızıl dərviş mükafatı laüratı".
"Opera və balet teatrı"nın padvalındakı divara vurulmuş afişanın altında belə yazılmışdı.
Divarların illərlə yığışan çirkini digər afişalar örtmüşdü.
...otağın küncündəki köhnə döşəyin üzərinə divardakı sənətkar sərilib xoruldayırdı. Adəti üzrə oynadığı rolların əlbisəsini heç vaxt əynindən çıxarmayan artist ən son oynadığı V.Şekspirin "Hamlet"indəki HAMLET rolunda qalmışdı. Bəşəriyyətin çox şey borclu olduğu Hamletin əlbisəsini geyinmiş II Hamlet xorultusunu kəsib gözlərini açdı. Hərəkətsiz, fəlc olmuş adamlar kimi gözlərini tavanda, divara vurulmuş afişalarda, bir küncə qoyulmuş boy aynasında, qapının sağ tərəfinə yığılmış köhnə kitablarda və onların üzərində yığılıb qalmış quru çay tənəkləri ilə dolu saralmış stəkanlarında gəzdirdi.
"Vaxt deyilmi?"- deyə boşluğa pıçıldadı.
Qışdır . "Qız qalası" məğrur kral kimi əsrlərdir dalğalara qovuşub gələn xəzri küləklərinə sinə gərir. Bu küləklər Bakının küçələrində "Gilavara" qarışıb özünü AKİRREnin dünyaya açılan yeganə, balaca pəncərəsinin qırıq şüşəsinə çırpırdı. Əzəmətli binanın bir küncündəki balaca otağa sığınmış xalq artistinin divarlara yapışdırılmış həyatının afişalarını yellədir , dərdli adamın mənliyini silləliyirdi.
Samittto Murizza Akirre yorğun göz qapaqlarını yumdu. Səfil sənətkar otağını qəribə xorultu ilə doldurdu.
... Ağ boşluqda bir müddət addımladı. Ayaqları onun iradəsindən asılı olmayaraq sürətlənir, addımlarını bir-birinin ardınca boşluğa atır, gah da yavaşıyıb pəncələrinin altını boşluğa yapışdıra-yapışdıra yürüyürdü. Boşluqda ağ, kənarları qırmızı güllərlə bəzənmiş ensiz yol peyda oldu. Yolun sonunda gözəl, nurlu sifətli bir adam durmuşdu. Onun ayaqlarına uzanmış, cır-cındır geyinmiş adamlar az qala dillərini çıxarıb dırnaqlarının arasına qədər yalayacaqlardı. Qanadlı insanlar isə digərlərindən bir az yuxarıda durmuş ona böyük heyranlıq və məftunluq hissi ilə baxırdılar.
O adam dar, bəyaz cığır boyu iri addımlarla, sifətində səmimi və xoşbəxt gülüşlə Akirreyə yaxınlaşdı.
"Deməli, o sənsən?"-dedi və yenidən gülümsədi.
"Kim?"-deyə Akirre coşğunluq içində nə deyəcəyini bilmədən olduğu boşluqda donub qaldı.
"Bəli. O səni seçib..." - dedi. Bir müddət böyük lütfkarlıq və sevgi dolu nəzərlərini Akirrenin sifətinə zilləydi. Akirre isə özündən yüzlərlə dəfə pak və ali təbəqəyə mənsub olan nurlu bir adamın ona belə münasibəti qarşısında xəcalət çəkirdi. Alçalırdı. Boşluqda əriyib köhnə Hamlet əlbisəsinin geriyə qalan cındırlarında yox olurdu.
Nurani qoca başındakı əmmaməsini və əynindəki mündirini çıxarıb Akirreyə verdi. Sonra isə bayaqdan ayaqlarına düşüb yalvaran insan sürüsünə onu göstərib dedi:
"O, onu seçdi. O ki, ədalətli və adildir. Bu gündən sonra günahlarımızın bağışlanması üçün əfəndinizə o, müraciət edəcək"
Akirre ayaqlarına düşmüş günahkar insan sürüsünün dillərini çıxarıb ağız seliklərini barmaqları arasına xıtmalarına dayana bilməyib dik atıldı. Bu Ketti idi. Pişiyi sinəsi üstünə alıb öpdü və dodağının altında pıçıldadı. "yaxşı ki, o səni insan kimi yaratmayıb."
Üzərində Şah Edipin anası ilə öpüşməsini əks etdirən səhnələrlə bəzədilmiş gümüş üzüyü olan alicənab adamın əli Akirrenin daxmasının alminuim qapısını hörmət və həyəcanla döydü. Əlindəi qovluğu qucaqlayıb otağın küncündə büzüşüb qalmış, yorğun sinəsinə qoyduğu pişiyinin qulaqlarının dibini qaşıyan sənətkara baxdı.
"Akirre müəllim"- dedi və utandığından sağ qulağına taxdığı sırğaya qədər qızardı. O, diksindi. Cəld gözlərini Kettinin qulaqlarından qapıya çevirdi. Bu teatra təzə düzəlmiş gənc rejissor TOTdur. TOT GODS.
Samittto Murizza Akirre ondan hansısa naməlum qəzet üçün müsahibə almağa gələndə və ya belə gənc rejissorlar ona təsadüfən rol vermək istəyəndə zəmanəsindən və teatrdan ürək dolusu şikayət edər, özünü sənətə qurban vermiş duha kimi göstərərdi. O, bunu elə böyük nuraniliklə və dahiyanəliklə oynayardı ki, beyni sənətkarlıq nağılları ilə dolu gənclər Akirrenin daxmasının qapısından çıxıb əzəmətli "Opera və Balet teatr"ının kolidorlarına düşən kimi ürəklərində xoşbəxtlik və fəxrlə öz-özlərinə deyirdilər. "Mən də onun kimi olacağam. Bütün ömrümü sənətə qurban verəcəyəm."
Akirre cəld yerindən qalxdı. Kettini qucaqlayıb asta-asta qapıya yaxınlaşdı. Totun əlini sıxdı. "Ah, bu lənətə gəlmiş teatr"-dedi və rolunu neçənci dəfəsə dahiyanə şəkildə oynamağa başladı.
Söhbət əsnasında Akirre oturduğu stulunda gah ayaqlarını bir-birinin üstünə sallayırdı, gah da qollarını sinəsində çarpazlayırdı. Hərdən də gəncliyindən bəri yola-yola yerində bir-iki tük saxladığı qaşlarını çatıb nüfuz edici nəzərlərlə Totun gözlərinin içinə baxırdı.
Totun həyəcan və fəxr dolu çıxışı, Akirrenin isə qeyri-adi sənətkar rolu bitdi. Nəhayətdə o, Totun hazırlayacağı "Postmodern oyun" tamaşasında zühur etmiş Hz. Məhəmmədi oynamağa razı oldu. Tot həyəcandan içə bilmədiyi çayına baxdı və sənətkarın əlini sıxıb getdi.
Akirre uzun müddət pişiyi ilə oynadı. Kettiyə onu necə sevdiyini danışdı. Cındır paltosunu çiyninə atıb çölə çıxdı. "Fantalar bağı"ndan keçib özlərini bir-birinə göstərmək üçün şəhərə tökülən gəncləri yara-yara qala divarlarına doğru yürüdü. Kettini öpə-öpə bir müddət içəri şəhərin dar küçələrini gəzdi. Axşam düşdü. Ulduzlar qara buludların arasından adda-budda sayrışırdı. Hava küləkli idi. Üşüdü. Evinə qayıdıb, döşəyinə uzandı. Kettini qucaqlayıb yatdı.
"Qız qalası"nın divarlarına zincirlənmişdi. Dəniz sahilində gəzişən adamlar, qalanın qabağından ötüşən maşınlar onu görmürdü. Zincirləri qırmağa çalışır, Zevsə lənət yağdırırdı. Ağlamaq istəyirdi. Göz yaşları qurumuşdu. Qarğalar cinsiyyət orqanını didib yerə tökürdü. Birdən qalanın başında Heraklın sifətinə bənzər bir polis peyda oldu. Qarğaların ona verdiyi əzaba dayana bilmədi. Bağırdı.
Ketti yatmış sənətkarın sinəsini cırmaqlayırdı. Qollarını açdı. Ketti otağın küncünə qaçıb divara sığındı. Sol ayağını qaldırdı və otağı batırdı. Akirre ifadəsiz nəzərlərini ona zilləmişdi. Sonra gözlərini yumdu.
Çovğunlu fevral günlərindən biridir. Deyəsən, böyük çillə idi. Akirre universitet tələbələri və Totla birlikdə "Postmodern oyun" tamaşasını məşq edirlər.
...gün keçdicə zavallı sənətkar özünü zühur etmiş müqəddəs hesab etməyə başladı. Hamletin əlbisəsini əynindən çıxarıb Hz.Məhəmməd kimi geyindi.
Zühur etmiş müqəddəs Hz.Məhəmməd teatrın kalidorlarında, şəhərin küçələrində tutduğu adamlara o dünya və Allah barəsində uzun-uzadı hədislər uydurub danışırdı.
"Postmodern oyun" tamaşası mart ayının sonunda, Novruz bayramı qurtaran kimi nümayiş olundu. Tamaşaçı salonu Totun məhəllə uşaqları, tələbə yoldaşları və paytaxt qəzetlərinin mövzu qıtlığından özlərini bura atmış köşə yazarları ilə dolu idi. Nəticədə, "Opera və Balet teatrı"nın tamaşaçı salonunun ön cərgəsi dolmuşdu.
Salon 3-cü zəngdən sonra qaranlıqlaşdı. Tamaşa başlandı. Akirre tamaşanın ortasında peyda oldu. Səhnəyə çıxanda doluxsundu. Boş salona və adda-budda oturmuş adamlara baxdı. Uzun müddət olduğu yerdə donub qaldı.
"Günahkarlar"-dedi və susdu. Sonra monoloqunu başlamaq üçün boğazını artladı. Xırıltılı səslə dilləndi.
"Lənətə gəlmiş xalq! Mən indi sizi necə paklaşdıracağam. Günahkarlar dəstəsi.
Sizin üçün Allah da acımır. Bilirsinizmi niyə? (sükut) Ona görə ki, siz qırbaclanmağı, torpaqlarınız əlinizdən alınıb arvad kimi meydanlarda əlində qərənfil ağlamağı bilirsiniz."
Akirre bir neçə saniyə ara verdi. Əllərini havaya qaldırıb dizləri üstdə yerə çökdü. Və var gücü ilə qışqıra-qışqıra çıxışını davam etdirdi.
"Məsçidləriniz bazar, axundlarınız dilənçidir. Daha ora mənim evim də deyil. Sizə oranı pak və təmiz saxlamanız üçün vermədimmi? Sökün oraları. Qovun ora yığışmışları. Mənə cənnətə düşmək üçün ibadət etməyin. Təmizlənin."
Akirre monoloqunun ortasında başında qəribə bir ağrı hiss etdi. Bu əruz vəznində şerlər yazıb, müsəlman müqəddəslərini məhd edən Miri idi. O, öz ayaqqabısının sağ tayını dini mənliyini təhqir etmiş Akirreyə tulladı və Totu söyüb tamaşanı tərk etdi. Vəcdə gəlmiş kütlə əllərində olan çipsi dənələrini, Koka-kola və yarımçıq yeyilmiş qoğalları Hz.Məhəmmədə tulladılar.
Şəhər qəzetlərinin köşə yazarları Xalq artisti və Opera Balet Teatrının operadan və baletdən uzaq olan "Postmodern oyun"a görə ağıllı-başlı biabır etdilər. Teatr rəhbərliyi Akirreni padvaldakı evindən və Mədəniyyət Nazirliyi isə verdiyi titullardan azad etdi.
Zühur etmiş Hz.Məhəmməd öz Kettisini qucaqlayıb "Milli park"ın yaşıllığında uzanmışdı. Gözlərini aylı səmaya zilləyib baxırdı. Qaranlıq səmada adda-budda ulduzlar sayrışırdı.
...müsəlmanların matəmə qərq olunduğu "Qətl günü" hamı şamını götürüb məsçiddə cumur. Tanrıya ibadət edir və evlərinə dönüb günah dolu həyatlarına qaldıqları yerdən davam edirdilər. Axundların və dindar qadınların ahu-zarı ölənlər barəsində heç bir məlumatı olmayan insanların tüklərini biz-biz edir,onlarda tanrıya qarşı qorxu hissini tərbiyə edirdi.
Gilavara qoşulub gələn əzan səsi zühur etmiş Hz.Məhəmmədin ruhunu oxşadı. Uzandığı yerindən dik atıldı. Ayaqlarını sürüyə-sürüyə gəlib məsçidə çıxdı. "Axır ki, evimi tapdım" deyib sevincək içəri daxil oldu. Səcdəyə oturmuş yüzlərlə insanın arasından keçib namaza başçılıq edən axundun yanına gəldi.
"Durun. Bu gündən sonra namaz qılmağın yeni qaydalarını öyrədəcəyəm. Ey, mömünlər! Artıq, gözlədiyiniz müqəddəs zühur etmişdir. Budur, qarşınızda yenidən peyğəmbəriniz olmağa gəlmiş Hz.Məhəmməd."
Vəcdə gəlmiş müsəlmanlar zühur etmiş Hz.Məhmmədi qollarından tutub çölə atdılar. Axund Akirreni məsçidin həyətində camaata göstərib
"Ey qardaşlarım. Bir azdan bu şeytan özünü tanrı adlandıracaq. Tanrı demirmi ki, şeytana uyanlar mənim yolumdan sapanlardır. Sizin ona atdığınız hər daş təmizlənən 100 günahınıza bərabərdir." Dedi və əlindəki balaca daşı Hz.Məhəmmədə tulladı. Mömün müsəlmanlar zühur etmiş peyğəmbərlərini daş qalaq etdilər. Akirre öldü.
İndi Akirrenin üzərinə yığılan daşlardan zühur etmiş müqəddəsin məzarı düzəldilib və insanlar buranı ibadətgaha çeviriblər.
Ketti məsçidin qapısı ağzında oturub Akirrenin məzarına şam yandırmağa gələnlərə miyoldayıb mərhəmət dilənir.