|
«Millətin tərəqqisini arzu edən şəxs şübhəsizdir ki, yalnız bir arzu ilə iktifa etməyib, bu yolda iş də görməlidir. İş isə jürbəjürdür və bu işi bir adam da görə bilər, bir jəmiyyət dəxi görə bilər…»
Üzeyir HAJIBƏYLİ
Düşünürük ki, Ü.Hajıbəylinin bu gözəl sözləri və xüsusi qeyd etdiyi «bu işi bir adam da görə bilər» sözləri məhz gözəl bəstəkarımız, həmişəyaşar Asəf Zeynallıya aiddir. Bu il onun 100 yaşı tamam oldu (5 aprel 1909 – ju ildə doğulub). Qürur hissilə deyə bilərik ki, Asəf Zeynallı – Azərbayjanda professional təhsili almış ilk bəstəkar, bir neçə canrın əsasını ilk dəfə qoyan sənətkardır. O, dünyaya Dərbənd şəhərində göz açıb, uşaqlıq illərini burada keçirib, 1920-ji ildən isə Bakı həyatı başlayıb. 1923-jü ildə Azərbayjan musiqi texnikumuna qəbul olunub (truba sinfi üzrə). Gənj bəstəkarın elə ilk əsəri də – «Truba üçün mahnı» məhz burada yaranıb. Bir müddətdən sonra o, nəfəsli alətlər şöbəsindən simli alətlər şöbəsinə keçib, böyük həvəslə violonçelə bağlanıb, həmin alət üçün əsərlər yazıb. Dahi Ü.Hajıbəyli gənj Asəfin taleyində çox böyük rol oynayıb, elə onun məsləhəti ilə də o, 1926-jı ildə Konservatoriyaya daxil olur. Nəfəsli alətlər fakültəsində oxuyur. Lakin bir neçə ildən sonra bəstəkarlıq fakültəsinə keçir və burada təhsilini davam etdirir. Bəstəkarlıq sinfində tanınmış, müəllimlər – professorlar V. V. Karaqiçev və L. P. Yablonko klassik musiqimizin qanunlarını yüksək professionallıqla gənj Asəfə öyrədirlər. Ü.Hajıbəylinin sinfində A. Zeynallı Azərbayjan xalq musiqisinin əsaslarına dərindən bələd olur və onun rəhbərliyilə bir neçə maraqlı əsər yaradır. Bu əsərlərdə bəstəkarın Azərbayjan xalq musiqisi ladlarına, canrlarına əsaslandığı aydınja duyulur. Ü. Hajıbəylinin sinfində A. Zeynallı gözəl, yadda qalan və bu gündə tez-tez ifa olunan əsərlər yaradır: «Çahargah», «Durna» - fortepiano üçün, «Muğam üslubunda» - skripka və fortepiano üçün və bir çox başqa əsərlər. Maraqlıdır ki, A. Zeynallı yaradıjılıq fəaliyyətinə hələ tələbə ikən Bakıdakı Satir-aqit teatrında başlamışdır. Onu bura həmin teatrın direktoru, görkəmli teatrşünas, dövlət xadimi və yazıçı Məmməd Sadıq Əfəndiyev dəvət etmişdi (M. S. Gfendiev. «Çto doljen znatğ bakinskiy raboçiy o svoem törkskom raboçem teatre» Baku, 1931). A. Zeynallı bu zamanlar bir neçə tamaşaya musiqi yazır. Konservatoriyada oxuyarkən IV kursdan başlayaraq A. Zeynallı həmin sənət ojağında musiqi - nəzəri fənlərdən dərs deyir. Onun böyük xidmətlərindən birini qeyd etmək yerinə düşər. Təxminən 1929-30-ju illərdə o, Leninqrad şəhərinə gedib Azərbayjan musiqisi haqqında mühazirələr oxuyur, müxtəlif konsertlər təşkil edir. Leninqraddan A. Zeynallı Ü.Hajıbəyliyə məktub yazır: «Çox hörmətli Üzeyir bəy! Leninqradlılar türk musiqisi və bəstəkarlarının yaradıjılığına böyük maraq göstərirlər… Leninqradda olmağımdan faydalanaraq Leninqrad ijtimaiyyətini musiqimizlə tanış etmək fikrindəyəm, buna görə də xahiş edirəm ən xarakterik əsərlərinizi – simfonik, vokal, instrumental və b. nümunələri poçtla göndərilməyinə lütfən etiraz etməyəsiniz… Buradakı filarmoniyanın əla orkestri və yaxşı ifaçıları var…» Azərbayjan musiqisinə həsr olunmuş konsert Leninqrad şəhərində çox yüksək səviyyədə keçirilir. Həmin konsertdə Ü.Hajıbəylinin «Himn»i, M. Maqomayevin «Azərbayjan tarlalarında» simfonik əsəri, A. Zeynallının isə «Qara qaşlar», «Dağlar» vokal əsərləri səslənir. Konservatoriyanı bitirdikdən sonra, A. Zeynallı simfonik orkestr üçün Süita yaradır («Fraqmentlər»). Həmin əsəri musiqi ijtimaiyyəti rəğbətlə qarşılayır. A. Zeynallı fortepiano üçün musiqi sahəsinə yenilik gətirir. O, ilk dəfə Azərbayjan musiqisində proqramlı silsilə əsəri yaradır. Bu silsilə rəngarəng, olduqja ifadəli, milli musiqimizlə sıx bağlı olan pyeslərdən ibarətdir. Hər bir pyes sanki «teatrlaşmış» səhnəjiyə bənzəyir. («Kuklaların yürüşü», «Uşaq və buz», «Oyun», «Rəqs», «Qoyunlar» və «Mübahisə») Fortepiano üçün yazılmış bu silsilə indii də şagirdlərin sevdiyi və həvəslə ifa etdiyi əsərlər sırasındadır. Beləliklə, A. Zeynallı Azərbayjanda fortepiano üçün əsər silsiləsinin əsasını, bünövrəsini qoydu və onun ardınja digər bəstəkarlar – Qara Qarayev, Fikrət Əmirov, Jövdət Hajıyev, Tofiq Quliyev, Elmira Nəzirova, Ziya Bağırov və digərləri onun ənənələrini davam etdirdilər. A. Zeynallının fortepiano üçün yazılmış iki fuqasını da qeyd etməliyik. Bu əsərlər polifoniya sahəsində ilk təjrübə kimi çox maraqlı və ifadəli nümunələrdir. Həmin fuqalarda A. Zeynallı Azərbayjan xalq musiqisinin intonasiyalarından bajarıqla, injə bədii zövqlə faydalanıb. Dərs proqramına salınan bu əsərləri bizim müəllimlər tələbələrinə öyrətməyi özlərinə bu gün də borj bilirlər. Bəstəkarın yaratdığı əsərlər daha çox vokal carındadır. Azərbayjanda sovet akimiyyətinin onilliyi münasibəti ilə o, iki kütləvi mahnı yaradıb: «Qırmızı bayraq» və «On il». Rəngarəng mahnı canrlarında istedadını sınayan görkəmli Azərbayjan bəstəkarlarının zəngin, çoxjəhətli yaradıjılığında lirik romansın da öz yeri vardır. Onların yaratdıqları lirik romanslarda xalqımızın tükənməz həyat eşqi, böyük vətənpərvərliyi və humanizmi öz təjəssümünü tapıb. Musiqi dili aydın, bədii-obrazlı, oynaq, rəvan olan bu əsərlər unudulmur, təravətini qoruyub saxlayır. Mənbəyini xalq musiqisindən almış bu lirik romanslardakı ahəngdarlıq, təbiilik xalq mahnılarından əxz olunub. Bəstəkarlarımız xalqımızın bu zəngin mənəvi sərvətinin toplanılmasında, lentə alınmasında böyük iş görüblər. 1927-ji ildə «Azərbayjan türk xalq mahnıları» məjmuəsinin nəşri bu sahədə ilk addım oldu. Məjmuəyə Üzeyir və Zülfüqar Hajıbəyovların, həmçinin Müslüm Maqomayevin toplayıb işlədikləri mahnılar daxil edilmişdi. Lirik romans və kütləvi mahnı canrının misilsiz tərəqqisində, geniş yayılmasında bu məjmuə xüsusi rol oynadı. Bildiyimiz kimi, Üzeyir Hajıbəylinin 1929-ju ildə yazdığı «Qaragöz» mahnısı ilə (mətnin müəllifi də bəstəkarın özü idi) Azərbayjanda peşəkar lirik mahnı canrının əsası qoyulmuşdusa, ilk lirik romansları A. Zeynallı yaratmışdır. Onun 1928-31-ji illərdə yazdığı romanslar Azərbayjan vokal musiqi xəzinəsinin qiymətli injiləridir. Müasir həyatın rəngarəng mövzularına ardıjıl meyl, musiqi dilindəki yenilik, klassik forma və canrlardan yaradıjı istifadə – A. Zeynallı üslubunu səjiyyələndirən mühüm amillərdir. A. Zeynallı romans-mahnı sənətinə insanın dərin psixoloci aləmini, onun fərdi duyğu və düşünjələrini gətirib. Lakin bu fərdi hisslər xalq ruhu ilə sıx bağlı idi. İnsan şəxsiyyəti problemi, yeni insanın mənəvi aləmi 20-ji illərdə bəstəkarların çoxunun diqqət mərkəzində idi. Əgər Ü. Hajıbəyli və M. Maqomayev ümumi – tipik hadisələri daha qabarıq göstərirdilərsə, A. Zeynallı insanın daxili aləmini açmağa xüsusi fikir verirdi. Bəstəkarın yaradıjılığında vətənpərvərlik motivləri çox güjlüdür. «Ölkəm», «Sual» lirik romansları, vətəndaşlıq pafosu ilə dolu olan «Seyran», «Çadra» və «Sərhədçi» publisistik romansları bəstəkarın vokal sənətinə bəxş etdiyi gözəl musiqi əsərləridir. Həmin əsərlərdə bəstəkarın xalq musiqisinə bağlılığı, novatorluq xüsusiyyətləri nəzərə çarpır. A. Zeynallı «Sərhədçi» romans – balladasında respublikamızda ilk dəfə olaraq bas səsindən istifadə edib. Sonralar həmin səs üçün A. Sultanova «Xoşbəxt Azərbayjan», V. Adıgözəlov «Yeddi çinar» mahnılarını yazıb. İstedadlı bəstəkar «Sərhədçi» romansını yaradarkən həm rus klassik romansı ənənələrinə, həm də Azərbayjan xalq mahnılarına əsaslanıb. A. Zeynallının romansları musiqi formalarının rəngarəngliyi ilə də seçilir. Bunlar ahəng və intonasiya baxımından bütünlüklə Azərbayjan milli musiqisinin əks-sədalarıdır. Məsələn, «Sərhədçi» və «Çadra» romansları «Segah», «Seyran» və «Ölkəm» romansları «Şur», «Sual» romansı isə «Şüştər» üstündə bəstələnib. A. Zeynallı öz romanslarında xalq çalğı alətlərinin səslənməsi üçün də geniş imkanlar yaradıb. Məsələn, «Çadra» romansında tipik zəngulələr tarla müşayiət edilir. J.Jabbarlının sözlərinə yazılmış «Ölkəm» romansı A. Zeynallının vokal lirikasının parlaq nümunəsi sayıla bilər. Romansda təbiət gözəlliklərinin şairanə və valehediji tərənnümü, xalqa və Vətənə səmimi məhəbbət injə çalarlarla verilib. Romansın poetik və musiqili mətnində Vətənin ümumiləşdirilmiş bədii obrazı janlandırılıb. Romans «Ölkəm!» nidası ilə başlayır və bitir. Giriş nidası başlanğıjdakı dörd təqtlə səsləşir, sonra şairanə lövhələr bir-birini əvəzləyərək, sonda ən yüksək və ekspressiv səslənən kulminasiya nöqtəsinə çatır. Ejazkar və füsünkar təbiət lövhələrini göz önünə gətirən «Ölkəm» romansının lirik ovqatı sanki «Sual»la səsləşir (romans el sözlərinə yazılıb). Fortepiano başlanğıjında romansın obrazlı, təsirli məzmunu – xəfif kədər və ürəkoxşayan lirika musiqi dililə məharətlə verilir. Ruhən «Dayan, çoban» xalq mahnısına yaxın olan bu romansın vokal melodiyalarına itirilmiş məhəbbətdən doğan kədər, hüzn hakimdir. Bəstəkarın «Çadra» romansı (sözləri Q. Stroqanovundur) ideya dərinliyi və o zamankı aktuallığına görə diqqəti jəlb edir. Romans Azərbayjanda qadın azadlığı məsələsinə həsr olunub. Burada A. Zeynallının aydın, janlı musiqi dilində Azərbayjan xalq musiqisilə rus klassik musiqisi ahəngdar surətdə qaynayıb-qarışıb. «Çadra» romansının yeniliyi məhz onun qeyri-adi musiqi formasında özünü aydın göstərir. Romans dörd müstəqil hissədən ibarətdir. Bunlar tematik jəhətdən təzadlılıq prinsipi üzərində qurulub. Lakin A. Zeynallı böyük ustalıqla bu hissələrin intonasiya bağlılığına nail olub. Ümumiyyətlə, XX əsrin vokal musiqisində bu romans ilk nümunədir ki, belə oricinal formada yazılıb. Sonralar 50-60-jı illərdə bir neçə kontrast bölmələrdən ibarət olan romanslar tez-tez yaranıb. Rəsul Rzanın sözlərinə yazılmış «Sərhədçi» romansı əsl novatorluğa parlaq misaldır. Bu romans ballada canrında yazılıb. «Sərhədçi»də canr çərçivələrinin genişləndirilməsi, romansı sırf kamera dairəsindən kütləvi auditoriyaya çıxarmaq jəhdi yeni və qiymətlidir. A. Zeynallının romansları bu gün də ifaçılarımızın repertuarından düşmür. İstedadlı bəstəkar, A. Zeynallı çox az yaşasa da (27 oktyabr 1932-ji ildə vəfat edib), olduqja mənalı, gərgin, yaradıjı ömry sürüb. Onun gözəl və ürəklərə yol tapan musiqisi xalqımızın ürəyində yaşayır və həmişə də yaşayajaqdır.
|
|