|
Azərbayjan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi İsa Həbibbəyli Jəlil Məmmədquluzadə irsinin və şəxsiyyətinin öyrənilməsində dahi ədibin öz xalqı üçün etdiyi fədakarlıqlar qədər böyük jəfakeşlik göstərmişdir. Yorulmaz və davamlı elmi araşdırmaları ilə bu gün də ədəbiyyatşünaslığa qiymətli töhfələr verən İ.Həbibbəylinin Naxçıvan teatrında Mirzə Jəlil əsərlərinə yeni səhnə həyatı bəxş olunmasında da əvəzsiz xidmətləri var. Təsadüfi deyildir ki, Jəlil Məmmədquluzadə əsərlərinin dil və üslub gözəlliklərinə, dərin məna çalarlarına xələl gətirmədən uğurlu yeniliyə nail olmaq istəyən recissorlarımız bu zəngin mənəvi xəzinənin kamil bələdçisi və layiqli varisi İsa Həbibbəyliyə üz tutmuşlar. Araya-ərsəyə gəlməsində İ.Həbibbəyinin ayrıja payı olan ilk tamaşa Mirzə Jəlilin «Çay dəstgahı» əsəridir. 1982-ci ildə dahi şair və dramaturq Hüseyn Cavidin 100 illiyi münasibətilə J.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının nəzdində Javid poeziya teatrı yaradılır. AMEA-nın Naxçıvan Bölməsinin İnjəsənət, Dil və Ədəbiyyat İnstitutunun Musiqi və teatr şöbəsinin müdiri, sənətşünaslıq namizədi Əli Qəhrəmanovun tədqiqatlarından da məlum olduğu kimi, teatrın uğurlu tamaşalarından biri də 1985-ji il repertuarında yer alan «Çay dəstgahı»dır. Milli dramaturgiyamıza məxsus ilk alleqorik və ilk mənzum dram, ilk uşaq pyesi kimi bu əsərin tamaşaya qoyulması təqdirəlayiq olduğu qədər də məsuliyyətli idi. Tamaşanın recissoru, Azərbayjan Respublikasının Əməkdar artisti, mərhum sənətkarımız Vəli Babayev bu tamaşada İ.Həbibbəylinin tövsiyəsi ilə J.Məmmədquluzadə və onun mollanəsrəddinçi məsləkdaşı, böyük satirik şair M.Ə.Sabirin şeirlərindən istifadə etmişdir. Bu şeirlər də daxili konflikti dərinləşdirməklə əsərin əsas ideyasını tamaşaçıya daha qabarıq şəkildə çatdırmağa xidmət etmiş, bu da tamaşanın uğurunun əsas rəhni olmuşdur. İsa Həbibbəylinin elmi məsləhətçi olduğu digər tamaşa 1986-jı ildə J.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnələşdirilən «Keçən günlər» tamaşasıdır. Əməkdar injəsənət xadimi Əliqismət Lalayevin hazırladığı, bir növ elə «oyun içində oyun» olan bu tamaşada əvvəljə tamaşaçıya «gündüz çağının qulduru» Soltan ağa kimilərini ifşa edən «Kişmiş oyunu», daha sonra milli münaqişədən bəhs edən «Kamança» pyesi təqdim olunur. Vaxtilə mətbuatda bu tamaşa barəsində filologiya elmləri doktoru Arif Əliyevin («Jəlil Məmmədquluzadə və Naxçıvan səhnəsi». «Sovet Naxçıvanı». 1 noyabr 1986, № 254 (14.595) müəyyən tənqidi fikirlər verilmişdi. Belə ki, «Kamança» pyesindəki xalqlar dostluğu ideyasının tamaşanın əsas leytmotivinə çevrilmədiyi, xüsusilə də Zeynəbin Baxşıya hüjum səhnəsinin çıxarılması irad tutulmuşdur. Lakin zənnimizjə, əsərdə də tamaşada olduğu kimi sovet ideologiyasının təbliğ etdiyi xalqlar dostluğu deyil, ermənilərin riyakar və vəhşi xislətləri, Azərbayjan xalqının yüksək humanizmi öz əksini tapmışdır. «Keçən günlər»in tamaşaçı rəğbəti qazanmasının səbəbi də məhz bu idi. «Çay dəstgahı» mənzum pyesi 1991-ji ildə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında da görkəmli mirzəjəlilşünas İsa Həbibbəylinin elmi məsləhətçiliyi ilə tamaşaya qoyulmuşdur. Recissor Ələkbər Qasımovun quruluş verdiyi tamaşa Qənd obrazının əlavə olunması, muasir Azərbayjan bəstəkarlarından mövzu ilə bağlı mahnılarının səsləndirilməsi ilə fərqlənir. Tamaşa 1994-jü ildə Urmiyada keçirilən «Naxçıvan günləri»ndə, 1995-ji il martın 10-da isə Milli Teatr Günü münasibəti ilə İzmirdə müvəffəqiyyətlə nümayiş etdirilmişdir. Tanınmış mirzəjəlilşünasın elmi məsləhətçi olduğu daha uğurlu tamaşa kimi 2000-ji ildə J.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnələşdirilən «Qurbanəli bəy» tamaşası xüsusilə diqqətəlayiqdir. Tamaşanın quruluşçu recissorları teatrın direktoru, Azərbayjanın xalq artisti Kamran Quliyev və Azərbayjan Respublikasının əməkdar mədəniyyət işçisi, Naxçıvan MR Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin bədii rəhbəri Faiq Musayevdir. Bu əsərə mürajiət etməkdə məqsəd milli qürur və mənliklərini alçaldan müasir Qurbanəli bəyləri ifşa etmək, müasir milli burcuaziyanın nöqsanlarını göstərməkdir. Tamaşada İ.Həbibbəylinin tövsiyəsi ilə müəllifin «Quzu» hekayəsindən, «Qondarma bəylər» və «Azərbayjan» kimi publisistik nümunələrindən, «Molla Nəsrəddin»in məşhur «Sizi deyib gəlmişəm» proqram-manifestindən istifadə olunmuşdur ki, bu da əsərin əsas ideyasının açılmasına, tamaşa boyu müəllif qayəsinin daha qüvvətli duyulmasına kömək edir. Əsərin baş qəhrəmanı Qurbanəli bəy müəllif tərəfindən ruslar qarşısında alçaldılsa da, tamaşada onun müsbət keyfiyyətlərinə üstünlük verilmiş, elmi məsləhətçi və recissorlar Qurbanəli bəyi mənən təmizə çıxarmağa çalışmışlar. Bu da Azərbayjan bəyinin keçmişini özünə qaytarmaq, onun mənliyini alçaltmamaq istəyindən irəli gəlir. Tamaşada Qurbanəli bəyin yaltaqlığının, riyakarlığının səbəbləri ön plana çəkilməklə onun məjburən belə gülünj vəziyyətə düşdüyü etiraf olunur. Qurbanəli bəy milli heysiyyətdən, milli qürurdan xali deyil. Tamaşada əslində Qurbanəli bəyin yaltaqlandığı rus çinovniklərindən qat-qat güjlü olduğu təsvir olunur. Lakin, bu da ajı həqiqətdir ki, xalqının və torpağının taleyi yadların əlində olan Qurbanəli bəy kimlərəsə əyilməyə, yaltaqlanmağa məjburdur. Qurbanəli bəydə vətəninə, millətinə sevgi hissi onun milli musiqisi və milli mətbəxi ilə öyündüyü səhnələrdə aydın təzahür olunur. Lakin sonrakı səhnələrdə Qurbanəli bəy mənən də başqalarının əsiri olur. Qurbanəli bəyin fajiəsi də elə bu ikiləşmədən, saxtalaşmadan başlayır. Qurbanəli bəyin dilindən söylənən «Mən kiməm ki, bu qədər xanım mənim sağlığıma içsin. Mən bu xanımların ayağının torpağı da ola bilmərəm» sözləri isə milli köləlik psixologiyasına qarşı üsyan kimi səslənir. Tamaşadakı əsas obrazlardan biri - Qurbanəli bəyin xanımı Gülpəri obrazı sədaqətli, ərinə nisbətən öz milli mənəviyyatını daha çox qoruyub saxlayan, ərinin düşdüyü gülünj vəziyyətə görə dərin narahatlıq hissi keçirən və çıxış yolu axtaran bir Azərbayjan xanımı kimi təqdim olunur. Tamaşa boyu tamaşaçının müəlliflə təkbətək qalması onu daha çox düşündürür. Bu günün tamaşaçısı ilə görüşə gələn müəllifin «kimin üstünə gülürsünüz?!» sualı Qurbanəli bəyin aqibətinə ajı-ajı gülən tamaşaçını sanki səksəndirir. Tamaşanın uğuru da məhz elə ondadır ki, tamaşaçını bir daha dahi Mirzə Jəlilin həqiqət güzgüsü ilə üz-üzə qoyur. Görkəmli mirzəjəlilşünasın elmi məsləhətçisi olduğu, Naxçıvan teatr salnaməsinə uğurlu sənət taleyi ilə daxil olan digər bir tamaşa Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyasının 2003-jü ildə səhnələşdirdiyi «Anamın kitabı» əsəridir. İsa Həbibbəyli dahi Mirzə Jəlilin bu əsərini bütövlükdə Azərbayjan xalqının tale kitabı, ədəbiyyatımızda Vətəni təlatümlü, bəlalı və nəhayət möhtəşəm təsvir edən yeganə əsər, millətimizin və dövlətçiliyimizin indi də qüvvədə olan proqram və qanunnaməsi kimi qiymətləndirmişdir. İsa Həbibbəyli gələjəyin ziyalılarının yetişdiyi ali təhsil ojağında bu əsərin tamaşaya qoyulmasını milli mənəvi özünüdərk, müstəqil dövlət qurujuluğunun möhkəmləndirilməsi baxımından zəruri və təqdirəlayiq hesab etmişdir. Tamaşanın quruluşçu recissoru, Tələbə Teatr Studiyasının rəhbəri, universitetin Mədəniyyətşünaslıq ixtisası üzrə baş müəllimi, Azərbayjan Respublikasının Əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədovanın yeni yozumunda əsər aktuallıq və müasirlik baxımından maraqlı bədii həllini tapmışdır. Elə ilk səhnədən üç qardaş – Rüstəm bəy, Mirzə Məhəmmədəli və Səməd Vahid arasındakı konflikt və ziddiyyətlər tamaşaçıya qabarıq şəkildə çatdırılır. Din, dil, maarifçilik, mədəniyyət baxımından bir-birinn əksi olan, mənəviyyatja bir-birindən ayrı düşən qardaşlar bajıları Gülbaharın taleyini həll etməkdə belə bir araya gələ bilmirlər. Jəmiyyəti-xeyriyyənin ijlası səhnəsində isə bir ailənin fajiəsi ijtimailəşir, kütləviləşir. Burada qardaşların özünəməxsus yetirmələrinin qabarıq planda verilməsi onların səpdiyi milli şüursuzluq toxumundan hələ uzun zaman xalqın bəlalar çəkəjəyinə işarə edir, təqlidçilik azarından, özgələşmək dəbindən qurtara bilməyən bugüngü rüstəmbəyləri, mirzəməhəmmədəlilələri, səmədvahidləri ifşa edir. Jəmiyyətdəki nöqsanlar, ijtimai-siyasi eybəjərliklər, daxili çəkişmələr jəmiyyəti-xeyriyyənin ijlası səhnəsində müvəffəqiyyətli səhnə yozumunu tapmışdır. Senzor Mirzə Jəfərin axtarış apardığı səhnədə isə recissor qardaşların iç üzünü bütün çılpaqlığı ilə açmağa nail olur. Qardaşların soyadlarındakı müxtəliflik onların xalqdan, öz soy-kökündən nə dərəjədə uzaq düşmələrinin ölçü vahidi kimi səslənir. Senzor sanki gəlişinin məqsədini deyil, qardaşların milli vətəndaşlıq vəzifələrini sadalayır, nəinki Rüstəm bəydə, tamaşaçılarda da ajı etiraflar oyadır. Bütün bunlardan zərbə alan Zəhrabəyim ananın fajiəsi, daxili iztirabları, sarsıntıları və nəhayət nankor övladları üzündən məhvə məhkumluğu uzun müddət tamaşaçıların xatirindən silinməyəjək. Ananın yeganə layiqli varisi, simvolik obrazın – kitabın qoruyujusu Gülbaharın tamaşa boyu çarəsizlik və ümidsizlikdən üsyankarlığa və mübarizliyə doğru dinamik inkişafda verilməsi elmi məsləhətçi və recissorun uğurudur. Akademik İsa Həbibbəylinin tövsiyəsi ilə tamaşanın sonunda səsləndirilən «Azərbayjan» məqaləsi isə övladlarının taleyindən bu gün də nigaran olan Atanın – ömrünü xalqının xoşbəxtliyi yolunda məşəl edən ustad sənətkarın narahat ruhunun pıçıltıları kimi səslənir. Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyasının yaradıjı heyətinin öz aktuallığını heç zaman itirməyən, hər yozumda yeni dəyər kəsb edən J.Məmmədquluzadə dramaturgiyasına mürajiət etməsi ənənə şəkli almaqdadır. «Ölülər» əsərinə mürajiət isə ədibin anadan olmasının 140 illiyinə, Azərbayjan teatrı və dramaturgiyası tarixində xüsusi yer tutan bu tragikomediyanın yazılmasının 100-jü ildönümünə ithaf olunmuşdur. Tamaşanın baş recissoru Mədəniyyətşünaslıq ixtisası üzrə baş müəllim, Azərbayjan Respublikasının Əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədova əsərin əsas ideyasını, bədii-estetik mahiyyətini açmağa tam müvəffəq olmaq üçün tamaşanın elmi məsləhətçisi, görkəmli mirzəjəlilünas, akademik İsa Həbibbəylinin dəyərli tövsiyələrindən bəhrələnmişdir. Universitetin ayrı-ayrı fakültələrində təhsil alan tələbə-aktyorların uğurlu ifası tamaşanın uzun zaman repertuardan düşməyəjəyini, ən müxtəlif tamaşaçı auditoriyasının rəğbətini qazanajağını təsdiqləyir. «Anlamaq dərdi» ilə alışıb yanan Kefli İskəndərin tamaşa boyu kəfən rəmzi olan ağ libasda dolaşması onun jəhalətə, fanatizmə qarşı mübarizəsində qətiyyətli və dönməz olduğunu göstərir. Tamaşada Şeyx Nəsrullahın ibarəli çıxışları, müxtəlif cestləri din pərdəsi altında maskalanan fırıldaqçını əsl din xadimindən fərqləndirməyə imkan verir. Şeyx Nəsrullah və Şeyx Əhməd obrazları bu gün də aramızda belə fırıldaqçıların, kütləvi hipnoz ilə xalqı psixoz vəziyyətinə salmaq istəyənlərin olduğunu xatırladır. Qəbiristanlıq səhnəsi isə bizləri düşmənlərimizə qarşı milli birlik yaratmamıza əngəl olan mənəviyyatımızdakı qeyri-kamilliklə, xislətimizdəki eybəjərliklərlə bir daha qarşı-qarşıya qoya bilir. Elmi məsləhətçinin və recissorun kütləvi səhnələrdən istifadəyə üstünlük verməsi bir daha idraka, şüura, diriliyə gedən nijat yolunun milli birlikdə olduğunu göstərir. Tamaşanın aktuallığı ondadır ki, bu günün dini, ələlxüsus siyasi hoqqabazlarına qarşı ayıq-sayıq olmağa çağırır. Tamaşa bir daha təsdiqləyir ki, «Ölülər» tarixin bütün mərhələlərində hər dövrün özünəməxsus janlı ölülərini «diri-diri dəfn etmək» qüdrətinə malikdir. Akademik İsa Həbibbəylinin ədəbiyyatımızdakı xidmətlərindən biri də budur ki, o, ən müxtəlif dövrlərdə Mirzə Jəlilə birmənalı münasibət bəsləməyib onu təftiş edənlər, dinsizlikdə və xalqını təhqir etməkdə ittiham etməklə Mirzə Jəlil dühasına kölgə salmağa çalışanlar ilə prinsipial və əsaslandırılmış mübarizə aparmışdır. Görkəmli mirzəjəlilşünas bu mübarizəsində injəsənətin, milli teatrımızın bədii təsir güjünə, kütləvi təbliğati əhəmiyyətinə də arxalanmışdır. Fikrimizjə, İsa Həbibbəyli «Ölülər» əsərinə mürajiət edilməsini həm də ona görə zəruri hesab etmişdir ki, bu əsər J.Məmmədquluzadənın İslam dininə deyil, dini fanatizmə və jəhalətə qarşı mübarizə apardığını bir daha təsdiq edir. Görkəmli dramaturq J.Məmmədquluzadənin anadan olmasının 140 illiyi, «Çay dəstgahı» pyesinin yazılmasının 120 illiyi münasibəti ilə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı yenidən bu əsərə mürajiət etmişdir. Teatrın direktoru, Azərbayjanın xalq artisti Yasəmən Ramazanovanın recissorluğu ilə hazırlanmqda olan tamaşada da müəllif qayəsini və əsərin əsas ideyasını kiçik yaşlı tamaşaçılara çatdırmaq üçün İsa Həbibbəylinin dəyərli elmi tövsiyələrindən faydalınajaq. Dahi J.Məmmədquluzadənin Naxçıvan səhnəsində, İ.Həbibbəylinin elmi məsləhətçiliyi ilə tamaşaya qoyulmuş əsərlərinin – istər ilk qələm təjrübəsi olan «Çay dəstgahı»nın, istərsə də «Kişmiş oyunu» və «Kamança» kimi birpərdəli pyeslərinin, «Qurbanəli bəy»in, «Anamın kitabı» və «Ölülər» kimi tragikomediyalarının uğurlu səhnə taleləri bir daha sübut edir ki, Mirzə Jəlil irsinin ən kiçik zərrəsində belə, dərin mənalar gizlənir. Bu mənanı kəsb etmək üçün Mirzə Jəlilə mənəvi bağlılıq, ona yanarlı, fədakar münasibət gərəkdir. Dahi ədibin əsərlərinə yaradıjı münasibət isə Mirzə Jəlillin ədəbi irsinin və böyük azərbayjançılıq ideyalarının yaşadıjısı İsa Həbibbəylinin mənəvi varislik haqqıdır.
|
|