Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

ÖN SÖZ


O İLİN XEYİR-DUALARI


ANAR
ÖMRÜMÜN "QOBUSTAN" İLLƏRİ


Zemfira SƏFƏROVA
Müstəqillik dövründə Azərbaycan musiqisinə bir baxış


Mehriban ƏHMƏDOVA
HƏMİŞƏYAŞAR BƏSTƏKAR


CƏFƏR CABBARLI
(«Portretlər»dən)


Vəfa XANOĞLAN
İLYAS ƏFƏNDİYEV:
«YAZIÇI ÜÇÜN DIL ONUN ÜRƏYININ TƏRCÜMANIDIR»


«Mühit içində, təpədən dırnağa kimi ümid içində»


Elnur ƏHMƏDOV
Süleyman Ələsgərovun «Tarantella» pyesi


Vaqif SƏMƏDOĞLU
İlqar FƏHMİ
Çağdaş detektiv romanlar ustası


İmaməddin ZƏKİYEV
NAMƏLUM «HESABAT»IN MƏLUM MƏTNİ


Çingiz ƏLƏSGƏRLİ
XALQIN ARTİSTİ, XALQ ARTİSTİ İLHAM NAMİQ KAMAL


İmruz ƏFƏNDİYEVA
İstedadlı musiqişünas alim


Mehriban Sultan
MƏNƏVİ VARİSLİK HAQQI


Turan ŞÜKÜROVA
ABSURD TEATR


Səadət ABDULLAYEVA
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRİ ANSAMBLLARI
TƏSVİRİ SƏNƏTDƏ


Səyyarə NAMİQQIZI
Milli irsin qorunması barədə?


Ziyadxan ƏLİYEV
Fırçayla yaradılan yaradıcılıq yolu


Elçin HƏŞİMOV
AZƏRBAYJAN XALQ ƏMƏK MAHNILARINA BİR NƏZƏR


Sevda AĞAYEVA
«Kaspi» qəzetində teatr problemlərinin əksi
(1910-1919-cu illər)


AĞASƏFA
ŞƏHƏRGƏ


Məlahət NƏCƏFOVA
Azərbaycanda yaşayış mühitinin yaranmasını və inkişafını
səjiyyələndirən əsas mərhələlər


MUSİQİ
 

Səadət ABDULLAYEVA
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRİ ANSAMBLLARI
TƏSVİRİ SƏNƏTDƏ


 

Azərbaycanda yayılan simli, nəfəs və zərb çalğı alətlərinin əksəri solo ifaçılığında istifadə olunur. Bununla belə ənənəvi çalğı alətlərimiz birgə, müxtəlif ansamblların tərkibində səslənir. Respublikamızın müxtəlif guşələrində fəaliyyət göstərən muğam üçlüyü - sazəndə, sazçı qızlar, aşıq, zurnaçı, balabançı, damburçu, tulumçu və nağaraçı dəstələri xalqımız tərəfindən sevilən musiqi kollektivləridir.
Solo və ansambl ifaçılığı keçmişdə də olmuşdur. Qədim Ekbatan – Həmədanın çənub-şərqində yerləşən azərbaycanlıların yaşadığı Cığamışda tapılan saxsı qabın (b.e.ə. VI minilliyə aid edilir) üzərindəki bir şəkildə rəqqaslar və əl çalan tamaşaçılarla əhatə olunmuş əzəməti ilə seçilən simli alət çalan, başqa şəkildə isə əlini qulağının ardında tutan müğənni, çəng, nəfəs aləti buğ, qoşanağara və təbili səsləndirən ifaçılar çəkilmişdir.
Orta əsrlərdə tərtib edilmiş klassik şairlərimizin əsərlərinin əlyazmalarını bəzəyən çoxsaylı miniatürlərdə ifaçıların ayrı-ayrı alətlərdə (ud, tənbur, çartar, rübab, çəng) və ya ansamblların tərkibində saray ziyafətlərində, təntənəli görüşlərdə, musiqili-ədəbi məclislərdə iştirakı təsvir edilmişdir. Çalğıçıların müşayiətilə adətən əlində dəf tutan xanəndə və rəqqasələr çıxış edirlər. Nəfəs və zərb çalğı alətləri isə, bir qayda olaraq, hərbi döyüş, ov səhnələrini və çövkən oyununu canlandıran miniatürlərdə əks olunur.
Vaxtilə Azərbaycanda yayılan ansamblların tərkibi haqqında mühakimə yürütmək üçün ən tutarlı mənbə də miniatürlərdir. Onları gözdən keçirməklə bir zamanlar təşkil olunan ansamblların tərkibini müəyyən etmək olar. Məsələn, ziyafət məclislərində çıxış edən ansamblların tərkibində əsasən ud, dəf ; ud, çəng; ud, ney; bərbət, dəf; kamança, dəf; çəng, dəf; qanun, dəf; tənbur, dəf; rud, dəf ; rübab, ney; rübab, dəf; bərbət, kamança, dəf; kamança, iki dəf; çəng, ney, dəf; tənbur, qanun, dəf; tənbur, ney, dəf; rübab, ney, dəf; ud, çəng, kamança, qanun; çəng, qanun, ney, dəf; kamança, iki ney, dəf; şeştar, kamança, qanun, iki dəf; rübab, zurna, ney, qoşanağara, iki dəf; ud, tənbur, kamança, musiqar, ney, dəf; rəbab, iki ney, iki dəf, dairə səslənirdi.
Göründüyü kimi, ansamblların tərkibinə əksər hallarda iki və ya üç, dörd alət daxil idi. Maraqlıdır ki, böyük tərkibli ansamblda iki dəstə birləşirdi. Birinci dəstədə rübab, zurna və çanaqları eyni ölçüdə olan qoşanağara çalınırdı. İkinci dəstədə rəqqasəni müşayiət edən neyzən və iki dəfçi çıxış edirdi. Bu dəstələrə yeri gələndə beşsimli iri gövdəli aləti səsdləndirən ifaçı da qoşulurdu.
Müasir dövrümüzün rəssamları keçmişlərə qayıdaraq orta əsrlərdə istifadə edilən çalğı alətlərindən ibarət ansamblları çəkdikləri rəsmlərində əks edirmişlər.
Məsələn, Nizami Gəncəvinin “Yeddi gözəl” poemasına çəkilən şəkildə (rəs. Əmir Hacıyev) gözəllərdən üçü əlində saza oxşar alət, qaval və altı simli çəng səsləndirirlər.
Şairin “Leyli və Məcnun” poeması əsasında çəkilmiş şəkildə (rəs. Ramil Əliyev) isə dörd simli mizrabla çalınan alət və dəfdə çalan qızlar təsvir edilir.
Böyük Azərbaycan şairəsi Məhsəti Gəncəvinin (XII əsr) rübailərindən cuşa gələn çalğıçılar rəsmlərdə (rəs. Altay Hacıyev) müvafiq olaraq üç-dörd simli, uzun və ya qısa qola malik, dəyirmi çanaqlı saza və uda oxşar alətlərdən istifadə edirlər. Şahmat oyunu fasiləsində Məhsətinin təşkil etdiyi məclisə xoş əhval-ruhiyyə gətirən əlində qaval tutan xanəndəni çəngdə çalan qız müşayiət edir.
Belə səhnələrə başqa təsviri sənət növlərində də rast gəlinir.
Orta əsrlərdə döyüşlərdə güclü səsləri ilə seçilən nəfəs, zərb və özüsəslənən alətlər istifadə olunurdu. Azərbaycan tarixçisi Həsən bəy Rumlunun “Əhsənüt-təvarix” (“Tarixlərin ən yaxşısı”) əsərində XV-XVI əsrlərə aid belə fakt gətirilir: əsgərlər döyüşə nəfir, nağara, təbil və bayraqla gedərdilər. Hücum vaxtı kərənay, qələbə vaxtı isə nağara səslənirdi.
Orta əsr miniatürlərinə görə döyüş meydanlarında iki kərənay; kərənay, gavdum; kərənay, qoşanağara; üç kərənay; kərənay, cift-kos, sinc; kərənay, nəfir; kərənay, nəfir, cift-kos; kərənay, gavdum, zınqırov; gavdum, zurna, cift-kos; kərənay, gavdum, cift-kos, üç gavdum, iki kus; iki kərənay, üç qoşanağara; iki kərənay, cift-kos, davul; kərənay, gavdum, zurna, qoşanağara; kərənay, zurna, çift-kus, sinc; kərənay, gavdum, şahnəfir, cift-kos; iki kərənay, nəfir, cift-kos; iki kərənay, iki zurna; iki kərənay, gavdum, iki kus; kərənay, şahnəfir, zurna, iki qoşanağara; kərənay, gavdum, nəfir, sinc, iki dəf; iki kərənay, dörd gavdum, şaxnəfir, cift-kos, iki qoşanağara çalınırdı.
Bir miniatürdə qarşı-qarşıya dayanan iki qoşunun sırasında iki kərənay çalan döyüşçü görünür. Başqa miniatürlərdə hücum edən döyüşçüləri kərənay, sinc və cüft-kos və ya gavdum, zurna və cüft-kos, yaxud da kərənay və qoşanağara müşayiət etdiyi an təsvir edilir. Bir miniatür isə daha böyük maraq kəsb edir. Belə ki, vuruşan döyüşçüləri iki kərənay və cüft-kosun gur səsləri ilə cuşa gətirir, yaralanmış döyüşçünün yanında ayrıca səsləndirdiyi iki iri toppuz şəklində çubuq, çiyinə aşırılan qaytanı və yastı dəyirmi gövdəsi olan davul göstərilmişdir.
Şəki xanlığının əsasını qoyan Hacı Çələbinin nəvəsi “Muştaq” təxəllüsü ilə şeirlər yazan Məhəmməd Hüseyn xanın göstərişi ilə 1762-ci ildə Azərbaycan memarlıq ənənələri əsasında tikilən Şəki Xan Sarayının ikinci mərtəbəsində yerləşən zalın frizində miniatür üslubda çəkilmiş görüş və qəbul mərasimlərini, ov səhnələrini təsvir edən süjetli şəkillərlə yanaşı döyüş səhnəsi də təsvir olunmuşdur. Bir tərəfdə toplardan, tüfənglərdən atəş açılır, başqa tərəfdə isə qılınc və xəncərlə qızğın vuruş gedir. Döyüş meydanında başı kəsilmiş cəsədlər görünür. Başsız qalan atlar müxtəlif tərəflərə qaçır, əsir düşənləri isə aparırlar. Süvari dəstələri ordu rəislərinin başçılığı ilə bayraqlarla bir-birlərinin qarşısına gur musiqi sədaları ilə hərəkət edirlər. Qarşı-qarşıya gələn qoşunları bir tərəfdə at belində üç kərənaycı və iki zurnaçı, başqa tərəfdə isə at belində üç gavdumçu, bir zurnaçı və onların yanında yerdə dayanan iki kusçu çomaqları alətin dərisinə vuraraq qızışdırır.
...Hazırda muğamların əsas ifaçıları əlində qaval tutan xanəndə, tarzən və kamançaçıdan ibarət olan klassik üçlük - milli ansambl triosu - sazəndə dəstəsidir. Bu dəstə yeganə çalğıçı üçlüyüdür ki, muğamlar bütöv, dəstgah şəklində, bütün incəlikləri ilə dinləyiciyə çatdırılır. Bu vaxt tarzən və kamançaçının virtuoz ifaçılıq qabiliyyəti, alətin bütün bədii-texniki imkanlarından istifadə etmək bacarığı özünü büruzə verir.
İlk dövrlərdə sazəndə dəstəsində tar, kamança və balabandan, təsnif və rəngləri ifa etdikdə isə dairə, qoşanağaradan istifadə olunurdu. Məşhur tarzən Mirzə Sadıq Əsəd oğlunun (1842-1902) alətdə apardığı yenidənqurma işlərindən sonra artıq gur səsli qoşanağaraya ehtiyac qalmır, bu, xanəndənin əlində tutduğu incə səsli qavalla əvəz olunur.
XIX əsrin əvvəllərində xanəndələr tar, kamança, yastı balabanın və ya tar, kamança, qaval və qoşanağaranın müşayiəti ilə çıxış edirdilər.
Xanəndə, tarzən və kamançaçıdan ibarət olan üçlük XIX əsrin ikinci yarısından başlayaraq ta bu günə qədər fəaliyyət göstərir. Onların xalq musiqimizin inkişafında, muğam ifaçılıq məktəbinin yaradılmasında rolu misilsizdir. Vaxtilə toy və digər şənlik məclislərində iştirak edən bu dəstə artıq bizim dövrümüzdə teatr və konsert salonlarında çıxış edir.
İnstrumental muğamları ifa edərkən üçlük muğamı özünə məxsus çalarla bəzəyir, rövnəqləndirir və çoxsəslilik yaradır. Bu ansamblın üzvləri xanəndələri müşayiət etməklə yanaşı instrumental muğamların ifaçıları kimi də tanınırlar.
Muğam sənətinin inkişafında xanəndə, tar və kamançaçılar mühüm rol oynayırlar. Onlar muğamın əsl yaradıcılarıdır. Buna görə də “Muğam üçlüyü” rəssam və heykəltəraşlarımızın geniş işlədiyi mövzudur.
Xalqımızın müxtəlif kənd təsərrüfatı ilə məşğulluğu, qarşılaşanda “Salam” deyən camaatla üzvi şəkildə bağlı olan zurnaçı və nağaraçı yaddan çıxmamışdır (rəs.Əşrəf Heybətov).
Məlumdur ki, zurnaçılar dəstəsinə usta və dəmkeş daxildir, bir qayda olaraq onu nağaraçı və ya qoşanağaraçı müşayiət edir. Bəzən bu ənənə rəssamlar tərəfindən pozulur. Zurnaçılar dəstəsinə üç zurnaçı daxil edilir və ya ona aşıq qoşulur.
Müxtəlif çalğı alətlərindən təşkil olunmuş instrumental ansambllar da təsviri sənətdə əks olunmuşdur.
Bunlarla yanaşı, Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirən iki skripka, alt və violonçeldən təşkil olunan simli kvartetin çıxışını böyük ustalıqla təsvir edilmişdir (rəs. Asəf Cəfərov).
Müxtəlif tərkibli ansamblların maddi-mədəniyyət abidələrində həkk olunmuş və orta əsr miniatürlərində verilmiş ansamblların görünüşü kitabların üz qabığının tərtibatında istifadə olunmuşdur.
Göründüyü kimi, zəngin xalq və professional musiqimizin inkişafında misilsiz rol oynayan müxtəlif tərkibli ansamblların çıxışları təsviri sənət ustalarımızın işlədiyi mövzular sırasında öncül yerlərdən birini tutur. Şübhə yoxdur ki, bu istiqamətdə işləyən rəssam və heykəltəraşlar bundan sonra da maraqlı əsərlər yaradacaqlar.