Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

ÖN SÖZ


O İLİN XEYİR-DUALARI


ANAR
ÖMRÜMÜN "QOBUSTAN" İLLƏRİ


Zemfira SƏFƏROVA
Müstəqillik dövründə Azərbaycan musiqisinə bir baxış


Mehriban ƏHMƏDOVA
HƏMİŞƏYAŞAR BƏSTƏKAR


CƏFƏR CABBARLI
(«Portretlər»dən)


Vəfa XANOĞLAN
İLYAS ƏFƏNDİYEV:
«YAZIÇI ÜÇÜN DIL ONUN ÜRƏYININ TƏRCÜMANIDIR»


«Mühit içində, təpədən dırnağa kimi ümid içində»


Elnur ƏHMƏDOV
Süleyman Ələsgərovun «Tarantella» pyesi


Vaqif SƏMƏDOĞLU
İlqar FƏHMİ
Çağdaş detektiv romanlar ustası


İmaməddin ZƏKİYEV
NAMƏLUM «HESABAT»IN MƏLUM MƏTNİ


Çingiz ƏLƏSGƏRLİ
XALQIN ARTİSTİ, XALQ ARTİSTİ İLHAM NAMİQ KAMAL


İmruz ƏFƏNDİYEVA
İstedadlı musiqişünas alim


Mehriban Sultan
MƏNƏVİ VARİSLİK HAQQI


Turan ŞÜKÜROVA
ABSURD TEATR


Səadət ABDULLAYEVA
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRİ ANSAMBLLARI
TƏSVİRİ SƏNƏTDƏ


Səyyarə NAMİQQIZI
Milli irsin qorunması barədə?


Ziyadxan ƏLİYEV
Fırçayla yaradılan yaradıcılıq yolu


Elçin HƏŞİMOV
AZƏRBAYJAN XALQ ƏMƏK MAHNILARINA BİR NƏZƏR


Sevda AĞAYEVA
«Kaspi» qəzetində teatr problemlərinin əksi
(1910-1919-cu illər)


AĞASƏFA
ŞƏHƏRGƏ


Məlahət NƏCƏFOVA
Azərbaycanda yaşayış mühitinin yaranmasını və inkişafını
səjiyyələndirən əsas mərhələlər


MEMARLIQ
 

Məlahət NƏCƏFOVA
Azərbaycanda yaşayış mühitinin yaranmasını və inkişafını
səjiyyələndirən əsas mərhələlər


 

Məlum olduğu kimi, ta qədim zamanlardan Azərbaycan Asiyanı Avropaya bağlayan yolların üzərində qərar tutmuş geniş münbit torpaqları olan müqəddəs odlar diyarı idi. Bu səbəbdən də o öz joğrafi mövqeyini bərkitməklə böyük tarixi inkişaf yolu keçmiş və bu yerlərə xas olan xarakterik şəhərsalma prinsiplərini müəyyənləşdirmişdir.
Tarixi şəhərsalma prinsiplərinin formalaşmasına retrospektiv nəzər saldıqda demək olar ki, paleolit dövrünün əvvəllərində daimi yaşayış yerləri olmadığından insanlar kiçik qruplarla köçəri həyat tərzi keçirir, soyuqdan və təhlükədən qorunmaq məqsədilə təbii mağara oyuqlarını, qayaarası təbəqələri özləri üçün müvəqqəti yaşayış yeri seçir və primitiv tikintilər aparırdılar. İctimai inkişaf qəbilələrin qohumluq birliyi prosesində gedirdi. Bu baxımdan ən çox maraq doğuran Azərbaycanın b.e.ə. II – I minilliklərdə tapılan yaşayış yerləridir. Xocalıda, İsmayıllıda, Şəmkirdə aparılan qazıntılar zamanı aşkarlanan bir çox əşyalar və mağaralarda tapılan müxtəlif təbəqəli ocaq yerləri (Füzuli rayonunda Azıx mağarası) buna sübutdur.
Bu dövrün ilkin yaşayış məskənləri əsasən müdafiə xarakteri daşısa da, insan öz şüurunun hesabına yaratdıqlarında ən sadə, rahatlıq şərtlərini nəzərə alır və ictimai funksiya daşıyan bu həcmləri mütləq məskənin mərkəzində təşkil edirdilər. Bəzən insanlar ağac materialları vasitəsilə dirəklər üzərində komalar qurur, kahaların iç məkanlarında tədricən müəyyən funksiyalı oyuqlar düzəldir və bunları öz tələblərinə uyğunlaşdırırdılar. Meşəliklərdə tkinti sənəti baxımından primitiv də olsa ağaj budaqları çatmasından və qıl qatından örtüyü olan mərkəzi tirin hesabına yaradılan həjmlər yaşayışın növbəti inkişaf mərhələsinə aid idi.
Zaman keçir, insanların şüuru artdıqca yaratdıqları da təkmilləşirdi. Belə ki, mis dövründə yeni yaşayış tikinti formaları yarandı. Artıq bu zaman yaşayış tikililəri üçün iri daş qırıntılarından tavalar, dayaqlar hazırlanır və onlardan təkjə yaşayış üçün deyil, eyni zamanda sitayiş məkanı kimi də istifadə edilirdi. Ərazilərdə aparılan qazıntılar zamanı aşkarlanmış tikintilərdən «mengir» «kromlex» və «kurqan»lara Azərbayjanın Gəncə, Qazax, Mingəçevir və b. yerlərində rast gəlinir.
Azərbayjanın dəmir dövrü memarlıq tarixinin araşdırılması göstərir ki, əsasən bu dövrdə evlər qazma, yarımqazma, qaradam şəklində olmuşdur. Qaradamlar tikinti sənəti baxımından olduqja maraqlı olub,yalnız Azərbayjan üçün deyil,eyni zamanda bütün Qafqaz üçün xarakterik tikinti növü sayılırdı.
Sonradan ibtidai icma quruluşunda əmək bölgüsünün tədricən pozulması və şəxsi mülkiyyətin yaradılmasından ilkin sinifli cəmiyyət - quldarlıq quruluşu yarandı. Bu zaman Azərbaycanda memarlıq sənətinin inkişafına təkan verən aparıjı amil əsasən təbii – coğrafi şərait idi. Belə ki, Azərbaycanın çox hissəsi dağ silsilələri ilə əhatə olunmuş düzənliklərdən ibarət idi. Meşəliklər və otlaqları olan ərazilər, dəniz və çay kənarında münbit torpaq sahələrinin olması dayanıqlı məskənlərin yaranmasına və genişlənməsinə imkan verdi. Azərbaycanda qədim yaşayış yerləri və qəbilələr haqqında məlumatlar ilkin olaraq Assiriya sankriplərində göstərilmişdir. B.e.ə. IX əsrdə ölkənin cənub və cənub – qərb vilayətlərində Midiya tayfalarının yaşaması haqqında məlumatlar yunan və roma müəlliflərinin yazılarında da qeyd olunmuşdur (Aşurbəyli S.B.Şirvanşahlar dövləti. B. 1983, səh. 16-47).
S. Aşurbəyli öz tədqiqatlarında göstərir ki, Abşeronda tunc dövrünə aid edilən qədim yaşayış məntəqələri mövjud idi. Tapılan arxeoloji materiallardan bəlli olur ki, (İ.M. Cəfərzadəyə görə) belə tikililər ən çox b.e.ə. VII – VI əsrlərdə üstünlük təşkil edirdi. Məsələn, Köhnə Bakı qalası yanında aşkar edilən qəbiristanlıq və dəfn formalarından aydın olur ki, təpənin başında salınan orta əsr Bakı qalası məhz qədim yaşayış məskəninin üzərində yenidən ucaldılmış və tapılan qəbiristanlıq da məhz ona aid olub. Deməli, Bakı qədim şəhər kimi artıq b.e.ə. VIII əsrdə mövcud olsa da, onun formalaşma mərhələsi daha qədim mərhələlərə gedib çıxır.
Onun ən qədim adının «Baka», «Bak» izahı ya burada yaşayan qədim qəbilələrlə, ya da kiçik yaşayış məntəqəsinin adı ilə bağlı idi (Axundov D.A). Sonralar Bakı kiçik bir məntəqədən tədrijən öz təsərrüfatı, sənətkarlığı, tijarəti və ən başlıjası, sitayiş mərkəzi olması ilə məhşurlaşıb inkişaf edərək tədrijən, iqtisadi mahiyyətini artırır və orta əsr qala şəhərinə çevrilir.
Xüsusi mövqelərdə duran məskənlər öz funksional yönümünə uyğun müdafiə qurşağı (qala divarları) ilə əhatə olunaraq sonradan dayanıqlı müdafiə mərkəzlərinə çevrilirdilər. Buna sübut olaraq b.e.ə. XI əsrdə Urmiya gölünün ətrafında yerləşən Midiya Şərqin ən yaxşı müdafiə olunan qüdrətli dövlətlərindən biri idi. Midiyanın paytaxtı Ekbatan şəhəri öz möhtəşəm tikintilərinə və dini - memorial tikililərinə görə mədəni mərkəzlərdən sayılırdı. Çar Sardurun mixi xətli kitabəsində göstərilir ki, Azərbayjanda yüzdən artıq iri yaşayış məntəqələri, saray, qala-qəsrlər mövjud idi. B.e.ə. IV əsr – b.e. III əsri Qafqaz Albaniyasının antik inkişaf dövrü sayılır. Yunan müəllifləri Strabon, Klavdi, Ptolomey Qafqaz Albaniyasında çoxlu sayda şəhərlərin olmasını göstərir, paytaxt Qəbələnin, Mosiqanın (Maştağa), Ossikanın (Şəki), Kemaxiyanın (Şamaxının) və b. adlarını çəkirlər. Bu dövrlərdə yaşayış və saray binaları (Sarıtəpə) ujaldılır.
IV-VII əsrlərdə ölkənin siyasi, iqtisadi və mədəni inkişafı intensiv şəkil almışdır. Dağ silsiləsi və dəniz arasında olan keçidləri bağlayan və dağ ətəkləri ilə böyük məsafədə uzanan istehkam qurğularından ibarət məşhur Qafqaz-Alban müdafiə divarları tikilməyə başlanır. Bu baxımdan, Azərbayjanın müdafiə istehkamları içərisində Gilgilçay və Beşbarmaq sədlərinin özünəxas jəhətləri vardır. Bu istehkamlar əsas etibarilə çiy və bişmiş kərpijdən, bəzi yerlərdə isə daş tavalardan tikilmişdir.
IV əsrin əvvəllərindən alban hökmdarı Urnayrın xristianlığı ölkənin rəsmi dini elan etdiyi vaxtdan etibarən Albaniyada çoxlu sayda xristian məbədləri, kilsə və vəng kompleksləri salındı. Belə ki, bunların bəzilərinin memarlıq obrazları yaşayış tikililərinə də öz təsirini göstərdi. Həmin əsrin 550-ji illərində Midiya dövləti qədim İran tərəfindən zəbt edildi və yerli əhalinin üsyanı Əhəmənilər tərəfindən yatırıldı. Sonradan İran monarxiyasının dağılması nəticəsində uzun illər öz müstəqilliyini saxlaya bilən Azərbaycanda Atropatena dövləti yarandı. Ölkəmizin şimal hissəsində Qafqaz Albaniyası, cənubda isə Atropaten dövlətinin mövcudluğu Alban hakimiyyətini yaratdı və III – IV əsrlərdə artıq Azərbaycanda feodal münasibətləri formalaşmağa başladı. Bu zaman yaşayış tikintisində qul əməyindən istifadə edildi. Bu mərhələdə qonşu dövlətlərin öz ərazilərini genişləndirmək məqsədilə vaxtaşırı Azərbaycana basqınlar etməsinə baxmayaraq, karvan yollarına yaxın olan şəhər tipli yaşayış məntəqələri öz inkişafını davam etdirirdi. Tədricən oturaq həyat tərzinə keçən xalqın qədim yaşayış yerləri funksional mahiyyətinə, tikinti xarakterinə və ərazi tutumuna görə müxtəlif forma alırdı. Bu yaşayış məskənlərinin tikililəri bir çox hallarda yastı çiy kərpicdən tikilirdi. Bunlara daha çox Abşeronda, Füzulidə, Dərbənd və onun ətrafında rast gəlmək olur.
Qədim yaşayış evlərini həcmi - məkan, konstruktiv və planlaşma həllindən asılı olaraq bir neçə tipə ayırmaq olar: dairəvi planlı, günbəzli tikililər, dairəvi planlı lakin silindr forma alan tikililər, düzbucaqlı və ya dairəvi planlı qaradamlar və düzbucaqlı plan daxilində bir neçə bölmədən ibarət olan tikililər. Bu mərhələnin qədim yaşayış tikililərinə rasionallıq, lakonik plan quruluşu, mükəmməl konstruksiya və çiy kərpic hörgüsü səciyyəvi idi.
Azərbayjanın sonrakı dövr memarlıq - şəhərsalma və tikinti sənəti bir çox obyektiv səbəblərdən dəyişərək inkişaf etmişdir. Yeni eranın əvvəllərində bir sıra ardı-arası kəsilməyən işğallara qarşı mübarizə apararaq ölkə öz inkişafını davam etdirmək iqtidarında idi. O zamanın Əntiq müəllifləri də Midiyanı Atropatenanın Şərqin inkişaf etmiş zəngin bir ölkəsi kimi xarakterizə etmişlər. Bu mərhələnin yaşayış tikintiləri artıq müəyyən kompozisiya və konstruksiya prinsipinə istinad edirdi.
Azərbaycanda yaşayış mühitinin inkişafını səciyyələndirən ikinji mərhələ IV – VIII əsrlərə aid edilir. Bu dövrdə feodal münasibətlərinin kəskinləşməsi nəticəsində çoxsaylı müdafiə funksiyalı qalaların tikintisi müşahidə edilirdi. Beşbarmaq dağı yaxınlığında, Gilgilçay üzərində, Dərbənd keçidində uzun qala divarlarının tikintisi buna sübutdur. Alban hakimiyyəti dövründə isə yaşayışdan daha çox məbəd tikililərinə üstünlük verildi və bu tikililərin plan - məkan həlli o zamanın ən mütərəqqi konstruksiyaları sayılırdı.
Tikinti sahəsinin və xariji tijarət əlaqələrinin genişlənməsi Azərbayjanda bir sıra möhtəşəm qala şəhərlərinin inkişafına səbəb oldu. Bunların içərisində Qəbələ, Beyləqan, Dərbənd, Gəncə, Bərdə, Ərdəbil xüsusi yer tuturdu. Bu şəhərlərin ticarət və sənətkarlıq mərkəzləri kimi tanınması onların müdafiəsinin güjləndirilməsini tələb edirdi. Bu baxımdan onların ətrafında olan strateji nöqtələrdə istehkamların inşası zəruri məsələ kimi ön plana çəkilirdi. Bu qurğular konstruktiv cəhətdən sadə olsalar da, yüksək tikinti mədəniyyətinə malik çox möhkəm, dayanaqlı idi. Məsələn, o zaman ucaldılmış Dərbənd istehkamının qala divarları bu gün də əzəmətli görünür. İran şahı I Xosrov Ənuşirəvanın dövründə (531 – 575) tikilən bu istehkam bütün Azərbayjanın və başqa Qafqaz xalqlarının mənafeyini müdafiə edirdi. Bundan fərqlənən Gilgilçay və Beşbarmaq qala sədləri də Azərbayjanın müdafiə sisteminin tərkib hissəsini təşkil edirdi. Bununla yanaşı, təbiətlə üzvi bağlılığı, sərt və romantik görkəmilə Böyük Qafqaz sıra dağlarından birinin zirvəsində yerləşən Çıraqqala müdafiə istehkamı özünün 17 kilometrdən çox dənizə uzanan bişmiş və çiy kərpijdən tikilmiş, üzərində nəqliyyat hərəkət edə bilən müdafiə səddi ilə diqqəti jəlb edir. Lakin öz nəhəng görkəmilə yüksək relyefdə yerləşən Çıraqqala istehkamı öz mükəmməl kompozisiyası ilə seçilirdi.
VII əsrdə islam dininın Azərbayjanda yayılması şəhərlərin inkişafının və tikinti fəaliyyətinin üçünjü mərhələsinə təsadüf edir. Əlverişli strateji mövqeyi və zəngin iqtisadi potensialı onu qonşularından olan Bizans imperiyası və Sasanilərin hücumlarına məruz qoyurdu. Bu çətinliklərə baxmayaraq, Şimali Azərbayjanın təsərrüfat və mədəni həyatı feodal münasibətlərinin möhkəmlənməsi ilə inkişaf edir və yaşayış yerlərinin müdafiəsi üçün qala divarlarının davamlılığına ciddi yanaşılırdı. Ümumilikdə, tikinti sahəsinin, əsasən də yaşayış tikintisinin genişlənməsi müşahidə olunurdu. Lakin təəssüf hissilə qeyd etmək lazımdır ki, o zamanın yaşayış tikintiləri bəzi bölgələr istisna olmaqla bizə az gəlib çatmışdır. Qazıntılar zamanı bir sıra dəlillərin üzə çıxması tikintidə daş və əhəng materiallarının üstünlüyünü bir daha təsdiqləyir. VII əsrdə Azərbaycanda islamın yayılması ilə yaranan yeni tipli tikintilərin çoxalması karvan yolları üzərində yerləşən Dərbənd, Bərdə, Gəncə, Bakı, Naxçıvan, Ərdəbil, Təbriz, Maraqa kimi ticarət və sənətkarlıq mərkəzlərinin yaşayış tikintilərinin genişlənməsinə də öz müsbət təsirini göstərdi. Təbii ki, bu şəhərlərin fəaliyyəti müəyyən mənada ijtimai tikintilərlə yanaşı, yaşayış sahələrinin də inkişafına yönəldilir və nəticədə bunların memarlıq - planlaşma obrazlarını formalaşdırırdı. Şəhərlərin üç pilləli planlaşma strukturu onların ən vacib məkan fraqmentlərini (baş tijarət küçələrini, yaşayış məhəllələri sistemini) də müəyyən edirdi. Məsələn, iç qalada saray kompleksi yerləşdiyi halda, şəhristanı – baş tijarət küçəsi, inzibati - ictimai meydanlar, məhəllə quruluşu və küçə şəbəkəsi müəyyən edirdi. Şəhərlərin sonrakı inkişafında (XII – XIII əsrlərdə) jiddi mahiyyət daşıyan ijtimai - dini binaların yerləşmə prinsipi yaşayış vahidlərinin tərkib hissəsinin (məhəlləni təşkil edən elementlər) formalaşma xarakterini də müəyyən etdi. Ərəb xilafəti öz qüdrətini Azərbaycanda daha çox möhkəmləndirmək məqsədilə ticarət əlaqələrinin genişlənməsinə nail oldu. Bu illərdə göstərilən şəhərlər artıq Rusiya, Avropa ölkələrinin bir çoxuna müxtəlif mallar (neft, duz, ipək və b.) ixrac etməyə başladı və öz iqtisadi durumunu xeyli gücləndirdi.
Belə ki, Bakı şəhəri əlverişli körfəzi hesabına Rusiya və b. ölkələrə məhsullarını ixrac edir və beynəlxalq tranzit ticarətinə qoşulması ilə xüsusən fərqlənirdi. Sonrakı əsrlərdə neftin istehsalının həcmi genişləndi və XI əsrdən başlayaraq Bakı Xəzər vasitəsilə Rusiya, Orta Asiya, Çin, Hindistan və b. ölkələrlə əlaqələrini artırmaqla beynəlxalq ticarət mərkəzinə çevrildi. Burada yüksək ixtisaslı memarlar, bənnalar, daşyonanlar, dülgərlər, misgərlər, toxucular və başqa sənətkarların sayı getdikjə artırdı.


Artıq XII – XIII əsrlərdə Azərbaycan memarlığında çoxsaylı ictimai, dini memorial və yaşayış tikintilərində dəyişikliklər müşahidə olunmağa başlayır. Iri şəhərlərdə yeraltı kəhrizlər, açıq arxlar, abad bağlar salındı, yaşayış tikintisində müəyyən nizamlılıq əldə edildi və onların rabad hissələrində də məhəllə - küçə strukturu formalaşmağa başladı. Beləliklə də, şəhər divarları çərçivəsində ənənəvi bazar küçələri və meydanları yarandı. İlk baxışdan xaotik görünən şəhərin plan quruluşu sosial-ijtimai-iqtisadi əlaqələr və jəmiyyətdəki subordinasiya tələbləri nətijəsində adətən monosentrik-piramidal həjm-məkan quruluşu aldı ki, bu da təbii olaraq müəyyən korreksiyaya gətirib çıxarırdı. Burada orta əsr Bakı, Təbriz, Gəncə, Bərdə və b. şəhərlərin dairəvi plan quruluşlarını yada salmaq olar. Lakin onu da qeyd etmək lazımdır ki, bu planlaşma quruluşu adətən tarixi inkişaf prosesində tədrijən formalaşan şəhərlərə aid idi.
Belə tarixi şəhərlər sırasında Bakı özündə Şirvan-Abşeron məktəbinin xüsusiyyətlərini əks etdirirdi və bu da şübhəsiz ki, tikintidə yerli təbii əhəng daşından istifadə olunması ilə bağlı idi. Bu regionun ən möhtəşəm məbədləri, qəsrlər, qala divarları və saray tikintiləri məhz XII – XV əsrlərdə ucaldılsa da, qeyd etməliyik ki, Bakı memarlığının xüsusiyyətini ifadə edən kifayət qədər möhtəşəm tikililər artıq mövjud idi (1018 – ci ildə Sınıq qala). Şəhərin əsaslı surətdə inkişafı demək olar ki, Şamaxıda baş vermiş zəlzələdən sonra Bakının Şirvan şahlığının paytaxtına çevrilməsi və XI əsrdə şəhərin ətrafına qala divarlarının çəkilməsi ilə bağlı idi. Şəhər dənizə tərəf açılan amfiteatrın jənub-qərb hissəsində yerləşən təpə üzərində qurulur. Qala divarlarından başqa Abşeron kəndləri yaxınlığında XIII-XIV əsrlərdə bir sıra kiçik passiv müdafiə qalaları da tikildi. Nardaran, Ramana, Mərdəkan kəndləri ətrafında tikilmiş passiv müdafiə qalaları əli silah tuta bilməyən qadın, uşaq, qojaların gizlədilməsi üçün nəzərdə tutulurdu. (Əlizadə Q.M. Memarlıq nəzəriyyəsi və Azərbayjanda tikinti təjrübəsi. B. Maarif nəşr. 1986. səh. 190).
Şirvan - Abşeron məktəbinin bəzi tikililərinin (qəsr,passiv müdafiə qalaları, istehkam,xanəgah tikintiləri və b.) tərkibinə az həjmdə də olsa özünəməxsus quruluşu olan yaşayış yerləri daxil idi. Belə ki, onlar bir-iki mərtəbəli, dördbucaq planlı bir neçə otaqdan ibarət olub, dam örtükləri isə bir çox hallarda günbəz formasında olurdu. Abşerondan fərqli olaraq, Azərbayjanın digər bölgələrinin yaşayış tikintilərində daşdan çox çiy və bişmiş kərpic növlərinə üçtünlük verilirdi. Bu materialın geniş bədii tərtibat imkanları (qəlib formaları, rəng çalarları, yüngüllüyü və b.) şəhərlərdə ucaldılan yaşayış binalarını yüksək bədii - estetik görkəmi və yüksək konstruktiv davamiyyəti ilə digər ölkələrin yaşayış tikintilərindən fərqləndirirdi. Beləliklə deyə bilərik ki, bu dövrdə tikinti prosesində rasionallıq ən vacib amil kimi ön plana çəkilmiş və yaşayış tikintilərinin bədii tərtibat formalarının yerli şəraitə uyğunlaşdırılması daha qabarıq şəkil almışdır.
Azərbaycan şəhərlərinin inkişafında Yaxın və Orta Şərq memarlığının qarşılıqlı təsiri olmuş və bu özünü sıx məhəllə sistemi şəbəkəsində, yaşayış evlərinin və həyətlərinin iç məkan həllində, həyat - məişət tərzində, hətta memarlıq elementlərinin tərtibatında göstərmişdir. XV əsrdə Elxanilər dövlətinin feodal quruluşu ilə əlaqədar xarici əlaqələrin və ticarətin səngiməsi bəzi regionlarda sənətkarlığın, o cümlədən də inşaat fəaliyyətinin məhdudlaşmasına gətirib çıxardı. Başqa tərəfdən də islahatların aparılması və xərracların yığılması əhalinin vəziyyətini daha da çətinləşdirdi (R.M.Əfəndizadə).
Şirvanşahlar saray kompleksi bu mərhələnin tikintiləri içərisində xüsusi yer tutur. Kompleks öz dini, ictimai, memorial, yaşayış və təsərrüfat tikililəri ilə bütövlükdə yüksək inşaat sənətini, hörgü texnikasını və daş memarlığının nadir bədii - estetik tərtibat nümunələrini nümayiş etdirir. Şəhərin mərkəzində dağın zirvəsində onun iç qalası – Şirvanşahların iqamətgahı yerləşir. Saray kompleksinin aktiv relyefdə uğurla yerləşdirilməsi, yüksək bədii - estetik və memarlıq - planlaşdırma keyfiyyəti ilə yanaşı, mükəmməl siluet həlli onu Bakı qalasının əsas dominantına çevirmişdir. Kompleksin üç səviyyədə həll edilmiş plan quruluşunda hər bir abidənin özünəməxsus obrazı, həcmi-məkan kompozisiyasının kontrast həlli onu daha da ifadəli edir. Demək olar ki, bu kompleks özündə Şirvan – Abşeron memarlıq məktəbinin ən yaxşı ənənəsini əks etdirir. Bu daşdan düzəldilmiş monumental, eyni zamanda da xırdalıqlarına qədər mükəmməl həll edilmiş əsərdir.
Bakının əsasən ticarət və iqtisadi-inzibati mərkəz kimi inkişafında limanın fəaliyyətini yüksək qiymətləndirmək olar. Məhz öz rahat körfəzi hesabına Xəzər vasitəsilə müxtəlif ölkələrdən malların daşınması təmin edilir və tijarətin inkişafı ilə karvansaraların tikintisi genişlənir. Bakı qalası demək olar ki, öz orta əsr strukturunu bu günə qədər qoruyub saxlayır və bu gün də yaşayış vahidi kimi fəaliyyətini davam etdirir. Məhəllə daxilində yaşayış evlərinin yerli şəraitə uyğun düzgün cəhətlənməsi orada qənaətbəxş mikroiqlim yaratmışdır. Müasir anlayışda onun geniş meydanları olmasa da, əsas küçə kəsişmələrində formalaşan kiçik açıq məkanları istifadə baxımından çoxfunksiyalı hesab etmək olar.
Məkan baxımından «Bakı qalası»nın strukturunun «ana xəttini» təşkil edən Şirvanşahlar kompleksi ilə yanaşı, ictimai -ticarət funksiyası daşıyan Qüllə küçəsində (A.Zeynallı küçəsi) İşərişəhərin ən vacib və gözəl memarlıq həlli ilə fərqlənən tikililəri cəmlənmişdir. Bu küçənin şəhərin ictimai həyatında əsas rol oynaması təsadüfi deyil. Belə ki, onun «Şamaxı darvazasın»dan başlayıb, cənub - qərb sərhədlərində «Salyan qapısına» qədər uzanan hissəsində bir sıra məscidlər, karvansaralar, hamam, atəşgah, bazar və b. tikililər vardır. Bundan əlavə bu küçənin formalaşdırıcı komponentlərinə fasad tərtibatına görə digər həcmlərlə maraqlı kompozisiya yaradan yaşayış tikililəri də daxildir. Müasir zamanda onların bir çoxu dəyişildiyindən (fiziki və mənəvi pozuntuları nətijəsində qeyri - normal vəziyyətə düşdüyündən) bu gün onların və şəhər mühitinin tarixi simasının bərpası vajib görünür.
Ümumilikdə isə, İçərişəhərin hələ də dərk edilməyən və bildiyimiz həndəsi qanunauyğunluqlara tabe olmayan planlaşma strukturu müdrük bir prinsipə əsaslanır. Bu səbəbdən də onun dayanıqlı ənənəvi cəhətlərinin və Şərq ölkələrinə xas olan məhəllə sisteminin fəlsəfi dəyərinin öyrənilməsi çox vajibdir.
XV əsr - Bakı qalasının inkişafında xüsusi yer tutur. Bu dövr Şirvanşahların hökmranlığının güclənməsi, dinc quruculuq dövrü idi. Məhz bu dövrdə dəniz ticarətinin genişlənməsi onun liman şəhəri kimi rolunu artırır və bir sıra yeni tikililərin meydana gəlməsi qala şəhərinin strukturunun formalaşmasını başa çatdırır. XVI – XVII əsrlərdə Azərbaycana qonşu olan Osmanlı dövlətinin yüksəlişi və Bakıda neft ixrajatının artması ilə onun Avropa ölkələri ilə (Fransa, İngiltərə) əlaqələrinin möhkəmlənməsi iqtisadi dirçəlişinə təsir etdi. O dövrdə yeni ictimai - istehsal binalarının ucaldılması şəhərin inkişafına təkan verən amillər sırasına daxil olsa da, yaşayış tikintisində açıq-aydın ləngimə prosesi hiss olunurdu. Bu mənada ancaq şəhərin sənətkarlıq və ticarət inkişaf edən hissələrində qarışıq funksiyalı azmərtəbəli sıravi tikintiləri bəzi küçələrin simasını formalaşdırırdı.
1747 - ci ildə Nadir şahın ölümündən sonra Azərbaycanın xanlıqlara bölünməsi ilə onun memarlığı və tikinti sahəsi tənəzzülə uğradı. Tikintiyə kapital qoyuluşunun aşağı düşməsilə memarlıq sahəsində xeyli səngimə müşahidə olunurdu.Belə ki, ayrı - ayrı tikililərin bədii - memarlıq görkəmi və konstruktiv həlli keçmişin möhtəşəm binaları ilə müqayisə oluna bilməzdi. Yalnız XIX əsrdən başlanan irimiqyaslı iqtisadi, inzibati və mühəndis tikililərinin çoxalması bu şəhərlərdə dönüş yaratdı (xüsusən də, Bakı şəhəri üçün yeni inkişaf səhifələri açdı). Azərbaycanın Rusiyaya birləşdirilməsi ilk öncə ölkənin təbii xammalı zəngin olan şəhərlərin inkişafında hiss olundu. Bakının memarlıq simasının və plan quruluşunun dəyişməsi daha çox XIX əsrin ikinci yarısına – irimiqyaslı islahatlar dövrünə təsadüf edirdi. Onun ardıjıl tərtib edilən baş plan cizgilərində daha təfsilatlı formada yeni artırmalar göstərilir, eyni zamanda mövjud memarlıq abidələri və liman əhəmiyyəti qeyd olunurdu. O illərdə Bakıda regional xüsusiyyətlərə çox diqqət yetirilirdi. Şəhərdə əsas etibarilə iki-üç mərtəbəli yaşayış binaları tikilirdi. Bu binaların tikintisi Avropa və Rusiyadan gələn memar və mühəndislər tərəfindən aparıldığından burada çox halda milli və Avropa memarlığının sintezinə geniş yer verilirdi.
XIX əsrin ikinji yarısında Bakı öz iqtisadi və sənaye imkanlarına görə siçrayışlı irəliləyişlər əldə etdi və iri sənaye mərkəzlərindən birinə çevrildi. Istehsal əlaqələri və münasibətlərinin dəyişməsi fonunda təbii ki, yaşayış sahəsində də bir çox dəyişikliklərin aparılması zəruri idi. Belə ki, onun daha iki yeni planı tərtib edilsə də (1807 - 1822) bunların heç birində İçərişəhərin gələcək taleyi yetərincə görünmədi. Ancaq 1843 – cü ildəki planda forstadın qalaya doğru inkişafı və məkan birliyi göstərildi. Küçələrin düzbucaqlı kvartal bölgüsünün şəbəkəsi bu cizgidə öz əksini tapsa da, şəhərin ictimai mərkəzinin yeri hələ də müəyyənləşdirilmədi.
Beləliklə deyə bilərik ki, o dövrün tarixi vəziyyətindən irəli gələn bir sıra mərhələlər Azərbaycanın iri şəhərlərinin yaşayış mühitinin yaranmasında və inkişafında mühüm rol oynayıb.