|
Xalq əmək mahnıları ən qədim musiqi canrlarındandır. Bu qəbildən olan nəğmələr əvvəllər çox sadə musiqi və sözlərdən ibarət idi. Bəzən bir söz bir neçə dəfə təkrar olunmaqla oxunmuş, əməklə məşğul olan kollektivi işə səfərbər etmiş, əməyini bir növ yüngülləşdirmişdir. Təsadüfi deyil ki, professor M.S. İsmayılov yazır: «Hələ qədim zamanlardan başlayaraq musiqi xalq arasında yayılmış, əkinçi kütlələrinin ağır zəhmətini yüngülləşdirməkdə, dərd-qəmini azaltmaqda onlara kömək etmişdir». Azərbayjan xalq əmək mahnıları öz məzmunu, mətni və musiqi jəhətdən çox rəngarəngdir. İlkin əmək həyatını əks etdirməklə yanaşı, bu mahnılar sonralar püxtələşmə, daha dolğun formalaşma mərhələsindən keçmişlər. M.S.İsmayılov qədim əmək mahnılarına belə qiymət verir: «Bunlarda əkinçilik və ya maldarlıqla məşğul olan kəndlilərin ağır zəhmətini, çobanların həyatını, zillətdə qalmış Azərbayjan qadınlarının dözülməz əməyini, bir sözlə xalqımızın çoxəsrlik tarixini və məişətini əks etdirən motivlərə rast gəlirik». Əmək mahnılarında əkinçilik, maldarlıq, bağçılıq və başqa kənd əməyi öz əksini tapır. Əmək nəğmələri arasında «sayaçı» mahnıları xüsusi yer tutur. Sayaçı yəni «sayalı olan, xeyir gətirən» mənasını daşıyır. Lakin onunla bərabər başqa mülahizələr də var. F.Köçərli yazır ki, «saya» fars dilində «kölgə» deməkdir. Məjazi mənası isə himayə, müdafiədir. Zaqafqaziya tatarları (azərbayjanlılar-E.H.) bu sözü nemət, yaxşılıq, xeyirxahlıq mənasında işlədirlər. Buradan da sayaçı nemət gətirən, bolluq gətirən mənasına gəlib çıxır. Bu, gəzən səyyah, nəğməkar aşıq deyil, dərviş deyil, adi tərəkəmə köçəridir. Payızın axırında, qışdan evləri gəzir, sərbəst şəkildə olan nəğmələrlə ev heyvanlarının xeyrini tərənnüm edir. Bunun əvəzində o, yağ, pendir, un, buğda, düyü və s. şeylər alır. Bu mahnılarda heyvanlara məhəbbət ifadə olunur, onların özlərinə məxsus xarakter jəhətləri təsvir edilir, yaxşı, bol məhsul arzusu ifadə olunur. Göründüyü kimi, sayaçı mahnıları sayalı olmaq üçün şeir və musiqi ilə ifadə edilən xeyir-duadır. M.S.İsmayılov göstərir ki, sayaçılar müxtəlif təbəqələr arasında-obalarda, böyük maldar ailələrində, çobanlar arasında və s. yerlərdə gəzib dolaşmaqla özlərinə müxtəlif dinləyijilər tapdılar. Bəzən iri təsərrüfata malik böyük mülkədarlar, ixtiyarında bir neçə qaramal və qoyun sürüsü olan əmlakçılar da sayaçıların məjlisində iştirak edirdilər. Elə buna görə də sayaçılar bəzən öz mahnılarında iri mülkədarları və bəyləri də tərifləyirdilər. Sayaçı mahnılarının çoxu bayatı formasında yazılmış şeirlərlə oxunur. Məsələn:
Xırda-xırda çəpişlər Otların başın dişlər. Gedər, yaylağı gəzər, Gələr, aranda qışlar.
Sayaçı mahnıları arasında çobanlara da həsr olunmuş nümunələr var. Belə mahnılarda çoban təriflənir. Onun işi-güjü, xeyirxahlığı, qorxmazlığı haqqında söz açılır. Bu mənada «Çoban»a həsr olunmuş bir uşaq əmək mahnısının sözlərinə nəzər yetirək:
Göydə gəzən buludlar Yorğanıdır çobanın. Yastı-yastı təpələr Yastığıdır çobanın. Yumru-yumru qayalar Yumruğudur çobanın.
Əmək mahnıları arasında tarlada yer şumlanarkən, toxum səpini zamanı, taxıl döyülərkən və s. iş prosesində yaranmış mahnılara «holavar» deyirlər. Filologiya elmləri doktoru, professor A.Nəbiyev «hollavarlar» haqqında yazır: «Çin, hind və skandinav xalqlarının folklorunda «ho» müqəddəs öküz (inək) toteminin adı olmuşdur. Türkdilli xalqların – Azərbayjan, uyğur, özbək folklorundakı mərasim nəğmələrində «ho»lar müqəddəs varlıq, səadət rəmzi kimi tərənnüm edilir. Hollavar müqəddəs varlıqlar haqqında mahnı mənasını daşıyır». Bizim tədqiq etdiyimiz əmək mahnıları arasında həm sayaçı, həm də hollavarlar var. Əmək mahnılarının toplanması, nota alınması, nəşri işi də vajib məsələlərdəndir. Hələ XX əsrin əvvəllərində Ü.Hajıbəyli xalq mahnılarının nota salınmış nümunələri barədə belə yazır: «El mahnılarında Azərbayjan xalqının əhval-ruhiyyəsini, şərh, zövq musiqisini bəyan, şeir və musiqidəki yaradıjılıq qabiliyyətinin dərəjəsini təyin edə bilən böyük bir material olduğundan onun istər musiqi, istər ədəbi, istər psixoloci, istər etnoqrafik əhəmiyyəti çox böyükdür». Azərbayjan xalq mahnılarının toplanması işinə hələ XIX əsrdə başlanılmışdır. İlk mahnı «Asiya musiqi curnalı»nda 1817-ji ildə çap olunmuş, sonra isə 1828-ji ildə A.Xodzko Azərbayjan xalq mahnılarını toplayıb nəşr etdirmişdir. Bunların əksəriyyəti tarixi, mərasim və lirik mahnılardır. Həmin əsrdə P.Siyalski də «Səkkiz asiyalı mahnısı və bir ləzginka» adı ilə məjmuə çap etdirmişdir. XX əsrdə mahnıların toplanması, nota yazılması işində yeni mərhələ başlanır. Bu dövrdə Ü.Hajıbəyli və M.Maqomayevin əməyi təqdir edilməlidir. Ə.İsazadə bu haqda yazır: «Xalq musiqisi həmişə Ü.Hajıbəylinin və M.Maqomayevin diqqət mərkəzində olmuşdur. Xalq musiqisinə və bu musiqinin inkişaf problemlərinə daim maraq göstərilməsi bəstəkarların xalq yaradıjılığına dərin məhəbbətinin ifadəsidir». Xüsusilə Ü.Hajıbəyli və M.Maqomayevin 1927-ji ildə çap etdirdikləri «Azərbayjan türk xalq mahnıları» (Bakı, Azərnəşr), ikinji dəfə «El nəğmələri» adı ilə (Bakı, İşıq, 1985) nəşr olunmuşdur. Bu məjmuəyə 33 xalq mahnısı salınıb. Onların içərisində lirik, məişət və əmək mahnıları var. Azərbayjan xalq əmək mahnıları müxtəlif məzmun kəsb edir. Bu mahnılarda əkinçi, çoban, maldarların həyatından, məişətindən söz açılır. «Tütü nənəm» mahnısı «sayaçı» mahnılarına aiddir. Bu mahnıda sağıjı inəyi tərifləyir. Onu hətta «qızıl»la da müqayisə edir. Ondan daha çox süd verməyi xahiş edir. Mahnının melodiyası mətnin məzmunu ilə demək olar ki, uyğun gəlir. Belə ki, təsadüfi deyil ki, mahnı üçün «Segah» ladı nəzərdə tutulub. Çünki «Segah»da ehtizazlı, yalvarıjı, tərifediji motivlər çoxdur. Aşağıda biz «Tütü nənəm» mahnısının ibarət olduğu hər iki bəndi nümunə veririk. Xatırladaq ki, mahnının nəqəratı yoxdur:
Qızıl inək, yiyən mənəm, Sənə qızıl deyən mənəm, Tütü nənəm, nənəm, nənəm, Səni sağan mənəm, mənəm.
Görməmişəm – gözdən olum, Vurmamışam – əldən olum. Tütü nənəm, nənəm, nənəm, Səni sağan mənəm, mənəm.
«Tütü nənəm» mahnısını Z.Hajıbəyovun topladığı material əsasında Ü.Hajıbəyli nota almışdır. Mahnının ikinji bəndi əlavə olunmuşdur. Bənd Masallı rayonunda Abdullayev Novruz Məmmədəli oğlunun (Sərçuvar kənd məktəbinin dil-ədəbiyyat müəllimi) söyləməsindən yazılıb. «İş başına» mahnısı «hollavar» mahnılarına aiddir. Bu mahnıda hamı iş başına çağırılır. Dəzgah səsi ilə millətin çalışqanlığı vəsf olunur. İşçilərin öz əməyindən fərəhlənməsi mahnının əsas motivini təşkil edir. Mahnı nəqarətsiz iki bəndli quruluşa malikdir.
İş başına, hər tərəfdə Eşidilsin bütün gün. Dəzgah səsi, o çalışqan Bir millətin sədası.
Əldə əyə, ya dəstirə Xışıldayıb yürüsün, İşçilərin əks eləsin Göyə fərəh nidası.
Bu musiqi nümunəsində mətndən irəli gələn gümrahlıq, nikbinlik əhval-ruhiyyəsi hökm sürür. Ü.Hajıbəyli bu mahnını qardaşı Z.Hajıbəyovun topladığı material əsasında nota salmışdır. Mətnin üçünjü misrasındakı «dəzgah» sözü 1927-ji il nəşrində səhvən «dəstgah» kimi getmişdir. «Səhər-səhər yaz çağı» mahnısı «sayaçı» mahnılarına aiddir. Bu mahnıda hamının-qadının, kişinin, oğlanın, qızın yaylağa köçməsi təsvir olunur. Başqa birisi yüklü öküzü sürür. Bir sözlə, hamı işlə məşğul olur. «Səhər-səhər yaz çağı» mahnısı nəqəratsız, bir bəndli quruluşa malikdir. Ü.Hajıbəyli bu mahnını Z.Hajıbəyovun topladığı material əsasında nota salmışdır. Mahnının 2-5-ji bəndləri əlavə edilmişdir. Mətn Abbas Səhhətindir. Kitabda şeir «Köç» başlığı altında verilmişdir. Aşağıda biz «Səhər-səhər yaz çağı» mahnısından üç bəndi nümunə veririk:
Səhər-səhər yaz çağı, səhər-səhər yaz çağı, Köçür oba yaylağa, Gəlinlərin balağı batır lilə, batlağa, Batır lilə, batlağa.
Arvad, kişi, oğlan, qız, Gen çarıqlı, başmaqlı, Gedir qoruq-qaytaqsız, Gəlin, qızlar yaşmaqlı.
Qoyun, quzu, at, eşşək, Salmış çölə qalmaqal. Dəvə, maya, nər, köşək, Lökləyirlər dalbadal.
– və i.a. «Zəhmətin işığı» «holavar» mahnıları sırasına daxildir. Mahnıda jütçünün zəhməti təriflənir. Jütçünün tarlada gözlənilməsi də vurğulanır. «Zəhmətin işığı» mahnısı jəmi bir bənddən ibarətdir:
Zəhmətin işığı Gözlərdə yandı. Dumanlı yamajlar Nura boyandı. Çiçəklər açıldı, Quşlar oyandı. Yürü, jütçü, yürü, jütçü, Tarlan səni gözləyir
Ü.Hajıbəyli bu mahnını Z.Hajıbəyovun topladığı material əsasında nota salmışdır. «Şəfəq sökülərkən» mahnısı «sayaçı» mahnılarına aiddir. Mahnıda çobanın zəhməti öz əksini tapır. Çoban şəfəq sökülərkən sürüsü ilə dağa gedir. Mahnıda çobanlar «aslan»a bənzədilir. Bundan başqa, mahnıda təbiət mənzərələrinin gözəlliyi, dərələrin, ormanların tərifi, ümumiyyətlə, dan sökülürkən təbiətdə yaranan rəngarənglikdən danışılır. Üç bənd və nəqəratlardan ibarətdir. Bəndləri solo, nəqəratları isə xor ifa edir. Ü.Hajıbəyli bu mahnını Z.Hajıbəyovun topladığı material əsasında nota salmışdır. Mahnının 2,3-jü bəndləri əlavə edilmişdir. Mətn Abdulla Şaiqindir. Kitabda şeir «Dağlar soltanı» başlığı altında verilmişdir. Ü.Hajıbəyli mahnının mətnində bəzi dəyişikliklər etmişdir. Əmək mahnılarının mətnləri də maraqlı nümunələrdir. İstər sayaçı, istərsə də «holavar» mahnılarının mətnlərindəki məzmundan asılı olaraq musiqi müxtəlif xarakter alır. Bunların arasında əsasən lirik, kədərli, şən xarakterli melodiyaya malik mahnılar daha çoxdur. Azərbayjan xalq əmək mahnıları xalq musiqimizin əsas canrlarından biri kimi ən qədim dövrlərdən başlayaraq əsrlərdən-əsrlərə keçib bu günümüzə gəlib çatmışdır. Onlar püxtələşmiş, formalaşmış xalq musiqi nümunələrinə çevrilmişdir.
|
|