Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

ÖN SÖZ


O İLİN XEYİR-DUALARI


ANAR
ÖMRÜMÜN "QOBUSTAN" İLLƏRİ


Zemfira SƏFƏROVA
Müstəqillik dövründə Azərbaycan musiqisinə bir baxış


Mehriban ƏHMƏDOVA
HƏMİŞƏYAŞAR BƏSTƏKAR


CƏFƏR CABBARLI
(«Portretlər»dən)


Vəfa XANOĞLAN
İLYAS ƏFƏNDİYEV:
«YAZIÇI ÜÇÜN DIL ONUN ÜRƏYININ TƏRCÜMANIDIR»


«Mühit içində, təpədən dırnağa kimi ümid içində»


Elnur ƏHMƏDOV
Süleyman Ələsgərovun «Tarantella» pyesi


Vaqif SƏMƏDOĞLU
İlqar FƏHMİ
Çağdaş detektiv romanlar ustası


İmaməddin ZƏKİYEV
NAMƏLUM «HESABAT»IN MƏLUM MƏTNİ


Çingiz ƏLƏSGƏRLİ
XALQIN ARTİSTİ, XALQ ARTİSTİ İLHAM NAMİQ KAMAL


İmruz ƏFƏNDİYEVA
İstedadlı musiqişünas alim


Mehriban Sultan
MƏNƏVİ VARİSLİK HAQQI


Turan ŞÜKÜROVA
ABSURD TEATR


Səadət ABDULLAYEVA
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRİ ANSAMBLLARI
TƏSVİRİ SƏNƏTDƏ


Səyyarə NAMİQQIZI
Milli irsin qorunması barədə?


Ziyadxan ƏLİYEV
Fırçayla yaradılan yaradıcılıq yolu


Elçin HƏŞİMOV
AZƏRBAYJAN XALQ ƏMƏK MAHNILARINA BİR NƏZƏR


Sevda AĞAYEVA
«Kaspi» qəzetində teatr problemlərinin əksi
(1910-1919-cu illər)


AĞASƏFA
ŞƏHƏRGƏ


Məlahət NƏCƏFOVA
Azərbaycanda yaşayış mühitinin yaranmasını və inkişafını
səjiyyələndirən əsas mərhələlər


Çingiz Abdullayev – 50
 

Vaqif SƏMƏDOĞLU
İlqar FƏHMİ
Çağdaş detektiv romanlar ustası


 

Vaqif SƏMƏDOĞLU

Çingiz Abdullayevin 50 yaşı!
İnanmaq olmur ki, insan 50 yaşla çatanacan bu dərəcədə gərgin işləyərək, iyirmi ildən bir az çox bir vaxtda bu qədər əsər yaza, kitablarının sayı 300-ü aşa, dünyanın az qala bütün qitələrində çap edilən bu kitabların ümumi tirajı 20 milyondan artıq ola! İnanmaq olmur. Amma bu, həqiqətən belədir. 100-ə qədər romanın müəllifi olmaq, özü də qısa bir vaxt kəsiyində, hər yazıçının işi deyil. Bu, vaxtdan əlavə yaradıcıdan zəngin həyat təcrübəsi, dünya ədəbiyyatına dərindən bələdlik, intellekt, nələr, nələr tələb edir.
Çingiz Abdullayev ilk Azərbaycan ünvanlı yazıçıdır ki, çoxsaylı əsərləri sərhəd tanımır, ölkədən-ölkəyə (Rusiya, ABŞ, Fransa, Norveç, Türkiyə, Rumıniya, İsveç, Bolqarıstan və s. kimi 28 ölkədə) adlayır, mənsub olduğu xalqa şöhrət gətirir.
O, dedektiv janra tarixi mövzuda roman və lirik səciyyəli bir neçə povestdən sonra bağlanıb. Artıq doğma sandığı janrın dünyada tanınan simalarındandır.
1988-ci ildə işıq üzü görən «Mavi mələklər» romanının ardınca bir-birindən maraqlı əsərləri sıralanıb, bəlkə də indii bunların sayı-hesabı itib. Əsərlərinin əsasında müxtəlif kinostudiyalarda yeddi film çəkilib və kəskin süjet və aktuallığı ilə seçilən digər romanlarına da üz tutan kinorejissorlar yəqin ki, hələ çox olacaq.
Ç.Abdullayev Xalq yazıçısı adına layiq görülən ən gənc qələm adamımızdır. 33 yaşında hüquq elmləri doktoru alimlik dərəcəsi alıb. Avropa romanının inkişafındakı xidmətlərinə görə nüfuzlu mükafatın sahibidir. «Şöhrət» ordenlidir. 1992-ci ildən Beynəlxalq yazıçılar birliyinin vitse-prezidentidir və s. 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin katibi kimi də o, işgüzarlığı, mehribanlığı, diqqətçilliyi, qayğıkeşliyilə böyük nüfuz qazanıb.
Yazıçı haqqında, onun əsərlərinin məziyyətləri barədə həm ölkəmizdə, həm də sərhədlərimizdən kənarda çox yazılıb. Amma bəllidir ki, hər hansı qələm adamı haqqında ən mötəbər sözü elə onun öz əsərləri deyir – yayılma miqyasıyla, çoxsaylı oxucu sevgisilə…
Bu yöndən Çingiz Abdullayevin heç bir nigarançılığı, narahatlığı olmasın gərək.
50 yaşlı yazıçının əsərləri dildən-dilə çevrilir, sərhədlər aşır, eldən-elə adlayır, dünya səyahətinə çıxır. Arzu edək ki, onun əsərlərinin zəfər yürüşü ikinci əlli illiyinəcən yeni-yeni uğurlarla davamında olsun…
Təbriklər və yeni-yeni yaradıcılıq sevincləri arzusu ilə
«Qobustan.»
Çingiz Abdullayev haqqında yazılanlardan:
Çingiz Abdullayevin yazıçı kimi özünəxas xüsusiyyətləri olduğu təkin dost kimi də orijinal ozünəməxsus insandır. Hal-hazırda o, keçmiş SSRİ məkanında və bütün dünyada ən çox tanınmış Azərbaycan yazıçılarından biridir. Mən onun qədər zəhmətkeş, deyərdim ki, zəhmət fədaisi görməmişəm. O, demək olar ki, yatanda da, kiçik kompyuteri nout Buk ilə yatır. Çingizin pərəstişkarları çoxdur, yalnız Azərbaycanda və keçmiş SSRİ məkanında yox, deyərdim ki, bütün dünya miqyasında Çiniz Abdullayev yaradıcılığını analitik dərəcədə sevən oxucu var. Bununla bizim hamımızın qürur duymağa fəxr etməyimizə tam haqqımız var. Çingizin bir xüsusiyyətini də deməyə bilmərəm. Bu da onun əliaçıqlığı və bu əliaçıqlıq müqabilində böyük xeyirxahlıq. Bir çoxları Çingizin yüksək qonorarlar almasına, yumşaq desək, həsəd aparırlar, ancaq Çingiz öz ailəsindən savayı bir neçə ailə də saxlayır, vaxtaşırı imkansız qələm dostlarına təmənnasız yardım göstərir. Mən Çingizi özümün 70 illik yubileyi ərəfəsində onun 50 illik yubileyi ilə təbrik edirəm. Ümidvaram ki, o məni 70 illik yubileyim münasibətilə daha müfəssəl təbrik edəcək.

İlqar FƏHMİ

…Çox sevindirici haldır ki, Çingiz Abdullayev bütün dünya üzrə barmaqla sayılan bir neçə yazıçıdan biridir ki, detektivin hansı janrında yazmasından asılı olmayaraq klassik qayda-qanunlara ciddi-cəhdlə riayət edir, mütəxəssislərin diliylə desək «janrın saflığını, təmizliyini qoruyub saxlayır, xalturaya qətiyyən yol vermir.»

Yekun

Detektiv janrının demək olar ki, bütün imkanlarından istifadə etməsinə, janrın bütün istiqamətlərində maraqlı əsərlər yazmasına baxmayaraq son bir neçə Çingiz Abdullayevin yaradıcılığında klassik hermetik detektivlərə qayıdış tendensiyası müşahidə olunur. «Yalnız özünkülər», «Xammurappinin məcəlləsi», «Yolverilən günahkarlıq» və son vaxtlar yazdığı daha bir neçə romanda yazıçı yenə də kiçik məkanda baş verən cinayətləri təsvir edir. Əlbəttə, bunlar nə qədər hermetik olsalar da bir çox xüsusiyyətlərinə görə yüz il əvvəl yazılmış klassik detektivlərdən çox fərqlidirlər. Lakin fakt faktlığında qalır: Çingiz Abdullayev zənnimizcə yaradıcılığının birinci dövrəsini başa vurub başlanğıc nöqtəyə qayıdıb. Yəqin ki, bir azdan yaradıcılığının əvvəlkindən fərqlənən ikinci dövrəsinə qədəm qoyacaq, yenə də onlarla maraqlı detektiv əsərlərlə dünyanın bütün ölkələrindəki oxucularını sevindirəcək.
Ümumiyyətlə Çingiz Abdullayevin əsərlərini ayrı ayrılıqda təhlil etməklə onu anlamaq çətin olar. Onun bütün yaradıcılığına vahid bir orqanizm kimi yanaşmaq lazımdır. Təsadüfi deyil ki, yazıçının özü də romanlarını «Kriminal komediya» sikli adı altında birləşdirib.