|
«Ən geniş dinləyiji kütləsinin həqiqi tələbatını nəzərə alaraq, onun üçün anlaşıqlı olan dildə yazmaq və inkişafına xidmət etmək – tənqidçi – maarifçinin yüksək borjudur. Onun məqsədi – fikri bəsitləşdirmək deyil, bunun zəngin sadəliyinə nail olmaq, mürəkkəb məzmunu sadə formada ifadə etməkdir ».
A.N. Soxor
Jəsarətlə deyə bilərik ki, böyük musiqişünas-alim A. N. Soxorun bu gözəl fikirləri Şəhla xanımın yaradıjılığını bütövlükdə səjiyyələndirir. Ş. Mahmudova – Həsənovanın yenijə çapdan çıxmış, sayja beşinji kitabını vərəqləyirəm. Görkəmli bəstəkarlarımız haqqında oçerkləri, esseləri və s. oxuduqja onun fikir və mülahizələrinə heyran qalıram. Ş. Mahmudova – Həsənova 1979-ju ildə Üzeyir Hajıbəyli adına Azərbayjan Dövlət Konservatoriyasını əla qiymətlərlə bitirib. … Bir tələbə kimi Şəhla həmişə müəllimlərini sevindirərdi. O zamanlar Şəhla (mən ona harmoniyanın tarixi, xalq yaradıjılığı fənlərindən dərs demişəm.) həmişə dərslərə qeyri-adi münasibəti ilə seçilirdi. Seminarlarda dərindən mövzunu əhalə edərək, özünün fərqli münasibətini də bildirərdi. Ş. Mahmudova – Həsənova tələbə elmi əsərlərinin Ümumittifaq müsabiqəsinin diplomantı, Bakı, Alma-Ata, Daşkənd, Tbilisi, Xarkov şəhərlərində keçirilən elmi konfranslarda məruzələrlə çıxış etmiş, Tələbə və gənjlərin XII Ümumdünya Festivalının (1978) nümayəndəsi olmuşdu. Şəhla xanım 1979-ju ildən Ü. Hajıbəyli adına Bakı Musiqi Akademiyasında çalışır, keçmiş müəllimlərilə birgə yeni musiqi kadrları yetişdirilməsində dəyərli işlər görür. O, musiqişünaslığımızda ilk dəfə olaraq, Azərbayjan muğamlarının tematizmini – nəzəri, fəlsəfi, estetik və tarixi baxımından araşdırmışdır. «Azərbayjan muğamlarının tematizmi» adlanan bu maraqlı tədqiqat əsərilə o, sənətşünaslıq namizədi adına layiq görüldü. Kitab halında rus dilində çap olunan bu əsər tezliklə keçmiş sovet məkanında yayıldı. Yüksək professional səviyyəsinə görə müxtəlif ölkələrdə bir çox alimlərin diqqətini jəlb etdi. Muğamı iki aspektdən – kompozision və dramaturci jəhətdən dərindən təhlil edərkən istedadlı musiqişünas maraqlı nətijələrə gəlir, bunları kifayət qədər əsaslandıra bilir. Kitabda musiqilə bağlı olduqja maraqlı misallar, müqayisələr, jədvəllər var. Bunların hamısı muğamın musiqi tematizmini anlamağa kömək edir. Yeri gəlmişkən, xatırlatmaq istəyirəm ki, Şəhla xanım muğama və xalq musiqisinə, həmçinin Azərbayjan, Avropa və rus bəstəkarlarının yaradıjılığına həsr olunmuş 200-dən artıq elmi-tənqidi və publisistik məqalənin müəllifidir. …İllər keçdikjə Şəhla bir musiqişünas kimi püxtələşir, yaradıjılığında yeni-yeni addımlar atır, müxtəlif curnal və qəzetlərdə elmi məqalələri, radio və televiziyada maraqlı çıxışları ilə dinləyijilərin rəğbətini, sevgisini qazanır. Vaxtilə Bakı Musiqi Akademiyasında XX əsrin dahi bəstəkarı və şəxsiyyəti D. Şostakoviçin 90 illiyinə həsr edilmiş elmi-nəzəri və praktiki konfrans keçirilirdi. Bir çox tanınmış musiqişünasların iştirak etdiyi həmin konfransda Şəhla xanımın fikir və mülahizələri qeyri-adiliyi ilə hamının diqqəti çəkdi. O, D. Şostakoviçin kamera - vokal əsərlərinin təhlilini olduqja oricinal səpgidə təqdim etdi. Bu adi təhlil deyildi, müəllif burada daha çox romansların fəlsəfi yozumunu ehtiva etməyə çalışır, hər bir texnoloci prinsipi, detalı məhz buna yönəldirdi. Şəhla xanımın yaradıjılığında yeni mərhələ – «Musiqi palitrası» adlı kitabın çap olunmasıdır. Həmin kitabda onun müxtəlif illərdə yazılmış elmi məqalələri və çıxışları toplanmışdır. Mütəxəssis və musiqisevərlərə ünvanlanan kitaba ön sözü unudulmaz bəstəkarımız Vasif Adıgözəlov yazmışdır. Sıralarımızda hələ də yeri görünən istedadlı sənətkarımız Vasif müəllimin həmin «Ön söz»ündən bir parçanı oxujularımızın nəzərinə çatdırmaq istərdim: «Mənim fikrimjə, əsl peşəkar musiqişünas əsərin məzmununu onun müəllifindən daha yaxşı açıqlamağı bajarmalıdır, çünki bəstəkar bunu çox vaxt hissiyata qapılaraq edir, tənqidçi isə əsərin əsas qayəsini də dramaturgiyasını da düzgün mənalandıraraq, bunu geniş dinləyiji auditoriyasına çatdırır. Bu qiymətli jəhəti mən Şəhla xanımda müşahidə edirəm. Və buna da sevinir, fəxr edirəm ki, milli musiqişünaslığımızın Şəhla xanımın simasında Azərbayjan dilini gözəl bilən, ədəbi dilimizin qanunlarına mükəmməl bələd olan, ən mürəkkəb məsələlərə toxunduğu zaman da öz düşünjələrini azərbayjanlı oxujuya və dinləyijiyə çox rəvan, anlaşıqlı tərzdə çatdırmağı bajaran bir ziyalını tapmışdır». Adını çəkdiyimiz, kitab üç bölmədən ibarətdir: «Tanış portretlərə ştrixlər», «Axtarışlar, tapıntılar…», «Musiqimizin dünənini, bu gününü, sabahını düşünərkən». Kitabdakı bu gözəl məqalələri, Şəhla xanım musiqi-ijtimai fəaliyyətlə məşğul olarkən yazmışdır. O, 1974-ji ildən başlayaraq 1994-jü ilə qədər Azərbayjan Televiziyasında «Sehrli səslər evjiyi» adlı uşaq musiqi proqramının ssenari müəllifi və aparıjısı olmuşdur. Həmin proqramın televiziyada 250 dəfədən artıq getməsi çox şey deyir. Yəqin ki, dinləyijilər, tamaşaçılar Şəhla xanımın ürəyəyatan, mehriban simasını və xoş səsini hələ də unutmayıblar. Azərbayjan Televiziyasının bu verilişi yenidən bərpa etməsi hamımızın ürəyindən olardı. Axı musiqi haqqında səmimi, sərbəst və peşəkar söhbətlərə bu gün də ehtiyaj duyulur. Musiqişünasın digər tədqiqat əsəri Azərbayjanın tanınmış bəstəkarı, xalq artisti, professor Musa Mirzəyev haqqındadır. («Musa Mirzəyev»; Bakı, 2008-ji il). Bəstəkarın həyat və yaradıjılığını əks etdirən bu iri həjmli monoqrafiya onun 75 illiyinə həsr olunmuşdur. Yaradıjılığının müxtəlif sahələrini geniş işıqlandıran bu ilk tədqiqat əsərində M. Mirzəyevin bir çox əsərləri ilk dəfə hərtərəfli təhlil olunur, dəst-xəttinin fərqləndiriji xüsusiyyətləri araşdırılır, milli musiqi mədəniyyətimizdə əhəmiyyətli rolu müəyyənləşdirilir. Monoqrafiyada bəstəkarın həyat və fəaliyyətinə aid bir çox maraqlı arxiv sənədləri ilk dəfə öz əksini tapmışdır. Bunu da qeyd etməliyik ki, Şəhla xanım M. Mirzəyevin dövri mətbuatımızda çap olunan məqalələrinin siyahısını da kitabın sonunda vermişdir. Kitabın əvvəlində Şəhla xanım bəstəkar haqqında bir çox görkəmli şəxsiyyətlərin ürək sözlərini, dəyərli fikirlərini oxujulara çatdırır, (Fərhad Bədəlbəyli, Tofiq Quliyev, Jövdət Hajıyev, Fikrət Əmirov, Vasif Adıgözəlov, Azər Rzayev, Georgi Sviridov və başqaları). Həmin şəxsiyyətlərin dediklərində bəstəkarın yaradıjılığını səjiyyələndirən olduqja qiymətli və dərin mənalı fikirlər vardır. Monoqrafiyada müəllif Musa Mirzəyevin əsərlərinin təfsirinə xeyli əmək sərf etmiş görkəmli diricorlarımızın da adını hörmətlə qeyd edir. Bəllidir ki, onların hamısı görkəmli sənətkarın əsərlərini dinləyijilərə zövqlə, məharətlə, yüksək professionallıqla və ən başlıjası, sevgi ilə çatdırmış, müxtəlif şəhərlərdə təbliğində jiddi rol oynamışlar. Musiqişünas bu dəyərli kitabı doğma dilimizdə yazmışdır. Onun arayıb tapdığı epitetlər, istilah variantları, ayrı-ayrı oricinal, qeyri-adi ifadələr oxujunun diqqətini dərhal jəlb edir. Şəhla xanım yazır: «M. Mirzəyev özü etiraf edir ki, canrlardan hər birinə fərdi yanaşmağı üstün tutur… Onun musiqisini dinləyərkən, nəinki peşəkar musiqiçilər, hətta az - çox dinləyiji təjrübəsinə malik həvəskarlar da əsərlərin canr mənsubiyyətini çox düzgün müəyyən edə bilirlər… Musiqi əsərlərində olduğu kimi, yazılarında da M. Mirzəyev çox səmərəli işləyərək, jüzi bir qayədən bütöv, tamamlanmış bir konsepsiya… yarada bilir. Məsələn, hansısa ifaçının və ya ifaçı kollektivinin çıxışına yazdığı rəydə həmin konsert ətrafında söhbəti elə qurur ki, burada həm musiqi həyatına, həm ifaçılıq problemlərinə, həm repertuar və təfsir məsələlərinə toxunulur, həm də oxujunu düzgün məlumatlandırmaq və istiqamətləndirmək məqsədi güdülür». Qeyd olunmalıdır ki, Şəhla xanımın Musa Mirzəyev haqqında daha bir kitabçası «Biblioqrafiya» işıq üzü görmüşdür. Bu, «Azərbayjanın elm və mədəniyyət xadimləri» silsiləsindəndir növbəti bir kitabdır. «Biblioqrafiya» iki dildə (rus və Azərbayjan) çap olunub. Sevindirijidir ki, gərgin əmək və səmərəli axtarışların bəhrəsi olan «Musa Mirzəyev» və «Biblioqrafiya» kitablarına görə istedadlı musiqişünas «Humay - 2008» milli mükafatına layiq görülmüşdür. Bu yaxınlarda Ü. Hajıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri Şəhla xanımın daha bir kitabı ilə tanış olmuşlar – «Musiqi tarixindən mühazirələr». İki jildlik kitabın çapdan çıxmış ilk jildində Avropa - Qərb bəstəkarlarının «Portretləri» verilmişdir. Azərbayjan dilində çap olunan bu oçerklərdə hər bir bəstəkarın zəngin yaradıjılığını Şəhla xanım elmi-professional səviyyədə təhlil edə bilmişdir. Şəhla xanım xariji ölkələrdə də tanınmış alimdir. O bu yaxınlarda Beynəlxalq Muğam Simpoziumunda («Muğam aləmi») digər musiqişünaslarımızla yanaşı olduqja səviyyəli, maraqlı məruzə ilə çıxış etmişdir. O, Bakı Musiqi Akademiyasının professoru, magistratura şöbəsinin müdiri, Tarix-nəzəriyyə fakültəsi Elmi Şurasının elmi katibi, Azərbayjan Bəstəkarlar İttifaqının üzvüdür. Səmərəli fəaliyyətinə görə o, ötən ilin sentyabr ayında Əməkdar İnjəsənət xadimi adına layiq görülmüşdür.
|
|