Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

SƏ­NƏT MƏ­BƏ­Dİ­MİZ
Xro­ni­ka


İslam SADIQ


UILYAM SOMERSET MOEM
SADİQ ARVAD
Üç pər­dəli komediya


Əlihəsən ŞİRVANLI


Şakir XANHÜSEYNLİ


Mubariz CƏFƏRLİ
ƏL
Povest


Ay NUR


Xatirə SADIQOVA


FƏRİD


Faiq HÜSEYNBƏYLİ


Kəramət BÖYÜKÇÖL


Sahib ASLANZADƏ


MƏMMƏD İSMAYILIN BƏXTİNƏ DÜŞƏN GÜN...
Yaxud: budağında quş yuvası bir ağac...


«QƏ­ZƏL DE Kİ...»


Şandor PETEFİ


Zakir SADATLI
GÜNDOĞANDAN GÜNBATANA
I yazı


Uğurlu FƏXRI
NƏSRİN POETİK AXTARIŞLARI


Xatirə QULİYEVA
DÜNYA MAARİFÇİ ƏDƏBİ ESTETİK FİKRİNİN ƏSAS PRİNSİPLƏRİ


Bəsirə ƏZIZƏLIYEVA
LİVANIN DANIŞAN DİLİ
(Əmin Ər-Reyhani və Mixail Nüaymə C.X.Cibran haqqında


Sədaqət HƏSƏNOVA
MİKAYIL MÜŞFİQ və ƏDƏBİ DİLİMİZ


PUBLİSİSTİKA
 

Zakir SADATLI
GÜNDOĞANDAN GÜNBATANA
I yazı


 

...Bə­şər özü­nü tapmaq üçün üzü Şər­qə ­tə­rəf getməlidir!

Firye, İngilis səyyahı.

Bö­yük sə­fər­lər zamanı insanın yaddaşında hansısa bir söz ilişib qalır. Sonra, lap sonra anlayırsan ki, bu sə­fərin xəl­vət qapıla­rı­nı açmaq üçün eşitdiyin o qəfil ifadə sanki bir açar imiş.
Bü­tün səya­hət boyu beynimdə vurnuxan o kəl­məni Bakıda təsa­dü­fən qarşılaşdı­ğım köh­nə tanışlarımdan biri demişdi. Özü də qadına xas olan bir səbirsizliklə.
...- Sabah İraqa gedirəm, - dedim.
- Bıy... iraq olsun! - dedi.
Təəs­süf­lə təəc­cüb arasında yanıb-sö­nən bu ifadənin ifadə elədiyi narahatlı­ğın sə­bəb­lərini, təbii ki, mən özüm də çox yaxşı anlayır­dım. Amma Bağdadı gör­dü­yüm an həmin kön­töy narahatçı­lı­ğın mahiyyətini qəfildən duymağa başladım.
Bu söh­bəti saxlamaq istəyi­rəm bir az sonraya. Çünki sə­fər, səya­hət elə bir şeydir ki, onun haqqında nə qə­dər danışsan da, yenə də "bir az sonra"ya nə­sə qalır.

Beşinci qütb

Sadat yurdu... Xırman yeri... Bü­tün kənd əhli buraya toplaşıb... Rəng­bə­rəng kəlağayılarla bə­zədilmiş "Ələm ağacı"­nı Mirağa ağadan alan Əliyusif meydanda gəşt eləyir... Bə­zən, aramla, lən­gər vura-vura, bə­zən də bö­yük coşqu ilə sağa-sola şı­ğıyan "Ələm", insan seli içində gah batır, gah da qəfildən üzə çı­xır.
Röv­zəxan Hə­sənqulu kişi nalə çəkir...
Qadınlar-qızlar ağlaşır ...
Kişilər sinə vurur...
Uşaqlar bu "şaxsey-vaxsey" səh­nəsinin içində ətrafındakıla­rı sidq-ürək­dən yamsıla­yır, öz şəbihlərini çıxa­rırlar.
Bu misteriyanın çərxini bircə cüm­lə hə­rə­kə­tə gətirir elə bil. "Kər­bəlaya gəldi çün peyğəm­bər Aşurə gü­nü...", "Gəl sən, ey bə­şər - Kər­bəlayacən...", "İmam - Şəhid..."
Bir azdan Qətl sınacaq... Fə­ləyin çərxi dayanacaq... Şami - qəriban gecəsi bizim kəndin adamları evdə çıraqları sön­dü­rə­cək­lər. Mənim uşaq göz­ləri­mə elə gö­rü­nə­cək ki, Tanrı göy­dəki ulduzları da sön­dü­rüb.
Və bundan o tə­rə­fə Mə­hər­rəm ayı bizim Novruza qə­dər sü­rən qı­şı­mız olacaq, qı­rı­şı­ğı­mız açılmayacaq...
Ə­ləm ağacı - dünyanın beşinci qüt­bü­nü gös­tə­rən kompas kimi bü­tün saf və təmiz duyğuları­mı­zı üzü Kər­bəlaya tə­rəf tuşlayacaq...
Bü­tün bu toxumlar hər bir uşağın yaddaşı­nın münbit yerləri­nə səpi­lə­cək.
Təbaşir qoxulu sinif otaqları­mı­zın divarlarına vurulmuş "Dünyanın atlası" da, coğrafiya mü­əlliminin çubuğu da və həya­tın bir çox maddi cizgiləri də ruhumuza əki­lən bu toxumları kö­kün­dən çıxa­rıb ata bilmə­yə­cək.
Heç vaxt!!!
Fitrən o vaxtdan bilirdim ki, Kər­bəla­nın olduğu öl­kə səya­hət yeri deyil, ziyarət yeridi.

Boynubü­kük təyyarə...

İstanbul hava limanından dünyanın dörd bir tə­rəfi­nə sə­fər edən insanların üz­lərindəki ifadə adama heç nə demir. Eyzən əlifbası­nı bilmədiyin kitabın nöq­tə və vergü­lü kimi... Nə bilim, vallah, bəl­kə də mən yanı­lıram. Axı hər şey gö­rün­dü­yü qə­dər sadə olmur. Elektron tabloda sö­nüb-yanan, gö­rü­nüb-itən öl­kə adları kimi adamlar, onların üzün­dəki ifadə­lər də tez-tez dəyişir...
Gecə yarıdan keçib... Hava limanı­nın xidməti personalı ucsuz-bucaqsız göz­lə­mə salonlarında yır-yı­ğış eləyir. Birdən mə­nə elə gəlir ki, biz ətrafda gö­zə də­yən tə­kəm-seyrək adamlarla birgə unudulmuşuq. Xidməti paltardakı adamlar üçün heç nə ifadə eləmirik. Hava limanı­nın göz­lə­mə salonlarına quraşdı­rıl­mış bahalı kafelər­dən nə qəh­və qoxusu gəlir, nə də manekenə bən­zə­yən satı­cı qızların, oğlanların ətirsiz tə­bəs­süm­ləri gö­zə dəyir.
Gecə yarıdan keçib...
Gənc operator - yol yoldaşım Elxan Axundovun üzün­də qos-qoca bir yorğunluq var. O yorğunluq, o mür­gü, o əs­nə­mə­lər mə­nə dü­zü - dünya kimi tanış­dır. Nabə­lədliyin, yorğunluğun, naməlumluğun qarşı­sındakı qısa qapanmadı bu.
..."İstanbul-Bağdad" reysinə minik başlanır. Yoxlama zolaqları­nı keçə -keçə, şablon sualları cavablandıra-cavablandıra istər-istə­məz bizimlə yol yoldaşı olacaq insanların sifət­ləri gö­zü­mə dəyir. Qəri­bə bir məzlumluq, kasıb­lıq və çarəsizlik hökm sü­rür bu mühitdə... Əgər zənnim məni aldatmırsa, bizi Bağdada aparacaq təyyarənin özü də yaraşıq­lı "Boinq"lərin əha­təsində solğun rəngi, sı­nıq-salxaq duruşu, boynubü­kük gör­kəmi ilə fərq­lənirdi.

Toz... Qadağalar... Kilid...

Bağdadın hava limanından şə­hər mər­kəzi­nə qə­dər taksi sü­rəti­lə ən azı bir saatlıq yoldu. Bunu da biz sonra bilə­cəyik. Yəni, yazı­nın bu yerində bir "sonra" işarəsi qoyub, bir az əv­və­lə qayıdaq.
...Süb­hün ilk işartıla­rında Bağdad aeroportunda yerə enirik. Ətrafda gö­zə də­yən hər nə varsa, hamı­sı toz rəngindədir. Uçuş zolaqları da, təyyarə­lər də, hava limanı­nın binası da, ağaclar da... hər şey qeyri-gerçəkdir. Yad yerdə gör­dü­yün yuxunun fraqmentləri­nə bən­zəyir. Tozlu havada gü­nəşin şüaları sanki dəl­mə-deşik qala divarları arasından sü­zü­lüb keçir. Elə bil bu bozluğa bir həyat nişanəsi vermək istəyir.
Bağdad aeroportunda adamları heç kim qarşıla­mır. Müharibə şəraitində, föv­qəla­də vəziyyət­də, daim terror sək­sə­kəsi içərisində olan Iraqın belə strateji nöq­tə­ləri ciddi mühafizə olunur. Hava limanı­nın xidməti personalından, hərbi və mülki müha­fizəçi­lərindən, uçuşu təmin edən əməkdaşlarından, habelə, sərnişinləri daşıyacaq bir neçə marşrut taksi və xüsusi icazəli minik avtomobillərindən başqa, əraziyə ins-cins buraxıl­mır.
Deməli, bu gün İra­qın atributlarından biri də "qadağalar öl­kəsi" olmağı­dır. Öl­kə­yə səhra kü­ləyi kimi gə­lən belə xaos və qarmaqarı­şıq­lıqlar sanki bü­tün məm­lə­kəti kilidləyib. Belə reallı­ğın, hətta, poetik ifadəsi də acı­dır:

Daha əs­məz bahar yeli,
Kü­lək­lər yarıda qaldı.
Bü­tün bağçalar kilidli -
Açarlar Tanrıda qaldı.
Bağrıma basdı­ğım Səs...

Dünya başı­nı itirib. Nə qadağaları eyni adlı­dır, nə də azadlıqları bir-birinə oxşayır.
İstanbul hava limanı­nın qadağaları bizə düz 12 saat "siqara içmə­yə" macal vermədi. Bağdad aeroportunda siqaret çək­mək azadlı­ğı­nı polisin bizə uzatdı­ğı alışqan təsdiqlədi.
...Yol çantaları­mı­zı və çəkiliş ləvazimatları­nı sü­rü­yə-sü­rü­yə sərnişinlərin axarı­nı tutub "Çı­xış qapı­sı"na yol alı­rıq.
Və çö­lə çıxan kimi 60 də­rə­cə istinin buğanağı bizi qamarlayır. Belə­cə, göz­ləri qı­yıq, üz-gö­zü­nü turşutmuş biz müsafirləri, üzün­dəki mis rəngli tə­bəs­süm­lə bir taksi sü­rü­cü­sü qarşıla­yır. Ərəb və ingilis dillərində bizimlə söv­də­ləş­mə­yə çalışsa da, əv­vəl ümiddən, sonra höv­sə­lə­dən çı­xır. Deyə­sən, lal dili kö­məyimizə çatır...
Bağdadda yaşayan türk­mən şairi, professor və ictimai xadim Mehmet Ömər Qazançı­nın telefon nöm­rəsi yazıl­mış və­rəqi sü­rü­cü­yə uzadıram. Sü­rü­cü bu labirintdən çı­xış yolunu tapdı­ğı üçün sevincək öz telefonu ilə Mehmet bə­yə zəng vurur.
Bir neçə kəl­mə danı­şıb, mobil telefonu mə­nə uzadır. Nabə­lədliyin və narahatlı­ğın labirintlərində azdı­ğım məqamda eşitdiyim bu doğma və məh­rəm səs­dən dirçəli­rəm. Birdən mə­nə elə gəlir ki, bundan o tə­rə­fə gedə­cəyimiz yerlər, gö­rü­şə­cəyimiz mən­zə­rə­lər və hadisə­lər elə bu Səs­dən yoğrulub - Mehmet Ömər Qazançı­nın səsindən! Gö­rü­nür, səs doğma olanda, onu qucaqlayıb bağrına basa bilər­sən. Elə mən də bu Sə­sə sarıl­dım.

Toz və dil

Fərqli dillər bir-biri ilə gö­rü­şən­də, ortaya üçün­cü - mü­cər­rəd bir dil çı­xır. O dildə adamların, şə­hər­lərin, kü­çə­lərin adı­nı söy­lə­mək olar, hətta, vaxtı və gü­nü də təyin etmək müm­kün­dür. Biz də o mü­cər­rəd "dil"ə, elə bil, bəda­hə­tən yiyə­ləndik. Öy­rəndik ki, müharibə erası­nı yaşayan, tozlu-torpaqlı, sı­nıq-salxaq, amma özü­nü "şax tutan" taksi sü­rü­cü­sü­nün adı Nasirdir.
Nasirlə yol boyu əl işarə­ləri ilə havada qəri­bə heroqliflər cıza-cıza "şirin-şirin söh­bət" eləyirik. Sözarası o, barmağı­nı maqnitofona tuşlayıb qəri­bə səs­lər çıxa­rır: "Ləh­lü-lü-lü-ləh-lü..." Və biz də kamali-ədəb­lə anlayı­rıq ki, söh­bət musiqidən gedir. O, bizdən musiqiyə qulaq asmaq istəyib-istə­mədiyimizi soruşur. Belə məqamda ciddi və ya yün­gül təra­nə haqqında dü­şün­mə­yə dəy­məz...
...Sonra siqaret dəyiş-dü­yü­şü­nə başlayı­rıq...
...Sonra əməlli-başlı "diskussiya" aparı­rıq. Əl-ayaq, baş-göz, dünyanın "bü­tün əlifbaları və dilləri"- hər şey xaotik şəkildə bir-birinə qarı­şıb...
...Sonra "söh­bət­"ə bir az ara veririk...
Taksinin toz basmış şü­şə­lərindən Bağdadın kirli mən­zə­rə­ləri­nə tamaşa eləyi­rəm. Qədim müharibə tanrıla­rı­nın bü­tü kimi yol uzunu sıralanmış, başında tikanlı məftilləri bir-birinə sarmaşan beton divarlar məka­nı dilim-dilim doğrayıb bö­lür. Sağlı-sollu betonla çə­pər­lənmiş, sədd çəkilmiş yol boyu adama elə gəlir ki, həbsxana divarları arasındadır. Azadlı­ğın və ixtiyarın əlçatmaz yerlər­dədir.
(Sonradan bu əhvalatı qı­zıma danışanda, o, mə­nə xatırladır ki, dünyada siyasi və hərbi sə­bəb­lər ucbatından müasir tariximizdə mövcud olan 3 "bö­yük" divardan biri də məhz bu divarlardır. Demokratiyanın beşiyi sayılan Avropada iki Almaniya arasındakı beton divar, İngiltə­rə­dəki katoliklər və protestantları və İraqda şiə­ləri və sünniləri bir-birindən "qoruyan" divarlar... Biri öm­rü­nü tarixə tapşırsa da, ikisi hə­lə də sağ-salamatdır.)
Və bu gör­dük­lərimiz bizim Nasirlə və həm də Dünyanın İraqla danış­dı­ğı mü­cər­rəd "dil"in eynidir. Hə­lə binaları, yolları, ağacları (və bəl­kə də adamları) ör­tən toz da səssiz-səmirsiz gəlib, bu Məm­lə­kəti zəbt eləyib, hər şeyi öz nəza­rəti­nə alıb, hökm etmə­dən idarə edir.
Müharibə isə hamı­mı­zın göz­ləri qarşı­sında, hay-küy­lə, pafosu və zirehilə, kin və hiddəti­lə dolub İra­qın qoyun-qoltuğuna...
Müharibə şə­lə-şü­ləsini yı­ğış­dı­rıb çı­xıb gedə­cək - hirsi-hikkəsi soyuyandan sonra...
Amma Toz qalacaq. Gedə­cək və yenə də Dö­nə­cək.

Müharibənin taxt-tacı aşkardır.
Tozun hakimiyyəti xəl­vətidir.

Zahirdə qurduğumuz bü­tün qüd­rət əla­mət­ləri, özü­nə sı­ğışa bilmə­yən İmperiyalar kimi süquta uğrayacaq. Və Toz, yenə də Toz, onların üs­tün­də hökmranlıq edə­cək. Ağlı­mı­zın ən yük­sək həddi olan kitabları­mı­zın, əzə­mətin və qüd­rətin nişanəsi olan qəsr­lərimizin üs­tü­nə toz dumanı çö­kə­cək.
Bə­şər, gör nə qə­dər sadə­lövh­dü ki, bu müharibə­də Toza məğlub olduğunu boynuna almaq istəmir.
Xəl­vət gə­lən sevgilərin həqiqi məna­sı­nı Allah insana açmadı­ğı kimi, gö­rü­nür, tozun da hikmətini heç vaxt bizə demə­yə­cək...

* * *

Maşı­nı­mız qarşıda gedən hərbi kolonu haxlayır. Nasir sü­rəti azaldır. Az sonra yolun hər iki istiqamətində tıxac yaranır. Sonradan bilə­cəyik ki, amerikali hərbçilər kü­çə­yə çıxanda yollarda hə­rə­kət dayanır. Onların kolonunu ötüb-keçmək yazılmamış qanunlara gö­rə yasaqdır. Arabir "cı­zından çıxanlar"ın da elə yerində­cə dərsini verirlər. Amma bu hansı zavallı­nınsa ömür mək­təbində sonuncu dərsi olur: Al gəldi!!!
Hə­lə sonra İraqda olduğumuz gün­lər­də, öl­kənin hər yerində insanların "öz xilaskarları"­nı gö­rən kimi qaçıb-gizləndiyinin, xəta-bəladan qorunmaq üçün daşın-divarın dibinə qı­sı­lı­dı­ğı­nın tez-tez şahidi olacağıq.
Hərbi kolonla rastlaşan adamlar sanki öz əcəl­ləri ilə qabaq-qən­şər gəlirlər. Zirehli kolon və maskalı hərbçilər uzaqlaşana kimi onlar sö­zün həqiqi məna­sında bir neçə də­fə ölüb-dirilirlər.Olmadı elə, oldu belə. Birdən "Sülh­məramlı qardaş" öz naqanı­nı sınamaq istədi.Onda bəs nə olsun? Onsuz da onun gö­zün­də bu yerli adamlar İraq adlı vitrində dayanan manekenlərdir-talesiz, ruhsuz və cansız...
...55-60 də­rə­cə istinin yanıb-yandır­dı­ğı asfalt şossenin üs­tün­də, yolsuz -yolağasız tıxacda, şü­şə­ləri də bəxti kimi kilidlənib, açı­lıb-bağlanmayan köh­nə taksinin içində gerçəklik adama göz dağı çəkir.


İçimi dəli bir qə­zəb silkə­ləyir: "Dur çıx bu maşından, kəs bu ko­lonun və hərbiçilərin qarşı­sı­nı - deyir:
- Onlara de ki, ay zavallılar, hə­lə elədiyiniz günahların fərqində deyilsiniz. Sizin indi oynadı­ğı­nız tamaşanı 25 il əv­vəl mən özüm də Əfqanıstan adlı səh­nə­də oynamışam. O ayağı yalın, başı çalmalı çarəsiz adamların göz­ləri qarşı­sında. Zavallı bə­şər üçün mənim o vaxtkı "zə­fərimin", sizin indiki "qə­lə­bənizin" heç bir quruş da də­yəri yoxdu. Iblis qarış­dırmağı, insan barış­dırmağı ilə yazacaq öz tarixini..."

İkİ nƏəfərin bir yuxusu...

Yorğun-arğın gəlib Bağdaddakı "Türk­mən qardaşlıq ocağı"na çatdıq. Bizi burada göz­ləyirdilər. Az sonra Mehmet bəy gəlib çıx­dı. O, hə­lə də göz­ləri­nə inana bilmirdi. Baxmayaraq ki, Bakıdan Bağdada qə­dər yol boyu də­fə­lər­lə zəng­ləşmişdik. Aeroportdan bizi gəti­rən sü­rü­cü­yə ünvanı da özü anlatmış­dı. Amma, elə bil, bu gö­rü­şün ab-havasında bir qeyri-gerçəklik vardı. Hər ikimizə də elə gəlirdi ki, yuxu gö­rü­rük.
Əv­vəl­cə məni hə­yət­də bağrına basdı Mehmet bəy, - Xoş gəldin!- dedi.
Sonra onun iş otağına açılan qapı­nın qarşı­sında yenə gö­rü­şüb-öpüş­dük.
Otaqda söh­bət əsnasında bu səh­nə bir də təkrar olundu.
Bir az sonra nahar süf­rəsi­nə əy­lə­şən­də yenə də qolları­nı açıb, "Canım qardaş" - deyə-deyə məni bir daha kök­sü­nə sıx­dı.
Nahardan qayıdanda gör­dük ki, dəhlizdə xeyli adam - kişi, qadın, oğlan, uşaq bizi göz­ləyir. Yəqin, gəlişimizin sorağı­nı Mehmet Qazançı onlara vermişdi. Hamı­sı bir ağızdan "Can qardaş!" deyib, məni döv­rə­lədi. Nabə­ləd adama xas olan çaşqın­lıq içində mən bir-bir ev yiyə­ləri ilə gö­rüş­düm. Lap axırda Mehmet bəy­lə indicə gö­rü­şür­mü­şük kimi, yenə də bir-birimizi bağrı­mıza basdıq.
Ətrafdakılar heyrət­lə soruşdular:
- Mehmet bəy, Siz də müsafirimizi yenicəmi gö­rür­sü­nüz?!...
Mehmet üz-gö­zün­dəki saf bir tə­bəs­süm­lə, təkrar-təkrar gö­rü­şün və "xoş gəldin"lərin məna­sına aydın­lıq gətirdi:
- Əcaba, mən əv­vəl­cə Zakir bəyi müsafir kimi salamladım.
Sonra "Türk" deyibən bağrıma basdım;
"Azərbaycan!" çağı­rıb üzün­dən öp­düm;
"Qardaş!" gö­rüb qucaqladım;
"Dostum!" bilib kök­sü­mə sıx­dım...
Bu oldu beş...
Arkadaşlar! Mən hə­lə altın­cı "xoş gəldin!"i borcluyam. O, mənim həm də yazı­çı həmkarım­dı.
Qazançı­nın bu özü­nə­məxsus qonaqpər­vərliyinə ətrafdakılar sidq - ürək­dən əl çaldılar.
- Can qardaş, canım qardaş! - deyib, tə­zə­dən bir-birimizə sarıl­dıq.
Bu də­fə hər ikimiz doluxsunduq...
Və, deyə­sən, elə hər ikimiz eyni yuxunu gö­rür­dük...

* * *

Dənizlərin qovuşduğu məkanda - İstanbulda, hava limanında dayanmı­şıq. Mehmet bəy Bağdada, mən isə Bakıya uçmalıyam. Bunu hər ikimiz ovcumuzun içi kimi bilirik. Aramızda bir sükut ovsunu dayanıb. Ayrı­lıqqabağı çox şeydən danışmalı­yıq, amma hər ikimiz susuruq.
- Bakıya gedirsən?! - Mehmet bəy handan-hana dillənir.
- Hə! - deyirəm.
- Bağdada uçursan?!... - soruşuram.
- Hə! - deyir.
(Gö­rü­nür, elə suallar var ki, o qulağın eşitdiyi məna­nı daşı­mır.)
- Bu yaxınlarda Kər­kü­kə gə­lə­cə­yəm! - deyirəm.
- İnşallah!... - deyir - Hər zaman gö­zü­müz yollardadı...

* * *

...Bayaqdan nə özü­mü oda-kö­zə vururam...? Niyə anlamıram ki, yollarda qalan göz­lər üçün gerçək də elə bir yuxudu. İndi Bağdadda - "Türk­mən qardaşlıq ocağı"nda Mehmet bəy­lə ikimiz yollarda qalan göz­lərin yuxusunu yozuruq.
Yalnız biz ikimizmi?...

* * *

Bağdadın xarabalıqları arasında təh­lü­kəsiz bir ada kimi gö­rü­nən "Əl -Mənsuri" mehmanxanası­nın qapı­sına qə­dər - bir neçə də­fə yoxlama zolaqları­nı keçirik. Beton blok postları, xüsusi qurğuları, cihazları, adamı bezdirib höv­sə­lə­dən çıxaran axtarışları gö­rən­də, qarşıda bizi göz­lə­yən çətinliklərin və maneə­lərin dipdiri mən­zə­rə­lərini özüm üçün yəqinləşdirirəm...
Dünyanın İraq üçün hansı ssenarilər yaratdı­ğı, diktor üçün hansı kadrarxası mətn­lər yazdı­ğı və hansı musiqi tərtibatı ilə səs­ləndirib bə­şə­rə gös­tə­rə­cəyi "kinolar" hə­lə yekunlaşmayıb. Mən isə qaldı­ğı­mız mehmanxananın başı üzərində hər­lə­nən hərbi vertolyotların vahiməli uğultusunu dinlə­yə-dinlə­yə nə­zər­də tutduğum verilişin ssenarisinin ümumi cizgilərini axtarıram.

"Qeyd dəf­təri"mdə qaraladıqlarım
( Bizim ...sizin ...onların İra­qı)

Yer üzün­də elə öl­kə­lər var ki, insanın ruhu özün­dən çox-çox əv­vəl­lər oralarda gəzib-dolaşır. Bilmirik bu, ekzotika, əfsanə və rəva­yət şəklində olur, yoxsa, tarixi müs­təvi­də... Hər halda, zaman-zaman hər bir bə­şər övladı­nın öz İraqı olub. Necə deyər­lər - bizim İraq, sizin İraq, onların İra­qı...
Bu öl­kənin mən­zə­rə­lərini və­rəq­lədikcə, adamın yadına uşaq vaxtı əlifbası­nı bilmədiyi kitabların rəngli-rəngsiz şəkilləri­nə baxıb heyrət­lən­məyi dü­şür. Belə rəngarəng yuxular adama nə­sə deyir, amma onu olduğu kimi yox, bildiyin kimi yozursan... Bir də, yeri gəlmişkən, onu da deyək ki, yeni minilliyin baş çatladıb başa düş­mək istədiyi İraq adlı müəmmalı bir yuxusu var. Anlamı, yozumu bambaşqa olan bir yuxu... Sivil dünya onu bizimçün öz informasiya müs­təvisində şərh edir. Bir üzü vahimə, o biri üzü təəs­süf doğuran gerçəklik kimi...
Elə bu məqamda nə­fəs dərib, hər şeyi zamanın axarına buraxıb, dilucu deyirsən: Nə isə!..

* * *

Də­də-babaları­mı­zın mü­qəd­dəs dediyi torpağa ayağı­mız dəydiyi andan sivilizasi­ya­ların dinclik tapa bilmədiyi bu məkanda tarixin bitib -tü­kən­mə­yən dedi - qodularına cəlb olunursan. Fikirləşirsən ki, bir zamanlar qəza çərxi əy­mə­yən xanimanı­mız yox idisə, indi bu başına kül ələnmiş xarabalıqlar haradandı?...
Yaxın Şərqin mə­dəniyyət beşiyi sayılan İraq, Aşağı Mesopotamiya böl­gəsi­nə aiddir. Bu söz "İki çay arası" məna­sı­nı verir.
Dəc­lə və Fərat çayları civarına sı­ğın­mış bu öl­kə qədim dövr­lər­də "Uruq" döv­ləti adlanmış­dır. İlk də­fə göy­lə­rə meydan oxuyan və buna gö­rə cəzalandı­rılan "Babil" də, ölüm­süz­lük axtaran "Gilqameş"i yetişdirən şumerlər də qədim dünyanın sirləri kimi İraq ərazisinə gö­mül­müş­lər.
Babalı tarixçilərin və dilçilərin boynuna. "İraq" sö­zü­nün etimologiyası­nı araşdı­rıb, bu qən­aə­tə gəliblər ki, bu ad birbaşa uzaq məna­sı­nı verir. Yəqin, "İraq" adı ona Osmanlı imperiyası tə­rəfindən idarə olunduğu dövr­lər­də mər­kə­zə olan uzaqlı­ğına gö­rə verilib.
Kör­fəz öl­kə­ləri arasında İraq Səudiyyə Ərəbistanı və Irandan sonra ən bö­yük öl­kədir. 485 min kvadrat km. ərazisi var. Öl­kə üç böl­gə­dən ibarətdir - şimal-dağlıq; orta dü­zənlik; qərb - çöl və səhra.
29 milyona yaxın əhalisi var.
Nə qə­dər qəri­bə gö­rün­sə də, əhalinin 58 faizi yazıb-oxuya bilmir.
Dünya mə­dəniyyət­lərinin beşiyi sayılan, itmiş sivilizasiyaların kodları­nı açan, elmin yeni qolları ilə bü­tün bə­şəriyyəti bağrına basan və Yer üzü­nün aparı­cı 5 əlifbasından birinə sahib olan bu öl­kə elə bu cür savadsız­lıq faktları ilə də adamı mat-məət­təl qoyur.Gö­rü­nür, "Şərq incə mə­sə­lədir!" qən­aəti, sadə­cə, adi tə­xəy­yü­lün və tə­səv­vü­rün tö­rə­məsi deyil.
Şərqin qədim və əzə­mətli şə­hər­ləri zahirən bir-birinə bən­zəyir. Amma onların hər birinin öz bən­zərsizliyi var. Elə Bağdad da belədir! Onun gör­kəmi Yaxın və Orta Şərqin bir çox şə­hər­ləriylə müqayisə­yə gəlir. Amma yenə də deyirik ki, bu zahirən belədir. Və yalnız bircə də­fə Bağdadın kü­çə­ləri ilə dolaşmaq kifayət edər ki, mahiyyət açıl­sın və qən­aətini dəyi­şə­sən: Yox, Bağdad ancaq özü­nə bən­zəyir!
Bu gün Bağdad ayrı-ayrı xalqların və mə­dəniyyət­lərin ilmə-ilmə bir-birinə bağlandı­ğı bir mə­nəvi qütb kimi xatirə­lə­rə dalıb. Söz­süz ki, bir zamanlar dünyanın qüd­rətli elm və ticarət mər­kəzi olduğunu unutmayıb. Və bir də ki, bü­tün şə­hər boyu sıralanmış tarixi memarlıq nümu­nə­ləri içində yaddaşsız yaşamaqmı olar? Sadə bir iraqlı üçün xatirəsini bə­zə­yən ağ-qara şəkillər­dən tutmuş, nə­həng qəsr­lə­rə qə­dər - hər nə varsa, tarixdir.
Şərq adamı­nın gün­dəlik həya­tında bö­yük rol oynayan əsas yerlər­dən biri də bazarlardır. Bu dəyi­şən dünyada sadə iraqlılar üçün də dəyişmə­yən də­yər­lər var. O bu gün də "başmaq seyrinə çıxanda", gün­dəlik ruzi dalınca gedən­də bazarlara üz tutur. Kitabı da burdan alır, ərzağı da... dünya xə­bər­lərini də... Sonra sanki dünyanın şə­ləsini və özü­nün də qayğıla­rı­nı bir arabaya yük­ləyib birtə­hər darta-darta çəkib aparır...
Şə­hər­də ara-sıra gö­zə də­yən gül­lə­lənmiş heykəl­lər bir zamanlar elmin, ədəbiyyatın, mə­dəniyyətin qibləsini gös­tərmiş daş işarə­lərdir. Nə­dən­sə, bu abidə­lərin gör­kəmi, vaxtilə bərq vuran işı­ğı, indi zamanın o tayında qalmış tozlu çıraqları xatırladır. Bəl­kə, dünyadan yorulmuş bu nə­həng şə­hərin daş abidə­ləri ağır və kö­məksiz gö­rü­nür.
Haqqında əfsanə­lər və rəva­yət­lər dolaşan Dəc­lə çayı Bağdadı iki yerə bö­lür. Boy-buxunu ilə elə bir suyu da bizim Kür çayına bən­zəyir. Dəc­lənin hər iki sahilini qoşa qanad kimi tək­cə kör­pü­lər qovuşdurmur. Bü­tün gü­nü hər iki sahildə müş­təri göz­lə­yən qayıq­çılar var.
Bu yerlərin il boyu yanıb-yandıran gü­nəş­dən nə­fəsi tın­cı­xır, yol uzunu baxa-baxa keçdiyimiz müx­təlif formalı gilmö­hür evlərin hər bir cizgisində bu yerlərin iqlimindən gə­lən mə­dəniyyətin əla­mət­lərini gö­rü­rük. Ta binayi - qədimdən bu torpaqlarda yaşayan xalqların keçib gəldiyi özü­nə­məxsus ömür yolu və yaşam tərzi olub. Bu kilidi açmadan onların sehrli dünyasına girmək olmaz.
Müasir Bağdadın sakinləri tək­cə öz nə­həng keçmişinin, adət -ənə­nə­lərinin köl­gəsində mür­gü­ləmir. Burada arabir nabə­ləd müsafiri çaş-baş salan yeni adət­lər­lə də qarşılaşmaq müm­kün­dür. Toy gü­nün­dən sonra gənc­lər bir müd­dət mehmanxanada yaşamalı­dır. Toy evindən birbaşa mehmanxanaya yollanan gənc ailə adə­tə gö­rə 3 gün­dən sonra öz evləri­nə dö­nə bilər.
Hər gün azan səsiylə yatıb-oyanan Bağdada elə tə­zə­cə isinişmə­yə başlamış­dıq ki, ayrı­lıq məqa­mı gəldi. Yolçu yolda gə­rək! - deyib, yolu aldıq əlimizə. Düz 5 əsr­dən artıq ruhumuzu və tə­fək­kü­rü­mü­zü məh­vərindən oynadan Füzuli qüt­bü­nə sarı yola çıx­dıq. Kim bilir, bəl­kə, o bö­yük söz mül­kü­nün sultanı­nın özü də o vaxtlar Bağdad ayrı­lı­ğı­nın kə­dərini yı­ğıb-yı­ğış­dıra bilmədiyi anlarda pı­çıldayıb:" Əsiri - möh­nə­tü Bağdad gör­dü­yün kön­lüm!"
Bu ovqata yoldaş olub, yola dü­şən­də anladıq ki, çox şey arxada qaldı: Bağdadda xurmalıqlar, çaylarında balıqlar... Və bir də... Qəfil gö­rüş­lərin, naqəfil ayrı­lıqların sonluğunu pı­çıldayan təəs­sürat notları...

DANIŞMAĞIN ZAYI ÇI­XIB

"Əl - Mansuri"nin 7 - ci mər­tə­bəsi gö­yün 7 - ci qatı haqqında mifik bilgilərimi xatırladır mə­nə. Babil qül­ləsinin boy-buxununu tə­səv­vür etmək istəyi­rəm. Beynimdəki bilgiləri nə qə­dər ələk-və­lək eləyi­rəm­sə, bir şey çıx­mır. Heç nə tapa bilmirəm.
- Elxan, Babil qül­ləsinin hün­dür­lü­yü neçə metr olub? - soruşuram.
Yol hazır­lı­ğına başı qarışan operatorumun belə vaxt darısqallı­ğında miflə­rə baş qoşmağa macalı yoxdu. Gö­rü­nür, o da öz­lü­yün­də biryolluq yəqinləşdirib ki, faktı bilmək redaktorun borcudu. Yol çantaları­nı sahmanlaya-sahmanlaya öz-özü­nə hesabat verir.
- Znaçit tak... Akkumuliyator yerində.., mikrofonları sumkanın cibinə qoydum... Poka po doroqe nam ştativ ne nujen...
Birdən yeddinci qata daxil olan vertolyotların uğultusunda onun "hesabatı"­nın davamı­nı eşitmirəm. Pən­cə­rəmizin qonşuluğundan keçən "dəmir bö­cək"­lərin az qala göy üzü­nü titrə­dən gurultusu sanki mənim sualıma gön­dəri­lən cavabdı...
Qaranlıq əsr ancaq ucalıqlara qənim kəsilib.
"Gö­rə­sən, Ümumdünya Ticarət Mər­kəzi"nin hün­dür­lü­yü neçə metr idi?.. Bəl­kə, bü­tün bu göy­də­lən­lər Babil qül­ləsinin Yer üzü­nə sə­pə­lənmiş surət­ləridir... Ola bilsin, hün­dür­lük­lər, ucalıqlar elə yıxmaq və yı­xılmaq üçün­dür. İnsan Yerlə Gö­yü bir-birinə dü­yün­ləyib bağlamaq istə­yən­də bü­töv bə­şərin həya­tına ayrı­lıqlar və ayrı - şeçkiliklər gətirdi. Babilin mahiyyəti­nə qoyulmuş lə­nəti anlamayana qə­dər, insan bu səhv­lərin daş-qalağı altında qalacaq. Babilə qə­dər bir dildə danı­şır­dıq. İndi min bir dildə didişirik. Bəl­kə, elə o gün­dən danışmağın zayı çıx­dı. Bə­şər danışmaq libası geymiş didişmə­yə təzim etmə­yə başladı.
Dil bizi tərk etdiyi gün, danışmağın əzəli məna­sı­nı da özü ilə gö­tü­rüb apardı.
O təğyiri-libas olub, qeybə çəkildiyi andan danışmağın taxtı-tacına, xəzi­nəsi­nə bir saxta obraz yiyə durdu. Danışmağın hakimiyyətində didişmək oturdu, onun vilayətində hökm etmə­yə başladı. Mən Iraqın xarabalıqlarından soruşmuram ki, İnsan övladı niyə belə yaşayır? Dü­şü­nü­rəm ki, bə­şər necə danı­şırsa, elə də yaşayır.
Gö­zü­mü Dəc­lənin hər iki sahilinə sə­pə­lənmiş xarabalıqlardan çəkib, sonuncu də­fə 713-cü otağa baxıram.
Yay şə­hər­lərinin mehmanxana otaqlarından çı­xıb gedən qonaqlardan son nişanə kimi ən çox mineral su qabları qalır... Və bir də dağı­nıq çarpayı... ola bilsin, həm də siqaret kö­tük­ləri... Sonra xidmətçi qadın Baxt cildində xəl­vət­cə qapı­nı açır, söy­lə­nə-söy­lə­nə yır-yı­ğış edir, izləri itirir. Kim deyir ki, Gə­lə­cək bizdən qabaqda gedir, bəl­kə, elə o bizim arxamızca gəlir, dağı­nıq keçmişi yı­ğıb-yı­ğış­dı­rıb sahmana salır.

BİR ŞƏ­HƏR, İKİ ADAM...

Mehmanxananın 1-ci mər­tə­bəsində - foyedə bizi şair-tədqiqatçı Mə­həm­məd Mehdi Bayat göz­lə­məliydi. İki gün qabaq Mehmet Ömər Qazançı məs­lə­hət bilmişdi ki, bizim Kər­bəla sə­fərimizə Mə­həm­məd Bayat bə­lədçilik etsin. Axşamdan gö­rüş vaxtı­nı və yerini dəqiqləşdirmişdik. Təqribən bilirdik ki, o, Kər­kük tə­rəf­lər­dən gə­lə­cək, nam-nişanı­nı da bizə anlatmış­dı Qazançı.
...1-ci mər­tə­bənin dəhlizində müx­təlif dillər­də danışan adamlar var -gəl edirdi. Ora-bura boylana-boylana adamların arasında Mə­həm­məd Bayatı axtarır­dıq. Bir qoltuğunda qovluq, bir əlində selofan torba tutmuş orta yaşlı, gü­lüm­sər çöh­rəli kişi diqqətimi cəlb etdi. "Yəqin, Mə­həm­məd Mehdi Bayat bu kişi olacaq!" dü­şün­düm.
Zəndim məni aldatmamış­dı.
Tanış­lıq verən kimi elə bil kişinin çiçəyi çırtladı.
- Ay sizi xoş gəl­düüz!.. xoş gəl­düüz... Bakü­də nə var, nə yox? Əhvaluz necə­dü? Sabir Rüs­təmxanlı nə tə­hər­dü? İlham Alışanov nağayrey?.. Bağdadda qə­rüb­lük çək­mə­düz ki?..
Əv­vəl­cə, ləh­cəsindən mə­nə belə gəldi ki, bu adam Ər­dəbillidir (sonra yaxından tanış olanda bildik ki, Mə­həm­məd bəy Kər­kü­kün Tuzxurmatı böl­gəsindəndir. İki də­fə Bakı­nı ziyarət edib. Az.TV-də "Sə­hər" proqramı­nın qonağı olub.)
Qısa tanış­lıq və ayaqüs­tü hal-əhvaldan sonra, taksiyə minib Bağdadın böl­gə terminalına yola düş­dük. Həmin andan düz 10 gün macal tapan kimi Mə­həm­məd Mehdi Bayatın Bakı, Sabir Rüs­təmxanlı, İlham Alışanovla bağlı sualları­nı cavablandır­dım.
...- Bakü yaxşi şə­hər­dü, hə?.. Orda belə istilər olmey, hə?.. Arvadlar başi açuq gəzey, hə?..
- Hə! - deyirəm...
...- Sabir Rüs­təmxanlı bö­yük şəxsiyyət­dü, hə?... Millətçidü, hə?.. Mərd şairdü, hə?.. Qorxu-hür­kü bilmey, hə?..
Mən yenə də "hə" deyirəm.
...- İlham Alışanov ağır adamdu, hə?.. Savaddu oğlandu, hə?.. Gü­lüb -eləmey, hə?.. Şair oğludu, hə?..
- Hə, - deyib, göz­ləyi­rəm ki, gö­rüm sonda nə deyə­cək.
...İki adam, bir şə­hər Mə­həm­məd Mehdi Bayatı nə tə­hər ovsunlayıblarsa, söh­bətində bu "üçbucağın" cazibəsindən kənara çıx­mır. Elə bil, Azərbaycan adlı əlifbanın "3" hərfini öy­rən­mək ona bəs eləyib ki, eyni adlı sualların çarxı­nı hər­lətdikcə hər­lətsin...
Ü­zü eşq vilayəti­nə - Kər­bəlaya şəxsi maşında yol gedirik.Sü­rü­cü ərəbdir. Operatorumuz qabaqda oturub - yol boyu gö­zə də­yən mən­zə­rə­ləri çə­kə bilsin.
Arxada Mə­həm­məd bəy­lə ikimiz Füzuli və Kər­bəla haqqında şirin -şirin söh­bət edirik. Nə­fəsini dər­mə­yə macal vermirəm. - Sualı - suala dü­yün­ləmi­şəm. Elə bilirəm, söh­bətin məcrası dəyişsə, məq­səd­dən və mət­ləb­dən ayrı dü­şə­cəyik. Sə­hər­dən bəri, çox ciddi-cəhd­dən sonra "tə­şəb­bü­sü" özüm ələ almışam. Bu ağıl­lı, müdrik və məlumatlı adamın bilgilərindən bəh­rə­lən­mək lazım­dır. Für­səti föv­tə vermək olmaz.
Qəfildən ətrafda hər şey dondu. Elə bil, sü­rət­lə hər­lə­nən kino lenti birdən-birə qı­rıl­dı. Yol boyu şü­tü­yən maşınların mü­hərrikləri susdu. Hə­rə­kət dayandı...
Haradansa Amerika hərbçilərinin ko­lonu peyda oldu. Zirehini və əzə­ləsini nümayiş etdirən bu Güc karvanı bü­tün zəhmi ilə ətrafdakılara "Sus!" və "Yerində dur!" əmrini verdi...


Hərbi ko­lonun sonuncu maşı­nı böy­rü­müz­dən ötər-öt­məz üzü maskalı əs­gər­lər­dən biri zirehli texnikanın üs­tü­nə bərkidilmiş pulemyotu qəfildən bizə tə­rəf çevirdi. Mən əv­vəl­cə elə bildim ki, bu qorxu üçün oynanılan tryukdur. Pulemyotun 10-15 metrlik ara məsa­fə­dən operatorumuzu nişan aldı­ğı açıq-aşkar gö­rü­nür­dü.
O donuq kino "lenti" birdən hə­rə­kə­tə gəldi.
Maşı­nı­mız sü­rət­lə yerindən sıçradı.
Sü­rü­cü süka­nı var gü­cü ilə sağ tə­rə­fə burdu...
Ağır yük maşı­nı ilə xən­dəyin arasına pərçimləndik.
Operatorumuz oturacağın üs­tün­də yumaq kimi yumrulanıb, başı­nı kameraya, kameranı isə dizləri­nə tə­rəf sıx­mış­dı.
Atəş açıl­dı... Ani olaraq beynimdən keçdi ki, gül­lənin trayektoriyası pozulacaq. Hə­rə­kət­də olan zirehli maşından açılan atəş­lə bizim hə­rə­kət istiqamətimiz tərs mü­tənasib idi.
Elə də oldu. Əla­həz­rət təc­rü­bə həqiqiliyini isbat elədi.
Ko­lon xeyli uzaqlaşmış­dı. Maşı­nın içində 4 nə­fər mat-məət­təl bir-birimizin üzü­nə baxır­dıq.
Sonra bu sükutu handan-hana Mə­həm­məd bəyin titrək səsi pozdu.
- Babam, korkduuz?..
- Hə, - dedim - Qorxduq...
- Əmma hiç rəngi-ruhuzdan korkana oxşameysüz...
Mə­həm­məd bəy haqlıy­dı. Bu, qorxu situasiyası deyildi. Hansısa bir müəmmanın kəsib - doğrayaraq yan-yana düz­dü­yü xaotik epizodların qı­rın­tıla­rıy­dı. Ani qı­ğıl­cımlardan karıx­mış Mə­həm­məd bəy, bü­tün sə­fər boyu bizi müşayiət edə­cək, "başı­mıza gə­lə­cək" hadisə­lərin dü­rüst düsturunu verdi.
- Babam, sizin korkmamağuz başı­mıza hə­lə çox oyun gəti­rə­cək, deyə­sən...
Mən istədim Mə­həm­məd bə­yə deyim ki, bə­lədçi kimi, maşallah, işin əv­vəlini heç də pis başlamadın. Tanış­lı­ğın siftəsini qorxuyla başladın, Allah axı­rı­nı xeyir eləsin... Bir də axı, necə ola bilər e, Iraqa gə­lə­sən, ancaq qorxunu gör­məyib gedə­sən...
Amma bü­tün bunları ona demədim, sadə­cə, söh­bətin məcrası­nı dəyişmək üçün zarafata keçdim.
- Xocam, sən Bakıda başıa­çıq arvad gö­rən­də qorxdun?...
- Ədə, yox e, əs­təğ­fürullah, adam heç elə şeydən qorxar?...
- Bax, gül­lə də mənimçün o başıa­çıq arvad timsalı bir şeydi...
Xəta-bəla sovuşmuşdu.Yalandan da olsa, açıq-aşkar qür­rə­ləndim.
Əv­vəl­cə təəc­cüb­ləndi, sonra qəşş eləyib getdi.
Doyunca gü­lən­dən sonra əlini mə­nə tə­rəf uzatdı. Yəni, "Vur bura!".

* * *

Qarşıda altından keçə­cəyimiz kör­pü­nün məx­rəcində - dəmir löv­hənin üs­tün­də ərəb və ingiliscə yazıl­mış yol işarə­ləri­nə baxıram. Adlar sıralanıb. "Hillə-İskəndəriyyə-Kər­bəla"

"Ö­lüm üÇbucağı" - Musəl­ləs-əl-movt...

"Bağdad - Hillə" magistralından sağa bir yol ayrı­lır. Həsua adlı yaşayış məs­kənindən keçib üzü Kər­bəlaya tə­rəf uzanır. Amma biz sonra bilə­cəyik ki, Həsua - ərəb dilində "Daşlıq" deməkdir. Həsuada başı­mız daşdan-daşa də­yə­cək, sanki bu yer özü də bilə-bilə daş kimi üzü­mü­zə dirə­nə­cək ki, onun əsl adı­nı öy­rə­nək və yadda saxlayaq, heç vaxt unutmayaq. Iraqın bü­töv mahiyyəti məhz Həsuanın ikinci - həm də gizli adıyla şifrə­lənib: "Musəl­ləs - əl movt" - yəni, "Ölüm üçbucağı!.."
...Birinci xətadan sovuşandan sonra bə­lədçimiz də söh­bətin axarı­nı dəyişmişdi. Yol uzunu Mə­həm­məd bəy dö­nə-dö­nə bizə tövsiyə­lər verir, hə­rə­kət qaydaları­nı başa salır, məm­lə­kət­də baş alıb gedən xaos və qarmaqarı­şıq­lıqdan danı­şır­dı:
- İra­qın zayı çı­xıb, ehtiyatlı olun, heç nəyin də­yəri qalmayıb, insanlar az qala bir-birinin ətini yeyir. Burda əc­nəbi­ləri daha çox quş kimi dən­ləyirlər. Girov gö­tü­rür­lər, oğurlayırlar, öl­dü­rür­lər... Sonra ya ölü­sü­nü, ya da dirisini pulla satırlar. Allah peşimançı­lıq gös­tər­məsin. Sizi sağ-salamat Kər­bəlaya aparıb gətirim, elə bilə­rəm, çiynimdən ağır bir yük salmışam. O Füzuli var ha, yazı­ğın həmi­şə başı bəla­lı olub, axırda da Kər­bəlada - müsi­bət yerində bər­qərar oldu. Qəbrinə də zülm elədi­lər...
Mə­həm­məd Bayat söh­bəti­nə ara verdi.
Yaman istiydi. Maşı­nın içi isti kü­rəni xatırladır­dı. Hillə ilə Kər­bəla­nın yol ayrı­cında Mə­həm­məd bəy maşı­nı saxlatdır­dı. Sü­rü­cü­yə ərəb­cə nə­sə dedi. Hər ikisi maşından enib, aralıda­kı kiçik yolüs­tü bazara tə­rəf üz tutdular. Birdən Mə­həm­məd bəy nə­sə fikirləşib geri qayıt­dı.
- Oturun, heç yerə tər­pən­məyin, su alıb gəlirik, - dedi.
...Ətrafda, gün işı­ğı­nın bağrına basdı­ğı mə­həl­lə­lərin və gilmöhr evlərin bir qeyri-adi cazibəsi vardı. Buranın ruhuna çö­kən arxayın­lıq, hasar dibində oynayan uşaqların asudəlik təlqin edən hənirtiləri uzaqdan-uzağa bizə də sirayət eləyirdi.
Heç ağlı­mıza gəl­məzdi ki, "Musəl­ləs - əl - movt"un - yəni, "Ölüm üçbucağı"­nın qurduğu bir tə­lədi bu...
Dünyanın bu qocaman gö­zəlliyini öz tə­ləsi­nə qoyub, peşəkar ovçular kimi bizə öz səsimizlə "dil" verir... Kim buna aldanmayıb? Kimin ayağı arxayın­lı­ğın qurduğu tora düş­məyib?..
Əv­vəl­cə, mən özüm düş­düm maşından - ənginliyi bir az da aydın gör­düm... bu məni daha da şirnikləndirdi. Sən demə, bu mən­zə­rə­lər operatorumuzun saqqı­zı­nı mən­dən qabaq oğurlayıb­mış, o da, bir himə bəndmiş kimi, kameranı gö­tü­rüb maşından endi. Tez-tə­ləsik qarşıda­kı mə­həl­lənin dərinliyinə tə­rəf cumduq.
Elxan acgöz­lük­lə gö­zə də­yən mən­zə­rə­ləri lentə kö­çü­rür­dü. Mən də diqqətimi çə­kən kadrları ona işarə ilə gös­tərirdim. Bu, iki qoca alimin tozlu kitab rəf­ləri arasından əlyazmalar tapıb üzə çıxarmağına, heyrət­lə onu və­rəq-və­rəq çevirməyi­nə oxşayır­dı. Bir az da, bağbanın gö­zün­dən oğurlanıb, bağa girən uşaqların acgöz­lü­yü, tə­lə­sə-tə­lə­sə əlinə keçən­ləri qoyun - qoltuğuna doldurmağına bən­zəyirdi, bu. Ətrafdakı mən­zə­rə­ləri kameramız gö­zü­nə təpirdi. Təsvirlərin biri o birindən maraqlı gö­rü­nür­dü. Bəl­kə də, varlı­ğın rəngarəng şəkildə təza­hür etməyi gerçəklikdən, reallıqdan qat-qat cazibədar idi.
Mən tez-tez maşı­nı­mız dayanan yerə də göz gəzdirirdim ki, gö­rüm Mə­həm­məd bəy qayı­dıb, ya yox... Yubanıb ləngimə­yək ki, hə­lə xeyli uzaq yol getməliyik.
Ətrafı­mızda yavaş-yavaş gilmöhr evlərin hə­yətindən, dolaşıq məh­lə­lərin tinlərindən çıxan başı əmmaməli, əyni əbalı adamlar peyda olurdu. Çəkiliş hayındaydıq, belə şeylə­rə fikir vermirdik. Mən özüm onların ətrafı­mızdakı mən­zə­rə­lərin bir parçası olduğunu dü­şü­nür­düm.
Qəf­lə­tən maşı­nı­mı­zın yanında dayanıb, əlinin işarəsiylə bizi geriyə səs­lə­yən Mə­həm­məd bəy gö­zü­mə dəydi. O, bir əlilə dizini dö­yüb, o biri əlilə səssizcə bizə "Qayı­dın!" işarəsi verirdi. Mən də uzaqdan-uzağa əlimi havaya qaldı­rıb, barmaqları­mı açdım: Yəni, "beşcə dəqi­qə möh­lət ver, işimizi yekunlaşdı­rıb gəlirik!.."
Hər şey öz axarı ilə gedirdi. Ətrafı­mızda xı­sın-xı­sın pı­çıldaşan adamların nə hə­rə­kəti, nə səsi, nə də baxışları şüb­həli bir şey demirdi. Əgər o var idisə də, bizim diqqətimizdən kənarda qalmış­dı.
Çəkiliş bitdi. Kameranı yı­ğış­dı­rıb, bayaqdan bizi müşahidə edən adamlara ədəb-ərkanla əlimizin işarəsiylə "sağ olun!" deyib getmək istəyirdik. Elə bu anda ətrafı­mızdakı adamlar sıxlaşıb döv­rəmizdə canlı hasara çevrildilər. Biz qə­fə­sə düş­dük. İlk də­fə baxışlarım əbaların altından ucu azacıq çıx­mış Kalaşnikov avtomatına sataşdı.
Hər şey aydın idi! Arabir kameramı­zı almaq üçün uzanan əl­lər, adamların bizi sı­xış­dı­rıb naməlum istiqamə­tə aparmaq istəyi, anlamadı­ğı­mız dildə gedən qarmaqarı­şıq söh­bət­lər də çı­xılmaz vəziyyə­tə düş­dü­yü­müz­dən xə­bər verirdi.
Tə­lə qapanmış­dı, biz artıq girov idik. Təc­rü­bəm mə­nə deyirdi ki, özü­müz­dən qat-qat güc­lü, silahlı, sayca çox, öz torpağında, öz qapı­sında ölüm-dirim oyunu oynayan bu adamlarla soyuqqanlı şəkildə davranıb dil tapmaq lazım­dır. Amma necə? O dil ki, biz bilmirik... O ərazi ki, nabə­lədik...
Bu dar macalda göz­lərim Mə­həm­məd bəyi axtardı. Seldə-suda boğulan adamı bir ağacın budağı necə xilas edə bilərdi və ya bilməzdi - bu başqa söh­bətdi. Əsas budağa çatıb ondan tutmaq idi... (O "budaq" da bizimlə birgə özü­nü selə qərq elədi.)
"Hasar adamlar"ın arasındakı boşluqdan gör­düm ki, Mə­həm­məd bəy təng­nə­fəs bizə çathaçatdadı... Bu peşəkar insan ovçuları onu gö­rən kimi daha da kük­rəyib coşdular. Hə­rəsi bir tə­rəf­dən onu didib-didişdirir, danışmağa belə macal vermirdilər.
Anaş toyuq öz cü­cə­lərini canfəşanlıqla çalağanın caynağından qoparmaq istədiyi kimi, Mə­həm­məd bəy Elxanla məni bu qarğa-quzğunların cəngindən alıb, qanadı altında gizlət­mək istəyirdi.
Belə­cə, sü­pür­lə­şə-sü­pür­lə­şə Mə­həm­məd bəy onlarla hansısa razı­lığa gə­lə bilmirdi. Onlar heç nəyi nə­zə­rə almır­dılar. Danışa-danışa, didişə -didişə, addım-addım dartına-dartına öz maşı­nı­mı­zın yanına gəlib çatdıq. Onlar bizdən əl çə­kə­nə oxşamır­dılar. Nəza­rətçi qismində silahlılardan biri bizim maşında böy­rü­müz­də əy­ləşdi. Silahlıla­rın əy­ləşdiyi qabaqdakı maşı­nın arxasınca sür­məyi əmr etdi. Arxamızca gə­lən silahlıla­rın maşı­nı da, bizi daban-dabana izlə­mə­yə başladı. Uzun-uzadı yol gedib, xurma meşəliyinə dö­nən yola burulduq. Hər­dən günahkar baxışlarla bə­lədçimizə tə­rəf baxır­dım. Ağsaçlı, orta yaşlı Mə­həm­məd bəyin hansı hisslər keçirdiyini bilmək istəyirdim. Bizim səh­lənkarlı­ğı­mız hamı­mı­zı nəha­yətsiz bir uçurumun başına gətirib çıxarmış­dı. Qarşıda bizi nə göz­ləyirdi, bu, mü­əmma idi...
Hər­dən beynimin dərinliyindən bir qürur və qə­zəb hissi qış­qı­rır­dı ki, böy­rü­müz­də oturan "nəza­rətçi"ni tərk-silah edim. "Bəs sonra?.." dü­şü­nür­düm. Söz­süz ki, qarşıda­kı və arxadakı maşında oturan silahlılar bizi salamat qoymayacaqdılar.
İkinci səhv daha amansız ola bilərdi.
Bə­zən, adamı ən çox dünyanın təzadları sarsı­dır. Biz bu məm­lə­kət­dən nə istəyirdik? Onun ağrıla­rına şərik olmaq, kasıb komamızdan heç olmasa xırda bir dərman çıxa­rıb məl­həm kimi yaraları­nın üs­tü­nə qoymaq, İra­qın dərd­lərindən danışmaq... Bü­tün bunlar saf, xoş niyyətdi. Amma o yer ki, artıq çirkaba bulaşıb, səfa­lə­tə yuvarlanıb, orada ən mü­qəd­dəs niyyət belə bir anın içində yamanlığa çevrilər, adamı fəla­kətin girdabına atar.
...Silahlıla­rın əha­təsində öm­rü­mü­zün girovluq döv­rü­nü yaşaya-yaşaya yol gedirdik. Birdən Mə­həm­məd bəyin üzün­də ani işartı gö­rün­dü. Sanki o, çox gö­tür-qoydan sonra nicat yolunu tapmış­dı.
- Bəl­kə, bunlara pul təklif edək? Başqa əla­cı­mız yoxdu, - dedi Mə­həm­məd Bayat...
Sən demə, bu ani fikir bizi xilasa aparan yolun başlanğı­cıy­mış...
Böy­rü­müz­də oturan silahlı ilə bə­lədçimiz ərəb dilində xeyli çək-çevir elədi. O da kiminlə­sə tez-tez telefon əla­qəsi saxlayır­dı. Güman ki, "bö­yük­ləri" ilə məs­lə­hət­ləşirdi. Xurma ağacları və qamış kolları ilə əha­tə­lənmiş ərazidə maşınlar dayandı. Qarşı və arxa maşından enən üç nə­fər adam cəld mövqe tutub silahları­nı bizə tə­rəf tuşladılar. Bu da girovları qaçmaq fikrindən daşın­dırmaq üçün qabaqlayı­cı tədbir idi yəqin ki...
"Ö­lüm gö­zətçiləri"nin çevik, dü­şü­nül­müş və sərrast hə­rə­kət­ləri onların "ixtisaslaşdıqca" daha bö­yük təc­rü­bə­yə yiyə­lən­məyindən xə­bər verirdi.
"Gö­rə­sən, külli - İraq boyu nə qə­dər adamın taleyi onların əlinin altından izsiz və səssiz-səmirsiz gəlib keçib? Nə qə­dər bu "hə­vək­dəs­tə" taleləri dö­yəc­ləyib, üyü­düb, torpağa qarış­dı­rıb?.. Gö­rə­sən, nə qə­dər?.. Bu zavallı diyarın düş­dü­yü halətin sə­bəbini kimdən öy­rə­nə­sən? Kimdən soruşsan, gö­rə­cək­sən əlində bir silah var..."
Əv­vəl­cə, Mə­həm­məd bəyi çağır­dılar. O, maşından enib, qabaqdakı maşında oturmuş dəs­tə başçı­sı­nın yanına getdi. Hardasa, bir saata yaxın səssiz-səmirsiz maşında oturub, yerimizdən tər­pənmirdik.
Hər­dən səmum kü­ləyinin dalğası qamış zəmisinin başı üs­tün­dən gəlib keçir. Uzun­draz, sü­pür­gə başlı qamışların nənnisində yellənir. Aralıda danı­şıq aparan bə­lədçi ilə dəs­təba­şı­nın titrə­yən köl­gə­ləri, enib-qalxan əl­lərin mən­zə­rə­ləri, elə bil, bir-birini ta­mamlayır­dı.
"Tə­rəf­lər" arasında məb­ləğ razılaşdı­rılandan, bac-xərac alı­nıb - verilən­dən sonra ölüm kabusları qəf­lə­tən ağ mə­lə­yə çevrildilər. Mən onların bəzi­lərinin üzün­dəki tə­bəs­süm­də, hətta, bir canıyananlıq işartı­sı da gör­düm. Hör­mət və nifrət qonşuymuş, sən demə...
Kimi əlini sinəsi­nə qoyub bizə təzim etdi.
Kimi qaş-göz işarəsi­lə bizə "Yaxşı yol!" arzuladı. Hamı­sı cəld maşınlara doluşub, tozlu yollarda bir anda qeyb oldular. Deyə­sən, yavaş-yavaş vərdiş elə­mə­yə başlamış­dıq ki, bu İraq adlı vahiməli səh­nə­də oynanılan tamaşanın məntiqi ardı­cıl­lı­ğı qəfildən pozula bilər. Və onu dünyada mövcud olan "şünas"ların qə­ləminin qayçı­sıyla kəsib-doğramaq, nizama salmaq müm­kün deyil.
Səmum kü­ləyi çöl­lər­də xurma ağaclarından yapı­şıb, müvazinətini dü­zəldib yoluna davam etdiyi kimi, biz də Mə­həm­məd Bayatdan tutub, qəddimizi dü­zəltdik. Amma onun üzün­dəki toxtaq ifadə­dən anlaşı­lır­dı ki, bizlərin - tərs yolçuların, tər­sə - məs­səb işləri ilə barışmaqdan öz­gə çarəsi yoxdu...
Kər­bəlaya çatar-çatmaz bə­lədçimiz içindən güc alıb dirçəldi, araya bir şuxluq qatdı:
- Sizə dedim, axı, korkmamaqdan korkulu heç bir şey yok...
Yenə də əlini-əlinə vurub gül­dü. Biz də ona qoşulduq.
Kər­bəla şə­hərinin giriş qapı­sında əs­gər­lər əl işarəsi­lə maşı­nı­mı­zı saxladılar - yoxlanış üçün...
Mə­həm­məd Bayat öz-özüy­lə danı­şır­mış kimi arxayıncasına dilləndi:
- Bura Kər­bəla­dı, daha mən də sizin kimi heç nə­dən korkmuram!..
Kər­bəla qapı­sından şə­hərin əsas hissəsi­nə maşınların daxil olmasına ümumiyyət­lə, izn yoxdu.
Bizi Bağdaddan gəti­rən sü­rü­cü - girov yoldaşı­mızla gö­rü­şüb, halallaşıb ayrı­lı­rıq...
Bundan o yana başqa bir yol başlayır - hər mənada...
Arabaçı uşaqlar itə­lə­şə-itə­lə­şə bizi döv­rə­yə alırlar. (Bolluğun içində seçim elə­mək çətindir - elə kasıb­çı­lı­ğın da.)
Birinci arabaçıyla Mə­həm­məd bəyin qiymət söv­də­ləş­məsi baş tutmur. Yeniyetmə arabaçı geri duran kimi, onun yerinə hardasa 10 yaş həddində olan arabaçı keçir. Bə­lədçimizin təklif etdiyi qiymət­lə dərhal razıla­şır. Yol çantaları­mı­zı bir göz qır­pı­mında arabasına yük­ləyir. Müş­tərisi əlindən çıxan birinci arabaçı kənardan onu hə­də­lə­yə­rək nə­sə deyir. Bu mən­zə­rəni gö­rən­də adam elə bilir ki, dublyaj olunmamış maraqlı filmin epizodlarına baxır. Hiss olunur ki, bu bö­yük əsərin balaca personajı həyat qanunları­nın - bazar qaydaları­nın yazılmamış tə­rəf­lərini hə­lə tam qavraya bilməyib. Dü­şü­nü­rəm: "Onun zəif və zərif qolları arabaları darta-darta bərkiyə­cək, təmiz qəlbini isə həyat özü dö­yəc­lə­yə-dö­yəc­lə­yə daşa dön­də­rə­cək!".
Amma nə etməli? Yaşamaq elmini vaxtından əv­vəl öy­rən­mək olmur. O, istə­sə də bunu vaxt-və­də yetişmə­sə, öy­rə­nə bilməz.
Balaca arabaçı qulpundan yapış­dı­ğı işin incəliklərini öy­rənib, kəm-kəsirini dü­zəl­də­nə qə­dər hə­lə çox hə­də­lər və hər­bə-zorbalar gö­rə­cək... Xəl­vət guşə­lər­də şillə-təpik yeyə­cək. Göz­lərinin altı gö­yə­rə­cək, ağzı-burnu qanayacaq. Amma o, öz cəsa­rətindən geri çəkilmə­sə, əv­vəl-axır həya­tı­nı sahmana sala bilə­cək.
Kər­bəla­nın giriş qapı­sında yenə də silahlıla­rın əha­təsindəyik. Amma daha girov deyilik. Mətbuat işçilərinin şə­hə­rə daxil olmasına xüsusi icazə verilməlidir.
Yenə də bə­lədçimiz bağlı qapıla­rın açılması üçün qolları­nı çirmə­ləyib hə­rə­kə­tə keçdi. O, birbaşa şə­hə­rə yollandı - həm bizlər üçün icazə alsın, həm də mehmanxana bə­ləd­ləsin. Balaca arabaçı da bizimlə bəra­bər keçid mən­tə­qəsində göz­lə­mək zorunda qaldı. Onun yoldaşları ən azından bir neçə də­fə reys eləyib, qazanc gö­tür­müş­dü­lər. Bayaqkı yeniyetmə oğlan da hər də­fə müş­təri yü­küy­lə onun yanından keçən­də, xüsusi bir əda ilə yanıq verirdi. Belə anlarda mən diqqət­lə "öz arabaçı­mız­"ın üzü­nə baxır­dım. Onun cavab reaksiyası­nı öy­rən­mək istəyirdim. Onun baxışlarında yoldaşlarına qarşı hə­səd parıl­tı­sı vardı. Amma qüruruna yiyə durmaq mərdanəliyi də gö­rü­nür­dü sir-sifətində... Hətta, arabir macal tapıb cumub hərbçilərin yanından bizə - nabə­ləd müsafirlə­rə soyuq su da gətirirdi...
Mə­həm­məd Bayat qayıt­dı. O, "İmam Hüseyn" mehmanxanasında nöm­rə kirə­ləmişdi. Bizim üçün də icazə almış­dı.
Arabaçı yü­kü­mü­zü düz mehmanxananın giriş qapı­sına qə­dər gətirdi. Hətta, yolda bizə bir neçə də­fə arabaya minməyi də təklif etmişdi. Onun "müş­təri kön­lü almağı" çö­rək qazanmaqdan daha çox, alicənablı­ğın, özün­dən bö­yü­yə ehtiramın ifadəsi­nə oxşayır­dı.
Mən ona 50 dollar pul verdim. O, arabanı bizim yanı­mızda atıb harasa qaçdı. Az keçmədi ki, qayı­dıb gəldi. Xırdaladı­ğı pulun 1 dolları­nı havada yellə­yə­rək, zəh­məthaqqı gö­tür­dü­yü­nə işarə etdi. Öz pulunu dərhal kirli köy­nəyinin döş cibinə dür­tüb, qalı­ğı isə mənim ovcuma saymağa başladı. Sadə­cə olaraq, mən də maraq xatirinə durub göz­ləyirdim ki, bu işin axı­rı necə olacaq...
O, sayıb qırx doqquzuncu dolları mə­nə qaytarandan sonra açıq ovucları­nı qoşalayıb üfü­lədi - yəni, "hesablaşıb qurtardıq!.."
Bü­tün pulları mən qaytarıb bu balaca arabaçıya verən­də, o, heyrət­ləndi. Əv­vəl­cə, gö­tür­mək istə­mədi, mən zorla 49 dolları da onun cibinə qoydum.
Bəl­kə də, həyatda hə­lə birinci də­fəydi ki, o, öz səbrinin və mərdanəliyinin qazancı­nı cibinə qoyurdu. Mən özüm də, deyə­sən, çoxdan, lap çoxdan idi ki, başqası­nı sevindirdiyimə gö­rə, heç belə sevinməmişdim - o isə birinci də­fəydi ki, belə sevinirdi...


"Qeyd dəf­tərİ"mdə qaraladıqlarım

... Sənin hicrində, ey şəmim, dü­şüb zül­mə­tə zarəm mən,
Keçir hər bir gecəm qəm­lə, həmi­şə biqəra­rəm mən.
Qalıb bir guşə­də tənha, işimdir nalə­vü fəryad,
Qəri­bə halə­tə düş­düm, əcəb dər­də düça­rəm mən...

Mə­həm­məd Füzuli

Dünyanın xəri­təsində İraq adlı öl­kə var. Taleyi və tarixi mü­əmmalarla dolu olan bu məm­lə­kət uzun illərdir ki, ibrətamiz hadisə­lərin dü­yün nöq­təsi­nə çevrilib. Az qala müasir dünya hər gün onu stolüs­tü kitab kimi şə­hər-şə­hər, böl­gə-böl­gə, kü­çə-kü­çə, ev-ev və­rəq­ləyir. İraq indi haqqında ən çox danı­şılan öl­kə­lər­dəndir. Bilmirik, bu populyarlıq onun gə­lə­cəyi­nə nə­lər vəd edir. Amma İra­qın zahiri gö­rün­tü­ləri bizim hə­dəfimiz deyil. Onun gə­lə­cəyini proqnozlaşdırmaq kimi məsuliyyətli bir işi də boynumuza gö­tür­mü­rük. Biz hər bir azərbaycanlı­nın qəlbində əsr­lər boyu nəqş olunmuş məm­lə­kətin mə­nəvi xəri­təsindəki ayrı-ayrı yerlərin və məqamların sorağına çıx­mı­şıq.
O yerlər­dən birinin adı Kər­bəla,
O məqamlardan biri isə Füzulidir.
"Hər sö­züm bir pəh­ləvandır kim, bulub təyyili - həqq,
Əzm qıl­dıqda, tutar tədric ilə bəh­rü-bəri..."
- hök­mü­nü verə bilmək səlahiyyətində olan, söz mül­kü­nün sultanı Füzuli...
Bağdaddan Kər­bəlaya uzanıb gedən yol ilğıma bən­zəyir - həm var, həm də yoxdu... Adama elə gəlir ki, gö­zü­mü­zə də­yən hər nə varsa, dipdiri tarixin istidən nə­fəsi tın­cıxan mən­zə­rə­ləridi. Sanki konkret bir ünvana deyil, ruhun naməlum qatlarında, yeddi mö­hür arxasında qalan eşq vilayətinin qapı­sı­nı açmağa gedirsən... Bu ovsunlanmış çöl­lük­lərin atəşi gü­nəş­dən deyil, öz batinindən gə­lən yanğı­dı...
Bəl­kə, elə Füzuli kimi sə­nətkarların dü­rüst anlamı­nın şifrəsi və kodu buradadı...

* * *

Bu yolların mən­zə­rə­ləri hər gün gö­zü­mü­zü dö­yəc­lə­yən adi gö­rün­tü­ləri xəya­lı­mızdan sı­xış­dı­rıb kənara atır. Kər­bəla haradasa yaxındadı. Yolumuz qısaldıqca, bə­lədçiyə ünvanladı­ğı­mız suallar çoxalır. Kər­bəla yolunun löv­hə­ləri Bağdadda gör­dü­yü­müz təsvirlər­dən çox-çox fərqlidir.
Çöl­lər öz hekayəti­nə, xurma ağacları öz rəva­yəti­nə, səmum kü­ləyi isə öz əfsanəsi­nə sı­ğı­nıb ömür sü­rür...

* * *

Bu da ruhumuzun qədim qüt­bü - Kər­bəla...
Kər­bəla - ərəb dilindən tər­cü­mə­də "müsi­bətli yer" məna­sı­nı verir.
Tarixi qaynaqlarda gös­tərilir ki, bu şə­hərin ilk adı "Neynəvay" olub. Neynəvaylar qədim ərəb qəbi­lə­lərindən birinin adı­dır. Indiki Kər­bəla ərazisində ilk də­fə onlar məskunlaşdıqları üçün əv­vəl­lər bu yerlər həmin qöv­mün adı ilə tanı­nıb.
Sonralar İslam dünyası­nı sarsıdan məlum hadisə­lər­dən qaynaqlanan "Kər­bəla - yəni, müsi­bət yeri" sö­zü tarixin aparı­cı bir məqa­mına çevrilib.
Kər­bəla­nın qeyri-adi bir ab-havası var. Adamların üzün­də tarixin bö­yük sarsın­tıla­rından sonra yaranmış ilahi bir sakitlik hökm sü­rür. Sanki bü­tün öl­kəni silkə­lə­yən hadisə­lər bu şə­hə­rə çatanda öz təsir qüv­vəsini itirir.
Kər­bəla - bü­tün dün­yəvi olaylara öz hüzn­lü sükutu ilə cavab verir. Şüb­hə yoxdu ki, bö­yük Füzulinin məşhur: "Eylə sər­məs­təm ki, idrak etmə­zəm dünya nədir" deyimi də, belə bir sükutun poetik qı­ğıl­cı­mı­dır.

* * *

Mə­həm­məd bəy­lə Kər­bəla­nın kü­çə­lərini gəzirik. Bakı vaxtı ilə gecə saat 2-dir. Dörd tə­rəf­də bərq vuran işıqlar Vaxtın löv­həsində rəng­ləri silib. Sanki ruhum da süd gö­lü­nə dü­şüb. Ətrafda insanlar qaynaşır. Meydanın bir tə­rəfində 50-yə yaxın adam əl-ələ tutub şaxsey gedir. Uşaqlar, qadınlar "Ya Hüseyn!.. Vay Hüseyn!.." - deyib, bö­yük bir coşqu yaradır.
Uşaqlıq illərimi - kəndimizi xatırlayıram.
"...Bax, o uca boylu, başı kəlağayı­lı, xı­sın-xı­sın ağlayan qadın mənim anamdı-9 il əv­vəl dünyası­nı dəyişmişdi. İndi, yəqin, gəlib bu yerlə­rə çı­xıb... Hə­lə onun yanındakı balaca oğlana bax, sən allah, camaat "şaxsey-vaxsey"dədir, amma o, xurma gə­vəziyir, dünya vecinə deyil... Bax, bu da mənim öm­rü­mün çiçək çağları­dı, o oğlan uşağı da mə­nəm... Allaha and olsun, onun indi xurma yeyə-yeyə nə dü­şün­dü­yü­nü də deyə bilirəm... Ona zorla heç nəyi və heç kimi sevdirmək olmaz... O, ancaq özü sevməlidir - sakitcə, kö­nül­lü və təlqinsiz...
Lə­nət şeytana! Niyə o başı ör­tü­lü qadın və uşaqdan başqa diqqətimi heç kimin üs­tün­də cəm­ləşdirə bilmirəm?"
- Təbriz, Ər­dəbil camaatı­dı, ziyarə­tə gəliblər! - deyir Mə­həm­məd bəy...
Yuxudan ayı­lıram, elə bil...Təəc­cüb­ləni­rəm. Mən bu kişidən heç nə soruşmadım, hardan gör­dü axı, həmin zəvvar dəs­təsi­nə məni bağlayan ruh tellərini?"

* * *

Zaman-zaman Şərq­də elm, idrak adamları­nın toplaşdı­ğı ədəbi məclislər olub. İndinin özün­də belə Kər­bəlada həmin ənə­nə qorunub saxlanı­lır. Belə yı­ğıncaqlardan biri də bizim gəlişimizə təsa­düf etdi. Məlum oldu ki, bö­yük ərəb şairləri ilə Füzuli arasında bəra­bərlik işarəsi var. Üs­tün­dən neçə-neçə qəri­nə­lər öt­sə də, o bö­yük söz sər­kər­dəsi dünyanın hər yerində eyni sevgi ilə yad edilir. Füzuli tək­cə türk dünyası­nın deyil, Mü­təmabinin, Əbu Nüvvasın, Mü­ərrinin mə­nəvi varisləri üçün də əlçatmaz ucalıq sayı­lır.
Müasir ərəb ədəbiyyatı­nın tanın­mış nüma­yən­də­lərindən biri Əli Əb­dül­hüseyn Sə­fər Kər­bəlayi ilə bizim gəlişimizə təşkil olunmuş ədəbi məclisdə tanış olduq. Müasir ərəb ədəbiyyatından, onun ayrı-ayrı cə­rəyanlarından söh­bət edən­dən sonra, mövzumuz Füzuli nöq­təsində dayandı... O, Füzuli nəslinin Kər­kük­dən Hillə­yə gəldiyini və şairin burada doğulub təhsil aldı­ğı­nı bildirdi.
Söh­bət əsnasında o da məlum oldu ki, 1979-cu ildə Səddam rejimi döv­rün­də bu bö­yük şairin məza­rı üs­tün­dəki gün­bəz dağı­dı­lıb. İmam Hüseyn məq­bə­rəsinin "Qiblə qapı­sı"ndan təqribən 200 metr aralıda yerlə­şən həmin gün­bəz­də Füzuli ilə yanaşı, Də­də Bəktaşinin də məza­rı olub. Gün­bəz sö­kü­lüb və üs­tün­də hovuz tikilib. Füzulinin də, Də­də Bəktaşinin də nəşi elə bu hovuzun altında qalıb. Məlum oldu ki, Füzulinin İmam Hüseyn məq­bə­rəsində və ya onun məza­rı­nın kandarında dəfn olunması söh­bəti ədəbi şaiyə­dən başqa bir şey deyilmiş. Bir daha təkrar edirik: Şairin və alimin nəşi­nə toxunmayıblar. Həm Füzulinin, həm də Də­də Bəktaşinin sü­mük­ləri həmin hovuzun altında qalıb.

* * *

Kər­bəla­nın kü­çə­ləri dünyanın dörd bir yanından gə­lən müsafirlərin səs­ləri­nə alı­şıb. Adamlar kimi kü­çə­lər də, evlər də bir-birinə qı­sı­lıb çiyin -çiyinə, nə­fəs-nə­fəs yaşayır.
Şə­hərin kü­çə­lərində maşına rast gəl­mək müm­kün deyil. Onları burada balaca arabalar əvəz edir.
Sivilizasiyanın çiçək­ləndiyi yerlər­dən gə­lən, dincliyi məh­vərindən çıx­mış insanlar mü­vəq­qəti olsa da, Kər­bəla­nın qocaman kü­çə­lərində mə­nəvi rahatlıq tapır. Adamlar saat əq­rəbi kimi bü­tün gü­nü mü­qəd­dəs yerlərin başına dolanır. Amma bu başqa zamanın səmtinə istiqamət­lənib. Insanın özü­nə tə­rəf gəlişi səmtinə. Elə bil, bu məh­vər adamın yadına ilkinliyi, əzəli başlanğıca dö­nü­şü xatırladır.

* * *

Kər­bəlaya - Füzulinin üz qoyduğu torpağa, söz­süz ki, öz bilgilərimizlə gəlmişik. Amma gör­dük­lərimiz və eşitdiklərimiz bizi tamamilə başqa bir məx­rə­cə çəkdi. Anladıq ki, Füzuli haqqında deyilən­lər və söy­lə­nən­lərin çoxu reallıqdan uzaqdır.
Mə­həm­məd Mehdi Bayat sübh tezdən bizi Füzulinin dəfn olunduğu yerə apardı. Bir-birinə paralel olan qoşa yolun başlanğı­cında dəmir çə­pərin arasında bö­yük hovuz vardı. Hovuzun içində bir neçə metr hün­dür­lü­yün­də 3 yelkənli qayıq maketi (və ya abidəsi) qoyulub. Guya, Nuhun gəmisidir.
- Bax, Füzulinin əsl məza­rı burdaydı, - deyə Mə­həm­məd bəy bizə hovuzu gös­tərir, - 1979-cu ilə qə­dər burada göy qüb­bəli gün­bəz var idi. Həmin məq­bə­rənin içində dəfn olunmuşdu Füzuli, yanında da Də­də Bektaşinin məza­rı vardı. Yaxşı xatırlayıram, o məq­bə­rənin həm kiliddarı, həm də qulluqçusu Niyaz adlı şəxsdi. O da əs­lən bolqar tür­küy­dü.
1979-cu ildə məq­bə­rənin sö­kül­məsini özüm öz göz­lərimlə gör­mü­şəm. Gün­bəz uçuruldu, məq­bə­rə sö­kül­dü və qəbirlər qaldı yerində. Hamarlayıb üs­tün­də bu hovuzu tikdilər.
Sonra mə­sə­lə­yə Türkiyə höku­məti qarış­dı. Səddam iqtidarı çar-naçar, göz­dən pər­də asmaq üçün 15 metr aralıda - iki yolun arasındakı ağaclıqda, bir başdaşı dü­zəldib qoydurdu və üs­tü­nə də yazdılar ki, bəs Füzuli burda dəfn olunub. Əl­bət­tə, yalandan.
Bü­tün bu məqamları lentə kö­çü­rü­rük.
Və göz­lənilmə­dən Mə­həm­məd bəy bir maraqlı məlumat da verir:
- Kər­kük­dən 80 km aralıda Qaranaz kö­yün­də yaşayan "Bayat" əşi­rəti (tayfa - Z.S.) hamı­sı öz­lərini Füzulinin qohum-əqrabası hesab edirlər. Kər­kük şə­hərinin özün­də bö­yük şairin əmizadaları çoxdu... Onları "Qaryağdı" əşi­rəti kimi tanı­yırlar. İnşallah, gedərik Kər­kü­kə, mən onlarla sizi tanış edə­rəm.

* * *

Ucaldın qəbrim, ey bidərd­lər, səngi-məla­mət­dən
Ki məlum ola dərd əhlinə qəbrim ol əla­mət­dən.


Məza­rım üz­rə qoymayın mil əgər kuyində can versəm,
Qoyun bir sayə düş­sün qəbrimə ol sərv qamət­dən.

Beləliklə, Kər­bəla torpağında məza­rı dağı­lıb, gorgahı qalan şairin daha bir guşəsini tanıt­dı Mə­həm­məd Bayat.
Dünyanın hər yerindən, o cüm­lə­dən Azərbaycandan gə­lən hər bir zəvvar, sövq-təbii olaraq, "Qiblə" qapı­sından keçər-keçməz Füzulinin adı­nı qoruyan mü­qəd­dəs guşə­də ayaq saxlamalı olur. Bü­tün ruhu gecə-gün­düz göy­lə­rə ünvanlanan duaların himayəsində olan bö­yük şairi ehtiramla yad edirlər.

* * *

Kər­bəlaya axşam dü­şür... Sabah sübh tezdən Bağdada qayı­dıb, oradan Kər­kük elləri­nə gedə­cəyik.Elə bu ovqatla Kər­bəlada qalacağı­mız sonuncu gecəni qarşıla­yı­rıq.
"Yəqin, bu da bizim şəbi-hicranı­mız­dı", - dü­şü­nü­rük.

TİTR: P.S.
(Gö­rü­nür, veriliş üçün nə­zər­də tutmuşam)
- Kər­bəla­nın mahiyyətində su rəmzi var. Bir neçə gün ön­cə Fərat kör­pü­sün­dən ötüb o mü­qəd­dəs məkana gedən­də bu həqi­qət bizə su kimi aydın idi. Bizdən olsaydı, İra­qın 2-ci nə­həng çayına biganə qalmazdıq.
Amma "eşq qapı­sı"ndan qayıdanda, elə bil, bəxt üzü­mü­zə gül­dü. Məna­sız və yersiz qadağalar ilğım kimi çəkilmişdi. Für­sət­dən yararlanıb, ayaq saxladıq.
- Bir vaxtlar Fərat Kər­bəla şə­hərinin içindən axıb keçirmiş. Sonralar məcrası­nı dəyişdiriblər. İndi Fərat Bağdadla Kər­bəla arasından su sər­hədi kimi axıb keçir. "Müsi­bət yeri"ylə arasında 35 km məsa­fə var.

* * *

Dünyada hər şey dəyişir. Çaylar məcrası­nı, yollar səmtini...
İnsanlar, tayfalar, xalqlar isə taleyini və tarixini...
Elə bu dəyi­şən rəng­lərin, məcraların, səmt­lərin, talelərin və tarixin sorağıyla Kər­kük elləri­nə üz tutduq.


(Ardı var)