Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

SƏ­NƏT MƏ­BƏ­Dİ­MİZ
Xro­ni­ka


İslam SADIQ


UILYAM SOMERSET MOEM
SADİQ ARVAD
Üç pər­dəli komediya


Əlihəsən ŞİRVANLI


Şakir XANHÜSEYNLİ


Mubariz CƏFƏRLİ
ƏL
Povest


Ay NUR


Xatirə SADIQOVA


FƏRİD


Faiq HÜSEYNBƏYLİ


Kəramət BÖYÜKÇÖL


Sahib ASLANZADƏ


MƏMMƏD İSMAYILIN BƏXTİNƏ DÜŞƏN GÜN...
Yaxud: budağında quş yuvası bir ağac...


«QƏ­ZƏL DE Kİ...»


Şandor PETEFİ


Zakir SADATLI
GÜNDOĞANDAN GÜNBATANA
I yazı


Uğurlu FƏXRI
NƏSRİN POETİK AXTARIŞLARI


Xatirə QULİYEVA
DÜNYA MAARİFÇİ ƏDƏBİ ESTETİK FİKRİNİN ƏSAS PRİNSİPLƏRİ


Bəsirə ƏZIZƏLIYEVA
LİVANIN DANIŞAN DİLİ
(Əmin Ər-Reyhani və Mixail Nüaymə C.X.Cibran haqqında


Sədaqət HƏSƏNOVA
MİKAYIL MÜŞFİQ və ƏDƏBİ DİLİMİZ


AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİ - 75
 

SƏ­NƏT MƏ­BƏ­Dİ­MİZ
Xro­ni­ka


 

Bu ya­zı­nı qə­lə­mə alan­da fik­rim mə­ni iyir­mi dörd il əv­və­lə-1985-ci ilin bir pa­yız gü­nü­nə apar­dı. Hə­min gün SSRİ Ya­zı­çı­lar İt­ti­fa­qı­nın üzv­lük bi­le­ti­ni əli­mə al­mış­dım. Se­vin­ci­min həd­di-hü­du­du yox idi. Özü­mü xoş­bəxt hiss edir­dim. İn­di o vaxt­dan il­lər ke­çib. Göz­lə­ri­mi­zin qar­şı­sın­da dün­ya­ya mey­dan oxu­yan bö­yük bir im­pe­ri­ya-SSRİ da­ğıl­dı. Azər­bay­can ya­zı­çı­la­rı­nın çox­dan ar­zu­la­dıq­la­rı müs­tə­qil­lik ide­ya­sı xə­yal­lar­dan hə­qi­qə­tə dön­dü. Və­tə­ni­miz və döv­lə­ti­miz ki­mi Azər­bay­can Ya­zı­çı­lar İt­ti­fa­qı da müs­tə­qil ol­du, azad bir təş­ki­la­ta çev­ril­di, az son­ra bu təş­ki­lat Azər­bay­can Ya­zı­çı­lar Bir­li­yi ki­mi fəa­liy­yə­ti­ni da­vam et­dir­di. Bu il bu sə­nət mə­bə­di­mi­zin-Ya­zı­çı­lar Bir­li­yi­nin tə­sis edil­mə­sin­dən 75 il ke­çir. ­Söh­bə­ti­mə Bir­li­yin ya­ran­ma­sı­nın bi­rin­ci gü­nün­dən-13 iyun 1934-cü il­dən də baş­la­ya bi­lər­dim. Am­ma onun ya­ran­ma­sı bir­cə gü­nün işi ol­ma­yıb, ona gö­rə də bir az qə­dim­dən baş­la­yıb ça­ğı­mı­za gəl­mək is­tər­dim. Mə­nim fik­rim­cə, Azər­bay­can Ya­zı­çı­lar Bir­li­yi­nin ta­ri­xi müəy­yən mə­na­da elə XX əsr Azər­bay­can ədə­biy­ya­tı­nın ta­ri­xi de­mək­dir...


Sə­nət adam­la­rı­nın, xü­su­si­lə şair­lə­rin, ədib və ya­zı­çı­la­rın bir ara­ya top­lan­ma­sı, ədə­bi məc­lis­lər təş­kil et­mə­si­nin ta­ri­xi çox qə­dim­dir. Gö­rüb-gö­tür­mək, bir-bi­rin­dən öy­rən­mək, fi­kir bir­li­yi­nə na­il ol­maq ba­xı­mın­dan bu məc­lis­lə­rin çox bö­yük əhə­miy­yə­ti ol­muş­dur. Ədə­bi məc­li­sə o adam­lar top­laş­mış­lar ki, on­la­rın dün­ya­gö­rü­şü, ya­ra­dı­cı­lıq is­ti­qa­mə­ti, bə­dii zöv­qü bir-bi­ri­nə ya­xın ol­muş­dur. Dün­ya ədə­biy­ya­tı ta­ri­xin­dən bu­na aid xey­li mi­sal­lar gə­tir­mək olar. Be­lə ki, hə­lə era­mız­dan əv­vəl I əsrdə -Ro­ma mə­də­niy­yə­ti­nin "qı­zıl döv­rü"n­də Ver­gi­li, Ho­rat­si, Pro­per­si ki­mi ta­nın­mış ya­zı­çı­la­rı bir­ləş­di­rən ədə­bi dər­nək möv­cud ol­muş­dur. Or­ta əsr­lər­də Av­ro­pa­da bu tip­li ədə­bi bir­lik­lər fəa­liy­yət gös­tər­miş, bu bir­lik­lər "sa­lon", "lo­ja", "aka­de­mi­ya" və s. ad­lar da­şı­mış­dır. Fran­sa­da ən çox məş­hur olan "Par­nas" ədə­bi qru­pu bö­yük şöh­rət qa­zan­mış­dı (Bu haq­da ən qı­sa və yığ­cam mə­lu­ma­tı "Ədə­biy­yat­şü­nas­lıq ter­min­lə­ri lü­ğə­ti"n­dən tut­muş xa­ri­ci öl­kə ədə­biy­yat­la­rı­nın ta­ri­xi­ni əks et­di­rən ki­tab­lar­da ge­niş mə­lu­mat ala bi­lər­si­niz). Bi­zə ya­xın olan Ru­si­ya­da isə XVII-XIX əsr­lər­də "Ədə­biy­yat, elm və in­cə­sə­nət hə­vəs­kar­la­rı­nın azad cə­miy­yə­ti", "Ar­za­mas" ki­mi bir­lik­lər­də Ra­diş­şev, Ju­kovs­ki, Puş­kin ki­mi klas­sik­lər ye­tiş­miş­dir. Azər­bay­can­da isə bu ənə­nə­nin əsa­sı hə­lə or­ta əsr­lər­də - XII əsrdə Şir­van­şah­lar və El­də­giz­lər sa­ra­yın­da qo­yu­lub. Bu haq­da söz açan təd­qi­qat­çı­lar ya­zır­lar ki, Şir­van­şah­lar sa­ra­yın­da o döv­rün bir çox qüd­rət­li sə­nət­kar­la­rı- Xa­qa­ni, Əbü­lü­la Gən­cə­vi, Fə­lə­ki Şir­va­ni bir ədə­bi məc­lis qur­muş­du­lar. Əbü­lü­la Gən­cə­vi sa­ray­da ya­şa­yan bu şair­lə­rin mə­li­küş-şüə­ra­sı (in­di­ki an­lam­da-baş­çı­sı) idi.
­Ə­də­biy­yat ta­rix­çi­lə­ri­miz sa­ray ədə­biy­ya­tın­dan söz açar­kən bir­mə­na­lı şə­kil­də onu ha­kim feo­dal-ru­ha­ni gö­rüş­lə­ri­ni təb­liğ edən bir ədə­biy­yat ki­mi qə­lə­mə ver­miş­lər. Mə­li­küş-şüə­ra baş­da ol­maq­la sa­ray şair­lə­ri, əsa­sən, xid­mə­tin­də dur­duq­la­rı şah­la­rı mədh edir, hə­min şah­la­rın hə­ya­tı­nı, apar­dı­ğı mü­ha­ri­bə­lə­ri vəsf edir, tə­rən­nüm və tə­rif ya­rı­şın­da bir-bi­ri­ni öt­mə­yə ça­lı­şır­dı­lar. Bu­nu biz XII əs­rin ən qüd­rət­li söz us­ta­sı olan Xa­qa­ni­nin ya­ra­dı­cı­lı­ğın­da da iz­lə­yə bi­lə­rik. Be­lə ki, Xa­qa­ni sa­ray­da ya­şa­yar­kən Şir­van­şah Mə­nu­çöh­rü tə­rif­lə­yən xey­li məd­hiy­yə­lər qə­lə­mə al­mış­dı. An­caq sa­ray ədə­biy­ya­tı­nı qiy­mət­lən­di­rər­kən onu tək­cə məd­hiy­yə ədə­biy­ya­tı ki­mi sə­ciy­yə­lən­dir­mək doğ­ru ol­maz­dı. Sa­ray şair­lə­ri həm də döv­rün poe­zi­ya­sı­nı ya­rat­maq­da bö­yük rol oy­na­mış­lar - Azər­bay­can ədə­biy­ya­tın­da dün­yə­vi və di­ni mo­tiv­lər, fəl­sə­fi şe­ir sa­ray ədə­biy­ya­tı­nın da əsas is­ti­qa­mə­ti­ni təş­kil et­miş­dir. Bu mə­na­da sa­ray­da ya­şa­yan Xa­qa­ni ilə sa­ray­da ya­şa­ma­yan Ni­za­mi poe­tik sə­nət­kar­lıq ba­xı­mın­dan əsl hü­nər sa­hi­bi ol­muş­lar. De­mək is­tə­yi­rəm ki, ədə­biy­yat ta­ri­xi­ni təd­qiq edər­kən "bu, sa­ray ədə­biy­ya­tı", "bu, xalq ədə­biy­ya­tı­dır" ki­mi ste­reo­tip­dən ya­xa qur­tar­maq vax­tı gə­lib ça­tıb.
Söz adam­la­rı­nın ədə­bi məc­lis­lər şək­lin­də bir­li­yi­nə son­ra­kı əsr­lər­də də rast gə­li­rik. Biz Fü­zu­li­nin us­ta­dı ki­mi xa­tır­la­nan Hə­bi­bi­ni XV əsrdə Şah İs­ma­yıl Xə­ta­i­nin, Sa­ib Təb­ri­zi­ni XVII əsrdə II Şah Ab­ba­sın, beş dil bi­lən Mir­zə Nəs­rul­lah Ba­ha­rı XIX əsrdə Nəs­rəd­din şa­hın, İra­nın qüd­rət­li şai­ri Mə­həm­məd­ta­ğı Ba­ha­rı Pəh­lə­vi­lə­rin sa­ra­yın­da Mə­li­küş-şüə­ra rüt­bə­sin­də gö­rü­rük. O da mə­lum­dur ki, Xa­qa­ni, onun­la bir əsrdə ya­şa­yan Fə­lə­ki, XX əsrdə isə Mə­həm­məd­ta­ğı Ba­har sa­ray­dan üz dön­dər­miş­lər, şah­la­rın qə­zə­bi­nə dü­çar olan bu şair­lər ruh­la­rı­na yad olan o mə­ka­na bir da­ha qa­yıt­ma­mış­lar. An­caq fakt bu­ra­sın­da­dır ki, on­lar bö­yük bir mis­si­ya­nın - ədə­bi bir­lik­lə­rin ya­ran­ma­sın­da mü­hüm rol oy­na­mış­lar.
Ə­də­bi məc­lis­lər bir çox hal­lar­da həm də ədə­bi mək­təb­lə­rə çev­ril­miş­dir. "On­lar­la is­te­dad­lı şair­lər hə­min ədə­bi mək­təb­lər­də ye­tiş­miş, ilk şeir­lə­ri­ni bu məc­lis­lər­də oxu­muş­lar. Məc­li­sin ba­şın­da du­ran us­tad şa­ir gənc is­te­dad­la­rın qay­ğı­sı­na qa­lır, müəy­yən şe­ir for­ma­la­rı­nın ya­ran­ma­sın­da on­la­ra is­ti­qa­mət ve­rir, ara­la­rın­da, bir növ, ya­rış təş­kil edir­di. Bu­nun üçün o, klas­sik şair­lə­rin məş­hur qə­zə­li­nə nə­zi­rə, təx­mis yaz­ma­ğı on­la­ra tap­şı­rır və məc­li­sin yı­ğın­caq­la­rın­da oxut­du­rub qiy­mət ve­rir­di" (Hə­mid Məm­məd­za­də).
Ə­də­bi məc­lis­lə­rin da­ha gur, qız­ğın döv­rü XIX əsr­dir. XIX əsr Azər­bay­can ədə­biy­ya­tı ta­ri­xin­də iki fərq­li, bir-bi­ri­nə mü­xa­lif olan zövq­lə­rin, dün­ya­gö­rüş­lə­rin, ədə­bi plat­for­ma­la­rın üz-üzə gəl­di­yi dövr­dür. Hə­min dövr­də klas­sik poe­zi­ya­nın-Fü­zu­li "əsa­rə­ti"­nin hə­lə bit­mə­di­yi bir hə­qi­qət idi ("Şair­lər, ədib­lər Fü­zu­li­ni öt­mə­yə de­yil, bəl­kə, ona ye­tiş­mə­yə və var qüv­və­lə­ri ilə öz əsər­lə­ri­ni Fü­zu­li­nin əsər­lə­ri­nə bən­zət­mə­yə və, be­lə­lik­lə, ədə­biy­ya­tı qı­rıl­dı­ğı nöq­tə­yə var­dır­ma­ğa ça­lı­şır­dı­lar. Be­lə­lik­lə, azə­ri ədə­biy­ya­tı öz ori­ji­nal mən­li­yi­ni itir­miş və Fü­zu­li­nin ar­dın­ca qoş­ma­ğa baş­la­mış­dı... Ədə­biy­yat... həl­qə­vi bir ge­diş­lə Fü­zu­li­nin ba­şı­na hər­lə­nir, ha­ra­ya get­di­yi­ni özü də bil­mir­di”. Cə­fər Cab­bar­lı), di­gər tə­rəf­dən, rea­liz­min, maa­rif­çi­lik xət­ti­nin ədə­biy­yat­da təd­ri­cən üs­tün möv­qe nü­ma­yiş et­dir­mə­si də diq­qə­ti cəlb edir­di.
XIX əsrdə ya­ra­nan və ədə­bi pro­se­si di­na­mik ha­la gə­ti­rən məc­lis­lər, əsa­sən, or­ta əsr­lər­də­ki klas­sik şe­ir məc­lis­lə­ri­ni xa­tır­lat­sa da, bu­ra­da fərq­li mə­qam­lar da diq­qət­dən ya­yın­mır. Ədə­bi məc­lis­lər­də tək­cə şe­ir mü­za­ki­rə­si ke­çi­ril­mir, həm də döv­rün, za­ma­nın ye­ni meyil və ten­den­si­ya­la­rı­nın da ifa­də­si öz ək­si­ni ta­pır­dı. Bu məc­lis­lə­rin özü də ədə­biy­yat­da maa­rif­çi­lik xət­ti­nin bir tə­za­hü­rü idi. Azər­bay­ca­nın ay­rı-ay­rı böl­gə­lə­rin­də ya­ra­nan bu ədə­bi məc­lis­lər va­hid ədə­bi pro­se­sin ay­rı-ay­rı şa­xə­lə­ri ki­mi bir-bi­ri­lə sıx bağ­lı idi­lər, məc­lis­lər ara­sın­da mək­tub­laş­ma­lar ge­dir­di, bir məc­lis üz­vü­nün di­gər bir məc­lis­də iş­ti­rak et­mə­si də tə­bii hal idi. Ən baş­lı­ca­sı isə, məc­lis­lə­rin ədə­bi zövq dai­rə­si, ye­ni­li­yi qiy­mət­lən­dir­mək duy­ğu­su bir-bi­ri­lə çul­ğa­şır­dı.
"Di­va­ni-hik­mət" ("Hik­mət evi") ədə­bi məc­li­si 1820-1830-cu il­lər­də Gən­cə­də, Mir­zə Şə­fi Va­zeh tə­rə­fin­dən təş­kil edil­miş­di. Kim­lər idi məc­lis üzv­lə­ri? M.Ş.Va­zeh, A.­Ba­kı­xa­nov-Qüd­si, M.F.A­xun­dov, Mir­zə Meh­di Na­ci, İb­ra­him Qüd­si, Ağa İs­ma­yıl Zə­bih, Fa­zil xan Şey­da və bir də qey­ri mil­lət­dən olan İ.İ.Q­ri­qor­yev, X.A­bov­yan, Q.Ro­zen, L.Bu­da­qov və F.Bo­denş­tedt. "Di­va­ni-hik­mət" Tif­lis­də Mir­zə Şə­fi­nin (1852), Gən­cə­də isə Mir­zə Meh­di Na­ci­nin və­fa­tı­na ki­mi (1882) fəa­liy­yə­ti­ni da­vam et­dir­miş­dir. (Bə­ri baş­dan qeyd edim ki, XIX əsrdə ya­ra­nan ədə­bi məc­lis­lər haq­qın­da mə­lu­ma­tı biz "Poe­tik məc­lis­lər" (top­la­ya­nı və tər­tib edə­ni Nəs­rəd­din Qa­ra­yev, Ba­kı, 1987) ki­ta­bın­dan gö­tür­mü­şük). İkin­ci be­lə bir məc­lis ("Gü­lüs­tan") 1835-ci il­də- Qu­ba­da təş­kil edil­miş­di. Ora­da A.­Ba­kı­xa­nov və onun ya­xın dost­la­rı (Mir­zə Möh­sün Xə­ya­li, Xı­na­lıq­lı Əmin, Ha­cı Qu­ba­lı, Sə­di Xal­ta­ni iş­ti­rak edir­di­lər. 1838-ci il­də Nax­çı­van­da "Ən­cü­mə­nüş-şüə­ra" ("Şair­lər yı­ğın­ca­ğı") , 1850-ci il­də Lən­kə­ran­da "Föv­cül-fü­sə­ha" ("Na­tiq­lər yı­ğın­ca­ğı"), 1867-ci il­də Şa­ma­xı­da "Bey­tüs-Sə­fa" ("Sə­fa evi"), 1864-cü il­də Şu­şa­da "Məc­li­si-üns" ("Dost­luq məc­li­si"), 1872-ci il­də ye­nə Şu­şa­da "Məc­li­si-fə­ra­mu­şan" ("Unu­dul­muş­la­rın məc­li­si"), 1880-ci il­lər­də Ba­kı­da "Məc­məüş-şüə­ra" ("Şair­lər yı­ğın­ca­ğı") ədə­bi məc­lis­lə­ri fəa­liy­yət gös­tə­rib. Bun­dan baş­qa, Şə­ki, Qa­zax, Ağ­daş, Dər­bənd, İrə­van, Təb­riz, Ər­də­bil ki­mi şə­hər­lər­də ya­ra­nan ki­çik ədə­bi məc­lis­lər də ol­muş­dur. Ad­la­rı­nı çək­di­yim bu ədə­bi məc­lis­lə­rin ba­şın­da Azər­bay­can ədə­biy­ya­tı­nın ta­nın­mış nü­ma­yən­də­lə­ri du­rur­du, Nax­çı­van­da M.S.Or­du­ba­di­nin ata­sı Ha­ca­ğa Fə­qir, Lən­kə­ran­da Mir­zə İs­ma­yıl Qa­sir, Şa­ma­xı­da Se­yid Əzim Şir­va­ni, Qa­ra­bağ­da X.B.Na­tə­van və Mir Möh­sün Nəv­vab, Ba­kı­da Mə­həm­mə­da­ğa Cür­mi ki­fa­yət qə­dər ta­nın­mış ədə­bi si­ma­lar idi.
Ə­də­bi məc­lis ənə­nə­si XX əs­rin əv­vəl­lə­rin­də də da­vam edir. Fi­kir və əqi­də­cə, ədə­bi zövq və dün­ya­gö­rü­şü eti­ba­ri­lə bir-bi­ri­nə ya­xın olan ya­zı­çı­lar dər­nək­lər­də, cə­miy­yət­lər­də, ya­xud nü­fuz­lu bir ədə­bi dər­gi ət­ra­fın­da bir­lə­şir­di­lər. Bu mə­na­da biz, il­kin ola­raq, XX əs­rin əv­vəl­lə­rin­də döv­rün ic­ti­mai-ədəbi-mə­də­ni ha­di­sə­lə­rin­dən bi­ri ki­mi "Mol­la Nəs­rəd­din" məc­muə­si­nin adı­nı çə­kə bi­lə­rik. Təd­qi­qat­çı­lar haq­lı ola­raq "Mol­la Nəs­rəd­din" ədə­bi mək­tə­bi ifa­də­si­ni iş­lə­dir­lər: Mir­zə Cə­lil, Sa­bir, Ömər Fa­iq Ne­man­za­də, Haq­ver­di­yev, Qəm­kü­sar, Ü.­Ha­cı­bəy­li, Yu­sif Və­zir, Əli Nəz­mi, Mir­zə Əli Mö­cüz, M.S.Or­du­ba­di, Əli Ra­zi, Sal­man Müm­taz, Bay­ra­mə­li Ab­bas­za­də, Cə­fər Cab­bar­lı, Sə­məd Mən­sur, Əlab­bas Müz­nib bir amal uğ­run­da mü­ba­ri­zə apa­rır­dı­lar. Mir­zə Cə­lil mə­qa­lə­lə­ri­nin bi­rin­də yaz­mış­dı: "Dün­ya və aləm də­yi­şil­di, mə­na­lar öz­gə tə­bir əxz elə­di, yə­ni, bi­zim dil­cə söy­lə­sək, o şey­lər ki, əsl mə­na­la­rı­nı itir­miş­di, qa­yı­dıb əs­li­ni tap­dı, in­na lil­la­hi və in­na iley­hi ra­ciun; am­ma bu­na ha­mı qa­il ol­du ki, və­tən, və­tən, və­tən, dil, dil, dil, mil­lət, mil­lət, mil­lət!.. Də­xi bu dai­rə­lər­dən kə­nar bə­ni-noi-bə­şər üçün ni­cat yo­lu yox­dur". Və­tən, Dil və Mil­lət an­la­yış­la­rı mol­la­nəs­rəd­din­çi­lər üçün bü­tün ya­ra­dı­cı­lıq­la­rı bo­yu də­yiş­məz möv­qe, ədə­bi me­yar ol­muş­dur. So­vet döv­rün­də təd­qi­qat­çı­lar ideo­lo­ji as­pek­ti əsas gö­tü­rə­rək "Füyu­zat" jur­na­lı ət­ra­fın­da top­la­şan ədib­lə­ri mol­la­nəs­rəd­din­çi­lə­rə qar­şı qoy­muş­lar. Bu gü­nün me­yar­la­rı ilə ya­naş­dıq­da, mol­la­nəs­rəd­din­çi­lər­lə fyu­zat­çı­lar ara­sın­da heç də kəs­kin ideo­lo­ji tə­zad­lar ol­ma­mış­dır, yal­nız müəy­yən mə­sə­lə­lə­rə mü­na­si­bət­də fi­kir ay­rı­lıq­la­rı olub ki, bu da tə­bii idi, ədə­bi mü­ba­ri­zə düş­mən­çi­li­yə apa­rıb çı­xar­ma­mış­dır. Xü­su­si­lə, dil mə­sə­lə­sin­də on­la­rın fi­kir­lə­ri bir-bi­ri­lə zid­diy­yət təş­kil edir­di və bu da məhz ədə­bi mü­ba­ri­zə ki­mi diq­qə­ti cəlb edir­di. Gör­kəm­li ədə­biy­yat­şü­nas Ka­mal Ta­lıb­za­də "XX əsr Azər­bay­can tən­qi­di" mo­noq­ra­fi­ya­sın­da ay­rı-ay­rı mət­buat or­qan­la­rın­da bu ədə­bi mü­ba­ri­zə­lə­ri ge­niş işıq­lan­dı­rır. Ümu­miy­yət­lə,XX əs­rin əv­vəl­lə­ri ədə­bi pro­se­sin mü­rək­kəb­li­yi ilə se­çi­lir­di və bu da, ilk növ­bə­də, ya­zı­çı­la­rın müx­tə­lif ədə­bi qüv­və­lə­rə bö­lün­mə­si ilə diq­qə­ti cəlb edir­di. Ka­mal Ta­lıb­za­də hə­min mo­noq­ra­fi­ya­sın­da ya­zır ki, ədə­bi qüv­və­lər yal­nız ki­çik cə­miy­yət, dər­nək və məc­lis­lər­də bir­lə­şir­di­lər. Gən­cə­də "Ədə­biy­yat və sə­na­ye­yi-nə­fi­sə cə­miy­yə­ti" ya­ra­dıl­mış­dı, Ab­bas Səh­hət Şa­ma­xı­da ki­çik bir ədə­bi məc­lis təş­kil et­miş­di, be­lə bir məc­lis Ba­kı­da da fəa­liy­yət gös­tə­rir­di və hər üç məc­lis­də "əs­ki və ye­ni ədə­biy­yat" mə­sə­lə­si da­ha çox mü­za­ki­rə ob­yek­ti­nə çev­ri­lir­di. Bu sı­ra­da N.Nə­ri­ma­no­vun təş­kil et­di­yi "Tən­qid ge­cə­lə­ri" ədə­biy­yat dər­nə­yi­nin də adı­nı çək­mək olar.
1917-1920-ci il­lər isə Azər­bay­ca­nın, xü­su­si­lə Ba­kı­nın, ən çə­tin, mü­rək­kəb, qat­ma­qa­rı­şıq bir döv­rü idi. Öl­kə­də baş ve­rən ha­di­sə və olay­lar bə­dii söz sə­nə­tin­dən də yan keç­mir­di. Bir tə­rəf­dən bol­şe­viz­min şüur­la­ra ha­kim kə­sil­mə­si, di­gər tə­rəf­dən, mil­li is­tiq­lal hə­rə­ka­tı...Rüs­vay­çı­lı­ğa məh­kum olun­muş Ba­kı Kom­mu­na­sı ...son­ra Azər­bay­can De­mok­ra­tik Res­pub­li­ka­sı. Er­mə­ni­lə­rin küt­lə­vi qır­ğın tö­rət­mə­lə­ri... Nə­ha­yət, qəsb­kar Qı­zıl Or­du­nun Ba­kı­ya da­xil ol­ma­sı. Am­ma be­lə çə­tin və mü­rək­kəb şə­rait­də də ya­zı­çı­lar bir ara­ya gə­lə bi­lir­di­lər. Hə­min il­lər­də bir qrup jur­na­list və ya­zı­çı "Qır­mı­zı qə­ləm cə­miy­yə­ti"n­də, bir qis­mi isə "Ədəb yur­du" və “Ya­şıl qə­ləm" dər­nək­lə­rin­də bir­ləş­di­lər. Adı çə­ki­lən dər­nək­lə­rə ta­nın­mış tən­qid­çi və mü­hər­rir Se­yid Hü­seyn rəh­bər­lik edir­di.
­A­zər­bay­can­da so­vet ha­ki­miy­yə­ti qu­rul­duq­dan son­ra təd­ri­cən ya­zı­çı­la­rın təş­ki­lat­lan­ma­sı pro­se­si baş­lan­dı. Mə­lum idi ki, bol­şe­vik ideo­lo­gi­ya­sı ye­ni qu­ru­lu­şun təb­liğ olun­ma­sın­da, ədə­biy­yat pro­se­sin ümump­ro­le­tar işi­nin tər­kib his­sə­si­nə çev­ril­mə­sin­də inad­lı idi. V.İ.­Le­nin hə­lə 1905-ci il­də yaz­mış­dı ki: "Ədə­biy­yat par­ti­ya­lı ol­ma­lı­dır. Rədd ol­sun bi­tə­rəf ədə­biy­yat­çı­lar! Ədə­biy­yat işi ümump­ro­le­tar işi­nin bir his­sə­si, bü­tün fəh­lə sin­fi­nin şüur­lu avan­qar­dı tə­rə­fin­dən hə­rə­kə­tə gə­ti­ri­lən va­hid, bö­yük so­sial-de­mok­rat me­xa­niz­mi­nin "tə­kər­ci­yi və vint­ci­yi" ol­ma­lı­dır". Bu si­ya­sət in­qi­la­bın ilk il­lə­rin­də Ru­si­ya­da və onun bol­şe­vik­ləş­dir­di­yi bü­tün res­pub­li­ka­lar­da hə­ya­ta ke­çi­ril­mə­yə baş­lan­dı. RK(b)P MK 18 iyul 1925-ci il­də "Bə­dii ədə­biy­yat sa­hə­sin­də par­ti­ya­nın si­ya­sə­ti haq­qın­da" qət­na­mə, bir ne­çə il son­ra isə ÜİK(b)P MK isə 23 ap­rel 1932-ci il ta­rix­li "Ədə­bi-bə­dii təş­ki­lat­la­rın ye­ni­dən qu­rul­ma­sı haq­qın­da" qə­rar qə­bul et­di. Bu qə­rar­dan son­ra Ru­si­ya­da VO­APP, RAPP, RAMP ad­lı ədə­bi-bə­dii təş­ki­lat­lar ara­dan qal­dı­rıl­dı, ədə­bi plü­ra­liz­mə son qo­yul­du. Ay­rı-ay­rı pə­ra­kən­də ədə­bi qrup­lar əvə­zi­nə va­hid təş­ki­lat - SSRİ Ya­zı­çı­lar İt­ti­fa­qı ya­ra­dıl­dı. Diq­qət ye­tir­sək, bu pro­ses di­gər so­vet res­pub­li­ka­la­rın­da da ey­ni şə­kil­də hə­ya­ta ke­çi­ri­lir­di.­Mə­sə­lən, Uk­ray­na­da, ke­çən əs­rin 20-ci il­lə­rin­də Vap­li­te (Pro­le­tar ədə­biy­ya­tı­nın azad aka­de­mi­ya­sı) ad­lı ədə­bi qru­pu ya­ra­dıl­mış­dı, bu qrup özü­nü pro­le­tar ədə­biy­ya­tı­nın təm­sil­çi­si he­sab edir­di. Da­ha son­ra Uk­ray­na­da "Pan­fu­tu­rist­lər cə­miy­yə­ti", "Kom­mun­kult­çu­lar", "Ye­ni nə­sil", "Pluq", "Mo­lodn­yak", "Qart", VUSPP qrup­la­rı fəa­liy­yə­tə baş­la­dı. Am­ma bü­tün bu qrup­laş­ma­la­ra 1934-cü il­də son qo­yul­du. Ey­ni pro­se­si Be­lo­ru­si­ya, Gür­cüs­tan, Qır­ğı­zıs­tan, Öz­bə­kis­tan, Qa­za­xıs­tan res­pub­li­ka­la­rı­nın ədə­bi hə­ya­tın­da da iz­lə­yə bi­lə­rik.
A­zər­bay­ca­na gəl­dik­də isə... gə­lin, bu pro­se­si xro­no­lo­ji şə­kil­də iz­lə­yək.
17 av­qust 1923. Bir qrup ya­zı­çı­nın bü­tün Azər­bay­can ya­zı­çı­la­rı­na mü­ra­ciə­ti çap olu­nur. Mü­ra­ciət­də ya­zı­çı­lar it­ti­fa­qı ya­rat­maq mə­sə­lə­si irə­li sü­rü­lür. Hə­min mü­ra­ciət­də de­yi­lir­di: "He­yə­ti-mü­tə­şəb­bü­sə"­nin sə­yi və fəa­liy­yə­ti sa­yə­sin­də ar­tıq "Türk ədib və şair­lər it­ti­fa­qı dər­nə­yi" tə­sis edil­miş, mə­ram­na­mə­si ya­zıl­mış, adı da "İl­dı­rım" qo­yul­muş­dur. İş bu mü­na­si­bət­lə bü­tün qə­ləm ar­ka­daş­la­rı­mı­za müj­də ve­rə­rək hə­min av­qust ayı­nın 18-ci gü­nü ax­şam sa­at 7-də "Da­rül­müəl­li­min" bi­na­sı­na təş­rif gə­ti­rə­rək mə­ram­na­mə­mi­zi göz­dən ke­çir­mə­lə­ri­ni ri­ca edi­rik".
30 mart 1925. "Ədə­biy­yat cə­miy­yə­ti" təş­kil edil­miş­dir. "Ədə­biy­yat cə­miy­yə­ti"­nin qa­yə­si "əs­ki və ye­ni Azər­bay­can ədə­biy­ya­tı­nı təd­qiq, xalq ədə­biy­ya­tı­nın yax­şı ənə­nə­lə­ri­ni müa­sir ədə­biy­ya­tı­mı­za gə­tir­mək, ədə­bi tən­qi­di ge­niş­lən­dir­mək, gənc ədə­bi qüv­və­lə­ri sə­nət və bə­diiy­ya­tın in­cə­lik­lə­ri ilə ta­nış et­mək, Şərq və Qərb ədə­biy­yat cə­miy­yət­lə­ri ilə dai­mi əla­qə sax­la­maq­dır".
De­kabr 1925. Gənc ya­zı­çı­lar "Kom­mu­nist" qə­ze­ti ət­ra­fın­da bir­lə­şə­rək "Gənc qı­zıl qə­ləm­lər cə­miy­yə­ti"­ni təş­kil edir­lər. "Gənc qı­zıl qə­ləm­lər" cə­miy­yə­ti­nin baş­lı­ca və­zi­fə­si fəh­lə və kənd­li­lə­rin zöv­qü­nə mü­va­fiq ədə­biy­yat ya­rat­maq idi.
30 no­yabr 1926. "Gənc qı­zıl qə­ləm­lər" təş­ki­la­tı "Ədə­biy­yat cə­miy­yə­ti"­ni sı­xış­dır­dı­ğın­dan və üs­tün möv­qe qa­zan­dı­ğın­dan bu iki təş­ki­la­tın müş­tə­rək ic­la­sın­da on­la­rın bir­ləş­di­ril­mə­si qə­ra­ra alın­dı. Hə­min gün­dən bu cə­miy­yət "Qı­zıl qə­ləm­lər it­ti­fa­qı" adı­nı da­şı­dı. Azər­bay­ca­nın bir sı­ra şə­hər­lə­rin­də-Nax­çı­van­da, Gən­cə­də, Şə­ki­də "Qı­zıl qə­ləm­lər it­ti­fa­qı"­nın şö­bə­lə­ri açıl­dı. 1927-ci il­dən "Maa­rif və mə­də­niy­yət" jur­na­lı "Qı­zıl qə­ləm­lər it­ti­fa­qı"­nın or­qa­nı ol­du.
Fev­ral 1927. Azər­bay­can KP Mər­kə­zi Ko­mi­tə­si­nin qə­ra­rı ilə res­pub­li­ka ədə­biy­yat təş­ki­lat­la­rı "Qı­zıl qə­ləm­lər" ədə­biy­yat cə­miy­yə­tin­də bir­ləş­di­ri­lir. "Qı­zıl qə­ləm­lər" ədə­biy­yat cə­miy­yə­ti he­yə­ti­nə R.A­xun­dov, M.Qu­li­yev, T.Hü­sey­nov (sədr), Ə.İb­ra­hi­mov, H.Nə­zər­li, S.Rüs­təm (ka­tib) se­çi­lir­lər.


13-16 yan­var 1928. Azər­bay­can pro­le­tar ya­zı­çı­la­rı­nın I qu­rul­ta­yı ke­çi­ri­lir. S.Rüs­təm, M.Yu­rin və T.Hü­sey­nov qu­rul­tay­da mə­ru­zə et­miş­lər. Qu­rul­tay­dan son­ra Azər­bay­can Pro­le­tar Ya­zı­çı­la­rı Cə­miy­yə­ti (APYC) rəs­mi fəa­liy­yə­tə baş­la­yır. Bə­zi nöq­san­la­rı­na bax­ma­ya­raq, bu cə­miy­yət yaş­lı və gənc ya­zar­la­rı öz ət­ra­fı­na top­la­ya bi­lir.
20-27 okt­yabr 1929. Azər­bay­can pro­le­tar ya­zı­çı­la­rı­nın II qu­rul­ta­yı ke­çi­ri­lir. Qu­rul­tay be­şil­lik plan ilə əla­qə­dar ola­raq ya­zı­çı­la­rın üzə­ri­nə dü­şən və­zi­fə­lə­ri mü­za­ki­rə edir, ədə­biy­yat­da əmə­lə gə­lən bə­zi zə­rər­li tə­ma­yül­lər­lə mü­ba­ri­zə mə­sə­lə­si də mü­za­ki­rə hə­də­fi­nə çev­ri­lir. Qər­bi Av­ro­pa ya­zı­çı­la­rı: Bel­la İl­leş, İo­han­nes Be­xer, Ma­te Zal­ka, Lüd­viq Renn də qu­rul­ta­yın işin­də iş­ti­rak edir­lər.
O­tu­zun­cu il­lər­dən baş­la­ya­raq, SSRİ-nin hər bir res­pub­li­ka­sın­da Pro­le­tar Ya­zı­çı­la­rı Cə­miy­yə­ti­nin ye­ni­dən qu­rul­ma­sı və onu bü­tün­lük­lə so­sia­lizm ədə­biy­ya­tı rel­si­nə ke­çir­mək üçün mü­hüm iş­lər gö­rü­lür. "Ədə­bi-bə­dii təş­ki­lat­la­rın ye­ni­dən qu­rul­ma­sı haq­qın­da" qə­rar­dan (1932) son­ra bü­tün res­pub­li­ka­lar­da Pro­le­tar Ya­zı­çı­la­rı Cə­miy­yə­ti ləğv edi­lir.­ Bu­na əsas sə­bəb ki­mi Pro­le­tar Ya­zı­çı­la­rı Cə­miy­yə­tin­də "sol­çu" ün­sür­lə­rin güc­lən­mə­si, klas­sik­lər­dən öy­rən­mək mə­sə­lə­si­nin yan­lış qo­yul­ma­sı, gənc­lər­lə işin sağ­lam əsas­lar üzə­rin­də apa­rıl­ma­ma­sı, ye­ni hə­yat­la ayaq­la­şa bil­mə­mə­si idi. Azər­bay­can K(b)P MK Ka­tib­li­yi­nin 1932-ci il 5 mart ta­rix­li qə­ra­rın­da gös­tə­ri­lir­di ki: "Azər­bay­can Pro­le­tar Ya­zı­çı­la­rı Cə­miy­yə­ti bə­zi ideo­lo­ji-si­ya­si və ya­ra­dı­cı­lıq yük­sə­li­şi ilə bir sı­ra­da Azər­bay­can­da so­sia­lizm qu­ru­lu­şu­nun re­konstruk­si­ya­sı döv­rü tem­pi və və­zi­fə­lə­rin­dən son də­rə­cə ge­ri qa­lır". APYC ka­tib­li­yi ləğv edil­dik­dən son­ra Azər­bay­can So­vet Ya­zı­çı­la­rı İt­ti­fa­qı­nın Təş­ki­lat Ko­mi­tə­si ya­ra­dı­lır. Təş­ki­lat Ko­mi­tə­si bi­rin­ci qu­rul­ta­ya ha­zır­lıq iş­lə­ri­nə, ya­ra­dı­cı­lıq mü­za­ki­rə­lə­ri­nə baş­la­yır. Əl­bət­tə, bu pro­se­sə baş­la­maq əm­ri yu­xa­rı­dan-Mosk­va­dan gə­lir­di. Çün­ki Mosk­va­da A.M.Qor­ki­nin fəx­ri sədr­li­yi ilə Ümu­mit­ti­faq Təş­ki­lat Ko­mi­tə­si ya­ra­dıl­mış­dı. Bu­ra­da SSRİ Ya­zı­çı­lar İt­ti­fa­qı­nın I qu­rul­ta­yı­na ge­niş ha­zır­lıq gö­rü­lür və ay­rı-ay­rı mil­li res­pub­li­ka­la­ra ha­zır­lıq iş­lə­ri­ni yox­la­maq üçün ki­çik bri­qa­da­lar gön­də­ri­lir­di. Ba­kı­ya L.Ni­ku­lin, A.­Zu­yev və M.Yu­rin­dən iba­rət bri­qa­da gəl­miş­di.
Nə­ha­yət, bir mə­sə­lə­ni də qeyd edək. Okt­yabr in­qi­la­bın­dan son­ra ya­ra­nan və ye­ni qu­ru­lu­şun nai­liy­yət­lə­ri­ni tə­rən­nüm edən, xalq küt­lə­lə­ri­ni kom­mu­nist ru­hun­da tər­bi­yə edən ədə­biy­ya­tın me­to­du­nu, ya­ra­dı­cı­lıq prin­si­pi­ni də­qiq müəy­yən­ləş­dir­mək, ona ad ver­mək la­zım idi. Bu sa­hə­də rus ya­zı­çı­la­rı xey­li baş sın­dır­ma­lı ol­du­lar. V.Bryu­sov və A.­Vo­rons­ki "neo­rea­lizm", V.Ma­ya­kov­ski "ten­den­si­ya­lı rea­lizm", A.­Tols­toy "mo­nu­men­tal rea­lizm", F.Qlad­kov və Y.Li­be­dins­ki "pro­le­tar rea­liz­mi", A.­Lu­na­çars­ki "ic­ti­mai rea­lizm", E.­Kats­man "qəh­rə­man­lıq rea­liz­mi" ki­mi ter­min­lə­rə mü­ra­ciət et­di­lər. An­caq ən doğ­ru ter­mi­nin müəl­li­fi M.Qor­ki ol­du. 1932-ci il­də o, tək­lif et­di ki, gə­lin bu me­to­du "so­sia­list rea­liz­mi" ad­lan­dı­raq. Be­lə də ol­du və mü­ba­hi­sə­lə­rə son qo­yul­du.
So­vet ya­zı­çı­la­rı­nın bi­rin­ci qu­rul­ta­yı isə 1934-cü il 17 av­qust-1 sent­yabr­da ke­çi­ril­di. Qor­ki qu­rul­tay­da So­vet ədə­biy­ya­tı­nın və­zi­fə­lə­ri haq­qın­da mə­ru­zə et­di. Qu­rul­tay­da Azər­bay­can­dan M.K.Ə­lək­bər­li Azər­bay­can ədə­biy­ya­tı haq­qın­da mə­ru­zə et­di, C.Cab­bar­lı, M.Rə­fi­li və Ə.­Na­zim də çı­xış et­di­lər. Cab­bar­lı­nın çı­xı­şı da­ha ma­raq­la qar­şı­lan­dı. O, ədə­biy­yat­da müs­bət qəh­rə­man prob­le­min­dən söz aç­dı: "Bə­zi yol­daş­lar sa­də­lövh­lük­lə dü­şü­nür­lər ki, bu prob­lem­dən müəy­yən re­sept­lər ver­mək­lə ya­xa qur­tar­maq olar...Qəh­rə­ma­nı re­sept­lə ya­rat­maq ol­maz. Ya­zı­çı öz qəh­rə­ma­nı­nı nə qə­dər yax­şı key­fiy­yət­lər­lə bə­zə­yir­sə - bə­zə­sin, əgər o qəh­rə­man can­lı bir in­san ki­mi bü­tün eh­ti­ras­la­rı ilə gös­tə­ri­lə bil­mə­miş­sə, fər­qi yox­dur, o qəh­rə­man se­vil­mə­yə­cək. Yal­nız şüar­lar­la və si­tat­lar­la da­nı­şan, can­sız, sü­ni qəh­rə­man­lar ya­rat­maq la­zım de­yil­dir. Coş­qun eh­ti­ras­la­ra ma­lik can­lı, dol­ğun qəh­rə­man­lar ya­rat­maq la­zım­dır".
İn­di isə bir az əv­və­lə, 1934-cü ilin iyun ayı­na qa­yı­daq. İyu­nun 13-də Azər­bay­can ya­zı­çı­la­rı­nın I qu­rul­ta­yı ke­çi­ri­lir. Ha­cı­ba­ba Nə­zər­li "Azər­bay­can So­vet Ya­zı­çı­la­rı İt­ti­fa­qı Təş­ki­lat Ko­mi­tə­si­nin fəa­liy­yə­ti haq­qın­da" mə­ru­zə ilə çı­xış edir. Be­lə­lik­lə, hə­min gün­dən Azər­bay­can So­vet Ya­zı­çı­lar İt­ti­fa­qı rəs­mən fəa­liy­yə­tə baş­la­yır. Bu, Azər­bay­can mə­də­niy­yə­ti ta­ri­xin­də önəm­li ha­di­sə­lər­dən bi­ri ki­mi qiy­mət­lən­di­ril­mə­li­dir.­Tə­bii ki, be­lə bir təş­ki­la­tın ya­ra­dıl­ma­sı Kom­mu­nist par­ti­ya­sı­nın ideo­lo­ji si­ya­sə­ti ilə bağ­lı idi, ədə­biy­yat so­sia­lizm rea­liz­mi prin­sip­lə­ri ilə hə­rə­kət et­mə­liy­di. Azər­bay­can so­vet ədə­biy­ya­tı da so­sia­lizm rea­liz­mi ya­ra­dı­cı­lıq me­to­du­nun prin­sip­lə­ri­ni, par­ti­ya­nın bə­dii ədə­biy­yat haq­qın­da qə­rar­la­rın­dan irə­li gə­lən müd­dəa­la­rı əsas tut­du və bu gün 70 il ər­zin­də ya­ra­dı­lan on­lar­la, yüz­lər­lə əsər­lə­ri nə­zər­dən ke­çi­rər­kən, bə­zi­lə­ri ki­mi, qə­tiy­yən təəs­süf his­si ke­çir­mi­rik. Əv­və­la, Le­ni­ni, par­ti­ya­nı, Sta­li­ni, Okt­yabr in­qi­la­bı­nı tə­rən­nüm edən şeir­lə­rin, poe­ma­la­rın bö­yük bir qis­mi şa­ir il­ha­mı­nın, qəl­bin is­tə­yi­nin məh­su­lu de­yil­di və bu əsər­lər on­suz da "ədə­bi qə­bi­ris­tan­lı­ğa" gö­mül­mə­liy­di və gö­mül­dü də. İkin­ci­si, hər bir ədə­bi əsər ya­ran­dı­ğı za­ma­nın əh­val-ru­hiy­yə­si­ni, ic­ti­mai-si­ya­si ov­qa­tı­nı əks et­di­rir­sə və so­vet döv­rün­də ya­zı­lan əsər­lər­də də bu ov­qat əks olu­nur­sa, üs­tün­dən il­lər ke­çən­dən son­ra on­la­rı ni­yə in­kar et­mə­li­yik? Bu­ra­da Ana­rın bir fik­ri­ni xa­tır­la­yı­ram: "Mə­nə elə gə­lir ki, so­vet ədə­biy­ya­tı de­yi­lən bir şey çox şəx­si bir ter­min­dir. Yə­ni, so­vet ədə­biy­ya­tı əgər so­vet döv­rün­də ya­ra­nan bü­tün ədə­biy­ya­ta aid olar­sa, mən bu­nu ter­min ki­mi qə­bul et­mi­rəm ...çün­ki, tu­ta­lım, Ru­si­ya­nı gö­tür­sə­niz, gö­rər­si­niz ki, so­vet döv­rün­də Pas­ter­nak da ya­zıb-ya­ra­dıb, Sol­je­nit­sin də, Bul­qa­kov da, Ye­se­nin də ya­zıb-ya­ra­dıb. Bun­la­rın heç bi­ri­ni so­vet ədə­biy­ya­tı­na aid et­mək ol­maz".
Ü­mu­miy­yət­lə, so­vet ədə­biy­ya­tı prob­le­mi­nin üzə­rin­dən xətt çək­mək ol­maz. Bi­zim araş­dır­dı­ğı­mız mə­sə­lə də, müəy­yən mə­na­da, elə so­vet ədə­biy­ya­tı­nın ta­ri­xi ilə bağ­lı­dır. Ta­ri­xi isə dan­maq ol­maz. Azər­bay­can ya­zı­çı­lar it­ti­fa­qı­nın ta­ri­xi də so­vet ədə­biy­ya­tı­nın ta­ri­xi ki­mi, ümu­mi­lik­də Və­tə­ni­mi­zin XX əsr­də­ki ta­ri­xi ki­mi mü­rək­kəb və zid­diy­yət­li ol­muş­dur. Ya­zı­çı­lar İt­ti­fa­qı ya­ran­dı və o, öz ta­ri­xi­nin baş­lan­ğıc il­lə­rin­də bö­yük bir bə­la ilə üz­ləş­di. Bu qor­xunc bə­la­nın adı Rep­res­si­ya idi.
­A­zər­bay­can ya­zı­çı­la­rı­nın I qu­rul­ta­yın­da Məm­məd­ka­zım Ələk­bər­li (1905-1938) ida­rə he­yə­ti­nin səd­ri se­çil­di. O za­man Ələk­bər­li­nin cə­mi 29 ya­şı var­dı, am­ma ya­şı­na gö­rə çox irə­li get­miş­di, sa­va­dı­na, dün­ya­gö­rü­şü­nə, ma­hir təş­ki­lat­çı­lı­ğı­na gö­rə yet­kin bir in­san idi. O, fi­lo­sof idi,­mark­sizm-le­ni­niz­min qız­ğın təb­li­ğat­çı­la­rın­dan­dı, mil­li dil­də fəl­sə­fə dərs­lik­lə­ri­nin ya­ra­dıl­ma­sın­da, Le­ni­nin se­çil­miş əsər­lə­ri­nin tər­cü­mə və re­dak­tə­sin­də fə­al ça­lı­şır­dı. Bir tən­qid­çi və ədə­biy­yat­şü­nas ki­mi də ta­nı­nır­dı. " Re­vol­yu­si­ya və kul­tu­ra" (in­di­ki "Azər­bay­can") jur­na­lı­nın, "Ədə­biy­yat qə­ze­ti"­nin, di­gər qə­zet və dər­gi­lə­rin baş re­dak­to­ru se­çil­miş­di, ADU-nun rek­to­ru tə­yin olun­muş­du, "Kom­mu­nist" nəş­riy­ya­tı­nın di­rek­to­ru və­zi­fə­sin­də ça­lış­mış­dı. Tə­sa­dü­fi de­yil ki, SSRİ Ya­zı­çı­lar İt­ti­fa­qı­nın I qu­rul­ta­yın­da Azər­bay­can ədə­biy­ya­tı haq­qın­da mə­ru­zə et­mək ona tap­şı­rıl­mış­dı. Bir söz­lə, Ələk­bər­li Şu­ra in­qi­la­bı­nın ye­tir­mə­si idi və tər­cü­me­yi-ha­lın­da da elə bir fakt yox idi ki, keç­miş­lə, mü­sa­vat döv­rü ilə iliş­gi­li ol­sun. Am­ma Ələk­bər­li bil­mir­di ki, bir ne­çə il ke­çə­cək, onu həbs edə­cək, mil­lət­çi-pan­tür­küst dam­ğa­sı ilə gül­lə­lə­yə­cək­lər. Bü­tün həbs olu­nan şair­lər, ədib­lər aman­sız iş­gən­cə nə­ti­cə­sin­də ifa­də ve­rə­cək­lər ki, Məm­məd­ka­zım Ələk­bər­li­nin tə­si­ri və təş­vi­qi ilə on­lar Azər­bay­can­da So­vet ha­ki­miy­yə­ti­ni de­vir­mə­yə cəhd gös­tə­rib­lər. Ya­zı­çı­lar İt­ti­fa­qı­nın baş­qa bir səd­ri - Sey­ful­la Şa­mi­lov da (1902-1974) rep­res­si­ya tu­fa­nın­dan qur­tu­la bil­mə­di. XI Qı­zıl Or­du­nun gənc dö­yüş­çü­sü, iyir­min­ci il­lə­rin fə­al kom­so­mol­çu­su olan S.Şa­mi­lov par­ti­ya mək­tə­bi­ni bi­tir­dik­dən son­ra maa­rif və mə­də­niy­yət sa­hə­sin­də apa­rı­cı və­zi­fə­lə­rə tə­yin olun­du, 1932-ci il­də “A­zər­nəşr” onun "La­çın" ad­lı he­ka­yə­lər və oçerk­lər ki­ta­bı­nı çap­dan bu­rax­dı. Hə­min il S.Şa­mi­lov Azər­bay­can Pro­le­tar Ya­zı­çı­lar Bir­li­yi təş­ki­lat ko­mi­tə­si­nin səd­ri se­çil­di. 1933-1936-cı il­lər­də Le­ninq­rad­da mark­sizm-le­ni­nizm əsər­lə­ri­nin re­dak­tor və tər­cü­mə­çi­lə­ri­nin üçil­lik xü­su­si kur­sun­da təh­sil al­dı. Təh­si­li­ni ba­şa vur­duq­dan son­ra Azər­bay­can Ya­zı­çı­lar İt­ti­fa­qı­nın səd­ri se­çil­di. Am­ma bu və­zi­fə­də cə­mi bir­cə il iş­lə­di. O da rep­res­si­ya­nın qur­ba­nı ol­du. Am­ma Sey­ful­la Şa­mi­lo­vu gül­lə­lə­mə­di­lər, düz 17 il­dən son­ra Si­bir­dən qa­yıt­dı.
­A­zər­bay­can zi­ya­lı­la­rı­nın 1937-ci il fa­ciə­si ba­rə­də çox ya­zı­lıb, hət­ta on­la­rın is­tin­taq pro­se­si də mət­buat­da ge­niş işıq­lan­dı­rı­lıb. An­caq bu ya­zı­da, sa­də­cə ola­raq, on­la­rın ad­la­rı­nı çək­mək is­tə­yi­rik. Gö­rün, to­ta­li­tar Sta­lin-Ba­ğı­rov re­ji­mi Azər­bay­can ədə­biy­ya­tı­na ne­cə bö­yük bir fa­ciə ya­şat­mış­dır. (Si­ya­hı­da Azər­bay­can Ya­zı­çı­lar İt­ti­fa­qı­nın üzv­lə­ri (həm gül­lə­lə­nən­lər, həm də sür­gün­də olub ge­ri qa­yı­dan­lar) əks olun­muş­dur, la­kin eti­raf edi­rik ki, bu tam si­ya­hı de­yil­dir):



A­ta­ba­ba Mu­sa­xan­lı (1905-1941)

A­ğa­hü­seyn Rə­sul­za­də (1884-1938)

A­şıq Mir­zə Bi­lal (1872-1937)

Bə­kir Ço­ban­za­də (1893-1937)

Bö­yü­ka­ğa Ta­lıb­lı (1897-1938)

Cə­fər Ba­ğır (1912-1983)

Əh­məd Ca­vad (1892-1937)

Ə­li Na­zim (1906-1941)

Ə­li Ra­zi (1886-1939)

Ə­min Abid (1898-1937)

Ən­vər Yu­si­foğ­lu (1914-1989)

Gü­la­rə Qə­dir­bə­yo­va (1903-1942)

Ha­cı Kə­rim Sa­nı­lı (1878-1937)

Ha­cı­ba­ba Nə­zər­li (1895-1938)

Hə­nə­fi Zey­nal­lı (1896-1938)

Hü­seyn Ca­vid (1882-1941)

Xə­lil İb­ra­him (1892-1938)

İs­ma­yıl Ka­tib (1898-1938)

Mə­di­nə xa­nım Qi­yas­bəy­li (1889-1938)

Məm­məd­ka­zım Ələk­bər­li (1905-1938)

Mi­ka­yıl Müş­fiq (1908-1938)

Mus­ta­fa Qu­li­yev (1893-1938)

Ö­mər Fa­iq Ne­man­za­də (1872-1937)

Ru­hul­la Axun­dov (1897-1938)

Sal­man Müm­taz (1884-1937)

Se­yid Hü­seyn (1887-1937)

Sey­ful­la Şa­mi­lov (1902-1974)

Sul­tan­mə­cid Qə­ni­za­də (1866-1942)

Ta­ğı Şah­ba­zi Si­murğ (1889-1938)

Um­gül­süm Sa­dıq­za­də (1899-1946)

Və­li Xu­luf­lu (1894-1938)

Yu­sif Və­zir Çə­mən­zə­min­li (1887-1943)


Nə qə­dər təəs­süf do­ğur­sa da, bu na­ta­mam si­ya­hı Azər­bay­ca­nın üz­də olan dü­şü­nən baş­la­rı­nın, elm və sə­nət xa­dim­lə­ri­nin fa­ciə­si­ni tam və dol­ğun ifa­də edir. Bun­la­rın bir ço­xu­nun ta­le­yi "troy­ka"­da həll olun­ma­mış­dan ön­cə Ya­zı­çı­lar İt­ti­fa­qı­nın, on­dan da­ha yu­xa­rı­da Mər­kə­zi Ko­mi­tə­nin giz­li və açıq ic­las­la­rın­da həll olu­nur­du. An­caq döv­rün, qu­ru­lu­şun, Sis­te­min bu to­run­dan, kə­lə­fin­dən xi­las ol­maq müm­kün de­yil­di. Çox-çox son­ra­lar so­vet ədə­biy­ya­tı­nı, onun gör­kəm­li nü­ma­yən­də­lə­ri­ni "if­şa" edən mə­qa­lə­lər çap olun­du, hət­ta Azər­bay­can Ya­zı­çı­lar İt­ti­fa­qı bir təş­ki­lat ki­mi ağır it­ti­ham­lar­la suç­lan­dı­rıl­dı. Am­ma unu­du­lur ki, Azər­bay­can Ya­zı­çı­lar İt­ti­fa­qı tək­cə rəs­mi bir qu­rum, təş­ki­lat və bir­lik de­yil, həm də bü­tün ya­zı­çı­la­rın üz tut­du­ğu, pə­nah gə­tir­di­yi, hət­ta sı­ğın­dı­ğı mü­qəd­dəs bir ocaq­dır və bu ocaq­da qa­ra gün­lər də olub, xoş, fə­rəh­li an­lar da. Vaxt olub ki, bu oca­ğın odu­nu sön­dür­mək is­tə­yib­lər, bu oca­ğın ət­ra­fın­dan işıq­lı in­san­la­rı Ba­yıl həbs­xa­na­sı­nın nəm­li otaq­la­rı­na, ora­dan Si­bi­rin so­yuq, şax­ta­lı ba­rak­la­rı­na çə­kib apa­rıb­lar, am­ma ocaq sön­mə­yib, ye­nə şö­lə­lə­nib.
Mən ön­cə bu oca­ğın, bu sə­nət mə­bə­di­nin ba­şın­da du­ran Şəx­siy­yət­lə­ri xa­tır­la­maq is­tə­yi­rəm. Rep­res­si­ya qur­ba­nı ol­muş - bi­ri gül­lə­lə­nən (M.Ə­lək­bər­li), di­gə­ri isə on yed­di il sür­gün­də ya­tan­dan son­ra bə­raət qa­za­nan (S.Şa­mi­lov) iki sədr haq­qın­da söz aç­dım. Rep­res­si­ya­dan son­ra Azər­bay­can Ya­zı­çı­lar İt­ti­fa­qı­nın səd­ri ol­muş şəxs­lər bun­lar­dır: Rə­sul Rza (1938-1939), Sü­ley­man Rə­hi­mov (1939-1940, 1944-1945, 1954-1958), Sə­məd Vur­ğun (1941-1944, 1945-1948), Mir­zə İb­ra­hi­mov (1948-1954, 1965-1975, 1981-1986), Meh­di Hü­seyn (1958-1965), İm­ran Qa­sı­mov (1975-1981), İs­ma­yıl Şıx­lı (1986-1987). Qeyd edək ki, Ya­zı­çı­lar İt­ti­fa­qı­nın rəh­bə­ri, ey­ni za­man­da, SSRİ Ya­zı­çı­lar İt­ti­fa­qı­nın ka­ti­bi və­zi­fə­si­ni də da­şı­yır­dı.


1987-ci il­də Xalq ya­zı­çı­sı Anar Azər­bay­can Ya­zı­çı­lar İt­ti­fa­qı­nın bi­rin­ci ka­ti­bi se­çil­di. Bu­ra­da bir də­qiq­ləş­dir­mə­yə eh­ti­yac du­yu­ram. Müx­tə­lif il­lər­də Ya­zı­çı­lar İt­ti­fa­qı­nın rəh­bə­ri ol­muş şəx­sin və­zi­fə­si gah “sədr”, gah da “bi­rin­ci ka­tib” ad­la­nıb. Bə­zən isə Ya­zı­çı­lar İt­ti­fa­qın­da həm “sədr”, zəm də “bi­rin­ci ka­tib” (əs­lin­də, səd­rin bi­rin­ci müa­vi­ni) və­zi­fə­lə­ri ol­muş­dur (­mə­sə­lən, M.İb­ra­hi­mo­vun üçün­cü sədr­lik döv­rün­də (1981-1986) İ.­Şıx­lı bi­rin­ci ka­tib idi. 1991-ci il­də, ya­zı­çı­la­rın IX qu­rul­ta­yın­da Anar İt­ti­fa­qın səd­ri, Yu­sif Sə­mə­doğ­lu isə bi­rin­ci ka­tib se­çil­di. Y.Sə­mə­doğ­lu­nun və­fa­tın­dan son­ra bu və­zi­fə­yə Xalq şai­ri F.Qo­ca tə­yin olun­du.
Ön­cə qeyd et­dik ki, Azər­bay­can Ya­zı­çı­lar Bir­li­yi­nin 75 il­lik ta­ri­xi, əs­lin­də, Azər­bay­can ədə­biy­ya­tı­nın 75 il­lik ta­ri­xi de­mək­dir. Mən bir ədə­biy­yat­şü­nas ma­ra­ğı ilə müx­tə­lif qə­zet və jur­nal sə­hi­fə­lə­rin­dən, ay­rı-ay­rı el­mi -pub­li­sis­tik əsər­lər­dən, ya­zı­çı­la­rın xa­ti­rə­lə­rin­dən çı­xış edib de­yə bi­lə­rəm ki, 1934-cü il­dən bu gü­nə ki­mi Ya­zı­çı­lar Bir­li­yi hə­mi­şə ədə­bi hə­ya­tı­mı­zın ən qay­nar nöq­tə­si ol­muş­dur, onu Azər­bay­can ya­zı­çı­la­rı­nın Baş Şta­bı da ad­lan­dır­maq olar. Çox gü­man ki, yu­bi­ley mü­na­si­bə­ti­lə Ya­zı­çı­lar Bir­li­yi­nin keç­di­yi yol qa­lın cild­li bir sal­na­mə­də öz ək­si­ni ta­pa­caq.75 il ər­zin­də Ya­zı­çı­lar it­ti­fa­qın­da, həm­çi­nin Azər­bay­ca­nın müx­tə­lif şə­hər­lə­rin­də, ra­yon­la­rın­da, sə­na­ye müəs­si­sə­lə­rin­də, Elm­lər Aka­de­mi­ya­sın­da, hər il ənə­nə­yə çev­ri­lən bay­ram mə­ra­sim­lə­rin­də, həm­çi­nin res­pub­li­ka­mız­dan kə­nar­da - Ru­si­ya­da və di­gər öl­kə­lər­də ke­çi­ri­lən təd­bir­lər, mü­za­ki­rə­lər, el­mi ses­si­ya­lar, konf­rans­lar, ya­ra­dı­cı­lıq mü­za­ki­rə­lə­ri, Ya­zı­çı­lar İt­ti­fa­qı­nın qu­rul­tay­la­rı, ple­num­la­rı bu sal­na­mə­də bir­cə-bir­cə qeyd olu­na­caq.
Bu 75 il­də Azər­bay­can Ya­zı­çı­lar Bir­li­yi­ni sö­zün əsl mə­na­sın­da bir ya­ra­dı­cı­lıq aka­de­mi­ya­sı, qay­nar ədə­bi mü­hi­tin "pay­tax­tı" ad­lan­dır­maq olar. Elm­lər Aka­de­mi­ya­sın­da el­mi-təd­qi­qat iş­lə­ri ha­zır­la­nır, ses­si­ya­lar ke­çi­ri­lir, na­mi­zəd­lik və dok­tor­luq dis­ser­ta­si­ya­la­rı mü­da­fiə olu­nur və bü­tün bun­lar həm res­pub­li­ka, həm də bey­nəl­xalq miq­yas­da təb­liğ olu­nur. Ya­zı­çı­lar Bir­li­yi də bu mə­na­da öz iş əm­sa­lı­na gö­rə aka­de­mi­ya­dan ge­ri qal­mır. (Ye­ri gəl­miş­kən qeyd edim ki, MEA-nın Ədə­biy­yat ins­ti­tu­tu­nun əmək­daş­la­rı­nın ək­sə­riy­yə­ti elə Ya­zı­çı­lar Bir­li­yi­nin üzv­lə­ri­dir, çox za­man bu iki təş­ki­lat el­mi və ya­ra­dı­cı­lıq mü­za­ki­rə­lə­ri­ni müş­tə­rək ke­çi­rir­lər). Sev­di­yi­miz, bi­zə əziz olan "Na­tə­van" klu­bun­da Azər­bay­can ədə­biy­ya­tı­nın (is­tər klas­sik, is­tər müa­sir) ən va­cib, ak­tual prob­lem­lə­ri mü­za­ki­rə hə­də­fi­nə çev­ri­lir, gənc ədə­bi qüv­və­lə­rin ya­ra­dı­cı­lı­ğı mü­za­ki­rə olu­nur, Azər­bay­can ədə­biy­ya­tı­nın bey­nəl­xalq miq­yas­da ta­nın­ma­sı, təb­liğ olun­ma­sı üçün əmə­li iş­lər gö­rü­lür, tez-tez ye­ni ki­tab­la­rın mü­za­ki­rə­si, və­fat et­miş ya­zı­çı­la­rın xa­ti­rə­si anı­lır.
Mən bu­ra­da Ya­zı­çı­lar Bir­li­yi­nin ədə­bi or­qan­la­rı­nın fəa­liy­yə­ti­ni xü­su­si qeyd et­mək is­tə­yi­rəm. 1923-cü il­dən nəş­rə baş­la­yan və "Azər­bay­can ədə­biy­ya­tı­nın güz­gü­sü" ad­lan­dı­rı­lan qo­ca­man "Azər­bay­can" jur­na­lı­nın 87 il­lik nüs­xə­lə­ri­ni qo­yun qar­şı­nı­za... Ədə­biy­ya­tı­mı­zın XX və XXI əs­rin bu son doq­quz ilin­də mey­da­na gə­lən ən par­laq sə­nət in­ci­lə­ri­nin ilk müj­də­çi­si məhz "Azər­bay­can" jur­na­lı ol­muş­dur. Əgər Ame­ri­ka və Av­ro­pa öl­kə­lə­rin­dən bir azər­bay­can­şü­nas alim Azər­bay­can ədə­biy­ya­tı haq­qın­da mü­kəm­məl mə­lu­mat al­maq is­tə­sə, heç şüb­hə­siz, ilk növ­bə­də, "Azər­bay­can" jur­na­lı va­si­tə­si­lə bu­na na­il ola bi­lər. Ya­zı­çı­lar Bir­li­yi­nin nəşr­lə­ri içə­ri­sin­də "Ədə­biy­yat qə­ze­ti"­nin, "Li­te­ra­tur­nıy Azer­bayd­jan" və "Ul­duz" jur­nal­la­rı­nın da ədə­biy­ya­tı­mı­zın təb­li­ğin­də mü­hüm ro­lu ol­muş­dur. Ye­ni nəşr­lər - “Dün­ya” (bə­dii tər­cü­mə) və "Kör­pü" də ma­raq­lı və san­bal­lı ya­zı­la­rı ilə diq­qə­ti cəlb edir.
A­zər­bay­can Ya­zı­çı­lar Bir­li­yi müəy­yən struk­tu­ra, iş prin­si­pi­nə ma­lik bir təş­ki­lat­dır. Onun rəh­bər or­qan­la­rı ya­zı­çı­la­rın qu­rul­ta­yın­da açıq ya­xud giz­li səs­ver­mə ilə se­çi­lir. İn­di­yə ki­mi Bir­li­yin on bir qu­rul­ta­yı ke­çi­ril­miş­dir (1934, 1954, 1958, 1965, 1971, 1976, 1981, 1986, 1991, 1997, 2004-cü il­lər­də). Bir­li­yin fəa­liy­yət proq­ra­mı onun Ni­zam­nə­mə­sin­də dol­ğun əks olun­muş­dur.
Ke­çən əs­rin 70-80-ci il­lə­rin­dən baş­la­ya­raq, Bir­li­yin fəa­liy­yə­ti­ni da­ha da ge­niş­lən­dir­mək məq­sə­di­lə ay­rı-ay­rı böl­gə­lər­də onun fi­lial­la­rı açıl­dı. (Gən­cə­də, Sum­qa­yıt­da, Qa­zax­da, Şə­ki­də, Şa­ma­xı­da, Lən­kə­ran­da, Nax­çı­van­da, Min­gə­çe­vir­də, Qa­ra­bağ­da, Qu­ba­da, İmiş­li­də, Sal­yan­da, Azər­bay­can­dan kə­nar­da isə Ru­si­ya­da və Gür­cüs­tan­da). Vax­ti­lə (ke­çən əs­rin 30-60-cı il­lə­rin­də - V.Y.) "əya­lət ədə­biy­ya­tı" de­yi­lən bir ifa­də var­dı, ra­yon­lar­da ya­şa­yıb-ya­ra­dan ya­zar­la­rın ya­ra­dı­cı­lı­ğı məhz bu me­yar­la qiy­mət­lən­di­ri­lir­di və bu fi­kir­də hə­qi­qət ol­du­ğu da şək­siz­di. Çün­ki ra­yon­lar­da az-çox is­te­da­dı olan şa­ir və na­sir­lər Ba­kı­ya - qay­nar ədə­bi mü­hi­tə can atır­dı­lar.­ Böl­gə­lər­də isə ədə­bi hə­yat süst və zə­if idi. La­kin fi­lial­lar tə­sis olun­duq­dan son­ra əya­lət­lər­də də ədə­bi hə­yat can­lan­ma­ğa baş­la­dı. İn­di Mu­sa Ya­qub, Qə­rib Meh­di, Ra­miz Qu­sar­çay­lı, Qa­çay Kö­çər­li, Ba­rat Vü­sal, Rə­fail İn­cə­yurd, Sa­qif Qa­ra­tor­paq, Za­hid Sa­rı­tor­paq, İl­ti­fat Sa­leh, Tər­lan Əbi­lov, Sa­bir Sar­van, Məm­məd İl­qar, İb­ra­him İl­yas­lı, Əy­yub Qi­yas, Şa­iq Və­li, Əş­rəf Vey­səl­li, İn­qi­lab İsaq, Ba­la­yar Sa­diq, İs­ma­yıl İman­za­də, Va­qif As­lan, El­man Hə­bib, Hü­seyn Ba­ğır­lı, Qa­far Qə­rib, Ni­sə­bə­yim, Məm­məd Alim, Ba­ha­dur Fər­man, Hə­sən Ba­ba ki­mi is­te­dad­lı şa­ir və na­sir­lər ra­yon­lar­da ya­şa­yıb-ya­ra­dır­lar.
Əl­bət­tə, məq­sə­di­miz Ya­zı­çı­lar Bir­li­yi­nin iş me­xa­niz­mi­ni­,o­nun fi­lial­la­rı­nın fəa­liy­yə­ti­ni açıq­la­maq de­yil. Bu 75 il­də çə­tin və əzab­lı, am­ma, ey­ni də­rə­cə­də, şə­rəf­li bir yol keç­miş bir qu­ru­mun-təş­ki­la­tın fəa­liy­yə­ti­ni iz­lə­yər­kən ən va­cib, ən zə­ru­ri bir fak­tı qeyd et­mə­yi la­zım bi­li­rik - Azər­bay­can Ya­zı­çı­lar Bir­li­yi bu il­lər ər­zin­də xal­qın mə­nə­vi dün­ya­sı­nın zən­gin­ləş­mə­sin­də, onun bə­dii-es­te­tik zöv­qü­nün for­ma­laş­ma­sın­da, və­tən­pər­vər­lik tər­bi­yə­sin­də, bir az ge­niş kon­tekstdə gö­tür­sək, Azər­bay­can ədə­biy­ya­tı­nın dün­ya miq­ya­sın­da ta­nın­ma­sın­da və təb­liğ edil­mə­sin­də mi­sil­siz rol oy­na­mış­dır. Tə­fər­rüa­ta var­ma­dan Ya­zı­çı­lar Bir­li­yi­nin ta­ri­xin­də mü­hüm rol oy­na­mış bə­zi mə­qam­la­rı xa­tır­la­yaq.
Bö­yük Və­tən mü­ha­ri­bə­si il­lə­rin­də Azər­bay­can Ya­zı­çı­lar İt­ti­fa­qı bü­tün xal­qın mə­nə­vi is­ti­nad­ga­hı­na çev­ril­miş­di. S.Vur­ğu­nun "Bil­sin ana tor­paq, eşit­sin və­tən, Mü­səl­ləh əs­gə­rəm mən də bu gün­dən! Bu gün bir sün­gü­dür əlim­də qə­ləm" mis­ra­la­rı ilə baş­la­yan şei­rin­dən baş­la­yan ça­ğı­rış və və­tən­pər­vər­lik ru­hu bü­tün mü­ha­ri­bə bo­yu da­vam et­di. Mü­ha­ri­bə baş­la­yan gü­nün sə­hə­ri Azər­bay­can ya­zı­çı­la­rı­nın mi­tin­qi ke­çi­ril­di. Bu cür mi­tinq­lər, Ya­zı­çı­lar İt­ti­fa­qın­da ke­çi­ri­lən ic­las­lar, konf­rans­lar, şe­ir ge­cə­lə­ri mü­tə­ma­di da­vam edir­di. Heç bir mü­ba­li­ğə­yə var­ma­dan de­yə bi­lə­rəm ki, hə­min il­lər­də Azər­bay­can Ya­zı­çı­lar Bir­li­yi MK, Na­zir­lər So­ve­ti sə­viy­yə­sin­də bir təş­ki­la­ta çev­ril­miş­di, bu­ra­dan cəb­hə­yə, dö­yüş böl­gə­lə­ri­nə ya­zı­çı bri­qa­da­la­rı gön­də­ri­lir, hər­bi qə­zet­lər­də iş­lə­mək üçün jur­na­list­lər ezam olu­nur­du. Cəb­hə­dən gə­lən dö­yüş­çü mək­tub­la­rı­nın ün­va­nı ya Ya­zı­çı­lar İt­ti­fa­qı, ya da Sə­məd Vur­ğun idi.
Bö­yük Və­tən mü­ha­ri­bə­sin­də dö­yü­şən Azər­bay­can ya­zı­çı­la­rı­nın tam si­ya­hı­sı­na heç bir mən­bə­də rast gəl­mə­dim. Ona gö­rə də bu mü­ha­ri­bə­də igid­lik gös­tə­rən ya­xud ağır ya­ra­la­nıb tər­xis olu­nan dö­yüş­çü­lə­rin, həm­çi­nin mü­ha­ri­bə­də bir jur­na­list ki­mi fəa­liy­yət gös­tə­nən Ya­zı­çı­lar İt­ti­fa­qı üzv­lə­ri­nin heç ol­ma­sa sa­yı­nı bil­mək is­tə­dim. Ən eti­bar­lı mən­bə Tey­mur Əh­mə­do­vun tər­tib et­di­yi "XX əsr Azər­bay­can ya­zı­çı­la­rı" en­sik­lo­pe­dik mə­lu­mat ki­ta­bı ol­du. Bir ne­çə saat­lıq cəhd­dən son­ra mü­ha­ri­bə­də iş­ti­rak et­miş Azər­bay­can ya­zı­çı­la­rı­nın sa­yı­nın yet­mi­şi öt­dü­yü­nü gör­düm. Onu da qeyd edim ki, on­la­rın ək­sər qis­mi mü­ha­ri­bə­yə yol­la­nan­da Ya­zı­çı­lar İt­ti­fa­qı­nın üzv­lə­ri de­yil­di­lər, ya­ra­dı­cı­lı­ğa da­va­dan son­ra baş­la­mış­lar.­ Mən­cə, bu­nun elə bir əhə­miy­yə­ti yox­dur... Bu­dur on­lar: Ab­bas Za­ma­nov, Ab­dul­la Fa­ruq (hə­lak olub), Bay­ram Bay­ra­mov, Bö­yü­ka­ğa Qa­sım­za­də, Cab­bar Məc­nun­bə­yov, Cə­fər Cə­fə­rov, Cə­fər Xən­dan, Cə­lal Bər­gü­şad, Cəm­şid Əmi­rov, Da­daş Məm­məd­za­də, Ey­nul­la Ağa­yev, Əb­dül­ba­qi Föv­zi, Əbil Yu­sif, Əbül­fəz İba­doğ­lu, Əbül­hə­sən, Əh­məd Cə­mil, Əj­dər İb­ra­hi­mov, Ək­bər Ək­bə­rov, Ək­bər Məf­tun, Ək­bər Ru­hi, Ələk­bər Şa­hid, Əli Və­li­yev, Ə.­Qən­bər, Ə.­Şir­van­lı, Ə.­Məm­məd­xan­lı, Əvəz Sa­dıq, Əy­yub Aba­sov, Fə­tə­li Sa­hib, Gə­ray Fəz­li, Hə­kim Qə­ni,­Hə­mid Axund­lu, Hə­sən Meh­di­yev, Hə­sən Qa­sı­mov, Hi­da­yət Əfən­di­yev, Hü­seyn Ab­bas­za­də, Hü­seyn Arif, Hü­seyn Ra­zi, Hü­seyn Na­tiq (hə­lak olub), İb­ra­him Kə­bir­li, İs­haq İb­ra­hi­mov, İs­lam Sə­fər­li, İs­ma­yıl Şıx­lı, İvan Tret­ya­kov, Kam­ran Məm­mə­dov, Qey­bul­la Rə­su­lov,­Qıl­man İl­kin, Mah­mud İs­ma­yı­lov, Mə­hər­rəm Əli­za­də (hə­lak olub), Mə­hər­rəm Əli­za­də, Məm­məd Aran­lı, Məm­məd Ək­bər, Məm­mə­diy­yə Yu­sif­za­də, Mir­za­ğa Qu­lu­za­də, Mir­zə İb­ra­hi­mov, Mü­zəf­fər Nə­sir­li, Na­ğı Na­ğı­yev, Nə­cəf Na­zim, Nə­ri­man Əli­yev, Nə­sib Əfən­di­yev, Nu­rəd­din Ba­ba­yev, Oruc Qoş­qar­lı, Ra­uf İs­ma­yı­lov, Rə­sul Rza, Sa­lam Qə­dir­za­də, Sey­ful­la Əsə­dul­la­yev, Şa­mil Cəm­şid, Şı­xə­li Qur­ba­nov, Tey­mur El­çin, V.Zayt­sev, Yu­sif Şir­van, Zey­nal Cab­bar­za­də. Si­zə təq­dim edilən bu si­ya­hı­da sağ qa­lan ya­zı­çı­la­rın sa­yı iki nə­fər­dir. On­lar­dan bi­ri Xalq ya­zı­çı­sı Qılman İlkindir.* Qıl­man müəl­lim İkin­ci Dün­ya mü­ha­ri­bə­si il­lə­rin­də So­vet Or­du­su tər­ki­bin­də Qaf­qaz cəb­hə­lə­rin­də və İran­da hər­bi müx­bir ol­muş­dur. İkin­ci­si ta­nın­mış ədə­biy­yat­şü­nas, pro­fes­sor Sey­ful­la Əsə­dul­la­yev­dir. Sey­ful­la müəl­lim 1942-1945-ci il­lər­də mü­ha­ri­bə­də dö­yüş­çü ki­mi iş­ti­rak et­miş­dir.
Əl­bət­tə, bu si­ya­hı kim­də­sə qı­cıq ya qıs­qanc­lıq oya­da bi­lər. Axı, cəb­hə­də igid­lik gös­tə­rən Bö­yü­ka­ğa Qa­sım­za­də ya İs­lam Sə­fər­li ilə, ya­xud ro­ta ko­man­dir­lə­ri Əbül­hə­sən­lə, Məm­məd Aran­lı ilə cəb­hə qə­zet­lə­rin­də müx­bir iş­lə­miş, am­ma çox vaxt ön cəb­hə­də ol­ma­mış bi­ri­si­ni (be­lə­lə­ri­nin sa­yı az de­yil) bir göz­də tut­maq olar­mı? Əl­bət­tə, mü­qa­yi­sə­yə gəl­məz.­ Am­ma mü­ha­ri­bə­nin tək­cə si­lah­la de­yil, həm də əs­gər­lə­rə inam, qə­lə­bə aşı­la­yan SÖZ­lə apa­rıl­dı­ğı­nı da dü­şü­nək. Və mü­ha­ri­bə­yə məhz bu kon­teks­tən ya­na­şıl­dıq­da onun ge­di­şa­tı­nı bü­tün­lük­lə iz­lə­mək olur.
Bu ənə­nə Qa­ra­bağ mü­ha­ri­bə­si baş­la­nan­da da da­vam et­di. Doğ­ru­dur, Qa­ra­bağ mü­ha­ri­bə­si ilə Bö­yük Və­tən mü­ha­ri­bə­si­ni ey­ni bir me­yar­la sə­ciy­yə­lən­dir­mək ol­maz, so­nun­cu mü­ha­ri­bə Azər­bay­ca­nın ta­le­yi ilə bağ­lı idi. Ekstre­mal bir və­ziy­yət ya­ran­dı­ğı­nı da unut­maq ol­maz. Or­du hə­lə ya­ra­dıl­ma­mış­dı, öl­kə da­xi­lin­də isə ha­ki­miy­yət uğ­run­da mü­ba­ri­zə ge­dir­di. Sis­tem da­ğı­lır­dı, çö­kür­dü. Am­ma bu xaos­da və hərc-­mərc­lik­də Azər­bay­can Ya­zı­çı­lar İt­ti­fa­qı öz var­lı­ğı­nı qo­ru­ya bil­di, is­tər müs­tə­qil­lik uğ­run­da mü­ba­ri­zə­də, is­tər­sə də Qa­ra­bağ mü­ha­ri­bə­sin­də xal­qın da­ha çox üz tut­du­ğu in­san­lar ya­zı­çı­lar idi. Bir an­lı­ğa 1988, 1989, 1990-cı il­lə­ri xə­ya­lı­nı­za gə­ti­rin. Xal­qın gü­cü ki­mi sar­sıl­maz bir qüv­və var­dı və bu qüv­və Azad­lıq mey­da­nın­da "İs­tiq­lal" de­yə ba­ğı­rır­dı. Ba­kı­nın və Res­pub­li­ka­nın ağır­lıq mər­kə­zi, da­yaq nöq­tə­si Mey­dan idi... Xal­qın qar­şı­sı­na kim­lər çı­xır­dı? Bəx­ti­yar Va­hab­za­də, Xə­lil Rza Ulu­türk, Yu­sif Sə­mə­doğ­lu, İs­ma­yıl Şıx­lı, Va­qif Sə­mə­doğ­lu, Qa­bil, Sa­bir Rüs­təm­xan­lı... Ol­sun ki, çox şa­ir o tri­bu­na­da gö­rün­mə­di, Mey­da­na gə­lə bil­mə­di, am­ma ürək­lər or­da idi.

A­ya­ğa dur, Azər­bay­can!
Sil gö­zü­nü, Və­tən oğ­lu!
­Ü­fü­qü­nə bir yax­şı bax,
Sər­hə­di­nə bir yax­şı bax.
Dur için­dən qor­xu­nu boğ,
Dur için­dən qor­xa­ğı qov.

(Məm­məd Araz)

Qa­ra­bağ mü­ha­ri­bə­si baş­la­nan­da soy­daş­la­rı­mı­zın çək­di­yi mü­si­bə­tə döz­mə­yən ya­zı­çı Fər­man Kə­rim­za­də­nin, şa­ir Ha­fiz Ba­xı­şın, mü­ha­ri­bə­də hə­lak olan Ni­za­mi Ay­dı­nın, 20 yan­var fa­ciə­si­nin qur­ban­la­rın­dan Ül­vi Bün­yad­za­də­nin, Qa­ra­kənd sə­ma­sın­da ver­tol­yot­da vu­ru­lan jur­na­list Alı Mus­ta­fa­ye­vin, ədə­biy­yat­şü­nas-ic­ti­mai xa­dim Və­li Məm­mə­do­vun xa­ti­rə­si bi­zim üçün unu­dul­maz­dır.
Biz bu­ra­da Azər­bay­can ya­zı­çı­la­rı­nın müs­tə­qil­lik uğ­run­da mü­ba­ri­zə­dən söz açan ya­xud Qa­ra­bağ mü­ha­ri­bə­si ilə bağ­lı əsər­lə­ri­nin adı­nı çək­mək, on­la­rı təh­lil et­mək fik­rin­dən uza­ğıq.­ Bu ba­rə­də ki­tab­lar, na­mi­zəd­lik və dok­tor­luq dis­ser­ta­si­ya­la­rı ya­zı­lıb, mə­qa­lə­lər çap edi­lib, el­mi konf­rans­lar, ya­ra­dı­cı­lıq mü­şa­vi­rə­lə­ri ke­çi­ri­lib və, tə­bii ki, bun­lar­da Ya­zı­çı­lar İt­ti­fa­qı­nın sə­fər­bə­re­di­ci ro­lu da qeyd olu­nub. An­caq 90-cı il­lər­də Ya­zı­çı­lar İt­ti­fa­qı­nın ba­şı­nın üs­tün­də qa­ra bu­lud­lar oy­na­yır­dı. Hə­min il­lər­də "Ya­zı­çı­lar İt­ti­fa­qı qal­sın­mı, qal­ma­sın­mı?" ki­mi bir fi­kir for­ma­la­şır­dı. Bu mü­qəd­dəs oca­ğın odu­nu sön­dür­mək, kü­lə çe­vir­mək is­tə­yən­lər az de­yil­di. Hət­ta ədə­bi or­qan­la­rın nəş­ri­nə də son qoy­maq is­tə­yir­di­lər. Nə­ti­cə­si nə ola­caq­dı, al­lah bi­lir. Am­ma Ya­zı­çı­lar İt­ti­fa­qı ya­şa­dı, ye­nə öz ta­ri­xi mis­si­ya­sı­nı da­vam et­dir­di və bu­ra­da Xalq ya­zı­çı­sı Ana­rın fə­da­kar­lı­ğı xü­su­si qeyd olun­ma­lı­dır.
Hal-ha­zır­da Azər­bay­can Ya­zı­çı­lar Bir­li­yi­nin 1500-ə ya­xın üz­vü var. Bəl­kə də bu rə­qəm göz­lə­nil­di­yin­dən ar­tıq­dır, am­ma üzv­lə­rin tən ya­rı­sı­nı (bəl­kə, az ya çox) gənc­lər - ədə­biy­ya­tın ye­ni qüv­və­lə­ri təş­kil edir. On­la­rın içə­ri­sin­də is­te­dad­lar az de­yil. Ya­zı­çı­lar Bir­li­yi möv­cud olan­dan bu gü­nə ki­mi ədə­bi gənc­lik­lə bağ­lı qay­ğı­la­rı­nı heç vaxt əsir­gə­mə­miş­dir. Bu qay­ğı qır­xın­cı il­lər­də-əl­lin­ci il­lər­də Sə­məd Vur­ğu­nun, 60-70-ci il­lər­də Rə­sul Rza­nın, son­ra­kı onil­lik­lər­də B.Va­hab­za­də­nin, N.Xəz­ri­nin, Ana­rın, Ə.Əy­lis­li­nin, El­çi­nin adı ilə bağ­lı­dır, am­ma söh­bət Ya­zı­çı­lar Bir­li­yin­dən ge­dir­sə, əl­lin­ci il­lər­də M.İb­ra­hi­mo­vun sədr­li­yi ilə ke­çi­ri­lən "Gənc­lər gü­nü"n­dən tut­muş ca­van­la­rın ya­ra­dı­cı­lı­ğı­na həsr olu­nan on­lar­la ple­num­la­rın, konf­rans­la­rın, mü­şa­vi­rə­lə­rin ke­çi­ril­di­yi­ni, on­la­rın şe­ir və nəsr nü­mu­nə­lə­ri­ni əha­tə edən top­lu­la­rın nəşr edil­di­yi­ni də unut­maq ol­maz.
Bu yu­bi­ley ya­zı­sın­da, nə qə­dər təəs­süf do­ğur­sa da, bir mə­sə­lə­yə də to­xun­maq is­tə­yi­rəm. 90-cı il­lər­də bir sı­ra müəl­lif­lər mət­buat­da klas­sik və müa­sir ədə­biy­ya­tı­mı­za, us­tad sə­nət­kar­la­ra (xü­su­si­lə Fü­zu­li­yə, Sa­bi­rə, Sə­məd Vur­ğu­na, Rə­sul Rza­ya, Ana­ra, El­çi­nə, F.Qo­ca­ya), Azər­bay­can Ya­zı­çı­lar Bir­li­yi­nə, onun ədə­bi or­qan­la­rı­na böh­tan və if­ti­ra do­lu mə­qa­lə­lər çap et­dir­di­lər. "Ədə­biy­ya­tı­mız ye­ni rel­sə, ye­ni tem­pə, ye­ni ten­den­si­ya­ya qo­şul­ma­lı, Qərb­dən öy­rən­mə­li­dir" ki­mi "te­zis­lər­lə" mü­şa­yiət edi­lən bu ya­zı­lar və on­la­rın müəl­lif­lə­ri çox keç­mə­dən mis­kin bir tə­bəd­dü­la­ta uğ­ra­dı. 90-cı il­lər­də Ya­zı­lar Bir­li­yi­nə qar­şı çev­ri­lən bir sı­ra ədə­bi qrup­lar, bir­lik­lər ya­ran­dı, la­kin bun­la­rın heç bi­ri­nin öm­rü uzun sür­mə­di. Tə­bii ki, ədə­biy­yat­da ye­ni meyl və ten­den­si­ya­la­rın ya­ran­ma­ğı la­büd­dür, dün­ya ədə­biy­ya­tı­nın ye­ni­lik­lə­rin­dən də fay­da­lan­maq və tə­sir­lən­mək olar, bun­lar va­cib­dir və de­yim ki, son on il­də bu pro­ses da­vam edir. Am­ma mi­nil­lik ədə­bi ənə­nə­lə­ri­mi­zi in­kar elə­mək, Qərb­də ar­tıq öz öm­rü­nü ba­şa vur­muş "izm"lə­ri zor­la mil­li ədə­biy­ya­tı­mı­zın əra­zi­sin­də be­cərt­mək ab­surd­dur.
A­zər­bay­can Ya­zı­çı­lar Bir­li­yi­nin yu­bi­le­yi ilə bağ­lı bu söh­bə­ti­miz­də ən mü­hüm bir mə­qa­mı da unut­maq ol­maz. Bu da ulu ön­dər Hey­dər Əli­ye­vin Azər­bay­can Ya­zı­çı­lar İt­ti­fa­qı­na, ədə­biy­ya­tı­mı­za və ay­rı-ay­rı ya­zı­çı­la­ra gös­tər­di­yi qay­ğı­dır. So­vet döv­rün­də şəx­sən H.Ə­li­ye­vin dəs­tə­yi ilə Rə­sul Rza, Sü­ley­man Rə­hi­mov So­sia­list Əmə­yi Qəh­rə­ma­nı ki­mi yük­sək fəx­ri ada la­yiq gö­rül­dü­lər. Məhz onun tə­şəb­bü­sü ilə da­hi Hü­seyn Ca­vi­din mə­za­rı­nın qa­lıq­la­rı uzaq Si­bir­dən Azər­bay­ca­na-do­ğul­du­ğu Nax­çı­van tor­pa­ğı­na gə­ti­ril­di. Nə­si­mi­nin ana­dan ol­ma­sı­nın 600, Fü­zu­li­nin 500 il­lik yu­bi­ley­lə­ri­nin dün­ya miq­ya­sın­da qeyd olun­ma­sı da, ilk növ­bə­də, onun adı ilə bağ­lı­dır. H.Ə­li­ye­vin bi­rin­ci ha­ki­miy­yə­ti döv­rün­də ədə­biy­yat və in­cə­sə­nət xa­dim­lə­ri­nin SSRİ və Azər­bay­can SSR Döv­lət mü­ka­fat­la­rı­na, bir ço­xu­nun "Azər­bay­ca­nın Xalq şai­ri", "Azər­bay­ca­nın Xalq ya­zı­çı­sı" fəx­ri ad­la­rı­na la­yiq gö­rül­mə­si də ədə­biy­yat adam­la­rı­na xü­su­si mə­həb­bə­ti­nin ifa­də­si idi. Müs­tə­qil­lik döv­rün­də də ulu ön­dər bu qay­ğı və mə­həb­bə­ti sə­nət adam­la­rın­dan əsir­gə­mə­di. Azər­bay­ca­nın ən yük­sək fəx­ri or­de­ni -"İs­tiq­lal­"a la­yiq gö­rü­lən­lər sı­ra­sın­da B.Va­hab­za­də­nin, M.Dil­ba­zi­nin, Ana­rın, Maqsud İb­ra­him­bə­yo­vun, El­çi­nin, Ə.Əy­lis­li­nin ad­la­rı­nı gör­mək nə qə­dər xoş­dur. Hey­dər Əli­yev ədə­biy­ya­tı se­vir­di, həm də bu sev­gi­nin için­də ədə­biy­ya­ta də­rin­dən bə­ləd­lik du­yu­lur­du və bu sev­gi onun Azər­bay­can Ya­zı­çı­lar İt­ti­fa­qı­nın dörd qu­rul­ta­yın­da (VI-VIII və X) et­di­yi çı­xış­la­rın­da da ay­dın gö­rü­nür. Bu qay­ğı­lar için­də H.Ə­li­ye­vin ma­liy­yə bu­rul­ğa­nı­na dü­çar olan Azər­bay­can Ya­zı­çı­lar İt­ti­fa­qı­na dəs­tək ver­mə­si ol­du. Ümu­miy­yət­lə, onun təx­mi­nən 30 il­lik ha­ki­miy­yə­ti döv­rün­də Azər­bay­can ədə­biy­ya­tı­na gös­tər­di­yi qay­ğı­lar say­sız-he­sab­sız­dır. ...Bu, dün­ya ta­ri­xin­də döv­lət baş­çı­sı­nın öz xal­qı­nın ədə­biy­ya­tı­na gös­tər­di­yi qay­ğı­nın ən par­laq nü­mu­nə­lə­rin­dən bi­ri­dir. Ulu ön­də­rin bu ədə­bi si­ya­sə­ti in­di hör­mət­li pre­zi­dent İl­ham Əli­yev və YU­NES­KO-nun xoşmə­ram­lı sə­fi­ri Meh­ri­ban xa­nım Əli­ye­va tə­rə­fin­dən də da­vam et­di­ri­lir.
Bu ya­zı­nı so­na çat­dı­ran­da (hər­çənd ki, Ya­zı­çı­lar Bir­li­yi­nin keç­di­yi yo­lu tam açıq­la­ya bil­mə­səm də, çox mət­ləb­lər­dən söz aç­ma­sam da...) bö­yük şai­ri­miz Sə­məd Vur­ğu­nun mis­ra­la­rı­nı xa­tır­la­dım:

Bizdə şe­ir də var, sə­nət də var­dır,
Şei­rə, sə­nə­tə hör­mət də var­dır.

Ya­zı­çı­lar Bir­li­yi­nin pil­lə­lə­ri ilə yu­xa­rı­ya - öz iş ye­ri­mə - "Azər­bay­can" jur­na­lı re­dak­si­ya­sı­na qal­xı­ram. Tə­zə­cə tə­mir­dən çıx­mış bu gö­zəl, ya­ra­şıq­lı bi­na­nın mər­tə­bə­lə­rin­də ədə­biy­ya­tı­mı­zın klas­sik­lə­ri­nin, "Xalq şair­lə­ri" və "Xalq ya­zı­çı­la­rı"­nın löv­hə­də­ki şə­kil­lə­ri ilə qar­şı­la­şı­ram. On­la­rın hər bi­ri­ni sa­lam­la­yı­ram. "Bu­ra Azər­bay­can ya­zı­çı­la­rı­nın mü­qəd­dəs oca­ğı­dır" de­yi­rəm. Xa­tır­la­yı­ram ki, bi­na­nın da ya­zı­çı­la­ra ve­ril­mə­si­nin 70 ili ta­mam olur (bu, Rə­sul Rza­nın sədr­lik döv­rün­də baş ver­miş­dir). Ürə­yim­dən bir səs qo­pur: Bay­ra­mın mü­ba­rək, bi­zim mü­qəd­dəs oca­ğı­mız, sə­nət mə­bə­di­miz!


Va­qif YU­SİF­Lİ