Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

SƏ­NƏT MƏ­BƏ­Dİ­MİZ
Xro­ni­ka


İslam SADIQ


UILYAM SOMERSET MOEM
SADİQ ARVAD
Üç pər­dəli komediya


Əlihəsən ŞİRVANLI


Şakir XANHÜSEYNLİ


Mubariz CƏFƏRLİ
ƏL
Povest


Ay NUR


Xatirə SADIQOVA


FƏRİD


Faiq HÜSEYNBƏYLİ


Kəramət BÖYÜKÇÖL


Sahib ASLANZADƏ


MƏMMƏD İSMAYILIN BƏXTİNƏ DÜŞƏN GÜN...
Yaxud: budağında quş yuvası bir ağac...


«QƏ­ZƏL DE Kİ...»


Şandor PETEFİ


Zakir SADATLI
GÜNDOĞANDAN GÜNBATANA
I yazı


Uğurlu FƏXRI
NƏSRİN POETİK AXTARIŞLARI


Xatirə QULİYEVA
DÜNYA MAARİFÇİ ƏDƏBİ ESTETİK FİKRİNİN ƏSAS PRİNSİPLƏRİ


Bəsirə ƏZIZƏLIYEVA
LİVANIN DANIŞAN DİLİ
(Əmin Ər-Reyhani və Mixail Nüaymə C.X.Cibran haqqında


Sədaqət HƏSƏNOVA
MİKAYIL MÜŞFİQ və ƏDƏBİ DİLİMİZ


YENİ TƏRCÜMƏLƏR
 

UILYAM SOMERSET MOEM
SADİQ ARVAD
Üç pər­dəli komediya


 

İştirakçılar

Konstans
Con Middlton
Bernard Kersal
Missis Kalver
Mari-Luiza
Marta
Barbara
Mortimer Darhem
Bentli

Pyesdə hadisə­lər Conun Harli-stritdəki evində cə­rəyan edir.

Bİrİncİ pƏr­dƏ



Hadisənin cə­rəyan etdiyi yer: Konstansın qonaq otağı. Otaq incə zövq­lə qurulub. Interyer rəssamı olan Konstansda istedad anadangəl­mədi. Qonaq otağı belə gö­zəllik və rahatlıq üçün ancaq bu istedada minnətdar olmalı­dı.

Gü­nün ikinci yarı­sı­dı.

Missis Kalver otaqda təkdi. Bayır­lıq kostyumda əy­lə­şən bu yaşlı qadı­nın xoş siması var. Qapı açı­lır və eşikağası Bentli Martanın gəlişini xə­bər verir. Missis Kalverin qı­zı Marta gö­zəl, gənc bir qadın­dı.



Bentli: Miss Kalver (Çı­xır).

Marta: (Heyrət­lə) Ana.

Missis Kalver: (Təmkinlə) Bəli, əzizim.

Marta: Səni burda gö­rə­cəyimi qəti göz­ləmirdim. Konstansın yanına gedə­cəyini mə­nə deməmişdin, axı.

Missis Kalver: (Ürək açıq­lı­ğıyla) Sənin o quş göz­lərindən nə fikirləşdiyini bilməyincə, bura gəl­mək niyyətim yox idi. Sonra qərara aldım ki, elə birinci özüm bura gəlim.

Marta: Bentli deyir ki, Konstans evdə yoxdu.

Missis Kalver: Hə... Sən onu göz­lə­yə­cək­sən?

Marta: Əl­bət­tə.

Missis Kalver: Onda mən də burda olacam.

Marta: Bö­yük mər­hə­mət gös­tərmiş olarsan.

Missis Kalver: Nəcib söz­lərdi, əzizim, amma səsin nə­sə soyuq çıx­dı.

Marta: Ana, nə demək istədiyini anlamıram.

Missis Kalver: Əzizim, biz bir-birimizi lap çoxdan tanı­yı­rıq, eləmi, hətta bunu xatırlamaq belə adamın kefini pozur.

Marta: Heç də elə deyil. Mənim otuz iki yaşım var. Öz yaşımdan da utanıb eləmi­rəm. Bax, Konstansın yaşı otuz altı­dı.

Missis Kalver: Hər halda, hesab eləyi­rəm ki, bə­zən səmimiyyət işləri korlayır. Biz, qadınlar, sirli olmağı xoşlayı­rıq.

Marta: Məni bir şey fikirləşib başqa şey demək­də günahlandırmaq çətindi.

Missis Kalver: Əl­bət­tə, sö­zü açıq demək indi dəb­dədi. Amma çox vaxt əsas mə­sə­ləni gizlət­mək üçün bu, çox gö­zəl pər­dədi.

Marta: Ana, elə bilirəm, sən mən­dən nə­dən­sə narazısan.

Missis Kalver: Mən də öz tə­rəfimdən bu fikirdə­yəm ki, sən bilə­rək­dən özü­nü axmaq yerinə qoymusan.

Marta: Çünki Konstansa xə­bəri olmadı­ğı bir xə­bəri çatdırmaq istəyi­rəm.

Missis Kalver: Aha, deməli, mən haqlıyam. Sən kifayət qə­dər özü­nə yaxın üç adamın həya­tı­nı zə­hə­rə dön­dər­mək qəra­rına gəlmisən.

Marta: Elədi.

Missis Kalver: Icazə ver, soruşum. Konstans niyə bunu bilməlidi?

Marta: Niyə? Niyə? Niyə? Niyə? Bu, prinsipcə, cavab tə­ləb elə­mə­yən suallardan biridi.

Missis Kalver: Mən artıq də­fə­lər­lə şahidi olmuşam ki, prinsipcə, cavab tə­ləb elə­mə­yən suallara cavab vermək daha çətindi.

Marta: Buna cavab vermək elə də çətin deyil. O, həqi­qəti bilmək üçün həqi­qəti bilməlidi.

Missis Kalver: Təbii, həqi­qət gö­zəl şeydi, amma onu səs­ləndirmək­dən ön­cə yaxşı olardı əmin olasan ki, bu, dinləyicinin xeyrinədimi? Həqi­qət məxsusi özün üçün xırda məmnunluq hissi gətirmə­yə xidmət etmə­məlidi.

Marta: Ana, Konstans çox bəd­bəxt qadın­dı.

Missis Kalver: Boş söz­dü. Yaxşı yeyir, yaxşı geyinir, yaxşı yatır, kö­kəlmir. Belə bir qadına bəd­bəxt demək günahdı.

Marta: Əgər özün anlamırsansa, səni anlatmağın məna­sı yoxdu. Sən, əl­bət­tə, çox yaxşısan, amma sənin kimi ana daha qalmayıb. Sənin baxışların məni, sadə­cə, heyrət­ləndirib.

(Qapı açı­lır. Bentli missis Fosettlə daxil olur.

Qırx yaşlı missis Fosett qədd-qamətli, işgüzar bir qadın­dır).

Bentli: Missis Fosett.

Missis Kalver: O, Barbara, səni gör­məyi­mə necə də şadam.

Barbara: (Ona yaxınlaşıb öpür) Bentli mə­nə dedi ki, Konstans yoxdu, amma siz burdasız. Nə işlə məşğulsuz?

Missis Kalver: Cırmaqlaşı­rıq.

Barbara: Nə sə­bəb­dən?

Missis Kalver: Konstansa gö­rə.

Marta: Barbara, nə yaxşı ki, gəldin... Conla Mari-Luiza arasındakı romandan xə­bərin varmı?

Barbara: Birbaşa suala birbaşa cavab vermək­dən zəh­ləm gedir.

Marta: Bunu bizdən başqa, yəqin ki, hamı bilir. Bu mə­sə­lə­dən çoxdan agahsan? Deyirlər, onlar açıq-aşkar gö­rü­şür­lər. Heç cür ağlıma sı­ğış­dıra bilmirəm, niyə axı, biz bunu elə indi bilmişik?

Missis Kalver: (İstehzayla) Bu faktı insan xislətinin müs­bət tə­rəfi­nə yazmaq lazım­dır. Nə­zə­rə alaq ki, bizim bu qə­dər doğma dost və rəfi­qə­lərimizin içindən yalnız biri bu gün bu maraqlı xə­bəri bizimlə bö­lüş­dü.

Barbara: Ola bilsin, sizin doğma rəfi­qəniz özü də elə bu mə­sə­lə­dən bu sə­hər agah olub.

Marta: İlk əv­vəl inanmaq istə­mədim.

Missis Kalver: Yalnız ilk əv­vəl, ilk əv­vəl, əzizim. Sonra heyrətamiz də­rə­cə­də tez bir zamanda etiraf elədin ki, dəlil lazım olandan da artıq­dı.

Marta: Təbii ki, mən ikiylə ikinin cavabı­nı bilirəm. Sarsın­tı keçən kimi hər şey mə­nə aydın oldu. Yalnız bir şeyə məət­təl qaldım ki, niyə axı, əv­vəl­cə­dən duyuq düş­məmi­şəm.

Barbara: Missis Kalver, çoxmu dilxor olduz?

Missis Kalver: Qəti. Çox ismətli anam bü­tün kişilərin təb­iə­tən pozğunu olduğunu lap uşaqlıqdan mə­nə təlqin eləyib. Onların elədikləri­nə mən nadir hallarda təəc­cüb­ləni­rəm və heç vaxt dilxor olmuram.

Marta: Anam məni dəli elə­yə­cək. Özü­nü elə aparır ki, elə bil heç nə olmayıb.

Missis Kalver: Konstansla Con düz on beş ildi evlidi. Con çox yaxşı insandı. Əl­bət­tə, hər­dən onun başqa qadınların ər­lərindən səda­qətli olub-olmaması haqda özü­mə sual verirdim, amma bu mə­sə­lənin ümumilikdə mə­nə aidiyyatı olmadı­ğından tez fikrimi başqa səm­tə yö­nəldirdim.

Marta: Konstans sənin qı­zın deyil?

Missis Kalver: Sən birbaşa sualların lap dəlisisən. Cavab verirəm, hə, qı­zım­dı.

Marta: Sən də ağzına su alıb oturmaq istəyirsən? Konstansın ən yaxın rəfi­qəsiylə gə­zən Conun qarşı­sı­nı almaq fikrin yoxdu?

Missis Kalver: Nə qə­dər ki, Konstansın xə­bər­dən xə­bəri yoxdu, mənim susub-susmamağım heç nəyi dəyişmir. Mari-Luiza düz­dü, axmaqlıq eləyib, amma yaman şirin qız­dı, kişilər belə­lərini xoşlayırlar. Əgər Con Konstansı aldadırsa belə, hər halda, bizim onun gəzdiyinin kimliyini bilməyimiz xeyrimizədi.

Marta: (Barbaraya) Bu vaxtacan gör­müş­dün­mü, hamı­nın hör­mət etdiyi bir qadın... anama hamı hör­mət eləyir...

Missis Kalver: Saxla gö­rək.

Marta: Belə söz­lər deyərmi?

Barbara: Sənin fikrincə, nə­sə elə­mək lazım­dı?

Marta: Bəli, mən qəti əmi­nəm ki, nə­sə elə­mək lazım­dı.

Missis Kalver: Amma mən, əzizim, qəti əmi­nəm ki, sən nə­sə elə­məli deyilsən. Sən Konstansa bu haqda bir kəl­mə də demə­məli­sən.

Barbara: (Bir qə­dər çaşqın­lıq içində) Sən ona hər şeyi danışmaq istəyirsən?

Marta: Kimsə deməlidi, axı. Anam kənara çəkilirsə, onda mən irəli düş­məli­yəm.

Barbara: Mən Konstansı çox istəyi­rəm. Təbii ki, nə baş verdiyindən çoxdan duyuq düş­müş­düm, ona gö­rə də dəh­şətli hə­yəcan keçirirdim.

Marta: Con onu gic yerində qoydu. Heç bir kişinin öz arvadı­nı belə alçaltmağa ixtiyarı yoxdu. O, onu məs­xə­rə obyektinə çevirdi.

Missis Kalver: Əgər bü­tün arvadlar kişilərinin şorgöz­lü­yü sə­bəbindən məs­xə­rə obyektinə çevrilsəydi, dünya daha çox şən olardı.

Barbara: (Qeybət­ləş­mək imkanı yarandı­ğına gö­rə, razı gör­kəm­də) Heç bilirsizmi, bu gün onlar lançda birlikdə olublar.

Marta: Bu haqda eşitməmişik. Amma srağagün birlikdə nahar elədiklərindən xə­bərdarıq.

Missis Kalver: (Şən ovqatda) Biz hətta onların nə yediklərini də bilirik. Sənin necə, lançda onların nə yediklərindən xə­bərin var?

Marta: Ana!

Missis Kalver: Mə­nə elə gəldi ki, Barbara lança ikilikdə getmək­ləri­nə gö­rə, onlardan inciyib.

Marta: Ay ana, abır-həya­nı göz­lə­mək lazım­dı!

Missis Kalver: Əzizim, bircə abır-həya çatmır­dı. Yadda saxla ki, abır-həya sevimli kraliçamız Viktoriya ilə birlikdə öl­dü.

Barbara: (Missis Kalverə) Siz Konstansın ən yaxın rəfi­qəsiylə hamı­nın gö­zü qarşı­sında eşq macəra­sı yaşayan Conun bu hə­rə­kəti­nə haqq qazandı­rır­sız?

Missis Kalver: Ola bilsin, yaşa dolduqca, gö­nüm də qalınlaşıb deyə belə təmkinli olmuşam. Mən kişilərin mə­həb­bət oyunları­nı ciddi qəbul elə­yə bilmə­rəm. Elə bilirəm, onların təb­iəti belədi. Con çox gö­zəl cərrahdı. O, çox işləyir. Əgər hər­dən onda lança, yaxud nahara hansısa gö­zəl bir xanımla getmək hə­vəsi yaranırsa, hesab eləyi­rəm, bunu onun ayağına günah kimi yazmaq düz­gün deyil. Bilirsiz, gün­də üç də­fə, həf­tə­də yeddi də­fə eyni qadınla bir stol arxasında əy­ləş­mək adamı bezdirir. Mən bunu öz şəxsi təc­rü­bəm­dən bilirəm. Marta sə­hər-axşam gö­zü­mün qabağındadı. Amma kişilər bu halı qadınlar kimi təmkinlə keçirə bilmirlər.

Marta: Çox sağ ol, ana.

Barbara: (Əhəmiyyətli tərz­də) Amma axı onlar yalnız birlikdə yemək naminə gö­rüş­mür­lər.

Missis Kalver: Sən ən pis şeydənmi şüb­hə­lənirsən, əzizim?

Barbara: (Tam ciddiyyət­lə) Mənim o pis şeydən xə­bərim var.

Missis Kalver: Mənim fikrim belədi: gö­rən, bu, beləmi pisdi? Əgər burda özü­mü­zük və söh­bətimizə qulaq asan - zad yoxdusa, belə bir qiyamçı fikri bəyan etməyi özü­mə rəva gö­rə bilə­rəm. Əgər ər arvadıyla mehribandısa, onun qayğı­sına qalırsa, bə­zən səda­qətin o dar cı­zı­ğından çıx­dı­ğına gö­rə onu damğalamağa də­yərmi?

Marta: Demək istəyirsən ki, ər-arvadın səda­qət andına riayət eləyib-elə­mə­məsi elə də önəmli deyil?

Missis Kalver: Fikrimcə, arvadlar riayət elə­məlidi.

Barbara: Bu, axı, dəh­şətli də­rə­cə­də əda­lətsiz yanaşmadı! Niyə, axı, arvadlardan kişilər­dən artıq tə­ləb olunmalı­dı?

Missis Kalver: Çünki ək­sər arvadlar öz səda­qət­lərindən xoşhallanırlar. Bu bizləri öz gö­zü­müz­də ucaldır. Biz təb­iətin sadiq məxluqları­yıq. Özü­mü­zü başqa cür aparmağa elə də hə­vəsli olmadı­ğı­mızdan həmi­şə sadiq qalı­rıq.

Barbara: Yaxşı gö­rək.

Missis Kalver: Əzizim, sən dul bir qadın kimi, tam sər­bəst­sən. De gö­rüm, cəmiyyətin sənin üçün yasaq saydı­ğı nəyi­sə elə­mək üçün alı­şıb-yanırsanmı?

Barbara: Mənim öz şəxsi işim var. Səkkiz saat işlə­yən­dən sonra mə­həb­bətmi yada dü­şür? Axşamlar yorğun işgüzar qadı­nın ürəyi ya musiqili komediyaya baxmaq, ya da kart oynamaq istəyir. Onun pə­rəstişkarlarıyla ünsiyyə­tə qəti hə­vəsi olmur.

Marta: Söz düş­müş­kən, sənin biznesin nə yerdədi?

Barbara: Qarış-qarış bö­yü­yür. Elə bura Konstansa mən­də işlə­mək təklifiylə təşrif buyurmuşam.

Missis Kalver: Iş onun nəyi­nə lazım­dı? Con yaxşı qazanır.

Barbara: Mən fikirləşdim ki, özü-özü­nü saxlamaq iqtidarında olarsa, mə­sə­lə kritik həd­də çatanda bu ağrı­nı daha yün­gül keçirər.

Missis Kalver: Sən də mə­sə­lənin bu həd­də çatması­nı istəyirsən?

Barbara: Təbii ki, istəmi­rəm. Amma özü­nüz də başa dü­şür­süz ki, daha bu cür davam elə­yə bilməz. Konstansın hə­lə də bu işdən agah olmaması, sadə­cə, mö­cü­zədi. Amma gec-tez müt­ləq hər şeyi bilə­cək.

Missis Kalver: Zənnimcə, bu, qaçılmazdı.

Marta: Ümidvaram ki, bu, çox tez baş verə­cək. Mən yenə əv­vəlki qən­aətimdə­yəm ki, bu haqda xə­bəri ona məhz anası çatdırmalı­dı.

Missis Kalver: Buna mənim azca da hə­vəsim yoxdu.

Marta: Əgər anası yayı­nırsa, deməli, özüm deyə­cəm.

Missis Kalver: Bax, buna imkan vermə­rəm.

Marta: O, onu ən iyrənc şəkildə təhqir eləyib. Onun vəziyyəti dö­zül­məzdi. Mari-Luiza haqqında nə fikirləşdiyimi təsvir elə­mə­yə söz də tapa bilmirəm, amma deyə­cəm. Iyrənc, çö­rəyi dizinin üs­tə olan, qəddar, paxıl balaca lə­çər!

Barbara: Hər halda, fikrimcə, həmi­şə mə­nə gü­və­nə bilə­cəyi­nə əmin olması Konstansa xoş gə­lə­cək.

Missis Kalver: Amma Con hər ay ona samballı məb­ləğ­də pul ayı­rır. Con çox səxa­vətlidi.

Marta: (Mat-məət­təl) Doğrudanmı, sən elə fikirləşirsən ki, Konstans bundan sonra da ondan pul almalı­dı?

Barbara: Marta tamamilə haqlı­dı, missis Kalver. Bu vəziyyət­də o, ondan bir pens də ala bilməz.

Missis Kalver: Ola bilsin, o, belə də elə­yə­cək. Amma bununla bəra­bər, həm də gə­rək elə eləsin ki, boşananda vəkili onun üçün yaxşı pul qopara bilsin. Söh­bət bizim rifahı­mızdan gedən­də, çox az kişinin tə­səv­vü­rü həqi­qəti əks etdirir. Bəli, biz qadınlar bö­yük jestlər elə­məyi xoşlayı­rıq, amma özü­mü­zü, gerçəyi unutmamaq şərtiylə.

Barbara: Missis Kalver, sizə elə gəlmirmi ki, həd­dən ziyadə xudbinsiz?

Missis Kalver: Mə­nə elə gəlmir. Başa dü­şə bilmirəm, niyə axı, biz qadınlar heç olmasa tək­lə­nən­də hər­dən-hər­dən həqi­qəti demə­yək? Bilirsiz, həmi­şə yalan demək insanı bezdirir, hər­dən adam ürəyini boşaltmaq istəyir.

Marta: (Söz­ləri əzib-bü­zə­rək) Amma hiylə işlət­mək mənim ağlıma da gəlmir. Əslində, mən qətiyyən gö­rün­dü­yüm kimi deyiləm.

Missis Kalver: Mən demədim ki, sən riyakarlıq nümayiş elətdirirsən, əzizim. Amma mə­nə həmi­şə elə gəlib ki, sən axmaqsan. Sən atana çəkmisən. Ağıl deyilən şey bizim ailə­də mənimlə Konstansın payına dü­şüb.

(Otuz altı yaşlı gö­zəl qadın Konstans qonaq otağına daxil olur.

O, kü­çə­dən gəlib, şlyapa hə­lə də başındadır).

Barbara: (Sevincək) Konstans!

Konstans: Məni gəlib evdə gör­mədiyinizə gö­rə üzr istəyi­rəm. Yaxşı ki, çı­xıb getməmisiz. Anacan, necə­sən?

(Sırayla hamı­sı­nı öpür).

Marta: Konstans, hardaydın?

Konstans: Mari-Luizayla mağazaları gəzirdik. O, indi yuxarı qalxır.

Barbara: (Ikrah hissiylə) Deməli, burdadı?

Konstans: Hə. Telefonla danı­şır.

Marta: (İstehzayla) Sənin Mari-Luizasız bir gü­nün də olmasın.


Konstans: Onunla olmaq mə­nə xoşdu. O, məni darıxmağa qoymur.

Marta: Lança da birlikdə getmişdiz?

Konstans: Yox, onu lança öz kavaleri də­vət eləmişdi.

Marta: (Çəp-çəp missis Kalverə baxaraq) Belə de. Con isə xəs­tə­lərin qəbulundan sonra yeməyi evdə yeyir, eləmi?

Konstans: (Çox səmimi) Əgər xəs­təxanaya ertə­dən getməli deyilsə.

Marta: Bəs bu gün necə, onu xəs­təxanaya çağı­rıblar?

Konstans: Yox, bu gü­nə işlə bağlı gö­rüş təyin eləmişdi.

Marta: Harda?

Konstans: Inan ki, bilmirəm. Bu uzun illik birgə həyatdan sonra ər­dən hara getdiyini soruşmurlar.

Marta: Niyə, axı?

Konstans: (Tə­bəs­süm­lə) Çünki onda da sən­dən eyni şeyi soruşmaq hə­vəsi yarana bilər.

Missis Kalver: Həm də ona gö­rə ki, müdrik qadın həmi­şə öz ərinə etibar eləyir.

Konstans: Con hə­lə bir də­fə də ondan şüb­hə­lən­məyim üçün mə­nə əsas verməyib.

Marta: Xoşbəxt qadınsan.

Konstans: (Yün­gül tə­bəs­süm­lə) Ya da müdrik.

(Zərif, cazibədar, gö­zəl geyimli, iri, məsum göz­lü və uzun taxma kirpikli

Mari-Luiza daxil olur)

Mari-Luiza: Heç xə­bərim yox idi ki, burda belə kübar qəbul təşkil olunub.

Missis Kalver: Biz Martayla indicə getmə­yə hazırlaşır­dıq.

Konstans: Mari-Luiza, sən mənim anamla tanışsanmı?

Mari-Luiza: Əl­bət­tə.

Konstans: Mənim anam çox yaxşı qadın­dı.

Missis Kalver: Ağlı başında, yaşına gö­rə də çox fəal bir qadın.

(Mari-Luiza Barbaranı və Martanı öpür).

Mari-Luiza: Necəsiz?

Marta: (Onun libasına baxır) Libasın tə­zədi, eləmi, Mari-Luiza?

Mari-Luiza: Hə, ilk də­fədi geyinirəm.

Marta: Yəqin, kavalerin səni lança də­vət etdiyinə gö­rə, geyinmisən, eləmi?

Mari-Luiza: Nə­dən bildin ki, mən lançda kavalerlə olmuşam?

Marta: Konstans dedi.

Konstans: Mən sadə­cə, belə zənn etdim.(Mari-Luizaya) Biz gö­rü­şən­də göz­lərinin necə par-par yandı­ğı­nı gör­düm, çöh­rən­dən də xoşbəxtlik yağır­dı. Qadın yalnız kimdən­sə dünyanın ən gö­zəl varlı­ğı olduğunu eşidən­də belə nurlanır.

Marta: Mari-Luiza, de gö­rək, o, kimdi?

Konstans: Mari-Luiza, belə iş tutma, onun adı­nı gizli saxla ki, bizim qeybət­ləş­mə­yə imkanı­mız olsun.

Barbara: Ərin necədi, əzizim?

Mari-Luiza: Hər şey qaydasındadı. Mən indicə onunla telefonla danış­dım.

Barbara: Onun qə­dər öz arvadına pə­rəstiş elə­yən kişi gör­məmi­şəm.

Mari-Luiza: Şikayət­lən­mək günah olar, elə deyilmi?

Barbara: Bə­zən əsəb­ləri­nə toxunmurmu? Mə­həb­bətin belə hüdudsuz okeanında çimmək­dən qorxmursan? Birdən məlum olsa ki, əslində, sən heç də onun gö­zü­nə gö­rün­dü­yü kimi deyilsən, yazı­ğın ağlı çaşar.

Konstans: (Xoş niyyət­lə) Amma Mari-Luiza məhz gö­rün­dü­yü kimidi.

Mari Luiza: Əgər belə olmasam da, onu buna inandırmaq çətin mə­sə­lədi.

Konstans: Sakit, Con gəldi. (Qapıya yaxınlaşıb çağı­rır) Con.

Con: (aşağıdan) Salam.

Konstans: Qalxırsan? Mari-Luiza burdadı.

Con: Gəli­rəm.

Konstans: Lançdan sonra əməliyyatı olub. Yəqin, çox yorğundu.

Marta: (Mari-Luizaya baxır) Yəqin, lançda cəmi bircə sendviç yeyib.

(Qırx yaşlı hün­dür, qəddi-qamətli bir kişi daxil olur).

Con: Ilahi, özün kö­mək ol, heç vaxt bu qə­dər camaatı bir yerdə gör­məmi­şəm. Mənim sevimli qayınanam necədi?

Missis Kalver: Şikayəti yoxdu.

Con: (Missis Kalveri və Barbaranı öpür) Bilirsən, anası mə­nə gəl­mədiyinə gö­rə Konstansı aldım.

Missis Kalver: Ö­züm­dən iyirmi yaş balaca birisinə ərə getmək üçün o vaxt mən çox gənc idim.

Konstans: Amma aranızdakı yaş fərqi Conla gəz­məyi­nə mane olmazdı. Xoşbəxtliyinizdən mən qısqanc deyiləm.

Con: Bu gü­nün necə keçdi, əzizim?

Konstans: Mari-Luizayla mağazaları gəzmişik.

Con: (Mari-Luizanın əlini sı­xır) Gün aydın. Lança da bir yerdə getdiz?

Marta: Yox, Mari-Luizanı kavaleri də­vət eləyib.

Con: Kaş o kavalerin yerində mən olaydım. (Mari-Luizaya) Necə­sən? Yüz ildi səni gör­mü­rəm.

Mari-Luiza: Evdə tapı­lırsan ki. Indi Konstansla mən, demək olar ki, bir-birimizdən ayrıl­mı­rıq.

Con: Bəs sənin varlı-karlı ərin?

Mari-Luiza: Elə indicə onunla danı­şır­dım. Belə məlum oldu ki, bu axşam Birmingemə getməlidi.

Konstans: Onda naharı bizdə elə­yər­sən.

Mari-Luiza: Çox sağ ol, amma elə yorulmuşam ki. Yaxşı olardı ki, yumurta yeyib özü­mü çarpayıya yı­xım.

Con: Konstans, elə indicə sə­nə demək istəyirdim ki, nahar elə­mə­yə­cəm. Təcili əməliyyatım var. Kəskin appendisit.

Konstans: Nə pis oldu.

Marta: Sənin çox gö­zəl sə­nətin var, Con. Əgər bir yerə getmək istə­sən, elə bircə təcili əməliyyatım var, deməyin kifayətdi. Bunun yalan olduğunu heç kimi sübut elə­yə bilməz.

Konstans: Əzizim, öz məsum başı­nı şüb­hə­lər­lə doldurma. Con məni heç vaxt aldatmaz. (Cona) Elə deyilmi, əzizim?

Con: Əzizim, səni aldatmaq üçün mən gə­rək əv­vəl­cə­dən bir xeyli dəri­dən-qabıqdan çıxam.

Konstans: (Yün­gül tə­bəs­süm­lə) Bə­zən, mə­nə elə gəlir ki, sən doğru danı­şırsan.

Mari-Luiza: Səninlə Con kimi bir-birini aşiq ər-arvad gör­mək necə də xoşdu. Siz artıq on beş ildi ki, evlisiz, eləmi?

Con: Bəli. Heç də pis deyil.

Mari Luiza: Di, mən qaçdım. Artıq çoxdan evdə olmalıy­dım. Sağ ol, əzizim. Sağ ol, missis Kalver.

Konstans: Sağ ol, əzizim. Çox gö­zəl gün keçirdik.

Mari-Luiza (Əlini Cona uzadaraq) Sağ ol.

Con: Mən səninlə dü­şü­rəm.

Marta: Mən də çı­xıram, Mari-Luiza. Sə­nə yoldaşlıq elə­yə­rəm.

Mari-Luiza: (Elə bil nəyi­sə yadına salaraq) Con, əgər sə­nə çətin olmazsa, dizimə baxa bilərdinmi? Bir-iki gün­dü nə­sə ağrı­yır.

Con: Əl­bət­tə, çətin olmaz. Mənim qəbul otağıma gedək. Bu diz qapağı elə şeydi ki, gə­rək gö­zü­nü üs­tün­dən çək­mə­yə­sən.

Marta: (Inadla) Mən səni göz­ləyi­rəm. Müayinə uzun çək­məz, eləmi? Biz taksi tutarıq.

Mari-Luiza: Mən maşınlayam.

Marta: Nə yaxşı! Mə­nə də maşında yer elə­yər­sənmi?

Mari-Luiza: Məmnuniyyət­lə.

(Con Mari-Luiza üçün qapı­nı açır. Əv­vəl­cə o, ardınca Con çı­xır. Konstans sanki nə baş verdiyini çox gö­zəl anlayaraq soyuq nə­zər­lər­lə bu səh­nəni izləyir).

Marta: Onun dizinə nə olub?

Konstans: Burxulur.

Marta: Sonra?

Konstans: Sonra da ayağı burxulur.

Marta: Sən qəbul otağına gə­lən qadınları Cona qısqanmırsan?

Konstans: Əgər qadın əndazəni aşsa, orda onun həmi­şə kö­mə­yə çağıra bilə­cəyi tibb bacı­sı var.

Marta: (Şən əhvalda) Tibb bacı­sı indi də var?

Konstans: Bir də nə­dən­sə, mə­nə elə gəlir ki, antiseptiklərin iyisindən burun tutulan o qəbul otağında mə­həb­bət­lə məşğul olmaq ancaq əynində biə­dəb alt paltarı olan qadınların ürəyindən keçə bilər. Mən özü­mü qısqanmağa məcbur elə­yə bilmə­rəm.

Barbara: Mari-Luiza bu gün­lər­də mə­nə iki köy­nək verdi ki, özüm üçün onlara oxşarı­nı tikim.

Konstans: Biri irland krujevasından tünd qır­mı­zı qır­çın­lı deyildi? Mən də onun öl­çü­sü­nü gö­tür­mü­şəm.

Barbara: Mari-Luiza doğrudan da çox yaraşıq­lı­dı.

Konstans: Mari-Luiza gö­zəl­lər gö­zəlidi. Onunla Con bir-birlərini çoxdan tanı­yırlar. Təbii ki, o, Conun da xoşuna gəlir, amma deyir, başı boşdu.

Marta: Kişilər heç də həmi­şə dü­şün­dü­yü­nü demir.

Konstans: Bu bizim xeyrimizədi, yoxsa onların əsl hisslərindən xə­bər tuta bilməzdik.

Marta: Sə­nə elə gəlmirmi ki, Conun arvadından gizli saxladı­ğı şeylər var?

Konstans: Əl­bət­tə, mənim buna şüb­həm yoxdu. Amma yaxşı arvad həmi­şə özü­nü elə aparır ki, guya ərinin ondan gizlə­mək istədiyi o xırda sirrlər­dən yerli-dibli xə­bəri yoxdu. Bu, ailə etiketinin əsas qaydalarındandı.

Marta: Yaddan çıxarma ki, kişilərin xəmiri ta qədimdən yalanla yoğrulub.

Konstans: Canım-ciyərim, sən lap qarı­mış qız kimi danı­şırsan. Mə­gər özü kö­nül­lü aldanmaq istə­mə­yən qadı­nı aldatmaq olar? Yoxsa sən həqi­qə­tən də kişiləri sirli məxluq hesab eləyirsən? Onlar uşaq kimi şeydilər. Con özü­nün bu qırx yaşında on dörd yaşlı Elendən qəti bö­yük deyil.

Barbara: Qı­zı­nız necədi, Konstans?

Konstans: Əla­dı. Oxumağa yolladı­ğı­mız xüsusi mək­təbi çox bə­yənir. Hə, kişilər­də qaldıq. Onlar ömür­lərinin axı­rınacan balaca oğlan kimi qalırlar. Əl­bət­tə, bə­zən söz eşitmirlər. Onda gə­rək incikliyini üzə vurasan. Onlar hər boş şeyə elə əhəmiyyət verirlər ki... Adam lap köv­rəlir. Özü də onlar elə aciz məxluqdular. Sən nə vaxtsa xəs­tə kişinin qulluğunda dayanmısan? Adamın ürəyi qan ağlayır. Heç fərq elə­məz, sanki atın, yaxud itin qulluğunda dayanmısan. Zavallı məxluqlar, əgər yağış yağsa, qaçıb ağacın altında dayanmaq qəti ağıllarına gəl­mə­yə­cək. Onlar çox əziz, mər­hə­mətli, səfeh, can üzən, xudbin məxluqlardı. Elə sadə­lövh, açıq ürəklidilər ki, onları sevmə­mək, sadə­cə, müm­kün deyil. Biclik və ağıl deyilən şeydən onlarda əsər-əla­mət belə yoxdu. Onları ciddi qəbul elə­mək axmaqlıq­dı. Ana, sən müdrik qadınsan. Nə fikirləşirsən?

Missis Kalver: Elə bilirəm, sən öz ərini sevmirsən.

Konstans: Boş söz­dü.

(Con daxil olur)

Con: Marta, Mari-Luiza səni göz­ləyir. Onun dizini sarı­dım.

Konstans: Ümid eləyi­rəm ki, sarı­ğı bərk sıxmamısan.

Marta: (Konstansa) Gö­rü­şə­nə­dək, əzizim. Ana, sən bizimlə gəlirsənmi?

Missis Kalver: Yox, hə­lə burdayam.

Marta: Barbara, gö­rü­şə­nə­dək.

(Marta və Con çı­xır).

Barbara: Konstans, əzizim, sə­nə bir təklifim var. Bilirsən ki, mənim biznesim gün-gün­dən bö­yü­yür, daha sifarişləri çatdıra bilmirəm. Ağlıma belə bir fikir gəlib. Niyə, axı, sən mənim yanımda işlə­mə­yə­sən?

Konstans: Mən, axı, işgüzar qadınlardan deyiləm.

Barbara: Amma sənin çox incə zöv­qün və saysız-hesabsız ideyaların var. Sən interyerlər­lə məşğul olarsan, mən də diqqətimi mebel alqı-satqı­sına yö­nəl­də­rəm.

Konstans: Mənim, axı, pulum yoxdu.

Barbara: Əvəzində, mən­də ürəyin istə­yən qə­dərdi. Mə­nə kö­mək lazım­dı, bu işi sən­dən daha yaxşı bilən mü­tə­xəssisi çətin tapam. Biz qazancı yarı bö­lə­cəyik. Fikrimcə, ildə mindən min beş yüz funta qə­dər qazanacağı­nı sə­nə vəd elə­yə bilə­rəm.

Konstans: Mən uzun illərdi əlimi ağdan-qaraya vurmuram. Qorxuram, səkkiz saatlıq iş mə­nə sür­gün əzabı kimi gö­rü­nə.

Barbara: Mənim təklifim barə­də fikirləş, yaxşı­mı? Çox maraqlı­dı. Sən təb­iə­tən işlək qadınsan. Mə­gər gü­nün iyirmi dörd saatı­nı heç nə­yə həsr elə­mək səni darıx­dır­mır?

Konstans: Elə fikirləşmirəm ki, bu, Conun xoşuna gə­lə­cək. Insanlar elə dü­şü­nə bilər­lər ki, Con məni maddi cə­hət­dən təmin elə­yə bilmir.

Barbara: Indi hansı zəma­nədi? Indi qadınların da kişilər kimi öz­ləri­nə karyera qurması üçün bü­tün imkanlar var.

Konstans: Elə bilirəm, mənim karyeram Conun qulluğunda durmaqdan ibarətdi. Ev işlərini idarə elə­mək, onun dostları­nı darıxmağa qoymamaq, ona xoşbəxtlik və rahatlıq gətirmək...

Barbara: Bəl­kə, səhv eləyirsən, yumurtanın hamı­sı­nı bir sə­bə­tə yığmaq nə­yə lazım? Bəl­kə, həmin o karyeran alt-üst oldu?

Konstans: Nə­dən?

Barbara: Əl­bət­tə, ümid eləyi­rəm ki, bu, baş vermə­yə­cək. Amma özün də bilirsən ki, kişilər havalı, dəyişkən məxluqlardı. Sər­bəstlik yaxşı şeydi. Özü-özü­nü dolandıra bilən qadın gə­lə­cə­yə daha inamla baxır.

Konstans: Çox sağ ol. Amma hə­lə ki, Conla xoşbəxt həyat sü­rü­rük və mən tə­ləsik hə­rə­kət­lərimlə onun əsəb­ləri­nə toxunmaqda bir məna gör­mü­rəm.

Barbara: Əl­bət­tə, tə­ləs­mə­yə ehtiyac yoxdu. Gə­lə­cəyin adama nə gəti­rə­cəyini heç kim bilmir. Amma istəyi­rəm, bilə­sən ki, sən ürəyin istə­yən vaxt yanıma gə­lə bilər­sən. Bilirəm ki, sənin kimisini tapa bilmə­yə­cəm. Həmin işə sahib çıxmağın üçün bir sö­zün kifayətdi.

Konstans: Sən çox lütfkarsan, Barbara. Bu çox gö­zəl təklifdi, mən də sə­nə çox minnətdaram. Amma incimə, ümidvaram ki, bu təklifdən istifadə elə­mək heç vaxt mə­nə lazım olmayacaq.

Barbara: Nə olar, əzizim, gö­rü­şə­nə­dək.

Konstans: Gö­rü­şə­nə­dək, əzizim.

(Onlar öpü­şür­lər və Barbara gedir. Konstans zəngi basır).

Missis Kalver: Sən xoşbəxt­sənmi, əzizim?

Konstans: Əl­bət­tə. Mə­gər mə­nə baxanda gö­rün­mür?

Missis Kalver: Etiraf elə­məli­yəm ki, gö­rü­nür. Sə­nə baxanda həm də onu gö­rü­rəm ki, nə bir qayğın, nə də bir problemin var.

Konstans: Səhv eləyirsən. Mənim aşbazım işdən çıxmaq üçün ərizə yazıb, onun meringləri dadına gö­rə şə­hər­də adla deyilirdi.

Missis Kalver: Con mənim xoşuma gəlir.

Konstans: Mənim də. O, kişinin yaxşı ərə çevrilməsi üçün lazım olan bü­tün keyfiyyət­lə­rə malikdi: yumşaq xarakter, yumor hissi, ekstravaqantlığa qarşı tam laqeydlik.

Missis Kalver: Əzizim, bunları əsas keyfiyyət saymaqda sən necə də haqlısan.


Konstans: Kişini yaxşı ərə çevirən ehkamlar yox, xırdalıqlardı.

Missis Kalver: Əl­bət­tə, həyatda gü­zəş­tə də getməli olursan. Başqa cür, sadə­cə, müm­kün deyil. Insandan həd­dən artı­ğı­nı tə­ləb elə­mək düz­gün deyil. Xoşbəxtliyi hə­rə bir cür dərk eləyir. Əgər özü­nü xoşbəxt gör­mək istəyirsən­sə, yaxınları­nın da xoşbəxtliyini nə­zə­rə almalısan. Əgər bu, sənin adamlı­ğın xaricindədi­sə onda öz bəd­bəxtliyindən gileylən­mə­yə haqqın yoxdu. Ən əsası isə gə­rək ayıq­lı­ğı­nı itirib şöh­rət­pə­rəstliyin fitvasına getmə­yə­sən.

Konstans: Ancaq, anacan, biz bir-birimizi necə də yaxşı anlayı­rıq.

Missis Kalver: Indi hamı ağıl­lı olub. Göz­lə gö­rü­nən­dən savayı hər şeyi gö­rür­lər. Mən də bu nəti­cə­yə gəlmişəm ki, orijinal və mə­zəli qarı adı­nı qazanmaq üçün onlara gö­rü­nəni gös­tər­məyim kifayətdi.

Konstans: Anacan, məni onların siyahı­sına yazma.

Missis Kalver: (Mə­həb­bət­lə) Elə dü­şün­mək istəmi­rəm ki, sən bəd­bəxtliyi hiss elə­sən də axmaq qürurunun ucbatından mənim səni ovundurmağıma və məs­lə­hət­lərimi diqqəti­nə çatdırmağıma icazə vermə­yə­sən.

Konstans: (Səmimiyyət­lə) Icazə verə­rəm, anacan.

Missis Kalver: Bu gün­lər­də başıma qəri­bə bir hadisə gəlib. Bir tanış qadın yanıma gəlib şikayət elədi ki, əri ona qəti fikir vermir. Soruşdum ki, niyə anasına yox, mə­nə şikayət eləyir. Cavab verdi ki, anası lap əv­vəl­dən onun həmin adama ərə getməsi­nə qarşı olub, odur ki, indi öz dərdi azmış kimi üs­təlik o arvad doğma anasına qulaq asmadı­ğı­nı da başına qaxınc elə­yə­cək.

Konstans: Anacan, deyə bilmə­rəm ki, Con mə­nə fikir vermir.

Missis Kalver: Təbii ki, mən o qadınla danış­dım. Amma etiraf eləyim ki, onun dərdinə şərik olmaq istə­mədim.

Konstans: (Tə­bəs­süm­lə) Necə amansız rəftar, elə deyilmi?

Missis Kalver: Ailə mə­sə­lə­ləriylə bağlı mənim öz prinsiplərim var. Əgər kişi arvadına fikir vermirsə, günahkar arvaddı, əgər kişi mü­təmadi başqasıyla gəzirsə, burda da on haldan doqquzunda qadın yalnız özü­nü günahlandırmalı­dı.

Konstans: Mü­təmadi - necə də xoşagəl­məz söz.

Missis Kalver: Ağlı başında olan istəni­lən qadın təsa­düfi işlə­rə mə­həl qoymamalı­dı. Bə­zən şərait özü öz axarıyla bu sə­bəbi gətirir.

Konstans: Və bir də, əl­bət­tə ki, kişi şorgöz­lü­yü?

Missis Kalver: Mən o tanı­şıma dedim ki, ərin başqa qadınları daha cazibədar zənn etdiyindən onlarla gəzir. Amma buna gö­rə ona hirslən­məki lazım­dı? Əksinə, bü­tün gü­cü­nü işə salmalısan ki, ərinin gö­zün­də o qadınlardan daha cazibədar gö­rü­nə­sən.

Konstans: Ana, sən təsa­dü­fən feminist adlanan qadınlardan deyilsən?

Missis Kalver: Bu səda­qət nə olan şeydi, axı?

Konstans: Ana, əgər pən­cə­rəni açsam, etiraz elə­məz­sən?

Missis Kalver: Pən­cə­rə açıq­dı.

Konstans: Onda əgər pən­cə­rəni bağlasam, etiraz elə­məz­sən? Fikrimcə, sən yaşda bir qadın əgər belə bir sual verirsə, deməli, mən­dən nə­sə bir rəmzi jest göz­lənilir.

Missis Kalver: Məni gül­dür­mə. Əl­bət­tə ki, mən qadın səda­qəti­nə inanıram. Hesab eləyi­rəm ki, kimsə bu istəyi şüb­hə altına ala bilməz. Amma kişi başqa aləmdi. Qadın evini, təmiz adı­nı, cəmiyyət­dəki mövqeyini, ailəsini bir an belə unutmamalı­dı. Odur ki, qəti gör­məli olmadı­ğı bir işi gö­rə bilə­cəyinin qarşı­sı­nı almaq üçün göz­lərini yummağı öy­rən­məlidi.

(Eşikağası daxil olur).

Bentli: Madam, zəngi basmış­dız?

Konstans: Hə. Mən mister Bernard Kersalı göz­ləyi­rəm. Başqaları üçün evdə yoxam.

Bentli: Oldu, madam.

Konstans: Mister Middlton evdədi?

Bentli: Bəli, madam. O, öz qəbul otağındadı.

Konsans: Çox yaxşı.

(Bentli gedir).

Missis Kalver: Sən nəza­kət­lə mə­nə getmək vaxtı­mın çatdı­ğı­nı işarə eləyirsən?

Konstans: Əksinə, anacan. Mən israrla qalmağı­nı xahiş eləyi­rəm.

Missis Kalver: O sirli centlmen kimdi?

Konstans: Anacan, Bernarddı da.

Missis Kalver: Bu ad mə­nə heç nə demir. Ümidvaram ki, o, mü­qəd­dəs Bernard deyil. Eləmi, əzizim?

Konstans: Sən ki, hə­lə yaddaşından şikayət­lənmirsən. Bernard Kersalı xatırlamalısan, axı. Yadındamı, mə­nə evlən­mək təklifi eləmişdi?

Missis Kalver: Mənim gö­zəl qı­zım, sə­nə evlən­mək təklif elə­yən bü­tün o cavanları yadda saxlamaq mənim yaddaşı­mın imkanı daxilində deyil.

Konstans: Amma, axı o, mənim razı­lı­ğı­mı daha israrla tə­ləb eləyirdi.

Missis Kalver: Niyə?

Konstans: Gö­rü­nür, rədd cavabı verdiyimə gö­rə. Başqa sə­bəb tapa bil­mirəm.

Missis Kalver: O, mən­də heç bir təsir oyatmadı, hə?

Konstans: Deyə bilmə­rəm ki, buna cəhd eləyirdi.

Missis Kalver: Gö­rü­nü­şü necəydi?

Konstans: Belə, hün­dür bir oğlan.

Missis Kalver: Onlar hamı­sı hün­dür idi.

Konstans: Şabalı­dı saçlı, qonur göz­lü.

Missis Kalver: Onlar hamı­sı şabalı­dı saçlı, qonur göz­lüy­dü.

Konstans: O, çox gö­zəl rəqs eləyirdi.

Missis Kalver: Onlar hamı­sı çox gö­zəl rəqs eləyirdi.

Konstans: Mən, az qalmış­dı, ona ərə gedəm?

Missis Kalver: Bəs niyə getmədin?

Konstans: Elə bilirəm onun üs­tü­nə ayaqqabı­mı silmək üçün dö­şə­mə­yə uzanmağa hazır olduğunu çox aydın büru­zə verirdi.

Missis Kalver: Qısa­sı, onda yumor hissi çatışmayıb.

Konstans: Onun məni sevdiyinə qəti əmin idim, Cona gəlincə, belə qəti əminlik mən­də yox idi.

Missis Kalver: Əvəzində, indi var, elə deyilmi?

Konstans: Bəs necə! Con mə­nə pə­rəstiş eləyir.

Missis Kalver: Nə­dən bu gənc insan bu gün sə­nə baş çək­mək qəra­rına gəlib?

Konstans: O, artıq heç də gənc deyil. O vaxt iyirmi yaşı var idi, indi təxminən qırx beşdi.

Missis Kalver: O, hə­lə də sə­nə aşiqdi?

Konstans: Belə dü­şün­mək istə­məzdim. Doğrudanmı, o mə­həb­bət on beş ilə sön­məyib? Inanmıram. Ana, mə­nə elə baxma. Mən belə baxışları xoşlamıram.

Missis Kalver: Onda mə­nə quyruq bulama. Əl­bət­tə, onun sevib-sevmədiyini özün yaxşı bilirsən.

Konstans: Mən Con ərə gedən­dən sonra onu gör­məmi­şəm. Bilirsən, o, Yaponiyada yaşayır. Onun Kobedə ticarət evi var. Müharibə vaxtı qısa məzuniyyət­lə bura gəlmişdi. Amma o vaxt mən bərk xəs­tə olduğuma gö­rə, onu qəbul elə­mədim.

Missis Kalver: Belə de! Bəs onda niyə tə­zə­dən gəlib? Onunla məktublaşır­dın?

Konstans: Əl­bət­tə, yox. On beş il gör­mədiyi adama kim məktub yazar? Amma hər ad gü­nüm­də mə­nə gül dəs­təsi gön­dərir.

Missis Kalver: Necə də nəza­kətlidi.

Konstans: Bu yaxınlarda isə ondan məktub almışam. Yazmış­dı ki, Ingiltə­rə­dədi, mənimlə gö­rüş­mək istəyir. Odur ki, onu bura də­vət eləmi­şəm.

Missis Kalver: Sənin bu qə­dər ağıl­lı olmağın məni lap heyrət­ləndirir.

Konstans: Çox güman ki, o, xeyli dəyişib. Kişilər yaman tez qocalır, elə deyilmi? Bəl­kə keçəl­ləşib, kö­kəlib?

Missis Kalver: Bəl­kə də evlənib?

Konstans: Əgər evlən­səydi, çətin, mənimlə gö­rüş­mə­yə hə­vəsi olardı, düz demirəm?

Missis Kalver: Belə başa dü­şü­rəm ki, onun səni əv­vəlki kimi sevdiyini dü­şü­nür­sən.

Konstans: Elə deyil.

Missis Kalver: Onda nə­dən belə hə­yəcanlısan?

Konstans: Bu ki, təbiidi. Istəmi­rəm, məni gö­rən­də fikirləşsin ki, qocalıb korlanmışam. O, mə­nə səc­də eləyirdi, anacan. Yəqin, elə bilir ki, yenə əv­vəlki kimiyəm. Istə­məzdim ki, bu otağa girən­də çə­nəsi əyilsin.

Missis Kalver: Bəl­kə, yaxşı­sı budu, onunla təklikdə gö­rü­şə­sən?

Konstans: Yox, anacan, qalmalısan. Mən xahiş eləyi­rəm. Bəl­kə, o, elə bədheybət olub ki, heç bir də onu gör­mək istə­mədim. Bu halda sənin yanı­mızda olmağın işləri yün­gül­ləşdirər. Bəl­kə, heç mən onunla təklikdə qalmaq istə­mədim.

Missis Kalver: Belə de.

Konstans: (Bic-bic baxıb) Amma bəl­kə də qalmaq istədim.

Missis Kalver: Bununla sən məni pis vəziyyə­tə qoyursan.

Konstans: Indi mə­nə qulaq as. Əgər qərara alsam ki, o, həqi­qə­tən bədheybətdi, onda bir neçə dəqi­qə havadan, təb­iət­dən danı­şıb, sonra pauza elə­yərik və hər ikimiz çoxməna­lı baxışları­mı­zı düz onun gö­zü­nün içinə zillə­yərik. Belə baxışlar altında kişilər öz­lərini axmaq yerində hiss eləyirlər. Kişilər isə öz­lərini axmaq yerində hiss elə­məyi xoşlamırlar. Odur ki, o, durub gedə­cək.

Missis Kalver: Bə­zən, o yazıqlar necə aradan çıxmağı öz­ləri də bilmirlər, belə vaxtlarda yer ayrılsa, yerə girər­lər.

Konstans: Amma işdi əgər qərara alsam ki, o, çox ürə­yəya­tım­lı birisidi, onda burun dəsmalı­mı çıxa­rıb pianonun üs­tü­nə qoyacam.

Missis Kalver: Nə­yə gö­rə?

Konstans: Əzizim, ona gö­rə ki, sən öz qoca ayaqlarınla qalxıb deyə bilə­sən ki, artıq getməli­sən.

Missis Kalver: Bunu mə­nə demə­sən də anladım. Amma maraqlı­dı, dəsmalı niyə pianonun üs­tü­nə qoymalısan?

Konstans: Çünki mən tez özüm­dən çıxan məxluqam. Ona gö­rə də mən­də dəsmalı pianonun üs­tü­nə qoymaq kimi impulsiv bir hə­vəs oyana bilər.

Missis Kalver: Çox gö­zəl. Amma mən heç vaxt öz hissləri­mə etibar eləmi­rəm.

(Bentli peyda olub Bernard Kersalın gəlişini xə­bər verir. Yaraşıq­lı, dərisi gün­də yanmış, gümrah bir kişi qonaq otağına daxil olur. Onun çox gö­zəl bə­dən quruluşu var və özü­nün qırx beş yaşından cavan gö­rü­nür)

Bentli: Mister Kersal.

Konstans: Gün aydın. Siz mənim anamı xatırlayır­sı­nız­mı?

Bernard: (Missis Kalverin əlini sı­xır) Əmi­nəm ki, o, məni xatırlamır.

(Konstans çantasından balaca burun dəsmalı çıxa­rır)

Missis Kalver: Siz necə də uzaqgö­rənsiz.

Konstans: Çay üçün artıq gecdi, elə deyilmi? Nə­sə içmək istəyirsən?

(Konstans zən­gə tə­rəf gedər­kən yolda burun dəsmalı­nı pianonun üs­tü­nə qoyur).

Bernard: Xeyr, tə­şək­kür eləyi­rəm, elə indicə bir stəkan bə­də­nə vurmuşam.

Konstans: Dilin açıl­sın deyə?

Bernard: Mən hə­yəcanlıyam.

Konstans: Göz­lədiyin kimi mən çox dəyişmişəm, hə?

Bernard: Mən buna gö­rə hə­yəcanlı deyildim.

Missis Kalver: Bü­tün mə­sə­lə sizin Konstansı gör­mədiyiniz bu on beş ildədi?

Bernard: Bəli. Sonuncu də­fə Ingiltə­rə­də olanda Konstansla gö­rü­şə bilmədim. Hərb­dən tərxis olunandan sonra da dərhal Yaponiyaya yollanıb, öz biznesimi bərpa elə­məli oldum. Gör­dü­yü­nüz kimi, yalnız indi qayı­dıb gə­lə bildim.

(Konstans çoxməna­lı baxışları­nı anasına dikib, amma missis Kalver buna əhəmiyyət vermə­mə­yə çalı­şır. Konstans çantasından ikinci burun dəsmalı­nı çıxa­rır və imkan tapan kimi onu da pianonun üs­tü­nə, o biri dəsmalın yanına qoyur).

Missis Kalver: Bu də­fə neçə müd­dətlik gəlmisiz?

Bernard: Bir illik.

Missis Kalver: Arvadı­nı­zı da gətirmisiz?

Bernard: Mən evli deyiləm.

Missis Kalver: Bəs Konstans mə­nə deyirdi ki, siz bir yapon qızla evlənmisiz?

Konstans: Boş-boş danışma, ana. Mən sə­nə haçan elə söz demişəm.

Missis Kalver: Hə, yəqin Culiya Linton fikirlərimi çaşdı­rıb. O, Misir əmirinə ərə getmişdi. Mən biləni çox xoşbəxtdi. Hər halda, əri hə­lə onu öl­dür­məyib.

Bernard: Ərin necədi?

Konstans: Hər şey qaydasındadı. Ümid eləyi­rəm, indi o da bura gə­lər.

Bernard: Deyə­sən, balaca bir bacın da vardı. O, necədi?

Missis Kalver: Martanı soruşur. Elə nə vaxtdı ərə getmə­yə hazırlaşır.

Konstans: Mən­dən o qə­dər də balaca deyil. Artıq otuz yaşı var.

(Missis Kalver pianonun üs­tün­dəki iki dəsmalı qəti gör­mək istəmir. Və Konstans ümidsiz halda çantadan üçün­cü burun dəsmalı­nı çıxa­rıb o birilərin yanına qoyur).

Missis Kalver: Mister Kersal Şərqi bə­yənirsizmi?

Bernard: Bilirsiz, orda həyat heç də pis deyil.

(Elə bu an missis Kalver üç burun dəsmalı­nı gö­rüb diksinir)

Missis Kalver: Deməzsiz, saat neçədi?

Konstans: Artıq gecdi, ana. Sən bu gün evdə nahar elə­mə­yə­cək­sən, eləmi? Elə bilirəm, naharacan bir az uzanıb dincəl­sən yaxşı­dı.

Missis Kalver: Ümidvaram ki, sizinlə yenə gö­rü­şə­cəyik, mister Kersal.

Bernard: Yenidən gö­rüş­məyimizə şad olaram.

(Konstans anası­nı qapıya ötü­rür)

Missis Kalver: Gö­rü­şə­nə­dək, əzizim. (Pı­çıl­tıyla) Dəsmalları gör­dük­cə getməli, yoxsa qalmalı olduğumu heç cür xatırlaya bilmirdim.

Konstans: Bunun üçün göz­lərini təyinatı üz­rə işlət­məyin kifayət idi. Belə bir kişiylə on beş illik ayrı­lıqdan sonra təklikdə qalıb dərd­ləş­məyin lazım olub-olmamadı­ğı­nı bilmək üçün bir baxış kifayət idi.

Missis Kalver: Sən pianonun üs­tü­nə elə bir ucdan dəsmalları düz­dük­cə məni əməlli-başlı çaş­dır­dın.

Konstans: Tanrı xətrinə, get, ay ana. (Ucadan) Gö­rü­şə­nə­dək, mənim şirin anam. Heyif ki, tə­ləsirsən.

Missis Kalver: Gö­rü­şə­nə­dək.

(Missis Kalver gedir və Konstans qonaq otağına qayı­dır)

Konstans: Pı­çıldaşmağı­mıza gö­rə bizi bağışla. Anam gizli danı­şıqlar xəs­təsidi.

Bernard: Boş şeydi.

Konstans: İndi gəl, rahat oturaq. Qoy, bir sə­nə baxım. Sən heç dəyişməmi­sən. Tək­cə bir azca arıqlamısan, bir də ola bilsin, qı­rışların artıb. Kişilər xoşbəxt məxluqlardı, onlar yaşlaşdıqca daha maraqlı olurlar. Xə­bərin varmı ki, mənim artıq otuz altı yaşım var.

Bernard: Bunun nə fərqi var?

Konstans: Istəyirsən, sə­nə balaca bir sirr açım. Məktub yazıb səni qəbul elə­məyim üçün icazə istə­yən­də səni bir də gö­rə­cəyimin sevinci məni elə çaşdır­dı ki, dərhal cavab gön­dərdim. Sonra məni təşviş bü­rü­dü. O cavabı­mın geri qaytarılması üçün nə desən, verərdim. Bu gün də sə­hər­dən, elə bil, tikan üs­tə oturmuşam. Sən qonaq otağına keçən­də dizlərimin necə əsdiyini sezmədin?


Bernard: İlahi, niyə, axı?

Konstans: Əzizim, belə gö­rü­rəm ki, sən­də çatış­mır. Mən, axı, axmaq deyiləm, yaxşı bilirəm ki, gəncliyimdə gö­zəl olmuşam. Bilirsən, illər­lə bəra­bər gö­zəlliyin də ötüb keçdiyini nə qə­dər acı olsa da istədin-istə­mədin özü­nə etiraf etməli­sən. Bunu sə­nə kənardan heç kəs demə­yə­cək. Özün isə bu fikirləri özün­dən qovmaq istəyirsən. Qərara aldım ki, yaxşı­sı budu, acı da olsa gerçəyi öy­rənim. Səni bura də­vət elə­məyimin bir sə­bəbi də budu.

Bernard: Özün bilməliydin ki, mən nə fikirləş­səm də sə­nə pis demə­rəm.

Konstans: Bilirəm. Odur ki, gö­rən kimi gö­zü­mü sənin gö­zün­dən çək­məzdim. Qorxurdum ki, orda bu söz­lər yazıla bilər: "Ilahi, bu qız nə gü­nə dü­şüb?

Bernard: Yazıl­mış­dı?

Konstans: Sən içəri keçən­də çox sı­xı­lır­dın, gö­zü­nü yerdən qaldırmağa ürək eləmirdin.

Bernard: Həqi­qə­tən də on beş il əv­vəl sən yaraşıq­lı bir qız idin, amma indi ondan on beş də­fə gö­zəl­sən.

Konstans: Bunu eşitmək necə də xoşdu.

Bernard: Mə­gər inanmırsan?

Konstans: Elə bilirəm, sən mə­nə kə­lək gəlmirsən. Özü də etiraf eləyim ki, bu, məni sevindirir. Amma indi de gö­rüm, niyə evlən­məmi­sən? Vaxt ötür, bilirsən, sonra gec olacaq. Əgər evlən­mə­sən, səni çox tənha qocalıq göz­ləyir.

Bernard: Ürəyim sən­dən başqa heç kimi istə­mədi.

Konstans: Boşla gö­rək. Demək istəyirsən ki, sən mən­dən sonra heç kimə vurulub-elə­məmi­sən?

Bernard: Mən bu vaxt ərzində bir topa qıza vurulmuşam, amma qərar qəbul elə­mək məqa­mı gə­lən­də başa düş­mü­şəm ki, səni hamıdan çox sevirəm.

Konstans: Tə­şək­kür eləyi­rəm. Əgər mən­dən sonra heç kimə vurulmadı­ğı­nı desəydin, onsuz da sə­nə inanmayacaqdım, özü də inciyə­cəkdim ki, məni axmaq yerinə qoymusan.

Bernard: Gö­rür­sənmi, başqalarına da sə­nə olan sevgimin gö­züy­lə baxmışam. Birinin saçları sənin saçları­nı, o birinin tə­bəs­sü­mü sənin tə­bəs­sü­mü­nü xatırlatdı­ğına gö­rə...

Konstans: Özü­mü səni həya­tın sevincindən məhrum etdiyimə inandırmaq istə­məzdim.

Bernard: Günah sən­də deyil. Mənim şikayət­lən­mə­yə haqqım yoxdu. Işimdən ləz­zət alıram, yaxşı pullar qazanıram. Bu iş mənim istirahəti­mə qəti mane olmayıb. Dünyanı gör­mə­yə mə­nə imkan yaradıb. Mə­nə yox, Cona ərə getdiyinə gö­rə, səni qəti günahlandır­mıram.

Konstans: Conu xatırlayırsan?

Bernard: Əl­bət­tə, xatırlayıram. Çox maraqlı kişiydi. Cü­rət eləyib deməli­yəm ki, mən heç vaxt sə­nə onun kimi yaxşı ər ola bilməzdim. Mənim müs­bət cə­hət­lərimlə yanaşı mənfi cə­hət­lərim də çoxdu. Bə­zən, çox əsəbi oluram. Amma Con, yəqin ki, sə­nə istədiyin hər şeyi verə bilib. Onun arxasında özü­nü, yəqin, lap lay divarın arxasındakı kimi hiss eləyirsən. Yeri gəlmişkən, bundan sonra da səni Konstans çağıra bilə­rəmmi?

Konstans: Əl­bət­tə. Niyə də yox? Bilirsən, Bernard, sənin gö­zəl xasiyyətli insan olduğuna mən­də gün-gün­dən daha çox əminlik yaranır.

Bernard: Sən Conla xoşbəxt­sən?

Konstans: Çox xoşbəx­təm. Amma deməzdim ki, o, heç vaxt mənim xətrimə dəy­məyib. Bir də­fə belə bir hal baş verdi, mən özü­mü birtə­hər ələ ala bildim. O vaxt dəlilik elə­mədiyimə gö­rə, çox razıyam. Fikrimcə, əlimi ürəyimin başına qoyub deyə bilə­rəm ki, bizim çox xoşbəxt ailəmiz var.

Bernard: Bunu eşitmə­yə çox şadam. Əgər Conun səni sevib-sevmədiyini soruşsam necə, acı­ğına gəl­məz ki?

Konstans: Əmi­nəm ki, sevir.

Bernard: Bəs sən necə, onu sevirsən?

Konstans: Çox.

Bernard: Qısa nitq söy­lə­məyi­mə icazə verər­sənmi?

Konstans: Bir şərt­lə ki, vaxtı gə­lən­də sö­zü­nü kə­sə bilim.

Bernard: Ümidvaram ki, Ingiltə­rə­də qalacağım bu bir ildə səninlə tez-tez gö­rüş­məyi­mə icazə verə­cək­sən.

Konstans: Mən özüm də səni imkan daxilində tez-tez gör­mək istəyi­rəm.

Bernard: Mən bir məqa­mı dərhal aydınlaşdırmaq istəyi­rəm ki, bir də ora qayıtmayaq. Bil ki, indinin özün­də də sə­nə on beş il əv­vəl mə­nə ərə gəl­məyini xahiş elədiyim vaxtlardakı kimi dəli­cəsi­nə aşiqəm. Elə bilirəm, öm­rü­mün axı­rınacan da səni belə­cə sevə­cəm. Mən artıq ehtirasları­mı dəyişmək üçün çox qocayam. Amma istəyi­rəm bilə­sən ki, mən­də azca da sənin xoşbəxtliyinə maneçilik cəhdi olmayacaq. Bundan qorxmağa ehtiyac yoxdu. Səninlə Conun münasibət­ləri­nə pəl vurmaq ağlıma belə gəlmir. Hesab eləyi­rəm ki, hər bir insan xoşbəxt olmaq istəyir, amma bu xoşbəxtliyi başqası­nın bəd­bəxtliyi üzərində qurmaq olmaz.

Konstans: Məru­zə o qə­dər uzun alınmadı. Rəsmi ziyafət­lər­də bu nitq heç replika da sayıl­mır.

Bernard: Mən sən­dən ancaq dostluq istəyi­rəm, əgər əvəzində öz mə­həb­bətimi də vermək istəyi­rəm­sə, bunun artıq mən­dən başqa heç kimə dəxli yoxdu.

Konstans: Mən belə dü­şün­mü­rəm. Əmi­nəm ki, biz çox möh­kəm dostlar olacağıq, Bernard.

(Qapı açı­lır və Con daxil olur).

Con: Bağışla, məşğul olduğunu bilmirdim.

Konstans: Elə deyil. Içəri keç. Bu, Bernard Kersaldı.

Con: Gün aydın.

Bernard: Elə bilirəm, siz məni xatırlamazsız.

Con: Əgər sualı belə qoyursuzsa, etiraf edim ki, siz haqlı­sız.

Konstans: Bəsdi, Con, o, anamın yanına gəlmişdi.

Con: Biz evlə­nə­nə qə­dər, eləmi?

Konstans: Hə. Siz birlikdə neçə uik-enddə olmusuz.

Con: Əzizim, üs­tün­dən on beş il keçib. Sizi tanıma­dı­ğıma gö­rə bağışlayın, amma yenidən gö­rüş­məyimizə inanın ki, çox şadam.

Konstans: O, Yaponiyadan yenicə qayı­dıb.

Con: Onda ümidvaram ki, bir də gö­rü­şə­cəyik. Mən indi kluba gedirəm, əzizim, naharacan robber oynayacam. (Bernarda) Niyə siz Konstansla birlikdə nahar elə­mə­yəsiz? Axşam mənim cərrahiyyə əməliyyatım var, zavallı qız tək qalacaq.

Bernard: Siz çox alicənabsız.

Konstans: Bu, dost yardı­mı olacaq. Axşama işiniz yoxdu ki?

Bernard: Mən dosta yardım etmə­yə həmi­şə hazıram.

Konstans: Bax, bu, çox gö­zəl oldu. Doqquza on beş dəqi­qə işləmiş sizi göz­ləyi­rəm.

İkİncİ pƏr­dƏ

Hadisənin əv­vəlki məkanda cə­rəyan edir. Yarım ay keçib. Marta kostyumda

və şlyapada əy­ləşib illüstrasiyalı qəzeti və­rəq­ləyir. Bentli daxil olur.

Bentli: Miss, mister Kersal gəlib.

Marta: Belə de! Soruş gör, yuxarı qalxa bilərmi?

Bentli: Soruşaram, miss. (Çı­xır və mister Kersalın gəlişini xə­bər vermək üçün dərhal da qayı­dır. Sonra yenə çı­xır) Mister Kersal.

Marta: Konstans geyinir. Indi gə­lə­cək.

Bernard: Aydın­dı. Tə­ləs­mə­yə ehtiyac yoxdu.

Marta: Siz Reynlafa getmə­yə hazırlaşır­sız, eləmi?

Bernard: Belə bir fikrimiz var. Bu gün oynayan cavanlardan bir neçəsini tanı­yıram.

Marta: London xoşuna gəlirmi?

Bernard: Həddindən artıq. Düz­dü, əgər insan öm­rü­nün yarı­sı­nı şərq­də keçiribsə, evə qayıdanda, təbii ki, özü­nü öz qabında hiss eləmir. Amma Konstansla Conun sayəsində bura tez uyğunlaşdım.

Marta: Conu bə­yənirsənmi?

Bernard: Hə. O, həd­dən artıq xeyirxah insandı.

Marta: Bilirsənmi, mən səni çox yaxşı xatırlayıram.

Bernard: Ola bilməz. Mən sizə gə­lən­də sən lap uşaq idin.

Marta: On altı yaşım vardı. Yoxsa elə fikirləşirsən ki, Konstansın kavalerlərini gö­rən­də məni əs­mə­cə tutmurdu?

Bernard: Onlar yaman çox idilər. Gö­rü­nür, sən yalnız yuxuya gedən­dən gedə­nə sakitləşirdin.

Marta: Sən onların arasında ən ciddilər­dən idin. Sən mə­nə həd­dən artıq romantik gö­rü­nür­dün.

Bernard: Mən elə doğrudan da həd­dən artıq romantik idim. Mən­cə, bu, gəncliyə xas bir şeydi.

Marta: Amma mən­cə, tək gəncliyə yox.

Bernard: Hə, elə bilirəm, romantizm yenə də canımda qalır. Mənim indiki qiymətim az deyil, özü­mə gəlmişəm. Ipəyin qiyməti çox çirkabları yudu.

Marta: Sən vicdansız bir yalançısan.

Bernard: Buna ancaq bir cavabım var: sən həd­dən artıq qabasan.

Marta: Sən o vaxt Konstansa dəli­cəsi­nə vurulmuşdun, elə deyilmi?

Bernard: Bilirsən, bu o qə­dər keçmişdə olub ki, artıq unutmuşam.

Marta: Mən ona Cona yox, sə­nə ərə getməyi məs­lə­hət gö­rür­düm.

Bernard: Nə sə­bə­bə?

Marta: Əv­vəla ona gö­rə ki, sən Yaponiyada yaşayır­dın. Mən bir an da gö­tür-qoy elə­mə­dən, burdan canı­mı qurtaran adama ərə gedərdim.

Bernard: Mən elə indi də orda yaşayıram.

Marta: Yox, mənim sə­nə ərə getmək fikrim yoxdu.

Bernard: Özüm də hiss eləyi­rəm.

Marta: Açı­ğı­nı desəm, onun Conda nə tapdı­ğı mənim üçün indiyə­cən müəmmalı qalıb.

Bernard: Elə bilirəm, Konstans onu sevirdi.

Marta: Amma mən elə fikirləşi­rəm ki, o, səni yox, Conu seçdiyinə gö­rə, peşmandı.

Bernard: Ola bilməz. Con onu tamamilə təmin eləyir. Konstans heç vaxt onu başqa kişiylə əvəz elə­mək istə­məz.

Bernard: Səninlə razılaşa bilmə­rəm. Onlar ər-arvad kimi bir-birlərini tamamlayıblar və belə cüt­lü­yü gör­mək həmi­şə xoşdu.

Marta: Sən hə­lə də ona aşiqsən, eləmi?

Bernard: Heç də.

Marta: Canıma and olsun ki, sən dəh­şətli səbr yiyəsi­sən. Amma çox vaxt özün­dən xə­bərsiz özü­nü ələ verirsən. Konstans otağa girən­də sənin nə hala düş­dü­yün­dən xə­bərin varmı? Ona baxanda heç bilirsənmi göz­lərin nə rəng alır? Sən onun adı­nı elə çəkirsən ki, elə bil, o quru adı öpüş­lə­rə qərq eləyirsən.

Bernard: Marta, on altı yaşın olanda mən səni dö­zül­məz qız hesab eləyirdim, otuz iki yaşında isə sən əcaib qadına çevrilmisən.

Marta: Elə deyil. Sadə­cə, mən Konstansı çox istədiyimdən sə­nə də get-gedə doğma hisslər bəs­lə­mə­yə başlayıram.

Bernard: Ağlına gəl­məyibmi ki, sən başqası­nın işinə qarışmadan da bu hissləri nümayiş etdirə bilər­sən?

Marta: Sə­nə həqi­qəti dediyimə gö­rə, niyə mə­nə acı­ğın tutur. Səninlə Kontansı müşahidə elə­yən istəni­lən adam beşcə dəqi­qə ərzində sənin ona dəli­cəsi­nə vurulduğuna əmin olacaq.

Bernard: Əzizim, mən Ingiltə­rə­yə bir illik gəlmişəm. Bu bir ili də şən və can rahatlı­ğıyla keçirmək niyyətində­yəm. Kiminsə azca da olsa xətrinə dəy­mə­yə qəti hə­vəsim yoxdu. Mən Konstansla dostluğumu yük­sək də­yər­ləndirirəm, bu dostluğun hansısa şayiə­lə­rə sə­bəb olacağına imkan vermə­rəm.

Marta: Bəs sənin ağlına gəl­məyibmi ki, o, sən­dən dostluqdan artı­ğı­nı tə­ləb elə­yə bilər?

Bernard: Yox, tə­ləb elə­məz.

Marta: Mənim sö­zü­mü qəribçiliyə salma.

Bernard: Konstans öz əriylə tamamilə xoşbəxtdi. Gö­rü­nür, sən məni axmaq yerinə qoymusan. Mə­gər mən bu ideal cüt­lü­yü bir-birindən ayıra bilə­rəmmi?

Marta: Ay mənim zavallı dəlim, mə­gər xə­bərin yoxdu ki, Con artıq çoxdan hamı­nın gö­zü qarşı­sında Konstansa xəya­nət eləyir?

Bernard: Mən inanmıram.

Marta: Kimdən istəyirsən soruş. Anam bilir, Barbara Fosett bilir. Konstansın özün­dən başqa hamı bilir.

Bernard: Əl­bət­tə ki, bu, ağ yalandı. Iki-üç gün əv­vəl naharda gö­rü­şən­də missis Darhem mə­nə dedi ki, bu vaxtacan Conla Konstans qə­dər bir-birini sevən cüt­lük gör­məyib.

Marta: Bunu sə­nə Mari-Luiza dedi?

Bernard: Hə.

(Marta gül­mə­yə başlayır. Gül­mək­dən uğunur. Özü­nü heç cür ələ ala bilmir).

Marta: Ay səni, Mari-Luiza. Ay yazıq Bernard. Həmin o Mari-Luiza Conun məşu­qəsidi.

Bernard: Mari-Luiza Konstansın ən yaxın rəfi­qəsidi.

Marta: Bəli.

Bernard: Əgər dediyin yalan olsa, and içirəm ki, boynunu qıracam.

Marta: Razıyam.

Bernard: Nahaq belə kobud dedim. Bağışla.

Marta: Yaxşı gö­rək. Dəlisov kişilər mənim xoşuma gəlir. Elə bilirəm, Konstansa sənin kimisi lazım­dı.

Bernard: Bununla nə demək istəyirsən?

Marta: Sadə­cə, belə davam elə­yə bilməz. Konstans gü­lüş hə­dəfi­nə çevrilib. O, dəh­şətli vəziyyət­dədi. Hesab eləyirdim ki, ona hər şeyi açıb demək lazım­dı, amma hamı yaxası­nı kənara çəkdiyi üçün özüm qabağa düş­mək istədim. Bu yerdə anam mənimlə razılaşmadı. Bu sə­bəb­dən də ona vəd etməli oldum ki, Konstans mənim dilimdən heç nə eşitmə­yə­cək.

Bernard: Elə fikirləşirsən ki, bu haqda ona mən deməli­yəm?

Marta: Yox, sən bu rola yaramırsan. Amma gec-tez hər şey üzə çıxacaq, qulağı­nın dibində nə­lərin baş verdiyindən Konstans da xə­bər tutacaq. Bax elə ona gö­rə də istəyi­rəm ki, həmin vaxt sən... yaxında olasan.

Bernard: Axı, Mari-Luiza ailəlidi. Bəs, əri özü­nü necə aparacaq.

Marta: Onun ərinin həyatda bir məq­sədi var: milyon qazanmaq. O, elə kişilər­dəndi ki, elə bilir, əgər özü arvadı­nı sevirsə, arvadı da onu sevir. Mari-Luiza onu ürəyi istə­yən kimi fırladır.

Bernard: Konstans da qəti şüb­hə­lənmir, eləmi?

Marta: Bunu anlamaq üçün ona baxmaq kifayətdi. Onun özü­nə arxayın­lı­ğı hər­dən adamı lap havalandı­rır.

Bernard: Bəl­kə, elə belə yaxşı­dı? Konstans heç nə bilmə­sə yaxşı­dı? O elə xoşbəxt, qayğı­sız­dı ki, onun baxışları elə inamlı­dı ki.

Marta: Mən elə bilirdim, sən onu sevirsən.

Bernard: Onun xoşbəxtliyi mənim üçün hər şeydən üs­tün­dü.

Marta: Sənin qırx beş yaşın olmalı­dı, eləmi? Nə­sə yadımdan çıx­mış­dı.

Bernard: Qaba danışmağı sən yaxşı bacarırsan.

(Pillə­kən­dən Konstansın səsi gəlir: "Bentli, Bentli").

Marta: Bu ki, Konstansdı. Bəs anam hardadı? Yaxşı­sı budu kabinetə keçib məktub yazım.


(Bernard onun söz­ləri­nə əhəmiyyət vermir, Marta çıxanda ayağa qalxmağa cəhd belə eləmir. Bir an sonra Konstans qonaq otağında peyda olur).

Konstans: Səni çoxmu göz­lətdim?

Bernard: Boş şeydi.

Konstans: Ey! Nə olub?

Bernard: Mə­nə? Heç nə. Nədi ki?

Konstans: Sənin sifətin çox qəri­bədi. Nə­dən göz­lərin belə fikirlidi.

Bernard: Göz­lərimin fikirli olmağı ağlıma da gəl­məyib.

Konstans: Sən mən­dən nə­sə gizləyirsən?

Bernard: Əl­bət­tə, yox.

Konstans: Yaponiyadan bəd xə­bər var?

Bernard: Yox. Əksinə ipəyin qiyməti artır.

Konstans: Deməli, sən mə­nə bir kəndli qızla nişanlandı­ğı­nı demək istəyirsən?

Bernard: Yox, nişanlanmamışam.

Konstans: Öz sirrini mənimlə bö­lüş­mək istə­mə­yən insanlardan zəh­ləm gedir.

Bernard: Mənim heç bir sirrim yoxdu.

Konstans: Yoxsa elə bilirsən, sənin sifətini kifayət qə­dər öy­rə­nə bilməmi­şəm, onu açıq kitab kimi oxuya bilmirəm?

Bernard: Sən məni lap qür­rə­ləndirdin. Tə­səv­vür belə elə­məzdim ki, özü­nə əziyyət verib mənim bu eybə­cər sifəti­mə iki də­fə baxarsan.

Konstans: (Qəf­lə­tən şüb­hə­lə­nən kimi olur) Sən gə­lən­də Marta burdaydı? Hə, getməmişdi, eləmi?

Bernard: O, ananı göz­ləyirdi. Indi məktub yazmaq üçün o biri otağa keçib.

Konstans: Sən onunla söh­bət­ləşdin?

Bernard: (Bacardıqca laqeydliklə) Hə, bir az havadan-zaddan danış­dıq.

Konstans: (Nə baş verdiyini dərhal anlayıb) Belə... Getmək vaxtı deyilmi?

Bernard: Hə­lə çox vaxtı­mız var. Belə ertə­dən getməyin məna­sı yoxdu.

Konstans: Onda şlyapamı çıxa­rım.

Bernard: Bura çox gö­zəldi, eləmi? Sənin otağın xoşuma gəlir.

Konstans: Sən­cə, burda qonaq qəbul elə­mək ayıb olmaz? Hamı­sı öz ideyamdı. Barbara Fosett istəyir ki, mən onun yanında işləyim. O, interyerlərin layihə­ləşdirilməsiylə məşğuldu, özü də qalaq-qalaq pul qazanır.

Bernard: (Sualdan boylanan narahatlı­ğı gü­lüş­lə gizlə­mək istəyir) Mə­gər sən özü­nü öz evində xoşbəxt hiss eləmirsən?

Konstans: (Kəskin tərz­də) Elə fikirləşmirəm ki, qadın yalnız özü­nü bəd­bəxt hiss elə­yən­də nəy­lə­sə başı­nı qatmaq istəyir. Bilirsən, adam vaxtı­nın bü­tün hissəsini ballara, qəbullara həsr elə­mək­dən bezir. Barbaranın təklifinə isə mən rədd cavabı verdim.

Bernard: (Israrla) Demək, sən xoşbəxt­sən, eləmi?

Konstans: Çox.

Bernard: Son iki həf­tə­də sən məni yer üzü­nün ən xoşbəxt bən­dəsi elədin. Mə­nə elə gəldi ki, elə həmi­şə burda olmuşam. Sən mə­nə qarşı elə diqqətlisən!

Konstans: Əgər doğurdan da belə fikirləşirsən­sə, məni çox sevindirdin. Amma, ümumiyyət­lə, mən qarşı sə­nə xüsusi nə­sə nümayiş elə­məmi­şəm.

Bernard: Yox, eləmi­sən. Mənim səni gör­məyi­mə icazə vermisən.

Konstans: Bilirsən, belə bir icazəni mən tində dayanan polismenə də verirəm.

Bernard: Mən səninlə ancaq boş-boş şeylər­dən danışmağa çalı­şıram, amma bununla bəra­bər bü­tün qəlbimlə səni sevmək­də davam eləyi­rəm.

Konstans: (Çox soyuqqanlı) Birinci də­fə bura gə­lən­də, danış­dıq ki, hisslərin sənin öz şəxsi işindi.

Bernard: Mənim sə­nə qarşı sevgimə etirazmı eləyirsən?

Konstans: Mə­gər biz hamı­mız bir-birimizi sevməli deyilikmi?

Bernard: Mə­nə gül­mə.

Konstans: Əzizim, gül­mək nədi? Mə­nə kifayət qə­dər xoşdu, hətta təsirləndim. Bu ki, gö­zəldi. Əgər kimsə sə­nə qarşı laqeyd deyilsə...

Bernard: (Sö­zü­nü kə­sə­rək) Bunu eşitmək mə­nə də xoşdu.

Konstans: Bu uzun illər­dən sonra.

Bernard: Əgər on beş il əv­vəl kimsə desəydi ki, mən səni indi daha artıq sevə­cəm inanmazdım. Bəli, indi mən səni on beş il əv­vəlkindən on beş də­fə artıq sevirəm.

Konstans: (Sö­zü­nə davam edir) Amma sənin indi mə­nə öz mə­həb­bətini bəyan etməyini azca da istəmi­rəm.

Bernard: Bilirəm, özü də buna hazırlaşmıram. Mən səni çox yaxşı tanı­yıram.

Konstans: (Bir qə­dər çaşqın­lıqla) Nə­sə, sənin bu son beş dəqi­qə nə işlə məşğul olduğun mə­nə çatmır.

Bernard: Mən yalnız faktları bəyan eləyi­rəm.

Konstans: Onda bağışla. Mən tamam başqa şey fikirləşdim. Amma, mə­sə­lən, indi ürəyimi hansı üsulla fəth elə­yə­cəyi­nə baxmaq mə­nə maraqlı olardı. Amma qorxuram, bunu sən­dən soruşsam, sö­zü­mə başqa məna verə­sən.

Bernard: (Açıq ürək­lə) Bilirəm ki, sən mə­nə gü­lür­sən.

Konstans: Səni özü­nə gül­məyi öy­rət­mək ümidiylə.

Bernard: Bu yarım ayda mən sənin gö­zün­də lap ağıl­lı bir uşaq olmuşam, eləmi?

Konstans: Bəli. Hətta bunu necə bacardı­ğı­nı elə hey özüm­dən soruşa-soruşa qalmışam.

Bernard: Amma indi maskanı üzüm­dən açmağa özüm­də cü­rət tapacam.

Konstans: Mən sənin yerində olsam tə­ləs­mə­rəm.

Bernard: Daha bacarmıram. Heç olmasa bir də­fə demək istəyi­rəm ki, mən sənin ayağın də­yən torpağı da öp­mə­yə hazıram. Mən həya­tımda heç vaxt sənin kimisinə rast gəl­məmi­şəm.

Konstans: Boş şeydi. Bir dəs­tə olub. Mən yeddinciyəm.

Bernard: Onlar hamı­sı sən­sən. Mən səni bü­tün qəlbimlə sevirəm. Bu vaxta­can gör­dü­yüm qadınlardan heç biri sənin qə­dər ürəyi­mə yatmayıb. Mən sə­nə rəğ­bət bəs­ləyi­rəm. Mən sənin qarşında özü­mü tamam itirirəm, öz hisslərimi bəyan elə­mə­yə söz tapa bilmirəm. Mən səni sevirəm. Istəyi­rəm, bilə­sən, əgər başına bir iş gəl­sə, sənin mən­dən kö­mək ummağı­nı özüm üçün ən bö­yük xoşbəxtlik sayaram.

Konstans: Sən necə də dostcanlısan. Amma anlamıram, nə­dən mənim başıma iş gəl­məlidi?

Bernard: Həmi­şə və hər şəraitdə sən mənim kö­məyi­mə bel bağlaya bilər­sən. Mən sən­dən öt­rü müm­kün olmayanı da müm­kün elə­mə­yə hazıram. Əgər mən­dən sə­nə nə­sə lazım olsa bir işarən kifayətdi. Mən hətta həya­tı­mı sə­nə qurban verməyi özüm üçün ən bö­yük xoşbəxtlik sayaram.

Konstans: Mən sə­nə çox minnətdaram.

Bernard: Sən mə­nə inanmırsan?

Konstans: (Valehedici tə­bəs­süm­lə) Əl­bət­tə inanıram.

Bernard: Ümid elə­mək istəyi­rəm ki, söz­lərim azacıq da olsa sənin ürəyini tər­pətdi.

Konstans: (Hiss olunur ki, o, bu mə­həb­bət selindən əməllicə heyrət­lənib) Bu söz­lər mənim üçün çox də­yərlidi. Çox sağ ol.

Bernard: Daha bu barə­də danışmayacağam.

Konstans: (Əv­vəlki soyuqluğu simasına qaytararaq) Niyə axı, sən bü­tün bunları məhz indi deməyi lazım bildin?

Bernard: Nə­dən­sə ürəyimi boşaltmaq istədim.

Konstans: Bernard, mən, axı, dəli deyiləm. Heyif ki, Marta heç cür ərə gedə bilmir.

Bernard: Amma bircə onu dü­şün­mə ki, mən Martayla evlən­mə­yə hazırlaşıram.

Konstans: Mən elə fikirləşmirəm. Elə olsaydı, nə dərdimiz vardı? Marta özü­nün o aşıb-daşan enerjisini ərinə xərc­lə­yərdi. Bilirsən, o, çox yaxşı qız­dı. Əl­bət­tə, yalançı­dı, amma qalan şeylər qaydasındadı.

Bernard: Belə de?

Konstans: Hə, o, yalanla yoğrulub. Hətta qadınlar yalanı xoşlasalar da... Vaxt deyilmi? Oyunun sonuna gedib çatmaq istə­məzdim.

Bernard: Yaxşı. Maşın göz­ləyir.

Konstans: Şlyapamı başıma qoyum. Qulaq as, mə­gər bayaqdan bizi taksi göz­ləyir?

Bernard: Yox, öz avtomobilimdi. Fikirləşdim ki, mənim kimi bir sü­rü­cü­nün xidmətindən imtina etmər­sən.

Konstans: Üs­tü açıq, yoxsa bağlı avtomobildi?

Bernard: Açıq­dı.

Konstans: Əzizim, onda mən gə­rək başıma başqa şlyapa qoyum. Bu enli-ətəkli şlyapa üs­tü açıq maşına yaramır. Onda gə­rək hər iki əlimlə ondan yapı­şım.

Bernard: Üzr istəyi­rəm.

Konstans: Qəliz bir şey yoxdu. Bircə dəqi­qə­yə qayı­dıram. Əgər avtomobildə gediriksə, gə­rək özü­mə əziyyət verməyim.

(Konstans çı­xır. Dərhal Bentli peyda olub Mari-Luizanı qonaq otağına ötü­rür)

Mari-Luiza: Gün aydın. (Bentliyə) Siz elə bu dəqi­qə mister Middltona xə­bər elə­yə­cəksizmi?

Bentli: Bəli, madam.

(Bentli çı­xır).

Mari-Luiza: (Hə­yəcandan pört­müş halda) Mənim Cona demə­yə sö­züm var. Amma aşağıda pasientləri onu göz­ləyir. Odur ki, Bentlidən xahiş elədim, onu bura çağır­sın.

Bernard: Sizə mane olmayım.

Mari-Luiza: Üzr istəyi­rəm, amma çox vacib mə­sə­lədi. Conu işdən ayıranda yaman əsəbi­ləşir.

Bernard: Mən başqa otağa keçə­rəm.

Mari-Luiza: Siz Konstansı göz­ləyirsiz?

Bernard: Hə, biz Reynlafa gedə­cəyik. Bu gün orda polo oynayırlar. Konstans şlyapası­nı dəyişir.

Mari-Luiza: Hə, lap yaxşı. Bentli mə­nə dedi ki, Konstans yuxarıda­dı. Çox sağ ol. Mənim işim bir dəqi­qəlikdi. (Bernard qonşu otağa keçir və dərhal Con peyda olur) O, Con, səni pasientlərindən ayır­dı­ğıma gö­rə, üzr istəyi­rəm.

Con: Bö­yük bir şey olmayıb. Onlar bir neçə dəqi­qə göz­lə­yə bilər­lər. (Bernard ardınca qapı­nı ör­tür və Conun səsi dəyişir. Indi onlar astadan, əsəbi, qı­rıq ifadə­lər­lə danı­şırlar) Nə­sə olub?

Mari-Luiza: Mortimer.

Con: Nə olub?

Mari-Luiza: Əmi­nəm ki, şüb­hə­lənib.

Con: Nə­dən əminsən?

Mari-Luiza: O, dü­nən özü­nü elə qəri­bə apardı ki. Gecənin xeyirini dilə­mək üçün otağıma gəlmişdi. Çarpayıma əy­ləşdi. Mı­zıldanmağa başladı, soruşdu ki, bü­tün axşamı nə işlə məşğul olmuşam...

Con: Ümidvaram ki, sən ona açıb demədin.

Mari-Luiza: Yox, dedim ki, yeməyi evdə yemişəm. Qəf­lə­tən yerindən sıçrayıb gecən xeyirə qalsın dedi, çı­xıb getdi. Səsi elə hirsliydi ki, onun üzü­nə baxmağa cü­rət elə­mədim. Deyə­sən, üzü də qızarmış­dı.

Con: Vəssalam?

Mari-Luiza: Mənim otağıma keçib sabahın xeyirini dilə­mə­dən Sitiyə yollanıb.

Con: Gö­rü­nür, tə­ləsirmiş.

Mari-Luiza: Əv­vəl vaxt tapır­dı, axı.

Con: Elə bilirəm, sən qarışqadan fil dü­zəldirsən.

Mari-Luiza: Səfehlə­mə, Con. Mə­gər gör­mür­sən, mən necə hə­yəcanlıyam?

Con: Gö­rü­rəm. Ona gö­rə də səni inandırmaq istəyi­rəm ki, hə­yəcanlanmağa əsas yoxdu.

Mari-Luiza: Kişilər necə də axmaqdılar. Heç cür başa düş­mək istəmirlər ki, dama-dama göl olur. Sə­nə deyirəm, qorxudan başı­mı itirmişəm.

Con: Özün də yaxşı bilirsən ki, şüb­həy­lə sübut arasında yerlə göy qə­dər fərq var.

Mari-Luiza: Elə dü­şün­mü­rəm ki, o, nə­sə sübut elə­yə bilər. Amma şüb­hə eləmi­rəm ki, o, həya­tı­mı­zı burnumuzdan gəti­rə bilər. Tutaq ki, Konstansla dərd­ləş­mək qəra­rına gəldi.

Con: Konstans ona inanmaz.

Mari-Luiza: Əgər iş dəri­nə getsə, Mortimeri özüm həll elə­yə­rəm. O, məni dəli­cəsi­nə sevir. Qadın üçün bu, oynamağa həmi­şə imkan verir.

Con: Əl­bət­tə, sən Mortimeri istədiyin kimi fırlaya bilər­sən?

Mari-Luiza: Əgər Konstans bilsə, mən gə­rək yerin altına girəm. Axı, o, mənim ən yaxın rəfi­qəmdi, həm də onu çox istəyi­rəm.

Con: Konstans ürəkdi. Inanmıram ki, iş uzanıb bö­yü­yə. Amma lap o həd­də çatsa belə, Konstansı yola gəti­rə­cəyi­mə şüb­hə eləmi­rəm.

Mari-Luiza: Sən belə dü­şü­nür­sən?

Con: Yəqin ki, o, mə­nə qulaqburması verə­cək. Onun yerində hansı qadın olsa belə elə­yər. Amma məni itirmə­mək üçün hər şeyə dö­zə­cək.

Mari-Luiza: Qadınları yaman yaxşı tanı­yırsan. Sə­nə kö­mək elə­yə bilər, bu, müm­kün­dü. Amma mə­nə gəlincə, iki ayağı­nı bir başmağa dirə­yə­cək. Qadın təb­iəti belədi.

Con: Konstans elə deyil.

Mari-Luiza: Con, dü­zü­nü desəm, əgər mə­nə qarşı hissləri­nə əmin olma­say­dım, Konstansı belə ucaltdı­ğına gö­rə, onu sə­nə qısqanardım.

Con: Şü­kür ki, çöh­rən­də tə­bəs­süm əmə­lə gəldi. Deməli, hə­yəca­nı­nı boğa bilmisən.

Mari-Luiza: Çünki ürəyimi boşaltdım. Doğrudan da hər şey heç də o qə­dər pis deyil.

Con: Əmi­nəm ki, sənin bu təşvişinə heç bir əsas yoxdu.

Mari-Luiza: Ola bilsin, bü­tün bunlar mənim uydurmamdı. Amma hər halda biz əndazəsiz şəkildə risqə gedirik.

Con: Ola bilər. Sə­bəb də sənin ilahi gö­zəlliyindi.

Mari-Luiza: Pasientlərinin yanına qayıtmağı­nın vaxtı deyilmi?

Con: Hə, yəqin. Sən Konstansı göz­lə­yə­cək­sən?

Mari-Luiza: Əl­bət­tə. Onunla gö­rüş­mə­dən getsəm, məni başqa cür anla­yarlar.

Con: (Çıxaraq) Onda, gö­rü­şə­nə­dək. Özü də hə­yəcanlanma.

Mari-Luiza: Oldu. Yəqin, sə­bəb vicdan əzabı çək­məyi­mə gö­rədi. Gedib başı­mı yuyub, saç dü­zü­mü­mü dəyi­şə­rəm.

(Con əlini qapı­nın cəf­təsi­nə uzadan vaxt Marta, ardınca da o biri qapıdan Bernard daxil olur).

Marta: (Süni nəza­kət­lə) Mari-Luiza, sənin burda olduğunu bilmirdim.

Mari-Luiza: Vacib deyil.

Marta: Mən məktub yazıb anamı göz­ləyirdim.

Mari-Luiza: Mənim Cona sö­züm var.

Marta: Əzizim, ümid eləyi­rəm, sənin səh­hətində hər şey qaydasındadı.

Mari-Luiza: Mən­də qaydasındadı. Amma Mortimer axır vaxtlar nə­sə gö­zü­mə əzgin dəyir. Ona gö­rə də istədim ki, Con onu məzuniyyət gö­tür­mə­yə razı salsın.

Marta: Nə­sə mən elə bilirdim, belə hallarda cərrahın yox, terapevtin məs­lə­həti lazım­dı.

Mari-Luiza: Bilirsən, Mortimer ancaq Cona etibar eləyir.

Marta: O, tamamilə haqlı­dı. Con, söz­süz ki, etibar olunası adamdı.


Con: Marta, sən mənim xidmət­lərimdən yararlanmaq istəyirsənmi? Əgər appendisitini, yaxud badamcıq vəzini kəsib atmaq lazım gəl­sə, utanma, de.

Marta: Gö­zəl Conum, mən­də ancaq vacib olanlar qalıb. Əgər əlavə nə­sə kəsib elə­sən, qorxuram, döz­mə­yəm.

Con: Əzizim, nə qə­dər ki, qadı­nın üs­tün­də dayana bilməsi üçün bir ayağı var, çətin o, cərrahın xidməti­nə ehtiyac duya.

(Konstans və missis Kalver daxil olur)

Mari-Luiza: (Konstansı öpür) Mənim əzizim.

Konstans: Dizin necədi? Yenə burxulur?

Mari-Luiza: Dizim onsuz da məni həmi­şə narahat eləyir: gah çox, gah az.

Konstans: Hə, əl­bət­tə. Elə bilirəm, sən çox səbirlisən. Sənin yerində olsay­dım. Conu bir dəqi­qə də rahat buraxmazdım. Amma, doğrusu, özü­mü nə­sə bir­tə­hər hiss elə­yən­də ondan nə­sə soruşmaq ağlıma da gəlmir.

Missis Kalver: Marta, gecikdiyimə gö­rə, bağışla. Səni çox göz­lətdim?

Marta: Yox, vaxtı­mı heç də pis keçirmədim.

Missis Kalver: Səninlə birlikdə olmaq başqalarına da xoş gəlib.

Konstans: Mən anamla pillə­kən­də rastlaşdım. Şlyapamı dəyişmə­yə onunla getdim. Bernard məni Reynlafa aparır.

Con: Nə yaxşı.

Bernard: Biz gecikirik.

Konstans: Bu elə vacibdi?

Bernard: O qə­dər də yox.

(Bentli içində vizit kartı olan xırda məc­məyini əlində tutaraq daxil olur. Onu Konstansa verir. Vizit kartına baxanda Konstansın üzün­də çaşqın­lıq əmə­lə gəlir)

Konstans: Qəri­bədi.

Con: Konstans, nə baş verib?

Konstans: Heç nə. (Bir neçə dəqi­qə fikirləşir). O, aşağıda­dı?

Bentli: Bəli, madam.

Konstans: Başa dü­şə bilmirəm, niyə, axı, o, mə­nə vizit kartı­nı gön­dərib. Onu bura də­vət elə.

Bentli: Baş üs­tə, madam.

(Bentli çı­xır)

Con: Konstans kimdi axı?

Konstans: Mari-Luiza, əy­ləş.

Mari-Luiza: Mən qaçıb getməli­yəm, elə sən də.

Konstans: Hə­lə vaxta var. Bu şlyapa xoşuna gəlirmi?

Mari-Luiza: Hə, çox yaraşıq­lı­dı.

Konstans: Con, sən burda nə eləyirsən? Mə­gər pasientin yoxdu?

Con: Iki-üç nə­fər var. Mən elə aşağı düş­mə­yə hazırlaşır­dım. Amma fikir­ləşdim, bir siqaret çək­səm, pis olmaz. (Əlini cibinə aparır) Portsiqarı­mı harasa qoymuşam. Konstans, sən gör­məmi­sən ki?

Konstans: Yox, gör­məmi­şəm.

Con: Sə­hər­dən axtarıram. Özüm də bilmirəm, hara qoymuşam. Gə­rək xəs­təxanaya zəng vurub öy­rə­nəm, bəl­kə ordadı.

Konstans: Ümid eləyi­rəm ki, sən onu itirməmi­sən.

Con: Yox, əl­bət­tə ki, yox. Yəqin, harasa qoymuşam.

(Qapı açı­lır və Bentli qonağın gəlişini xə­bər verir)

Bentli: Mister Mortimer Darhem.

Mari-Luiza: (Dəh­şət içində) O!

Konstans: (Onun qolunu sı­xır) Sakit dur, axmaq.

(Mortimer Darhem daxil olur. O, qır­mı­zı sifətli və çıl­ğın xarakterli, qırx yaşlı cüs­səli bir kişidi. Elə indi də onun bü­tün vücudu əsir. Bentli çı­xır).

Konstans: Salam, Mortimer. Bu vaxtlar biz tə­rəf­lər­də xeyir ola? Mə­nə vizit kartı­nı gön­dər­məyinin məna­sı nədi?

(Mortimer qonaq otağı­nın ortasında dayanıb ətrafa baxır).

Mari-Luiza: Mortimer, nə baş verib?

Mortimer: (Qə­zəbini güc­lə boğaraq Konstansa) Fikirləşdim ki, ərinin mənim arvadı­mın məşuqu olmağı­nı bilməyin heç də sə­nə maraqsız olmaz.

Mari-Luiza: Morti!

Konstans: (Bir əliylə Mari-Luizanın qolunu sıxaraq, çox soyuqqanlıqla) Doğurdan? Nə­dən belə dü­şü­nür­sən?

Mortimer: (Cibindən qı­zıl portsiqar çıxararaq) Tanı­yırsan? Dü­nən axşam arvadı­mın yastı­ğı­nın altından tapmışam.

Konstans: Nə yaxşı oldu. Mən də bayaqdan başı­mı sın­dı­rıram ki, gö­rən onu hara qoymuşam. (Portsiqarı ondan alır) Sə­nə həd­dən artıq minnətdaram.

Mortimer: (Əsəbi tərz­də) Bu sənin portsiqarın deyil.

Konstans: Mənimdi. Mən Mari-Luizanın çarpayı­sı­nın üs­tə oturmuşdum. Gö­rü­nür, onu qeyri-ixtiyari yastı­ğın altına basmışam.

Mortimer: Onun üs­tün­də Conun adı yazı­lıb.

Konstans: Bilirəm. Bu portsiqarı ona bir səxa­vətli pasienti bağışlamış­dı, mən də qərara aldım ki, belə hədiyyə onu xarab elə­yər. Odur ki, özü­mə gö­tür­düm.

Mortimer: Konstans, sən məni axmaqmı hesab eləyirsən?

Konstans: Mənim əziz Mortim, əgər o portsiqar mənim deyilsə, nə­dən onu özü­mün­kü sayım?

Mortimer: Onlar birlikdə şam eləyiblər.

Konstans: Zavallı Mortim, mənim xə­bərim var. Sən Sitiyə, ya da, nə bilim, harasa ziyafə­tə gedən­də Mari-Luiza zəng eləyib soruşdu ki, ona öz süf­rəmizdə yer elə­yə bilərikmi?

Mortimer: Deməli, o, burda şam eləyib?

Konstans: Mə­gər özü sə­nə deməyib?

Mortimer: Deyib.

Konstans: Bunu sübut elə­mək çətin deyil. Əgər sən mə­nə inanmırsansa, indi eşikağası­nı çağıra­rıq, özün ondan soruşarsan... Con, zəh­mət olmasa, zəngi bas.

Mortimer: (Özü­nü itirmiş halda) Lazım deyil. Əl­bət­tə ki, mən sənin sö­zü­nə inanıram.

Konstans: Sən çox nəcib insansan. Məni alçalmağa qoymadı­ğın üçün sə­nə minnətdaram. Əgər sən eşikağasından mənim söz­lərimin təsdiqini öy­rən­mək istə­səydin, çox pis vəziyyət­də qalardım.

Mortimer: Əgər Mari-Luiza burda şam eləyibsə, bəs onda sən onun çarpayı­sı­nın üs­tün­də nə gəzirdin?

Konstans: Conu cərrahiyyə əməliyyatı üçün təcili xəs­təxanaya çağıranda Mari-Luiza mə­nə Parisdən gön­dəri­lən tə­zə libasları­nı gös­tər­mək istədi. Odur ki, sizə dəy­məli oldum. Həmin gecə çox gö­zəl hava var idi. Sən də xatırlayırsan, eləmi?

Mortimer: Lə­nət şeytana, mənim havaya fikir vermə­yə vaxtım nə gəzir.

Konstans: Biz əl­dən dü­şə­nə­cən hər şeyi öl­çüb-biçdik. Sonra Mari-Luiza yerinə uzandı, mən də yanında oturdum. Ordan-burdan söh­bət elədik.

Mortimer: Əgər yorulmuşdunsa, niyə evinizə qayıtmadın?

Konstans: Con söz vermişdi ki, əməliyyatdan sonra dalımca gə­lə­cək.

Mortimer: Gəldimi? Saat neçə­də?

Con: Gə­lə bilmədim. Əməliyyat uzun çəkdi. Nadir hallarda belə olur, kəsir­sən, kəsirsən, özün də bilmirsən, harda dayanasan. Nə dediyimi anlayırsan, eləmi, Mortimer?

Mortimer: Yox, anlamıram, mən hardan bilim?

Konstans: Olan budu. Sən Conla Mari-Luizaya qarşı dəh­şətli ittihamlar irəli sür­dün. Məni də çox dilxor elədin. Amma mən hər şeyi sonacan eşitməyincə, təmkinimi pozmayacam. Öz sübutları­nı ortaya qoy.

Mortimer: Sübut? Nə sübut? Bəs, portsiqar? Onu tapmaq, təbii ki, mənim üçün ikiylə ikinin cavabı kimi aydın bir şey idi.

Konstans: (Göz­lərini oynadaraq) Bu mə­nə də aydın­dı, amma bəs onda, cavab nə­dən beş oldu?

Mortimer: (Yerin ayağı­nın altından qaçdı­ğı­nı büru­zə vermə­mək üçün özü­nü birtə­hər toparlayır) Necə olub ki, mən belə səhv eləmi­şəm?!

Konstans: Bizim içimizdəki­lər­dən ən varlı­sı da səhv elə­yə bilər. Yadımdadı, Pirpont Morqan ölən­də onun artıq bir sent belə də­yəri olmayan yeddi milyon dollarlıq aksiyaları tapıl­dı.

Mortimer: (Çaşqın halda) Bunun mənim üçün necə bir sarsın­tı olduğunu sən tə­səv­vü­rü­nə belə gəti­rə bilmər­sən. Mən Mari-Luizaya özüm qə­dər inanır­dım. O portsiqar məni sək­səndirdi. Başqa heç nə haqqında dü­şü­nə bilmirdim, qorxurdum, başıma hava gə­lə.

Konstans: Demək istəyirsən, yalnız Mari-Luizanın otağından mənim port­si­qarı­mı tapdı­ğına gö­rə, bura gəlib bu biə­dəb səh­nəni qurmusan? Mən buna inana bilmirəm. Sən axı, müdrik, təc­rü­bəli, yetkin bir insansan. Əl­bət­tə, sənin başqa dəlillərin də olmalı­dı. Sən nə­sə sö­zü axıracan demirsən. Mənim hissləri­mə rəhmin gəl­məsin. Sən artıq o qə­dər çox söz demisən ki, hər şeyi sonuna çatdırmağa, sadə­cə, borclusan. Mən hər şeyi tam çılpaqlı­ğıyla bilmək istəyi­rəm.

(Pauza. Mortimer özü­nü tamam itirmiş halda gah astadan ağlayan Mari-Luizaya, gah da Konstansa baxır)

Mortimer: Deyə­sən, mən özü­mü tamam biabır elədim.

Konstans: Gö­rü­nür, həqi­qə­tən də belədi

Mortimer: Çox təəs­süf eləyi­rəm, Konstans, məni bağışla.

Konstans: Mən­dən narahat olma. Sən məni qəddarcasına alçaltdın. Içimə Cona qarşı şüb­hə toxumu saldın, hansı ki, heç vaxt... (Söz axtarır)

Missis Kalver: (Kö­mək eləyir) Cü­cər­məli deyil.

Konstans: Kök atmalı deyil. Mən birtə­hər keçinə­rəm. Sən Mari-Luizadan üzr istə­məli­sən.

Mortimer: (Yaltaqlıqla) Mari-Luiza.

Mari-Luiza: Toxunma mə­nə! Yaxın gəl­mə!

Mortimer: (Kə­dərli baxışlarla Konstansa) Qısqanclı­ğın insanı nə hala saldı­ğı­nı sən də bilirsən axı.

Konstans: Mən hardan bilirəm? Mən­cə, bu, ən bö­yük, ən bağışlanılmaz günahdı.

Mortimer: (Mari-Luizaya) Mari-Luiza mən baş verən­lər­dən elə təəs­süf­ləni­rəm ki... Sən mənim güna­hımdan keçə­cək­sən?

Mari-Luiza: Sən bü­tün dostları­mın gö­zü qarşı­sında məni alçaltdın. Konstansı necə istədiyimi özün yaxşı bilirsən. Sən kimi istə­sən mə­nə məşuq çıxara bilərdin, bircə Condan başqa!

Konstans: Bircə ən yaxın rəfi­qənin ərindən başqa. Süd satan, pən­cə­rə silən, kimi gəldi, deyə bilərdin, bircə ən yaxın rəfi­qənin ərindən başqa.

Mortimer: Mən lap heyvanam. Özüm də bilmirəm, nə­dən belə oldu. Mən bu hə­rə­kət­ləri qeyri-ixtiyari elədim.

Mari-Luiza: Bü­tün bu illər boyu mən səni necə də sevmişəm, heç vaxt heç kim səni mənim qə­dər sevməyib. Bu, mə­nə qarşı qəddarlıq­dı, qəddarlıq­dı!

Mortimer: Gedək, əzizim. Sə­nə nə deməli olduğumu burda deyə bilmirəm.

Mari-Luiza: Yox, yox, yox!

Konstans: (Yün­gül­cə Mortimerin çiyninə toxunur) Morti, yaxşı­sı budu o, bir az burda qalsın. Sən gedən­dən sonra onunla danışaram. Əl­bət­tə ki, o, çox dilxordu. Özün də bilirsən ki, o, hər şeyi necə həssaslıqla qəbul eləyir.

Mortimer: Biz doqquza iyirmi beş dəqi­qə işləmiş Vankuverslər­də şam yeməyində olmalı­yıq.

Konstans: Sə­nə söz verirəm ki, əynini dəyişmək üçün o, doqquzun yarı­sında evdə olacaq.

Mortimer: O, mə­nə daha bir şans verə­cəkmi?

Konstans: Əl­bət­tə, əl­bət­tə.

Mortimer: Onun yolunda mən hər şeyə hazıram. (Konstans barmağı­nı doda­ğına aparıb sonra qoluna işarə eləyir. Mortimer bu işarəni dərhal anlaya bilmir, mə­sə­lə ona çatanda sevincək başı­nı tər­pədir) Sən dünyanın ən ağıl­lı qadı­nısan. (Gedər­kən dayanıb əlini Cona uzadır) Dost, sən mə­nə əlini verə­cək­sənmi? Mən bir qə­lətdi elədim, amma qə­lətimi etiraf elə­mə­yə də kişiliyim çatdı.

Con: (Ürək­lə) Əl­bət­tə, dost. Səninlə razıyam, əl­bət­tə, arvadı­nın yastı­ğı altın­da portsiqarı kim tapsa şüb­hə­lə­nər. Əgər bilsəydim, Konstans belə bahalı hədiy­yəni başqa yerdə qoya bilər, öm­rüm­də ona bu portsiqarı verməzdim.

Mortimer: Çiynimdən nə boyda yük boşaldı­ğı­nı tə­səv­vü­rü­nə belə gəti­rə bil­mər­­sən. Bura mən iki yüz yaşlı qoca kimi gəlmişdim, burdan həya­tı­nın bü­tün sevincləri hə­lə qarşıda olan iki yaşlı kör­pə kimi gedə­cəm.

(Çı­xır. Mortimerin ardınca qapı ör­tü­lən kimi qonaq otağında bayaqdan hökm sü­rən ab-hava dəyişir. Gərginlik yerini yün­gül­lü­yə verir).

Con: Konstans, sən lap çaxmaq daşısan. Mən bunu heç vaxt unutmaram. Heç vaxt, son nə­fəsi­mə qə­dər. Ilahi, sən necə də səbir yiyəsiymişsən. Mən o dünyanı gö­rüb gəldim, amma sənin tü­kün də tər­pənmirdi.

Konstans: Yeri gəlmişkən, bu da sənin portsiqarın. Gə­rək, bunun ucuna bir halqa keçirib saat kimi özü­nə zəncirlə­yə­sən.

Con: Yox, yox. Qoy sənin olsun. Mən belə sürprizlər üçün daha qocayam.

Konstans: Yeri gəlmişkən, sizin evə necə keçdiyinizi başqa gö­rən olubmu?

Con: Yox, biz Mari-Luizanın öz açarından istifadə eləmişdik.

Konstans: Yaxşı eləmisiz. Əgər Mortimer qulluqçulardan nə­sə öy­rən­mək istə­sə onların demə­yə sö­zü olmayacaq. Mən risqə getmə­yə məcbur idim.

Mari-Luiza: (Xəca­lət hissiylə) Ah, Konstans: indi sənin mənim barəm­də nə fikirdə olduğunu yaxşı başa dü­şü­rəm.

Konstans: Mənmi? Mən elə əv­vəlki fikrimdə qalıram. Səni çox nəcib insan kimi qəbul eləyi­rəm, Mari-Luiza.

Mari-Luiza: Yox, bu ola bilməz. Mən özü­mü elə iyrənc apardım ki. Özü­mü ən alçaq insan kimi hiss eləyi­rəm. Sən mən­dən qisası­nı ala bilərdin, amma imkandan istifadə elə­mədin. Mən xəca­lət­dən yer ayrılsa yerə girə­rəm.

Konstans: (Tə­bəs­süm­lə) Conu toruna saldı­ğına, yoxsa ələ keçdiyinə gö­rə?

Mari-Luiza: Ah, Konstans, belə qəddar olma. Ürəyində nə söz varsa, hamı­sı­nı de, söy, ağla, üs­tü­mə qış­qır, amma üzü­mə gül­mə. Mən dəh­şətli vəziyyət­də­yəm.

Konstans: Sən istəyirsən ki, mən burda qısqanclıq səh­nəsi quram. Bəli, mən təəs­süf­ləni­rəm. Amma mə­sə­lə burasındadı ki, Mortimerin dediklərində mənim üçün tə­zə bir şey yox idi.

Mari-Luiza: (Dəh­şət içində) Sən hər şeyi bilirdin?

Konstans: Bəs necə, əzizim. Bu son altı ayı bü­tün bacarı­ğı­mı işə salmış­dım ki, dostlar, doğmalar sizin bu dəh­şətli sirrinizi mənimlə bö­lüş­məsinlər. Bu mə­nə elə də asan başa gəl­mədi. Anam həya­tın hər cikinə-bikinə bə­lədliyi, Marta dəlilik də­rə­cəsində olan həqi­qət­pə­rəstliyilə, Barbara susqun təəs­sü­füy­lə gü­nü­mü qara eləmişdi. Amma bu gü­nə, yəni, gizlin aşkar olana qə­dər mən, əgər loru dillə desəm, başıma qaxınc edilə­cək bü­tün dəlilləri istehzayla qarşılayacaqdım.

Mari-Luiza: Niyə, niyə, axı? Bu ki, insanlıqdan deyil. Niyə sən nə­sə elə­mədin?

Konstans: Bax bu, əzizim, öz işimdi.

Mari-Luiza: (Mə­sə­lənin nə yerdə olduğunu bilən insan kimi) Hə, anlayıram.

Konstans: (Kifayət qə­dər kəskin tərz­də) Yox, anlamırsan. Mən Cona olan səda­qətimi öm­rüm boyu qoruyub. Və sizin bu eşqbazlı­ğı­nıza döz­məyim də özü­mün­kü­nü gizlət­mək üçün olmayıb.

Mari-Luiza: (Halı özün­də deyil) Həmi­şə elə bilmişəm ki, sən ürəyində mə­nə gü­lür­sən.


Konstans: (Ürək açıq­lı­ğıyla) Əzizim, bu qə­dər vaxtı sə­nə mane olmadı­ğıma gö­rə, istə­məzdim ki, mə­nə acı­ğın tutsun.

Mvari-Luiza: Mənim başım fırlanır.

Konstans: Belə gö­zəl başa fırlanmaq olmaz. Niyə, axı, uzanmayasan? Axı, sən Vankuverslərin verdiyi şam yeməyində yaxşı gö­rün­məli­sən.

Mari-Luiza: Maraqlı­dı, gö­rək, Mortimer indi hardadı?

Konstans: Yadındamı, bu gün­lər­də mə­nə mirvari qolbağı­nı gös­tərib dedin ki, Mortimerin fikrincə, bu, çox bahalı şeydi. Bax belə, indi Mortimer onu sə­nə almaq üçün "Kartye"yə gedib.

Mari-Luiza: (Dərhal özü­nə gəlir) O, Konstans, sən belə güman eləyirsən?

Konstans: Fikrimcə, bü­tün kişilər ucdantutma bir şeyi bilir ki, əgər zərif qadın qəlbinə yara vurubsa, onu sağaltmağın yeganə dərmanı zər­gər­dən bahalı ziynət əşyası almaqdı.

Mari-Luiza: Həmin qolbağı­nı bu axşam şam yeməyi­nə taxmaq üçün evə gətirmək necə, ağlına gə­lə­cəkmi?

Konstans: Əzizim, axmaq olma, bircə o qolbağıyla sakitləş­mə. Yadda saxla ki, Mortimer səni dəh­şətli şəkildə təhqir eləyib, heç bir kişinin demə­yə cəsa­rət elə­mədiyi bir ittihamı hamı­nın gö­zü qabağında sə­nə qarşı irəli sü­rüb, ona olan mə­həb­bətini tapdaq altına salıb, ona olan inamı­nı tamamilə qı­rıb.

Mari-Luiza: Sən necə də haqlısan, Konstans.

Konstans: Yəqin, özü­nü necə aparmalı olduğunu sə­nə öy­rət­məyim artıq­dı. Onunla danışmaqdan imtina elə, öz müdafiəsi üçün ağzından bircə kəl­mə söz çıxarmağa aman vermə. Necə əzazil olduğunu ona anlatmaq üçün ağla, amma həddini aşma, sonra göz­lərinin altı şişər. De ki, onu tərk eləyirsən və hön­kü­rə-hön­kü­rə qapıya sarı yeri, amma o qə­dər də yeyin addımlarla yox. Ki, sən qapı­nı açanacan gəlib çata bilsin. Eyni sö­zü deyə-deyə dur. Bu, kişiləri höv­sə­lə­dən çı­xa­rır. Əgər o, nə­sə desə, fikir vermə, öz işində ol. Nəha­yət, elə ki, onu son həd­də çatdır­dın, başı şişmə­yə başladı, canından tər su kimi axdı, nə elədiyini başa düş­dü, bax onda yumşal. Sə­bəb də bu olsun ki, bəs, təb­iə­tən çox xeyirxah, kin saxlamayan olduğundan ürək qırmamaq üçün o mirvari qolbağı­nı ondan alırsan. Bəli, o qolbağı­nı qəbul eləmirsən, yalnız ürək qırmamaq üçün alırsan. Hansına ki, o bəd­bəxt elə indicə on min funt sayıb.

Mari-Luiza: (Özün­dən razı halda) On iki min, əzizim.

Konstans: Özü də tə­şək­kür elə­mə. Özü­nü aşağılama. Onun hədiyyəsini almaqla gös­tərdiyin mər­hə­mə­tə gö­rə, qoy o, sə­nə tə­şük­kür eləsin. Sən maşınlasan?

Mari-Luiza: Yox, elə haldaydım ki, taksiylə gə­ləsi oldum.

Konstans: Con, Mari-Luizanı taksiyə ötür.

Mari-Luiza: Yox, Con, lazım deyil. Mən istəmi­rəm. Mən, axı, nə qə­dər də olmasa, abır-həya­mı göz­lə­məli­yəm.

Konstans: Eləmi? Yaxşı, səni Bernard ötü­rər.

Bernard: Məmnuniyyət­lə.

Konstans: (Bernarda) Tez qayıdacaqsan, eləmi?

Bernard: Bəs necə.

Mari-Luiza: (Konstansı öpə­rək) Bu mən­dən öt­rü yaxşı dərs oldu. Mən axmaq deyiləm, Konstans. Hər bir dərs xeyrimədi.

Konstans: Ümid edirəm ki, daha ən azı ehtiyatı­nı əl­dən vermər­sən.

(Mari-Luiza, ardınca da Bernard Kersal çı­xır).

Con: Sən Mari-Luizanın ərinə nə dediyini hardan bildin? Bizdəki şam ye­məyini soruşuram.

Konstans: Mari-Luiza çox bic qadın­dı, əgər yalanın köh­nəsi işə yarayırsa, tə­zəsini dü­züb qoşan deyil.

Con: Əgər Mortimer Bentlinin dindirilməsi­nə israr elə­səydi, işlər şuluq olardı.

Konstans: Mən bilirdim ki, o, israr elə­mə­yə­cək. Centlmenə yaraşmayan hə­rə­kəti yalnız centlmenlər elə­yə bilər­lər. Özü də tə­rəd­düd­süz. Mortimer hə­lə bu mər­tə­bə­yə qalxmayıb. Ona gö­rə də həd­dən artıq ehtiyatlı­dı.

Marta: (Çoxməna­lı tərz­də) Con, sə­nə elə gəlmirmi ki, pasientlərinin səni göz­lə­mək­dən göz­ləri saraldı?

Con: Qoy saralsın.­Dəqi­qə­lər öt­dük­cə, əsəb­ləri gərilir, odur ki, onlara iki yüz əlli funta başa gə­lə­cək əməliyyatı məs­lə­hət gö­rən­də imtina elə­mə­yə halları olmur.

Marta: (Dodaqları­nı bü­zə­rək) Çətin ki, sən mənim Konstansa deyə­cək­lərimi eşitmək istə­yə­sən.

Con: Məhz sənin məni ən qara rəng­lər­lə təsvir elə­mək hə­vəsində olduğunu bildiyimdən dişimi-dişimə tutmalı olsam da məsuliyyət hissim diqtə eləyir ki, dediklərini öz qulağımla eşidim.

Konstans: Son üç ayda Marta özü­nü səbir mü­cəs­sə­məsi kimi aparıb, Con . Elə bilirəm, indi ürəyini boşaltmağa tam haqqı var.

Con: Əgər o, susa bilmək xəs­təliyindən əzab çəkirsə, ünvanı səhv salıb. Qoy, psixoanalitikə müraciət eləsin.

Marta: Mən yalnız bir şey deyə­cəm, Con. Əgər məni dinlə­sən, şad olaram. (Konstansa) Başa düş­mü­rəm, nə­dən sən o iyrənc qadı­nın zibilinin üs­tü­nü ör­tür­sən? Belə qən­aə­tə gəli­rəm ki, sə­bəb yalnız daha bö­yük qalmaqaldan qaçmaq...

Missis Kalveri: (Sö­zü­nü kə­sə­rək) Əzizim, sö­zü­nə davam elə­məz­dən ön­cə, icazə ver bir kəl­mə də mən deyim. (Konstansa) Mənim əziz balam, yalvarıram sə­nə, tə­ləsik qərar qəbul elə­mə. Biz hər şeyi yaxşıca gö­tür-qoy elə­məliyik. Ən əv­vəl Conu dinlə­məliyik.

Marta: Axı, o, nə deyə bilər?

Konstans: (İstehzayla) Doğrudan da, nə deyə bilər?

Con: Öz bər­aətim üçün heç nə. Mən ailə həya­tı­nın nə olduğunu kifayət qə­dər yaxşı bilirəm...

Konstans: (Gü­lə­rək sö­zü­nü kəsib) Başqaları­nın ailə həya­tı­nı, bizim yox.

Con: (Davam elə­yə­rək) Başa dü­şü­rəm ki, bu vəziyyət­dən heç mü­qəd­dəs Qavriil də baş aça bilməzdi.

Konstans: Amma mə­nə elə gəlir ki, mü­qəd­dəs Qavriil heç vaxt bu vəziyyə­tə düş­məzdi.

Con: Mən sənin təyin edə­cəyin bü­tün cəzaları çək­mə­yə hazıram.

Konstans: (İstehzayla) Heç bir kişi bundan yaxşı söz tapa bilməzdi.

Con: Sənin məni yı­xıb sü­rü­yə­cəyini göz­ləyi­rəm, Konstans. Buna tam haqqın var. Mən hər şeyə dö­zə­rəm. Lap həya­tı­mı cə­hən­nə­mə dön­dər. Mən buna layiqəm. Saçımdan tutub məni otaq boyu sü­rü. Sifəti­mə tü­pür. Məni təpiklə. Qarşında dizin-dizin sü­rü­nə­cəm. Torpaq yeyə­cəm. Mənim bir adım var - çirkab. Çirkab!

Konstans: Əziz Con, nə­dən səni yı­xıb sü­rü­məli­yəm?

Con: Sə­nə qarşı necə iyrənc hə­rə­kət elədiyimi yaxşı başa dü­şü­rəm. Mənim sadiq, sevimli, yalnız ərinin qayğı­sına qalmaqla məşğul olan həyat yoldaşım. Ideal ana, evdarlıqda tayı-bəra­bəri olmayan qadın. Mən­dən on də­fə yaxşı bir insan. Bü­tün bunlar hamı­sı sən­də cəm­ləşib. Heç olmasa, zər­rə qə­dər abır-həyam olsaydı səninlə belə rəftar elə­məzdim. Bər­aətim üçün sö­züm yoxdu.

Marta: (Onun sö­zü­nü kə­sə­rək) Sən bü­tün doğmalar, dostlar qarşı­sında onu alçaltdın.

Con: Bu, nə centlmenə, nə də adi bir kişiyə yaraşan hə­rə­kətdi.

Marta: Bu, bağışlanılmaz hə­rə­kətdi.

Con: Mən hər üz­dən günahkaram.

Marta: Əgər ona mə­həb­bətin yox idisə, heç olmasa hör­mətin olardı.

Con: Mən özü­mü ürəksiz və məq­sədsiz bir insan kimi apardım.

Konstans: Dediklərinizə mənim sadə­cə, heç bir əla­vəm yoxdu.

Marta: Lazım deyil. Sən tamamilə haqlısan. Bu artıq elə bir həddi ki, kişini yı­xıb-sü­rü­mək qadın ləya­qəti­nə yaraşmaz. Əgər Con fikirləşirsə, Konstans bu vəziyyət­də sö­yüş­lə əl-qol atmaqla özü­nü alçaldacaq, deməli, qadınları yaxşı tanı­mır. (Cona) Elə bilirəm, Konstansın sər­bəstlik qazanması­nın qarşı­sında maneə olmamağa kişiliyin çatar.

Missis Kalver: Ah, Konstans, ümidvaram, sən boşanmaq istəmirsən?

Marta: Ana, sən necə də səhv­sən. Mə­gər o, ona hör­mət elə­mə­yən bir kişiylə bir damın altında yaşaya bilər? Bir sö­zü­nə inanmadı­ğın və nifrət etdiyin bir kişiylə birgə həyata həyat demək olarmı? Hə­lə üs­təlik onların övladları­nı dü­şün. Mə­gər Konstans bundan sonra qı­zı­nın bu monstr yanında bö­yü­məyi­nə razı olarmı?

Konstans: Con həmi­şə çox gö­zəl ata olub. Bunu demə­mək günahdı.

Missis Kalver: Əzizim, çox da qəddar olma. Yaxşı başa dü­şü­rəm, indi ürəyin necə qan ağlayır, amma ayıq başla fikirləş, dərdinin fitvasına getmə, sonra peşiman olarsan.

Konstans: Mənim ürəyim qan-zad ağlamır. Əksinə, ordan bal damır.

Missis Kalver: Əzizim, anan heç vaxt səni aldatmaz. Mən sənin hikkəni və heyrətini aydın gö­rü­rəm. Belə vəziyyət­də bu, təbiidi.

Konstans: Amma mən öz ürəyi­mə baxanda, orda heyrətin izini də gör­mü­rəm. Məni heyrət­ləndirən yalnız Conun səfehliyidi ki, onun da ucbatından hər şey üzə çıx­dı.

Con: Imkan ver, bir kəl­mə də mən deyim. Mən bacardı­ğı­mı elədim, amma mə­lək­lər aman vermədi.

Konstans: Mə­lək­lərin siqaret çək­mək kimi pis vərdişi yoxdu.

Con: Amma əgər heç olmasa bir qullab vursaydılar, ömür boyu tərgidə bil­məzdilər.

Missis Kalver: Konstans, əzizim, belə xudbin olma. Bu, ürək­dən ağrı­nı al­ma­ğın ən pis yoludu. Gəl, ananın qucağına, canım mənim, qoşa ağlayaq. O dəqi­qə yün­gül­lə­şə­cək­sən.

Konstans: Ana, sə­nə çox minnətdaram, amma öl­səm də gö­züm­dən bircə damla yaş çıxara bilmə­rəm.

Missis Kalver: Belə amansız olma. Əl­bət­tə, Con günahkardı. Mən bunu eti­raf eləyi­rəm. O özü­nü biə­dəb, çox biə­dəb aparıb. Amma kişilər zəif məxluqdular, həya­sız qadınlar da bundan istifadə eləyirlər. Əmi­nəm ki, o, sə­nə verdiyi bu əzaba gö­rə peşimandı.

Marta: Konstans, məni heyrət­ləndirən odur ki, Conun gəzdiyini bilən­də sənin heç vecinə də olmadı.

Konstans: Doğrusu, elə dü­şün­düm ki, bu, mənim vecimə olmamalı­dı.

Marta: (Təəc­cüb­lə) Mə­gər sən onun arvadı deyilsən?

Konstans: Conla mən xoşbəxt insanlarıq. Biz ideal cüt­lük olmuşuq.

Marta: Sən necə belə danışa bilər­sən?

Konstans: Biz beş il bir-birimizdən öt­rü əl­dən getmişik. Heç bir ailə­də mə­həb­bət bu qə­dər tab gəti­rə bilməz. Bəli, bizim bal ayı­mız düz beş il çəkdi, sonra isə taleyin bizə daha bir hədiyyəsi oldu - bu mə­həb­bət hissi hər ikimizi eyni vaxtda tərk etdi.

Con: Mən etiraz eləyi­rəm, Konstans. Sə­nə olan mə­həb­bətim məni heç vaxt tərk etməyib.

Konstans: Mən başqa söz demək istəyi­rəm, əzizim. Sənin mə­həb­bəti­nə mənim zər­rə qə­dər də şüb­həm yoxdu. Mənim sevgim də səngiməyib. Biz bir-birimizin maraqları­nı bö­lü­şür­dük, birlikdə olmağın ləz­zətini yaşayır­dıq, sənin uğurların məni qür­rə­ləndirirdi, xəs­tə­lə­nən­də qayğıyla başı­mın üs­tü­nü kəsdirirdin. Biz eyni zarafata gü­lür, eyni hə­yəca­nı yaşayır­dıq. Mən mə­həb­bət telləriylə bir-birinə bizim qə­dər bağlı olan ikinci bir cüt­lük tanı­mır­dım. Amma vicdanla de, son on ildə də sən məni sevirdin?

Con: Mə­gər on beş il evli olan bir kişidən belə şey göz­lə­mək...

Konstans: Əzizim, məni sənin bər­aətin maraqlandır­mır. Mən sən­dən sadə və aydın cavab göz­ləyi­rəm.

Con: Bö­yük mənada mən səni hamıdan üs­tün sayıram. Sənin qə­dər bə­yəndiyim ikinci bir şəxs yoxdu. Rastıma çıxanlar arasında sən ən gö­zəli­sən. Və mən lap sənin yüz yaşında da belə demək­dən yorulmayacam.

Konstans: Mənim pillə­kən­dən gə­lən addım səs­lərimi eşidən­də ürəyin çır­pı­nır­mı? Otağa girən kimi sən­də güc­lü əl­lərinlə məni bağrına basmaq hə­vəsi oyanır­mı? Nə­sə mən bunu hiss eləmi­rəm.

Con: Çünki mən axmaq kimi gö­rün­mək istəmi­rəm.

Konstans: Onda deməli, mən öz sualıma cavab ala bildim. Artıq nə sən mə­nə, nə mən sə­nə aşiqəm.

Con: Sən bu haqda heç vaxt mənimlə danışmamısan.

Konstans: Fikrimcə, ər-arvadlar bir-biriylə bizdən qat-qat artıq danı­şır. Amma elə nüanslar var ki, bir-birinə doğma olan iki insan bunu yaxşı bilsə də öz­lərini elə aparırlar ki, guya bilmirlər. Güman eləyirlər ki, belə olmağı hər ikisinin xeyrinədi.

Con: Sən nə­dən bu qən­aə­tə gəlmisən?

Konstans: İndi sə­nə deyə­cəm. Bir də­fə biz rəqs elə­yən­də aşkar elədim ki, hə­rə­kət­lərimiz əv­vəlki qə­dər sinxron alın­mır. Mə­sə­lə mənim fikrimin dağı­nıq olmasındaydı. Bizimlə yanaşı rəqs elə­yən bir qadı­nın saç dü­zü­mü­nə baxıb fikirləşdim ki, gö­rən, beləsi mə­nə yaraşar? Sonra sə­nə baxıb gör­düm ki, onun ayaqlarına məftun olmusan. Elə onda anladım ki, sən daha məni sevmirsən. Dərindən nə­fəs aldım, çünki artıq mənim də sə­nə sevgim öl­müş­dü.

Con: Etiraf elə­məli­yəm ki, bu, heç mənim ağlıma da gəl­məyib.

Konstans: Bilirəm. Vurğunluq mü­vəq­qəti bir şeydi. Kişinin ağlına da gəl­məz ki, qadın onu sevmə­yə bilər. Əzizim, qəti narahat olma, bu, sizin cinsin çox nadir çatışmazlıqlarından biridi.

Marta: Sən bu söz­lər­lə mə­nə, anama, işarə eləyirsən ki, bundan sonra Co­nun eşq macəraları bir-birini sıraladı, o da doydum demədi.

Konstans: Onu illər sonrası ilk də­fə pis ayaqda, ən dar cı­ğırda yaxaladıq deyə, gəl elə dü­şü­nək ki, heç də vəfa­sız olmayıb. Sən mə­nə qarşı acıq­lı deyilsən ki, Con?

Con: Yox, əzizim, acıq­lı deyiləm... Amma bir az dilxoram. Elə bilirəm ki, sən məni gü­lüş hə­dəfi­nə çevirmisən. Ağlıma da gəl­məzdi ki, mə­nə olan hisslərin belə dəyi­şə bilər. Əl­bət­tə bu, mənim xoşuma gəlmir.

Konstans: Bəsdi, gö­rək. Sən ki, ağlı-başı yerində olan adamsan. Doğrudanmı, elə bilirdin ki, mən bü­tün bu illərimi cavabsız ehtirasıma həsr elə­mə­yə hazıram? Hansı ki, uzağı bunun qarşı­lı­ğında yalnız dostluq və doğmalıq qazanacam? Mə­gər bilmirsən ki, böy­rün­də özü­nün sevmədiyin bir qadı­nın sənin sevdiyini hiss elə­mək­dən əzablı bir şey yoxdu?

Con: Sən­lə əzab yanaşı dayana bilməz, Konstans.

Konstans: (Hava öpü­şü gön­də­rə­rək) Doğrudanmı, sən bizim necə xoşbəxt həyat sür­dü­yü­mü­zü hiss eləmirsən? Biz Tanrı­nın sevimliləriyik. Mən sənin mə­nə hədiyyə etdiyin o beş illik xoşbəxtliyi öm­rü­mün sonunacan unutmaram. Mən dəli­cəsi­nə sə­nə aşiq idim və öm­rü­mün sonunacan bu hiss mən­lə olacaq. Sən mənim kimi sevmirdin. Bizim bu mə­həb­bət nə sən­dən, nə də mən­dən öt­rü yü­kə çevrildi. O yük birdən-birə boşaldı. Odur ki, sən­də də, mən­də də,­nə bir mübahisə, nə bir iddia yarandı, bə­zən birində yenicə başlayan, o birində çoxdan olan hirs-hikkə ikimizdə də olmadı, qarşı­lıq­lı ittihamlar və sair kimi ağrı­lı şeylər olmadı. Bizim mə­həb­bət, bilirsən, nəyi xatırladır? Eyni vaxtda hər iki tə­rəf­dən dəqiqliklə doldurulmuş krossvordu. Bax elə buna gö­rə də hamı bizi xoşbəxt sayır­dı, bizi ideal cüt­lük hesab eləyirdi.

Marta: Demək istəyirsən ki, sən Conun Mari-Luizayla sevişdiyini bilən­də heç nə hiss elə­mədin, eləmi?

Konstans: Insan təb­iə­tən mü­kəm­məl məxluq deyil. Etiraf eləyim ki, ilk əv­vəl əsəbi­ləşdim, amma yalnız ilk əv­vəl. Sonra qərara aldım ki, Cona gö­rə əsəbi­ləş­mək ağıl­sız­lıq­dı. Çünki başqası heç də ondan artıq deyil. Həm də, axı, mən elə də əzazil insan deyiləm, Cona ən isti hisslər bəs­lə­yən, onun xoşbəxt olması­nı arzulayan birisiyəm. Və əgər o, öz hissləri­nə güc gəl­mək istəyirsə, qıraq-bucaq­da kimisə gözaltı eləyibsə... Mən düz­mü izhar eləyi­rəm, Con?


Con: Mən hə­lə hissləri­mə qarşı getməyi ağlıma gətirmirəm.

Konstans: Fikirləşdim ki, bəl­kə, elə belə yaxşı­dı. Yaxşı ki, onun diqqətini mənim yaxın rəfi­qəm cəlb eləyib. Bu halda bir ana kimi hər ikisini öz nəza­rətimdə saxlaya bilə­rəm.

Con: Bu lap çox oldu, Konstans.

Konstans: Mari-Luiza çox yaxşı­dı. Con kifirin birisiylə gəz­səydi, mənim xətrimə də­yərdi. Mari-Luiza çox varlı­dı. Deməli, onun Conun puluna ehtiyacı yox idi. Həmin pulları mən geninə-boluna öz evim üçün xərc­lə­yə bilmişəm. Mari-Luiza elə ağıl­lı deyil ki, səni öz nəza­rətində saxlaya bilsin. Nə qə­dər ki, sənin ürəyin mə­nə məxsus idi, bə­dəninin onun olması fikriylə barışmalı olmuşdum. Con, əgər qıraqda bir başqasıyla gəz­mək istə­səydin və məs­lə­hət üçün mə­nə müraciət elə­səydin, sə­nə yalnız Mari-Luizanı təklif elə­yərdim. Əgər sə­nə nə­sə bir məşu­qə arzulasaydım, seçimim məhz Mari-Luiza olardı.

Con: Əzizim, elə başa düş­düm ki, biz sə­nə elə də güc­lü kəf gəl­məmişik. Sən elə müdriklik nümayiş eləyirsən ki, elə bil, mənim bü­tün içimi gö­rür­sən.

Missis Kalver: Konstans, sənin bu münasibətini bə­yənmirəm. Mənim vax­tımda əgər arvad kişisinin bir başqasıyla gəzdiyini bilsəydi, hön­kür-hön­kür ağ­layıb düz üç həf­tə anası­nın yanında qalardı. Ərinin peşimançı­lıq hissi keçirdiyini, öz güna­hı­nı yumaq üçün hər şeyə hazır olduğunu gör­məyincə, yanına qa­yıt­mazdı.

Marta: Belə başa dü­şü­rük ki, sən Conla boşanmaq fikrində deyilsən, eləmi?

Konstans: Bilirsiz, başa dü­şə bilmirəm, nə­dən qadın ərinin, sadə­cə, bir başqasıyla gəzdiyinə gö­rə, öz rahat evini atmalı, yanındakı kişi nə­fəsindən, qazancdan ona dü­şən heç də az olmayan paydan imtina elə­məlidi. Bu bilirsiz nə­yə bən­zəyir? Elə bil, burnunu kəsib atırsan ki, üzün genişlənsin.

Marta: Mənim daha sö­züm yoxdu. Bunu tə­səv­vü­rü­mə belə gəti­rə bilməzdim. Qadın oturub onu necə axmaq yerinə qoyduqları­nı təmkinlə müşahidə eləyir.

Konstans: Mənim zavallı Conum, sən özü­nü çox səfeh apardın. Həyatda səfehlik naqislikdən pis sayı­lır. Çünki naqisliyi birtə­hər dü­zəlt­mək olar, amma təəs­süf ki, səfehliyi dü­zəlt­mək müm­kün deyil.

Con: Mən necə də axmaq olmuşam, Konstans. Özüm də bunu bilirəm. Amma başına gə­lən başmaqçı olar. Bu bir daha təkrarlanmayacaq.

Konstans: Demək istəyirsən ki, gə­lə­cək­də ehtiyatı­nı əl­dən vermə­yə­cək­sən, hə?

Missis Kalver: Yox, Konstans, o demək istəyir ki, əsl dərs aldı, gə­lə­cək­də şikayət­lən­mə­yə sənin heç bir əsa­sın olmayacaq.

Konstans: Mən həmi­şə elə bilmişəm, kişilər yalnız yaşlaşanda günahlardan azad olurlar. Çünki onda öz­ləri də həyatda artıq yü­kə çevrilirlər, heç bir də­yər­ləri olmur. Gör­dü­yü­nüz kimi, Conun canı hə­lə çox suludu. Mənim hesablamalarıma gö­rə, sən hə­lə bir on beş il də özü­nə korluq verən deyilsən, hə, əzizim?

Con: Qulaq as, Konstans, nə­sə mən səni heç cür başa dü­şə bimirəm. Bəzi söz­lərin adamı lap höv­sə­lə­dən çıxa­rır.

Konstans: Hər halda, elə bilirəm, Mari-Luizaya bir yox, bir neçə əvəz tapı­lacaq.

Con: Konstans, vicdanıma and içirəm ki...

Konstans: Vicdan sənin yeganə yerindi ki, ona əvəz tapa bilmə­rəm. Gö­rür­sənmi, mən sənin eşq macəraları­nı gör­məzliyə vuranda hər şey bizdə yağ kimi gedirdi. Amma indi vəziyyət pis tə­rə­fə dəyişib. Sən məni çox qəliz vəziyyə­tə salmısan.

Con: Mən çox təəs­süf­ləni­rəm, Konstans.

Marta: Konstans, sən ondan ayrılmaq istəyirsən?

Konstans: Yox, istəmi­rəm. Con, Barbaranın mə­nə iş təklif elədiyini unutmamısan ki? Mən imtina eləmişdim. Amma indi fikrimi dəyişib təklifi qəbul elə­mək istəyi­rəm.

Con: Niyə? Başa dü­şə bilmirəm, bunun nə məna­sı var?

Kontans: Çünki daha bü­tün­lük­lə sən­dən ası­lı olmaq istəmi­rəm, Con.

Con: Amma, axı, mənim əzizim, qazandıqları­mın hamı­sı həm də sənindi. Səni hər şeylə təmin etmək mənim ən bö­yük sevincimdi. Tanrı da şahiddi ki, sənin tə­ləba­tın elə də bö­yük deyil.

Konstans: Səninlə razıyam. Con, etiraf elə ki, bu vaxtacan mən özü­mü ağıl­lı aparmışam, eləmi? İndi isə mənim istək­ləri­mə qarşı çıxma.

(Qısa pauza)

Con: Başa dü­şə bilmirəm, işlə­mək sənin nəyi­nə lazım­dı, axı? Amma əgər mə­sə­ləni belə qoyursansa, bir kəl­mə də deyən deyiləm. Təbii ki, arzuları­nı gerçək­ləşdirmək sənin haqqın­dı.

Konstans: Bax, bu lap gö­zəl oldu. Indi pasientlərinin yanına get. Yoxsa, mən tək özü­mü yox, səni də saxlamalı olacam.

Con: Səni öpə bilə­rəmmi?

Konstans: Niyə də yox?

Con: (Onu öpür) Deməli, barış­dıq?

Konstans: Barış və qarşı­lıq­lı anlaşma. (Con çı­xır) O, çox şirin oğlandı, eləmi?

Missis Kalver: Konstans, nə plan qurmusan?

Konstans: Mənmi, ana? (Onu sorğuya çəkir) Sən özün necə bilirsən?

Missis Kalver: Sənin baxışların xoşuma gəlmir.

Konstans: Heyif. Amma çoxları bu baxışların qarşı­sında əriyib gedir.

Missis Kalver: Sən nə­sə yaramaz bir şey dü­züb qoşmusan, amma onun məhz nə olduğunu anlamıram.

Marta: Başım çıx­mır, Barbaranın yanında işlə­mək sə­nə nə verə­cək?

Konstans: Ildə min funtdan min beş yüz funta qə­dər pul.

Marta: Özün də bilirsən ki, mən pulu demirəm.

Konstans: Ev qadı­nı olmaqdan bezmişəm.

Marta: Ev qadı­nı dedikdə sən nəyi nə­zər­də tutursan?

Konstans: Pulu vermə­yə yox, almağa öy­rən­cəli fahişəni.

Missis Kalver: Əzizim, sənin bu söz­lərini atan eşitsəydi, nə deyərdi.

Konstans: Əzizim, iyirmi beş il əv­vəl öl­müş bir centlmenini nə deyə­cəyini bilmək üçün fal açdırmaq lazım­dı. O, hazırcavab adam idi?

Missis Kalver: Əl­bət­tə, yox. O, yaxşı adam idi, amma başdan bir az xarab idi. Tanrılar da belə­lərini çox sevdiklərindən onu tez öz yanlarına çağır­dılar.

(Bernard Kersal qapı­nı açıb qonaq otağına baxır)

Bernard: Gəl­mək olar?

Konstans: Axır ki. Mən də elə bildim, yəqin, hardasa ilişib qalmısan.

Bernard: Mənim maşı­nı­mı gö­rən­də Luiza xahiş elədi ki, özüm onu aparım. Mən də imtina elə­yə bilmədim.

Konstans: Deməli, sən onu evinə aparmısan?

Bernard: Yox, mə­nə dedi ki, müt­ləq saçı­nı qaydaya salmalı­dı. Mən onu Bond-stritdəki salona apardım.

Konstans: Bəs, sonra?

Bernard: Dedi ki, özüm də bilmirəm, siz mənim barəm­də nə fikirdəsiz.

Konstans: Qadınların ək­səriyyəti kişinin fikri onu maraqlandırmasa da belə deyir. Sən nə cavab verdin?

Bernard: Dedim, çalı­şıram, mə­nə qəti aidiyyatı olmayan mə­sə­lə­lər barə­də fikir bildirməyim.

Konstans: Əzizim Bernard, sən­də mə­nə ən xoş gə­lən şey özün­dən çıxma­maq bacarı­ğın­dı. Hətta yerlə göy birləş­sə belə, sən ideal ingilis centlmeni olaraq qalacaqsan.

Bernard: Mən fikirləşdim ki, bu, ən yerinə dü­şən cavabdı.

Konstans: Hə, əziz anam, daha sə­ni burda saxlamağa cü­rət eləmi­rəm. Martayla sənin yəqin o qə­dər işiniz var ki.

Missis Kalver: Işimizi yadı­mıza saldı­ğına gö­rə tə­şək­kür. Gedək, Marta. Gö­rü­şə­nə­dək, əzizim, sağ ol, mister Kersal.

Bernard: Sağ olun.

Konstans: (Martaya) Gö­rü­şə­nə­dək, əzizim. Dərdimə şərik olduğuna gö­rə sə­nə minnətdaram. Ağır gü­nüm­də mə­nə çox dayaq oldun.

Marta: Mən səni başa dü­şə bilmirəm, nə desən də başıma girmə­yə­cək.

Konstans: Sizə uğurlar. (Missis Kalver və Marta çı­xır. Bernard onların ardın­ca qapı­nı bağlayır). Biz çoxmu gecikirik?

Bernard: O qə­dər çox gecikirik ki, bir neçə dəqi­qə bizi xilas elə­yə bilməz. Mənim sə­nə çox vacib bir sö­züm var.

Konstans: (Bernarddan söz çə­kə-çə­kə) Sənin, yoxsa mənim üçün vacib?

Bernard: Bu dəh­şətli səh­nənin məni necə təəs­süf­ləndirdiyini tə­səv­vü­rü­nə belə gəti­rə bilməz­sən.

Konstans: Elə dü­şü­nü­rəm, bunun bir işıq­lı tə­rəfi də var?

Bernard: Mən yalnız bu gün həqi­qəti bildim. Amma ağlıma da gəl­məzdi ki, sən çoxdan bu mə­sə­lə­dən xə­bərdarsan. Əgər bu qə­dər vaxtı bu boyda əzabı gü­lüş pər­dəsi arxasında gizlə­yə bilmisən­sə, sən çox güc­lü qadınsan. Əgər əv­vəl­lər mən sə­nə, sadə­cə, pə­rəstiş edirdimsə, indi on də­fə artıq pə­rəstiş eləyi­rəm.

Konstans: Bernard, sən məni lap utandır­dın.

Bernard: Sənin nə­lər yaşadı­ğı­nı fikirlə­şən­də ürəyim qan ağlayır.

Konstans: Başqaları­nın bəd­bəxtliyini ürə­yə belə yaxın qoymaq olmaz.

Bernard: Ürəyin nə vaxt nə istə­sə qulluğunda hazıram. Bu söz­ləri sə­nə deməyimin üs­tün­dən heç bir saat da keçməyib. Ağlıma gəl­məzdi ki, vaxt belə tez keçə­cək. Artıq ruhuma hakim kəsi­lən mə­həb­bətimi gizlət­mə­yə ehtiyac yoxdu. O, Konstans, mə­nə ərə gəl. Özün də bilirsən ki, sizin can bir qəlb­də yaşadı­ğı­nıza inanmaqda davam elə­səydim, bu haqda bir kəl­mə də deməzdim. O, səni sevmir. Nə­dən, axı, səni belə alçaldan birisiylə bir damın altında yaşayasan? Özü də bilirsən ki, neçə illərdi sə­nə qarşı necə səda­qətliyəm. Sən özü­nü mə­nə etibar elə­yə bilər­sən. Çəkdiyin bu mə­nəvi əzabı sə­nə unutdurmaq üçün lazım gəl­sə həya­tı­mı da qurban verə­rəm. Konstans, mə­nə ərə gə­lər­sənmi?

Konstans: Əzizim, əl­bət­tə ki, Con özü­nü çox iyrənc aparıb, amma o, əv­vəlki kimi mənim ərimdi.

Bernard: Yalnız kağızda. Sən qalmaqaldan yayınmaq üçün gü­cün çatanı elədin, indi əgər boşanmaq istə­sən, o, sə­nə etiraz elə­yə bilməz.

Konstans: Doğrudanmı sən elə fikirləşirsən ki, Con özü­nü çox iyrənc aparıb?

Bernard: (Heyrət­lə) Bəl­kə, mə­nə demək istəyirsən ki, onunla Mari-Luiza arasındakı münasibət­lər­də sə­nə nə­sə şüb­həli qalan məqamlar var?

Konstans: Yoxdu.

Bernard: Onda, and verirəm, de gö­rüm nə mə­sə­lədi?

Konstans: Mənim doğma Bernardım, sən varlı adamlar üçün nikahın nə olduğu barə­də nə vaxtsa dü­şün­mü­sənmi? Fəh­lə sinfiylə bağlı mə­sə­lə məlumdu. Arvad yemək bişirir, evi silib-sü­pü­rür, corabları yuyur, uşaqlara baxır, onlara paltar tikir. Nə isə o, öz qiyməti­nə uyğun borcdan çı­xır. Amma indi gəl bizim züm­rənin qadınlarına diqqət verək. Ev işlərini qulluqçular gö­rür, əgər qadın özü­nə əziyyət verib doğmaq istəyirsə, uşaqlara dayə­lər baxır və imkan dü­şən kimi onlar özəl internat mək­təb­lə­rə gön­dərilir. Gəl həqi­qətin gö­zü­nün içinə baxaq. Əslində qadın kişinin ona sahib çıxmaq hə­vəsini ustalıqla də­yər­ləndirən bir məşu­qədi. Bu hə­vəs­dən bərk-bərk tutaraq kişini nikah mərasiminə tə­rəf çəkir. Sə­bəb də odur ki, hətta bu hə­vəs ölən­dən sonra da o kişiylə bir damın altında yaşaya bilsin.

Bernard: O, həm də kişinin həyat yoldaşı və dostudu.

Konstans: Əzizim, ağlı başında olan hansı kişi brici klubda yox, evdə arvadıyla, yaxud da qolfu kişiylə yox, qadınla oynamaq istə­yər? Muzdlu katib kişinin işinə onu sevən yarından daha çox yarayır. Lap dəri­nə getsək, müasir arvad həşarat kimi bir şeydi.

Bernard: Mən səninlə razı deyiləm.

Konstans: Çünki zavallı dostum, məni sevdiyin üçün həqi­qətin gö­zü­nün içinə baxa bilmirsən.

Bernard: Sənin nə demək istədiyini heç cür başa düş­mü­rəm.

Konstans: Con mə­nə başım üs­tə dam, oturmağa yer, əyin-baş almağa, əy­lən­mə­yə pul, yolum üçün avtomobil verir, cəmiyyət­də mə­nə mövqe qazandı­rıb. Onun başqa çı­xış yolu da yoxdu. Çünki on-on beş il mə­nə dəli­cəsi­nə vurulub və bü­tün bu sadaladı­ğımla razıla­şıb. Əl­bət­tə, əgər indi onun özün­dən soruşsan deyər ki, dəliliyin mə­həb­bət qə­dər ötəri, ani nö­vü yoxdu. Bu hə­rə­kəti onun ya ürəyi açıq­lı­ğından, ya da burnundan o yanı gör­mə­məsindən xə­bər verir. Necə dü­şü­nür­sən, onun bu ürəyi açıq­lı­ğından və burnundan uzağı gö­rə bilmə­məsi kimi qüsurundan istifadə elə­mək­lə mən vicdansız­lıq nümayiş elətdirmirəm ki?

Bernard: Nə mənada?

Konstans: Daha ucuz ala bilə­cəyi bir şey ona həd­dən artıq baha başa gəlib. Bu, daha ona lazım olmayacaq. Odur ki, mən nə­dən tə­rəd­düd elə­məli­yəm? Hə­vəsin, istəyin gec-tez sön­dü­yü­nü mən başqalarından pis bilmirəm. Hə­vəs gəlir və gedir, bunun ötəriliyinin sə­bəbini isə bilən yoxdu. Əminlik yalnız bir şeydədi: əgər hə­vəs öl­dü­sə, bir də dirilmə­yə­cək. Ona gö­rə də, əgər Con lazım olan hər şeylə hə­ləlik məni təmin eləyirsə, mə­nə qarşı naxə­ləf çıxmasından şikayət­lən­mə­yə nə haqqım var? O, özü­nə bir oyuncaq alıb və əgər daha onunla oynamaq istəmirsə, özü­nü zorlamalı deyil ki? O, həmin oyuncağı alıb, axı.

Bernard: Haqlısan, amma bu yalnız özü haqqında dü­şü­nən kişilə­rə aiddi. Bəs, qadın?

Konstans: Hesab eləmi­rəm ki, qadı­nın vəziyyəti­nə təəs­süf­lən­mək lazım­dı. Mən də yüz qızdan doxsan doqquzu kimi yalnız bir məq­səd­lə ərə getmişəm. Bunun yaşamaq üçün daha asan, daha yün­gül və daha sər­fəli üsul olduğu sə­bəbindən. On beş il ər­də olan bir qadın kişisinin ona qarşı naxə­ləf çıx­dı­ğı­nı bilən­də ürəyi yox, qüruru sı­nır. Əgər həyata ayıq başla baxmağı bacarırsa, anlamalı­dı ki, bu, arvadlıq adlı ümumilikdə çox xoş bir peşənin qaçılmaz tə­rəf­lərindəndi.

Bernard: Bununla da sən məni bə­yən­mədiyini demək istəyirsən.

Konstans: Elə bilirsən, mənim prinsiplərim cə­fəngiyyatdı?

Bernard: Elə bilirəm ki, sən də məni mən səni sevdiyim qə­dər sevsəydin, bü­tün bunları ciddi qəbul elə­məzdin. Sən hə­lə də Cona aşiqsən?

Konstans: O, mə­nə çox əziz bir insandı, eynimi açır, biz bir-birimizlə çox yaxşı yola gedirik, amma mən daha ona aşiq deyiləm.

Bernard: Sadaladıqlarım sə­nə kifayətdi? Səni həd­dən ziyadə yeknə­səq gə­lə­cək göz­ləmir ki? Doğrudanmı, sə­nə mə­həb­bət lazım deyil?

(Pauza. Konstans fikirli-fikirli Bernarda baxır).

Konstans: (Cazibədar baxışlarla) Əgər mə­nə mə­həb­bət lazım olsaydı, sənin yanına gə­lərdim, Bernard.

Bernard: Konstans, sən ciddimi deyirsən: Doğrudanmı, sən mə­nə qarşı biganə deyilsən? Ah, mənim əzizim, sənin ayaqların də­yən torpağa mən baş qoyaram!

(Konstansı bağrına basıb ehtirasla öpüş­lə­rə qərq edir).

Konstans: (Bernardın qolları arasından çıxaraq) Əzizim, tə­ləs­mə. Conun məni yedirib-içirdiyi bir vaxtda ona xəya­nət etsəm özü­mü bağışlamaram.

Bernard: Bəs, əgər məni sevirsən­sə, onda necə?

Konstans: Mən demədim ki, səni sevirəm. Amma, əgər sevsəm belə, nə qə­dər ki, Con məni lazım olanlarla təmin eləyir, ona olan səda­qətimi qoruyub saxlayacam. Bü­tün mə­sə­lə maddiyyatdı. O, məni satın alıb və əgər mən onun pulunu ödədiyi malla ürəyim istə­yən kimi rəftar elə­səm, özü­mü fahişə­dən də aşağı məxluq sayaram.

Bernard: Amma ümidim qalır, eləmi?

Konstans: Indi sən yalnız biz Reynlafa çatanacan oyunun qurtarmayacağına ümid elə­yə bilər­sən.

Bernard: Istəni­lən halda, sən ora getmək istəyirsən, eləmi?


Konstans: Bəli.

Bernard: Çox yaxşı. (Bü­tün ehtirasıyla) Mən səni sevirəm.

Konstans: Onda aşağı düş, mü­hərriki işə sal, radiatora yağ tök, nə bilim, nə lazım­dı elə. Mən bir dəqi­qə­dən sonra yanındayam. Zəng elə­məli­yəm.

Bernard: Oldu.

(Bernard gedir. Konstans telefon dəs­təyini əlinə alır).

Konstans: Meyflauer 2646... Barbara sən­sən? Konstansdı. Ay yarım əv­vəl mə­nə elədiyin təklif... qüv­vəsində qalır­mı? Neynək, mən onu qəbul elə­mə­yə razı­yam... Yox, yox, heç nə baş verməyib. Con lap əla­dı. Özün bilirsən ki, həmi­şəki kimi nazı­mı çək­mək­lə məşğuldu. Mə­sə­lə burasındadı ki, mən özüm-özü­mü təmin elə­mək istəyi­rəm. Nə vaxt işə başlaya bilə­rəm?.. Nə qə­dər tez olsa yaxşı­dı.

Ü­Çün­cü pƏr­dƏ

Əhvalat əv­vəlki məkanda cə­rəyan edir.

Üs­tün­dən bir il ötüb. Gü­nün ikinci yarı­sı­dı. Konstans stol arxasında əy­ləşib

məktub yazır. Eşikağası Barbara Fosettin və Martanın gəlişini xə­bər verir.

Bentli: Missis Fosett və miss Kalver.

Konstans: O! Əy­ləşin. Mən indi.

Barbara: Biz astanada rastlaşdıq.

Marta: Ayaqüs­tü sə­nə dəy­mək istədim. Fikirləşdim, bəl­kə, sə­nə nə­sə kö­məyim lazım oldu.

Konstans: Sən çox nəza­kətlisən, Marta. Amma, yəqin ki, kö­mə­yə ehtiyacım olmayacaq. Mən hazıram, hər şeyimi yığ­mışam. Öm­rüm­də ilk də­fə əmi­nəm ki, heç nə yaddan çıxmayıb.

Barbara: Fikirləşdim ki, gəlib sən­lə sağollaşım.

Konstans: Əzizim, mən arxamca qapı­nı bağlayan kimi iş danışmaq lazım deyil.

Barbara: Dü­zü­nə qalsa, mən elə iş üçün gəlmişəm. Sə­hər mə­nə bir evdən sifariş gəlib, onlar Italiya üslubunda otaq istəyirlər.

Konstans: Sənin bu baxışların heç xoşuma gəlmir, Barbara.

Barbara: Mən də fikirləşdim, bir halda ki, sən Italiyaya gedirsən, nə­dən orda­kı mağazalara baş çəkib bə­yəndiyin bir şey seçmə­yə­sən.

Konstans: Ağlına da gətirmə. Bü­tün ili öküz kimi işləmi­şəm, yalnız dü­nən axşam saat altıda iş alət­lərini bir kənara qoyub, çirkli kombinezonumu soyunub, alnı­mın tərini silib, rəngli-pasaqlı əl­lərimi yuyub özü­mə gəlmişəm. Sən dedin ki, mən altı həf­təlik məzuniyyət gö­tü­rə bilə­rəm.

Barbara: Etiraf edim ki, sən bu istirahəti zəh­mətinlə qazanmısan.

Konstans: Mən qapı­nı arxamca bağlayan kimi zəh­mətkeş ingilis fəh­ləsi qiyafəsindən çı­xıb yenidən ideal ingilis xanı­mı qiyafəsi­nə düş­mü­şəm.

Marta: Səni heç vaxt belə gö­zəl əhval-ruhiyyə­də gör­məmi­şəm.

Konstans: Mən nə­sə elmişəm, nə­yə­sə nail olmuşam. Və özü­mə söz ver­mişəm ki, qarşıdan gə­lən bu altı həf­tə­də vanna otaqları, divar kağızları, mət­bəx əl-üz yuyanları, mər­mər dö­şə­mə­lər, portyerlər, mebel üz­lük­ləri, soyuducular, daha nə bilim nə­lər, yuxuma da girmə­yə­cək.

Barbara: Bunu heç mən də istəmi­rəm. Sadə­cə, istəyi­rəm, sən Italiyadan rəngli mebel dəsti, bir neçə güz­gü gəti­rə­sən.

Konstans: Yox, mən var gü­cüm­lə işləmi­şəm, özü də deyim ki, işimdən həzz almışam. Indi də istirahət­dən həzz almaq istəyi­rəm.

Barbara: Özün bilər­sən.

Marta: Konstans, əzizim, sə­nə sö­züm var.

Konstans: Mən də elə bilirdim, sən artıq sö­zü­nü demisən. Adə­tən, sən mə­nə heç vaxt sirr açmırsan.

Marta: Ağlına belə gəl­məz ki, bu gün Bond-stritdə kimi gör­mü­şəm.

Konstans: Ağlıma gəlir. Mari-Luizanı.

Marta: Axı!

Konstans: Əzizim, heyif ki, səni dilxor elə­məli olacam. Bir saat əv­vəl özü mə­nə zəng eləmişdi.

Marta: Amma mən elə bilirdim o, hə­lə bir ay da burda olmayacaq. Axı, bir illik getmişdi.

Konstans: Dü­nən axşam qayı­dıb, indilər­də gəlib çıxar.

Marta: Bura?

Konstans: Hə. Dedi ki, mən evdən çıxanacan gəlib gö­rü­şə­cək.

Marta: Maraqlı­dı, gö­rən ona nə lazım­dı?

Konstans: Bəl­kə, ayrı­lı­ğı­mı­zı daha da uzatmaq istəmir. Fikrimcə, bu, istəni­lən halda onun tə­rəfindən çox nəcib addım­dı. Yaddan çıxarmayaq ki, o, yenidən qayı­dıb, yəqin, işi-gü­cü xirtdək­dəndi.

Barbara: O, bü­tün dünyanı gəzib, eləmi?

Konstans: Hə, Malayziyada olub, Mortimerin o öl­kə­də biznes maraqları var, Çində olub, Ingiltə­rə­yə də Hindistandan üzüb gəliblər.

Marta: Də­fə­lər­lə özüm sual vermişəm, gö­rən, həmin biabır­çı səh­nə­dən sonra onları o uzaq sə­fə­rə sən yollamamısan ki?

Konstans: O səh­nə ki, etiraf elə, əzizim, sə­nə sonsuz məmnunluq gətirdi.

Barbara: Şüb­həsiz, onlar düz­gün qərar qəbul etdilər.

Marta: Təbii ki, öz işindi, əzizim, amma onun şə­hər­də peyda olduğu bir vaxtda sənin altı həf­təli­yə qeyb olmağın düz­gün­dür­mü?

Konstans: Biz zəh­mətkeş qadınlar məzuniyyəti ancaq bizə verilən­də gö­tü­rə bilərik.

Barbara: Con, əl­bət­tə ki, yaxşı dərs aldı. Ikinci də­fə bu səhvi elə­məz.

Marta: Elə dü­şü­nür­sən ki, o, daha Mari-Luizanı sevmir?

Konstans: Nə bilim. Bu da Con. Yaxşı­sı budu, özün­dən soruş.

(Bu zaman Con qonaq otağına daxil olur).

Con: Nə soruşsun?

Marta: (Özü­nü itirmə­dən) Fikirləşi­rəm, gö­rən, Konstans sə­fər­də olan müd­dət­də sən burda nəy­lə məşğul olacaqsan?

Con: Mənim o qə­dər işim var ki. Bilirsən, klubda daha tez-tez olacam.

Marta: Təəs­süf, vaxt ayıra bilmirsən. Gə­rək sən də məzuniyyət gö­tü­rüb Konstansla gedəydin.

Barbara: Bu mə­sə­lə­də mənim güna­hım yoxdu. Mən vaxt seçimini onun ixtiyarıma buraxmış­dım.

Konstans: Bilirsən, mən Italiyaya getmək istəyirdim, amma Con qitənin elə öl­kəsi­nə üs­tün­lük verir ki, onu Ingiltə­rə­dən fərq­ləndirmək müm­kün olmasın.

Marta: Bəs Elen?

Konstans: Avqust üçün Xenlidə ev tutmuşuq. Conun orda qolf oynamaq, çayda çimmək imkanı olacaq, mən də işin başsız qalmaması üçün hər gün şə­hə­rə gedə­cəm.

Barbara: Əzizim, icazə versən, gedərdim. Ümidvaram ki, əla istirahət elə­yə­cək­sən. Sənin buna tam haqqın var. Bilirsən, Con, əgər mən Konstansı öz yanımda işlə­mə­yə razı sala bilmişəm­sə, deməli, çox ağıl­lı qadınam. Onun tayı-bəra­bəri yoxdu.

Con: Mən bu ideyanı əv­vəl­dən bə­yən­məmi­şəm. Hə­lə də bu qən­aətimdə qalıram.

Barbara: Sən məni hə­lə də heç cür bağışlaya bilmirsən?

Con: Konstans israr eləyirdi, odur ki, mənim susmaqdan başqa əla­cım yox idi.

Barbara: Yaxşı yol.

Konstans: (Onu öpə­rək) Gö­rü­şə­nə­dək, əzizim, özü­nü çox yorma.

Marta: Mən də səninlə çı­xıram, Barbara. Anam dedi ki, o da sağollaşmaq üçün gə­lə­cək.

Konstans: Lap yaxşı. Gö­rü­şə­nə­dək.

(Konstans hər ikisini öpüb qapıya ötü­rür. Onlar gedirlər).

Con: Konstans, mən belə başa düş­düm ki, sən Barbaranın təcili işləri olduğu üçün məzuniyyətini indi gö­tü­rür­sən.

Konstans: Mə­gər mən belə dedim?

Con: Bəli.

Konstans: Yadımda deyil.

Con: Əgər bilsəydim, sə­nə konkret vaxt ayrılmayıb, əl­bət­tə ki, mən də məzu­niyyətimi ikimizə də uyğun olan vaxta...

Konstans: (Sö­zü­nü kə­sə­rək) Sə­nə elə gəlmirmi ki, ər-arvad gə­rək məzuniy­yət­lərini eyni vaxta salmasın? Məzuniyyətin məğzi dincəl­mək, havanı, şəraiti dəyişmək, yeni təəs­süratlar qazanmaqdı. Sən­cə, kişi, əgər, məzuniyyə­tə arva­dıyla getsə, bunları ala bilə­cək?

Con: Hər şey arvaddan ası­lı­dı.

Konstans: Mənim üçün belə cüt­lük­ləri otelin restoranında gör­mək­dən qüs­səli mən­zə­rə yoxdu. Hər ikisi eyni stol arxasında, kişi qadınla qabaq-qən­şər əy­ləşib, amma bir-birləri­nə demə­yə söz­ləri yoxdu.

Con: Boş söz­dü. Ək­sər ər-arvad şən və xoşbəxtdi.

Konstans: Hə, ola bilər, amma qadı­nın barmağındakı nişan üzü­yü­nə baxan­da adama elə gəlir ki, onu çoxdan deyil, tə­zə­cə taxıb.

Con: Biz həmi­şə yollaşmı­şıq. Mən sənin barmağına nişan üzü­yü taxanda da mərasimə keşiş nəza­rət eləyirdi. Güman eləyi­rəm ki, mənimlə darıxmazsan.

Konstans: Əksinə, sən həmi­şə məni qarnım cı­rılanacan gül­dür­mü­sən. Mə­sə­lə mənim ciddiliyimdəydi. Qorxurdum ki, səni bezdirə­rəm. Ona gö­rə də belə qərara gəldim ki, bir neçə həf­təlik ayrı­lıq sənin ancaq xeyrinə olar.

Con: Zarafatından heç qalmırsan.

Konstans: Hər halda, artıq nəyi­sə dəyişmək gecdi. Çamadanlar yı­ğı­lıb, hamıyla sağollaşmışam. Insanlar da, bilirsənmi, öz aləm­lərində artıq səninlə bir də ay yarımdan sonra gö­rü­şə­cəyini yəqinləşdirib sə­həri gün qarşı­sında gö­rən­də nə­sə birtə­hər olur.

Con: Hə... yəqin... Qulaq as, Konstans, sən­dən bir şey soruşmaq istəyi­rəm.

Konstans: Buyur.

Con: Mari-Luizanın qayıt­dı­ğından xə­bərin varmı?

Konstans: Bəli. Söz verdi ki, mən yola çıxanacan gəlib gö­rü­şə­cək. Məm­nu­niyyət­lə onunla gö­rü­şə­cəm.

Con: Onda sən­dən bir xahişim olacaq.

Konstans: Nə xahiş?

Con: Sən məni yaman gizlədin, xilas elədin. Mən sənin bu mər­hə­məti­nə həmi­şəlik bel bağlaya bilmə­rəm. Odur ki, sənin borcundan çıxmaq istəyi­rəm.

Konstans: Nə­sə səni başa dü­şə bilmirəm.

Con: Mən Mari-Luizanı Mortimer bura gəlib, necə deyər­lər, buynuz çıxardı­ğı gün­dən gör­məmi­şəm. Mari-Luiza təxminən bir il burda olmayıb. Yaranan şəraiti nə­zə­rə alaraq, əmi­nəm ki, biz keçmiş münasibət­ləri bərpa elə­yə bilmərik.

Konstans: Sən nə­dən bildin ki, onda belə bir hə­vəs yarana bilər?

Con: Onun öz gəlişini sə­nə xə­bər verməsi nə­sə məni narahat eləyir.

Konstans: Narahat eləyir? Bəzi qadınlar telefon aparatı­nı gö­rən­də, sadə­cə, öz­lərini saxlaya bilmirlər, telefonçu qı­zın "nöm­rəni, zəh­mət olmasa" deməsini eşidən­də isə nə­sə cavab verməlidir, axı. Belə güman eləyi­rəm ki, Mari-Luizanın ağlına ən birinci bizim nöm­rə gəlib.

Con: Mari-Luizanın mə­nə dəli­cəsi­nə vurulduğunu gizlət­məyin məna­sı yoxdu.

Konstans: Yəqin, buna gö­rə onu nə sən, nə də mən təqsirləndirə bilə­rəm.

Con: Mən daş qəlbli gör­sən­mək istəmi­rəm, amma tale əgər bizim müna­si­bət­lərin üs­tün­dən xətt çəkdisə, ümid eləyi­rəm, bu, həmi­şəlikdi.

Konstans: Sən azad insansan və istək­ləri­nə uyğun hə­rə­kət elə­mə­yə tam haqqın var.

Con: Mən özü­mü dü­şün­mü­rəm, Konstans. Məni Mari-Luizanın, amma etiraf eləyim ki, əsas da sənin gə­lə­cəyin narahat eləyir. Əgər mənimlə Mari-Luizanın münasibət­ləri­nə bir yağlı nöq­tə qoyulmasa, heç vaxt sənin gö­zü­nün içinə baxa bilmə­rəm.

Konstans: Sənin belə məsum və ucuz həz­dən məhrum olacağı­nın fikri mə­nə ağır gəlir.

Con: Əl­bət­tə, bu, ağır qərardı, amma, əgər qəbul olunubsa, hesab eləyi­rəm ki, çevik hə­rə­kət elə­mək lazım­dı.

Konstans: Səninlə tamamilə razıyam. Bilirsən, mən nə elə­yə­cəm? Mari-Luiza burda peyda olan kimi çı­xıb sizi təklikdə qoyacam.

Con: Amma mən tam əksini dü­şü­nür­düm.

Konstans: Niyə?

Con: Çünki qadın bu işin öh­dəsindən kişidən qat-qat yaxşı gə­lər. Ağlıma belə bir fikir gəlib: niyə, axı, sən ona hər şeyi izah elə­mə­yə­sən?

Konstans: Mən?

Con: Sən­dən nə gedir ki? Mən desəm yaxşı düş­məz. Deyər­sən, bəs, insan özü­nə hör­mət qoymalı­dı. Odur ki, sən mə­sə­ləni belə qoyursan: ya o mə­nə yaxın gəlmir, ya da sən əks halda onu bü­tün şə­hər­də biabır eləyirsən.

Konstans: Axı, özün də bilirsən, mənim necə yumşaq ürəyim var. Əgər o, hön­kü­rüb ağlasa, sənsiz yaşaya bilmədiyini bəyan elə­sə, əl­bət­tə ki, dö­zə bilməyib deyə­cəm ki, lə­nət şeytana, qoy, Con elə sənin olsun.

Con: Konstans, sən mə­nə belə badalaq vurmarsan.

Konstans: Niyə ki? Özün də bilirsən, sənin xoşbəxtliyin mənim üçün hər şeydən irəlidi.

Con: (Qısa pauzadan sonra) Konstans, səninlə tam açıq olmaq istəyi­rəm. Mari-Luizadan mən xirtdə­yə­cən doymuşam.

Konstan: Əzizim, niyə əv­vəl­cə­dən belə demirdin?

Con: Konstans, özün yaxşı başa dü­şür­sən ki, qadına belə şeyləri deməz­lər.

Konstans: Başa dü­şü­rəm. Bu onun heç xoşuna gəl­mə­yə­cək.

Con: Qadın qəri­bə məxluqdu. Əgər sən onu bezdirdinsə, bunu azca da tə­rəd­düd elə­mə­dən birbaşa üzü­nə vuracaq, sənin reaksiyan qəti vecinə olmayacaq. Amma əgər kişi qadından bezirsə, yazıq bir göz qır­pı­mındaca əclafa və qorxunc məxluqa çevrilir, cə­hən­nəm odunda yanmaq ona ünvanlanmış qarğışlardan ən yün­gü­lü olur.

Konstans: Yaxşı, danış­dıq, özüm əncam çə­kə­rəm.

Con: Sən­dən bir də­nədi. Amma onunla elə kobud davranmayacaqsan, eləmi? Istə­məzdim onun xətrinə də­yək. O, elə xoşxasiyyət insandı. Elə deyilmi, Konstans?

Konstans: Səninlə tamamilə razıyam.

Con: Bu onun üçün çox bö­yük zər­bə olacaq.

Konstans: Qorxuram, bir xeyli müd­dət özü­nə gə­lə bilməsin.

Con: Ona başa sal ki, Con üçün də çətin olacaq. Istəmi­rəm ki, mən­dən pis təəs­süratla ayrıl­sın.

Konstans: Əl­bət­tə.

Con: Amma iki ayağı­nı bir başmağa dirə ki, ayrı­lıq qaçılmazdı.

Konstans: Hər şey sən istə­yən kimi olacaq.

Con: Sənsiz, axı, mən neylərdim, Konstans. And içirəm ki, sənin kimi arvadı çıraqla da gəz­sən tapa bilməz­sən.

(Eşikağası Mari-Luizanın gəlişini xə­bər verir).

Bentli: Missis Darhem.

(Qadınlar mehribancasına qucaqlaşıb öpü­şür­lər).

Mari-Luiza: Əzizim, səni yenidən gör­məyi­mə çox şadam. Bu nə gö­zəl gün­dü, nə gö­zəl gün­dü.

Konstans: Əzizim, sən çox gö­zəl gö­rü­nür­sən. Bu sənin tə­zə mirvari qolba­ğın­dı?


Mari-Luiza: Qiyamətdi, elə deyilmi? Hindistanda Mortimer mə­nə tayı-bəra­bəri olmayan züm­rüd­lər də aldı. O, Con, necə­sən?

Con: Tə­şək­kür edirəm, hər şey qaydasındadı.

Mari-Luiza: Son gö­rü­şü­müz­dən sonra kö­kəlmisən ki?

Con: Qəti.

Mari-Luiza: Amma mən arıqlamışam. (Konstansa) Yol qabağı sə­nə çatdı­ğıma gö­rə necə də şadam. Əgər geciksəydim, yanıb-yaxılardım. (Cona) Hara gedirsiz?

Con: Heç hara. Konstans tək gedir.

Mari-Luiza: Hə, əl­bət­tə. Sən axı, həmi­şə məşğulsan, düz demirəm?

Con: Elədi.

Mari-Luiza: Konstans burda olmadı­ğı müd­dət­də ümidvaram ki, biz vaxt eləyib gö­rü­şə­cəyik.

Con: Nə bilim.

Mari-Luiza: Mortimer indi qolfu əv­vəlkindən xeyli yaxşı oynayır. O, məm­nuniyyət­lə sən­lə yarışa çıxar.

Con: Hə, əl­bət­tə. Elə mən də onunla.

(Çı­xır)

Mari-Luiza: Elə istəyirdim ki, səni evdə tək tutam. Konstans, sə­nə demə­yə o qə­dər sö­züm var. Con necə də diqqətlidi. Dərhal çı­xıb getdi. Ondan başlamaq istəyi­rəm ki, hər şey yağ kimi alın­dı. Sən tamam haqlıy­mışsan. Sənin məs­lə­həti­nə qulaq asıb Mortimeri az qala bir illik burdan dartıb aparmağım çox yerinə düş­dü.

Konstans: Mortimer axmaq deyil ki.

Mari-Luiza: Hə kişilər­lə müqayisə­də yetərincə ağlı var. Əl­bət­tə ki, mən­dən şüb­hə­ləndiyinə gö­rə həya­tı­nı cə­hən­nə­mə dön­dərdim, axır-axırda lap mum kimi oldu. Amma gö­rür­dün ki, mən­lə bağlı onda tam arxayın­çı­lıq yoxdu. Kişilərin nə məxluq olduğunu mən­dən yaxşı bilirsən. Əgər nə­sə beyninə girdisə, onu ordan maqqaşla da dartıb çıxara bilməz­sən. Amma sə­fərin sə­mə­rəsi oldu. Mən özü­mü mə­lək kimi apardım, o da xeyli pul qazandı. Odur ki, indi mə­nə də, insanlara da daha çox etibar eləyir.

Konstans: Mən çox şadam.

Mari-Luiza: Mən sənin qarşında çox borcluyam, Konstans. Mən Mortimerə Seylonda sənin üçün çox gö­zəl sapfir aldır­dım. Dedim ki, sənin qabağında işlət­diyi güna­hı az da olsa yumalı­dı. Əzizim, onu yüz iyirmi funta aldıq. "Kartye"yə aparıb özü­nə layiq ziynət əşyası dü­zəltdirər­sən.

Konstans: Nə gö­zəl.

Mari-Luiza: Elə fikirləş­mə ki, mən yaxşı­lıq itirə­nəm. Konstans, səni əmin elə­mək istəyi­rəm ki, mənimlə Con barə­də bundan sonra narahat olmaya bilər­sən.

Konstans: Mən onsuz da narahat deyiləm.

Mari-Luiza: Bilirəm ki, özü­mü çox iyrənc aparmışam, amma ağlıma da gəl­məzdi ki, sən bundan xə­bər tutacaqsan. Əgər ağlıma gəl­səydi, özün məni kifayət qə­dər tanı­yırsan ki, onu yaxı­nıma belə buraxmazdım.

Konstans: Tə­şək­kür eləyi­rəm.

Mari-Luiza: Istəyi­rəm, mə­nə bir yaxşı­lıq da elə­yə­sən, Konstans. Rədd elə­məz­sən?

Konstans: Rəfi­qə­mə kö­mək elə­mək mə­nə xoşdu.

Mari-Luiza: Sən bizim o Conu yaxşı tanı­yırsan. Canlara də­yən kişidi, amma əgər bu işə nöq­tə qoyulubsa, o da başa düş­məlidi.

Konstans: Nöq­tə qoyuldu?

Mari-Luiza: Əl­bət­tə, mən bilirəm ki, o, yenə də əv­vəlki kimi mə­nə dəli­cəsi­nə aşiqdi. Mən bunu indicə otağa girən kimi gör­düm.

Konstans: Hə, sən kişiləri ovsunlayırsan.

Mari-Luiza: Bu həyatda bə­zən özü­nü də fikirləş­məli­sən. Amma Con başa düş­məlidi ki, mə­sə­lə sə­nə agah olandan sonra bizim münasibət­lər daha o cür qala bilməz.

Konstans: Mən bacardı­ğım qə­dər özü­mü gör­məzliyə vurdum.

Mari-Luiza: Nəti­cə­də elə alın­dı ki, demə, sən nə vaxtdan bəri kənardan bizə gü­lür­müş­sən. Deməli, romantikadan da əsər-əla­mət qalmadı. Sən məni başa dü­şür­sən də?

Konstans: Belə, tutqun.

Mari-Luiza: Bilirsən, Conun ürəyi­nə qəti toxunmaq istə­mə­səm də, mə­sə­ləni uzatmağa qəti hə­vəsim yoxdu. Istəyi­rəm, sən çı­xıb gedə­nə­cən hər şeyə biryolluq son qoyulsun.

Konstans: Bu çox qəfil oldu. Qorxuram, Cona pis təsir elə­yə.

Mari-Luiza: Mən artıq qəti qərar qəbul eləmi­şəm.

Konstans: Uzun və təsirli səh­nə üçün əl­bət­tə ki, vaxt yoxdu, baxım gö­rüm, Con evdədimi. Sən söz­lərini on dəqi­qə­yə yerləşdirə bilə­cək­sən?

Mari-Luiza: Mənim üzüm gəl­məz! Yaxşı olar, sən özün ona deyə­sən.

Konstans: Mən?!

Mari-Luiza. Özün onu yaxşı tanı­yırsan, vəziyyəti­nə uyğun söz tapıb deyə bilər­sən. Sə­nə pə­rəstiş elə­yən bir kişinin üzü­nə ona qarşı biganə olduğunu demək nə­sə yaxşı alın­mır. Bu söz­ləri üçün­cü tə­rəfin dilindən eşitsə onun üçün daha yün­gül olar.

Konstans: Sənin qəra­rın qətidi?

Mari-Luiza: Mən buna əmi­nəm. Ona deyə bilər­sən ki, bundan sonra biz ancaq dost ola bilərik. Sən bizə qarşı necə də mər­hə­mətli davrandın. Sənin bu inamından sui-istifadə elə­mək insanlıqdan olmaz. De ki, onu həmi­şə xoş hisslər­lə xatırlayacam, o, ürək­dən sevdiyim yeganə kişidi, amma artıq ayrılmalı­yıq.

Konstans: Əgər o, səninlə gö­rü­şə israr elə­sə necə?

Mari-Luiza: Məna­sı yoxdu, Konstans, mən onu gör­mək istəmi­rəm. Özü­mü saxlaya bilməyib ağlayacam, göz­lərim dolacaq. Əzizim, məni əvəz elə, nə olar.

Konstans: Yaxşı.

Mari-Luiza: Parisdən açıq yaşıl rəng­də ziyafət libası almışam, sə­nə çox yaraşar. Onu sə­nə versəm, etiraz elə­məz­sən? Cəmi bir də­fə geyinmişəm.

Konstans: Indi mə­nə Conla nə­dən belə tə­ləsik əla­qə­ləri pozmaq niyyəti­nə düş­məyinin əsl sə­bəbini açıqla.

(Mari-Luiza göz­lərini geniş açıb gü­lür)

Mari-Luiza: And iç ki, heç kimə demə­yə­cək­sən.

Konstans: And içirəm.

Mari-Luiza: Bilirsən, əzizim, Hindistanda qiyamət bir gənc­lə rastlaşdım. Qubernatorun yavəridi. O, evə bizim bə­rə­də qayı­dır­dı. O, mə­nə aşiqdi.

Konstans: Sən də təbii ki, ona aşiqsən.

Mari-Luiza: Mən lap ağlı­mı itirmişəm. Bilmirəm, axı­rı necə olacaq.

Konstans: Mən­cə, hər ikimiz axı­rı­nı təxmin elə­yə bilərik.

Mari-Luiza: Mənim bu ehtirasım başıma bəla­dı. Əl­bət­tə, sən məni başa dü­şə bilmər­sən. Çünki soyuq qadınsan.

Konstans: (Çox təmkinlə) Amma sən, Mari-Luiza, abır-həya­sı­nı kü­çə­də qoyan balaca lə­çər­sən.

Mari-Luiza: Yox, yox. Düz­dü, eşq macəralarım olur, amma mən hər kü­çə­dən keçən­lə yatmıram.

Konstans: Əgər əsl fahişə olsaydın, sə­nə daha çox hör­mət elə­yərdim. Çünki o, çö­rəyini, yağı­nı təmin elə­mək üçün bu işlə məşğul olur. Amma sənin hər şeyini ərin təmin elə­sə də canı­nı pulunu ödə­yən kişiyə vermirsən. Mənim tə­səv­vü­rüm­də sən, sadə­cə, qabanın, oğrunun birisisən.

Mari-Luiza: (Heyrət­lə, incikliklə) Konstans, sən bu söz­ləri mə­nə necə deyə bilirsən? Amansız olma. Mən də elə bilirdim, sən məni çox istəyirsən.

Konstans: İstəyi­rəm. Səni yalançı­nın, məna­sı­zın, həşaratın birisi hesab eləyi­rəm, amma istəyi­rəm.

Mari-Luiza: Sən, doğrudanmı, məni bu cür gö­rür­sən?

Konstans: Bəli. Bununla bəra­bər sənin yumşaq xasiyyətin var, səxa­vətlisən, hər­dən mə­zəli olursan. Və plyuslar, etiraf eləyim ki, minusları üs­tə­ləyir. Ona gö­rə də sən mən­də ikrah doğurmursan.

Mari-Luiza: (Tə­bəs­süm­lə) Sənin ciddi dediyinə inanmıram. Özün bilirsən ki, mənim sən­dən yaxın rəfi­qəm yoxdu.

Konstans: Mən insanları olduqları kimi qəbul eləyi­rəm və mərc gəl­mə­yə hazıram ki, sən iyirmi ildən sonra mər­hə­mət mü­cəs­sə­məsi olacaqsan.

Mari-Luiza: Əzizim, dərhal hiss elədim ki, sən mənimlə mə­zə­lən­mək qəra­rına gəlmisən.

Konstans: İndi qaç get, canım-gö­züm, mən də Cona bu faciəvi xə­bəri çatdı­rım.

Mari-Luiza: Gö­rü­şə­nə­dək, onunla bir az yumşaq danış. Biz onun hissləri­nə rəhm elə­məliyik. (Dö­nüb gedir və qapıya çatanda dayanıb Konstansa baxır) Mə­nə həmi­şə qəri­bə gəlir ki, gö­rən, sən belə gö­zəl ola-ola nə­dən kişilərin diqqətini o qə­dər də cəlb eləmirsən? Cavab indi mə­nə aydın oldu.

Konstans: Mə­nə də de.

Mari-Luiza: Bilirsən... sən yumoru xoşlayan qadınsan. Kişilər də yumoru xoşlayan qadı­nı xoşlamırlar.

(Çı­xır. Bir az sonra qapı astaca açı­lır və Conun başı gö­rü­nür)

Con: Getdi?

Konstans: Gəl. Yol açıq­dı, hər şey də qaydasındadı.

Con: (Qonaq otağına daxil olur) Qapı­nı necə bağladı­ğı­nı eşitdim. Sən ona dedin?

Konstans: Hə.

Con: Dilxor oldu?

Konstans: Əl­bət­tə, sarsın­tı keçirdi, amma zər­bə­yə dö­zə bildi.

Con: Ağladı?

Konstans: Yox. O qə­dər də yox. Dü­zü, elə bilirəm, söz­lərim onu, sadə­cə, keyitdi. Amma qəti əmi­nəm ki, evə gəlib donu açılanda, hər şeyi olduğu kimi dərk elə­yən­də içindən bir dəli hön­kür­tü qopacaq.

Con: Ağlayan qadın! Dəh­şətli mən­zə­rədi.

Konstans: Eləsi­nə baxanda adamın ürəyi qan ağlayır. Amma bilirsən, insan ağlayanda yün­gül­ləşir.

Con: Mən­cə, sən həd­dən artıq soyuq insansan. Amma mə­nə ağır təsir eləyir. Ona əzab verdiyimi özü­mə bağışlaya bilmirəm.

Konstans: Əmi­nəm, o, anlayacaq ki, bu addı­mı mə­nə gö­rə atmısan. O, bilir ki, sən hə­lə də ona ən məh­rəm hisslər­lə bağlısan.

Con: Amma sən ona azca da ümid yeri qoymadın, eləmi?

Konstans: Əmin ola bilər­sən.

Con: Həl halda, sevinirəm ki, sən məzuniyyə­tə can rahatlı­ğıyla yollanırsan. Yeri gəlmişkən, sə­nə pul lazım deyil ki? Lazım­dısa, qəbz yazım.

Konstans: Yox, minnətdaram. Kifayət qə­dər pulum var. Bir ilə min dörd yüz funt qazancım olub.

Con: Amma! Bu çox iri məb­ləğdi.

Konstans: Özüm­lə iki yü­zü­nü gö­tü­rü­rəm, iki yü­zü­nü əyin-başıma, başqa şeylə­rə xərc­ləmi­şəm. Yerdə qalan mini də bu sə­hər sənin hesabına kö­çür­düm. Son on iki aydakı yeməyimi və kirayə haqqı­mı ödə­mək üçün.

Con: Əzizim, bax bunu nahaq eləmi­sən. Mən bunu eşitmək belə istəmi­rəm. Istəmi­rəm ki, sən yeməyi­nə, yatmağına pul verə­sən.

Konstans: Mən fikrimdə qəti­yəm.

Con: Sən daha məni sevmirsən?

Konstans: Bunun nə dəxli var? Elə bilirsən, qadın kişini ancaq onu himayə elədiyinə gö­rə, sevə bilər? Öz cazibəni nə­dən belə aşağıla­yırsan? Sənin o xoş siman və yumor hissin hara qeyb oldu?

Con: Bu, axı, absurddu, Konstans. Mən səni lazım olan hər şeylə təmin elə­yə bilə­rəm. Yemək, kirayə haqqı kimi min funt təklif elə­məyin məni alçaldır.

Konstans: Bunu necə həzm elə­yə­cəyin sənin öz işindi, amma udmalısan. Min funta çox şey almaq olar.

Con: Mən o pulu istəmi­rəm. Sənin işlə­mək istəyini mən heç vaxt bə­yən­məmi­şəm. Elə hesab eləmi­şəm ki, ev işləri sənin üçün kifayətdi.

Konstans: Mən işlə­mə­yə başlayandan mə­gər sənin üçün nə­sə narahatlıq yaranıb?

Con: Elə də yox.

Konstans: Inan mə­nə, yalnız heç bir işi olmayan qadınlar ev işlərinin onların bü­tün gü­cü­nü və vaxtı­nı aldı­ğından gileylənirlər. Əgər sən nə istədiyini bilirsən­sə, təc­rü­bəli qulluqçuların varsa, bü­tün işləri cəmi onca dəqi­qə­də elə­mək olar.

Con: Istəni­lən halda, sən işlə­mək istədin, mən də buna qarşı çıxmadım. Fi­kir­­ləşdim, vaxtın xoş keçər, amma, əl­bət­tə, bundan qazanc gö­tü­rə­cəyimi ağlıma da gətirməmi­şəm.

Konstans: Bilirəm, ağlına da gətirməmi­sən.

Con: Konstans, mənim bir an belə başımdan çıx­mır ki, sənin bu qətiyyətin Mari-Luiza ilə aramızda olan hadisəy­lə əla­qəlidi.

(Pauza. Sonra Konstans xeyli ciddiləşir)

Konstans: Con, Mari-Luizayla arandakı eşq macəra­sına gö­rə səni tənbeh elə­mə­məyim təəc­cüb­lü deyildimi?

Con: Təəc­cüb­lüy­dü. Sə­bəbi ancaq sənin müqayisə olunmaz də­rə­cə­də bö­yük mər­hə­mətində axtarır­dım.

Konstans: Sən səhv­sən. Mən hesab eləmirdim ki, səni tənbeh elə­mə­yə haq­qım çatır.

Con: Niyə, axı, Konstans? Sənin tam haqqın var idi. O da, mən də özü­mü­zü heyvan kimi aparmış­dıq. Bəli, mən murdar kö­pə­yəm, amma şü­kür ki, murdar kö­pək olduğumu özüm də bilirəm.

Konstans: Sənin mə­nə hə­vəsin sön­müş­dü. Buna gö­rə səni necə tənbeh elə­yə bilərdim? Əgər bə­dənin məni istəmirdisə, sənin qarşı­nı necə kə­sə bilərdim? Özün də gö­rür­sən ki, mən səli­qə-sahmanı yerində olan bu evə də sən deyən diqqət ayır­mıram.

Con: Amma, axı, sən mənim övladı­mın anasısan.

Konstans: Gəl, işin bu tə­rəfini elə də qabartmayaq, Con. Mən öz cinsimə aid olan təbii bir vəzi­fəni yerinə yetirmişəm. Doğulandan sonra da ona başqaları, bu cansı­xı­cı işə daha dərindən bə­ləd olanlar baxıblar. Gəl, vicdanla etiraf elə­yək ki, sənin evində mən həşarat kimi bir şey idim. Məni itirmə­mək üçün rəs­mən bəzi öh­dəlikləri öz üzəri­nə gö­tür­mə­yə razılaşdın ki, buna gö­rə sə­nə hədsiz də­rə­cə­də minnətdaram. Çünki sən mənim interyer üçün bahalı, amma hər­dən əl-ayağa dolaşan bir element olduğumu nə sö­zün­lə, nə də hə­rə­kətinlə üzə vurdun.

Con: Mən heç vaxt sənin mə­nə mane olduğunu dü­şün­məmi­şəm. Və sənin nə­dən özü­nə həşarat deməyin mə­nə çatmır. Mə­gər mən nə vaxtsa xərc­lədiyin pulların bir pensinə gö­rə nə­sə mı­zıldanmışammı?

Konstans: (Kinayə ilə) Doğrusu, mən elə bilirdim, sən hər şeyin yerin-yurdun bilən­sən, amma belə çı­xır, axmağın birisiymişsən. Doğrudanmı, sən dərhal orta statistik qadı­nın tə­ləsi­nə dü­şən orta statistik kişilər kimi səfehsən? Yəni, bir halda ki, evlənmisən, gə­rək o qadı­nın hər istəyini yerinə yetirib, bü­tün təlabatları­nı ödə­yə­sən, eləmi? Özü də, təbii ki, öz rahatlı­ğı­nı, maraqları­nı, məşğuliyyətini qurban vermək bahasına. Həm də onun nö­kəri və sərmayəda­rı olmağı­nı özü­nün ən bö­yük xoşbəxtliyi saymaqla, eləmi? Yetər, Con, bu, müm­kün olan şey deyil. Bir halda ki, qadınlar artıq hə­rəmxana divarları­nı sö­küb qaçıblar, indi onlar üçün yeganə yol kü­çə qanunlarıyla yaşamaqdı.

Con: Sən çox şeyləri mö­təri­zə arasında saxlayırsan. Doğrudanmı elə fikir­ləşirsən ki, kişi keçmişdə sevdiyi qadına qarşı mər­hə­mət hissini saxlaya bilməz?


Konstans: Elə bilirəm, kişidə mər­hə­mət hissi onun nə­sə qurban verə­cəyi ana qə­dər olur.

Con: Neynək, sənin, əl­bət­tə ki, kişi-qadın münasibət­ləri­nə özü­nə­məxsus baxışların var, amma hesab eləyi­rəm ki, bu mə­nə əl verir. Sən mə­sə­lə­dən iş şişən­dən xeyli əv­vəl agah olmuşdun. Amma mə­nə hə­lə də aydın deyil ki, səni işlə­mə­yə nə vadar etdi.

Konstans: Bü­tün qadınlar kimi mən də tən­bə­ləm. Abır-ismət yerində olana qə­dər əvəz qaytarmadan aldıqlarımla razıla­şır­dım. Hə, özüm də bilirdim ki, həşarat kimiyəm. Amma sonra iş elə gətirdi ki, bunu mənim üzü­mə vurmaqdan səni ancaq nəcibliyin, bir də ağıldan kəmliyin saxlayanda həya­tı­mı dəyişmək qəra­rına gəldim. Dü­şü­nür­düm, artıq elə bir mövqe qazanmağın vaxtı çatıb ki, ürəyim istə­yən an təmkinli və nəza­kətli tərz­də, amma tam qətiyyət­lə sə­nə rədd olmağı təklif eləyim.

Con: İndi də həmin mövqedə­sən?

Konstans: Məhz həmin mövqedə­yəm. Mənim sən­dən heç bir asılacağım yoxdu. Özü­mü saxlaya bilə­rəm. Son bir il üçün öz xərc­lərimin hamı­sı­nı özüm ödəmi­şəm. Əslində, bü­tün azadlıqların başında bir azadlıq durur - maddi azad­lıq. Hara fırlatsan da hər şeyi pul həll eləyir. Hə, indi mən bu azadlığa çatmışam və qəlbim sevinc hissiylə aşıb-daşır. Yadımdadı, bu hissləri mən yalnız həya­tımda ilk də­fə çiyə­lək dondurması yeyən­də yaşamış­dım.

Con: Bilirsən, yaxşı olardı, sən indi üs­tü­mə yağdır­dı­ğın bu bumbuz nifrəti bir il xırda-xırda yı­ğıb saxlamaqdansa, orta statistik qadın kimi mə­nə bir ay dişinin dibindən çıxa­nı deyəydin.

Konstans: Əzizim, sən nə danı­şırsan? Sən məni düz on beş ildi tanı­yırsan. Mə­gər məni qeyri-səmimilikdə günahlandırmaq olarmı? Mən­də sə­nə qarşı nifrət-filan yoxdu. Bu necə ola bilər, əzizim, mən, axı, səni çox sevirəm.

Con: Belə çı­xır ki, sən bü­tün bunları mə­nə özü­mü əclaf yerində hiss elət­dirmək­dən öt­rü deyirsən.

Konstans: Elə şey yoxdu. Vicdanıma and olsun. Ürəyimin içinə baxanda or­da ancaq sə­nə qarşı məh­rəm, isti hisslər gö­rü­rəm. Yoxsa, sən mə­nə inanmırsan?

(O, bir müd­dət lal-dinməz Konstansa baxır. Conun baxışlarında təəc­cüb var)

Con: Qəri­bə də olsa, inanıram, Konstans, sən mö­cü­zə qadınsan.

Konstans: Bilirəm, amma sən başqalarına bunu demə. Yaxın adamı təriflə­mək heç də yaxşı şey deyil.

Con: (Valehedici tə­bəs­süm­lə) Heyif ki, mən sə­nə qoşulub gə­lə bilmədim. Sənin tək yola çıxmağın heç yaxşı olmadı.

Konstans: Yox, mən tək getmirəm. Mə­gər sə­nə deməmi­şəm?

Con: Yox.

Konstans: Hə, onda yadımdan çı­xıb. Mən Bernardla gedirəm.

Con: Hə? Yox, mə­nə deməmi­sən. Başqa kim gedir?

Konstans: Başqa heç kim.

Con: Amma, axı! (O, bu xə­bər­dən açıq-aşkar sarsı­lıb) Nə­sə bu, göz­lənilməz oldu.

Konstans: Niyə, axı, burda nə var ki?

Con: (Hiss olunur, əməlli-başlı karı­xıb) Bilirsən, gənc bir qadı­nın hansısa bir kişiylə - hər halda, atası deyil - altı həf­təli­yə harasa getməsi qəbulolunmazdı.

Konstans: Doğrudan ha, Bernard sən­dən bir az bö­yük­dü.

Con: Şayiə­lər­dən qorxmursan?

Konstans: Əzizim, mən bunu bü­tün dünyaya elan elə­mə­yə hazırlaşmıram. Üs­təlik, mən burda kimə­sə, nə­sə deməmi­şəm. Sən birincisən. Sənin bu xə­bəri kiminlə­sə bö­lüş­mə­yə­cəyi­nə arxayın ola bilə­rəmmi?

(Con qəf­lə­tən hiss eləyir ki, köy­nəyinin yaxalı­ğı boğazı­nı sı­xır. Barmaqlarıyla onu açmaq istəyir).

Con: Səni, yəqin ki, kimsə gö­rə­cək, sonra söz-söh­bət başlanacaq.

Konstans: Mənim buna çox bö­yük şüb­həm var. Çünki biz avtomobildə ola­cağıq, özü də tün­lük yerləri yox, kənar-bucaqları seçə­cəyik. Bizim əziz dostları­mız başı­mı­zı ağrıtmayacaqlar, əmin ola bilər­sən. Əgər möv­sü­mün ən qız­ğın çağında məşhur kurortlara getsən, bax onda dostların gö­zü qarşı­sında ola­caqsan.

Con: Əl­bət­tə, mən o qə­dər axmaq deyiləm ki, kişiylə qadın birlikdə səya­hə­tə çı­xırsa bunun ən pis tə­rəfini fikirləşim, amma bu hə­rə­kətin kifayət qə­dər qeyri-adi olduğunu da inkar elə­yə bilmə­rəm. Sizin aranızda nə­sə ola bilə­cəyini mən ağlıma belə gətirmirəm, amma adi adam məhz pis tə­rəfi dü­şü­nə­cək.

Konstans: (Kifayət qə­dər soyuq) Mə­nə həmi­şə elə gəlib ki, adi adamlar öz­lərini müdrik sayanlardan daha ayıq­dı.

Con: (Üç-gö­zü­nü turşudaraq) Bununla nə demək istəyirsən?

Konstans: Əl­bət­tə ki, biz sə­fə­rə ər-arvad kimi yollanı­rıq.

Con: Konstans, mənim başı­mı xarab elə­mə. Nə dediyini özün də bilmirsən. Bu, heç də gül­məli deyil.

Konstans: Zavallı Con, bəs sən bizi necə qəbul eləyirsən? Mə­gər mən belə kifirəm ki, söz­lərim sə­nə inandı­rı­cı gö­rün­mür? Bəs, başqa nə­dən mən məhz Bernardla yola çı­xıram? Əgər mə­nə yol yoldaşı lazım olsaydı, qadınla gedərdim. Bir-birimizə baş ağrı­sından gileylə­nərdik, eyni salonda bir-birimizin başı­nı yuyardıq, əyin-baş qeybəti elə­yərdik. Qadınla sə­fə­rə çıxmaq daha xoşdu.

Con: Ola bilsin, mən lap dəli olmuşam, amma sənin nə demək istədiyini heç cür başa dü­şə bilmirəm. Doğrudanmı, Bernard Kersalın sənin məşuqun olduğuna məni inandırmaq istəyirsən?

Konstans: Əl­bət­tə, yox.

Con: Bəs onda bu nə söh­bətdi?

Konstans: Əzizim, mən­cə hər şey aydın­dı. Mən altı həf­təlik məzuniyyə­tə gedirəm, Bernard da səmimi qəlb­dən mə­nə yol yoldaşı olması­nı təklif edib.

Con: Bəs mən?

Konstan: Heç nə olmaz. Sən evdə qalıb öz pasientlərinlə məşğul olarsan.

Con: (Özü­nü ələ almağa çalışaraq) Mən həmi­şə özü­mü təmkinli insan hesab eləmi­şəm, indi də hissləri­mə sər­bəstlik vermək niyyətində deyiləm. Mənim yerimdə başqa kişi olsaydı, indi ayağı­nı yerə vurub ev-eşiyi alt-üst elə­yərdi. Mən aləmi bir-birinə qatmaq fikrində deyiləm, amma sən bu söz­lərinin mən­dən öt­rü bö­yük sürpriz olduğunu etiraf elə­məli­sən.

Konstans: Yalnız ilk baxışdan, əzizim. Əmi­nəm ki, cəmi bir neçə dəqi­qə­dən sonra dərindən gö­tür-qoy eləyib anlayacaqsan ki, mən qeyri-adi nə­sə deməmi­şəm.

Con: Inanmıram, bu dəqi­qə­lə­rə dö­zə biləm. Nə­sə halım yaxşı deyil, qorxu­ram, elə indicə infarkt olam.

Konstans: Onda yaxanı aç. Sən doğrudan da yaman pört­mü­sən.

Con: Hardan bilirsən, bəl­kə, sə­nə getmə­yə icazə vermədim?

Konstans: (Ürək açıq­lı­ğıyla) Ordan bilirəm ki, sən mə­nə getmə­yə icazə vermə­yə bilməz­sən.

Con: Mən sənin ciddi olduğuna, sadə­cə, inana bilmirəm. Heç cür başa dü­şə bilmirəm ki, bu ideya hardan ağlına gəldi?

Konstans: Fikirləşdim, bu dəyişiklik xeyrimə olar.

Con: Boş şeydi.

Konstans: Niyə ki, sənin xeyrinə oldu, axı. Yoxsa unutmusan? Mıs­mı­rı­ğı­nı sallaya-sallaya qalmış­dın. Sonra Mari-Luizayla macəran başladı və sən tama­milə dəyişdin. Şən, xoş bir insan oldun, enerjin aşıb-daşmağa başladı. Beləsiylə bir damın altda yaşamaqdan gö­zəl nə ola bilərdi?! Hər şey göz qabağındaydı.

Con: Kişiylə qadın bir deyil.

Konstans: Sən bunun fəsadları haqqında dü­şü­nür­sən? Amma yadda saxla ki, Viktorianlıq döv­rü keçmişdə qaldı.

Con: Məni narahat elə­yən başqa şeydi. Ər arvada xəya­nət elə­yən­də hamı­nın qadına rəhmi gəlir, tərsinə olanda kişi gü­lüş hə­dəfi­nə çevrilir.

Konstans: Camaatın tə­səv­vü­rün­də belədi. Ağlı-başında olan adam gə­rək belə şeyi eyninə də almasın.

Con: Istəyirsən, mən əlimi qoynuma qoyub yad bir kişinin arvadı­mı mən­dən necə oğurladı­ğına tamaşa eləyim? Bəl­kə, mən­dən əlini sı­xıb ona yaxşı yol arzulamağı­mı xahiş elə­yə­sən?

Konstans: Elə bunu demə­yə hazırlaşır­dım. O, səninlə sağollaşmaq üçün indilər­də gə­lə­cək.

Con: Mən onun əngini əzə­cəm.

Konstans: Məs­lə­hət gör­məzdim. O, möh­kəm kişidi, həm də mən­də belə tə­səv­vür var ki, solaxay zər­bəsi çox tutarlı­dı.

Con: Elə isə mən ürəyimdə olanların hamı­sı­nı onun üzü­nə boşaltmaqla yün­gül­lə­şə­rəm.

Konstans: Yaxşı gö­rək. Yoxsa sən Mari-Luizayla nə hoqqalardan çıx­dı­ğı­nı unutmusan? Biz ən yaxın rəfi­qəydik. O, mən­lə məs­lə­hət­ləş­mə­dən başına şlyapa da almazdı.

Con: Mənim damarlarımdan axan su deyil, qandı.

Konstans: Hal-hazırda məni yalnız sənin başı­nın içindəki o boz şey maraq­landı­rır.

Con: O, səni sevir?

Konstans: Dəli kimi. Guya özün bilmirsən?

Con: Mən? Hardan bilim?

Konstans: Bu axı­rın­cı ilini o elə buralarda keçirib. Olmaya elə bilirdin, bura səni gör­mə­yə gəlir?

Con: Mən ona fikir vermirdim. O, mə­nə darıx­dı­rı­cı gö­rü­nür­dü.

Konstans: Düz­dü, adamı darıx­dı­rır. Amma o, çox ürə­yəya­tım­lı kişidi.

Con: Yaxın adamı­nın xö­rəyini yeyib, şəra­bı­nı içib, sonra da arvadıyla yatana kişi demək olar?

Konstans: Deməli­yəm ki, o, elə sə­nə oxşayıb, Con.

Con: Qətiyyən. Buynuz çıxarmaq Mortimerin alnına yazı­lıb.

Konstans: Hamı­mız üçün yeganə düz­gün yol hər şeyi gizli saxlamaqdı.

Con: Gö­rü­rəm, sən məni özüm­dən çıxarmaq niyyətində­sən. Mən bu dəqi­qə əlimə keçəni vurub sın­dıracam.

Konstans: Henri əminin bizim toyumuza hədiyyə elədiyi bax oradakı o gül­dandan başla. Sın­dır onu. Bu, müasirliyin qədimlik üzərində möh­tə­şəm qə­lə­bəsi olacaq.

(Con güldanı əlinə alıb dö­şə­mə­yə çır­pır. Güldan cilik-cilik olur).

Con: Gör­dün?

Konstans: Nədi, yün­gül­ləşdin?

Con: Qəti yün­gül­ləş­mədim.

Konstans: Onda çox təəs­süf. Biz onu sənin xəs­təxanadakı həmkarlarından birinin toyuna hədiyyə elə­yə bilərdik.

(Eşikağası missis Kalveri qonaq otağına ötü­rür)

Bentli: Missis Kalver.

Konstans: Anacan, nə yaxşı ki, gəlib çıx­dın. Səninlə sə­fər ön­cəsi gö­rüş­məyi çox arzulayır­dım.

Missis Kalver: Belə gö­rü­rəm, güldanı­nız aşıb.

Konstans: Elə deyil. Con özün­dən çıx­mış­dı, belə dü­şün­dü ki, nə­sə sın­dırsa özü­nə gə­lə­cək.

Missis Kalver: Boş şeydi. Con həmi­şə özün­dədi.

Con: Siz də belə dü­şü­nür­süz, missis Kalver? Bəli, mən özüm­dən çıx­mış­dım. Mən çox çıl­ğınam. Siz də Konstansla dilbirsiz?

Konstans: Yox, anamın heç nə­dən xə­bəri yoxdu.

Con: Nə­sə bir şey eləyin, onu saxlayın. Siz, axı, ona təsir elə­yə bilərsiz. Başa düş­məlisiz ki, onun bu qəra­rı ağıl­sız­lıq­dı.

Missis Kalver: Əzizim, sənin nə demək istədiyin mə­nə çatmır.

Con: Konstans Bernard Kersalla Italiyaya sə­fə­rə hazırlaşır. Ikilikdə.

Missis Kalver: (Heyrət­lə) Bu ola bilməz. Sə­nə kim dedi?

Con: Indicə Konstans özü dedi. Yeri gəlmişkən, elə səs­lə danı­şır­dı ki, elə bil söh­bət havanın isti-soyuqluğundan gedirdi.

Missis Kalver: Doğrudanmı belədi, Konstans?

Konstans: Heç bir doğru bu qə­dər doğru ola bilməz.

Missis Kalver: Mə­gər Conla yola getmirsiz? Mən həmi­şə elə bilmişəm, sizin aranızdan su da keçmir.

Con: Mən də. Biz heç vaxt dalaşmamı­şıq, sö­zü­müz həmi­şə üst-üs­tə dü­şüb.

Missis Kalver: Əzizim, sən daha Conu sevmirsən?

Konstans: Əl­bət­tə, sevirəm.

Con: Qadı­nın kişiyə qarşı elə­yə bilə­cəyi ən alçaldı­cı hə­rə­kə­tə yol verdiyin halda hansı üz­lə məni sevdiyini bəyan eləyirsən?

Konstans: Giclə­mə, Con. Düz bir il əv­vəl sən də eynən bu şəkildə məni alçaltmısan.

Con: (Nəha­yət, mə­sə­lənin nə yerdə olduğunu anlayaraq Konstansa ya­xın­laşır) Deməli, sən Mari-Luizaya gö­rə haqq-hesabı mənimlə bu cür çü­rü­dür­sən?

Konstans: Sən doğrudan da axmaqsan, Con. Belə fikir mənim ağlıma da gəl­məyib.

Missis Kalver: O haqq-hesab tamam başqaydı. Con, təbii ki, düz hə­rə­kət elə­məmişdi, ona gö­rə də həm özü üzr istədi, həm də cəza­sı­nı aldı. Əl­bət­tə, onun bu hə­rə­kəti bizə başağrı­sı oldu. Amma kişiyə kişi deyiblər, ondan belə hə­rə­kət­ləri həmi­şə göz­lə­mək olar. Ona gö­rə də gə­rək güna­hından keçə­sən. Amma qadın başqadı. Poliqamlıq kişilərin qanındadı. Odur ki, müdrik qadın qeyri-iradi hə­rə­kət­lərini kişiyə bağışlamağı bacarmalı­dı. Çünki onlar təb­iət­lərini dəyi­şə bilməz­lər. Qadın isə təb­iə­tən monoqam məxluqdu. Onlar, sadə­cə, bir kişidən artı­ğı­nı arzulaya bilməz­lər. Bax buna gö­rə də onlar öz cinsləri üçün müəy­yən olunmuş təbii məhdudiyyət­ləri pozanda bü­tün dünyanın qınaq yerinə çevrilirlər.

Konstans: (Tə­bəs­süm­lə) Qəri­bə işdi. Bilirsən, adam heç cür anlaya bilmir ki, nə­dən ər üçün şirin olan şeyə, arvad tamarzı qalsın.

Missis Kalver: Hamı­mıza məlumdu ki, səda­qət anlayı­şı kişi üçün boş şeydi. Onlar qadı­nı paltar kimi dəyi­şə-dəyi­şə vicdanlı, zəh­mətkeş, etibarlı ər adı­nı da öz­lərində saxlaya bilər­lər. Amma qadında hər şey başqa cür­dü. Bu zaman onları yalançı, ikrahedici, laqeyd, yiyəsiz, riyakar məxluq kimi qəbul eləyir. Bax elə buna gö­rədi ki, bə­şəriyyətin on min illər­dən bəri olan təc­rü­bəsi qadından səda­qət tə­ləb eləyir. Hamı bilir ki, səda­qət bü­tün insani keyfiyyət­lərin açarı­dı.

Konstans: Onların ən bö­yük səda­qətsizliyi elə öz­lərini satmaqları­dı. Onlar yemək, geymək, yatmaq üçün öz­lərini bazara çıxa­rırlar. Onlar yeriyən, daşınan şəxsi əmlakdılar. Onlar büs­bü­tün ər­lərindən ası­lı­dılar və ər­ləri­nə xəya­nət elə­yən­də namussuz, riyakar adlarıyla damğalanırlar. Amma mən başqayam. Mənim Condan maddi ası­lı­lı­ğım yoxdu, ona gö­rə də seksual azadlıq tə­ləb eləyi­rəm. Bu gün mən bir illik xərc­lərimin müqabilində Conun hesabına min funt kö­çür­mü­şəm.

Con: Mən o puldan imtina eləyi­rəm.

Konstans: Istə­sən də, istə­mə­sən də o pul sənindi.

Missis Kalver: Bu sənin belə özün­dən çıxmağına əsas vermir.

Konstans: Mən özüm­dən çı­xıb elə­məmi­şəm.

Con: Əgər azad mə­həb­bəti həzz sayırsansa, səhv eləyirsən. Inan mə­nə, o barə­də deyilən­lər həd­dən artıq şişirdilib.

Konstans: Elə isə, adamı heyrət bü­rü­yür ki, gö­rən, insanlar niyə bu azadlı­ğın üs­tün­dən xətt çəkmirlər.


Con: Mən nə dediyimi yaxşı bilirəm. Mə­nə inana bilər­sən. Kənar münasibət­lər ailə həya­tıyla müqayisə­də boş bir şeydi. Əzizim, səni əmin eləyi­rəm ki, bu yolun axı­rı yoxdu.

Konstans: Ola bilsin, sən haqlısan, amma bilirsən, nəyi­sə başqası­nın təc­rü­bəsi­nə istinadən müəy­yən­ləşdirmək çətindi. Fikrimcə, insan gə­rək hər şeyi öz üzərində təc­rü­bə­dən keçirsin.

Missis Kalver: Sən Bernardı sevirsən?

Konstans: Doğrusu, hə­lə müəy­yən­ləşdirməmi­şəm. Kimisə sevib-sevmədiyini necə bilmək olar?

Missis Kalver: Əzizim, mən bunu yoxlamağın yolunu bilirəm. Sən onun diş fırçasından istifadə edər­sənmi?

Konstans: Yox.

Missis Kalver: Deməli, onu sevmirsən.

Konstans: O, düz on beş il mə­nə pə­rəstiş eləyib. Belə səda­qət təbii ki, mənim də ürəyimdə öz əksini tapmalı­dı. Ona hansısa yolla gös­tər­mək istəyi­rəm ki, məni qədirbilməz adlandırmaq olmaz. Bilirsən, altı həf­tə­dən sonra o, Yaponiyaya qayı­dır. Indi otuz altı yaşım var və o, mə­nə heyrandı. Yeddi ildən sonra qırx üç yaşım olacaq. Doğrudu, qadınların ək­səriyyəti bu yaşda da cazibəsini saxlayır, amma əlli beş yaşlı kişinin diqqətini cəlb elə­yə bilə­cək qə­dərində yox. Odur ki, mən belə qərara gəldim: ya indi, ya da heç vaxt. Onun da artıq fikrini öy­rənmişəm. Soruşdum ki, son altı həf­təni onunla birlikdə Italiyada keçirməyi­mə razı­dı­mı? Razılaşdı. Hə, Neapolda onun üzə­rək mən­dən ayrılan gəmisinin ardınca yaylıq yellə­yən­də başa dü­şə­cək ki, bu uzun illik tə­mənnasız mə­həb­bə­tə döz­mə­yə də­yərmiş.

Con: Altı həf­tə. Sən altı həf­tə­dən sonra onu atırsan?

Konstans: Hə, əl­bət­tə. Bizim mə­həb­bət üçün vaxt çərçivəsi müəy­yən­ləş­dir­diyimə gö­rə, elə bilirəm, cən­nət həzzi yaşayıb bir-birimizdən ayrılanda özü­mü­zü gö­yün yeddinci qatındakı kimi hiss edə­cəyik. Con, özün yaxşı bilirsən ki, qı­zıl­gül tə­zə­tər olanda gö­zəldi, sonra lə­çək­ləri bir-bir dü­şür.

Con: Sən məni son həd­də qə­dər heyrət­ləndirdin, sarsıt­dın. Mən sadə­cə, çaşıb qalmışam. Sən məni yaman yerdə yaxaladın.

(Pən­cə­rənin qarşı­sında dayanan missis Kalver qış­qı­rır)

Konstans: Nə olub?

Missis Kalver: Bernard. O, bura gəlir.

Con: (Konstansa) Sən istəyirsən, mən onu hər şeydən bixə­bər kimi qarşıla­yım?

Konstans: Bu, ən yaxşı variantdı. Qısqanclıq səh­nəsi qurmağın axmaqlıq olar. Mən onunla getmək qəra­rı­mı dəyi­şən deyiləm.

Con: Mən, bə­yəm şəxsi ləya­qətimi qorumağa borclu deyiləm?

Konstans: Onları ən yaxşı halda cibində gizlə­mək­lə qoruya bilər­sən. Con mən Mari-Luiza sənin məşu­qən olduğunu bilə-bilə, necə qəbul elədimsə, sən də bu cür hə­rə­kət elə­sən minnətdar olaram.

Con: O, bilirmi, mən bilirəm?

Konstans: Əl­bət­tə, bilmir. O, ənə­nəvi baxışlara malik insandı və dostun gö­zü gö­rə-gö­rə ona xəya­nət elə­məz. O, sənin mə­sə­lə­dən xə­bərdar olma­dı­ğına qəti əmindi.

Missis Kalver: Konstans, mənim heç bir sö­züm sənin qəra­rı­nı dəyişdirmə­yə­cək, eləmi?

Konstans: Bəli, əzizim.

Missis Kalver: Onda boşuna çə­nəmi yormaq fikrim yoxdu. O, bura qal­xanacan çı­xıb gedə­cəm.

Kontans: Necə məs­lə­hətdi. Anacan, gö­rü­şə­nə­dək. Ordan sə­nə xeyli açıqca gön­də­rə­cəm.

Missis Kalver: Mən sənin bu hə­rə­kətini təqdir eləmi­rəm, Konstans, əksini deməyi də artıq bilirəm. Nə faydası var? Pozğunluq, yalana meyllilik, arvadına xəya­nət kişinin qanındadı. Qadı­nın alnına isə abır-həya­nı qorumaq, əzab çək­mək və günahları bağışlamaq yazı­lıb. Əsrin əv­vəl­lərindən üzü bəri belə gəlir və yeni heç bir ideya bizim cəmiyyətin bu yazılmamış qanunu poza bilməz.

(Eşikağası, ardınca da Bernard daxil olur)

Bentli: Mister Kersal.

Missis Kalver: Salam və sağ ol, Bernard. Mən elə getmə­yə hazırlaşır­dım.

Bernard: Təəs­süf. Neynək, gö­rü­şə­nə­dək.

(Missis Kalver gedir)

Konstans: (Bernarda) Gün aydın. Bircə dəqi­qə.

(Eşikağasına) Bentli, zəh­mət olmasa mənim yük­lərimi aşağı aparıb, taksiyə qoyarsan, yaxşı­mı?

Bentli: Yaxşı, madam.

Bernard: Konstans, sən artıq gedirsən? Yaxşı ki, səni gö­rə bildim. Səninlə sağollaşa bilmə­səydim, bunu öm­rüm boyu özü­mə bağışlamazdım.

Konstans: (Eşikağasına) Taksi gə­lən­də mə­nə xə­bər elə.

Bentli: Oldu, madam.

Konstans: Indi sə­nə də vaxt ayıra bilə­rəm.

(Eşikağası çı­xır)

Bernard: Deyə­sən, istirahət üçün yaman tə­ləsirsən?

Konstans: Tə­ləsirsən də söz­dü. Belə səya­hət həya­tımda ilk də­fədi. Burda güc­lə dayanıram.

Bernard: Sən tək gedirsən, eləmi?

Konstans: Hə, tək-tənha.

Bernard: Dost, heyif ki, sən imkan elə­yə bilmədin.

Con: Hə, çox heyif.

Bernard: Elə bilirəm, bu, bü­tün yaxşı mü­tə­xəssislərin problemidi. Iş aman vermir. Sənin də öz pasientlərindən başın açıl­mır.

Con: Neylə­mək olar?

Konstans: Həm də Italiya Conun bə­yəndiyi öl­kə deyil.

Bernard: Deməli, sən Italiyaya gedirsən? Elə bil ağzından Ispaniya çıx­mış­dı, axı?

Konstans: Yox, söh­bət həmi­şə Italiyadan gedib.

Bernard: Doğrudan da sənin üçün heç yaxşı olmadı, Con. Özü də Komo gö­lü­nün yaxın­lı­ğında əla qolf meydançası var.

Con: Doğrudan?

Bernard: Iyulun sonunda təsa­dü­fən Neapolda olmayacaqsan?

Konstans: Bilmirəm. Hə­lə planları­mı müəy­yən­ləşdirməmi­şəm.

Bernard: Ona gö­rə soruşuram ki, mənim üzə­cəyim bə­rə Neapoldan tər­pə­nə­cək. Orda gö­rüş­səydik, yaxşı olardı.

Con: Çox yaxşı olardı.

Konstans: Ümid eləyi­rəm, mənim yoxluğumda sən Conla tez-tez gö­rü­şə­cək­sən. Qorxuram, yazıq mənsiz çox darıxa. Niyə gə­lən həf­tə birlikdə nahar elə­mə­yəsiz?

Bernard: Çox təəs­süf. Axı, mən də yola çı­xıram.

Konstans: Doğrudan? Deyə­sən, axı, sən Yaponiyaya gedə­nə­cən Londonda qalmaq niyyətindəydin.

Bernard: Mən də istəyirdim. Amma həkimim mə­nə müalicəvi suyu olan bir yeri məs­lə­hət bildi.

Con: Sən nə­dən müalicə olunmalısan ki?

Bernard: Elə bir xüsusi xəs­təlik yoxdu. O, mə­nə gümrahlıq kursu keçməyi məs­lə­hət bildi.

Con: Eləmi? Sənin həkiminin adı nədi?

Bernard: Sən onu tanı­mırsan. Biz birlikdə dö­yüş­mü­şük.

Con: Aydın­dı.

Bernard: Hə, ona gö­rə də təəs­süf ki, səninlə xudahafizləş­məli­yəm. Əl­bət­tə, Avropaya kim bilir, bir də neçə ildən sonra qayıdacağı­mı fikirlə­şən­də, Londonu tərk elə­mək mə­nə ağır gəlir, amma digər tə­rəf­dən əgər mü­tə­xəssisə müraciət eləmi­sən­sə, onun məs­lə­hətini qulaq ardına vurmaq da düz­gün deyil.

Con: Xüsu­sən də, həmin mü­tə­xəssis öz məs­lə­hətini pulsuz veribsə.

Konstans: Çox təəs­süf. Mən də elə bilirdim, burda olmadı­ğım müd­dət­də Con sənin sayən­də özü­nü yaxşı aparacaq.

Bernard: Çətin ki, mən bunu təmin elə­yə bilərdim. Amma hər halda, teatra, qolf oynamağa gedərdik.

Konstans: Ümumiyyət­lə, vaxtı­nı­zı əla keçirərdiz eləmi, Con?

Con: Çox əla keçirərdik.

(Eşikağası daxil olur)

Bentli: Taksi göz­ləyir, madam.

Konstans: Tə­şək­kür eləyi­rəm.

(Eşikağası çı­xır).

Bernard: Onda icazə verin, gedək. Ola bilsin, sizi bir də gör­mədim. Ona gö­rə də Londonda keçirdiyim bu bir ildə mə­nə gös­tərdiyiniz qayğı və qonaqpər­vərliyə gö­rə sizə tə­şək­kür edirəm.

Konstans: Bizə baş çəkdiyinizə gö­rə minnətdarıq.

Bernard: Səninlə Con məni elə isti qarşıla­dız ki. Bu ilin mənim üçün belə uğurlu olacağı­nı tə­səv­vü­rü­mə də gətirməzdim.

Konstans: Sənsiz çox darıxacağıq. Con təcili əməliyyata çağı­rıl­dı­ğı vaxtda onu əvəz elə­yə bilə­cək bir insanın olduğuna elə şad idi ki. Elə deyilmi, əzizim?

Con: Əl­bət­tə, əzizim.

Konstans: Mən sənin yanında olanda rahat idi. Rahat idinmi, əzizim?

Con: Əl­bət­tə, rahat idim, əzizim.

Bernard: Nə­yə­sə lazım olduğuma gö­rə, elə mən də çox şadam. Məni unut­mayın, yaxşı­mı?

Konstans: Biz unuda bilərikmi, heç vaxt.

Con: Heç vaxt.

Bernard: Əgər boş vaxtı­nız olsa, mə­nə yazın, yaxşı­mı? Tə­səv­vür belə elə­yə bilməzsiz ki, bizlə­rə - qəriblikdə olanlara və­tən­dən gə­lən məktub necə qiy­mətlidi.

Konstans: Əl­bət­tə, yazarıq. Ikimiz də. Eləmi, əzizim?

Con: Əl­bət­tə, əzizim.

Konstans: Con elə gö­zəl məktublar yazır ki, maraqlı, mə­zəli.

Bernard: Deməli, danış­dıq. Əlvida, dost. Uğurlar.

Con: Əlvida, dost.

Bernard: Əlvida, Konstans. Sə­nə o qə­dər sö­züm var ki. Özüm də bilmirəm, hansından başlayım.

Con: Mən səni tə­ləsdirmək istəmi­rəm, amma taksi göz­ləyir, deməli, hesab da yazır.

Bernard: Con elə dəqiqlik sevəndi. Yaxşı, bircə kəl­mə deyə­cəm: Tanrı səni qorusun.

Konstans: Au revoir.

Bernard: Neapolda olsan xə­bər elə, yaxşı­mı? Əgər klubuma məktub yolla­san, mə­nə çatdıracaqlar.

Konstans: Hə, əl­bət­tə.

Bernard: Əlvida.

(O, hər ikisi qarşı­sında dostyana başı­nı tər­pədib gedir. Bernard qapı­nı arxa­sınca ör­tən kimi Konstans gül­mə­yə başlayır və az sonra uğunub gedir)

Con: Nə­yə gül­dü­yü­nü mə­nə də desən, çətin olmaz ki? Əgər sən mənim şalban kimi dayanıb-durub təhqir olunmağımdan həzz aldı­ğı­mı dü­şü­nür­sən­sə, səhv eləyirsən. Neapolda təsa­düfi gö­rüş nə deməkdi?

Konstans: O, səni azdı­rır.

Con: O, axmağın biridi!

Konstans: Sən doğrudanmı bu qən­aət­də­sən? Amma mən­cə o, heç də özü­nü pis aparmadı. Belə mə­sə­lə­lər­də onun heç bir təc­rü­bəsi olmadı­ğı­nı nə­zə­rə alsaq, deyə bilə­rəm ki, o, öz rolunun öh­dəsindən gə­lə bildi.

Con: Əgər beyninə onun mü­kəm­məllik mü­cəs­sə­məsi olduğunu yeritmisən­sə, sən­lə mübahisə elə­məyin məna­sı yoxdu. Amma ürəyim ağrı­yır, özü­nü belə bir adama vermək qəra­rına gəl­məyi­nə təəs­süf­ləni­rəm.

Konstans: Yəqin, arvadın gə­lə­cək məşu­qəsinin kim olmasıyla bağlı ər-arva­dın fikri üst-üs­tə düş­mə­yə də bilər.

Con: Elə bilirəm, sən onu mən­dən üs­tün saymağa iddialı deyilsən.

Konstans: Qətiyyən. Mən səni həmi­şə kişi gö­zəzlliyinin zirvəsi hesab eləmi­şəm.

Con: Özü də o, eynilə mənim kimi geyinir.

Konstans: Bu, təbiidi. Sizin axı, dərziniz eyni adamdı.

Con: Mən elə bilirəm, sənin tə­səv­vü­rün­də o, heç də mən­dən hazırcavab deyil.

Konstans: Əl­bət­tə.

Con: Bəs, onda, niyə sə­fə­rə onunla çıxmaq istəyirsən?

Konstans: Sə­nə mə­gər bir də izah elə­məli­yəm? Sə­bəb çox sadədi. Istəyi­rəm, qatar tər­pə­nə­nə­cən ayağı­mı qoyduğum yerə başı­nı qoymağa hazır bir kişinin ağuşunda olum. Istəyi­rəm, mən otağa girən­də xoşbəxtlikdən onun göz­lərinin necə parıldadı­ğı­nı gö­rüm, biz birlikdə aya baxanda onun əl­lərinin mənim əl­lərimi necə sıx­dı­ğı­nı, belimi qucaqlayanda bə­dənini necə şirin üşüt­mə tutdu­ğunu bü­tün canımla duyum. Istəyi­rəm, başı­mı onun çiyinləri­nə qoyub dodaqları­nın saçıma incə toxunuşundan həzz alım.

Con: Bax bunu, ağlına da gətirmə. Yazı­ğın boynu qı­rılar, xəs­təxanalıq olar.

Konstans: Onunla kənd cı­ğı­rıyla yanaşı addımlaya-addımlaya mə­nə dovşanım, pişiyim deməsini eşitmək istəyi­rəm. Istəyi­rəm, onunla boş şeylər barə­də saatlarla söh­bət edək.

Con: İlahi, özün saxla.

Konstans: Istəyi­rəm biləm, hətta susanda belə ən hazırcavab, ən dilli-dilavər qadınam.Con, sənin on illik diqqətin məni tamamilə qane eləyirdi, odur ki,biz ən yaxın və doğma dostlar idik, amma indi qısa müd­də­tə olsa da ürəyimdən başqa şey keçir. Doğrudanmı, sən bunu mə­nə çox gö­rə­cək­sən? Istəyi­rəm, məni sevsinlər.

Con: Amma, axı, əzizim, mən səni sevirəm. Əl­bət­tə, mən özü­mü iyrənc apar­dım, sə­nə az diqqət ayır­dım, amma hə­lə gec deyil, hər şeyi dəyişmək olar. Sən mənim üçün yeganə qadınsan. Mən hər şeyi başlı-başına buraxıb səninlə gedə­cəm.

Konstans: Bu ideya məni heç də təmin eləmir.

Con: Bəsdi gö­rək, əzizim, heç olmasa bir tikə rəhm gös­tər. Mən Mari-Luizanı atdım. Sənin də, əl­bət­tə ki, öz əlindədi, Bernarda qapı­nı gös­tər.

Konstans: Amma sən Mari-Luizanı mənim yox, öz istəyinlə atdın.

Con: Mə­sə­ləni qəlizləşdirmə, Konstans. Gəl, birlikdə yola çıxaq. Bu cür ikimizə də yaxşı olar.

Konstans: Zavallı Conum, mən maddi azadlı­ğı bal ayı­nı öz ərimlə keçirmək məq­sədi­lə qazanmamışam.

Con: Elə dü­şü­nür­sən ki, mən, əgər ərəm­sə, məşuq roluna yaramaram?

Konstans: Ay mənim əzizim, qızardıl­mış qoyun ətiylə quzu kababı­nın dadı bir olmur.

Con: Sən heç bilirsən, nə yoldasan? Mənim ideal ər olmaq üçün dəri­dən-qa­bıqdan çıx­dı­ğım bir vaxtda sən məni tə­zə­dən Mari-Luizanın ağuşuna itə­ləyirsən. Vicdanıma and içirəm, sən evdən çıxan kimi mən onun yanına gedə­cəm.


Konstans: Nahaq yerə vaxt itirib benzin yandıracaqsan. Qorxuram onu evdə tapmayasan. Onun bir gənc adaxlı­sı peyda olub. Mari-Luiza ona bir kö­nül­dən min kö­nü­lə aşiqdi.

Con: Nə?

Konstans: Hansısa əya­lətin qubernatorunun yavəridi. Bu gün yanıma o xahişlə gəlmişdi ki, ikinizin arasında hər şeyin bitdiyini yumşaq tərz­də sə­nə başa salım.

Con: Ümidvaram ki, sə­nə bu qə­dər əzab verən münasibət­lərimizi mənim daha əv­vəl pozmaq qəra­rına gəldiyimi ona demisən.

Konstans: Yox, für­sət elə­yə bilmədim. O, mə­nə öz xahişini çatdıranda çox tə­ləsirdi.

Con: Bilirsən, Konstans, heç cür mə­nə çatmır. Bəs sənin o qürurun hara qeyb oldu? Sənin ərini axmaq yerinə qoydular. Yerində başqa qadın olsaydı, Mari-Luizaya bax belə deyərdi: Nə qəri­bə təsa­düf. Elə indicə Con da mə­nə dedi ki, bir daha səninlə gö­rüş­mə­mək qəra­rına gəlib. Am­ma, Konstans, təbii ki, sən belə deməmi­sən. Çünki məni adam yerinə qoy­mursan.

Konstans: Sən düz demirsən, əzizim. Mən həmi­şə sənin qayğı­nı çə­kə­cəm. Mən ola bilsin, sə­nə xəya­nət elə­yə­cəm, amma səni atan deyiləm. Həmi­şə də səda­qətimi özü­mün ən üs­tün keyfiyyəti saymışam.

(Eşikağası qapı­nı açır)

Con: (Əsəbi tərz­də) Nə mə­sə­lədi?

Bentli: Fikirləşdim, bəl­kə, madam onu aşağıda taksinin göz­lədiyini unudub.

Con: Cə­hən­nəm ol!

Bentli: Necə məs­lə­hətdi, ser.

(Gedir)

Konstans: Anlamıram, sən nə­dən onu acıla­dın? Taksinin pulunu Bernard verə­cək. Mən hər halda artıq çıxmalıyam, yoxsa Bernard elə dü­şü­nər ki, qəra­rı­mı dəyişmişəm. Gö­rü­şə­nə­dək, əzizim. Ümidvaram, mən burda olmayan müd­dət­də çox darıxmayacaqsan.

Aşpazın bişirdikləri­nə mız qoymasan, ac qalmayacaqsan. Mənimlə xuda­ha­fizləş­mək istəmirsən?

Con: Cə­hən­nəm ol.

Konstans: Baş üs­tə. Altı həf­tə­dən sonra qayı­dıb gə­lə­cəm.

Con: Qayıdacaqsan? Hara?

Konstans: Bura.

Con: Bura? Bura? Elə bilirsən, səni evə buraxacam?

Konstans: Niyə də yox? Dərindən gö­tür-qoy elə­yən­də özün də başa dü­şə­cək­sən ki, mənim heç bir güna­hım yoxdu. Bir də axı, mən sən­dən sənin özü­nə lazım olan nəyi­sə istəmi­rəm.

Con: Heç başa dü­şür­sənmi, mən səninlə boşanmaq istə­yə bilə­rəm?

Konstans: Əl­bət­tə. Amma mən kimə ərə getdiyimi yaxşı bilmişəm. Əri xeyli dü­şü­nüb daşınandan sonra seçmişəm. Çalış­mışam, centlmenə ərə gedim və sən özün baiskarı olduğun günahlarıma gö­rə məni boşamazsan.

Con: Mən səninlə boşanmayacam. Çünki qorxuram risq eləyib ikinci də­fə evlən­səm, elə bir qadına rast gəlim ki, o da əriylə eynilə sənin kimi davranan birisi olsun.

Konstans: (Qapıdan) Mən qayıda bilə­rəmmi?

Con: (Qısa pauzadan sonra) Sən dünyanın ən dəy­mə-dü­şər, ər­kö­yün, heç nə­dən özün­dən çıxan, səhv­lərini israrla yeridən, həm də ən cazibədar, gö­zəlliyi göz qamaşdıran qadı­nısan. Sənin kimisinə ər olmaq Tanrı­nın ən bö­yük cəza­sı­dı. Hə, lə­nət şeytana, qayıda bilər­sən.

(Konstans ona əliylə öpüş gön­dərib, arxasınca qapı­nı çırparaq, qonaq otağından qeyb olur.)



Tər­cü­mə edən: YA­ŞAR