Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

SƏ­NƏT MƏ­BƏ­Dİ­MİZ
Xro­ni­ka


İslam SADIQ


UILYAM SOMERSET MOEM
SADİQ ARVAD
Üç pər­dəli komediya


Əlihəsən ŞİRVANLI


Şakir XANHÜSEYNLİ


Mubariz CƏFƏRLİ
ƏL
Povest


Ay NUR


Xatirə SADIQOVA


FƏRİD


Faiq HÜSEYNBƏYLİ


Kəramət BÖYÜKÇÖL


Sahib ASLANZADƏ


MƏMMƏD İSMAYILIN BƏXTİNƏ DÜŞƏN GÜN...
Yaxud: budağında quş yuvası bir ağac...


«QƏ­ZƏL DE Kİ...»


Şandor PETEFİ


Zakir SADATLI
GÜNDOĞANDAN GÜNBATANA
I yazı


Uğurlu FƏXRI
NƏSRİN POETİK AXTARIŞLARI


Xatirə QULİYEVA
DÜNYA MAARİFÇİ ƏDƏBİ ESTETİK FİKRİNİN ƏSAS PRİNSİPLƏRİ


Bəsirə ƏZIZƏLIYEVA
LİVANIN DANIŞAN DİLİ
(Əmin Ər-Reyhani və Mixail Nüaymə C.X.Cibran haqqında


Sədaqət HƏSƏNOVA
MİKAYIL MÜŞFİQ və ƏDƏBİ DİLİMİZ


POEZİYA
 

Faiq HÜSEYNBƏYLİ


 
SEVGİ QURBANLARI

Nəfsinə hakim ol, hökmü özün ver,
Oynama bu körpə yalanlar ilə.
Sevgi qurbanları qəlbdə yaşayır,
Gözlərdə dönsələr heykələ belə.
Sevgi əziyyətdir, sevgi zülümdür,
Sevgiylə yaşamaq hünər istəyir.
Üzünə nə qədər qapı bağlansa,
İnsana haqq yolun sevgilər deyir.

İNTİZAR ZİRVƏSİ

Təbiət şeh ilə tutur camını,
Yenə yaz yağmuru öpür torpağı.
Günəşin alovlu, odlu baxışı
İsidir canını dərənin, dağın.
Fikrim dalğalanır ilğımlar kimi,
Dərədən axıram, dağa qalxıram.
Ən uca zirvəni fəth etsəm belə,
Həsrətlə gəldiyim yola baxıram.
Bu daşa-torpağa necə qəribəm,
Eləcə qəribəm qərib torpağa.
Təbiət oyadır qışı yuxudan,
Çiçəklər xalını sərir torpağa.

YENƏ DARIXDIRIR BU YAĞIŞ MƏNİ

Hələ də yandırır səndən uzaqda
Arxamca boylanan o baxış məni.
Bürünüb qalmışam nikbinliyimə,
Fələk nə biləydim qarğamış məni?
Qara saçlarının bihuş ətiri
Məst edərdi hər misranı, sətiri...
Başımın üstündə hicran çətiri,
Yenə darıxdırır bu yağış məni.

ŞEİRİM KİMİ

Gözlərim yollara dikilib qalıb,
Payız yarpağıtək tökülüb qalıb.
Dumanım dağlara çəkilib qalıb,
Oxşaya bilmirəm dəli fikrimi,
Ömrüm - günüm keçir şeirim kimi.
Bəzən misralarım selə bənzəyir,
Şirin nəğmə deyən dilə bənzəyir.
Hələ açılmamış gülə bənzəyir,
Dərd ilə soldurma qönçə şeirimi,
Ömrüm - günüm keçir şeirim kimi.
Bu həyat sehirdi, bu həyat sirdi,
Ürək gözəlliyə daim əsirdi.
Hayana baxıram, bədii əsərdi,
İnsanın taleyi şeir deyilmi?
Ömrüm - günüm keçir şeirim kimi.

DÖZƏ BİLSƏM

Bu dərd məni üzdüyütək
Mən bu dərdi üzə bilsəm...
Qartal kimi bir qıy vurub
Səmalarda süzə bilsəm...
Nə fikrim qalmazdı, inan,
Nə qəmim olmazdı, inan;
Çiçəyim solmazdı, inan,
Ayrılığa dözə bilsəm.
Baş-başa qalıb qəmimlə,
Oynamazdım qələmimlə;
Taleyimi öz əlimlə
Mən yenidən yaza bilsəm.

İNTİZAR

Səngərində lalə bitən
ana Vətən,
Bir layla de sən mənə,
Uyuyum qoynunda
çiçəklər kimi.
Qoxulasın təbiət
bihuş ətrimi.
Pıçıldasın küləklər dodağında
sakit göl qırağında,
tənha söyüdün altında
tənhalar haqqındakı şeirimi.
Burda, dağ başında
ümidlərə qısılıb yaşayır
arzulara tor atanlar;
Vətənin taleyini daşıyır
əsgər kimi
günü-günə satanlar...