Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

SƏ­NƏT MƏ­BƏ­Dİ­MİZ
Xro­ni­ka


İslam SADIQ


UILYAM SOMERSET MOEM
SADİQ ARVAD
Üç pər­dəli komediya


Əlihəsən ŞİRVANLI


Şakir XANHÜSEYNLİ


Mubariz CƏFƏRLİ
ƏL
Povest


Ay NUR


Xatirə SADIQOVA


FƏRİD


Faiq HÜSEYNBƏYLİ


Kəramət BÖYÜKÇÖL


Sahib ASLANZADƏ


MƏMMƏD İSMAYILIN BƏXTİNƏ DÜŞƏN GÜN...
Yaxud: budağında quş yuvası bir ağac...


«QƏ­ZƏL DE Kİ...»


Şandor PETEFİ


Zakir SADATLI
GÜNDOĞANDAN GÜNBATANA
I yazı


Uğurlu FƏXRI
NƏSRİN POETİK AXTARIŞLARI


Xatirə QULİYEVA
DÜNYA MAARİFÇİ ƏDƏBİ ESTETİK FİKRİNİN ƏSAS PRİNSİPLƏRİ


Bəsirə ƏZIZƏLIYEVA
LİVANIN DANIŞAN DİLİ
(Əmin Ər-Reyhani və Mixail Nüaymə C.X.Cibran haqqında


Sədaqət HƏSƏNOVA
MİKAYIL MÜŞFİQ və ƏDƏBİ DİLİMİZ



 

Sədaqət HƏSƏNOVA
MİKAYIL MÜŞFİQ və ƏDƏBİ DİLİMİZ


 

Ey bizim dünyanın söz deyənləri,
Ruhun dodağına tutun neyləri.

(M.Müşfiq)

M.Müşfiq Azərbaycan poeziyası və ədəbi dilində elə iz buraxıb, elə imza qoyub ki, doğrudan da, onun təbliğə ehtiyacı yoxdur. Lakin “bədii yaradıcılıq elə zəngin və maraqlı bir fenomendir ki, onun çoxsəpkili təhlili zəruridir. Məhz belə bir zərurət bədii mətnin fəlsəfi, etik və estetik, linqvistik, poetik rənglərinin müəyyənləşdirilməsinə imkan yaradır” (K.Vəliyev).
Bütün yaradıcılığı boyu sözə ehya verən, “ilham pərisinin açdığı dadlı dillərdən” faydalanan iş görüb. Üslub çalarları, ürəkdən gələn söz - ifadə faktorları onun poetik səsinin yeni-yeni rənglərindən xəbər verir:

Yar məktubu kimi ovcunda sıxsan,
Qəlbimin qanını sızar bu üslub.

Bu misralar onun üslubunun təhil və keyfiyyəti haqqında bitkin təəssürat yaradır.
Söz və ifadələrə yetərincə diqqət edən, onlara həssalıqla yanaşan M.Müşfiqin ədəbi dil aləmində başqa səslərdən fərqli dərəcədə seçilən səsi vardır. Söz - ifadə icadlığı zamanı şairin fəaliyyəti dildə Müşfiqçiliyin nə qədər dəyərli olduğunu təsdiq edir. Onun qaynar poeziyası sözün sənət dilində daha fərqli, daha möhtəşəm və mənalı olduğunu göstərir. Şairin sözləri öz təbiətinə bənzəyir. Poetik dilin yüksək zirvəsinə qaldırılan bədii sözlər də öz işini görmüşdür: müəllifinə əbədiyyət gətirmiş, yaşam şairinə ölümündən sonra da yaşam qazandırmışdır. Nədən yazmağı, necə yazmağı bilən şairin hüsnü gözəl, içi dərin sözləri fikrin ifadəsi kimi təqdim etməsi, sözsüz ki, düşüncə tərzi ilə bağlı bir məsələdir. Dünyada ən çətin şey fikrin, hissin ifadəsini tapmaq, içəridə çağlayan min bir duyğunu maddiləşdirmək, fikir qatlarını sözə çevirməkdir.
Deyirlər, şairlərin sözləri göz nurundan doğulur. Bu fikri hardasa tam mənasında qəbul etmək olmur. Fikrimizcə, sözlər ağıl və fikirdən doğulur, onlar göz nuru ilə yazıya köçürülə bilər. M.Müşfiqin bədii təfəkkürdən doğan sözləri həmin fikri əsaslandırır. Şairin poetikasında elə örnəklər vardır ki, onları M.Müşfiqin qeyri-adi düşüncə tərzi kimi qəbul etmək lazım gəlir. M.Müşfiq sözə heyrandır, onu heyranlıqla söyləyir və oxucunu da heyran edir. “Bəşər tarixinin ərsəyə gətirdiyi elə bir sənətkar, alim, dövlət xadimi və yaxud hər hansı bir hazırcavab şəxs yoxdur ki, o, söz adlanan bu əfsanəvi dünyanın, insanı bütün canlılardan birdəfəlik və əbədi ayıran bu ali atributun sehr və möcüzələri qarşısında öz heyranlığını bildirməsin” (Aydın Məmmədov). Lakin sözə heyran olmaqla onu heyran edə biləcək səviyyədə işlətmək başqa-başqa şeylərdir. Yalnız “əhli-ruhlar” sözü gözəl deyə bilərlər. Sənətdə fəal xəyallıların, söz atı yüyrəklərin dil mədəniyyəti həmişə diqqəti çəkmiş və düşündürmüşdür.

Sevgi dəryasında ruhum bir ada,
Fırtınam ziyada, duyğum ziyada,
O ellər gözəli düşəndə yada
Az qalır xəyalım şaşa, ürəyim!

Bəndin ikinci misrası müəllifin xarakterini tanıtmağa, onun nə qədər həssas və çılğın olduğunu göstərməyə imkan verir. “Düşüncə şimşəyi”, “duyğu tufanı”, “həvəs çağlayanı” olan və onların “ziyadasına” malik olanlar sözləri bir-birinə belə bağlaya bilərlər.
Bədii dilimizdə mücərrəd anlayışların konkretləşdirilməsi faktları çoxdur. Bu, M.Müşfiqin dilində o qədər təbiidir ki, inanırsan hardasa “sevgi” adlı dərya var və ya “sevda” ünvanlı mahallar mövcuddur:

Xilqətin füsunlu həyəcanları,
Sevda məhəlləri, görüş anları...

Şairin dilindəki “lirikanın dənizləri”, “zülmətin övladı”, “siyah mühit”, “meşşanlıq girdabı”, “xəsis qaynağı”, “ingilis darğası”, “sarı düşüncə”, “vərəmli əsər”, “kapitalizmin noxtası”, “cənnət müxbirləri”, “əski bayquş”, “çürük millətçilik”, “yetim çöllər”, “kapital yurdu”, “şeytanca söz”, “darğın ehtiram”, “yardım dalğaları”, “tənbəl iqlimlər”, “çarın quyruğu”, “sarı ingilisin kor eşşəkləri”, “ölgün qəzəllər”, “oyaq qüssələr”, “insan qəlbinin mühəndisləri”, “insan ildırımı”, “tufan rəqqasəsi” və s. kimi ifadələr dil - üslub baxımından çox maraqlı faktlardır.
Söz insanlığın bünövrəsidir, başlanğıcıdır. Şişirtmədən uzaq, sifarişlərdən kənar, müəllifin görüb duyduqlarını bəyan edən sözlər təbii və boyasız sözlərdir. Bu sözlərin dilimizdə duruş tarixi uludur, bəlkə də bilinməzdir. Həmin sözlərin qiyməti ondadır ki, onlardan yaradılan birləşmə və ifadələr yenidir. Bu yenilik qanunauyğunluqdur və çox hallarda şairin ədəbi dilimizə öz töhfəsi, öz payıdır:

Alnında bir bəyaz qəm, - bir dilənçi günündə -
Üzü günəşdən qızıl, içi qarlardan ağdır.
Uf, andım keçmişi, yarıldı bağrım,
Çökdü gözlərimə süslü bir xəyal.
Xəyalın qarşımda canlandı, birdən
Göyərçin əllərin yadıma düşdü.
Bir anda köpürmüş, bir anda sönmüş
Xırçın əməllərin yadıma düşdü.

M.Müşfiq ənənələrə xor baxmayan, onlara ehtiramla yanaşan sənətkar olmuşdur. Məlumdur ki, XX yüzilin 20-ci illərində (sovet hakimiyyəti illərində) haqsız olaraq əruz vəzninə və hətta heca vəzninə mənfi münasibət göstərilirdi. Bu, yeni şeir növünün - sərbəst şeirin meydana çıxması ilə başlamışdı. Yeniliyi görəndə keçmişi unutmaq, hətta ona hücum etmək cəhdləri həmişə olmuşdur və bu da faktdır ki, müxtəlif tarixi dönəmlərdə kimsə hər hansı bir şəxs və ya hadisəni təbliğ və ya tənqid və inkar edəndə fikir təqlidçiləri həmin mülahizələrin kəmiyyət baxımından çoxalması mövqeyində dayanıblar. Sözügedən dövrdə də bunun şahidi oluruq. İdrak və psixologiya baxımından xalqımıza məxsus şeir ölçüsü heca haqqında “bədii zövqləri təmin edə bilməyən”, “mürəkkəb fikirləri ifadəyə yaramayan” (Ə.Nazim) və s. kimi fikirlər səslənir, “şeir sahəsindən çoxdan qovulan” (Ə.Nazim), hətta irəli gedilərək “ədəbi irtica” (M.Rzaquluzadə) adlandırılan əruz vəzni haqsızlıq və ədalətsizliklə “döyülürdü”. Bu prosesdə sərbəst şeir lazımsız yerə onlara qarşı qoyulurdu. Ə.Fövzinin “Azad şeir” (1929) (şeirin adındakı “azad” sözü sərbəst şeir haqqında epitetdir - S.H.) əsəri o dövrdə heca və əruz haqqında ümumiləşdirilmiş mənfi fikirləri əks etdirir. Şeirdə əruz “Şərqin matəmini daşıyan”, “əsrlərin üzünü meymun kimi qaşıyan” kimi ifadələrlə təhqir edilir, heca “xəstə misralı” şeir ölçüsü kimi pislənirdi.

O zaman fikir sahiblərini müqayisə edəndə M.Müşfiqin nə qədər dahiyanə təfəkkürdə olduğunu görürük:

Yazalım, özümüzü öyməyəlim,
Füzuliyə dəyməyəlim.

Azərbaycan şeirinin qiymətli inciləri əruzda yazılmış, əruzda yayılmış və əruzda sevilmişdir. “Əruz qocalmışdı”, lakin bu “qoca” əsrlər boyu böyük zəkaların beynində, qəlbində yurd salmış, onların bədii təfəkkürünün, hiss - həyəcanlarının ifadəçisi olmuş, xalqın zövqünü oxşamışdır. Onun həyat yolu zəngin və mənalı olmuşdu; o, bu yolla güclü ənənə qazanmış ağıllı, müdrik “qoca” idi. Poeziya hansı formada inkişaf edir - etsin, ondan “məsləhət” alır, ondan qidalanırdı. Bu həqiqəti M.Müşfiq zamanında dərk etmiş və öz düzgün mövqeyini mədəni və poetik dillə bildirmişdir.
Keçmişin dəyərlərinə ehtiram göstərən, yeniliyə biganə qalmayan M.Müşfiq, nəinki söz - ifadə, hətta intonasiya təkrarından da uzaq olmuşdur. “Tar” şeiri bu fikri təsdiq edən faktlardandır. “Müşfiq vəzni”ndə yazılmış bu şeir ziyalı kədəri ilə ziyalı etirazını ifadə edən cəsarətli poetik fikir örnəyidir. Şeirdə 1929 - cu ildə tar dərslərinin konservatoriyanın tədris planlarından çıxarılması və Şərq orkestrinin fəaliyyətinə son qoyulmasına qarşı tara müraciətlə: - “Səni kim unudar?” sualı ilə lakonik və elastik şəkildə həmin məsələyə münasibət bildirilir. Şair bu sualla mənəviyyatın əldən alınmasına qarşı çıxır, həmin sual tarı sevməyənlərə cavab xarakteri daşıyır:

Ey tarçı, çal, oxu,
Könlümü al, oxu!

“Tarçı” sözü ürəyə və qulağa yatan leksem kimi diqqəti çəkir. Dilimizdə “tarzən” sözünün işlənmə tezliyi yüksək olsa da, “tarçı” daha millidir. Bu baxımdan, “mədənçi”, “dastançı” kimi sözlər M.Müşfiqin dildə milliliyə yüksək münasibətini göstərir. O, alınma sözlərlə də milli şəkilçilər işlətməklə dilimizin imkanlarını daha da genişləndirməyə çalışmışdır. Məsələn, şair “ziyankar” əvəzinə “ziyançı” sözündən istifadə etmişdir. Ümumiyyətlə, M.Müşfiqin dili çağdaşlarının dili ilə müqayisədə xeyli təmiz dildir:

Ax, ey havalı sözlər, səsli - sədalı sözlər,
Hər sapı mirvaridən ağır, bahalı sözlər.