Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

SƏ­NƏT MƏ­BƏ­Dİ­MİZ
Xro­ni­ka


İslam SADIQ


UILYAM SOMERSET MOEM
SADİQ ARVAD
Üç pər­dəli komediya


Əlihəsən ŞİRVANLI


Şakir XANHÜSEYNLİ


Mubariz CƏFƏRLİ
ƏL
Povest


Ay NUR


Xatirə SADIQOVA


FƏRİD


Faiq HÜSEYNBƏYLİ


Kəramət BÖYÜKÇÖL


Sahib ASLANZADƏ


MƏMMƏD İSMAYILIN BƏXTİNƏ DÜŞƏN GÜN...
Yaxud: budağında quş yuvası bir ağac...


«QƏ­ZƏL DE Kİ...»


Şandor PETEFİ


Zakir SADATLI
GÜNDOĞANDAN GÜNBATANA
I yazı


Uğurlu FƏXRI
NƏSRİN POETİK AXTARIŞLARI


Xatirə QULİYEVA
DÜNYA MAARİFÇİ ƏDƏBİ ESTETİK FİKRİNİN ƏSAS PRİNSİPLƏRİ


Bəsirə ƏZIZƏLIYEVA
LİVANIN DANIŞAN DİLİ
(Əmin Ər-Reyhani və Mixail Nüaymə C.X.Cibran haqqında


Sədaqət HƏSƏNOVA
MİKAYIL MÜŞFİQ və ƏDƏBİ DİLİMİZ


POEZİYA
 

Kəramət BÖYÜKÇÖL


 
Kəndİm haqqında inşa

Köhnə,
Tavansız,
Təmirsiz
evimiz qədər doğma,
Nənəmin qulpuqırıq qazanında bişən
dovğa qədər dadlı,
Gecənin səhərlə öpüşməsindən doğulan
günəş işığının altında xumarlanan
itimiz qədər əziz,
Heç nə ola bilməz mənə, kəndim!
Hər səhər tozlu yollarında
mürgüləyən tək-tük ayaq izlərinin
qarşısındakı bir topa qoyun sürüsü qədər
ümidli,
Sərhəd tanımayan boz atların qədər
əsəbi,
Səhər-səhər şehli otlarında
cikkildəşən sərçələr qədər şəkər,
Heç nə ola bilməz mənə, kəndim!
Ürəyinin başındakı köhnə qəbiristanlıq
qocalar evindi sanki,
Hər dəfə maşınla yanından keçəndə
düşüb izn alıram,
Qoynunda uyumaq üçün,
Yaşlı qəbirlərindən, kəndim!

Nə olsun ki, işığın tez sönür,
qazın yoxdu.
Nə olsun ki, məktəbin uçuqdu,
Dərs oxuyan yoxdu,
Yenə səndən əziz,
Heç nə ola bilməz mənə, kəndim!

Ay ana kəndim, ana kəndim
Ay nənə kəndim, nənə kəndim
Ay oba kəndim, oba kəndim
Ay baba kəndim, baba kəndim
Kəndim, oy...

SƏRHƏD

Yaşamağın çətinliyini
Anam məni bələyəndə bilmişəm.
Onda ayaqlarım anladı ki,
bu dünyada sərhəd var...

GƏNCLİK

Bar,
Sərinləşdirici içkilər,
Gözəlçələr və ya fahişələr
Və sağ tərəfdə əyləşmiş
günü 10 manata fəhlə işləyən
gənclik.

PİŞİK

Ölümün üzünə gülür pişik
Maşın təkərinin kölgəsində.

QAR DƏNƏSİ

Bu səhər
Bir qar dənəsi öldü
Burnumun ucunda.

ÇÖRƏK DÜKANI

Həmişə adamlar sürücüyə
çörək dükanının önündə saxla deyirdilər.
İndi çörək dükanı yoxdu, orda
avtobus dayanır
çörək dükanının xatirəsi önündə.

QADIN

Qırmızı işıqdı gözəl qadınlar.
Sürücülər gördümü -
basırlar əyləci,
dururlar qarşısında

ƏS

Kədər gözlərimdən
Yarpaq kimi asılıb.
Sənsə küləyisən onun,
Əs,
Bəlkə dağıtdın
Gözlərimdən asılmış kədəri.