Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

SƏ­NƏT MƏ­BƏ­Dİ­MİZ
Xro­ni­ka


İslam SADIQ


UILYAM SOMERSET MOEM
SADİQ ARVAD
Üç pər­dəli komediya


Əlihəsən ŞİRVANLI


Şakir XANHÜSEYNLİ


Mubariz CƏFƏRLİ
ƏL
Povest


Ay NUR


Xatirə SADIQOVA


FƏRİD


Faiq HÜSEYNBƏYLİ


Kəramət BÖYÜKÇÖL


Sahib ASLANZADƏ


MƏMMƏD İSMAYILIN BƏXTİNƏ DÜŞƏN GÜN...
Yaxud: budağında quş yuvası bir ağac...


«QƏ­ZƏL DE Kİ...»


Şandor PETEFİ


Zakir SADATLI
GÜNDOĞANDAN GÜNBATANA
I yazı


Uğurlu FƏXRI
NƏSRİN POETİK AXTARIŞLARI


Xatirə QULİYEVA
DÜNYA MAARİFÇİ ƏDƏBİ ESTETİK FİKRİNİN ƏSAS PRİNSİPLƏRİ


Bəsirə ƏZIZƏLIYEVA
LİVANIN DANIŞAN DİLİ
(Əmin Ər-Reyhani və Mixail Nüaymə C.X.Cibran haqqında


Sədaqət HƏSƏNOVA
MİKAYIL MÜŞFİQ və ƏDƏBİ DİLİMİZ


Tənqid və ədəbiyyatşünaslıq
 

Bəsirə ƏZIZƏLIYEVA
LİVANIN DANIŞAN DİLİ
(Əmin Ər-Reyhani və Mixail Nüaymə C.X.Cibran haqqında


 

Cib­ran Xə­lil Cib­ran müa­sir dün­ya ədə­biy­yat­şü­nas­lı­ğın­da ərəb - Ame­ri­ka ya­zı­çı­la­rı ter­mi­ni­nin iş­lən­mə­si­nə bir­ba­şa sə­bəb olan ədib­lər­dən­dir. İs­tər mə­kan, is­tər­sə də mil­li ədə­biy­yat­la­rı­nın xa­rak­ter­lə­ri, bə­dii key­fiy­yət­lə­ri ilə bir çox mə­qam­lar­da ana­lo­ji mü­qa­yi­sə­dən kə­nar­da qa­lan iki nə­həng dün­ya­nı bir ifa­də­də bir­ləş­di­rə bil­mək, əs­lin­də, qlo­bal an­lam­da Şərq və Qər­bin fəl­sə­fi id­rak və bə­dii tə­xəy­yül­də­ki vəh­də­ti, sin­te­zi, qar­daş­lı­ğı idi. «O­nun si­la­hı­na iki qı­lınc xid­mət edir­di - Şərq və Qərb. Bi­rin­ci qı­lın­cı­nı qəl­bi­nin da­şa dön­mə­mə­si üçün iti­lə­miş­dir, ikin­ci­si­ni isə ağıl və ru­hun xə­li­tə­si­lə pa­ra­la­ya­na­dək tə­miz­lə­miş­dir. Ərəb və in­gi­lis dil­lə­rin­də o, mü­qəd�­dəs mü­ha­ri­bə et­di... Ərəb ilə ağı­la, in­gi­lis­lə ürə­yə qə­lə­bə çal­dı» (16, s.79).
C.X.Cib­ran həm şəx­siy­yə­ti­nin fərq­li­li­yi, həm də ya­ra­dı­cı­lı­ğı­nın ori­ji­nal­lı­ğı ilə ərəb-Ame­ri­ka ya­zı­çı­la­rı ara­sın­da xü­su­si yer tu­tur. İlk ki­tab­la­rı­nın çap olun­du­ğu dövr­dən - XX əs­rin əv­vəl­lə­rin­dən eti­ba­rən Şərq və Qərb dün­ya­sın­da çox müx­tə­lif as­pekt­lər­dən mü­za­ki­rə ob­yek­ti­nə çev­ri­lən şa­ir, na­sir, pub­li­sist, dra­ma­turq, fi­lo­sof və rəs­sam - C.X.Cib­ran ya­xın müa­sir­lə­ri və ərəb-Ame­ri­ka ya­zı­çı­la­rı­nın di­gər məş­hur nü­ma­yən­də­lə­ri - Əmin ər-Rey­ha­ni və Mi­xail Nüay­mə tə­rə­fin­dən də yük­sək qiy­mət­lən­di­ril­miş­dir. Bu­ra­da da­ha çox M.Nüay­mə­nin «Tu­fan­lar­»ın tu­fa­nı» mə­qa­lə­si və Ə.­Rey­ha­ni­nin «Cib­ra­na» poe­ma­sı­na diq­qət ye­ti­rə­cə­yik. Sö­zü­ge­dən əsər­lər ərəb ədi­bi­nin bir tə­rəf­dən öz şəx­siy­yə­ti - dün­ya­dər­ki, ədə­bi möv­qe­yi, ic­ti­mai ye­ri, bü­töv­lük­də hə­yat mis­si­ya­sı haq­qın­da təəs­sü­rat ya­ra­dır­sa, di­gər ba­xım­dan ya­zı­çı­nın qəh­rə­man­la­rı­nı sə­ciy­yə­lən­di­rir.
M.Nüay­mə­nin mə­qa­lə­si C.X.Cib­ra­nın 1920-ci il­də nəşr olu­nan, ay­rı-ay­rı he­ka­yə və mən­sur şeir­lər­dən iba­rət «Tü­fan­lar» ki­ta­bı­na, Ə.­Rey­ha­ni­nin poe­ma­sı isə şai­rin ölü­mü­nə müəl­li­fin son­suz kə­də­ri­ni ifa­də edə­rək, ümu­mi­lik­də ərəb dün­ya­sın­da və ədə­biy­ya­tın­da Cib­ran fe­no­me­ni­nə həsr olun­muş­dur. Hər iki əsər­də çox ak­tual və bə­şə­ri mə­sə­lə­lə­rə to­xu­nu­lur, ge­niş mə­na­da, ədə­biy­yat və ya­ra­dı­cı tə­fək­kü­rün ro­lu və əhə­miy­yə­ti, mil­li söz sə­nə­ti­nin çe­şid­li prob­lem­lə­ri, şai­rin hə­yat­da­kı möv­qe­yi, hu­ma­nizm key­fiy­yət­lə­ri, Şərq və Qərb mə­də­niy­yə­ti­nin sin­te­zi ki­mi mə­sə­lə­lər, elə­cə də ro­man­tik ədə­biy­ya­tın bir sı­ra əsas möv­zu­la­rı­na nə­zər ye­ti­ri­lir.
C.X.Cib­ra­nın 1912-1918-ci il­lər ara­sın­da müx­tə­lif mü­ha­cir mət­buat�­la­rın­da nəşr olun­muş, ərəb di­lin­də yaz­dı­ğı əsər­lə­rin­dən iba­rət və ədi­bin ya­ra­dı­cı­lı­ğın­da mü­hüm yer tu­tan «Tu­fan­lar» ki­ta­bı ro­man­tizm, Ame­ri­ka trans­sen­den­ta­liz­mi, Nits­şe fəl­sə­fə­si­nin tə­sir xü­su­siy­yət­lə­ri və müəl­li­fin özü­nə­məx­sus ədə­bi-fəl­sə­fi gö­rüş­lə­ri­nin mey­da­na çı­xa­rıl­ma­sı ba­xı­mın­dan diq­qə­tə­la­yiq­dir. «Top­lu­nun, de­mək olar ki, bü­tün əsər­lə­ri ro­man­tik ov­qat­la bo­yan­mış­dır: qi­yam­çı­lıq mo­tiv­lə­ri, dün­ya­ya nif­rət, tən­ha­lıq həs­rə­ti, si­vil cə­miy­yət hə­ya­tı­na qar­şı də­rin ümid­siz­lik, eh­ti­ras­la tə­biə­tə ca­nat­ma... və s.» (2, s.110).
Bu­ra­da əsas məq­səd Cib­ra­nın ro­man­tik gö­rüş­lə­ri­nin ta­ma­mi­lə for­ma­laş­dı­ğı bir döv­rün məh­su­lu olan bu ki­tab­da M.Nüay­mə­nin diq­qət ye­tir­di­yi möv­zu və prob­lem­lə­rin ro­man­tik sə­ciy­yə­si­ni təd­qiq et­mək, Cib­ra­nın sö­zü­ge­dən ədə­bi-nə­zə­ri sis­te­mə bağ­lı­lı­ğı­nı əsas­lan­dır­maq­dan iba­rət­dir.
«Tu­fan­lar­»ın tu­fa­nı» mə­qa­lə­sin­də M.Nüay­mə, ilk növ­bə­də, ədə­biy­yat və cə­miy­yət prob­le­mi­nə nə­zər ye­ti­rir, iq­ti­sa­di və ic­ti­mai prob­lem­lər əha­tə­sin­də olan cə­miy­yə­tə ədə­bi əsə­rin nə ver­mə­si sua­lı­na ca­vab ax­ta­rır. Müəl­lif hər za­man ədə­biy­yat haq­qın­da dü­şün­cə­lə­ri­ni yaz­ma­ğa baş­lar­kən onu əha­tə edən cə­miy­yə­tin ac və su­suz, yox­sul və ev­siz, köç­kün və bəd­bəxt in­san­la­rı­nın sə­si­ni, «in­di ədə­biy­yat­la məş­ğul ol­maq vax­tı­dır­mı?» sua­lı ilə ən ki­çik mad­di im­kan­lar­dan be­lə məh­rum olan «mil­lə­tin sə­si»­ni eşi­dir. M.Nüay­mə ru­hun qi­da­sı ki­mi də­yər­lən­dir­di­yi ədə­biy­ya­tın mü­da­fiə­çi­si ki­mi çı­xış edir: «Cis­ma­ni su­suz­luq, eh qar­daş, ru­hun hiss et­di­yi hə­qi­qə­tin təş­nə­si ki­mi de­yil. Və əgər su­suz­luq sə­nin yal­nız bə­də­ni­ni in­ci­dir­sə, o za­man mən­də su yox­dur» (6, s.257). Ya­ra­dı­cı­lıq xü­su­siy­yət­lə­ri nöq­te­yi-nə­zə­rin­dən M.Nüay­mə­ni, söz­süz ki, ro­man­tik ya­zı­çı ki­mi qiy­mət­lən­dir­mək müm­kün de­yil, la­kin C.X.Cib­ra­na həsr olun­muş mə­qa­lə öz qəh­rə­ma­nı­nın ədə­bi kon­sep­si­ya­la­rı və şəx­siy­yə­ti­nin sə­ciy­yə­sin­dən də qay­naq­la­na­raq ro­man­tik key­fiy­yət­lər kəsb edir. Bu­ra­da biz, ilk növ­bə­də, ro­man­tik şa­ir ob­ra­zı - C.X.Cib­ra­nı mü­şa­hi­də edi­rik. Əsə­rin əv­və­lin­də qo­yu­lan prob­lem­lə­rin də ro­man­tiz­min nə­zə­ri-es­te­tik cə­hət­lə­ri ilə bağ­lı­lı­ğı­nı duy­ma­maq im­kan­sız­dır.
C.X.Cib­ran ob­ra­zı M.Nüay­mə və Əmin ər-Rey­ha­ni­nin təq­di­min­də bir sı­ra mə­qam­lar­dan fərq­li sə­ciy­yə­lər­də təs­vir olun­sa da, hər iki ərəb məh­cər ya­zı­çı­sı Cib­ra­nı ro­man­tik ədə­biy­ya­tın «Şair ne­cə ol­ma­lı­dır?» priz­ma­sın­da də­yər­lən­dir­di­yi uni­ver­sal şa­ir xa­rak­te­ri ilə, elə­cə də ya­zı­çı­la­rın hər üçü­nün mən­sub ol­du­ğu ərəb ədə­biy­ya­tı­nın möv­cud və re­al şə­rai­tin­dən do­ğan ori­ji­nal sə­nət­kar ki­mi qiy­mət­lən­di­rir­lər.
«Tu­fan­lar­»ın tu­fa­nı» mə­qa­lə­si M.Nüay­mə­nin həm ədə­biy­ya­ta, bə­dii ya­ra­dı­cı­lı­ğın də­yə­ri­nə ver­di­yi önəm, həm də ərəb ədə­biy­ya­tı və Cib­ran haq­qın­da­kı gö­rüş­lə­ri ba­xı­mın­dan təq­di­rə­la­yiq­dir. M.Nüay­mə Cib­ra­nı «ge­cə­nin şai­ri», «tək­li­yin şai­ri», «həs­rə­tin şai­ri» «mür�­gü­lə­yən ru­hun şai­ri», «də­ni­zin şai­ri, tu­fa­nın şai­ri (6, s.266) ki­mi də­yər�­lən­di­rir. Tən­qid­çi­yə gö­rə, ərəb­lər hə­lə də bu şai­rin əhə­miy­yə­ti­ni an­la­mır­lar, o, Cib­ra­nı xə­yal­pə­rəst, ekstre­mist ad­lan­dı­ra­raq, onu əv­vəl­cə tən­qid edib, in­gi­lis di­lin­də ilk ki­ta­bı nəşr olun­duq­dan son­ra isə, yük­sək tə­rif­lər­lə öyən­lə­rin çox gü­lünc gö­rün­dü­yü­nü ya­zır. Nüay­mə­yə gö­rə, Cib­ran ədə­biy­yat­da və cə­miy­yət­də ümu­mi şə­kil­də qə­bul olun­muş ənə­nə­lə­rə qar­şı çı­xır. Müəl­lif bi­zə ərəb ədə­biy­ya­tın­da­kı böh­ra­nın sə­bəb­lə­ri­ni açıq-ay­dın gös­tə­rir: «Cib­ran an­la­yır ki, şair­lər öz şeir­lə­rin­də ya­şa­ma­dıq­la­rı duy­ğu­lar­dan bəhs edir, na­sir­lər isə ifa­də olu­nan fi­kir­lə­rə sev­gi­dən və hər han­sı bir nə­zə­riy­yə­ni yay­maq­dan öt­rü yox, yal­nız sö­zə olan mə­həb­bət­dən ya­zır­lar». M.Nüay­mə­yə gö­rə, Cib­ran «So­la fır­la­nan tə­kər­lər ara­sın­da sa­ğa fır­la­nan tə­kər ol­du» (6, s.263). Cib­ran M.Nüay­mə­yə 1921-ci il­də yaz­dı­ğı mək­tu­bun­da ürək xəs­tə­li­yin­dən müa­li­cə olun­du­ğu­nu bil­di­rər­kən, hə­min mə­sə­lə­lə­rə də özü­nə­məx­sus for­ma­da mü­na­si­bət gös­tə­rir­di. «Sən axı bi­lir­sən, Mi­xail, bu qəl­bin rit­mi heç vaxt di­gər­lə­ri­nin rit­mi ilə tən gəl­mə­yib və onun ahən­gi baş­qa ahəng­lə­rə heç nə ilə bən­zə­mə­yib» (12, s.482)
Ə­rəb ya­zı­çı­la­rı­nın əsər­lə­rin­də Cib­ra­nın ro­man­tik şəx­siy­yə­ti onun fər­di­li­yi­nin və ori­ji­nal­lı­ğı­nın ön pla­na çə­kil­mə­si ilə məh­dud­laş­ma­ya­raq, ədi­bin ədə­biy­yat və cə­miy­yət hə­ya­tın­da­kı, ge­niş mə­na­da, mis­si­ya­sı, fay­da­lı­lı­ğı­nın mey­da­na çı­xa­rıl­ma­sı ilə bağ­lı­dır. Sö­zü­ge­dən cə­hət də ro­man­tik ədə­biy­yat­dan qay­naq­la­nır. A.S.Dmit­rie­vin yaz­dı­ğı ki­mi: «Ro­man­tik­lə­rin əsər­lə­ri ara­sın­da in­san şəx­siy­yə­ti­nin özü­nü­qiy­mət­lən­dir�­mə­si onun fər­di­li­yin­də o qə­dər ifa­də olun­mur, nəin­ki xal­qın fay­da­sı adı­na ümu­mi işə xid­mə­tə is­ti­qa­mət­lən­di­ril­miş sub­yek­tiv cəhd­lə­rin­də» (11, s.14). Bu mə­sə­lə­lə­ri Azər­bay­can ədə­biy­ya­tı nü­mu­nə­sin­də nə­zər­dən ke­çi­rən K.Ə­li­yev XX əs­rin əv­vəl­lə­rin­də ro­man­tik ya­zı­çı və şair­lə­rin öz əsər­lə­rin­də və­tən­daş­lıq me­yar­la­rı­na, sə­nət­ka­rın ic­ti­mai mis­si­ya­sı­na - xal­qın hə­ya­tı və ta­le­yi­nə bağ­lı­lıq möv­zu­la­rı­na üs­tün­lük ver­dik­lə­ri­ni qeyd edir (4, s.122). Ümu­miy­yət­lə, ro­man­tik ədə­biy­yat in­san şəx­siy­yə­ti­nə çox yük­sək qiy­mət ve­rir. K.Ə­li­yev ya­zır ki, ro­man­tizm es­te­ti­ka­sın­da in­sa­na rəğ­bət ya­zı­çı­nın sub­yek­tə mü­na­si­bə­tin­dən irə­li gə­lir. Şüb­hə­siz ki, ro­man­tik­lə­rin ya­ra­dı­cı­lı­ğın­da sub­yek­tiv «Mən» əsas yer tu­tur, o şəx­siy­yət və sə­nət­ka­rın dün­ya­sı­dır (4, s.119). Təd­qi­qat­çı, haq­lı ola­raq, bu cə­hə­tin di­gər ya­ra­dı­cı­lıq is­ti­qa­mət­lə­ri­nə nis­bə­tən ro­man­tizm­də da­ha güc­lü və ay­dın ol­du­ğu­nu ifa­də edir ki, bu­nu biz də is­tər Cib­ran ob­ra­zı­na ten­den­si­ya­da, is­tər­sə də Cib­ra­nın öz ədə­bi ir­sin­də ro­man­tik qəh­rə­man­la­ra mü­na­si­bət kon­teks­tin­də əsas­lan­dı­ra bi­lə­rik. Məhz be­lə bir cə­hət ro­man­tik şəx­siy­yət cə­miy­yə­tin ri­fa­hı na­mi­nə ça­lış­sa da, cə­miy­yət tə­rə­fin­dən re­al za­man­da qə­bul olun­mur. Tə­sa­dü­fi de­yil ki, M.Nüay­mə Cib­ran ob­ra­zı­nın, konk­ret ola­raq, sə­ciy­yə­sin­dən da­ha əv­vəl bu prob­lem­lə­rə işa­rə edir: «Gün gə­lə­cək ki, nə­və­lə­ri­miz və nə­ti­cə­lə­ri­miz bi­zim si­ya­sə­ti­mi­zə və ha­ki­miy­yə­ti­mi­zə is­teh­za edə­cək, la­kin bi­zim in­di Əbu əl-Əla, İbn əl-Fa­rid, İbn əl-Mu­qəf­fə­yə gül­mə­di­yi­miz ki­mi on­lar da ağ­lı­mı­zın ya­rat­dı­ğı, qəl­bi­mi­zi və ru­hu­mu­zu ta­mam­la­yan şey­lə­rə heç za­man gül­mə­yə­cək­lər, və şüb­hə yox ki, hə­min za­man­lar­da on­la­ra «siz bə­zək şey­lə­ri ya­ra­dır­sı­nız. Biz isə ən va­cib olan əş­ya­la­ra be­lə eh­ti­yac du­yu­ruq» de­yən­lər ol­muş­dur (6, 259). Ey­ni mü­na­si­bə­tin ifa­də­si­ni Əmin ər-Rey­ha­ni­nin «Cib­ra­na» poe­ma­sın­da da mü­şa­hi­də edi­rik: «Bi­zim Şərq və Qərb qar­şı­sın­da­kı xid­mət­lə­ri­mi­zi za­man müəy­yən edə­cək, in­san­la­ra fay­da na­mi­nə bü­tün ya­rat­dıq­la­rı­mı­zı gə­lə­cək qiy­mət­lən­di­rə­cək (16, s.80). Gö­rün­dü­yü ki­mi, müəl­lif­lər, Cib­ra­nın ide­ya­la­rı­nın müəy­yən müd­dət qə­bul olun­ma­ma­sı fak­tı­na diq­qət ye­tir­mək­lə, onun ro­man­tik ob­ra­zı­nı aç­ma­ğa ça­lı­şır­lar.
M.Nüay­mə­yə gö­rə, Cib­ran öz dü­şün­cə­lə­rin­də üs­yan­kar­dır, in­qi­lab­çı­dır: «Mə­nim üçün Cib­ran Xə­lil Cib­ran - hər şey­dən əv­vəl, in­qi­lab, in­qi­la­bın özü­dür. «Üs­yan­kar» - be­lə ad­lan­dır­dı­lar onu baş­qa­la­rı, özü də be­lə ad­lan­dır­dı. Axı o, in­qi­lab­çı­dır, in­qi­la­bın baş­lan­ğı­cı ilə üs­yan­dır. La­kin in­qi­lab bu sər­həd­də da­yan­mır: o məhv edir, da­ğı­dır, kö­kü­nü kə­sir və ey­ni za­man­da, ti­kir...» (6, s.260)
M.Nüay­mə tə­rə­fin­dən Cib­ra­nın be­lə təq­di­mi ərəb ədə­biy­ya­tı­na möv­zu və mün­də­ri­cə, ide­ya və for­ma ba­xı­mın­dan ye­ni­lik­lər gə­tir­miş sə­nət­ka­ra sub­yek­tiv mü­na­si­bə­tin ifa­də­si­dir. Cib­ra­nın ya­ra­dı­cı­lı­ğı­na bu tip­dən ya­naş­ma tər­zi son­ra­lar da da­vam et­miş­dir: «...Cib­ran ərəb ədə­biy­ya­tın­da ilk hə­qi­qi in­qi­lab­çı­dır (21, s.194). Müəl­lif qeyd edir ki, onun 1906-cı il­də nəşr et­di­yi ilk ki­tab­la­rın­dan bi­ri olan «Va­di­nin gə­lin­lə­ri»n­də azad­lıq və bir­lik ki­mi ye­ni ide­ya­lar öz ək­si­ni tap­mış­dır (21, s.194). Qi­yam­çı­lıq, üs­yan­kar­lıq, ilk növ­bə­də, şai­rin dün�­ya�­gö­rü­şün­də idi. Cib­ra­nın yo­lu­nun mü­rək­kəb ol­du­ğu­nu qeyd edən A.İ­man�­qu­li­ye­va haq­lı ola­raq ya­zır: «O­nun qi­yam­çı­lı­ğı nə­ti­cə­də Qərb ədə­biy­ya�­tın­da­kı ro­man­tik qi­yam­dan fərq­li ola­raq, özü­nə­məx­sus sə­ciy­yə kəsb et­miş­dir. Bu fərq, hər şey­dən əv­vəl, ro­man­tik şəx­siy­yət­lə cə­miy­yət ara­sın�­da­kı əla­qə­lə­rin tam qı­rıl­ma­ma­sın­da, ərəb ənə­nə­sin­də şai­rin pro­fe­tik ro­lu ba­rə­də tə­səv­vür­lər­də, həm də Cib­ra­nın fəl­sə­fi fi­kir­lə­rin­də özü­nü gös­tə­rir (2, s.123). Bu­ra­da ro­man­tik ədə­biy­ya­tın key­fiy­yət­lə­ri­ni nə­zər­dən qa­çır­maq müm­kün de­yil. Ro­man­tizm es­te­ti­ka­sın­da hə­qi­qət, xe­yir və gö­zəl­li­yin vəh­də­ti çox mü­hüm yer tu­tur. Ro­man­tik ya­zı­çı­nın cə­miy­yə­tə qar­şı çıx­ma­sı, ge­niş an­lam­da onun hə­qi­qət ax­ta­rı­şı məq­sə­di­nə yö­nəl­di­lir, o bu məq­sə­di ümu­mi xe­yir və fay­da na­mi­nə edir, yə­ni bu­ra­da sə­bəb zid­diy­yət de­yil, fay­da­lı­lıq ki­mi çı­xış edir və bü­tün bun­lar nə­ti­cə eti­ba­ri­lə gö­zəl­lik ya­ra­dır. V.V.Vans­lov sö­zü­ge­dən cə­hə­ti də­yər­lən­di­rər­kən ya­zır: «Nə qə­dər ki, ro­man­tik idea­lın məz­mu­nu tə­min olun­ma­yan bur­jua hə­yat tər­zi­nə qar­şı səs­lə­yən cəhd və ar­zu­lar, gö­zəl­lik, azad­lıq və in­sa­nın xoş­bəxt­li­yi na­mi­nə ona yö­nəl­dil­miş hu­ma­nist eti­raz idi­sə, o qə­dər də bu ideal ro­man­tik­lər tə­rə�­fin�­dən hə­qi­qət, xe­yir və gö­zəl­li­yin vəh­də­ti ki­mi təq­dim olu­nur­du» (8, s.356).
Bu mə­sə­lə­yə öz mü­na­si­bə­ti­ni təd­qi­qat­çı «Gö­zəl­lik prob­lem­lə­ri» əsə­rin­də də da­ha əv­vəl ifa­də et­miş, hə­qi­qət, xe­yir və gö­zəl­li­yin es­te­tik fi­kir­də uzun müd­dət­dən bə­ri doğ­ma ba­cı­lar ki­mi çı­xış et­di­yi­ni və bu üç­lü­yün dün­ya in­cə­sə­nə­ti­nin ən şe­devr əsər­lə­rin­də rea­li­zə olun­du­ğu­nu gös­tər­miş­dir.
Bu­ra­da müəl­lif Cib­ra­nın ya­ra­dı­cı­lıq xü­su­siy­yət­lə­ri­nə diq­qət ye­ti­rir əsər­lə­ri­nin di­li və kom­po­zi­si­ya xü­su­siy­yət­lə­ri, ədə­bi for­ma­la­ra mü­ha­fi­zə­kar ten­den­si­ya­ya qar­şı ye­ni tə­ma­yül­lər­dən çı­xış et­mə­si mə­sə­lə­lə­rin­dən bəhs edir: «Hə­qi­qə­tən Cib­ra­nın üs­lu­bu, şeir­lə­ri­nin me­lo­di­ya­sı, təs­vi­ri­nin də­qiq­li­yi kom­po­zi­si­ya və şər­hin gö­zəl­li­yi haq­qın­da bir ye­ni an­la­yış bəxş edir». Tən­qid­çi şai­rin mən­sur şeir­lə­ri­ni, on­la­rın da­xi­li və xa­ri­ci har­mo­ni­ya­sı­nı mü­ha­fi­zə­kar klas­sik ənə­nə­yə sa­diq­lik prin­si­pi­nə qar­şı qo­yur (6, s.260). Cib­ra­nın «Bu ge­cə» şei­ri, M.Nüay­mə­yə gö­rə, ye­ni şei­rin çox par­laq nü­mu­nə­lə­rin­dən­dir.
Bu ten­den­si­ya­nı Əmin ər-Rey­ha­ni­nin ro­man­tik poe­ma­sın­da da­ha ay­dın gö­rü­rük. Li­van­da do­ğu­lan, Pa­ris­də və Nyu-York­da təh­sil alan və fəa­liy­yət gös­tə­rən Cib­ra­nın ya­ra­dı­cı­lı­ğın­da Şərq və Qərb mə­də­niy­yə­ti­nin özü­nə­məx­sus sin­te­zin­dən bəhs edən Rey­ha­ni ya­zır: «Ə­də­biy­ya­ta o, ye­ni üs­lub və ye­ni fi­kir­lər gə­tir­di. Və hə­min xalq­lar ki, əv­vəl­lər Şər­qə xor ba­xır­dı­lar, in­di onun sə­si­ni eşit­di­lər» (16, s.79).
M.Nüay­mə və Əmin ər-Rey­ha­ni­nin əsər­lə­rin­də Cib­ran­la bağ­lı ən mü­hüm cə­hət şai­rin və­tən və mil­lət dü­şün­cə­lə­ri­dir. Nüay­mə­yə gö­rə, Cib­ran əsr­lər­lə sus­muş Li­va­nın, ərəb mil­lə­ti­nin duy­ğu və cəhd­lə­ri­nin sə­si­dir. Bu­ra­da müəl­lif va­ris­lik prin­si­pi­nə to­xu­nur. M.Nüay­mə Cib­ra­nın in­gi­lis dil­li bə­dii ya­ra­dı­cı­lı­ğın­da da, ərəb di­lin­də­ki ki­mi, çox güc­lü ol­du­ğu­nu eti­raf edən Qərb dün­ya­sı­na ərəb ya­zı­çı­sı­nın mil­li ədə­bi-ta­ri­xi ənə­nə­lə­ri­nin ru­hun­da kök­lən­di­yi­ni, və­tən­dən kə­nar­da ya­şa­sa da, və­tə­nin, mil­lə­tin sə­si ol­du­ğu­nu söy­lə­yir: «Cib­ra­nın yaz­dıq­la­rı­nı gö­rən za­man ru­hu­ma Li­va­nın eh­ti­ra­sı to­xun­du; göz­lə gö­rü­lə­cək qə­dər Li­van dağ­la­rı­nın əzə­mə­ti­ni və bö­yük­lü­yü­nü duy­dum, Li­va­nın gü­cü­nü hiss et­dim: Mən onun çay­la­rı­nın nəğ­mə­si­ni eşi­dib, rey­han­la­rı­nın ət­ri­ni duy­dum. Cib­ra­nın nəsr və nəzm əsər­lə­rin­də və­tə­nin nəb­zi dö­yü­nür və qəl­bi çır­pı­nır» (6, s.262). Müəl­li­fə gö­rə, Cib­ran uzun za­man­dan bə­ri sus­muş Li­va­nın ilk da­nı­şan di­li­dir. Hə­min xü­su­siy­yət­lər bir tə­rəf­dən Cib­ra­nın şəx­siy­yə­tin­dən, ya­ra­dı­cı­lıq ideal­la­rın­dan irə­li gə­lir­di­sə, di­gər tə­rəf­dən ro­man­tik şa­ir tə­fək­kü­rü ye­nə də ey­ni mən­bə­dən qay­naq­la­nır­dı. Bu­ra­da ro­man­tik ədə­biy­yat üçün çox xa­rek­te­rik olan bir xü­su­siy­yət də mey­da­na çı­xır: Və­tən kul­tu. Sö­zü­ge­dən cə­hət ro­man­tik şair­lər­də müx­tə­lif for­ma­lar­da tə­za­hir et­mək­də­dir. Və­tə­nin əs­ra­rən­giz tə­biə­tin­dən bəhs et­mək, onun mə­nə­vi də­yər­lə­ri­ni, əzə­mət və ta­ri­xi­ni tə­biə­ti­nin ele­ment­lə­ri ilə sim­vol­laş­dır­maq ro­man­tik əsər­lər­də tez-tez tə­sa­düf edi­lən cə­hət­lər­dən­dir. «Doğ­ma tor­pa­ğın kul­tu bu və ya di­gər də­rə­cə­də bü­tün ro­man­ti­zim üçün ümu­mi­dir və ey­ni za­man­da, şair­lə­rin şəx­si hə­yat şə­rai­ti­lə əla­qə­dar ola­raq, tez-tez də­rin və­tən­pər­vər mə­na kəsb edir». (18, s.242).
Söz­süz ki, mü­ha­cir ya­zı­çı­lar bu mə­na­da xü­si­si­lə fəq­lə­nir ki, Cib­ra­nın ya­ra­dı­cı­lı­ğın­da hə­min cə­hət­lə­ri mü­şa­hi­də edən M.Nüay­mə şa­ir ob­ra­zı­nın sə­ciy­yə­sin­də də on­lar­dan yan keç­mir. Cib­ra­nın mil­li şa­ir ob­ra­zı Əmin ər- Rey­ha­ni­nin poe­ma­sın­da da­ha par­laq ro­man­tik bo­ya­lar­la təs­vir olun�­muş�­dur. Cib­ra­nın ədə­biy­ya­ta gə­li­şi­ni şa­ir be­lə sə­ciy­yə­lən­di­rir: “Bu şad xə�­bə�­ri eşi­din: Li­van dağ­la­rın­da ruh oya­nır” (16, s.75) Rey­ha­ni­yə gö­rə, «Cib­ran Şər­qin sə­si­ni eşi­dir, dərk edir və öz ədə­bi-fəl­sə­fi ir­sin­də ye­ni­dən dir­çəl­dir, bə­yan edir. O, Şərq­dən mə­kan ba­xı­mın­dan uzaq­la­şır. La­kin ay­rıl­mır. "Cib­ran ya­ban­cı tor­paq­da çı­xış edir­di, la­kin doğ­ma ilə - ürə­yin­də özüy­lə apar­dı­ğı o tor­paq­la möh­kəm bağ­lı idi. Ar­zu və il­ham də­qi­qə­lə­rin­də o tək de­yil­dir" (16, s.77.)
Və­tə­nin sə­si an­la­mın­da çı­xış edən ro­man­tik şai­rin top­lu­mu ifa­də et­mə­si mə­na­sı ikin­ci bir tə­rəf­dən onun hu­ma­nist gö­rüş­lə­ri ilə şərt­lə­nir. Çün­ki V.V.Vans­lo­vun qeyd et­di­yi ki­mi, hə­qi­qi sə­nət­kar nə za­hi­ri, şəx­si şöh­rət, nə də oxu­cu­la­rı­nı ra­zı sal­maq üçün de­yil, in­cə­sə­nə­tin mə­na və məz­mu­nu üçün ya­ra­dır. Onun fəa­liy­yə­ti­nin məq­sə­di özü yox, in­cə­sə­nə­ti­dir. So­nun­cu - şəx­si şöh­rə­tə va­si­tə de­yil, fəa­liy­yət isə bir çox in­san­la­ra zə­ru­ri­dir (8, 169). C.X.Cib­ra­nın hu­ma­niz­mi və­tən­daş­lı­ğı ilə məh­dud­laş­mır, ro­man­tik ya­zı­çı ki­mi Cib­ran hu­ma­niz­mi­nin hü­dud­la­rı çox ge­niş­dir.
M.Nüay­mə və Əmin ər-Rey­ha­ni­nin ədi­bə həsr et­dik­lə­ri əsər­lə­ri­nin nü­mu­nə­sin­də Şərq-Qərb prob­le­mi­nə hu­ma­nist ya­naş­ma­nın par­laq ifa­də­si­ni da­ha ay­dın mü­şa­hi­də et­mək müm­kün­dür. M.Nüay­mə Cib­ran haq­qın­da ya­zır: «Hiss­lə­ri­ni giz­lət­mə­yən, su­suz­lu­ğu­nu sön­dür­mə­yən, eh­ti­ra­sın atə­şi­ni boğ­ma­yan qəlb - bu xü­su­si bir qəlb­dir. Onu adi öl­çü­lər­lə ölç­mək ol­maz. Və əgər biz onun cəhd­lə­rin­də zid­diy­yət­lər gö­rü­rük­sə, bu ona gö­rə­dir ki, on­lar­dan bə­zi­lə­ri­ni - şər­qə və qər­bə, di­gər­lə­ri­ni -şi­ma­la və cə­nu­ba tul­la­yır (6, 263). Tə­sa­dü­fi de­yil ki, Cib­ran Şərq və Qərb ara­sın­da­kı sər­hə­di aş­maq və öz sə­si­ni təs­diq et­mək­lə az tə­sa­düf olu­nan ya­zı­çı­lar­dan he­sab olun­maq­da­dır. (21, 2)
C.X.Cib­ra­nın M.Nüay­mə­yə yaz­dı­ğı 24 may 1920-ci il ta­rix­li mək­tu­bun­da da ədi­bin in­san­lar haq­qın­da hu­ma­nist dü­şün­cə­lə­ri­nin şa­hi­di olu­ruq. Bos­ton xa­nım­la­rı­nın mü­tə­rəq­qi fi­kir­lə­ri ilə Su­ri­ya­nın sa­də, avam qa­dın­la­rı­nın dü­şün­cə­lə­rin­də­ki uyar­lıq­dan da­nı­şar­kən Cib­ran ya­zır: «Hə­yat ey­ni­dir, Mi­xail və o, özü­nü Li­van kənd­lə­rin­də də Bos­ton, Nyu-York, San-Fran­sis­ko­da ol­du­ğu ki­mi bi­ru­zə ve­rir» (12, 481).
Qeyd et­di­yi­miz ki­mi, M.Nüay­mə­nin Cib­ra­na həsr et­di­yi mə­qa­lə ya­zı­çı­nın «Tu­fan­lar» ki­ta­bın­dan bəhs edir. Bu ba­xım­dan, tən­qid­çi «Tu­fan­lar» ki­ta­bı­na da­xil olan mən­sur şe­ir və he­ka­yə­lər­dən bə­zi­lə­ri üzə­rin­də ay­rı­ca da­ya­nır. La­kin bu­ra­da əsas məq­səd Cib­ra­nın bü­töv­lük­də ya­ra­dı­cı­lı­ğı üçün xas olan baş­lı­ca möv­zu və prob­lem­lər ət­ra­fın­da dü­şün­cə­lər­dir. İn­sa­nın və da­ha çox şa­ir ob­ra­zı­nın tən­ha­lı­ğı, azad­lıq, si­vi­li­za­si­ya və tə­biət, də­li­lik, kə­dər ki­mi ro­man­tik ədə­biy­yat­dan qay­naq­la­nan möv­zu­lar Nüay­mə­nin Cib­ran haq­qın­da­kı dü­şün­cə­lə­ri­nin əsas ob­yekt­lə­ri­dir.
C.X.Cib­ran ob­raz­la­rın­da da­nı­şan sə­nət­kar­lar­dan­dır. M.Nüay­mə də bu cə­hə­tə diq­qət ye­tir­miş, ya­zı­çı­nın təh­lil et­di­yi «Şair», «Qə­bir­qa­zan», «Məğ­rur bə­növ­şə» və di­gər əsər­lə­rin­dən da­nış­dıq­da be­lə müəl­lif ob­ra­zı­nı ön pla­na çək­miş­dir. Ya­zı­çı­nın «Mən bu dün­ya­ya ya­dam» de­yən «Şair» əsə­rin­dən çı­xış edə­rək M.Nüay­mə qeyd edir ki, şa­ir qəl­bi da­im giz­li olan pər­də­lə­ri da­ğı­dır, san­ki onun iki qəl­bi var: araş­dı­ran və araş­dı­rı­lan, ay­dın və giz­li ma­hiy­yət. Bu iki qəlb və ma­hiy­yət ara­sın­da şai­rin ru­hu do­la­şır o, bu fi­kir və ar­zu­la­rı ifa­də et­mək is­tə­dik­də isə, an­la­yır ki, «dün­ya­da elə bir in­san yox­dur ki, onun di­lin­də heç ol­ma­sa bir söz an­la­sın» (Cib­ran) M.Nüay­mə­yə gö­rə, Cib­ra­nın ya­ra­dı­cı­lı­ğın­da bi­zə ay­dın ol­ma­yan və çə­tin an­la­şı­lan fi­kir­lər, məhz, bu­ra­dan qay­naq­la­nır. La­kin ro­man­tik ədə­biy­ya­tın priz­ma­sın­dan ya­naş­dıq­da, tən­qid­çi­nin sub­yek­tiv ten­den­si­ya­sı­nın nə­zə­ri-es­te­tik cə­hət­lə­ri­nə ay­dın­lıq gə­tir­mək müm­kün­dür.


Ro­man­tik ədə­biy­yat­da şa­ir tə­xəy­yü­lü­nə xü­su­si yer ve­ri­lir. O, idea­lın real­lı­ğa ötü­rü­cü­sü, ya­ra­dan və in­san ara­sın­da mə­nə­vi kör­pü­nü tə­min edən el­çi­dir. "Ro­man­tik­lər üçün tə­xəy­yül əsas­dır, çün­ki bu dü­şün­cə­lər­siz on­la­rın poe­zi­ya­sı müm­kün de­yil. On­la­rın tə­xəy­yü­lə ina­mı şəx­si inam­la­rı­nın ən va­cib his­sə­lə­rin­dən­dir" (23, 4). Tə­sa­dü­fi de­yil ki, gör­kəm­li in­gi­lis ro­man­ti­ki «Kold­ric dö­nə-dö­nə poe­tik tə­xəy­yü­lün məh­su­lu­nu ya­ra­dı­lı­şın ila­hi ak­tı ilə mü­qa­yi­sə edir» (17, s.154) Ro­man­tik­lə­rin "poe­tik ya­ra­dı­cı­lı­ğın­da emo­sio­nal şə­rait və tə­xəy­yü­lün əsas ol­du­ğu­nu" (5, 159) söy­lə­yən Q.V.A­ni­ki­nin fi­kir­lə­ri ilə ra­zı­la­şa­raq qeyd et­mək la­zım­dır ki, məhz, bu ba­xım­dan da ro­man­tik şa­ir dü­şün­cə­lə­ri ilə cə­miy­yət ara­sın­da müəy­yən za­man da­xi­lin­də an­la­şıl­maz­lıq sfe­ra­sı mey­da­na çı­xır, onun ya­ra­dı­cı fəa­liy­yə­ti sö­zü­ge­dən ədə­bi-nə­zə­ri sis­tem­də pey­ğəm­bər mis­si­ya­sı ilə ana­lo­gi­ya­ya gə­ti­ri­lir. M.Nüay­mə Cib­ra­nın çə­tin qə­bul olu­nan və an­la­şı­lan fi­kir­lə­ri haq­qın­da ya­zır: «O­la bi­lər, bu on­dan irə­li gə­lir ki, onun ru­hu il­ha­mı­nın coş­ğun­lu­ğun­da o bi­ri dun­ya­ya apa­rı­lır və ora­dan qa­yı­dan za­man özü ilə çox­lu təs­vir və xə­yal­lar gə­ti­rir ki, bun­la­rı şa­ir ye­rin sa­kin­lə­ri üçün dün­ya dil­lə­rin­də tə­səv­vü­rə gə­tir­mə­yə ça­lı­şır. La­kin on­lar qa­ran­lıq və qey­ri-müəy­yən alı­nır. Şa­ir isə bu xə­yal­la­rın əsa­rə­tin­də qa­lır, on­la­rın sir­lə­ri­ni aç­ma­ğa, mə­na­la­rı­nı ay­dın­laş­dır­ma­ğa təş­nə du­yur, uzaq və məc­hu­la cəhd­lə­ri onu «qəd­dar tən­ha­lıq və dö­zül­məz həs­rə­tə» dü­çar edir» (6, 265). Ro­man­tik şai­rin tən­ha­lı­ğı möv­zu­su da əs­lin­də müəy­yən mə­na­da, qeyd olu­nan cə­hət­lər­dən qay­naq­la­nır. Sö­zü­ge­dən xü­su­siy­yət­lə­ri ro­man­tiz­min uy­ğun es­te­tik kon­sep­si­ya­la­rın­da da mü­şa­hi­də et­mək müm­kün­dür. Ro­man­tiz­min es­te­tik mə­sə­lə­lə­rin­dən bəhs edən V.V.Vans­lov ya­zır ki, ro­man­tik an­lam­da sə­nət­ka­rın ru­hu real­lı­ğa ya­ban­çı ola­raq idea­la məx­sus­dur. Məhz sə­nət­kar gö­zəl­li­yə olan cəhd­lə­ri ilə idea­lın re­al da­şı­yı­cı­sı­na çev­ri­lir. Bu ba­xım­dan da, təd­qi­qat­çı­ya gö­rə, sə­nət­ka­rın qəl­bi gö­zəl­lik me­yar­la­rı ilə öl­çü­lür (8, 168). Poe­zi­ya və şa­ir möv­zu­la­rın­da uy­ğun ifa­də tər­zi­ni C.X.Cib­ra­nın bəh­rə­lən­di­yi in­gi­lis ro­man­tik­lə­rin­də də gör­mək olar. P.B.Şel­li poe­zi­ya­nı ila­hi bir akt he­sab edir (15,283). Ədi­bə gö­rə, şair­lər qa­nun­ve­ri­ci və pey­ğəm­bər­lə­rin fəa­liy­yə­ti­ni ey­ni za­man­da bir­ləş­di­rən se­çil­miş­lər­dir (15, 263.) Şa­ir tə­xəy­yü­lə bö­yük önəm ve­rir, yal­nız il­ha­mın məh­su­lu olan poe­zi­ya­nı qə­bul edir (15, 295). «Poe­zi­ya bü­tün bi­lik­lə­rin əv­və­li və son həd­di­dir, o həm də in­san qəl­bi ki­mi ölüm­süz­dür» de­yən U.­Vordsvort onu id­ra­kın ru­hu və cöv­hə­ri he­sab edir. Ədi­bə gö­rə, şa­ir keç­mi­şə və gə­lə­cə­yə ba­xır, o, qar­şı­lıq­lı an­laş­ma və sev­gi gə­ti­rən, in­san­la­rın ha­va­da­rı və qo­ru­yu­cu­su­dur (15, 206). M.Nüay­mə də Cib­ra­nın «Sair» əsə­rin­dən gə­tir­di­yi «Sus, ey mə­nim qəl­bim, sa­ba­ha qə­dər» mis­ra­sı­nın nü­mu­nə­sin­də şai­rin kə­də­ri­ni öz öl­kə­sin­də qiy­mət­lən­di­ril­mə­yən pey­ğəm­bər dər­di ilə mü­qa­yi­sə edir: «Qəl­bi­nin qa­nı ilə ya­zır şa­ir kə­də­ri, la­kin in­san­lar onu qır­mı­zı mü­rək­kəb­dən fərq­lən­dir­mir­lər» (6, 273). Nüay­mə­yə gö­rə, Cib­ran «sub­yek­tiv şair­dir": «Mə­nim nə­zə­rim­də «sub­yek­tiv şa­ir» hə­yat ilə ta­ma­mi­lə dol­muş bir şair­dir ki, onu ar­tıq öz şəx­si hiss və dü­şün­cə­lə­rin­dən baş­qa heç nə ma­raq­lan­dır­mır» (6, 267).
Müəl­li­fin nə­zə­rin­də Cib­ra­nın qəl­bi hə­ya­tın özü qə­dər ge­niş­dir və əs­lin­də, hə­yat­da olan hər bir şe­yi o, öz ru­hun­da əxz et­miş­dir, bu­na gö­rə də in­sa­nın və hə­ya­tın hiss­lə­ri, dü­şün­cə­lə­ri, əzab­la­rı, sə­si şai­rə öz qəl­bi ki­mi ya­xın­dır. A.A.­Do­li­ni­na­nın qeyd et­di­yi ki­mi, «ru­ha qar­şı da­ya­nan qor­xunc dün­ya­dan uzaq­laş­ma­ğa cəhd edən «Su­ri­ya-Ame­ri­ka ro­man­tik­lə­ri duy­ğu və emo­si­ya­la­rı ilə zən­gin olan öz can­lı ruh­la­rı­nı ona qar­şı qo­yur­du­lar (13, s.13).
Şair ob­ra­zın­da onun qəl­bi, ru­hu, yə­ni mə­nə­viy­yat mə­sə­lə­lə­ri ön plan­da ol­du­ğu üçün, qeyd olun­du­ğu ki­mi, bu­nun­la bağ­lı in­sa­nın tən­ha­lı­ğı möv­zu­su da ro­man­tik ədə­biy­yat­da tez-tez tə­sa­düf olu­nur. M.Nüay­mə C.X.Cib­ra­nın "Şa­ir" şei­rin­də bu mə­sə­lə­lə­rə də diq­qət ye­tir­miş­dir. Tən­qid­çi­yə gö­rə, Cib­ra­nın, de­mək olar ki, bü­tün qəh­rə­man­la­rı dün­ya­dər­ki və tən­ha­lı­ğa cəh­di, öz həs­rət və eh­ti­ras­la­rı ilə şair­lə bir­lə­şir. Bu­ra­dan da Cib­ra­nın tən­ha­lıq və həs­rət­dən mü­tə­ma­di ola­raq bəhs et­mə­si, yu­xa­rı­da söy­lə­ni­lən di­gər mə­sə­lə­lə­ri də nə­zə­rə al­maq­la, Nüay­mə­yə tə­bii gö­rü­nür. «Tu­fan­lar» ki­ta­bı­na da­xil olan bir sı­ra əsər­lər­də be­lə, tən­ha in­san ob­raz­la­rı mü­şa­hi­də olu­nur. Hə­min cə­hə­tə diq­qət ye­ti­rən A.İ­man­qu­li­ye­va ya­zır: «Qeyd edək ki, «Tu­fan­lar» he­ka­yə­sin­də və bir sı­ra baş­qa əsər­lər­də Cib­ra­nın ro­man­tik qəh­rə­ma­nı özü­nü bö­yük işə həsr edən mü­ba­riz yox, öz da­xi­li alə­mi­nə çə­kil­miş xə­yal­pər­vər­dir. Onun fər­diy­yət­çi­li­yi us­yan həd­di­nə ça­ta bil­mir, o, ger­çək­li­yə qar­şı məğ­rur tən­ha­lı­ğa qa­pıl­maq­la du­rur (2, s.111). N.Nüay­mə «Qə­bir­qa­zan» əsə­ri üzə­rin­də də da­yan­mış, Yu­sif ər-Fəx­ri­ni Cib­ra­nın tən­ha ob­raz­la­rı­nın ba­riz nü­ma­yən­də­si ki­mi qiy­mət­lən­dir­miş­dir. Bu tip­dən olan tən­ha in­san ob­raz­la­rı ro­man­tik ədə­biy­ya­tın əsas key­fiy­yət­lə­rin­dən bi­ri­dir. "Ro­man­tik qəh­rə­man (bu, bir qay­da ola­raq sə­nət­kar, bəs­tə­kar) onu əha­tə edən ali mə­nə­vi hiss­lər­lə de­yil, rə­zil, mad­di ma­raq­lar­la ya­şa­yan­la­rın da ol­du­ğu cə­miy­yət­də özü­nü tən­ha hiss edir" (10, s.4). Ey­ni xü­su­siy­yət­lər­lə Cib­ra­nın qəh­rə­man­la­rı­nın ta­le­yin­də də rast­la­şı­rıq.
Ro­man­tik ədə­biy­yat­da cə­miy­yət­dən uzaq­la­şan tən­ha in­san, adə­tən, tə­biə­tə ya­xın­la­şır və bu kon­tekstdə cə­miy­yət və tə­biət, tə­biət və si­vi­li­za­si­ya prob­lem­lə­ri mey­da­na çı­xır.
M.Nüay­mə «Tu­fan­lar­»ın tu­fa­nı» mə­qa­lə­sin­də bu möv­zu­dan da yan keç­mir. Cib­ra­nın ədə­bi-fəl­sə­fi ir­si üçün sö­zü­ge­dən möv­zu həm ay­rı­lıq­da tə­biət, həm də si­vi­li­za­si­ya və tə­biət as­pekt­lə­rin­də çe­şid­li nü­mu­nə­lər­lə zən­gin­dir. M.Nüay­mə­nin Yu­sif əl-Fəx­ri, Sul­ban, İb­lis ki­mi ob­raz­la­rın­dan da­nı­şar­kən söy­lə­di­yi "təc­cüb­lü de­yil ki, biz bu qəh­rə­man­lar ara­sın­da tam ox­şar­lıq gö­rü­rük, bax­ma­ya­raq ki, on­la­rın ad­la­rı müx­tə­lif­dir, bu ad­lar ey­ni bir ada­mın­dır və bu adam - Cib­ran Xə­lil Cib­ran­dır" fi­kir­lə­ri müəl­li­fin şai­rin ya­ra­dı­cı­lı­ğın­da­kı sö­zü­ge­dən mə­sə­lə­lə­rə mü­na­si­bət­dən irə­li gə­lir: «Və on­lar ha­mı­sı kin bəs­lə­yə­rək si­vi­li­za­si­ya­dan qa­çır­lar və bi­zə müəm­ma­lı olan eh­ti­ras­lar, fi­kir­lər, ar­zu­lar alə­min­də ya­şa­ya­raq dün­ya­nın his­si qav­ra­mı­nın sər­həd­lə­ri­nə da­xil ol­ma­ğa cəhd edir­lər (6, 268).
1922-ci il­də M.Nüay­mə­yə yaz­dı­ğı mək­tu­bun­da C.X.Cib­ran tə­biət və si­vi­li­za­si­ya prob­le­mi­nə öz hə­ya­tı və Şərq-Qərb prob­le­mi kon­teks­tin­də ma­raq­lı bir mü­na­si­bət gös­tər­miş­dir: «...Sə­nin «as­ke­tik» fi­kir­lə­rin ta­ma­mi­lə mə­nim­ki­lə­rə uy­ğun­dur. ...Yu­sif əl-Fəx­ri­ni xa­tır­la­yır­san­mı? Ya­dın­da­mı o, si­vi­li­za­si­ya və si­vi­li­za­si­ya­lı in­san­lar haq­qın­da nə fi­kir­də idi?
Mən de­yi­rəm, Mi­şa, gə­lə­cək bi­zi Li­va­nın va­di­lə­ri­nin ya­mac­la­rın­dan bi­rin­də ko­ma­ya kö­çü­rə­cək. Bu ya­lan­çı si­vi­li­za­si­ya so­nu­na­dək ru­hu­mu­zun tel­lə­ri­ni gər­miş və bir az da qal­sa, o qı­rı­la­caq... (12, s.483).
M.Nüay­mə­yə gö­rə, Cib­ra­nın qəh­rə­man­la­rı­nın qey­ri-adi­li­yi onun də­li­li­yə mü­na­si­bə­ti kon­teks­tin­də də ma­raq kəsb edir. Tən­qid­çi ya­zır: «Və Cib­ran özü­nün də­li­lik və də­li­lər haq­qın­da tez-tez səs­lə­nən fi­kir­lə­ri ilə bi­zi o də­rə­cə­yə gə­ti­rir ki, o za­man biz is­tə­mə­dən da­ya­nı­rıq və öz-özü­müz­dən so­ru­şu­ruq: kim­dir də­li, on­lar ya­xud biz?» (6, 268). Müəl­lif Cib­ra­nın «Tü­fan­lar» ki­ta­bın­da möv­zu ilə bağ­lı əsər­lər­lə ya­na­şı, «Ge­cə və də­li», mən­sur şei­ri­ni, bü­töv­lük­də «Də­li» ki­ta­bı­nı da xa­tır­la­dır. Bu də­li­li­yin psi­xo­lo­ji poz­ğun­luq, ya­xud da hiss­lə­rin hə­yə­ca­nı ol­ma­dı­ğı­nı dü­şü­nən M.Nüay­mə ya­zır: «Bu, adət edil­miş hökm və çey­nən­miş qay­da­la­rı rədd et­mək, qəl­bin müt­ləq gö­zəl­lik və saf hə­qi­qə­tə qız­ğın həs­rə­ti ucun­dan on­lar­dan uzaq­laş­maq­dır» (6, 268).
C.X.Cib­ra­nın ədə­bi-fəl­sə­fi ir­sin­də də­li­lik prob­le­mi Şərq və Qərb mən­bə­lə­rin­dən qay­naq­la­nır. Bu, bir tə­rəf­dən, "İla­hi eş­qə düş­mə, pər­va­nə özü­nü nu­ra doğ­ru atıb nur­da var­lı­ğı­nı yox et­mə mə­na­sın­da" ifa­də olu­nan tə­səv­vüf­lə bağ­lı­dır­sa, di­gər tə­rəf­dən, əsa­sın­da Pla­ton fəl­sə­fə­si da­ya­nan V.Şeks­pir və V.Bley­kin da­xi­li işıq­lan­ma, ay­dın­laş­ma ha­lı ki­mi an­la­dıq­la­rı də­li­lik dü­şün­cə­si­nə söy­kə­nir. «Tü­fan­lar» ki­ta­bı­na da­xil olan «Şair» mən­sur şei­rin­də li­rik qəh­rə­ma­nın «mən bu dün­ya­ya ya­dam, mən ya­dam və bax­ma­ya­raq ki, bü­tün dün­ya­ya sə­ya­hət et­mi­şəm, heç bir öl­kə­də elə bir ada­ma rast gəl­mə­mi­şəm ki, mə­ni ta­nı­sın və mə­nə qu­laq as­sın» (12, s.239) söz­lə­rin­də­ki də­li­lik mo­ti­vi in­gi­lis ro­man­tik­lə­ri­nin, xü­su­si­lə, V.Bley­kin dü­şün­cə­lə­ri­nə da­ha ya­xın­dır­sa, «su­sa­mış­dım və öz qa­nı­mı mə­nə içirt­mə­niz üçün siz­lə­rə yal­var­mış­dım. Hə­qi­qə­tən də, bir də­li üçün, öz qa­nın­dan baş­qa, su­suz­lu­ğu­nu sön­dü­rən nə ola bi­lər ki?» (3, s.52) de­yən, «Də­li» ki­ta­bı­na da­xil olan «Çar­mıx­da­kı» əsə­ri­nin qəh­rə­ma­nı tə­səv­vüf gö­rüş­lə­ri ilə bir­lə­şir.
C.X.Cib­ra­nın 1921-ci il­də M.Nüay­mə­yə yaz­dı­ğı mək­tu­bun­da da şai­rin sö­zü­ge­dən mə­sə­lə­yə özü­nə­məx­sus mü­na­si­bə­ti ək­si­ni tap­mış­dır: «Mən de­yi­rəm: də­li­lik - bu, ila­hi əda­lə­tə doğ­ru ilk ad­dım­dır. Də­li ol, Mi­şa, Də­li ol və bi­zə sağ­lam dü­şün­cə­nin pər­də­si ar­xa­sın­da han­sı sir­lə­rin giz­lən­di­yi­ni da­nış. Hə­ya­tın məq­sə­di - hə­min sir­rə ya­xın­laş­maq­dır və də­li­lik ye­ga­nə va­si­tə­dir. Də­li ol və də­li qar­da­şın Cib­ra­nın də­li qar­da­şı ola­raq qal» (12, s.482).
Nə şəx­siy­yət və cə­miy­yət, nə tə­biət və si­vi­li­za­si­ya, nə də cə­miy­yət tə­rə­fin­dən dərk olun­maz­lıq və də­li­lik mə­sə­lə­lə­ri Cib­ra­nı və onun fi­kir­lə­ri­nin da­şı­yı­cı­la­rı olan qəh­rə­man­la­rı­nı, M.Nüay­mə­nin də ifa­də et­di­yi ki­mi, in­san­lar­dan uzaq­laş­dır­mır: «Və əgər qəl­bi oya­nan hər kəs dün­ya­dan uzaq­laş­say­dı, on­da kim olar­dı onun Sok­ra­tı, Pla­to­nu, Mə­həm­mə­di və on­lar ki­mi is­la­hat­çı­lar, mü­tə­fək­kir­lər, şair­lər - dün­ya­nı işıq­lan­dı­ran nur, güc do­ğu­ran qüv­vət? Və nə­ha­yət, biz­də Cib­ran kim olar­dı? (6, 271)
Məhz no­va­tor­lu­ğu, ədə­biy­ya­ta gə­tir­di­yi ye­ni­lik­lə­ri, hu­ma­nist ide­ya­la­rı ilə M.Nüay­mə Cib­ra­nın da­im ya­şa­ya­ca­ğı­na ina­mı­nı ifa­də edir.


Ə­DƏ­BİY­YAT

Əm­rah­lı L. Şəx­siy­yət və cə­miy­yət. "MBM", Ba­kı, 2007.
İ­man­qu­li­ye­va A. Ye­ni ərəb ədə­biy­ya­tı­nın ko­ri­fey­lə­ri. Ba­kı, Elm, 2003
Cib­ran H. De­li, İs­tan­bul, Yön Ya­yın­cı­lık. 1997.
Алиев К. Теория азербайджансого романтизма, Баку, Елм, 2006.
Аникин Г.В. История английской литературы, М.: Высшая школа, 1985.
Арабская романтическая проза ХIХ-ХХ веков. Л.: Художественная литература, 1981.
Айзенштейн Н.А.О гуманистической концепция человека и любви к людам (турецкий критической реализм 30-х годов ХХ в.) Идеи гуманизма в литературах Востока. М.: Наука,1967.
Ванслов В.В. Эстетика романтизма. М.: Исткуство, 1966.
Глускина А.Е. О некоторых чертах гуманизма ранней японский поэзии. Идеи гуманизма в литературах Востока, М.: Наука, 1967.
Гуляев Н.А. Концепция личности в романтическом творчестве Байрона и Пушкина. Вопросы романтизма, К.: Издательство Казанского университета, 1967.
Дмитриев А.С. Теория западно - европейского романтизма. Литературные манифесты западноевропейских романтиков. М.: Издательство Московскова университета, 1980.
Джебран Х.Д. Избранное, Л.: Художественная литература, 1986.
Долинина А.А. Предисловие Арабская романтическая проза. ХIХ-ХХ веков. Л.: Художественная литература, 1981.
Елистратова А.Отношение романтиков к классическому литературному наследству. Европейский романтизм. М.: Наука, 1973.
Зарубежная литература ХIХ века. Романтизм. М.: Высшая школа, 1990.
А.Рейхани. Избранное, Л.: Художественная литература, 1988.
Сенци М. Воображение и верность природе. Философские основы литературной критики Кольриджа. Европейский и романтизм, М.: Наука, 1973.
Хорват К. Романтические воззрения на природу. Европейский романтизм. М.: Наука, 1973.
Шамота Н. О свободе творчества. М.: Художественная литература, 1966.
Лев Шестов. Достоевский и Ницше. М.: АСТ Издательства хранител, 2007.
Bush­rui S. and Jen­kins J.Man and Po­et, Bos­ton, One World Ox­ford, 1999.
Cib­ran K. The trea­su­red wri­tigs. New-York, Cast­le Books.
Bow­ra C.M. The Ro­man­tic ima­gi­na­tion, Camb­rid­ge-Mas­sac­hu­setts, Har­vard Uni­ver­sity Press, 1949.