Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

SƏ­NƏT MƏ­BƏ­Dİ­MİZ
Xro­ni­ka


İslam SADIQ


UILYAM SOMERSET MOEM
SADİQ ARVAD
Üç pər­dəli komediya


Əlihəsən ŞİRVANLI


Şakir XANHÜSEYNLİ


Mubariz CƏFƏRLİ
ƏL
Povest


Ay NUR


Xatirə SADIQOVA


FƏRİD


Faiq HÜSEYNBƏYLİ


Kəramət BÖYÜKÇÖL


Sahib ASLANZADƏ


MƏMMƏD İSMAYILIN BƏXTİNƏ DÜŞƏN GÜN...
Yaxud: budağında quş yuvası bir ağac...


«QƏ­ZƏL DE Kİ...»


Şandor PETEFİ


Zakir SADATLI
GÜNDOĞANDAN GÜNBATANA
I yazı


Uğurlu FƏXRI
NƏSRİN POETİK AXTARIŞLARI


Xatirə QULİYEVA
DÜNYA MAARİFÇİ ƏDƏBİ ESTETİK FİKRİNİN ƏSAS PRİNSİPLƏRİ


Bəsirə ƏZIZƏLIYEVA
LİVANIN DANIŞAN DİLİ
(Əmin Ər-Reyhani və Mixail Nüaymə C.X.Cibran haqqında


Sədaqət HƏSƏNOVA
MİKAYIL MÜŞFİQ və ƏDƏBİ DİLİMİZ


POEZİYA
 

Sahib ASLANZADƏ


 
DİZİNİ DAŞ APARAN OĞLAN

                                    Məmməd Araza

Dizini daş apardı,
Gözünü yaş aparmadı.
Şalvarından dizi çıxmadı... çıxmadı...
Neynim...

Payını "qardaş" apardı,
Dərdini aparmadı.
Dərdi sözə-soya baxmadı... baxmadı...
Neynim...

HƏLƏ UŞAQ YAŞINDADIR

Dünya bir uşaqdır
Körpə bir uşaq,
Gözümüz üstündə bəsləməliyik.
Dünya bir budaqdır,
Yaşıl bir budaq,
Yaşıl taleyini kəsməməliyik.

Dünya bir uşaqdır
Südəmər bir uşaq,
Dünyanın sərhədli beşiyindəyik.
Dünya anam kimi mülayim, yumşaq,
Anamla dünyanın keşiyindəyik.

Dünya bir uşaqdır
Ağlı başında,
Yaxşını yamandan seçir birbəbir.
Dünya bir uşaqdır
Qoca yaşında,
Qocala-qocala müdrikləşibdir.

Dünya bir uşaqdır,
Göz olun ona,
Böyüyüb günəşə, aya qalxacaq,
Bu dünya heyrandı uşaq oynuna,
Böyük oyununa dözməyir ancaq.

ANAM

Məndən nigarandı,
Nigaran anam,
Elə bil, beşikdə körpə bəsləyir.
Məndən nigarandı,
Nigaran anam,
Oturub eyvanda məni gözləyir.

Qələmə aldığım hər nəyim varsa,
Həzin laylasıyla toxuyub anam.
Bir misra üstündə qəlbim qırılsa,
Tezcə ürəyimi oxuyub anam.

Anamım ürəyi mənim taleyim,
Darıxsam, əlini çiynimə qoyar.
Mən nəyi danışım, mən nəyi deyim,
Anam gözləriylə məni qoruyur.

KÜLƏYİN NƏ VECİNƏ

Bir dəli külək hərlənir,
Yerlə göy arasında.
Hərlənir qaramıza düşüb:
Aramıza düşüb,
Sıramıza düşüb,
Kimisə yoracaq.

Bir dəli külək hərlənir,
Bağçada - bağda.
Yarpağa nə var,
Xəzəl olacaq.
Budağa nə var,
O ki var
Bir-birini yolacaq.

Bir dəli külək bu meşəni "talayıb",
Ağacları var köndələn,
Ağacları var göydələn.
Biri küləklərin quyruğudu,
Biri ilahi buyruğudu.
Yazıq pöhrələrin gününə,
Yazıq körpələrin gününə.
Küləyin nə vecinə,
Ələsdi, Vələsdi,
Yoxsa nədi...

DÜNYA BELƏ GETMƏYƏCƏK

Duruşu özündən, boyu özündən,
Çörəyi özündən, suyu özündən.
Ruzusu başından yağan torpağım,
Şər götürməz.

Bir qarış torpaq da bir ulu kənddi,
Bir qarış torpaqda Kərəm olmuşuq.
Torpağı unutmaq ən böyük dərddi,
İşə bax, torpağı bölən olmuşuq.

Şər götürməz
Şüşə kimi bulağım,
Şər götürməz
Şuşa kimi oylağım,
Şər götürməz kökü Koroğlu olan.