Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

SƏ­NƏT MƏ­BƏ­Dİ­MİZ
Xro­ni­ka


İslam SADIQ


UILYAM SOMERSET MOEM
SADİQ ARVAD
Üç pər­dəli komediya


Əlihəsən ŞİRVANLI


Şakir XANHÜSEYNLİ


Mubariz CƏFƏRLİ
ƏL
Povest


Ay NUR


Xatirə SADIQOVA


FƏRİD


Faiq HÜSEYNBƏYLİ


Kəramət BÖYÜKÇÖL


Sahib ASLANZADƏ


MƏMMƏD İSMAYILIN BƏXTİNƏ DÜŞƏN GÜN...
Yaxud: budağında quş yuvası bir ağac...


«QƏ­ZƏL DE Kİ...»


Şandor PETEFİ


Zakir SADATLI
GÜNDOĞANDAN GÜNBATANA
I yazı


Uğurlu FƏXRI
NƏSRİN POETİK AXTARIŞLARI


Xatirə QULİYEVA
DÜNYA MAARİFÇİ ƏDƏBİ ESTETİK FİKRİNİN ƏSAS PRİNSİPLƏRİ


Bəsirə ƏZIZƏLIYEVA
LİVANIN DANIŞAN DİLİ
(Əmin Ər-Reyhani və Mixail Nüaymə C.X.Cibran haqqında


Sədaqət HƏSƏNOVA
MİKAYIL MÜŞFİQ və ƏDƏBİ DİLİMİZ


YENİ TƏRCÜMƏLƏR
 

Şandor PETEFİ


 

YANMAQ ÜCÜN DOĞULAN

Yer­lə Göy ara­sın­da ruh­la­rı ağ­rı çə­kən, gül­lə ya­ra­sın­dan, qı­lınc zər­bə­sin­dən şə­hid­li­yin zir­və­sin­də bağ­rı­qan olan­la­rın sə­si, ha­ra­yı bə­şə­riy­yə­tin, xü­su­si­lə mə­nə­vi alə­min sar­sın­tı­la­rı içə­ri­sin­də ya­şa­yan­la­rın qəl­bin­də hər gün əks-sə­da ve­rir, ürək­lər­də­ki min-min oca­ğın kü­lü­nü, odu­nu ye­ni­dən kö­zər­dir, ye­ni­dən alov­lan­dı­rır.
Ü­rə­yi­ni əbə­di mə­şə­lə dön­də­rən­lə­rin, əf­sa­nə­vi sə­mən­dər qu­şu ki­mi özü­nü oda vu­ran­la­rın, ya­nıb kül olan­la­rın od qı­ğıl­cım­la­rı hə­mi­şə­lik sön­müş ol­say­dı, Qi­ya­mət lap çox­dan qo­par, Tan­rı­nın ümid qa­pı­la­rı ya­rat­dıq­la­rı­nın üzü­nə bir­də­fə­lik bağ­la­nar­dı.
İn­san­lı­ğı bə­la­lar­dan qur­tar­ma­ğa, zül­mət­lə­ri id­rak işı­ğı ilə boğ­ma­ğa ça­lı­şan­la­ra qəsd olu­nan­da Yer də, Göy də təng­nə­fəs olur, qa­ra bu­lud­lar qa­tı­la­şır, sıx­la­şır, se­çil­miş­lə­ri­ni xi­las et­mə­yə Tan­rı­nın da əli çat­mır, bü­tün ya­rat­dıq­la­rı­nın ba­şı üs­tün­də da­ya­nır, gö­zün­dən gil­dir-gil­dir yaş gi­lə­lə­nir...
On il­lər, yüz il­lər axıb əbə­diy­yə­tə qo­vu­şur. Xe­yir Şə­rə qa­lib gə­lən­də kü­lə dön­müş ocaq­lar ruh­la­rın qa­yı­dış ye­ri­nə çev­ri­lir, şə­hid­lə­rin ru­hu işı­ğa çı­xır, alın­lar­da­kı çar­paz qı­rış­lar nur­lu zo­laq­la­ra çev­ri­lir.
Dar ağa­cı­na apa­rı­lar­kən daş­qa­laq olu­nan Həl­lac Mən­su­run, sər­pa so­yu­lan­da Gü­nəş ki­mi qü­rub edən İma­dəd­din Nə­si­mi­nin işı­ğı dü­şür üs­tü­mü­zə bu gün...

Bən­zə­yir kün­də aya­ğım­da də­yir­man da­şı­na,
Qan­lı göz ya­şım­la iş­lər bu də­yir­ma­nım mə­nim! -

de­yən Əf­zə­ləd­din Xa­qa­ni­nin fər­ya­dı eşi­di­lir zin­dan dün­ya­nın göy­lə­rin­dən...
Da­hi­lər heç vaxt bir öl­kə­nin, bir xal­qın sər­həd­lə­ri­nə, hü­dud­la­rı­na sığ­mır...
Be­lə hü­dud-sər­həd sığ­na­ğı ol­ma­yan da­hi­lər­dən bi­ri də ma­car xal­qı­nın cən­ga­vər şai­ri Şan­dor PE­TE­Fİ­DİR.
Cə­mi iyir­mi al­tı il ömür sür­müş Şan­dor Pe­te­fi (1823-1849) dün­ya­da bir işıq zo­la­ğı qo­yub get­miş­dir.
Ya­ra­dı­cı­lı­ğı ilə ilk ta­nış­lı­ğım­dan hə­mi­şə Şan­dor Pe­te­fi­ni qəl­bim­də Mi­ka­yıl Müş­fiq­lə mü­qa­yi­sə et­mi­şəm, əbə­diy­yət üfüq­lə­rin­də on­la­rın ul­duz­la­rı­nı ya­na­şı ya­nan gör­mü­şəm. Mər­hum us­tad Ək­rəm Cə­fər­dən eşit­mi­şəm, Hü­seyn Ca­vid əfən­di de­yir­miş: "Müş­fiq elə bir od­dur ki, özü özü­nü yan­dı­ra­caq..."
Şan­dor Pe­te­fi­də də be­lə bir mis­ra var:

Mə­ni yan­dı­ra­caq içim­də­ki od!
İ­çin­dən ya­nıb-od­la­nan­la­rın ta­le­yi nə qə­dər ox­şar olur­muş...

Şan­dor Pe­te­fi də hə­ya­tın di­bin­dən qal­xıb ayaq tut­muş, yox­sul­luq, mad­di eh­ti­yac ucun­dan təh­si­li­ni ala­ya­rım­çıq qo­yub, ta­le­yin hök­mü ilə hə­ya­tın bu­rul­ğan­la­rı­na atıl­mış və son nə­fə­si­nə, son anı­na qə­dər mü­ba­ri­zə­lər­də ol­muş, ra­hat­lıq, dinc­lik nə ol­du­ğu­nu bil­mə­miş­dir. Ağ­lı kə­sən ki­mi kö­nül­lü ola­raq əs­gər pal­ta­rı gey­miş, gə­zər­gi akt­yor dəs­tə­lə­ri ilə öl­kə­ni gə­zib-do­laş­mış, əla­cı kə­si­lən­də, bəd ayaq­da bir müd­dət ca­nı­nı di­şi­nə tu­tub dəf­tər­xa­na mə­mu­ru iş­lə­miş, fə­qət tə­biə­ti­nə uy­ğun gəl­mə­yən iş­də da­vam gə­tir­mə­miş­dir.
O, ru­hən, tə­biə­tən üs­yan­çı idi. Onun bü­tün əsər­lə­rin­də ba­rış­maz­lıq, ba­şəy­məz­lik, in­sa­ni, bə­şə­ri mə­nəm­lik var. Bu mə­nəm­lik lov­ğa­lıq­dan, tə­kəb­bür­dən, in­sa­na kö­lə ki­mi bax­maq­dan yox, in­sa­na in­san ki­mi ya­naş­maq­dan do­ğur. İn­sa­nın in­sa­na qul ki­mi baş əy­mə­yi­ni gü­nah sa­yır.
Məs­lə­ki, mə­ra­mı və­tə­ni, xal­qı, ümu­mən bə­şə­riy­yə­ti bu­xov­lar­dan, zən­cir­lər­dən, qan-qa­da­dan, əsir­lik­dən-ye­sir­lik­dən uzaq­da gör­mək­dir. Ba­şıaşa­ğı, mü­ti şair­lə­ri qı­na­ğa çə­kir, qa­nı­na çə­kil­miş­lə­ri xal­qa hə­yan ol­ma­ğa ça­ğı­rır, bir əlin­də qə­ləm, bir əlin­də si­lah, özü­nü oda vu­rur. Dö­yüş­də məğ­lub olub ge­ri çə­ki­lən­də be­lə ruh­dan düş­mür, mərd­lik gös­tə­rən­lə­ri, Və­tən şə­hid­lə­ri­ni sö­zün seh­ri ilə san­ki aya­ğa qal­dı­rır, haq­qın dər­ga­hı­na üzüağ apa­rır.
Ş.Pe­te­fi Və­tə­nin mü­da­fiə­si­nə qal­xan "Gənc Ma­ca­rıs­tan" təş­ki­la­tı­na baş­çı­lıq edir­di. 1848-ci il mar­tın 15-də Peşt və Bu­da­da gənc­lə­rin üs­ya­nın­da baş­çı ki­mi ön­də ad­dım­la­mış, əl­də si­lah, ölüm-di­rim sa­va­şı­na gir­miş­di.
P.Pe­te­fi­nin ömür yo­lu Ma­ca­rıs­ta­nın ta­le­yi uğ­run­da rus or­du­su ilə qan­lı sa­vaş­da ba­şa çat­mış­dır. Son dam­la qa­nı qa­la­na qə­dər, son nə­fə­sə qə­dər vu­ru­şub... Yüz­lər­lə əs­gə­rin sı­ra­sın­da şə­hid olub. Mə­za­rı ol­ma­yan­lar­dan­dır.
Ne­çə il­lər bun­dan ön­cə "Li­te­ra­tur­na­ya qa­ze­ta"­da bir ya­zı­ya da rast gəl­dim. Bir fər­ziy­yə də var­dı o ya­zı­da. Gü­man edi­lir­di ki, Pe­te­fi rus­la­ra əsir dü­şüb, sür­gün­də və­fat edib. İnan­ma­dım, çün­ki o qəl­bin, o ürə­yin yi­yə­si zən­ci­rə, qan­da­la bir gün də da­vam gə­tir­məz­di.
O­nun mü­ba­ri­zə­si bə­şə­riy­yə­tə ər­mə­ğan olan şeir­lə­rin­də, poe­ma­la­rın­da da­vam edir...

                                                                                                                          AĞASƏFA


DÖYÜŞƏ

Torpaq qəzəb püskürür,
Göy kinlidir döyüşdə,
Qan axır su yerinə,
Od ələyir Günəş də.
Qızarıb qürub çağı,
Üfüq qalıb sərili...
İrəli, macarlar, döyüşə!
İrəli, ordumuz, irəli!
Qürub çağı buludlar
Görünür qan içində,
Nizələr parıldayır
Tüstü-duman içində.
Qara bir pərdə çəkir,
Göyə yerin bir əli...
İrəli, macarlar, döyüşə!
İrəli, ordumuz, irəli!
Tüfənglər şaqqıldayır,
Aləmi götürüb səs,
Silah gurultusundan
Titrəyir ərz, əsir ərz.
Torpaq uçur, dağılır,
Göyün gözü bərəli...
İrəli, macarlar, döyüşə!
İrəli, ordumuz, irəli!
Döyüşdəki hünərlə,
Qəzəblənib coşmusan,
Tüstüsündən sərxoşsan,
Al qanından çaşmısan.
Salamat çıxarammı,
Ya qalaram sərili?..
İrəli, macarlar, döyüşə!
İrəli, ordumuz, irəli!

Meddeş, 1849

MART GÜNLƏRİNİN GƏNCLƏRİ

Qul olanda azadlıqdan,
Kim xoşlamaz danışmağı?
İlkin-əvvəl xalqa çoxdan,
Biz demişik bunu, axı.
Qaldırıb haqq bayrağını,
Yurda bahar gətirmişik.
Azadlığın sorağını,
Bu xalqa biz yetirmişik.
Bu torpağa əl vur görək,
Ölmüş xalqın dalğalanar.
Düz on iki milyon ürək,
Silkələnər, yırğalanar.
Bizi - bütün macarları,
Ağrı, arzu birləşdirir.
Hamı, hamı bu diyarı,
Ürəyində yerləşdirir.
Yarım əsr ötüşəndə,
Qocalanda bu yer üzü.
Bu günlərdən söz düşəndə,
Xatırlasın ellər bizi.
Ölüb, məğlub olmayıbdır,
Macar-əsgər sinə gərib.
Şöhrətimiz solmayıbdır,
Bir az dava ara verib.
Döyüş vaxtı mürgüləyən,
Yarpaq kimi tir-tir əsən.
İndi igid çıxıb deyən,
Çələngi var, işə bax sən.
Kim gəlmirdi heç yaxına,
Unutmuşdu hər vədəni.
Macarların sağlığına,
O qaldırır ilk badəni.
Çənə vurun indi yay-qış,
Diliniz də uzun olsun.
Qanımızla qızardılmış,
Çələnglər də sizin olsun.
Çələnglərin bircəsini,
Qoparmarıq boynumuzdan.
Döyüşlərdə təzəsini,
Qazanarıq biz bir azdan.
Çələng sizin olsun artıq,
Başınızı bəzəyin siz.
Şöhrət üçün çarpışmadıq,
Vətən üçün döyüşdük biz!

Peşt, 1848

YENƏ BAŞIM ÜSTƏ UÇUR TORAĞAY...

Yenə başım üstə uçur torağay,
Bu quş az qalmışdı çıxsın yadımdan.
Bahar müjdəçisi, oxu, sal haray,
Şənlən ki, açıqdı, genişdi meydan.
İlahi, dünyada belə səs hanı?
Döyüş səslərindən aldı, qopardı.
Mənim əllərimin qızıl qanını,
Təmiz nəfəsiylə yudu, apardı.
Oxu, ey əzizim, eşitsin aləm,
Yadıma saldın ki, burda mən varam.
Anladım, yox, təkcə əsgər deyiləm,
Mən də sənin kimi bir nəğməkaram.
Cingiltin, cəh-cəhin bürüyüb göyü,
Məhəbbət naminə, sənət eşqinə.
Dilləndir qəlbində sızlayan neyi,
Bu iki ilahi qüvvət eşqinə.
Şirin xatirəli, gözəl arzulu,
Günlər cana gəlir xoş nəfəsinlə.
İki al-qırmızı qızılgül kolu,
Açılır sinəndə sənin səsinlə.
Burdan sevdiyimin yanına uçun -
Budur ilk istəyim, əzəl niyyətim.
Bu xoşbəxtlik üçün qol-qanad açın,
Sevinci hamıyla bölüşün dedim.
Açım həqiqəti, deyim nədir sirr,
Bu sirri Allah da etiraf edir:
Cənnət yuxarıda - göydə deyildir,
Burda, aşağıda - yer üstündədir.
Oxu, ey torağay... harayla, çağır,
Qaldırsın gülləri yerin qatları.
Oxu, xoşxəbər quş, oyansın axır,
Qəlbimin uyumuş, yatmış qatları.

Betlen, 1849


15 mart, 1848

Bu macar xalqının sənət pərisi,
Şövqə gəl, əlinə götür tişəni.
Qeydə al, həkk elə bu böyük günü:
Axır biz nə gördük böyük nəşəni!
Yüz il cəhd elədi ata-babalar,
Çalışdı, canını atəşə yaxdı.
Onu bircə gündə həll elədik biz,
Bu böyük bayramın heç misli yoxdu!
Oyna, pərvaz elə, qanadlan indi,
Daha qul deyilsən, ey ağıl, kamal!
Haranı istəsən, ora sənindi,
Azadsan, dayanma, ucal... hey ucal...
Qanadlan üstündə doğma Vətənin...
Çəkdin əsrlərlə acı qəmi sən.
Qolunu qırdıqca ağır zəncirlər,
Gözdən yaş tökmüsən, ağı demisən.
Mətbuat azaddır! Bu millət üçün,
Daha könlüm dinib fəqanə gəlməz.
Daha oyanıbdır... vurur ürəyi...
Daha inanıram: Vətənim ölməz!
Bu cəsur, bu məğrur, dönməz, əyilməz,
Peştin gənclərinə alqış deyirəm!
Vətənin dərdinə əlac etdilər,
Onlara mən yenə alqış deyirəm!
Seymdə, o ali dairələrdə,
Boş-boş uzandıqca söhbət, məşvərət.
Cavanlar hökm etdi burda - şəhərdə,
Həqiqət yerini tapdı, nəhayət!
İndi bərk yapışın, cavanlar, işdən!
Günahkar əliylə allahsızların,
Haqqın qapısına haqsız vurulan,
Paslı qıfılları qırın, qoparın!
Birdən nökər-düşmən şığısa əgər?
Şığısın! Bilirik neylərik onda!
Təzə zəncirdənsə, köksümüz üstə,
Qoy xəncər saplansın haqqın uğrunda!
Azadlıq əzizdir hamımız üçün!
Döyüşə, ey Peştin igid gəncləri!
Biz haqq döyüşündə məğlub olmarıq,
Bizim gücümüzə çatmaz gücləri!
Biz yıxdıq, dağıtdıq bütün sədləri,
Bu ağır döyüşdə min-min idik biz.
Bizim üzümüzdə alov yanırdı,
Gözümüz qığılcım saçırdı köz-köz!
Dedik, haray saldıq: "Sözə azadlıq!"
Kim bizi susdurar? Daşdı səbrimiz!
Qırdıq aşkarlığın qandallarını,
Tamam azad etdik mətbuatı biz!
Sonra Buda tərəf getdik axınla:
Orda zindandadır sənətkar, heyif.
Nə var ki... Vətənin dərdi-sərindən,
Cəsarət eyləyib, bir yol söz deyib.
Budur, qədim Budun yüksəkliyinə,
Cavanlar qalxırlar qartallar kimi.
Bizim həmləmizdən qayalar əsir,
Titrəyir, canında qorxu var kimi.
Məhbusu götürdük, aldıq qol üstə,
Geniş azadlığa çıxardıq onu.
Yəqin, Matyuşanın dövründən bəri,
Belə şən görməyib bu xalq yurdunu!
Macar sənətinin bu tarixini
Gərəkdir daşlara həkk edək, yazaq.
Bizim nəvələrin nəvələri də,
Gərək bu şənlikdən düşməsin uzaq.
Bir qədər öyünə bilsəydim əgər,
Qürurla anırdım o anları da.
Axı, mən başçılıq etdim bu işə,
Çağırdım, apardım cavanları da.
Bütün həyatımın ziynəti olan,
Bu gündən heç zaman gen düşmərəm mən.
Napoleon, bugünkü şöhrətimi, bil,
Sənin şöhrətinə dəyişmərəm mən!

Peşt, 1848

MƏN DEYİRƏM: QALİB GƏLƏCƏK MACAR

Mən deyirəm: qalib gələcək macar,
Verməz yerə, göyə zərbəmiz macal.
Bizdən uzaq idi qələbə, uğur,
Çünki ayrılmışdı qəlb ilə ağıl.
İndi hər şey birdir, ey macar, inan!
Qalib gələcəyik, söylə, bəs haçan?
Birik - döyüşlərdə vermək üçün can!
Ey xalq, ona görə yaşayacaqsan!
Nura qərq edəndə öz ömrümüzü,
Həsəd çəkəcəkdir bizə yer üzü.
Girmişəm alova cəsarətlə mən,
Qorxub-çəkinmirəm qəfil güllədən.
Tale qoruyacaq, qıymaz ki, öləm,
Bilir ki, lazımam, gərəyəm hələm.
Düşmənlər məhv olub, ölən gündə mən,
Şeir deməliyəm el önündə mən.
Azadlıq uğrunda gərərək sinə,
Ər tək ölənlərin xatirəsinə.
Gərək nəğmə deyəm... Çünki, ey Vətən,
Onların qanına boyanmısan sən!
Yaşayıb, o günü görməliyəm mən,
Azadlığa könül verməliyəm mən.
O murdar illərin məkrini siləm,
Gərək şadlığımdan ağlayam, güləm.
Zəncirlər qırılsın, qatım səsimi,
Onlara Vətənin duası kimi.
Yox, gərək yaşayım o günəcən mən,
Qılıncım, qələmim düşməsin əldən!

Maroş-Vaşarhey, 1849

TOPLAR GUR-GUR GURLADI

Toplar gur-gur gurladı,
Dörd gün dindi dalbadal.
Vizakno-Devo boyu,
Torpaq qıpqırmızı - al.
Təmiz, ağappaq idi
Dünya, qar sovuranda.
Qalaqlanmış qalın qar,
İsindi isti qanda.

Keçdik həyatımızdan,
Can qoyduq bu döyüşdə.
Belə dörd günlük savaş,
Görməmişdi Günəş də!
Verdik var qüvvəmizi,
Vicdanımızla bir də.
Tən deyildi qüvvələr,
Biz uduzduq bu yerdə.
Allah da, səadət də,
Atdı bizi dəmbədəm.
Sən qaldın bizə rəhbər,
Sən qaldın, ey şanlı Ben!
Bizi heyrətdə qoydun,
Böyüklüyünlə dərhal.
Ey Ben, cəsur sərkərdə,
Bizim qorxmaz general!
Səni vəsf eləməkçin,
Söz tapmıram, yox sözüm.
Lal olmuşam, heyrətlə
Sənə dikilib gözüm.
İnsanı Allah saymaq,
Mümkün olsaydı... hökmən
Qatlayıb dizlərimi,
Baş əyərdim sənə mən.
Fəxr edirəm, öyürəm,
Ucaldıram şanını,
Səninlə bir gəzirəm,
Bu döyüş meydanını.
At belində yanaşı,
Ağır döyüş çağında.
Qarşıladıq ölümü,
Çöllərin qucağında.
Çoxu tərk etdi səni,
Ey igid, məğrur qoca.
Mən səni tək qoymadım,
Səninləyəm burdaca!
Bilsinlər: axıracan,
Vuruşmuşuq bir yerdə.
Ey qorxmaz generalım!
Ey Ben, cəsur sərkərdə!

Debretsen, 1849


Rus dilindən tərcümə edəni: AĞASƏFA