Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

SƏ­NƏT MƏ­BƏ­Dİ­MİZ
Xro­ni­ka


İslam SADIQ


UILYAM SOMERSET MOEM
SADİQ ARVAD
Üç pər­dəli komediya


Əlihəsən ŞİRVANLI


Şakir XANHÜSEYNLİ


Mubariz CƏFƏRLİ
ƏL
Povest


Ay NUR


Xatirə SADIQOVA


FƏRİD


Faiq HÜSEYNBƏYLİ


Kəramət BÖYÜKÇÖL


Sahib ASLANZADƏ


MƏMMƏD İSMAYILIN BƏXTİNƏ DÜŞƏN GÜN...
Yaxud: budağında quş yuvası bir ağac...


«QƏ­ZƏL DE Kİ...»


Şandor PETEFİ


Zakir SADATLI
GÜNDOĞANDAN GÜNBATANA
I yazı


Uğurlu FƏXRI
NƏSRİN POETİK AXTARIŞLARI


Xatirə QULİYEVA
DÜNYA MAARİFÇİ ƏDƏBİ ESTETİK FİKRİNİN ƏSAS PRİNSİPLƏRİ


Bəsirə ƏZIZƏLIYEVA
LİVANIN DANIŞAN DİLİ
(Əmin Ər-Reyhani və Mixail Nüaymə C.X.Cibran haqqında


Sədaqət HƏSƏNOVA
MİKAYIL MÜŞFİQ və ƏDƏBİ DİLİMİZ


POEZİYA
 

Şakir XANHÜSEYNLİ


 
ƏLƏKLƏR BOŞ ƏLƏNİR

Ha çırpıl daşdan - daşa
Ha qayna, coş, ələnir;
Alt unsuz, üst kəpəksiz -
Ələklər boş ələnir...
İş aşmır niyyət ilə,
Hissin köməyi olmur...
Pisliyi yox edəsən
Köklü - köməcli, olmur;
Ələklər boş ələnir...
Havaya danışanlar, -
Havayı laf edənlər -
Sözün ucundan tutub
Ucuzluğa gedənlər,
Ələklər boş ələnir...
Günlər ağa, qaraya
Boyanıbdı boyaqsız...
Di gəl, ocağa bağla
Bir kəsi od - ocaqsız;
Ələklər boş ələnir...
Kürk günə yanır necə;
Can qızdırmaq çətindi...
...Bir anı gözləyirsən;
Bəlkə keçib - ötübdü;
Ələyin boş ələnir,
Ələyin boş ələnir!..

SÜRƏT QATARI

Sürət qatarı, məni
İrəli apar görüm.
Bir fikirdən arala,
Xəyaldan qopar görüm...
Bu sürətdən çaşmışam,
Düşünürəm də bəzən;
Hisslərimdən nə qədər
Uzaqlaşa bildim mən?
Kimisə qabaqlayıb
Ötmək asandan asan.
Olarmı bir bəlanın
Üstündən adlayasan.
Keçib durasan öndə,
Kədər qala arxada,
Görəsən ki, su gəlib
Qurumuş arxlara da?!.

GECƏ QATARINDA

Gecədə bir qəriblik...
Ürəyim olmur aram.
Sanıram qatarı da
Bir nisgildi aparan...

Təkərlər ritm tutub;
Bəxtə - bəxtdi bu həyat...
Yer - göyü saran zülmət
Gündüz də varmış, heyhat...

Fit səsinə bir haray,
Döyəclənir relslər.
...Hər an bir qəza gözlə,
Gözləmir qəza - qədər!..

HANI O DAĞLAR...

                          Aydın müəllimə
 
Dağdı o dağlar... Hanı
O kələ - kötür daşlar
Bax, əzsə ayağımı
Ürəyim rahatlanar...

Kötüyündə köntöylük,
Qayasında qabalıq -
İncə, zərif duyğular
Doğuran nahamvarlıq!..

Dar - dolaşıq cığırlar,
Əyri - dolay o yollar
Deyər: - Əyriliyi qoy,
Burdan düzgünlük apar...

Dərə - zülmətxanalar,
Gözqaraldan yarğanlar;
Gördüm ki, elə əsl
İşıq qaynağı - onlar!..

GÖRƏCƏYİN VARMIŞ

Çiyninə dağ yüklənir;
Yüngül bir söz də ağır...
Hayına hay gəlməyir,
Elə boş səsin çıxır...

Yayında, yazında qış,
Şaxta - sazaq hökmlü.
Bax, çılpaq adamların
Bu da yarpaq tökümü...

Qovur, ya qovulursan?
Olsaydın bəxtiyeyin...
Baxacağın heç nə yox,
Var imiş görəcəyin...

VAXT DÖYÜR QAPINI

Eşit, vaxt döyür qapını,
Nə şöhrət bildin, nə də şan...
Tanıyırlar bir az səni,
Xeyli tanınmaz olubsan...

Sanasan bir sehirli əl
Nə işləyir üzünü, bax;
Gətirmirsə də naxışın
Naxışlayır üzünü, bax...

Sükuta bürünüb bu ev,
Eşik, vaxt döyür qapını.
Eşitmirsən? Amma yenə
Eşit, vaxt döyür qapını...

MƏHBƏS

Məhbəs divarının bu üzündəyəm,
Başımın dumanı götürülməyir.
Məhbəs divarları uca, çox uca
Di gəl ki, ucalıq ola bilməyir...

...Ey məhbus qardaşlar!
Sizin birinizəm - qıraqda qalan.
Ürəyi işləyən, işsiz dolanan,
Gözü hey axtaran, soraqda qalan...

Çoxdu işığınız,
Amma qaranlıq da siznəndi, baxın.
Üzünüz - gözünüz
Bir - biriniz üçün güzgüdü, baxın...


DƏRYALAR HEÇ SU VERMƏDİ

Masa. Qələm. Bu da varaq...
Amma arada söz yoxdu...
Varaq varılmaz yerlərə
Görək, harada biz yoxuq...

Yaşamaq yanmaqmı təkcə?
O həm də sönməkdi, sönmək.
Pisdən də pis,
Ən dəyərsiz olub da
Gözə görünmək...

Dəryalar heç su vermədi,
Ümid damcılara qalıb.
Bəzən elə küt - kəsərsiz
Sözdən dərin yara qalıb...

Qanı yoxmuş qansızların...
Böyük də var lap kiçik ki...
Gör fələk də biçdiyini
Bir biçəndə yüz ölçür ki?!