Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

SƏ­NƏT MƏ­BƏ­Dİ­MİZ
Xro­ni­ka


İslam SADIQ


UILYAM SOMERSET MOEM
SADİQ ARVAD
Üç pər­dəli komediya


Əlihəsən ŞİRVANLI


Şakir XANHÜSEYNLİ


Mubariz CƏFƏRLİ
ƏL
Povest


Ay NUR


Xatirə SADIQOVA


FƏRİD


Faiq HÜSEYNBƏYLİ


Kəramət BÖYÜKÇÖL


Sahib ASLANZADƏ


MƏMMƏD İSMAYILIN BƏXTİNƏ DÜŞƏN GÜN...
Yaxud: budağında quş yuvası bir ağac...


«QƏ­ZƏL DE Kİ...»


Şandor PETEFİ


Zakir SADATLI
GÜNDOĞANDAN GÜNBATANA
I yazı


Uğurlu FƏXRI
NƏSRİN POETİK AXTARIŞLARI


Xatirə QULİYEVA
DÜNYA MAARİFÇİ ƏDƏBİ ESTETİK FİKRİNİN ƏSAS PRİNSİPLƏRİ


Bəsirə ƏZIZƏLIYEVA
LİVANIN DANIŞAN DİLİ
(Əmin Ər-Reyhani və Mixail Nüaymə C.X.Cibran haqqında


Sədaqət HƏSƏNOVA
MİKAYIL MÜŞFİQ və ƏDƏBİ DİLİMİZ


POEZİYA
 

Ay NUR


 
Adamlardan biri

Adamlardan biridir,
Ali deyil, adidir.
Boz köynək geyinir çox vaxt -
Uzunqol.
Eyni rəngdə cib dəsmalı var.
Boz - gizlənmək istəyənlərin rəngidir.
Dedim axı, adidir.
Saçlarını arxaya darayar,
Əllərini cibinə qoymaz dünyasında.
Boyu - adi adamlardakı kimi, normal.
İşi var,
Yəni, məşğul adam.
Konkret iş saatları var.
İstirahət üçün də konkret vaxt verilir ona.
Şənbə, bazar.
Adamın Allahı var.
İstirahətini görməmişəm amma.
Adi adamdır.
Saçlarını arxaya darayır,
əllərini cibinə qoymur.
Başını dik tutub gəzir.
Dedim axı, adidir.
Nə gizlədim, mənim üçün alidir.

* * *

Əlimdən atıb qabları sındırmadım sən qəlbimi qıranda,
Barmaqlarımı oynatmadım, - əllərim əsər qocalanda.
Qocalsam əgər...
Mən qocalmaram. Saçlarım ağarmaz, əllərim əsməz.
Uşaq nağıllarıyla uşaq başı aldatmaram da.
Qızlarımı çox sevərəm.
Aysumu,
Suqramı...

* * *

Vərəq-vərəq açsam ömrümü,
səhifələsəm tək-tək günlərimi,
səni sevsəm...
Sən dünənki xatirəmsən,
sabahkı ümidim.
Mən səninəm, sən mənim.
Gəl sevməyi sınayaq:
Sən Məni,
Mən Səni.

* * *

Yazıların ən gözəlini sənə yazacam.
Adına bağlayacam hər şeyi, -
Təzə aldığım geyimimi,
Saç düzümümü,
Dırnaqlarımın uzunluğunu,
Saç boyamı, dırnaq boyamı.
Yerə dəyənə qədər uzadacam saçlarımı
Mütləq sevməlisən uzun saçları, -
təbiətinə xasdır məncə, uzunluq.
Necə olsa, əllərin böyük
Saçlarım upuzun olacaq, görərsən.
Sevərsən?

* * *

Mən əsgər gedəcəm.
Səni gözləməmiş əsgər gedəcəm.
Erməni böyüyür,
Yeyir-içir içimizi elimizdə,
Evimizdə.
Bəsdir daha! Qoyduğumuz torpaqları
Mən almağa gedəcəm.
Səni gözləməmiş
Mən əsgər gedəcəm.

* * *

Səhər dünənimlə rastlaşdım.
Unutmağa çalışdığımçün həyat üzümə çırpdı uşaqlığımı.
Mən də beləydim...
Bəlkə indi də dəyişməmişəm.
Uşaqlıqda eynək taxırdım.
Uzağı görmürdüm.
Gedib uzaqda unudacam hər şeyi.

* * *

Köhnə xatirələrlə başımı qatıram.
Dururam, yatıram.
əlimi, üzümü yuyuram, fikirlərimi yuya bilmirəm.
Səsin qulağımdadır.
Yox. Sən onu sevirsən.